Məhkəmə qərarları › İş №1(001)-28/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-28/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-28/2023 28.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim: Qurbanova Aygün Arzu qızı, Məhkəmə iclasının katibi: X9, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X4 Müdafiəsi üzrə İdarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1982-ci ildə Beyləqan rayonunda doğumuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi, ev 48C-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 322.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü əy y ə n e t d i: Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış, həmçinin özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş tərəfindən təkzib edilən hər hansı hərəkəti özbaşına törətməklə mühüm ziyan vurmuşdur. Təqsirləndirilən şəxs tanışı Şahid2 vasitəsilə ondan borc pul istəyən Şahid1 bir ay müddətində geri qaytarmaq şərti ilə 11 iyun 2020-ci il tarixdə 15.000 manat, 12 iyun 2020ci il tarixdə 15.000 manat olmaqla, cəmi 30.000 manat borc vermiş və borcun təminatı kimi faktiki olaraq atası Zərərçəkmiş şəxs mülkiyyətində olan, lakin anası X2 adına sənədləşdirilmiş «Mercedes-Benz Actros» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtokranı və avtokrana dair sərəncam vermə hüququnu girov qismində 12 iyun 2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş «nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında» etibarnamə əsasında Təqsirləndirilən şəxs vermiş, Şahid1 borcu geri qaytara bilmədiyindən və onun adına verdiyi etibarnaməni ləğv etdirdiyindən Təqsirləndirilən şəxs Həməşəgül Qəhrəmanovanın 20 iyul 2020-ci il tarixdə ölməsi və sözügedən avtomobili ona qanun üzrə vərəsəlik qaydasında miras qoymasını təsdiq edən şəhadətnaməni istifadə etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə qanunsuz hazırlamaqla 19 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosessi 4 ünvanda yerləşən inzibati binasında həmin saxta şəhadətnamədən bilə-bilə istifadə etməklə Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mülkiyyət hüququ ilə bağlı davranış qaydalarına zidd olaraq qanuniliyi Şahid1 tərəfindən təkzib edilməsinə baxmayaraq «Mercedes-Benz Actros» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtokrana mülkiyyət hüququna dair AE seriyalı 019618 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini adına alaraq özbaşına mülkiyyətinə keçirməklə Zərərçəkmiş şəxs 60.000 manat məbləğində mühüm ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 322.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 ilə dost imiş, təxminən dörd il əvvəl birlikdə şərikli avtomobil alqı-satqısı ilə məşğul olmuşlar. Sonradan aralarında qazancla bağlı narazılıq yaranmış, münasibətləri soyumuş, lakin dalaşmamışlar. 2020-ci ilin iyun ayında Şahid1la ortaq dostları olan Şahid2 ona demişdir ki, Sakitin maddi problemi olduğu üçün sonuncuya bir ay müddətinə 30.000 manat sələmə pul lazımdır, 35.000 manat sələmə götürsün, 5.000 manatı da aralarında bölərlər. Şahid2 deməsinə görə Şahid1 35.000 manatı borca götürəcək, 5.000 manat isə sələmə pul götürən şəxsə hörmət kimi veriləcəkdir, lakin Sakit 5.000 manatın onların arasında bölünəcəyini bilməli deyilmiş. Bundan başqa Natiq Sakitin özünə məxsus «X14» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüləcək pulun qarşılığında girov qoyacağını demişdir. Elə həmin gün tanışından 15.000 manat sələmə pul götürərək Bakı şəhəri, Xətai rayonunda yerləşən «Nəlbəki» restoranının qarşısında Natiqlə görüşmüş, Sakit də həmin vaxt çayxanada olmuş, lakin bayıra çıxmamış, münasibətləri soyuq olduğundan görüşməmişlər. Sakitdən başqa Şahid3 ilə Şahid4 da orada olmuşlar. Elə oradaca Natiqə 15.000 manat pul və özünün şəxsiyyət vəsiqəsini vermişdir ki, avtomobili baş etibarnamə ilə adına keçirsin, Natiq də Sakitin avtomobili baş etibarnamə ilə ona verəcəyini bildirmişdir. Natiqə avtomobili Ayna Soltanova prospektində, dayısına məxsus ofisin qarşısında saxlamağı tapşırmış, qalan pulu da adına etibarnamə verilən kimi verəcəyini deyib getmişdir. Səhəri gün Sakit onun adına baş etibarnamə vermiş və avtomobili Ayna Soltanova prospektində yerləşən «Ramin» şadlıq sarayının qarşısında saxlamışdır. Avtomobili Sakit sürüb gətirmiş, qalan 15.000 manat pulu da, Sakitin yanında Natiqə vermişdir. Razılığa görə pul bir ay müddətində sələmə verilmiş, faktiki olaraq 30.000 manat versə də, 35.000 manat kimi hesablanmalı imiş, çünki, 5.000 manat Natiqlə arasında bölünəcəkdir. Sakit 35.000 manatdan əlavə faiz kimi 2.800 manat da verməli idi. Həmin pulla Sakit iş görüb qazanc əldə edəcəkdi. Natiqlə razılaşmışlar ki, avtomobil bir ay müddətində dediyi yerdə girov kimi qalsın, avtomobildən istifadə etməyəcək, pul qaytarılandan sonra isə etibarnamə ləğv olunacaqdır. Natiq 30.000 manatdan ona 600 manat vermişdir ki, istəyirsə avtomobili onun adına keçirsin, lakin adına keçirmək istəməmiş və həmin 600 manatı da elə Natiqin təklifi ilə aralarında bölmüşlər. Təxminən bir ay sonra Sakit ona zəng vurub demişdir ki, ümumi tanışları Əhliman Ağayevdən bir ayın faizi kimi 2.800 manat pul götürsün. Sakitə belə danışmadıqlarını desə də, Babək prospektində Əhlimandan 2.800 manat pul almışdır. Növbəti ayda da Sakit pulu verə bilməmiş, ikinci ayın faiz pulunu vermək istəsə də, razılaşmayaraq borcun tam qaytarılmasını tələb etmişdir, çünki, pulu bir ay müddətində qaytarmaq şərtilə vermişdir. Sakitə demişdir ki, borca verdiyi pulu sələmə götürüb, əgər borcunu verə bilməsə, avtomobili satacaqdır. Bundan sonra Sakit ondan xəbərsiz adına olan etibarnaməni ləğv etdirmiş və pulu da verməmişdir. Altı-yeddi ay ərzində 23.000 manata yaxın faiz yarandığından məcbur qalıb saxta sənədlə avtomobili adına sənədləşdirmişdir ki, satıb Sakit üçün götürdüyü pulu və faizi qaytarsın. Halbuki, Sakit ona avtomobili girov kimi vermişdir ki, pulu qaytarmayacağı təqdirdə avtomobili satsın. Natiq də ona demişdir ki, Sakit ona bildirib ki, əgər pulu vaxtında qaytara bilməsə avtomobili sata bilər, ona görə də, avtomobili baş etibarnamə ilə vermişdir. Hətta Sakitə sələmə verdiyi puldan 600 manatı Natiq ona vermişdir ki, avtomobili girov kimi alqı-satqı yolu ilə adına və ya istədiyi yaxın adamın adına sənədləşdirsin, əgər Sakit pulu qaytarsa yenidən Sakitin adına sənədləşdirsin. Belə olan halda bir ay ərzində iki dəfə alqı-satqıya getməyin mənasız olduğunu düşünüb, bunu etməmişdir. Fikrincə Sakit sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu və həmin pulu qaytarmaq onun üçün çətin olmazdı, bundan başqa münasibətləri soyuq olsa da, aralarında inam vardı. Göstərdiyi səbəblərdən avtomobili adına sənədləşdirməmiş, Sakit isə pulunu qaytarmaq əvəzinə verdiyi baş etibarnaməni ləğv etdirmişdir. Belə ki, 2021-ci ilin yanvar ayında tanış olduğu Şahid5 ona demişdir ki, Baş Dövlət Yol Polis İdarəsində tanışları var, o da Zaura yalandan demişdir ki, adına olan baş etibarnamənin vaxtı bitib və avtomobili öz adına sənədləşdirmək istəyir. Zaur onu Arif Həsənzadə ilə tanış etmiş, sonuncu bildirmişdir ki, bu işi 2.300 manat müqabilində həll edə bilər. Zaurun Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ofisində 2.300 manatı Arifə vermiş, lakin Arif sonradan bu işi bacarmayacağını deyib pulu geri qaytarmışdır. Bundan sonra şəhadətnaməni özü hazırlamışdır. Belə ki, arabir gedib-gəldiyi 43 saylı notariat ofisində ona məxsus olan sənədlərə əvvəllər vurulan möhürü gördüyündən həmin möhürün oxşarını hazırlatdıraraq sözü gedən şəhadətnaməni hazırlayıb həmin möhürlə sənədi möhürləmiş, daha sonra həmin sənədi Arifə göstərib demişdir ki, avtomobilin sahibi avtomobili ona miras qoyub. Arif sənədin saxta olmasını bilməmiş və sənədi Baş X16 İdarəsində onun iştirakı ilə təqdim etmiş, bir gün ərzində ona avtomobilə dair qeydiyyat şəhadətnaməsi verilmişdir. Qeydiyyat şəhadətnaməsini hansı inspektorun verdiyini bilmir. Saxta sənədin hazırlanmasında Zaurla Arifin heç bir rolu olmamış, qeydiyyat şəhadətnaməsini hazırlayan polis əməkdaşı da sənədin saxta olmasını bilməmişdir. Təxminən bir il əvvəl Arifin öldüyünü eşitmişdir, lakin harada yaşadığını və ata adını bilmir. Sonradan bilmişdir ki, Sakit avtomobil alveri ilə məğul olan Əhliman Ağayevdən təxminən dörd-beş avtomobili nisyə alıb pulunu qaytara bilməmiş, buna görə də, külli miqdarda, hətta Natiqə də borcu yaranmışdır. Sakit Natiqin təklifi ilə borclarının müəyyən bir qismini qaytarmaq üçün ondan sələmə pul götürmüş, Sakitə çatdırmaq üçün Natiqə verdiyi pulların bir hissəsini də, Natiq Sakitin borcunu bağlamaq üçün Əhlimana vermişdir. Hazırda sözügedən avtomobil Sakitə geri qaytarılmışdır və barışmışlar, törətdiyi əməldən səmimi peşimandır. Məhkəmə təqsirləndirilənin qismən etirafedici, zərərçəkmiş şəxsin, həmçinin şahidlərin ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 322.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, Şahid1 onun oğludur. Sakitin istifadəsində olan «X14» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili vaxtilə öz hesabına almış və arvadı X2 adına formal olaraq sənədləşdirmişdir. Sakit avtomobili etibarnamə əsasında 2020-ci ilin iyun ayında tanışı Şahid2 vasitəsilə Təqsirləndirilən şəxs vermişdir. Belə ki, Şahid2 guya Şahid1 borclarını ödəmək üçün Təqsirləndirilən şəxs borca pul götürmüş və həmin pulu Sakitin ona olan borcundan çıxmışdır. Sakitə pul verilməmişdir. Sakit Natiqin vasitəsilə başqa şəxsə pul verdiyindən və həmin şəxs Sakitin pulunu qaytarmadığına görə Sakit bir neçə ay sonra Təbrizin adına verdiyi etibarnaməni ləğv etdirmişdir. Lakin Təbriz guya Həməşəgül Qəhrəmanovanın öldüyünü və avtomobili ona miras qoyması barədə saxta vərəsəlik hüququ haqqında şəhadətnamə hazırlamış və həmin sənədlə avtomobili onlardan xəbərsiz öz adına sənədləşdirmişdir. Sakitin Təbrizlə olan söhbətinin dəqiq təfərrüatlarından xəbərsizdir. Sözügedən avtomobil ibtidai istintaq dövründə onlara qaytarılmış, dəymiş ziyan tam ödənilmişdir və barışmışlar. Bu səbəbdən də, Təbrizə qarşı hər hansı bir şikayəti və ya tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs illərdir tanıyır, şərikli avtomobil alqı-satqısı ilə məşğul olmuşlar. Bu müddətdə Təqsirləndirilən şəxs külli miqdarda, yəni 100.000 manat borcu olduğu dövrlər də olmuş, ondan borca pul alıb iş görmüş, sonra hissə-hissə borcunu qaytarmışdır. Təxminən üç-dörd il əvvəl aralarında narazılıq yarandığından münasibətləri soyumuşdur. Şahid2 ortaq tanışlarıdır, aralarında yaxşı münasibət olmuş, birlikdə avtomobil alqı-satqısı ilə məşğul olmuşlar. Şahid2 30.000 manat borcu olmuş, bundan başqa birgə tanışları Əhliman Ağayevdən 2019-cu ildə bir neçə avtomobil nisyə aldığı üçün sonuncuya da 100.000 manatdan artıq borcu yaranmışdır. Həmin avtomobilləri Abşeron rayonu, Xırdalan şəhərində bina tikintisi ilə məşğul olan Emil Səməndərova iki ay müddətində pulunu qaytarmaq şərtilə vermiş, lakin Emil indiyədək avtomobillərin 280.000 manat məbləğində pulunu verməmiş, bu səbəbdən də Əhlimana olan borcunu verə bilməmişdir. 2020-ci ilin yay aylarında Əhlimana olan borcunu hissə-hissə ödəyib məbləği azaltmış, bundan sonra Natiq ona təklif etmişdir ki, «X14» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilini girov qoyub sələmə pul götürməklə ona və Əhlimana olan borcunu qaytarsın. Əlacsız qalıb Natiqlə razılaşmışdır. Natiq demişdir ki, Təbrizdən sələmə bir ay müddətində 35.000 manat pul götürər və həmin puldan 5.000 manat Təbrizin pul götürdüyü şəxsə hörmət kimi veriləcəkdir. Belə ki, Təbriz pulu kimdənsə götürməli idi. Natiqin sözünə görə avtomobil girov kimi Təbrizin adına baş etibarnamə ilə verilməli, 35.000 manatdan savayı 2.800 manat faiz kimi ödənilməli idi. Bu qaydalarla da razılaşmışdır. Həmin ərəfələrdə Təbrizlə münasibətləri soyuq idi. Bakı şəhəri Xətai rayonunda yerləşən «Nəlbəki» restoranında Natiq, qardaşı Şahid3 və Şahid4 ilə oturduqları vaxt Təbriz də oraya gəlmiş və danışılmış pulun bir hissəsini çayxananın qarşısında Natiqə vermişdir. Natiq avtomobili girov kimi qoymaq üçün Təbrizin adına baş etibarnamə verməsindən ötrü sonuncunun şəxsiyyət vəsiqəsini ona vermiş, o da səhəri gün, yəni 12 iyun 2020-ci il tarixdə Təbrizin adına baş etibarnamə vermiş və avtomobili onun dediyi ünvana qoydurmuşdur. Təbriz qalan 15.000 manat pulu elə onun yanında Natiqə vermiş, Natiq də həmin pulu onun razılığı ilə ona olan borcundan çıxmışdır. Növbəti ayda Əhlimandan Təbrizə 2.800 manat pul verməyi xahiş etmiş, Əhliman da onun əvəzindən Təbrizə həmin məbləğdə pul vermişdir. Həmin ərəfələrdə Natiq təklif etmişdir ki, Emil Səməndərova on altı gün müddətində geri qaytarmaq şərtilə 20.000 manat pul lazımdır, pulu geri qaytaranda əlavə 4.000-5.000 manat pul verəcək. Hətta Natiq onu Emilin yanına aparmış, Emil Natiqə həmin vədləri vermiş, lakin o, Emillə danışmamışdır. Bununla belə 20.000 manat pulu sələmə götürüb Natiqə, o da həmin pulu onun iştirakı ilə Emilə vermişdir. Emil hələ də onun pulunu qaytarmamış, Natiq də Emilə zamin durduğu üçün Emildən həmin pulu tələb etməmiş, 20.000 manat pulu və faizini qaytarmaq üçün avtomobili satıb borcu bağlamışdır. Natiq pulu vermədiyi üçün ona demişdir ki, həmin pulu ona olan 30.000 manat borcundan çıxar və bundan sonra baş etibarnamə ilə verdiyi avtomobili geri istəyir. Ona görə də, Natiqlə olan razılaşmanı pozmuş və Təbrizin adına verdiyi etibarnaməni ləğv etdirmişdir. Təbriz avtomobili ona qaytarmamış və pulunu istəmişdir. Təbrizə demişdir ki, pulunu Natiqdən alsın, Təbriz isə saxta sənədlə avtomobili adına keçirmişdir. Təbriz bu yolla avtomobili adına keçirib, geri qaytarmadığı, həmçinin ilkin izahatında yalandan guya avtomobili ondan 60.000 manata satın aldığını dediyi üçün izahat və ifadələrində yalandan göstərmişdir ki, guya avtomobili Təbrizə icarəyə vermişdir, halbuki, icarəyə deyil, girov kimi vermişdir. Təbriz ona qarşı dələduzluq etməmişdir. Hazırda Təbrizin ona borcu yoxdur və avtomobil ona qaytarıldığı üçün Təbrizdən şikayətçi deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 illərdir tanıyır. Şahid1 Təqsirləndirilən şəxs vasitəsi ilə tanımışdır. 2020-ci ilin yay aylarında Sakitin ona 40.000 ABŞ dolları, tanışı Əhliman Ağayevə isə külli miqdarda borcu olduğundan pula ehtiyacı yaranmışdır. Həmin vaxtlar Təbriz ilə Sakitin münasibəti olmamış, ünsiyyət saxlamamışlar. Əhliman pulunu tələb etdiyi üçün Sakit öz razılığı öz avtomobilini girov qoymaqla sələmə pul götürüb borcunu verməyə razılaşmış, ona Təbrizdən əlaqələri geniş olduğu üçün sələmə pul götürməyi təklif etmiş, razılığını alandan sonra Təbrizdən xahiş etmişdir ki, sələmə pul tapsın. Sakitlə belə razılığa gəlmişlər ki, Təbrizdən 35.000 manat pul alacaqlar və 5.000 manat pul Təbrizin pul götürəcəyi şəxsə şapka kimi veriləcəkdir. Təbrizlə bu barədə razılaşmışlar. Təbriz pulu bir ay müddətində geri qaytarmaq şərtilə verəcəyini bildirmişdir. Sakit 35.000 manatdan savayı 2.800 manat da qaytarmalı idi və buna da razılaşmışlar. Təbriz pulun 15.000 manatını Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Nəlbəki» çayxanasının qarşısında ona vermişdir. Həmin vaxt qardaşı Şahid3 ilə dostu Şahid4 da orada olmuşlar. Təbrizin şəxsiyyət vəsiqəsini adına baş etibarnamə verməsi üçün Sakitə vermiş, səhəri gün Sakit Təbrizin adına etibarnamə verəndə, sonuncu da pulun qalan 15.000 manatını ona vermiş, 5.000 manatı isə Təbrizlə aralarında bölmüşlər. Sakit avtomobili Təbrizin dediyi ünvana göndərmişdir. X12 pulu qaytara bilmədiyi üçün onun adına verdiyi etibarnaməni ləğv etdirmişdir. Alınan pulun 15.000 manatını Əhlimana vermişdir və sonuncu özü də bunu təsdiq edə bilər. Bundan başqa Sakit dostu Tural adlı avtomobil alverçisindən nisyə «BMW» markalı avtomobil aldığı üçün 14.000 ABŞ dollar borcu qalmış, Tural onun xahişi ilə Sakitə nisyə avtomobil verdiyindən və Sakit də borcunu qaytara bilmədiyinə görə Tural ondan pulunu istəmiş, o da bu səbəbdən qalan pulun 7.000-8.000 manatını Turala vermiş, bir hissəsini isə Sakitin ona olan borcundan silmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 təxminən iki il olar tanıyır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxsla Şahid1 arasında ara-sıra iş birlikləri olmuşdur. Belə ki, bir neçə dəfə Təbriz Sakitin vədinə əsasən müəyyən tikinti işlərini görüb gəlir əldə etmək üçün ona pul vermiş, 2020-ci ilin yay aylarından isə münasibətləri soyumuşdur. X15 verdiyi pulları sonuncunun düzgün idarə etməməsi səbəbindən əldə etdiyi gəlirdən ona az miqdarda pul qazandığını deməsindən şübhə etməsi olmuşdur. Həmin vaxtlar Sakitin pula ehtiyacı yaranmış, ortaq tanışları Seyidov X10 xahiş etmişdir ki, Sakitə 35.000 manat pulu bir ay müddətində üzərində əlavə 2.800 manat gəlir götürməklə borca versin, qarşılığında isə Sakit özünə məxsus «X14» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə ilə ona girov qoyacaqdır. Təklif Natiqin vasitəsi ilə Sakitdən gəlmiş, bundan sonra Bakı şəhəri, Xətai rayonu, H.Salani küçəsində yerləşən «Nəlbəki» kafesində Natiq, Sakit və Natiqin qardaşı Mirəyyubla birlikdə olduqları vaxt Sakit bir daha təsdiq etmişdir ki, pula ehtiyacı olduğundan Təbrizdən borca pul istəyib, qarşılığında avtomobilini etibarnamə ilə girov qoyacaqdır. Az sonra Təbriz də oraya gəlmiş və yanlarında Sakitə 17.500 manat pul verib deimşdir ki, pulun qalan yarısını da avtokrana dair etibarnaməni ona təqdmi edəndən sonra verəcəkdir. Həmin vaxt bilmişdir ki, Sakitin avtomobili anasının adınadır və etibarnamə Sabirabad rayonunda verilməli olduğundan Təbrizin adına etibarnamə verilməsi bir gün sonraya qalmışdır. Bu məqsədlə hələ kafedə olduqları vaxt Təbriz öz şəxsiyyət vəsiqəsini Sakitə vermişdir. Səhəri gün Sakit, Natiq və Təbriz birlikdə görüşmüşlər, Sakit Təbrizə etibarnaməni verəndən sonra Təbriz qalan pulu Sakitə vermişdir. Təbriz Sakitə ümumilikdə 35.000 manat borc pul vermişdir. İkinci görüşdə iştirak etməsə də hadisələrdən xəbərdar olmuşdur, çünki daha sonralar dəfələrlə Sakit və Təbrizlə birlikdə görüşmüşlər. Təbriz Sakitə 35.000 manat borc verdikdən iki ay sonra Sakit ona Xırdalanda olan zaman 2.800 manat pul vermişdir ki, Bakı şəhərinə gedəndə Təbrizlə görüşüb ona versin. Bundan sonra istifadəsində olan 055 204 80 09 mobil nömrəsindən Təbrizin istifadəsindəki 070 200 77 50 mobil nömrəsinə zəng edərək Sakitin ona pul vermək istədiyini, alıb-almayacağını soruşmuş, Təbriz də cavab vermişdir ki, pulu yox, ümumi borcunu istəyir, çünki Sakit ilə danışığı bir ay müddətində olmuşdur. Buna görə də Sakitdən pulu götürməmişdir. Bundan sonra aylar keçməsinə baxmayaraq Sakit borcunu ödəyə bilməmiş, dəfələrlə birlikdə görüşləri olmuş, Sakit Təbrizə təklif etmişdir ki, avtokranı Sakitin özünə arendaya verib, oradan pulunu götürsün lakin Təbriz buna razılaşmamışdır. Bundan başqa Sakit dəfələrlə Təbrizə borcunu artırıb avtokranı qaytarmasını təklif etsə də, Təbriz ona borcunu ödəməsini, avtokran işlədə bilməməsini, bu işlərdən anlayışının olmamasını demişdir. Bir müddət keçdikdən sonra Sakit Təbrizin onun dedikləri ilə razılaşması üçün onun adına avtokrana dair vermiş olduğu etibarnaməni ləğv etdirmiş, Təbriz də Sakit onun borcunu qaytarmadığı və girov qoyduğu avtokrana dair etibarnaməni ləğv etdirdiyindən həmin avtokranı əlində saxlamaq üçün saxta sənədlə öz adına keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində şahidlər Şahid2 və Şahid4 ifadələrindəki xüsusatları təsdiq edərək onlarla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə 2021-ci ildə tanış olmuş, aralarında ədavət və ya düşmənçilik olmamış, noramal münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs ona «X14» markalı, **- FH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair adına olan baş etibarnamənin vaxtının bitdiyini və avtomobili adına keçirmək istədiyini deyib, ondan bu işdə kömək istəmiş, Baş Dövlət Yol Polis İdarəsində tanışları olduğunu bildirib, X13 ilə tanış etmiş, sonuncu da bu işi 2.300 manat müqabilində həll edə biləcəyini demişdir. Bundan sonra Təbriz onun Bakı şəhəri, Nərimanov rayonunda yerləşən ofisində 2.300 manatı Arifə vermiş, lakin Arif sonradan bu işi bacarmayacağını deyib pulu geri qaytarmışdır. Təbrizin bu işlə bağlı sonradan apardığı hərəkətlər barədə xəbəri olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən, zərərçəkmiş və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 24 fevral 2021-ci il tarixli raportundan görünür ki, vətəndaş X3 məxsus olan «X14» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 15 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına qeydiyyata alınaraq AE 019618 saylı qeydiyyat şəhadətnaməsi verilmiş, lakin sonradan həmin sənədlər təhlil olunarkən qeydiyyata təqdim edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin saxtalığı şübhə doğurmuşdur. X1 Sabirabad «ASAN xidmət» mərkəzində olan notariat ofisinə ünvanladığı 27 avqust 2020-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs 12 iyun 2020-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində verdiyi, reyestrdə 7E-702210 nömrə ilə qeyd olunmuş etibarnamənin qüvvəsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3cü maddəsinə əsasən xitam verilməsi barədə «Elektron notariat» informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 43 saylı Notariat Ofisinin 480 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, mərhum X5 barədə «Elektron notariat» informasiya sistemində məlumat aşkar edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 15 yanvar 2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, 20 iyul 2020-ci il tarixdə ölmüş X2 vərəsəsi Təqsirləndirilən şəxs miras əmlakdan tam hissədə pay almalıdır və şəhadətnamə verilən miras əmlak Həməşəgül Qəhrəmanovaya məxsus, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AD№045378 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-FH-*** dövlət nömrə nişanlı, «X14» markalı avtomaşına tam payından ibarətdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin 10 mart 2021-ci il tarixli 005-3712-1271 saylı məktubundan görünür ki, idarənin bilavasitə tabeliyində olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində X1 mülkiyyətində olmuş **-FH-*** dövlət nömrə nişanlı, «X14» markalı avtomaşının 19 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmasına əsas olan və saxta olması şübhə doğurduğundan Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 15 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin araşdırılmasına dair HK/1-151 nömrəli material araşdırılmanın davam etdirilməsi üçün aidiyyatı üzrə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2021-ci il tarixli, 5/519 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə olan möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur və sözügedən şəhadətnamənin üzərində olan «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi* Bakı şəhəri* NOTARİUS QURBANOV ELŞƏN BƏHMƏN oğlu* Şəhadətnamə №077» məzmunlu möhür əksi eksperimental nümunə qismində təqdim edilmiş «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi* Bakı şəhəri* NOTARİUS QURBANOV ELŞƏN BƏHMƏN oğlu* QİRX ÜÇ SAYLİ NOTARİAT OFİSİ» məzmunlu möhür əksi ilə eynilik təşkil etmirlər; aparılmış ekspertiza tədqiqatının dəyəri 61 (altmış bir) manat 52 (əlli iki) qəpik müəyyən olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 22 iyun 2021-ci il tarixli qərarından görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 22 iyun 2021-ci il tarixli qərarı və eyni tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:15-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 23 iyun 2021-ci il tarixli protokolundan görünür ki, zərərçəkmiş şəxs Şahid1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 istintaqa verdiyi ifadələrində göstərdiklərini üzləşmə zamanı Təqsirləndirilən şəxs qarşı eyni ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 23 iyun 2021-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsindən həmin Məcəllənin 178.3.2 və 320.2-ci maddələrinə tövsif edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 24 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuş, hüquq və vəzifələri elan edilməklə qərarın surəti ona təqdim edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-632/2021 saylı, 24 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 22 iyun 2021-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 13 dekabr 2016-cı ildə anadan olmuş Miray Məmmədova və 22 oktyabr 2018-ci il təvəllüdlü Nuray Məmmədova adlı iki azyaşlı övladı var. Azərbaycan Respublikası Prokurorluğu Bakı şəhər Prokurorluğunun 12 iyul 2021-ci il tarixli, 05-3513 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbayan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi istintaqın Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində davam etdirilməsinin təmin olunması üçün sözügedən idarəyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-296/2021 saylı, 16 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X16 İdarəsinin 16 iyul 2022-ci il tarixli, 046-32818 saylı məktubu və eyni tarixli 383 saylı aktın surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə «X14» markalı, **-FH-*** dövlət nömrə nişanlı avtomobil həmin tarixdə «Siqnal» İDİİ-nin 17 saylı mühafizə olunan duracağına yerləşdirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsi Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 26 avqust 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə «X14» markalı, **-FH-*** dövlət nömrə nişanlı avtokran, AE seriyalı 019618 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi maddi sübut kimi tanınmış, avtokran zərərçəkmiş şəxs Şahid1 ərizəsinə əsasən ona qaytarılmış, qeydiyyat şəhadətnaməsi isə saxta sənədlər əsasında verildiyindən etibarsız hesab edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 26 avqust 2021-ci il tarixli, ********* saylı məktubundan görünür ki, Şahid1 məxsus olan «X14» markalı, **-FH-*** dövlət nömrə nişanlı avtokranın cərimə meydançasından buraxılmasına icazə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsi Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 22 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsi Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 2021-ci il 22 sentyabr, 02 dekabr, 07 fevral 2022-ci il tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs xəstəliyi (yüksək hərarət) ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsi Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 27 noyabr 2021-ci il, 2022-ci il 14 yanvar, 19 mart tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə istintaq hərəkətlərinin həyata keçirilməsi zərurəti olduğundan cinayət təqibi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Prokurorluğu Bakı şəhər Prokurorluğunun 07 fevral 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işi üzrə istintaq müddəti iki ay müddətinə yəni, 07 aprel 2022-ci il tarixinədək uzadılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsi Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 19 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində tutulmasından ötrü axtarış elan olunmuş və olduğu yer müəyyən edildikdə tutularaq Bakı şəhər Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verilməsi qərarlaşdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsi Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 19 mart 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs tutulanadək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polsi İdarəsi 6-cı Polis Bölməsinin 20 aprel 2022-ci il tarixli protokolundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən parkın yaxınlığında tutularaq Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsi Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 20 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs tutularaq istintaqa təhvil verildiyindən cinayət təqibi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsi Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 22 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsi Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 24 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs xəstəliyi (Covid 19 infeksiyasına yoluxma ehtimalı) ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsi Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 17 may 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə istintaq hərəkətlərinin həyata keçirilməsi zərurəti olduğundan cinayət təqibi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsi Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 17 may 2022-ci il tarixli protokolundan görünür ki, zərərçəkmiş şəxs Şahid1 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərində ifşa etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsi Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 09 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan vurulduğuna kifayət qədər əsaslar olduğundan o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsi Ağır Cinayətlərin İstintaqı Şöbəsinin sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında 09 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələrindən həmin Məcəllənin 320.1 və 322.1-ci maddələrinə tövsif edilmiş və ona qeyd olunan maddələrlə yenidən ittiham elan edilmiş; Şahid1 zərərçəkmiş şəxs qismində statusuna xitam verilmiş; 15 yanvar 2021-ci il tarixli saxta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 128-ci maddəsinə əsasən maddi sübut hesab edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsi Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 09 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 322.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrlə yenidən ittiham elan olunmuş, hüquq və vəzifələri elan edilməklə qərarın surəti təqdim edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 01 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Belə ki, Təqsirləndirilən şəxs onun avtomobilini özünə qaytarmış və barışmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «X8 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 322.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında özünü qismən təqsirli bilməsi barədə olan ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, o, istintaqa belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1, 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutlduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 322.1-ci maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsidir. Təqsirləndirilən şəxsin əməllərində həmin Məcəllənin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 322.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2, 44.2.1-ci maddələrinə əsasən barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2, 44.2.1-ci maddələrində göstərilir ki, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə və bu Məcəllənin 39.1.3-cü (cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə)) maddəsində nəzərdə tutulmuş halda ona cəza təyin etməməklə ittiham hökmü çıxarılır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 322.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsində göstərildiyi kimi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir. Həmin Məcəllənin 75.1, 75.1.1-ci maddələrinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət işi üzrə mülki iddia, maddi ziyan və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Bu mənada cinayət işi üzrə maddi sübut kimi tanınmış «X14» markalı, **-FH-*** dövlət nömrə nişanlı avtokranın qanuni sahibinə qaytarılması nəzərə alınmalı; AE seriyalı 019618 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və 15 yanvar 2021-ci il tarixli saxta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 61 (altmış bir) manat 52 (əlli iki) qəpik məbləğində pul təqsirləndirilən şəxsdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 322.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 322.1-ci maddələri üzrə həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə görə ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan “Mercedes-Benz Actros” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış qanunsuz hazırlanmş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Təqsirləndirilən şəxs adına olan və etibarsız hesab edilən avtomobilin qeydiyyat şəhadətnaməsi cinayət işi materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 61 (altmış bir) manat 52 (əlli iki) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm sözügedən müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar