Məhkəmə qərarları › İş №1(001)-28/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-28/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-28/2024 15.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Hüquqi şəxs Təqsirləndirilən şəxs nümayəndəsi: Nümayəndə1 iştirakları ilə xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi (hazırki adı-İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi) tərəfindən ********** №-li VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 1ktiki rəhbəri Nümayəndə1, əsas fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaqdan ibarət, faktiki olaraq logistika xidməti göstərmiş, əvvəllər barəsində cinayəthüquqi tədbirlər tətbiq edilməmiş, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 308.1-ci maddəsinə münasibətdə cinayət hüquqi tədbir tətbiq edilməsi ilə bağlı cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təsisçisi və faktiki rəhbəri Nümayəndə1 əmlak mənfəəti əldə etmək məqsədi ilə vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və rəhbəri olduğu hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək vahid niyyətlə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, xx.xx.2013-cü ildə Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (hazırki adı- İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi) tərəfindən ********** №-li VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 187, mənzil 75 olan Təqsirləndirilən şəxsn təsisçisi və faktiki rəhbəri kimi cəmiyyətin 10 oktyabr 2013-cü ildə təsdiq olunmuş Nizamnaməsinə əsasən cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək, illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, onun mənfəət və zərərini bölüşdürmək, fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmək, onların yerinə yetirilməsinə dair plan və sair hesabatları təsdiq etmək, direktorun təyin edilməsi və geri çağırılması, bütün müqavilə, saziş və digər əqdlərin bağlanmasına razılıq vermək, cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərmək, cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, cəmiyyətin adından əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq, cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin, təkliflərin hazırlanmasını həyata keçirmək və sair təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla özü və rəhbəri olduğu hüquqi şəxs (Cəmiyyət) üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnaməyə əsasən xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün xarici ölkələrin icazə blanklarının və X1 atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4, Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan, həmçinin yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan çoxtərəfli “İcazə”lərinin Azərbaycan Respublikasının avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarına verilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirildiyi, “İcazə” blankı” növündən (ölkəyə gəlmək haqqında icazə, yüklərin yüklənməsinə icazə, üçüncü ölkəyə tranzit gediş üçün icazə) asılı olmayaraq, yükdaşımaları ilə məşğul olan avtonəqliyyat vasitələrinin sahiblərinə Azərbaycan Respublikasının ərazisinə maneəsiz daxil olmaq, yüklənmə aparmaq, ikitərəfli və ya tranzitlə hərəkət etmək hüququ, dövlət sərhədini keçmək haqqında tərəflərin qarşılıqlı razılaşması ilə müəyyən edilmiş digər şərtlər gözlənildiyi, “İcazə” blanklarının üçüncü şəxsə verilməsi qadağan olduğu və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumu yük avtomobil daşıyıcılarına görə hər bir icazə üçün 20 (iyirmi) ABŞ dolları olduğu halda, 2022-ci ilin iyun ayında Cəmiyyətin ünvan 3 ünvanında yerləşən ofisində Bakı şəhər sakini Şahid1 faktiki olaraq həmin şəxslə müqavilə bağlamadan və X4 Xidmətinə avtonəqliyyat vasitələri barədə məlumat vermədən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində rəhbəri olduğu Cəmiyyətə verilmiş etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək olan İran İslam Respublikasına aid 1008275, 1008276, 0078425, ******* nömrəli və istintaqa məlum olmayan 8 ədəd olmaqla ümumilikdə 12 ədəd “İcazə” blanklarını dövlət rüsumundan bir neçə dəfə baha, yəni bir ədədi 50 manat olmaqla cəmi 600 (altı yüz) manata satıb qazanc əldə etməklə, Şahid1 tərəfindən isə ******* və ******* nömrəli “İcazə” blanklarını şəxsən, ******* və ******* nömrəli İcazə blanklarını isə tanışı Şahid4 Abdurrahman oğlu vasitəsi ilə hər birini 65 manat olmaqla ümumilikdə 260 (iki yüz altmış) manata Bakı şəhər sakini Şahid3 Oktay oğluna satılmasına nail olmaqla, Bundan başqa o, eyni niyyətlə, özü və rəhbəri olduğu hüquqi şəxs (Cəmiyyət) üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə 2022-ci ilin avqust ayında Bakı şəhər sakini Şahid1 faktiki olaraq həmin şəxslə müqavilə bağlamadan və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə avtonəqliyyat vasitələri barədə məlumat vermədən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə rəhbəri olduğu Cəmiyyətə verilmiş etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək olan Gürcüstan Respublikasına aid 22-142968 nömrəli “İcazə” blankını dövlət rüsumundan bir neçə dəfə baha, yəni bir ədədi 70 (yetmiş) manata Cəmiyyətin fəaliyyət göstərdiyi ünvan 3 ünvanında yerləşən ofisində satıb qazanc əldə etməklə, həmin şəxs tərəfindən isə həmin blankı qazanc məqsədilə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Şəki” restoranının yaxınlığında 85 manata Bakı şəhər sakini Şahid2 Şahmar oğluna satılmasına nail olmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən beynəlxalq daşıma icazələrinin bölüşdürülməsi prosesinin şəffaflığına, “İcazə” blanklarının sayı məhdud olduğundan həmin blankların qabaqcadan real tələbatdan artıq sayda alınmasına və bununla digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurmaqla yanaşı, ümumilikdə beynəlxalq daşıma həyata keçirən Azərbaycan daşıyıcılarının xarici bazarlara çıxışını məhdudlaşdırmaqla bazardakı mövqelərinin zəifləməsinə, cəmiyyətin və dövlətin iqtisadi münasibətlərin şəffaflığı və həyata keçirilən fəaliyyətə dövlətin hüquqi proseduralar üzrə nəzarətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bununla da, Təqsirləndirilən şəxs təsisçisi və faktiki rəhbəri Nümayəndə1 hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək, onun maraqlarının qorunması, hüquqi şəxsin qanunsuz mənfəət əldə etməsi məqsədi ilə CM-in 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxs Təqsirləndirilən şəxs təsisçisi və faktiki rəhbəri Nümayəndə1 ifadəsində göstərmişdir ki, 2013-cü ildə Təqsirləndirilən şəxs MMC-ni təsis etmiş və həmin vaxtdan 100 payla təsisçisi özü olmaqla 2018-ci ilədək həmin Cəmiyyətin direktoru vəzifəsində çalışmışdır. 2018-ci ildə direktor vəzifəsinə qardaşı X2 təyin etmiş, lakin Cəmiyyətin bütün işləri o, cümlədən sənədləşmə işləri ilə özü məşğul olmuşdur. Cəmiyyət fəaliyyəti beynəlxalq yükdaşıma və nəqliyyat ekspeditor olmuşdur. Cəmiyyətin balansında beynəlxalq yükdaşıma sahəsində fəaliyyət göstərən təxminən 4 ədəd yük maşını var, lakin hazırda müqavilə üzrə təxminən 200 ədəd yük maşınına xidmət göstərir. Cəmiyyətin əsas iş fəaliyyəti ölkədən xaricə və ya xarici ölkələrdən daxil olan yükləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən alınan müvafiq icazə vərəqəsi – “İcazə” blankı əsasında bir yerdən digər yerə daşımaqdan ibarətdir. Qeyd edilən “İcazə” blanklarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən dövlət rüsumu 20 ABŞ dolları məbləğində bank yolu ilə pul ödəməklə əldə edir. Həmin blankları rəhbəri olduğu Cəmiyyət ilə müqaviləsi olan və beynəlxalq yükdaşıma fəaliyyətini həyata keçirən yük maşınlarına xidmət haqqı nəzərə alınmaqla 45-68 manata satışını həyata keçirmişdir. Təqsirləndirilən şəxs MMC-yə ayrılmış İran İslam Respublikasına aid olan 1008275, 1008276, ******* və ******* nömrəli, Gürcüstan Respublikasına yükdaşınması üçün verilmiş 22-142968 nömrəli “İcazə blanklar həqiqətən də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ona məxsus Cəmiyyətə verilmişdir. 2022-ci ilin iyul ayında İran İslam Respublikasına aid olan 12 ədəd İcazə Blankını hər birini 50 manat olmaqla ümumilikdə 600 manata Şahid1 satmışdır. Bundan başqa, 2022-ci ilin avqust ayında Şahid1 Gürcüstan Respublikasına yükdaşınması üçün verilmiş 22-142968 nömrəli “İcazə” blankını 70 manata satmışdır. Şahid1 2022-ci ilin may ayında onun Cəmiyyəti ilə 4 ədəd nəqliyyat vasitəsi ilə bağlı müqavilə bağlamışdır və həmin vaxtdan etibarən ondan mütəmadi olaraq blanklar alışını həyata keçirmişdir. Şahid1 satdığı ümumilikdə 13 ədəd “İcazə” blankının satışı ilə bağlı aralarında əlavə müqavilə bağlanmamışdır, hansı yük maşınına verəcəyini bilməmiş, öz 4 ədəd yük maşını ilə əlaqədar aldığını bilmişdir. “İcazə” blanklarının 3-cü şəxsə satışının qadağan olduğunu bilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş Azərbaycan Yerüstü Nəqliyyat Agnetliyinin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, icazə blankları ölkələr arasında olan razılaşma əsasında müəyyən bir sahədə verilir və bu sahədə çalışan alıcılar arasında bölünür. Ölkə ərazisində daşıyıcılar çox olduğu üçün daşıyıcılar müəyyən şirkətlər ətarfında birləşirlər. Şirkətlə sürücülər arasında əmək müqavilələri olur və blank alanda icazə blankı konkret avtomobillərə verilir. Şirkət tərəfindən başqa şəxslərə blankların satılması qadağandır. Digər tərəfdən daşıma olanda artıq icazə blanklarında standart dövlətin təyin etdiyi qiymət 20 ABŞ dollardı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ildən "xxxx" MMC-in direktoru vəzifəsində çalışır. Cəmiyyətin fəaliyyəti ölkə daxilində tikinti materiallarının anbarlara yığılması, qorunması və saxlanmasından ibarətdir. Bundan başqa həmçinin, yük maşınlarının sürücülərindən aldığı etibarnamələr əsasında onlara xidmət göstərməklə həmin şəxslərə beynəlxalq yükdaşıma “İcazə” blanklarının satışı ilə məşğul olumuşdur. İri tonnajlı yük maşınlarının sahibləri və ya sürücüləri ona “İcazə blank”larının alınması ilə bağlı müraciət etdikdə həmin şəxslər əvvəlcə öz adlarından ona təmsil etmək məqsədilə mülki etibarnamə verilmiş, həmin etibarnamə əsasında o, “İcazə” blanklarının satışını həyata keçirən şirkətlərə yəni, "xxxx" MMC, Təqsirləndirilən şəxs MMC, "xxxx" MMC və "xxxx" MMC-yə müraciət edərək müqavilə bağlamışdır. Bundan sonra həmin Cəmiyyətlər tərəfindən ona ştamplı, lakin içərisi doldurulmamış boş “İcazə” blankları verilmiş və o, həmin blankları 2-5 ABŞ dolları artıq qiymətə sifarişçilərə satmışdır. Yük maşınlarının sürücüləri şəhərə yalnız gecə girə bildikləri və gündüzlər istirahət etdikləri üçün sənədləşmə işləri ilə əlaqədar köməklik göstərilməsindən ötrü ona qeyd olunan xidmətlərin göstərilməsi üçün etibarnamə vermişlər. Həmin etibarnamələr əsasında “İcazə” blanklarının satışını həyata keçirən şirkətlərlə müqavilə bağlayıb xidmət göstərmişdir. “İcazə” blanklarının müqaviləsiz 3-cü şəxslərə verilməsindən və satılmasının qadağan olduğundan məlumatlıdır. Təqsirləndirilən şəxs MMC-in ştampı olan 22-142968 nömrəli “İcazə” blankını Şahid2 ilə heç bir müqavilə bağlamadan və aralarında hər hansı mülki etibarnamə olmadığı halda sonuncuya 2022-ci ilin avqust ayında 85 manata Gürcüstan Respublikasına aid olan Təqsirləndirilən şəxs MMC-in ştampı olan 22-142968 nömrəli “İcazə” blankının satışını həyata keçirmişdir. Belə ki, o, həmin blankı Təqsirləndirilən şəxs MMC-nin direktoru Nümayəndə1 70 manata satın almışdır. 2022-ci ilin may ayından 18 avqust 2022-ci il tarixədək təxminən 12 ədəd Nümayəndə1 Təqsirləndirilən şəxs MMC-yə məxsus “İcazə” blanklarını müqaviləsiz alaraq satışını həyata keçirmişdir. 2022-ci ilin iyul ayının əvvəli Şahid3 adlı şəxs onunla əlaqə saxlayaraq 2 ədəd İran İslam Respublikasına aid “İcazə” blankları almaq istədiyini bildirmiş, bununla bağlı Təqsirləndirilən şəxs MMC-in rəhbəri Nümayəndə1la əlaqə saxlayaraq bu barədə soruşmuş və sonuncu 12 ədəd İran İslam Respublikasına aid “İcazə” blankı olduğunu və hər birini 50 manat satdığını demişdir. Nümayəndə1la razılaşaraq həmin gün Təqsirləndirilən şəxs MMC-in Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, Sulutəpə 1 ünvanında yerləşən ofislərinə gedərək sonuncuya 600 manat verib həmin 12 ədəd İran İslam Respublikasına aid “İcazə” blankı almışdır. Təqsirləndirilən şəxs MMC-yə verilmiş etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək olan İran İslam Respublikasına aid 1008275, 1008276, ******* və ******* nömrəli icazə blanklarını Şahid3 hər birini 65 manat olmaqla ümumilikdə 130 manata satmış, digər 10 ədədi isə taksi sürücüsü kimi fəaliyyət göstərən və tanışı Eyyub vasitəsi ilə tanıdığı Şahid4 55 manata satmışdır. Şahid3 və Şahid4la aralarında hər hansı müqaviləyə ya etibarnamə olmamışdır. Şahid4 10 ədəd blankı ayı-ayrı sürücülərə sataraq pul qazanmaq məqsədi ilə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Oktay oğlu ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayının əvvəllərində işsiz olduğu üçün iri tonnajlı yük maşınları ilə beynəlxalq yük daşıması həyata keçirməklə logistika xidməti göstərməklə pul qazanmaq qərarına gəlmişdir. Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinə müraciət etsə də, beynəlxalq yükdaşıma üçün nəzərdə tutulan “İcazə” blanklarını ala bilməmişdir. Lakin maraqlanaraq tanışları vasitəsi ilə həmin blankların Şahid1 adlı şəxsin satdığını öyrənmişdir. Bu məqsədlə Şahid1 istifadəsində olan mobil telefonu ilə əlaqə saxlayaraq 2 ədəd İran İslam Respublikasına aid “İcazə” blankı lazım olduğunu bildirmişdir. Vüqar bir müddət sonra onunla əlaqə saxlayaraq 2 blank üçün 130 manat pul vəsaiti istəmişdir. Vüqarla razılaşaraq Xətai rayonu ərazisində görüşərək 130 manat pul vəsaiti verib 2 ədəd İran İslam Respublikasına aid olan Təqsirləndirilən şəxs MMC-in ştampı vurulmuş “İcazə” blankı almışdır. Həmin vaxt Şahid1la müqavilə bağlamamış, nəqliyyat vasitəsi olub-olmaması barədə heç bir söz deməmiş, etibarnamə verməmişdir. Bir müddət sonra yenidən Vüqarla əlaqə saxlayıb blank almaq istəsə də, sonuncu onun zənglərinə cavab verməmişdir. 2022-ci ilin iyul ayında tanışları vasitəsilə Sədərək Ticarət Mərkəzinin yaxınlığında Şahid4 adlı şəxs ilə görüşərək ondan da, hər biri 60 manata olan 2 ədəd İran İslam Respublikasına aid olan Təqsirləndirilən şəxs MMC-in möhürü vurulmuş “İcazə” blankı almışdır. O, Təqsirləndirilən şəxs MMC-in hər hansı əməkdaşını tanımır, həmin şirkətlə müqaviləsi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci iyul ayında işsiz olduğu üçün iri tonnajlı yük maşınları ilə beynəlxalq yük daşıması həyata keçirməklə pul qazanmaq qərarına gəlmiş və maraqlanaraq bunun üçün beynəlxalq yükdaşımaya “İcazə” blanklarının lazım olduğunu öyrənmişdir. Yük maşınını icarəyə götürdüyü üçün “İcazə” blankı almaq məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq aidiyyatı qurumlarına müraciət etsə də, blankı ala bilməmiş və bundan sonra maraqlanaraq tanışları vasitəsi ilə həmin blankları Şahid1 adlı şəxsin satdığını öyrənmişdir. 2022-ci ilin avqust ayında Şahid1la əlaqə saxlayaraq 1 ədəd Gürcüstan Respublikasına aid “İcazə” blankı almaq istədiyini bildirmişdir. Vüqar bir müddət sonra ona zəng edərək Gürcüstan Respublikasına aid “İcazə” blankı tapdığını və 85 manata satdığını bildirdi. Bu məqsədlə Şahid1la görüşərək 85 manat pul verib Gürcüstan Respublikasına aid olan Təqsirləndirilən şəxs MMC-in ştampı vurulmuş “İcazə” blankı almışdır. Onun Təqsirləndirilən şəxs MMC-in hər hansı əməkdaşını tanımır, görməmiş və heç bir əlaqəsi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, taksi sürücüsü kimi işləmişdir. O, adətən “Sədərək” Ticarət Mərkəzi və Meyvəli bazarında dayanaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 2022-ci ilin iyun ayında tanımadığı bir şəxsin yaşıl rəngdə olan sənədi yük avtomobilinin sahibinə verdiyini və bunun müqabilində 60 manat pul aldığını görmüşdür. Daha sonra maraqlanaraq həmin sənədin yük avtomaşınlarına müxtəlif xarici ölkələrə hərəkət etmələrinə icazə hüququ verən, beynəlxalq yükdaşıma daşıma “İcazə” blankı olduğunu öyrənmişdir. Nəqliyyat sahəsində çalışan Eyyub adlı tanışı vasitəsi ilə Şahid1 “İcazə” blanklarının satışı ilə məşğul olduğunu öyrənmişdir. Şahid1la əlaqə saxladıqda sonuncu yalnız İran İslam Respublikasına gedən avtomaşınlara “İcazə” blankı əldə edə biləcəyini demişdir. Bundan sonra “Sədərək” ticarət mərkəzi və “Meyvəli” adlanan bazarda dayanan İran İslam Respublikasına gedən yük maşınlarına yaxınlaşaraq “İcazə” blankı lazım olub-olmadığını soruşmuşdur. Hazırda xatırlamadığı bir neçə sürücü ona “İcazə” blankı lazım olduğunu dedikləri üçün bununla bağlı Şahid1la Günəşli qəsəbəsində zəngləşib görüşmüş və 10 ədəd İran İslam Respublikasına aid olan Təqsirləndirilən şəxs MMC-nin ştampı olan “İcazə” blankı alaraq 550 manat pul vəsaiti vermişdir. Bundan sonra Meyvəli bazarının yaxınlığında dayanan hazırda xatırlamadığı yük avtomaşınlarına yaxınlaşaraq İran İslam Respublikasına yük aparan avtomaşınların sürücülərinə hər birini 65 manata sataraq həmin məbləğin hər birinə görə 55 manatını Şahid1la zəngləşib vermişdir. 2022-ci ilin iyul ayında yalnız 1 dəfə Şahid1 10 ədəd “İcazə” blankı alaraq “Sədərək” Ticarət Mərkəzi və Meyvəli bazarının yaxınlığında dayanan yük avtomaşınlarına hər birinin üzərinə 5-10 manat xidmət haqqı qoyaraq satmışdır. O, Şahid3 həqiqətən də 2 ədəd ədəd-1008276 və ******* nömrəli “İcazə” blanklarını hər birini 65 manata satmışdır. Həmin blankları qeyd etdiyi kimi Şahid1 alaraq Şahid3 satmışdır. Təqsirləndirilən şəxs MMC-nin hər hansı əməkdaşını tanımır, görməmiş və heç bir əlaqəsi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixi qərardan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaq olunan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs MMC, "xxxx" MMC və digər hüquqi şəxslərin rəhbərlərinin qanunsuz əməlləri və digər faktlar üzrə CM-in 308.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayılaraq icraata qəbul edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İran İslam Respublikasına aid olan ******* və ******* nömrəli “İcazə” blankları xx.xx.2022-ci il tarixdə, ******* və ******* nömrəli blanklar xx.xx.2022-ci il tarixdə, Gürcüstan Respublikasına aid olan 142968 nömrəli “İcazə” blankı isə xx.xx.2022-ci il tarixdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilmişdir. Təqsirləndirilən şəxsn Nizamnaməsindən və digər sənədlərdən görünür ki, "xxxx" MMC xx.xx.2013-cü ildə Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi (hazırki adı-İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi) tərəfindən ********** №-li VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 6ə əsasən Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağa olunmayan bütün fəaliyyətlə məşğul ola bilər. Cəmiyyətin təsisçisi 100 faiz payla Nümayəndə1 olmaqla 10 oktyabr 2013-ci il tarixdə təsdiq olunmuş Nizamnaməsinə əsasən cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək, illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, onun mənfəət və zərərini bölüşdürmək, fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmək, onların yerinə yetirilməsinə dair plan və sair hesabatları təsdiq etmək, direktorun təyin edilməsi və geri çağırılması, bütün müqavilə, saziş və digər əqdlərin bağlanmasına razılıq vermək, cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərmək, cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, cəmiyyətin adından əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq, cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin, təkliflərin hazırlanmasını həyata keçirmək və sair təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malikdir. xx.xx.2023-cü il tarixli arayışla cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamədən görünür ki, xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün xarici ölkələrin icazə blanklarının və X1 atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4, Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan, həmçinin yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan çoxtərəfli “İcazə”lərinin Azərbaycan Respublikasının avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarına verilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir, “İcazə” blankı” növündən (ölkəyə gəlmək haqqında icazə, yüklərin yüklənməsinə icazə, üçüncü ölkəyə tranzit gediş üçün icazə) asılı olmayaraq, yükdaşımaları ilə məşğul olan avtonəqliyyat vasitələrinin sahiblərinə Azərbaycan Respublikasının ərazisinə maneəsiz daxil olmaq, yüklənmə aparmaq, ikitərəfli və ya tranzitlə hərəkət etmək hüququ, dövlət sərhədini keçmək haqqında tərəflərin qarşılıqlı razılaşması ilə müəyyən edilmiş digər şərtlər gözlənilir. “İcazə” blanklarının üçüncü şəxsə verilməsi qadağandır. xx.xx.2023-cü il tarixli arayışla cinayət işinin istintaq materiallarına əlavə edilmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 24-cü maddəsindən görünür ki, Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumu yük avtomobil daşıyıcılarına görə hər bir icazə üçün 20 (iyirmi) ABŞ dolları məbləğində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü ildə Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən ********** №-li VÖEN-lə qeydiyyatdan keçmişdir, hüquqi ünvanı ünvan 7 kapitalının miqdarı 100 manatdır, təsisçisi Nümayəndə1 və qanuni təmsilçisi isə X3r. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gürcüstan Respublikasına aid 22-142968 nömrəli, İran İslam Respublikasına aid 1008275, 1008276, ******* və ******* nömrəli “İcazə” blankları, qeyd edilən “İcazə” blanklarının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktub və məktuba əlavə edilmiş siyahı, cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edilən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edilən halların müəyyən edilməsinə kömək etdiklərinə və cinayət hadisəsinin izlərini saxladıqlarına görə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin ictimai təhlükəliliyi aradan qalxdığından CM-in 74-cü və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən n iş üzrə icraata Təqsirləndirilən şəxs MMC-in qanuni təmsilçisi Nümayəndə1 aid olan hissədə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ”Az-El Trans” MMC barəsində CM-in 308.1-ci maddəsinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nümayəndə1 hüquqi şəxs Təqsirləndirilən şəxs MMC-in nümayəndəsi qismində tanınmışdır. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)-648/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində tətbiq oluna biləcək cinayət hüquqi tədbirlərin təmin edilməsi məqsədilə təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsinə qadağa qoyulmuş və qərarın icrası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli, 1(001)-28/2024 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxsn "xxxx" ASCdə olan AZ13RBTA******************** nömrəli bank hesabında olan 7278.58 (yeddi min iki yüz yetmiş səkkiz manat əlli səkkiz qəpik) manat pul vəsaiti üzərinə həbs qoyulmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində cinayəthüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən hüquqi şəxsin təsisçisi və faktiki rəhbərinin ifadəsində göstərdiyi xüsusatlar, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-in 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda cinayət məsuliyyətinə səbəb olur. CM-in 99-4.1-ci maddəsinə əsasən hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və bu Məcəllənin 99-4.1.1—99-4.1.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir. CM-in 99-4.3-cü maddəsinə əsasən bu Məcəllənin 99-4.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxs barəsində qanunla müəyyən edilmiş hallarda cinayət təqibinə xitam verilməsi hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqinə mane olmur. 99-4.5-ci maddəsinə əsasən hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər bu Məcəllənin 137, 144, 144-1, 144-2, 144-3, 167–169, 169-1, 170–171-2, 192-2, 193-1, 194, 200-1, 200-2, 206.2-206.4, 206-1, 214–220, 233, 234, 237, 240, 242-244-1, 259-261, 271–284, 303.2, 308, 311, 312, 312-1, 313, 315, 316-1, 316-2, 320 və 323–326-cı maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, hüquqi şəxs tərəfindən cinayətin törədilməsi və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməlinin törədilməsi sübuta yetirilmiş, habelə törədilmiş cinayət əməli CM-in 308.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məlumdur ki, qanunverici hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq edilə bilməsini istisnasız olaraq CM-in 99-4.1-ci maddəsində göstərilən fiziki şəxslərin törətdiyi cinayətlərlə əlaqələndirmişdir. Həmin maddənin tələblərinə əsasən, hüquqi şəxsə cinayəthüquqi tədbirlər onun xeyrinə və ya maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və yuxarıda göstərilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir: Hüquqi şəxslərin cinayət məsuliyyətinin mühüm əlaməti cinayətin hüquqi şəxsin xeyrinə və ya onun maraqları naminə törədilməsidir. CM-in 99-4.1-ci maddəsinin mahiyyətinə uyğun olaraq, hüquqi şəxsin rəhbərinin qərarı hüquqi şəxsin qərarı kimi dəyərləndirilməli, çünki bu qərar sadəcə hüquqi şəxsin adından deyil, həm də onun xeyrinə və ya maraqları naminə qəbul edilmişdir. Əgər cinayət hüquqi şəxsin maraqları üçün törədilməyibsə, bu, hüquqi şəxsin deyil, məhz fiziki şəxsin törətdiyi cinayət kimi qəbul olunmalı və buna görə yalnız o, cinayət məsuliyyətinə cəlb oluna bilər. Hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiqi siyahısı Cinayət Məcəlləsinin Ümumi hissəsində verilmiş cinayətlərin törədilməsi halında mümkündür. Beləliklə, yalnız cinayət əməli Cinayət Məcəlləsinin 99-4.5-ci maddəsində nəzərdə tutulmuş cinayətlər üzrə törədildikdə, cinayət əməli Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslər tərəfindən törədildikdə və cinayət əməli hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədildikdə hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirin tətbiq edilməsi mümkün hesab edilə bilər. Hazırki halda, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli CM-in 99-4.5-ci maddəsində nəzərdə tutulmuş 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət olmaqla hüquqi şəxsi həm təmsil etmək, həm adından qərar qəbul etmək, həm də onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan hüquqi şəxsin təsisçisi və faktiki rəhbəri tərəfindən əmlak mənfəəti əldə etmək məqsədi ilə vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və rəhbəri olduğu hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək vahid niyyətlə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təsisçisi və faktiki rəhbəri Nümayəndə1 tərəfindən hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunmasına görə CM-in 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyindən hüquqi şəxs Təqsirləndirilən şəxs barəsində CM-in 99-5.4-vü və 99-6.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla cərimə növündə cinayət-hüquqi tədbir tətbiq edilməlidir. Belə ki, CM-in 99-5.1-ci maddəsinə əsasən hüquqi şəxslərə cərimə, xüsusi müsadirə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi tədbirlər tətbiq edilir. CM-in 99-5.3-cü maddəsini əsasən hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbiri yalnız əsas, cərimə həm əsas, həm də əlavə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və xüsusi müsadirə yalnız əlavə cinayət-hüquqi tədbir növü kimi tətbiq olunur. CM-in 99-5.4-cü maddəsinə əsasən hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi müəyyən olunarkən cinayətin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsi, cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, cinayətlərin sayı və onun (onların) nəticələrinin ağırlığı, cinayətin açılması, onun iştirakçılarının ifşa edilməsi, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışı və tapılmasına kömək etmə, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş hüquqi şəxs tərəfindən görülən digər tədbirlər, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən əvvəllər onun barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi, yaxud xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması nəzərə alınır. CM-in 99-6.1-ci maddəsinə əsasən hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbir qismində cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən və dövlət nəfinə keçirilən məcburi pul tutulmasından ibarətdir. CM-in 99-6.2-ci maddəsinə cərimə bu Məcəllənin 99-6.3, 99-6.4 və 99-8.3-cü maddələrində göstərilən hallar və hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti nəzərə alınmaqla əlli min manatdan iki yüz min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən beş mislinədək miqdarda müəyyən olunur. CM-in 99-6.3-cü maddəsinə əsasən hüquqi şəxslərə cərimə növündə cinayət-hüquqi tədbiri az ağır cinayətlərə görə - yetmiş beş min manatdan yüz min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda təyin edilir. CM-in 99-6.4-cü maddəsinə əsasən hüquqi şəxsə tətbiq edilən cərimə onun əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz. Hazırki cinayət işi üzrə CM-in 99-6.4-cü maddəsinin imperativ tələbi nəzərə alınmaqla hüquqi şəxsin əmlakının müəyyən edilməsi istiqamətində məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə, hüquqi şəxsin hesabının olduğu banka (Rabitə Bank) müvafiq sorğular göndərilmiş, aidiyyəti orqan və qurumlar tərəfindən verilmiş cavab məktubları ilə hüquqi şəxs Təqsirləndirilən şəxs "xxxx" ASC-də olan AZ13RBTA******************** nömrəli bank hesabında olan 7278.58 (yeddi min iki yüz yetmiş səkkiz manat əlli səkkiz qəpik) manat pul vəsaiti olması müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Nümayəndə1 hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunmasına görə CM-in 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədərək hüquqi şəxs Təqsirləndirilən şəxs 670 (altı yüz yetmiş) manat gəlir əldə etməsini müəyyən etmişdir. Ona görə də, məhkəmə törədilmiş cinayətin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsini, cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini ilk dəfə cinayət əməli törədilməsini, törədilmiş əməlin nəticəsinin ağır olmamasını (fiziki şəxsə münasibətdə şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin ictimai təhlükəliliyi aradan qalxması əsası ilə cinayət təqibinə xitam verilməsin), hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən əvvəllər onun barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməməsini nəzərə alaraq hüquqi şəxs Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cərimənin cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında müəyyən edilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı hüquqi şəxs Təqsirləndirilən şəxs MMC barəsində “müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə” növündə cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini təklif etsə də, məhkəmə hüquqi şəxs barəsində əlavə cinayət hüquqi xarakterli tədbir tətbiq edilməsini məqsədə müvafiq hesab etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” 28 iyun 2024cü il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsində hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər hüquqi şəxsin fəaliyyətini sonlandırmaq deyil, onların fəaliyyətinin qanuna uyğun həyata keçirilməsini təmin etmək, həmin və digər hüquqi şəxsləri hüquq pozuntularından çəkindirmək və yeni pozuntuların qarşısını almaq məqsədini daşıyır. Məhz məsuliyyətə cəlb olunan hüquqi şəxsin iqtisadi stabilliyi baxımından Cinayət Məcəlləsinin 99-6.4-cü maddəsində müəyyən edilmişdir ki, cərimə hüquqi şəxsin əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz və bu hal hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti və s. ilə birlikdə cərimə təyin olunarkən nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, CM-in 99-5.3-cü maddəsi hüquqi şəxslərə tətbiq edilən hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cinayət-hüquqi xarakterli tədbir yalnız əlavə tədbirlərdir. Hüquqi şəxslərə cinayət-hüquqi xarakterli tədbirin tətbiqi ilə bağlı işlərə baxılarkən törədilmiş əmələ görə hüquqi şəxsə cinayət-hüquqi tədbirlər tətbiq edilib-edilməməsi, hüquqi şəxsə hansı cinayət-hüquqi tədbir (tədbirlər) tətbiq edilməli olması və həmin tədbir (tədbirlər) hansı həddə tətbiq edilməli olması müəyyən edilməldir. Hüquqi şəxslərə tətbiq edilməli olan cinayət-hüquqi tədbirlərin növü və həddi müəyyən olunarkən törədilmiş cinayətin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsi, cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi, əvvəllər onun barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilib edilməməsi müəyyən edilməlidir. Həmçinin qeyd edilməlidir ki, CM-in 99-7.1-ci maddəsində nəzərdə tutulmuş hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə-sahibkarlıq fəaliyyətinin müəyyən növünü həyata keçirməyə icazə verən xüsusi razılığın (lisenziyanın) ləğv edilməsini, hüquqi şəxsə verilmiş xüsusi icazənin ləğv edilməsini, müəyyən əqdlərin bağlanmasının qadağan edilməsini, səhm və ya digər qiymətli kağızların buraxılmasının qadağan edilməsini, dövlətdən subsidiyaların və ya başqa güzəştlərin əldə edilməsinin qadağan edilməsini, digər fəaliyyətlə məşğul olmanın qadağan edilməsini ehtiva edir. Hüquqi şəxsin konkret fəaliyyətin qadağan edilə bilməsi məsələsi həll edilərkən əsas diqqət hüquqi şəxsə cinayət-hüquqi xarakterli tədbirin tətbiqinə səbəb olan cinayətin (cinayətlərin) törədilməsinin bu fəaliyyətlə bağlılığına yönəldilməlidir. Göründüyü kimi, hüquqi şəxs barəsində əlavə cinayət hüquqi xarakterli tədbir tətbiq edilməsi onun iqtisadi fəaliyyətini sarsıtmaqla faktiki olaraq fəaliyyətinin sonlanmasına gətirib çıxara bilər. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla bu günədək ona verilmiş xx.xx.2016-cı il tarixli, 087593 nömrəli lisenziyaya əsasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarını həyata keçir. Nümayəndə1 xx.xx.2013cü il tarixdən Təqsirləndirilən şəxs təsisçisi, qanuni təmsilçisi və hazırda faktiki rəhbəri olmaqla fəaliyyət göstərdiyi dövr ərzində hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün əvvəllər cinayət əməli törətməmiş, barəsində təqsirləndirici material olmamış, onun barəsində olan CM-nin 308-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə şəraitin dəyişməsi ilə bağlı cinayətin ictimai təhlükəliliyinin aradan qalxması əsası ilə xitam verilmişdir. Məhkəmə qeyd edilənləri və ibtidai istintaq orqanı tərəfindən əməlin ictimai təhlükəliliyinin atradan qalxması ilə bağlı gəldiyi nəticəni nəzərə alaraq hüquqi şəxs Təqsirləndirilən şəxs barəsində əlavə cinayət hüquqi tədbir görülməsini ədalətli hesab etmir. Beləliklə, məhkəmə Nümayəndə1 hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunmasına görə CM-in 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini nəzərə alaraq hüquqi şəxs Təqsirləndirilən şəxs barəsində cərimə növündə cinayət hüquqi tədbir tətbiq edilməli, həmin cərimənin məbləğinin cinayət nəticəsində əldə edilmiş gəlirin 03 misli miqdarında olması müəyyən edilməli, məhkəmə qərarının icrasının təmin edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 1(001)-28/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs "xxxx" ASC-də olan AZ13RBTA******************** saylı bank hesabında olan 7278.58 manat məbləğində vəsait üzərinə qoyulmuş həbs məhkəmə qərarı icra edildikdən sonra götürülməli, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)-648/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində tətbiq oluna biləcək cinayət hüquqi tədbirlərin təmin edilməsi məqsədilə təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsinə qadağa qoyulması ilə bağlı məhdudiyyət qərar qanuni qüvvəsini aldıqdan sonra götürülməli,cinayət işi üzrə maddi sübut kimi tanınmış Gürcüstan Respublikasına aid 22-142968 nömrəli, İran İslam Respublikasına aid 1008275, 1008276, ******* və ******* nömrəli “İcazə” blankları, qeyd edilən “İcazə” blanklarının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktub və məktuba əlavə edilmiş siyahı iş materiallarında saxlanılmalı, «Az-El Trans” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət hesabına maraqlarını təmsil etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 120 iş saatına görə 720 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və müsadirə ediləsi əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 487-7-ci maddəsini, AR CM-nin 99-6.4-cü maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində əldə edilmiş gəlirin 3 (üç) misli miqdarında, yəni 2010 (iki min on) manat məbləğində cərimə növündə cinayət hüquqi tədbirlər tətbiq edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 1(001)- 28/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs "xxxx" ASC-də olan AZ13RBTA******************** saylı bank hesabında olan 7278.58 manat məbləğində vəsait üzərinə qoyulmuş həbs məhkəmə qərarı icra edildikdən sonra götürülsün. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)-648/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində tətbiq oluna biləcək cinayət hüquqi tədbirlərin təmin edilməsi məqsədilə təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsinə qoyulmuş məhdudiyyət qərar qanuni qüvvəsini aldıqdan sonra götürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Gürcüstan Respublikasına aid 22- 142968 nömrəli, İran İslam Respublikasına aid 1008275, 1008276, ******* və ******* nömrəli “İcazə” blankları, qeyd edilən “İcazə” blanklarının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktub və məktuba əlavə edilmiş siyahı iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia, ekspertiza xərci və müsadirə ediləsi əmlak yoxdur. «Az-El Trans” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət hesabına maraqlarını təmsil etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 120 iş saatına görə 720 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar