Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-28/2022 03.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 07 avqust 1964-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2, 177.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 15.02.2021-ci il tarixdə, saat 09 radələrində ünvan 2 ünvanda yerləşən dayanacaqdan 79 saylı marşrut avtobusuna minərək hərəkətdə olduğu avtobusda sərnişin olan Zərərçəkmiş şəxs2 fikrinin yayınmasından istifadə edərək sonuncunun çiynindən asılmış qara rəngli əl çantasının düyməsini açaraq çantadan, içərisində 1 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq, 5 ədəd 1 manatlıq pul əskinazları və 4 manatlıq xırda qəpik pullar, həmin dövrün rəsmi məzənnəsi ilə 3,40 manat təşkil edən 2 ABŞ dolları, şəxsiyyət vəsiqəsi, ev açarları, 1 ədəd 250 manat dəyərində bir tərəfi ağ, bir tərəfi sarı rəngli 585 əyarlı, Şanel, yəni iki tərəfli aypara formalı, qızıl kulon olan 1 ədəd 150 manat dəyərində, ağımtıl rəngli, “Armani” firmasına məxsus pul kisəsini çıxarmaqla gizli yolla talayıb Zərərçəkmiş şəxs2 cəmi 597,40 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli talama məqsədilə ilə 17 fevral 2021-ci il tarixdə, saat 09:50-da ünvan 3 ünvanın qarşısında yerləşən avtobus dayanacağında 3 nömrəli xətt üzrə hərəkət edən **-JZ-*** dövlət nömrə nişanlı “Baku Bus” markalı avtobusa minib, həmin avtobusda sərnişin olan Zərərçəkmiş şəxs1 əl çantasında saxladığı içərisində həmin dövrün rəsmi məzənnəsi ilə 170 manat təşkil edən 100 ABŞ dolları, 150 manat pul və 1 ədəd pul kart olan 200 manat dəyərində “Versace” markalı pul kisəsini çıxarmaqla götürüb gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumlikdə 520 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 18.02.2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlı yerin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,304 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 22:30-da Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivinin yaxınlığında saxlanılıb oradan ünvan 4 ünvanda yerləşən 40-cı Polis Bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli gödəkcənin sol iç cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə, təmiz çəkisi 0,304 qram olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15.02.2021-ci il tarixdə, saat 09 radələrində 79 saylı marşrut avtobusunda və 17 fevral 2021-ci il tarixdə, saat 09:50-da 3 nömrəli xətt üzrə hərəkət edən **-JZ-*** dövlət nömrə nişanlı “Baku Bus” markalı avtobusda baş verən oğurluq hadisələrinin ona heç bir aidiyatı yoxdur. Bundan başqa heç bir narkotik vasitədən istifadə etməmişdir. O, heç bir cinayət hadisəsi törətməmişdir. Əvvəllər dəfələrlə məhkum olunduğu üçün ittihamda elan edilmiş əməlləri ibtidai istintaqda onun tərəfindən törədilməsi barədə ifadələr verməyə məcbur qalmışdır. Elan edilmiş ittiham üzrə onun təqsirini sübut edəcək hallar iş materiallarında yoxdur. Buna baxmayaraq Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəmişdir. Ona görə də, qeyd edilən halların nəzərə alınaraq ona bəraət verilməsini xahiş etmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15.02.2021-ci il tarixdə, saat 08:50-də o, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Göz xəstəxanası”nın yaxınlığında olan avtobus dayanacağında 79 saylı marşrut avtobusuna minmişdir. O, avtobusa minəndən sonra hündürboylu 35-40 yaşlarında qadın avtobusa minərək onunla yanaşı dayanmışdır. Həmin vaxt avtobusda sıxlıq olduğundan həmçinin həmin hündür boylu qadının qara rəngli çantası sağ əlinin yanında olduğundan, qadınında fikri başqa yerdə olmasından qadının çantasından oğurluq etmək qərarına gəlmişdir. Həmçinin ətrafa baxanda onu heç kimin görmədiynə tam əmin olandan sonra oğurluq etmək fikrini qətiyyətləşdirmişdir. Bundan sonra o, həmin qadının qara rəngli əl çantasının düyməsinin yavaşca açmış, sonra həmin çantanın içində olan ağımtıl rəngli pul kisəsini götürüb növbəti dayanacaqda avtobusdan 20 yanvar metrosu yaxınlığında olan dayanacaqda düşmüşdür. Avtobusdan düşəndən sonra dövlət nömrə nişanını və markasını xatırlamadığı ağ rəngli xarici markalı “Sedan” tipli avtomaşına əyləşib onu Mərkəz Bankın yaxınlığına aparmasını demişdir. Maşında olan zaman həmin oğurladığı ağımtıl rəngli qadın pul kisəsinin içinə baxanda görmüşdür ki, həmin pul kisəsinin içində 1 ədəd 100 manatlıq, bir ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq, 5 ədəd 1 manatlıq, 2 ədəd 1 ABŞ dolları pulu və xırda qəpiklər olmuşdur. Bundan başqa həmin pul kisəsində şəxsiyyət vəsiqəsi, qapı açarı olmuşdur. Sürücü onu Milli Bankın yanında düşürəndə o, sürücüyə oğurladığı puldan 5 manat vermişdir. Bundan sonra o, Nəsimi rayonu qış parkı deyilən yerin yanına getmiş, oğurladığı pulları cibinə qoysa da pul kisəsini və həmin pul kisəsində olan açarları, şəxsiyyət vəsiqəsini qış parkının yanında olan yerini dəqiq xatırlamadığı səkinin üzərinə qoymuşdur ki, kənar şəxs həmin pul kisəsini tapsa sahibinə qaytara bilsin, çünki həmin pul kisəsində zərərçəkmiş şəxsin şəxsiyyət vəsiqəsi olmuşdur. Oğurluq cinayətini edən zaman əynində göy rəngli gödəkcə, ağzında tibbi maska, başında boz rəngli çeçenka deyilən papaq olmuşdur. Bundan sonra o, saat təxminən 10-11 radələrində “Papanin” deyilən yerə getmiş, orada tanımadığı, anket məlumatını bilmədiyi, 30-35 yaşlı, qarayanız, bığsız, saçları azacıq ağarmış, arıq bədənli kişidən narkotik vasitə olan kakosu sellofana bükülü halda 30 manata alıb gödəkcəsinin cibində saxlamış, həmin narkotik vasitədən azacıq istifadə etmişdir. Bundan sonra isə oğurladığı pulları şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa 17 fevral 2021-ci il tarixdə, saat 09:30-də o, sərnişindaşıyan marşrutdan qadınların əl çantalarından pul və dəyərli əşyalarını oğurlamaq məqsədi ilə, Bakı şəhəri Yasamal rayon ərazisində yerləşən Dövlət Gömrük komitəsinin yaxınlığında olan avtodayanacaqda 3 saylı «Baku Bus» markalı avtobusuna minib sərnişinlərin sıxlığından istifadə edib bir nəfər tanımadığı əynində olan ağ rəngli gödəkçəli cavan qadının sol yan tərəfinə yaxınlaşıb, qadının çiynində saxladığı qara rəngli əl çantasının içərisində olan “Versace” markalı pul qabını götürərək oğurlamışdır. Bundan sonra o, növbəti avtodayanacaqda düşüb bir qədər kənara çəkilərək həmin pul qabının içərisində baxdıqda orada 100 ABŞ dolları, 150 manat pul və 1 ədəd hansı bank tərəfindən verildiyini xatırlamadığı pul kartı olduğunu görüşdür. Elə həmin günü bank kartını dəqiq xatırlmadığı yerə tullamış, həmin günü isə 100 ABŞ dolları və 150 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Pul qabını isə ünvan 5 ünvanda kirayə yaşadığı otağa qoymuşdur. 18 fevral 2021-ci il tarixdə o, 20 yanvar metrostansiyasının yaxınlığında olan zaman ona mülki geyimdə polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edərək onu Binəqədi RPİ-nə dəvət etmişlər. O isə polis əməkdaşlarına heç bir etiraz etməyərək birlikdə Binəqədi RPİ-nə getmişdir. O, Binəqədi RPİ-nin X7 zaman, Yasamal RPİ-nin əməkdaşları ondan 17 fevral 2021-ci il tarixdə Yasamal rayon ərazisində avtobusda qadının əl çantasından pul qabını və içərisində olan pulların oğurlanması barədə sorğu sual etmişlər. O da həmin cinayəti törətdiyini səmimi olaraq etiraf etmiş, pulları xərcilədiyini və pul qabını isə kirayə yaşadığı ünvanda olduğunu bildirmişdir. Bundan başqa o, narkotik maddədən istifadə etmiş və narkotik vasitənin aludəçisidir, bədənində ağrılar olan zaman narkotik vasitə heroini şpris vasitəsi ilə əzələyə vurmaqla qəbul etmişdir. 18 fevral 2021-ci il tarixdə, saat 17 radələrində o, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə olarkən orada anket məlumatlarını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə 01 büküm kakos kimi tanınan narkotik vasitə “heroini” 30 manata almışdır. Həmin narkotik vasitəni üzərində gəzdirmişdir ki, bədənində ağrılar olan zaman qəbul etsin. Həmin tarixdə yəni, 18 fevral 2021-ci il tarixdə, 22:30-da Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivinin yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra həmin polis əməkdaşları onu Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin inzibati binasına dəvət etmişlər və o, razılaşaraq polis əməkdaşları ilə birlikdə Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin inzibati binasına getmişdir. Orada xidməti otaqların birində hüquq və vəzifələri ona izah olunmuşdur. Daha sonra hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət olunacağı ona bildirilmiş, lakin o, buna etiraz etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməsi təklif olunmuş və üzərinə video çəkilişlə axtarış keçirilmişdir. O, əynindəki tünd göy rəngli gödəkşənin sol iç cibindən narkotik vasitənin olduğu 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü, əynindəki həmin gödəkcənin sol yan cibindən 01 ədəd cib dəsmal, həmin gödəkcənin sağ yan cibindən isə 01 ədəd “Prima” markalı siqaret qutusu və həmin gödəkcəmin sol yan cibindən 01 ədəd alışqan və 01 ədəd cib dəsmalını çıxarıb masanın üzərinə qoyduqdan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmişdir. O da üzərində başqa hər hansı bir qeyri-qanuni əşya olmadığını bildirmişdir. Daha sonra onun üzərindən çıxan 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü açaraq içərisində olan qəhvəyi rəngli toz şəkilli maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. O, həmin narkotik vasitə olan heroini sonuncu dəfə 18.02.2021-ci il tarixdə, axşam saatlarında Nəsimi rayonu, “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən digər heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Həmin narkotik vasitə heroin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırmış, bu barədə protokol tərtib olunmuş, tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2, 177.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. 23.08.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 15.02.2021-ci il tarixdə, saat 08:50-də yaşadığı evdən, yəni Cavadxan küçəsi, ev 72, mənzil 77-dən çıxaraq Cavadxan küçəsindəki avtobus dayanacağına gedib 79 saylı marşrut avtobusuna minmişdir. Avtobusa minən zaman avtobusda sıxlıq olmuş, həmin vaxt çiynindən asdığı qara rəngli əl çantası sol tərəfində olmuşdur. Yanında təxminən 55-60 yaşlarında, orta boylu, arıq bədənli ağzında tibbi maskası olduğundan üzünü görə bilmədiyi, başında bozumtul rəngli “çeçenka” papaq geyinmiş kişi dayanmışdır. Bundan əlavə digər adamlarda onun yanında dayanmış və o, ayaq üstə olmuşdur. Növbəti dayanacaqda adamlar düşəndə o, ortaya doğru hərəkət etmişdir ki, sərnişinlərə maneçilik yaratmasın, həmin qeyd etdiyi 55-60 yaşlı kişidə onunla birlikdə ortaya doğru hərəkət etmişdir. Bundan sonra avtobusda oturacaq boşaldığından o, əyləşmiş və üzərində olan qeyd etdiyi qara rəngli əl çantasına baxanda ağımtıl rəngdə, “Armani” firmasına məxsus, 150 manat dəyərində, dəri materialından, açılıb-bağlanan pul kisəsinin olmadığını görmüşdür. Həmin pul kisəsində 1 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq, 5 ədəd 1 manatlıq və 4 manatlıq xırda qəpik pullar, ümumilikdə 194 manat pulun, 2 ədəd 1 ABŞ dolları, şəxsiyyət vəsiqəsi, evinin və dayə işlədiyi evin açarı, 1 ədəd 250 manat dəyərində bir tərəfi ağ, bir tərəfi sarı rəngli 585 əyarlı, “Şanel”, yəni iki tərəfli aypara formalı, qadın kulonu olmuşdur. O, pul kisəsinin oğurlandığını bildikdə həmin yaşlı kişi artıq yanında, yəni avtobusda olmamışdır. O da həmin yaşlı kişinin qara rəngli çantasından pul kisəni necə götürməsini görməmiş, sadəcə sonuncudan şübhələnmişdir. O, DİN-nin 102 zəng xidmətinə 15.02.2021-ci il tarixdə, saat 09:50-də məlumat verən zaman əsəbi və həyacanlı olduğundan 100 manat dəyərində pul kisəsinin və 200 manat pulunun oğurlanmasını demiş, həmin əşyaları dəqiq hesablamamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. 05.11.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 Nazir qızı ifadəsində göstərmişdir ki, o, hazırda Nərimanov rayonunda yerləşən 1 saylı Dəmiryolu poliklinikasında həkim-cərrah işləyir, lakin 2021-ci ilin fevral ayından ünvan 6 ünvanda yerləşən X1 təkmilləşdirmə kursu keçmişdir. 17 fevral 2021-ci il tarixdə, saat 09:10-da kursa getmək üçün yaşadığı evdən çıxıb binasının qarşısındakı avtobus dayanacağında bir neçə dəqiqə dayanıb 3 nömrəli xətt üzrə hərəkət edən **-JZ-*** dövlət nömrə nişanlı “Baku Bus” markalı avtobusa əyləşib X2 çatdıqda “Statistika dairəsi” adlanan ərazinin yaxınlığında İnşaatçılar prospekti, 112 saylı ünvanın qarşısında əlində saxladığı “Bakı Kartı” əl çantasına qoymaq istədikdə, çantanın açıq olduğunu və içərisində saxladığı “Versace” markalı pul qabının oğurlandığını aşkar etmişdir. Həmin pul qabının içərisində 100 ABŞ dolları, 150 manat pul və 1 ədəd hansı bank tərəfindən verildiyini xatırlamadığı pul kartı olmuşdur. Pul qabının dəyəri isə 400 ABŞ dolları təşkil etmişdir. Daha sonra oğurluq barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Təqsirləndirilən şəxs onun çantasının oğurlayan şəxs olduğunu deyə bilməz, çünki həmin şəxsi dəqiq görməmişdir. Hazırda ona dəymiş ziyanın qalan hissəsinin ödənilməsini tələb edir. Eyni zamanda pul kisəsinin qaytarıldığının nəzərə alınmasını, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 121-də qeydiyyat olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Yaşadığı evin ikinci mərtəbəsində yerləşən bir otaqlı mənzili tanışlarına kirayə yaşamaq üçün vermiş, çox vaxtı həmin şəxslərdən pul almamışdır. Təxminən 2021-ci ilin yanvar ayın son günlərində Təqsirləndirilən şəxs qeyd etdiyi otaqda qalmış və evində yaşadığına görə bu günə kimi ona pul verməmişdir. O, Təqsirləndirilən şəxs Bakı şəhərində konkret olaraq nə ilə məşğul olduğunu bilməmişdir. 19 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələr istifadə etdiyinə görə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulduğunu bilmişdir. Həmin günü eyni zamanda Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları evinə gələrək sonuncunun yaşadığı otaqda axtarış keçirmişlər. Axtarış zamanı Təqsirləndirilən şəxs məxsus heç bir şey aşkar olunmamışdır. Sonradan Təqsirləndirilən şəxsla bir yerdə qalan Anar adlı şəxs bir ədəd “Versace” markalı sarı-qara rəngli pul qabının Təqsirləndirilən şəxs tərəfindən ona hədiyyə olunduğunu, sonuncu isə həmin “Versace” markalı sarı-qara rəngli pul qabını nişanlısına verdiyini bildirmişdir. Bundan sonra Anar pul qabını nişanlısından götürərək polis əməkdşlarına təqdim etmişdir. Pul qabının Təqsirləndirilən şəxs avtobusda qadının əl çantasından oğurlayaraq hədiyyə etdiyi pul qabını Anar adlı şəxsə verməsi ona sonradan məlum olmuşdur. Həmin pul qabının oğurluq olması barədə onun heç bir məlumatı olmamış və pul qabının kimə məxsus olduğunu bilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hazırda Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı vəzifəsində işləyir, polis baş leytenantıdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də ondan və Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Şahid2 ilə birlikdə məlumat əsasında 18 fevral 2021-ci il tarixdə, saat 22:30-da Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivinin yaxınlığında əməliyyat mövqeyi seçmişlər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə məlumat aldıqlarını bildirib baxış keçirilməsi üçün sonuncunu Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs də heç bir etiraz etmədən onlarla birlikdə Binəqədi RPİnin 40-cı PB-nə getmişdir. Bölmədə üzərinə şəxsi axtarış keçiriləcək şəxsiyyəti müəyyən edildikdə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs bölmədə olan xidməti iş otaqlarının birinə dəvət edilmişdir. Həmin otaqda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə baxış və şəxsi axtarış keçirilməsinə razılığını bildirdikdən sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə sonuncu əynindəki tünd göy rəngli gödəkcənin sol iç cibindən narkotik vasitənin olduğu 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü, həmin gödəkcənin sağ yan cibindən isə 01 “Prima” markalı siqaret qutusu və həmin gödəkcənin sol yan cibindən 01 ədəd alışqan və 01 ədəd cib dəsmalını çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğunu və haradan əldə etdiyini soruşduqda o, həmin bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni sonuncu dəfə 18.02.2021-ci il tarixdə axşam saatlarında Nəsimi rayonu, “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı əlavə olaraq sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra iştirakçıların iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri, Binəqədi RPİ-nin 40-cı PBnin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində digər Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verməklə, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etməsi faktı ilə əlaqədar toplanmış HK-1\ 280 nömrəli material əsasında fakta görə barəsində CM-in 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild, i.v. 1) 17.02 2021-ci il tarixli baxış protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 17 fevral 2021-ci il baş vermiş oğurluq hadisəsi ünvan 3 ünvanın qarşısında baş vermişdir. (İ cild i.v. 7-9) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.03.2021-ci il tarixli, 9/1040 nömrəli rəyində göstərilmişdir ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və mağazalarda mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilən əvvəllər istifadə edilmiş, üzərində “Versace” sözü yazılmış pul kisəsinin hazırki istifadə olunmuş vəziyyətdə, 17 fevral 2021-ci il tarixə, respublika daxili orta bazar pərakəndə satış qiyməti təxminən 200,00 manat müəyyən edilir. (İ cild, i.v. 30-31) İş üzrə qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “Versace” markalı pul kisəsi saxlanılması üçün sahibinə geri qaytarılmışdır. (İ cild, i.v. 32) 17.04.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Bakı Nəqliyyat Agentliyinə məxsus “Baku Bus” markalı ** JZ *** dövlət qeydiyyat nişanlı 17.02.2021-ci il tarixdə, saat 09.40-da avtobusun orta qapısının qarşısında başında qara rəngli yun papaq, əyninə göy rəngli parça materialdan olan gödəkcə geyinmiş, sifət nahiyəsinə mavi rəngli tibbi maska taxmış təxminən 55-60 yaşlı bir kişi zərərçəkmiş şəxs başında qəhvəyi rəngli papaq və əyninə ağ rəngli parça materialdan olan gödəkcə geyinmiş, sol çiyninə çanta asmış Zərərçəkmiş şəxs1 yanında bitişik dayanması, saat 09:42:22 olduqda həmin şəxsin Zərərçəkmiş şəxs1 arxa hissəsinə keçərək əlində saxladığı ağ rəngli sellofan torbanı sağ əlində tutaraq sol əlini Zərərçəkmiş şəxs1 çiyninə salladığı çantasına salaraq oradan pul kisəsini götürməsi və 09:43:05-də qapıdan düşərək avtobusu tərk etməsi aşkar olunmuşdur. Bununla yanaşı diskə baxış keçirilən zaman baxışda iştirak edən Təqsirləndirilən şəxs 17.02.2021-ci il tarixdə, saat 09:40-da avtobusun orta qapısının qarşısında başında qara rəngli yun papaq, əyninə göy rəngli parça materialdan olan gödəkcə geyinmiş, sifət nahiyəsinə mavi rəngli tibbi maska taxdığı şəxsin özü olmasını, Zərərçəkmiş şəxs1 əl çantasından oğurluq etmək üçün sonuncunun sol yanında dayandığını, saat 09:42:22 olduqda Zərərçəkmiş şəxs1 arxa hissəsinə keçərək əlində saxladığı ağ rəngli sellofan torbanı sağ əlində tutaraq sol əlini Zərərçəkmiş şəxs1 çiyninə salladığı çantasına salaraq oradan pul kisəsini götürüb avtobusu tərk etdiyini bildirmişdir. (İ cild, i. v.55, 85) 10.05.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyi üçün dayandırılmışdır. (İ cild, i.v. 56) 17.05.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (İ cild, i.v. 58) 17.05.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 71-72) 19.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs fakta görə barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild, i.v. 87) 20.02.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 89) 18.05.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş və həmin cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.5 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (İ cild, i.v. 95-99) 18.02.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 119-120) 18.02.2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkcənin sol iç cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə bükümü təqdim edərək həmin bükülünün içərisində narkotik maddə “kakos” olduğunu bildirmişdir. (İ cild, i.v. 130-132) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.02.2021-ci il tarixli, 6/746 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqata təqdim edilmiş üzərində “...(imza) İsmayıl R. ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,304 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (İ cild, i.v. 138-142) Binəqədi rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli qərarından görünür ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən 18.02.2021-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri qanuni hesab edilmişdir. (İ cild, i.v. 149-150) 20.02.2021-ci il tarixli protokollardan görünür ki, Şahid2, Şahid3 ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Şahid2, Şahid3 ifadələrində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş və sonuncu üzünə qarşı verilmiş ifadələri təsdiq etmişdir. (i.v. 173-176, 176-180) 20.02.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək, Təqsirləndirilən şəxs saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v.188-191) 20.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə tədqiqatdan sonra qalan təmiz çəkisi 0,254 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanış üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (İ cild, i.v. 194-196) 23.02.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs təhqiqatçının təklifinə əsasən əynində olan tünd göy rəngli gödəkcənin sol iç cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü masanın üzərinə qoymuşdur. (İ cild, i.v. 197) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. (İ cild, i.v. 199-203) Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 1(044)-132/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 67.1, 68.1.1-1-ci maddələrinə əsasən qəti olaraq, 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 17.12.2021-ciu il tarixli, 1(104)-339/2021 saylı qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 1(044)-132/2021 saylı hökmü ilə təqsirləndirilən şəxsə təyin edilmiş cəza hissəsində dəyişdirilərək “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilərək məhkəmənin hökmü ilə ona qəti olaraq təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından 06 ay müddət çıxılmaqla üzərində 02 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 25.02.2021-ci il tarixli, 584 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 214-215) 11.03.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinə birləşdirilmişdir. (İ cild, i.v. 216-218) 21.02.2021-ci il qərardan görünür ki, ********* saylı cinayət işi fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə başlanaraq icraata qəbul edilidib istintaqı aparılmışdır. (İ cild, i.v. 222) 20.02.2021-ci il tarixli video görüntülərə baxış kemirilməsi haqqında protokoldan görünür ki, 15.02.2021-ci il tarixdə, saat 08:56-dan 09:02-dək ** TH *** dövlət qeydiyyat nişanlı 79 saylı sərnişin avtobusunda quraşdırılmış videoqurğunun qeydə aldığı görüntülərdə Zərərçəkmiş şəxs2 saat 08.56-da ön qapıdan avtobusa mindiyi sürücüyə yaxın ön tərəfdə ayaq üstə durduğu, 08:59-da növbəti dayanacaqda adamların bir qisminin düşməsi nəticəsində ortaya doğru hərəkət edib orada dayandığı, 09:01-də isə növbəti dayanacaqda seyrəklik yarandığından arxaya keçib oturduğu müşahidə olunur. Zərərçəkmiş şəxs2 əl cantasını bədənin sol tərəfində budu istiqamətində saxladığı üçün onun yanında dayanmış “çeçenka” papaq və tibbi maska geyinmiş, tünd göy rəngli gödəkçədə cins şalvarda və qara ayaqqabıda olan şəxsin əl çantasından oğurluq etmək ehtimalı ola bilər. (İ cild, i.v. 230) 20.02 2021-ci il tarixli baxış protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 15 fevral 2021-ci il baş vermiş oğurluq hadisəsi ilə bağlı Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsində “Qış parkı” adlanan əraziyə baxış keçirilmiş və oğurlanan pul kisəsi həmin ərazidə aşkar olunmamışdır. (İ cild i.v. 231) 21.02.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (İİ cild, i.v. 4) 22.02.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 26-27) 22.02.2021-ci il tarixli protokoldan və qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 dəymiş ziyanın 303 manatı Təqsirləndirilən şəxs qohumları tərəfindən ödənilmişdir. (İİ cild, i.v. 39-40) 22.02.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha ifadənin yerində yoxlanması zamanı göstərərək təsdiq etmişdir. (İİ cild, i.v. 42-45) 22.02.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək, Təqsirləndirilən şəxs saxlandığı Nəsimi RPİ-nin MSY-dən azad edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İİ cild, i.v.48-52) 30.06.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “Versace” markalı pul kisəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə geri qaytarılmışdır. Eni zamanda İş üzrə 17 fevral 2021-ci il baş vermiş oğurluq hadisəsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk və şəxsi axtarış keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (İİ cild, i.v. 101-120) 01.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (İİ cild, i.v. 133-135) 27.08.2021-ci il tarixli ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmış və ondan heç bir şikayəti, tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdikləri ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, 15.02.2021-ci il tarixdə, saat 09 radələrində 79 saylı marşrut avtobusunda və 17 fevral 2021-ci il tarixdə, saat 09:50-da 3 nömrəli xətt üzrə hərəkət edən **-JZ-*** dövlət nömrə nişanlı “Baku Bus” markalı avtobusda baş verən oğurluq hadisələrinin ona heç bir aidiyyatının olmaması, onun tərəfindən heç bir cinayət hadisəsinin törədilməməsi ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2, 177.2.5 və 234.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12, 59.1.14 -cü maddələrinə əsasən bir zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2, 177.2.5 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmədə tədqiq edilmiş və işdə olan ********* saylı cinayət işi üzrə 18.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuşdur. 20.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilərək o, Binəqədi RPİ-nin MSY-dən azad edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. ********* saylı cinayət işi üzrə 21.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 22.02.2021-ci il tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək, Təqsirləndirilən şəxs saxlandığı Nəsimi RPİ-nin MSY-dən azad edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 1(044)-132/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş və seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Cəzaçəkmə müddətinin əvvəli 05.05.2021-ci il tarixdən hesablanmışdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu ********* saylı cinayət işi üzrə 2 (iki) gün, ********* saylı cinayət işi üzrə 1 gün, cəmi 3 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 66.5-ci maddəsinin tələbləri rəhbər tutularaq Gəncə Apellyasiya Məhkəməsinin 17.12.2021-ciu il tarixli, 1(104)-339/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs üzərində saxlanılmış azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin ediləcək cəza ilə qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 05.05.2021-ci il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 132-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 0,254 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “Versace” markalı pul kisəsinin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 156.82 (yüz əlli altı manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 80 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 80 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 80 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5-ci maddələri ilə 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin 17.12.2021-ci il tarixli, 1(104)-339/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs üzərində saxlanılmış 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və onun üzərində 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli 05.05.2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 0,254 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “Versace” markalı pul kisəsinin sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 156.82 (yüz əlli altı manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X6 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 80 (səksən) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 (dörd yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-28/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-28/2022
03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver