Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-280/2021 18.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X9 oğlunun, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, 12 dekabr 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 21 yanvar 2021-ci il tarixdə günorta saatlarında istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,329 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 22 yanvar 2021-ci il tarixdə saat 14:30 radələrində Binəqədi RPİ 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Yasamal rayonu, Şərifzadə küçəsindəki “Saf su” su doldurma məntəqəsinin qarşısında saxlanılaraq ünvan 3 ünvanda yerləşən 43-cü Polis Bölməsinə gətirilmiş və saat 16:15-də bölmədə üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,329 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib etirafedici ifadəsində göstərmişdir ki, 22 yanvar 2021-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Saf su” su doldurma məntəqəsinin yaxınlığında olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etdi və onun Binəqədi rayonu, Binəqədi qəsəbəsi mədən 1 ərazisində avtomobillərin akumulatorların oğurlamağında və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün izahatının alınması və üzərimə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. O, könüllü olaraq həmin polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 43-cü PB-nə getmiş və orada hüquq və vəzifələri izah edilərək öz razılığı ilə müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərimdə olan geyimimdə qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünü və arxa sağ cibindən 5 manatlıq pul əskinasını çıxararaq masanın üzərinə qoydmuşdur.Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildi və o, üzərində hər hansı bir əşya olmadığını bildirdi.Daha sonra ondan əynimdə olan qara rəngli şalvarının hər iki yan ciblərini açmağı tələb olundu, şalvarının və digər geyimlərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmadı.Sonra ayağında olan qara rəngli ayaqqabılarının içərisinə baxılması üçün çıxartdı.Ayaqqabılarının içərisində də hər hansı bir əşya aşkar olunmadı.Sonra isə üzərindən aşkar olunan bükümü açmağı təklif olundu.Üzərindən aşkar olunmuş həmin büküm iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən toz halında olan qəhvəyi rəngli maddə aşkar olundu.O, həmin maddənin narkotik vasitə olan heroin olduğunu bildirərək həmin narkotik vasitəsinin 21 yanvar 2021-ci il il tarixdə günorta saatlarında Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ 43-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadə verərək göstərmişdir ki, 22 yanvar 2021-ci il tarixdə xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydıyyatda olan, lakin faktiki ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində avtomobillərin akkumulyatorlarını oğurlaması və qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə mötəbər mənbədən əməliyyat məlumat daxil olmuşdur.Alınmış məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır.Həmin əməliyyat qrupuna Binəqədi RPİ 43-cü Polis bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 da daxil olmuşdur.Alınmış məlumatın yoxlanılması məqsədi ilə 22 yanvar 2021-ci il tarixdə təxminən saat 13 radələrində əməliyyat qrupu ilə birlikdə o, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Saf Su” su doldurma məntəqəsinin yaxınlığındaki əraziyə getmişdir.Alınmış məlumata görə Təqsirləndirilən şəxs həmin su doldurma məntəqənin yaxınlığında yaşadığına görə həmin ərazidən keçir. Təxminən bir saatdan bir az çox müddət ərzində onlar həmin ərazidə olub alınmış məlumatda göstərilmiş Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsin həmin ərazidən keçməsini gösləmişlər.Təxminən saat 14:30 radələrində biz “Saf Su” su doldurma məntəqəsinin qarşısında alınmış məlumatda göstərilmiş Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görüb hənim şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər.Bundan sonra o, həmin şəxsə də özünü təqdim etməyi təklif etmişdir.Həmin şəxs özünü xx xxxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydıyyatda olan, lakin faktiki ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdr.Bundan sonra o, Təqsirləndirilən şəxs bildirdi ki, onun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində avtomobillərin akkumulyatorlarını oğurlaması və üzərində narkotik vasitələr gəzdirməsi, saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumatla bağlı o, onlarla Binəqədi RPİ 43-cü PB-nə getməlidir.Təqsirləndirilən şəxs etiraz etmədən könüllü olaraq onlarla birlikdə 43-cü PB-nə getmişdir.Polis Bölməsində baş təhqiqatçı, polis mayoru Famil Məsimov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, onun hüquqları izah edilmiş və bildirilmuşdir ki, video çəkiliş aparılmaqla onun (Təqsirləndirilən şəxs) üzərində şəxsi axtarış aparılacaqdır.Təqsirləndirilən şəxs könüllü olaraq vəkilin iştirakı olmadan video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmasına razılığın bildirmişdir.Bundan sonra, bölmədə, təhqiqatçının xidməti otağında onun və əməliyyat qrupunun üzvü Şahid2 iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olub-olmaması soruşulmuş, olduğu halda isə həmin əşyanın könüllü surətdə verməsi təklif edilmişdir.Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoymuşdur.Eyni zamanda şalvarının arxa sağ cibindən 01 ədəd 5 manatlıq pul əskinasını çıxararaq masanın üzərinə qoymuşdur.Bundan sonra, Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması təhqiqatçı tərəfindən sual edilmiş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının ciblərini açması tələb olunmuş və onun şalvarının hər iki yan ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır.Ayağında olan qara rəngli ayaqqabını çıxararaq içərisini təqdim etməsi təklif olunmuşdur.Onun ayaqqabısının içərisindən heçnə aşkar olunmamışdır.Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması xahiş olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən əynində olan qara rəngli şalvarının sağ yan cibindən çıxarıb masanın üzərinə qoyduğu bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükülü iştirakçılar tərəfindən açılan zaman Təqsirləndirilən şəxs həmin bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünün içərisində olan qəhvəyi rəngli toz şəkilli maddəni göstərərək həmin maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini bir gün əvvəl, yəni 21 yanvar 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Nəsimi rayonu Papanin deyilən ərazidə tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin bir ədəd gümüşü rəngli kağıza bükülmüş büküm içərisində olan narkotik vasitəyə bənzər maddənin çəkisini və növünü müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir.Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir.Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan gümüşü rəngli kağıza bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış və zərflərin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 243 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən həmin zərfin üzəri imzalanmışdır.Videoçəkiliş hər bir iştirakçıya nümayiş edildikdən sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol da hər bir iştirakçı tərəfindən, o, cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 bildirmişdir ki, 22 yanvar 2021-ci il tarixdə xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydıyyatda olan, lakin faktiki oaraq ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində avtomobillərin akkumulyatorlarını oğurlaması və qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə mötəbər mənbədən əməliyyat məlumat daxil olmuşdur.Alınmış məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün 43-cü Polis Bölməsinin baş əməlayyat müvəkkili, polis mayoru Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır.O, da həmin əməliyyat qrupuna daxil olmuşdur.Alınmış məlumatın yoxlanılması məqsədi ilə 22 yanvar 2021-ci il tarixdə təxminən saat 13.00 radələrində əməliyyat qrupu ilə birlikdə o, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Saf Su” su doldurma məntəqəsinin yaxınlığındaki əraziyə getmişdir.Alınmış məlumata görə Təqsirləndirilən şəxs həmin su doldurma məntəqənin yaxınlığında yaşadığına görə həmin ərazidən keçir. Təxminən bir saatdan bir az çox müddət ərzində onlar həmin ərazidə olub alınmış məlumatda göstərilmiş Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsin həmin ərazidən keçməsini gösləmişlər.Təxminən saat 14:30 radələrində onlar “Saf Su” su doldurma məntəqəsinin qarşısında alınmış məlumatda göstərilmiş Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görüb hənim şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər.Bundan sonra Şahid1 qrupun rəhbəri kimi həmin şəxsə də özünü təqdim etməyi təklif etdi. Həmin şəxs özünü xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydıyyatda olan, lakin faktiki ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdr.Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs bildirilmişdir ki, onun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində avtomobillərin akkumulyatorlarını oğurlaması və üzərində narkotik vasitələr gəzdirməsi, saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumatla bağlı o (Təqsirləndirilən şəxs), onlarla Binəqədi RPİ-si 43-cü PB-nə getməlidir.Təqsirləndirilən şəxs etiraz etmədən könüllü olaraq onlarla birlikdə 43-cü PB-nə getmişdir. Polis Bölməsində baş təhqiqatçı, polis mayoru Famil Məsimov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, onun hüquqları izah edilmiş və bildirilmuşdir ki, video çəkiliş aparılmaqla onun (Təqsirləndirilən şəxs) üzərində şəxsi axtarış aparılacaqdır.Təqsirləndirilən şəxs könüllü olaraq vəkilin iştirakı olmadan video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmasına razılığın bildirmişdir.Bundan sonra, bölmədə, təhqiqatçının xidməti otağında onun və əməliyyat qrupunun rəhbəri olan Şahid1 iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olub olmaması soruşulmuş, olduğu halda isə həmin əşyanın könüllü surətdə verməsi təklif edilmişdir.Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoymuşdur.Eyni zamanda, şalvarının arxa sağ cibindən 01 ədəd 5 manatlıq pul əskinasını çıxararaq masanın üzərinə qoymuşdur.Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması təhqiqatçı tərəfindən sual edilmiş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının ciblərini açması tələb olunmuş və onun şalvarının hər iki yan ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan qara rəngli ayaqqabını çıxararaq içərisini təqdim etməsi təklif olunmuşdur.Onun ayaqqabısının içərisindən heç nə aşkar olunmamışdır.Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması xahiş olunmuşdur.Təqsirləndirilən şəxs tərəfindən əynində olan qara rəngli şalvarının sağ yan cibindən çıxarıb masanın üzərinə qoyduğu bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükülü iştirakçılar tərəfindən açılan zaman Təqsirləndirilən şəxs həmin bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünün içərisində olan qəhvəyi rəngli toz şəkilli maddəni göstərərək həmin maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir.Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini bir gün əvvəl, yəni 21 yanvar 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Nəsimi rayonu Papanin deyilən ərazidə tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin bir ədəd gümüşü rəngli kağıza bükülmüş büküm içərisində olan narkotik vasitəyə bənzər maddənin çəkisini və növünü müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir.Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir.Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan gümüşü rəngli kağıza bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış və zərflərin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 243 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən həmin zərfin üzəri imzalanmışdır.Videoçəkiliş hər bir iştirakçıya nümayiş edildikdən sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol da hər bir iştirakçı tərəfindən, o, cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 23.01.2021-ci il tarixli, 6/291 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “zərflər üçün №243” möhür əksi olan soyadlar və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,329 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin keçirilmiş məhkəmə narkoloji ekspertizasının 14.04.2021-ci il tarixli, 1082 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini və ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən peşmandır, əməlində cəzanı ağırlaşdıran hallar ümumiyyətlə yoxdur. Məlum olduğu kimi Azərbaycan Respublikasında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 22 yanvar 2021-ci il tarixdən – 24 yanvar 2021-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ İŞ-nin müstəntiqi, polis kapitanı X5 tərəfindən qəbul edilmiş şübhəli şəxsin tutulması haqqında 01 aprel 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 22 yanvar 2021-ci il tarixdə tutulmuşdur.Həmçinin, Binəqədi RPİ İŞ-nin müstəntiqi, polis kapitanı X5 tərəfindən qəbul edilmiş 24 yanvar 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirini seçilməsi qərara alınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində çəkməli və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” barədə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik maddə heroinin 0,279 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs oğlunun 22 yanvar 2021-ci il tarixdən – 24 yanvar 2021-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin 0,279 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-280/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-280/2021
18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver