Məhkəmə qərarları › İş №1(001)-28/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-28/2021

20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-28/2021 20.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçilər Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respubliksı vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.1ci maddəsi ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, xx.xx.2016-cı il tarixdə Xəzər rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1 və 67.1-ci maddəsi ilə 04 il 01 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, subay, işsiz, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi yeni tiklidə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1990-cı ildə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respubliksı vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, işsiz, orta təhsilli, İsmayıllı rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi yeni tiklidə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında xx xxxxxx 2020-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi X6 yaşayan Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin yaxınlığına gələrək, orada aralarında qabaqcadan olan razılaşmaya görə gələn olarsa xəbər vermək məqsədi ilə yaxınlıqda dayanaraq ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 isə həmin evin həyətinə giriş qapısının yanındakı taxta materialdan olan bağlı qapısını sındırmaqla qanunsuz olaraq daxil olub, həyətdən 280 manat dəyərində 170 metr uzunluğunda elektirik kabelini gizli yolla talamaqla Zərərçəkmiş şəxs2 cəmi 280 manat maddi ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxs1 ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında xx xxxxxx 2020-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi X6 yaşayan Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin yaxınlığına gələrək, orada aralarında qabaqcadan olan razılaşmaya görə Təqsirləndirilən şəxs2 gələn olarsa xəbər vermək məqsədi ilə yaxınlıqda dayanaraq ətrafı müşahidə etmiş, o isə həmin evin həyətinə giriş qapısının yanındakı taxta materialdan olan bağlı qapısını sındırmaqla qanunsuz olaraq daxil olub, həyətdən 280 manat dəyərində 170 metr uzunluğunda elektirik kabelini gizli yolla talamaqla Zərərçəkmiş şəxs2 cəmi 280 manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinə qanunsuz olaraq daxil olub, evin zirzəmisində olan 120 manat dəyərində 03 ədəd hər birinin dəyəri 40 manat olan dreli, 30 manat dəyərində “CANDAN" markalı boru qaynaq aparatını, 30 manat dəyərində «MARSU» markalı hidroforu, 50 manat dəyərində “ZUBR” markalı laqondanı, 20 manat dəyərində rezin çəkmələri, 5 manat dəyərində çəkici, 2 manat dəyərində vint açanı, 3 manat dəyərində kəlbətini, 50 manat dəyərində 30 metr uzunluğunda aliminum tərkibli elektirik naqili, 20 manat dəyərində 01 ədəd böyük qazan, 10 manat dəyərində 01 ədəd vanna, 10 manat dəyərində 01 ədəd aşsüzən və evin həyətindən 100 manat dəyərində 01 ədəd su matorunu gizli yolla talamaqla Zərərçəkmiş şəxs3 cəmi 450 manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə qanunsuz olaraq zirzəmidən daxil olub, evdə olan 120 manat dəyərində fotoaparatı, 15 manat dəyərində qol saatını, 90 manat dəyərində şirniyyat qabını, 270 manat dəyərində su motorunu, 15 manat dəyərində telefon kabelini, 2 manat dəyərində lyustra aksesuarını, 20 manat dəyərində üzüyü, 150 manat dəyərində kofe dəstini, 12 manat dəyərində tok ötürücüsünü və 57 manat dəyərində gidroforu gizli yolla talamaqla Zərərçəkmiş şəxs1 cəmi 751 manat maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olmuş və məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs1 1-2 ay olar ki, tanıyır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Əkbər” marketin yaxınlığında yerləşən bir mərtəbəli tikilməkdə olan fərdi yaşayış evinin qarşısından keçən zaman evin həyətində kabel olduğunu gördüklərini və həmin kabeli oğurlamaq qərarına gəlmişlər. Bundan sonra küçənin başına qədər gedib küçədə heçkimin olmadığına əmin olduqdan sonra, o, gələn olsa xəbər etmək üçün Laçını küçənin başında gözləyəcəyini demişdi. Laçının isə həmin bir mərtəbəli tikilməkdə olan evə yaxınlaşdığını və evin taxtadan olan giriş qapısını sındırıb, həyətə daxil olduğunu göstərmişdir. Bundan sonra Laçının həmin evin həyətindən təxminən 100 metrdən artıq olan üzü ağ rəngli, içərisi mis olan naqilləri oğurlayaraq evi tərk etdiyini, bundan sonra həmin mis naqilləri gətirib əritməsi üçün Rövşən adlı şəxsə verdiklərini bildirmişdir. O da mis naqilləri əridərək içərisindən çıxan misi onlara verdiyini, o da naqillərin içərisindən çıxmış misi Laçınla birlikdə aparıb əlvan metal qəbul edən məntəqəyə satdıqlarını göstərmişdir. Vurulmuş ziyan Laçın tərəfindən ödənilmişdir. Məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olmamışdır. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Əkbər” marketin yaxınlığında yerləşən bir mərtəbəli tikilməkdə olan fərdi yaşayış evinin taxtadan olan giriş qapısını yanında olan üzdən tanıdığı Əbülfəz adlı şəxslə həyətə daxil olaraq həyətdə giriş qapısından sağ tərəfdə, yerləşən hamam otağının qarşısından tikinti materiallarının içərisindən təxminən 100 metrdən artıq olan üzü ağ rəngli, içərisi mis olan naqilləri oğurlayaraq evi tərk etdiklərini bildirmişdir. Bundan sonra həmin mis naqilləri gətirib əritməsi üçün Rövşən adlı şəxsə vermişdir. O da mis naqilləri əridərək içərisindən çıxan misi onlara vermişdir. Bundan sonra naqillərin içərisindən çıxmış misi yanında olan şəxslə aparıb əlvan metal qəbul edən məntəqəyə sataraq pulu aralarında bölmüşlər. Bundan başqa xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinə daxil olub, evin zirzəmisində olan 03 ədəd direli, təmir alətlərini, 30 metr uzunluğunda aliminum tərkibli elektirik naqilini, 01 ədəd böyük qazan, 01 ədəd vanna, 01 ədəd aşsüzən və evin həyətindən 01 ədəd su matorunu götürərək evi tərk etmişdir. Bundan başqa xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində ünvan 3 ünvanında olduğunu bildirmişdir. Onun maddi vəziyyəti pis olduğundan oğurluq edərək pul əldə etmək qərarına gəldiyini, buna görə də həmin döngədə yaşayış olmayan ev axtarmağa başlamışdır. Bu zaman qabağına 2 mərtəbəli, işıqları sönmüş vəziyyətdə olan ev çıxmışdır, həmin evdə yaşayış olmadığına əmin olmaq məqsədi ilə həmin evin hasarına çıxaraq evin hər hansı bir otağında işıqların yanmamasını görmüşdür. O, evin qarajının altında boşluğun olduğunu və həmin boşluğun taxta materiallarla örtüldüyünü gördüyünü, həmin evə daxil olandan sonra evin zirzəmisindən 01 ədəd şirniyyat qabını, 01 ədəd gidrofor götürdüyünü göstərmişdir. Evin 1ci və 2-ci mərtəbələrində yerləşən otaqlardan isə 01 ədəd sadə üzük, 01 ədəd fotoaparat və 01 ədəd qol saatını götürərək həmin evdən çıxdığını və tez bir şəkildə həmin ünvandan uzaqlaşdığını bildirmişdir. Həmin əşyaları yaşadığı evdə gizlətdiyini, sonradan isə şəxsi işləri ilə əlaqədar olaraq həmin əşyaları sataraq pul əldə etməyə şəraiti olmadığını göstərmişdir. Pulun qızının müalicəsi üçün lazım olduğunu bildirmişdir, onun qızı anadangəlmə əlildir, müalicəsinə pul çatdıra bilmədiyi üçün bu yola əl atmışdır. Lakin o, səhvini başa düşüb, vurduğu ziyanı tam həcmdə ödəmişdir, zərərçəkmiş şəxslər ondan şikayətçi deyillər. Himayəsində sərbəst gəzmək imkanından məhrum olan əlil qızı olduğu üçün və uşağı hər yerə o, qucağında apardığından məhkəmədən xahiş edir ki, barəsində həbslə əlaqədar olmayan cəza təyin olunsun. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə ailəsi ilə birlikdə Füzuli rayonuna getdikləri üçün evin qapısını bağlayıb evdən çıxmışdılar. xx.xx.2020-ci il tarixdə saat 15:30 radələrində rayondan evə qayıtdarkən evin taxtadan olan giriş qapısının sındırılmış və açıq vəziyyətdə olduğunu görüb, evə naməlum şəxs və ya şəxslərin daxil olduğunu başa düşmüşdür. Bundan sonra evin həyətinə daxil olaraq evin həyətyanı sahəsində tikinti materiallarının içərisində olan evdə işlətdiyi 280 manat dəyərində 170 metr uzunluqda 6 mm-lik içərisi mis olan elektrik naqilinin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi zamanı ona ümumilikdə 280 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq vaxtı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə baxış iclasında ifadəsi elan olunan zərərçəkmiş Zərərçəkmiş şəxs1 istintaq orqanına vermiş olduğu ifadəsindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən qardaşı X5 məxsus fərdi yaşayış evindən oğurluq edildiyini təsdiqlədiyini göstərmişdir. Belə ki, qardaşı X7 rayonunda müəllim işlədiyi üçün işi ilə əlaqədar Füzuli rayonunda yaşadığını bildirmişdir. Bayram günləri və şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə gəldikdə o, əvvəlcədən gedib kombi sistemini, elektirik cəryanını qoşuduğunu göstərmişdir. xx.xx.2020-ci il tarixdə qardaşıgilin gəlməsi ilə əlaqədar saat 23:00 radələrində Sulutəpə qəsəbəsindəki evlərinə getdiyini, lakin elektirik naqillərinin kəsildiyini görərək geri qayıtdığını bildirmişdir. xx.xx.2020-ci il tarixdə işıq idarəsi ilə əlaqə saxlayaraq yaranmış nasazlığın aradan qaldırılması üçün müraciət etdiyini göstərmişdir. Bundan sonra qardaşına zəng edərək ustaların gələcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində qardaşı ona zəng edərək evə naməlum şəxsin girdiyini demişdir. O, dərhal işdən icazə alıb Sulutəpə qəsəbəsinə gedərək həqiqətən də evə naməlum şəxsin daxil olduğunun şahidi olmuşdur. Onlar bununla bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişlər. Sonra isə tələsdiyi üçün qardaşını evdə qoyub işə getdiyini, qardaşı ilə telefon əlaqəsi saxlayaraq polis əməkdaşlarının hadisə yerinə yaxınlaşaraq onun ərizəsini aldıqlarını öyrənmişdir. Sonradan işdən çıxaraq axşam saatlarında yenidən evə gedərək ona məxsus olan 120 manat dəyərində 01 ədəd fotoaparat, 15 manat dəyərində 01ədəd qol saatı, 90 manat dəyərində 01 dəst şirniyat qabı, 270 manat dəyərində 01 ədəd su matoru, 15 manat dəyərində 01 ədəd telefon kabeli, 2 manat dəyərində 01 ədəd lüstra aksesuarı, 20 manat dəyərində 01 ədəd üzük, 150 manat dəyərində 01 dəst (gümüş suya salınmış) kofe dəsti, 12 manat dəyərində 01 ədəd elektrik ötürücü, 57 manat dəyərində 01 ədəd gidroforun oğurlandığını aşkar etdiyini bildirmişdir. Məhkəmə prosesində o, teleqram ünvanlayaraq ona vurulmuş ziyannın Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir, cəza təyin olunarkən nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq vaxtı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə baxış iclasında ifadəsi elan olunan zərərçəkmiş Zərərçəkmiş şəxs3 istintaq orqanına vermiş olduğu ifadəsindən məlum olur ki, xx.xx.2020-ci il tarixədə özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinə baş çəkmək üçün getdiyi zaman evin zirzəmisindən 120 manat dəyərində 03 ədəd hər biri 40 manat dəyərində dreli, 30 manat dəyərində boru qaynağını, 30 manat dəyərində hidroforu, 50 manat dəyərində laqondanı, 20 manat dəyərində rezin çəkməni,5 manat dəyərində çəkici, 2manat dəyərində vint açan, 3 manat dəyərində kəlbətini, 50 manat dəyərində 30 metr uzunluğunda aliminum tərkibli elektirik naqilini, 20 manat dəyərində 01 ədəd böyük qazan, 10 manat dəyərində 01 ədəd vanna, 10 manat dəyərində 01 ədəd aş süzən və evin həyətindən 100 manat dəyərində 01 ədəd su matorunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etdiyini bildirmişdir. Qeyd etmişdir ki, baş vermiş oğurluq hadisəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərizində baş vermişdir. Çünki həmin müddət ərzində o, evə baş çəkmək üçün getməmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olan şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “şübhəli şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dan azad edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb edilmə və ittiham edilmə haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-140/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb edilmə və ittiham edilmə haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx xxxxxx 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx xxxxxx 1979-cu il təvəllüdlü Əliyev X4 Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə CM-nin 77-ci maddəsinə əsasən 02 il 24 gün çəkilməmiş cəzası azadlığın məhdudlaşdırılması ilə əvəz edilmiş, xx.xx.2007-ci il tarixində xx.xx.2007ci il tarixli Amnistiya qərarının 1.3-cü bəndinə əsasən azad olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.3.1-ci maddəsi ilə 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1, 67.1-ci maddələri ilə 04 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən 01 il müddətinə həbsxana rejiminə keçirilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 03 il 01 ay müddətinə endirilmiş, xx.xx.2019-cu il tarixində cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən istintaqa təqdim edilmiş ərizəsindən görünür ki, ona vurulmuş ziyan tam olaraq istintaq dövründə ödənildiyi üçün heç bir şikayət və təbi yoxdur. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 ona məxsus ütünü, hidroforu, laqondanı, çəkməni, çəkici, vint açanı və kəlbətini təhvil almışdır. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 ona məxsus əşyaları təhvil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli, 9/1079 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların hazırki vəziyyətdə 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 245,00 manat müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2020ci il tarixli, 9/1079 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş hissəsinin 01 (bir) il müddətini çəkmək üçün həbsxanaya keçirilmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham və barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmış, cinayət işi üzrə hadisə yerindən götürülmüş əşyalar Zərərçəkmiş şəxs3 məxsus “CANDAN” markalı boru qaynaq aparatı, MARSU markalı hidrofor, “ZUBR” markalı laqonda, rezin çəkmə, çəkic, vint açan, kəlbətin və Zərərçəkmiş şəxs1 məxsus fotoaparat, qol saatı, şirniyyat qabı, su motoru, üzük və kofe dəsti maddi sübut kimi tanınmış və qəbz əsasında sahiblərinə qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə göndərilmiş teleqramdan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyan ödənilmiş, onunla barışmış və ona qarşı şikayəti yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilməsi və onun barəsində axtarış elan olunması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixində Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həbs edilərək xx.xx.2020-ci il tarixində Bakı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2011-ci il tarixdə doğulmuş Bəbirova Elvina Laçın qızının sağlamlıq imkanları məhdud olaraq sağ a/g inkişaf qüsurlu sağ bud və baldır sümüklərinin anadangəlmə qısalığı. Sağ incik sümüyünün aplaziyası diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat travmatologiya və ortopediya institutunun xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bəbirova Elvina Laçın qızı həmin-ortoped tərəfindən kliniki və rentgenoloji müayinə olunaraq sağ budun boyunun anadangəlmə yalançı oynağı, sağ budun 23 sm qısalığı diaqnozu qoyulmuşdur. Ambulator nəzarət və gələcəkdə cərrahi əməliyyat məsləhət görülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə təsdiq olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Ədalətli məhkəmə araşdırması hüquqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf etməsini, səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdən cəzasının sonu ilə azad edilsə də, həmin tarixdən altı il keçmədən o yenidən qəsdən cinayət törətdiyi üçün onun məhkumluğu ödənilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin residivi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törətmiş olduğu cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkumluğunun ödənilməməsini nəzərə alaraq hesab edir ki, onun barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını “ciddi rejimli” cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərini etiraf etməsini, səmimi peşman olmasını, əvvəllər məhkum olmamasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, himayəsində sağlamlıq imkanları məhdud azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, himayəsində əlil olmaqla yalnız onun köməyi ilə hərəkət edən övladının olmasını, onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı cəza təyin olunduğu halda hərəkət məhdudiyyəti olan azyaşlı uşağın evdə hərəkətsiz qalacağını, məktəbə gedərək təhsil almaq imkanından tam məhrum olacağını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamında qeyd olunmuşdur ki, 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi yeni tikilidə çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub X2, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs3 məxsus “CANDAN” markalı boru qaynaq aparatının, MARSU markalı hidroforun, “ZUBR” markalı laqondanın, rezin çəkmə, çəkic, vint açan, kəlbətin və Zərərçəkmiş şəxs1 məxsus fotoaparat, qol saatının, şirniyyat qabının, su motorunun, üzüyün və kofe dəstinin maddi sübut kimi tanınması və sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçilər ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, və təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Müdafiəçi2 və Müdafiəçi1 istintaqda və məhkəmədə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə ümumilikdə hər biri 35 saat vaxt sərf etmişdilər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına hər biri üçün 210 (iki yüz on) manat məbləğində pul (“xxxx” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod- 200156, VÖEN-**********, m/h-AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151 - 11 saylı Vəkil Bürosunun hesablaşma hesabı) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia və əmlak müsadirəsi yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 381-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını “ciddi rejimli” cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli həbs edildiyi xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2020-ci il tarixində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər həbsdə saxlandığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri ərazisinin hüdudlarını tərk etməmək, gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, yeni tikilini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub X2, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına hər biri üçün 210 (iki yüz on) manat məbləğində pul (“xxxx” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151 - 11 saylı Vəkil Bürosunun hesablaşma hesabı) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs3 məxsus “CANDAN” markalı boru qaynaq aparatının, MARSU markalı hidroforun, “ZUBR” markalı laqondanın, rezin çəkmə, çəkic, vint açan, kəlbətin və Zərərçəkmiş şəxs1 məxsus fotoaparat, qol saatının, şirniyyat qabının, su motorunun, üzüyün və kofe dəstinin maddi sübut kimi tanınması və sahiblərinə geri qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar