Məhkəmə qərarları › İş №1(001)-280/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-280/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-280/2023 11.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçi Bakı şəhəri Binəqdi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ağdaş rayonu, Pirkəkə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Füzuli-Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbycan Respublikası Milli Məclisinin xx.xx.2007ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən xx.xx.2007-ci il tarixdə cəzadan azad olunmuş, barəsində xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Ağdaş rayonu, Pirkəkə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, 9-cu korpus, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–CM) 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 10 iyul 2022-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanının qarşısında atasının Zərərçəkmiş şəxs tərəfindən təhqir edilməsini bəhanə edərək, xuliqanlıq niyyəti ilə heç bir əsaslı səbəb olmadan qəsdən ayağı ilə vətəndaş Zərərçəkmiş şəxs vuraraq ona sol əlin İ barmağının proksimal falanqasının oynaqdaxili sınığı ilə müşayiət olunan, sol əlin İ barmağının qançırşişkinliyi, sol bazu nahiyəsinin qançırı kimi xarakterizə edilən, onun həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma xəsarətləri yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs çoxdan tanıyır. Belə ki, Elçin uzun müddətdir ki, onunla qonşuluqda yaşayır. 10 iyul 2022-ci il tarixdə, saat 17:30-da yaşadığı məhəlləyə gəlmiş və özünə məxsus «Lada» markalı, «Vaz 2107» modelli, **-DU-*** dövlət nömrə nişanlı avtomobili Elçingilin evinin arxasındakı darvazadan təxminən 4 metr aralı məsafədə saxlamışdır. Həmin vaxt orada "xxxx" ASC-nin işçiləri tərəfindən təmir işləri aparılırdı. Avtomaşını saxlamağa demək olar ki, yer olmamışdır. Məcbur olduğundan avtomobili qeyd etdiyi yerdə saxlamışdır. Avtomobili saxladığı yer ümumi yoldur. Bundan sonra həyətdə olarkən atası ilə kiminsə söhbət etməsinin səsini eşidib yola tərəf çıxmışdır. Həmin vaxt görmüşdür ki, avtomobilini orada saxladığı üçün qonşuluqda yaşayan Zərərçəkmiş şəxslə atası Şahid1 mübahisə edir. Belə ki, Elçin özündən qat-qat yaşlı adama, yəni atası Arifə irad tutmuş və acı danışmışdır. Onlara yaxınlaşaraq qulaq asmışdır. Atası Elçinə qonşu olduqlarını və tez-tez rastlaşdıqlarını deyərək, belə mübahisələrə ehtiyac olmadığını bildirmişdir. Həmin vaxt o da söhbətə müdaxilə edərək Elçinə «bura ümumi yoldur, avtomobil saxlamağa yer yoxdur, narahatçılığın varsa avtomobilimi götürə bilərəm» demişdir. Elçin atası barədə nalayiq ifadə işlətdiyi üçün Elçinə «atamla bu cür danışma, yaşlı adamdır, mən sənin atana qarşı hörmətsizlik etməmişəm, etmərəm də» demişdir. Elçin isə ona «sənin ağsaqqal dediyin atan ağzının qatığını dağıdır, danışığını bilmir» deyə cavab vermişdir. Elçinin bu sözündən əsəbləşib əlləri ilə onun sinəsindən kənara itələmiş və nəticədə Elçin yerə yıxılmışdır. Daha sonra Elçin yerdən durub üzərinə doğru hücum etdikdə, sillə ilə Elçinin sifət nahiyəsinə vurmuşdur. Həmin vaxt atası və qonşuluqda yaşayan Raufun qardaşı Şahlar onları aralaşdırmışdır. Daha sonra Elçin avtomobilinə əyləşib oradan çıxıb getmiş və o da oradan uzaqlaşmışdır. Daha sonra atası Arif ona mobil telefon vasitəsilə zəng edərək Elçinin polis orqanlarına şikayət etdiyini və polis əməkdaşlarının yaşadıqları evə gələrək onu axtardıqlarını bildirmişdir. Bunu eşidən kimi dərhal Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü PB-nə gedərək hadisə ilə bağlı izahat vermişdir. Hadisənin baş verməsinə səbəb Elçinin atasına nalayiq ifadələr işlətməsi və onun Elçinə irad bildirməyi olmuşdur. Hadisə yaşadığı məhəllədə, Elçinə məxsus fərdi yaşayış evinin darvazasının yaxınlığında baş vermişdir və təxminən 3-5 dəqiqə davam etmişdir. Həmin vaxt orada atası Arif və qonşuluqda yaşayan Raufun qardaşı Şahlar olmuşdur. Elçinlə əvvəllər aralarında heç bir mübahisə, ədavət və dava-dalaş olmamışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır.Ona verilmiş suallara acavab olaraq qonşusu Zərərçəkmiş şəxs təpiklə vurmadığını, sinəsindən itələdiyini, yerə yixıldıqdan sonra durub ona hücum çəkmək istəyərkən onun üzünə sillə vurduğunu, daha sonra əlbəyaxa olduqlarını, bunun 3-5 dəqiqə davam etdiyini, atası və Şahların onları ayırdıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə xəsarət yetirmədiyini, atasını təhqir etdiyi üçün onunla dalaşdıqlarını, heç bir azərbaycanlının atasının təhqir edilməsinə səssiz qalmayacağı kimi onun da səssiz qalmadığını, bir daha xuliqanlıq etmədiyini, əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ədalətli və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır. Elbarizlə indiyədək aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 10 iyul 2022-ci il tarixdə, saat 17:30 radələrində idarə etdiyi «Mercedes» markalı «C-klass» modelli, **-RM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yaşadığı evin qarşısına gəlmişdir. Bu zaman evinin qarşısında qonşuluqda yaşayan, lakin adını bilmədiyi şəxsin avtomobilini saxladığını görmüşdür. Avtomobili orada saxlayan şəxsin özünün də orada dayanmasını görüb ona yaxınlaşmışdır. Həmin şəxsə yaxınlaşan zaman avtomobilini çəkməsini, yerin onun evinin qarşısı olduğunu və öz avtomobilini orada saxlayacağını demişdir. Sonuncu anlayış göstərərək avtomobilini oradan çəkmiş və o, öz avtomobilini həmin yerdə saxlamışdır. Bundan sonra başqa bir qonşu olan Arif adlı şəxs ona yaxınlaşaraq həmin avtomobili saxlayan şəxsin qonşuluqda yaşadığını və onun həmin şəxsdən avtomobili oradan çəkməsini istəməyinin düzgün olmadığını bilmişdir. O, Arifə həmin yerin onun evinin qarşısı olduğunu demişdir. Bu zaman Arif yerin «Neft Şirkətin»ə məxsus olduğunu və orada neft şirkəti tərəfindən hasarlanma işlərinin aparılacağını bildirmişdir. Arifə aidiyəti orqanlara müraciət etməsini tövsiyə etmişdir. Bu vaxt ani olaraq mübahisəyə müdaxilə edən Arifin oğlu Elbariz kimi tanıdığı şəxs üzərinə hücum çəkərək ilk öncə təpiklə döş qəfəsindən, daha sonra isə ikinci zərbəni sol əlindən endirmişdir. Bundan sonra o, DİN-in «102» xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Elbarizin onu döyməsi nəticəsində sol bazu və sol əlinin baş barmaq nahiyəsindən xəsarətlər almışdır. Hadisə zamanı orada adını bilmədiyi, avtomobilini evin qarşısında saxlayan şəxs və Elbarizin atası Arif olmuşdur. Hadisə təxminən 5-6 dəqiqə davam etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə icilasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və hazırda ondan heç bir şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməsini istəmədiyini bildirmiş və dediklərini məhkəməyə təqdim etdiyi yazılı ərizəsi ilə təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Mirzəmmət oğlu ifadəsində göstərmişdir ki, hadisə baş verən günü qardaşı Raufgildə qonaq olmuşdur. 10 iyul 2022-ci il tarixdə, saat 17:30-da məhəllədə olan zaman orada "xxxx" ASC-nin işçiləri tərəfindən təmir işləri aparılırdı. Bu səbəbdən orada avtomaşın saxlamaq üçün yer demək olar ki, olmamışdır. Həmin vaxt qonşuluqda yaşayan Arif də onun yanında olmuşdur. Həmin vaxtı qonşuluqda yaşayan Elçin Arifə yaxınlaşaraq, Arifin oğlu Elbarizin onların darvazasına yaxın yerdə avtomobili saxladığına görə iradını bildirib, onunla mübahisə etməyə başlamışdır. Avtomobil onların darvazasından xeyli aralıda olmuşdur. Mübahisə zamanı Arifin oğlu Elbariz onların səsini eşidərək oraya gəlmişdir. Elbariz Elçinin onun atası Arifi təhqir etdiyini eşitmiş və buna görə də, Elbariz Elçinə etirazını bildirərək «atamı təhqir etmə, yaşlı adamdır, mən heç vaxt sənin atana hörmətsizlik etməmişəm, etmərəm də, ona görə də mənim atamı təhqir etmə». demişdir. X8 təhqiramiz şəkildə «sənin ağsaqqal atan ağzının qatığını tökür» deyə cavab vermişdir. Sonra Elbariz əsəbləşərək əlləri ilə Elçinin sinəsindən kənara itələmiş və Elçin yerə yıxılmışdır. Elçin yerdən durub Elbarizin üzərinə doğru hücum etdikdə, Elbariz sillə ilə onun sifət nahiyəsinə vurmuş və bununla da onlar əlbəyaxa olmuşlar. Həmin vaxt o və Elbarizin atası Arif onları aralaşdırmışlar. Sonra Elçin və Elbariz hərəsi öz avtomobilinə əyləşərək çıxıb getmişlər. Hadisə yaşadığı məhəllədə yəni, Elçinə məxsus fərdi yaşayış evinin darvazasının yaxınlığında baş vermiş və təxminən 3-5 dəqiqə davam etmişdir. Hadisə şahidləri o və Elbarizin atası Arif olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 17:30 radələrində yaşadıqları məhəllədə olmuşdur. Həmin vaxt qonşuları Raufun qardaşı Şahlar da yanında olmuşdur. Bu zaman qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ona yaxınlaşaraq oğlu Elbarizin avtomobilini onların yaşadığı evin darvazasına yaxın saxlamasına görə etiraz etmişdir. Həmin vaxt orada "xxxx" ASC-nin işçiləri tərəfindən təmir işləri aparıldığı üçün avtomobil saxlamağa yer olmamışdır. Halbuki oğlu Elbariz avtomobilini Elçingilin darvazasının ağzında yox, bir xeyli kənarda saxlamışdır. Buna baxmayaraq qonşusu Elçin ona yaxınlaşıb etirazını bildirərkən onunla kobud danışıb onu təhqir etmişdir. Elbariz onların səsini eşidib yanlarına gəlmiş və Elçinə onu təhqir etməməsini bildirmişdir. Elbariz Elçinə «mən sənin atana hörmətsizlik etməmişəm, etmərəm də, sən də mənim atama hörmətsizlik etmə yaşlı adamdır» demişdir. Lakin Elçin yenə də onu təhqir edərək Elbarizə «atan burda ağzının qatığını dağıdır» deyə cavab vermişdir. Bundan sonra Elbariz Elçinin bu sözündən əsəbləşib əlləri ilə onun sinəsindən kənara itələmiş və Elçin yerə yıxılmışdır. Daha sonra Elçin yerdən durub Elbarizin üzərinə hücum etdikdə, Elbariz sillə ilə onun sifət nahiyəsinə vurmuş və onlar əlbəyaxa olmuşlar. Həmin vaxt o və qonşuluqda yaşayan Raufun qardaşı Şahlar onları aralaşdırmışlar. Bundan sonra Elçin və Elbariz hərəsi öz avtomobilinə əyləşərək çıxıb getmişlər. Daha sonra Elçin baş vermiş hadisə ilə bağlı polis orqanına məlumat vermişdir. Hadisə təxminən 3-5 dəqiqə davam etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, cinayət törtətmiş şəxsin yeri müəyyən edilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2023-cü il tarixli cinayət işinin ibtidai istintaqının təzələnməsi barədə qərardan görünür ki, bir sıra istintaq hərəkətlərinin keçirilməsi zərurəti yarandığı üçün ********* saylı cinayət işinin ibtidai istintaqı təzələnmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması barədə qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən CM-nin 127.2.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Səhiyyə Nazirliyinin «MTE və PA» ETT Birliyinin Binəqədi rayon şöbəsinin 23 iyul 2022-ci il tarixli 1418 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər-sol əlin İ barmağının proksimal falanqasının oynaqdaxili sınığı ilə müşayiət olunan sol əlin İ barmağının qançır-şişkinliyi, sol bazu nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən, müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər və dərəcələrinə görə ümumilikdə sağlamlığı uzun müddətə pozan sağlamlığa-az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində olan aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə almaq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələri (əl, yumruqtəpik və.s) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və Füzuli-Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmümün surətindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli- Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 334.1-ci maddəsi ilə təqsirli bilinərək, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə müvafiq olaraq bu cəza Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 15 aprel 2005-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi ilə qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli Aministiya haqqında Qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 12.1-ci maddəsində isə qeyd göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş və Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsifində səhvə yol vermişdir. Qanunvericilik, məhkəmə təcrübəsi və hüquq ədəbiyyatı «cinayət» anlayışı ilə yanaşı «cinayətkar qəsd» anlayışından istifadə edir. Ona görə ki, insanın müəyyən davranışı yalnız onda cinayət hesab edilir ki, o nəyəsə qəsd edir, bu və ya digər maraqlara, mənafelərə, nemətlərə «qəsd edir», yaxud onları zərər yetirilmə təhlükəsi altında qoyur. Əleyhinə cinayət yönələn ictimai yaxud şəxsi mənafelər, nemətlər və s. cinayətin obyekti adlanır. Cinayətin obyekti cinayətin digər üç əlaməti kimi (subyekt, subyektiv və obyektiv cəhədlər) cinayətkar qəsdin ayrılmaz tərkib hissəsidir. Ona görə də, cinayətin həqiqi obyektinin düzgün müəyyən edilməsi cinayətlərin tövsifində müstəsna rol oynamaqla, cinayət tərkiblərinin biri-birindən fərqləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Cinаyətin subyеktiv cəhəti-cinаyətin оbyеktiv əlаmətlərinin şəхsin şüurundа əks оlunаn subyеktiv оbrаzı və оnа münаsibətidir. Subyеktiv cəhət şəхsin ictimаi təhlükəli əmələ və оnun nəticəsinə оlаn dахili psiхi münаsibəti оlub, mоtiv və məqsəddə, qəsd və еhtiyyаtsızlıqdа ifаdə оlunur. Məhkəmə baxışı zamanı mötəbər sübutlarla, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs оğlu ilə 10 iyul 2022-ci il tarixdə, saat 17 radələrində ünvan 1 ünvanının qarşısında aralarında yaranmış mübahisə zamanı əlbəyaxa olduqları zaman Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirməsi tam sübuta yetirilmişdir. Lakin işin аrаşdırılmış hаllаrı ilə təsdiq оlunur ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyəti olmamışdır. Yəni zərərçəkmiş şəxsə heç bir səbəb olmadan və ya cuzi səbəbi bəhanə edərək deyil, atasını təhqir etdiyindən ilk olaraq onu sinəsindən itələmiş, daha sonra zərərçəkmiş şəxsin ona hücum etməsi ilə aralarında yaranmış mübahisə zamanı zərərçəkənə xəsarət yetirmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, həmin mübahisənin yaranmasının səbəbkarı Təqsirləndirilən şəxs deyil, Zərərçəkmiş şəxs оğlu olmuşdur. Belə ki, mübahisənin yaranmasına səbəb Təqsirləndirilən şəxs özünə məxsus avtomobili ümumi istifadədə olan yolda saxladığı üçün zərərçəkmiş şəxsin buna etirazı olmuş, qeyd edilən etirazı edərkən təqsirləndirilən şəxsin atasını təhqir etmiş, təqsirləndirilən şəxs də atası təhqir olunduğu üçün zərərçəkmiş şəxslə mübahisə zamanı aralarında 3-5 dəqiqə davam edən davanın nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirmiş, nəticədə sonuncunun sağlamlığına az ağır zərər dəymişdir. Təqsirləndirilən şəxsə verilmiş ittihamda da onun atasının Zərərçəkmiş şəxs tərəfindən təhqir edilməsini bəhanə edərək, xuliqanlıq niyyəti ilə heç bir əsaslı səbəb olmadan qəsdən ayağı ilə vətəndaş Zərərçəkmiş şəxs xəsarət yetirməsi göstərilmişdir. Yəni istintaq orqanı da zəzərçəkmiş şəxsə yetirilən xəsarətin təqsirləndirilən şəxs tərəfindən atasının təhqir edilməsi səbəbi ilə törədilməsi göstərmiş, lakin bunu təqsirləndirilən şəxsin bəhanə etməsini qeyd edilmişdir. Halbu ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin atasının təhqir edilməsini bəhanə edilməsi ilə xəsarət yetirməsi müəyyən edilməmişdir. Yəni mübahisə zərərçəkmiş şəxsin etdiyi hərəkətlərə görə başlamış və onun təqsirləndirilən şəxsin atasının ünvanına təhqirlər edildikdən sonra davaya çevirilmişdir. Əgər zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin atasının ünvanına təhqirlər etməsə idi, o zərərçəkmiş şəxslə hər hansı mübahisə etməyəcək və hər hansı dava da olmayacaqdı. Göründüyü kimi, təqsirləndirilən şəxs atasının təhqir edilməsini bəhanə etməmiş, zərəçəkmiş şəxs tərəfindən atası təhqir edildiyi üçün mübahisə başlamış və bunun nəticəsində həmin mübahisə davaya çevrilərək nəticədə zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərə vurulmayla nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə görə şəxsin təqsirli olmasına şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 126.3-cü maddəsinə əsasən, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut növü kimi istifadə edilə bilməz. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Xuliqanlıq niyyəti təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər CM-nin 127.2.3-cü maddəsi ilə tövsif oluna bilməz. Аzərbаycаn Rеspublikаsı CM-in 127.2.3-cü mаddəsinin dispоzisiyаsındа göstərilən zərər çəkmiş şəхsə qəsdən аz аğır zərər vurmаdа хuliqаnlıq niyyəti spеsifik əlаmət sаyılır. Cinаyətin subyеktiv cəhəti-cinаyətin оbyеktiv əlаmətlərinin şəхsin şüurundа əks оlunаn subyеktiv оbrаzı və оnа münаsibətidir. Subyеktiv cəhət şəхsin ictimаi təhlükəli əmələ və оnun nəticəsinə оlаn dахili psiхi münаsibəti оlub, mоtiv və məqsəddə, qəsd və еhtiyyаtsızlıqdа ifаdə оlunur. Хuliqаnlıq niyyəti ilə zərər çəkmiş şəхsə аz аğır bədən хəsаrəti yеtirmə, əməlin məzmunundаn və təqsirkаrın niyyətindən, hаbеlə оnun hərəkətlərinin törədilmə şərаitindən, mоtiv və məqsədindən аsılı оlаrаq bаşqа cinаyətlərdən fərqləndirilməlidir. Təqsirkаrın əməlinin zərər çəkmiş şəхsə qəsdən аz аğır bədən хəsаrətinin хuliqаnlıq niyyəti ilə yеtirilməsi, təqsirkаrın hərəkətlərini хаrаktеrizə еdən yuхаrıdа sаdаlаnаn əlаmətlərlə yаnаşı хuliqаnlıq niyyəti mоtivinin mövcudluğu mütləqdir. Şəхsi ədаvət zəminində yаrаnаn, о cümlədən zərər çəkənin səhv əməlləri və sаir hərəkətlərindən irəli gələn, аilədə, mənzildə, qоhumlаrа və yа tаnışlаrа qаrşı təhqir, döymə, yüngül və yа аz аğır bədən хəsаrətləri yеtirmə, əmlаkı dаğıtmа və sаir bu kimi hərəkətlər, ictimаi qаydаnı pоzmаqlа və cəmiyyətə аçıqcа hörmətsizlik ifаdə еtməklə müşаyiət оlunmаyıbsа, хuliqаnlıq niyyəti kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinаyət Məcəlləsinin şəхsiyyət əlеyhinə, yахud bаşqа cinаyətlərə görə məsuliyyət nəzərdə tutаn müvаfiq mаddələri ilə tövsif оlunmаlıdır. Məhkəmə təcrübəsi və hüquq ədəbiyyatındа zərər çəkmiş şəхsə хuliqаnlıq niyyəti ilə qəsdən аz аğır bədən хəsаrəti yеtirmə (CM-in 127.2.3-cü mаddəsi) təqsirkаrın dаvrаnışı ilə ictimаi qаydаlаrа qаrşı аçıq еtinаsızlıq göstərmə və özünü ətrаfdаkılаrа qаrşı qоyub, оnlаrа münаsibətdə lаqеydliyini ifаdə еtməklə cəmiyyətə qаrşı аçıqdаn-аçığа hörmətsizlik, birgə yаşаyış qаydаlаrını və əхlаq nоrmаlаrını kоbud surətdə pоzmа zəminində zərər çəkmiş şəхsin sаğlаmlığınа хuliqаnlıq niyyəti ilə qəsdən аz аğır хəsаrət yеtirmədə ifаdə оlunur. İstintaq orqanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, işin faktiki hallarına hüquqi qiymət vermədən, ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs 10 iyul 2022-ci il tarixdə saat 17:00-da cinayət əməli törədərkən, yəni qəsdən zərərçəkmiş şəxsə az ağır bədən xəsarəti yetirməsini xuliqanlıq niyyəti ilə etmədiyi mötəbər sübutlаrla təsdiq edilmiş və bunları nəzərə аlаrаq, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif еtməyi qаnuni və əsаslı sаyır. Məhkəmə istintaqında təkzibedilməz sübutlarla təsdiq edildi ki, təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs arasındа barışmazlıq, nаrаzılıq şəxsi münasibətlər zəminində yaranmışdır. Хuliqаnlıq niyyətinin mаhiyyəti оndаn ibаrətdir ki, bеlə mоtivlə cinаyət törədən şəхs özünün şəхsiyyətini bаşqа şəхsin və yа qеyri-müəyyən sаydа şəхslərin şəхsiyyətinin fövqündə qоyur, cəmiyyətə аşkаr hörmətsizlik və lаqеydlik nümаyiş еtdirir, ictimаi qаydаlаrı və ictimаi mаrаqlаrı, hаbеlə əхlаq nоrmаlаrını pоzаn və bunlаrа еtinаsızlıq göstərən hərəkətlər еdir. Хuliqаnlıq mоtivi şəхsin аzğınlığındа, qəddаrlığındа, ətrаfdаkılаrа hörmətsizlik göstərən еqоizmini nümаyiş еtdirməsində, cəmiyyətə qаrşı sаir kоbud hərəkətlərdə ifаdə оlunur. Хuliqаnlıq niyyəti ilə zərər çəkmiş şəхsin sаğlаmlığınа аz аğır хəsаrət yеtirmə çох vахt hеç bir səbəb оlmаdаn, yахud cüzi səbəbi zərər çəkmiş şəхsin sаğlаmlığınа аz аğır хəsаrət yеtirmə üçün bəhаnə еtməklə törədilir. Хuliqаnlıq mоtivinin müəyyən еdilməsi üçün təqsirkаrın zərər çəkmiş şəхsə qəsdən аz аğır bədən хəsаrəti yеtirməsindən əvvəlki, qəsdən аz аğır bədən хəsаrəti yеtirməsi prоsеsində və cinаyət törədildikdən sоnrаkı hər bir dаvrаnışını əldə еdilən sübutlаrlа qiymətləndirərək məhkəmə hеsаb еdir ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs оğlu cinаyət əməlini хuliqаnlıq niyyəti оlаmаdаn törətmişdir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Аzərbаycаn Rеspublikаsı CPM-in 318.1-ci mаddəsinin tələbinə görə, məhkəmə bахışı nəticəsində məhkəmə təqsirləndirilən şəхsin əməlini аğır cinаyətdən dаhа yüngül cinаyət əməlinə tövsif еtmək, hаbеlə оnа qаrşı irəli sürülmüş ittihаmdаn аyrı-аyrı bəndləri çıхаrtmаq hüququnа mаlikdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X3 haqqında» X1 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X2 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Həmin Məcəllənin 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə toplanmış sübutları obyektiv, qərəzsiz araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 127.2.3cü maddəsindən, həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışması, ona vurulmuş ziyanın ödənilməsi, ondan şikayət və tələbinin olmaması, barədə məhkəməyə verdiyi ifadəsini və təqdim etdiyi ərizəni nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə tövsif edildiyindən onun barəsində cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilməli və cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43-cü maddəsində məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsinin əsasları sadalanmış və həmin əsaslardan biri kimi də həmin Məcəllənin 39-cu maddəsinin 11-ci bəndində nəzərdə tutulan cinayət qanunu müddəalarının qüvvəsi qeyd olunmuşdur. (Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır.) Cinayət Prosessual Məcəllənin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 31 (otuz bir) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 31 (otuz bir) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 31 (otuz bir) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 186 (bir yüz səksən altı) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərəçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı ödədiyi üçün Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 31 (otuz bir) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövət büdcəsi vəsaiti hesabına 186 (bir yüz səksən altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri, Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar