Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-280/2024 04.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X12 Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X1 etibarnamə üzrə nümayəndəsi X10 və xüsusi ittihamçının vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs: X6 və onun müdafiəçisi Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs: X11 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Ağdam rayonunun Qaradağlı kəndində doğulmuş,işləməyən,evli Ağdam rayonun Qaradağlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olmaqla yaşayan X11 , Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə xx.xx.1956-cı il tarixdə Ağdam rayonunun Qaradağlı kəndində doğulmuş,təqaüdçü,evli, Ağdam rayonunun Qaradağlı kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olmaqla yaşayan X6, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, “İnstagram” sosial internet şəbəkəsində təhqir xarakterli məlumatları yayaraq onu təhqir etdiyinə görə X11 və X6 CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X19 və X13 İnstagram sosial şəbəkəsində yaratdıqları müxtəlif istifadəçi adı, profil və ya hesablardan istifadə etsələr də onun mesaj qutusuna göndərdikləri səs yazıları, mətn və telefon nömrələrindən, müxtəlif istifadəçi adı, profil və ya hesablardan istifadə edən şəxslərin X19 və X13 olduqları müəyyən olunur. Belə ki, X19 https://www. instaqram.com internet informasiya ehtiyatında yaradılmış “wondered666” (https: 7www.instaqram.com/ wondered666') istifadəçi adı, profil və ya hesabdan istifadə etməklə X2 şərəf və ləyaqətini nalayiq formada təhqir etmək üçün anası X13 ilə qabaqcadan əlbir olub X2 rəsmi “djfatima_official” (https:7www.instaqram.com/djfatima official ) İnstagram səhifəsinin kütləvi nümayiş etdirilən şərhlər bölməsində xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində X2 və onun kütləvi nümayiş etdirilən İnstagram səhifəsini izləyən azərbaycanlıların və digər türk dilli xalqların nümayəndələrinin, habelə istaqram sosial şəbəkəsini izləyən şəxslərin oxuya bildiyi və baş düşdüyü Azərbaycan dilində “Ay şərəfsizin qızı, atanla qardaşın burda camaatdan borca pul alır atış gəlir, sənə göndərir sən də burada kef eləyirsən?! Sənə dedim ki, vicdansız atan haqqında səninlə danışmaq istəyirəm. Yoxsa qardaşın Renadla birlikdə hamıya tanidacam sizi! Sənə nömrə qoymuşam, mənə yaz, bəlkə atan qızının sözünə qulaq asar!" sözlərini yazmaqla, “şərəfsizin qızı”, “dələduzluq yolu ilə keçirilən pullarla kef edən”, “vicdansızın qızı” kimi ifadələrlə onun şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçatmaqla bir qrup şəxs halında təhqir etmişdir. Bununla kifayətlənməyərək, təkrarən, X19 https://www. instaqram.com internet informasiya ehtiyatında yaradılmış “aa900_y” (https://www. instaqram.com aa900 v/) istifadəçi adı, profil və ya hesabdan istifadə etməklə X2 şərəf və ləyaqətini nalayiq formada təhqir etmək üçün anası X13 ilə qabaqcadan əlbir olub X2 rəsmi “djfatima_officiar (https:7www.instaqram.com/djfatima official/) İnstagram səhifəsinin kütləvi nümayiş etdirilən şərhlər bölməsində xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində kütləvi nümayiş etdirməklə X2 və onun DJ vəzifəsində işlədiyi X25 hotelində qonaq olan azərbaycanlıların və digər türk dilli xalqların nümayəndələrinin, habelə istaqram sosial şəbəkəsini izləyən şəxslərin oxuya bildiyi və baş düşdüyü Azərbaycan dilində “Allahın adini ağziniza ala bilecek en axırıncı insan mehz ele siz ozuvuzsuz:) bir insan ki ata olumuyan bir kisinin belinden getib. Size cox uzulurem) ne sene ne senin ailene Allah sözü yaraşmır. Allahi tanımayan onnan danisa bilmez. Besdirin az bu cmaata oynuyun. Coluvuz bezek iciviz tezekden ibarətdir!" sözlərini yazmaqla, X2 barəsində “ən axırıncı insan”, “ata olmayan bir kişinin belindən gələn”, “içiniz təzək” ifadələrindən istifadə etməklə onun şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçatmaqla bir qrup şəxs halında təkrarən təhqir etmişdir. Bununla kifayətlənməyərək, təkrarən, X19 https://www. instaqram.com internet informasiya ehtiyatında yaratdığı “aa900_y” (https: /www. instaqram.com/aa900 v ) istifadəçi adı, profil və ya hesabdan istifadə etməklə X2 şərəf və ləyaqətini nalayiq formada təhqir etmək üçün anası X13 ilə qabaqcadan əlbir olub X2 DJ vəzifəsində işlədiyi X7 Dubai şəhərində yerləşən X25 hotelinin “Bar Buci” barının instagram səhifəsinin (https:/www. instaqram.com/barbucidubai/) kütləvi nümayiş etdirilən şərhlər bölməsində xx.xx.2023-cü il tarixdə kütləvi nümayiş etdirməklə X25 hotelində işləyən şəxslərin və qonaqların, habelə istagram sosial şəbəkəsini izləyən şəxslərin istifadə etdiyi ingilis dilində “SALAMLAR HAMİYA! SİZİN ŞƏRƏFLİ QADİN OLARAQ GÖRDÜYÜNÜZ BU QİZ SAXTAKARDİR. ONUN ATASİ VƏ QARDAŞİ (YOMADDİN ŞİXALİYEV VƏ ONUN QARDAŞİ MALİK ŞİXALİYEV) AZƏRBAYCANDA BÖYÜK YALANÇİDİRLAR! HƏR KƏS ONLARA NİFRƏT EDİR. ÇÜNKÜ BU QİZCİĞAZİN VALİDEYNLƏRİ DƏLƏDUZDURLAR. ONUN ATASİ YOMADDİN ŞİXALİYEV (O NƏRİMANOV İCRA-DA İŞLƏYİB) EVƏ GƏLDİ VƏ PUL İSTƏDİ. O YALANDAN AİLƏSİ HAQQİNDA BƏZİ HEKAYƏLƏR DANİŞDİ VƏ PUL İSTƏDİ. ANCAQ BU TAMAMİLƏ YALANDİR. VƏ ONUN QİZİ VƏ DJ FATİM OLARAQ TANİDİĞİNİZ BACİSİ DA BÖYÜK YALANÇİDİRLAR. MƏN MƏSLƏHƏT GÖRÜRƏM Kİ ONA GÜVƏNMƏYƏSİNİZ. ÇÜNKİ O HƏM DƏ QARDAŞİ VƏ ATASİ KİMİ FİRİLDAQÇİDİR. ÖZÜNÜZÜ ONDAN UZAQ TUTUN." sözlərini yazmaqla internet informasiya ehtiyatında yaratdığı istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək məni “saxtakar”, “yalançı”, “güvənilmək olmayan şəxs”, “fırıldaqçı” adlandırıb şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçatmaqla bir qrup şəxs halında təkrarən təhqir etmişdir. Bununla da, X19 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. 2. X23 QİZİ , xx.xx.1956-cı il tarixdə Ağdam rayonunun Qaradağlı kəndində doğulmuş, Ağdam rayonunun Qaradağlı kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olan, təqaüdçü, ailəli, Tel:********** təqsirləndirilir ondan ötrü ki, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaradılmış istifadəçi adları, profil və ya hesablardan istifadə edərək şərəf və ləyaqəti nalayiq formada qəsdən alçatmaqla bir qrup şəxs halında təhqir etmişlər. Belə ki, X13 httpsY'www. instaqram.com internet informasiya ehtiyatında yaradılmış “wondered666” (https://www.instaqram.com/ wondered666/) istifadəçi adı, profil və ya hesabdan istifadə etməklə X2 şərəf və ləyaqətini nalayiq formada təhqir etmək üçün qızı X19 ilə qabaqcadan əlbir olub X2 rəsmi “djfətima_officiəl” (https://www.instəqrəm.com/difatirna offıcial/1 İnstagram səhifəsinin kütləvi nümayiş etdirilən şərhlər bölməsində xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində X2 və onun kütləvi nümayiş etdirilən instagram səhifəsini izləyən azərbaycanlıların və digər türk dilli xalqların nümayəndələrinin, habelə istaqram sosial şəbəkəsini izləyən şəxslərin oxuya bildiyi və baş düşdüyü Azərbaycan dilində “Ay şərəfsizin qızı, atanla qardaşın burda camaatdan borca pul alır atış gəlir, sənə göndərir sən də burada kef eləyirsən?! Sənə dedim ki, vicdansız atan haqqında səninlə danışmaq istəyirəm. Yoxsa qardaşın Renadla birlikdə hamıya tanidacam sizi! Sənə nömrə qoymuşam, mənə yaz, bəlkə atan qızının sözünə qulaq asar!” sözlərini yazmaqla, “şərəfsizin qızı”, “dələduzluq yolu ilə keçirilən pullarla kef edən”, “vicdansızın qızı” kimi ifadələrlə onun şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçatmaqla bir qrup şəxs halında təhqir etmişdir. Bununla kifayətlənməyərək, təkrarən, X13 https://www. instaqram.com internet informasiya ehtiyatında yaradılmış “aa900_y” (https://www. instaqram.com aa900 v/) istifadəçi adı, profil və ya hesabdan istifadə etməklə X2 şərəf və ləyaqətini nalayiq formada təhqir etmək üçün qızı X19 ilə qabaqcadan əlbir olub X2 rəsmi “djfatima_official” (https:7www.instaqram.com/difatirna official/f İnstagram səhifəsinin kütləvi nümayiş etdirilən şərhlər bölməsində xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində kütləvi nümayiş etdirməklə X2 və onun DJ vəzifəsində işlədiyi X25 hotelində qonaq olan azərbaycanlıların və digər türk dilli xalqların nümayəndələrinin, habelə istaqram sosial şəbəkəsini izləyən şəxslərin oxuya bildiyi və baş düşdüyü Azərbaycan dilində “Allahin adini ağziniza ala bilecek en axırıncı insan mehz ele siz ozuvuzsuz:) bir insan ki ata olumuyan bir kisinin belindən gelib. Size cox uzulurem) ne sene ne senin ailene Allah sözü yaraşmır. Allahı' tanımayan onnan danisa bilmez. Besdirin az bu cmaata oynuyun. Coluvuz bezek iciviz tezekden ibarətdir!” sözlərini yazmaqla, X2 barəsində “ən axırıncı insan”, “ata olmayan bir kişinin belindən gələn”, “içiniz təzək” ifadələrindən istifadə etməklə onun şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçatmaqla bir qrup şəxs halında təkrarən təhqir etmişdir. Bununla kifayətlənməyərək, təkrarən X13 https://www. instaqram.com internet informasiya ehtiyatında yaratdığı “aa900_y” (https:7www. instaqram.com/aa90Q v ) istifadəçi adı, profil və ya hesabdan istifadə etməklə X2 şərəf və ləyaqətini nalayiq formada təhqir etmək üçün qızı X19 ilə qabaqcadan əlbir olub X2 DJ vəzifəsində işlədiyi X7 Dubai şəhərində yerləşən X25 hotelinin “Bar Buci” barının İnstagram səhifəsinin (https://www. instaqram.com barbucidubai/) kütləvi nümayiş etdirilən şərhlər bölməsində xx.xx.2023-cü il tarixdə kütləvi nümayiş etdirməklə X25 hotelində işləyən şəxslərin və qonaqların, habelə İstagram sosial şəbəkəsini izləyən şəxslərin istifadə etdiyi ingilis dilində ‘‘SALAMLAR HAMİYA! SİZİN ŞƏRƏFLİ QADİN OLARAQ GÖRDÜYÜNÜZ BU QİZ SAXTAKARDİR. ONUN ATASİ VƏ QARDAŞİ (YOMADDİN ŞİXALİYEV VƏ ONUN QARDAŞİ MALİK ŞİXALİYEV) AZƏRBAYCANDA BÖYÜK YALANÇİDİRLAR! HƏR KƏS ONLARA NİFRƏT EDİR. ÇÜNKÜ BU QİZCİĞAZİN VALİDEYNLƏRİ DƏLƏDUZDURLAR. ONUN ATASİ YOMADDİN ŞİXALİYEV (O NƏRİMANOV İCRA-DA İŞLƏYİB) EVƏ GƏLDİ VƏ PUL İSTƏDİ. O YALANDAN AİLƏSİ HAQQİNDA BƏZİ HEKAYƏLƏR DANİŞDİ VƏ PUL İSTƏDİ. ANCAQ BU TAMAMİLƏ YALANDİR. VƏ ONUN QİZİ VƏ DJ FATİM OLARAQ TANİDİĞİNİZ BACİSİ DA BÖYÜK YALANÇİDİRLAR. MƏN MƏSLƏHƏT GÖRÜRƏM Kİ ONA GÜVƏNMƏYƏSİNİZ. ÇÜNKİ O HƏM DƏ QARDAŞİ VƏ ATASİ KİMİ FİRİLDAQÇİDİR. ÖZÜNÜZÜ ONDAN UZAQ TUTUN.” sözlərini yazmaqla internet informasiya ehtiyatında yaratdığı istifadəçi adları, profil və ya hesablardan istifadə edərək məni “saxtakar”, “yalançı”, “güvənilmək olmayan şəxs”, “fırıldaqçı” adlandırıb şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçatmaqla bir qrup şəxs halında təkrarən təhqir etmişdir. Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1979-cu il tarixdə Ağdam rayonunun Qaradağlı kəndində doğulmuş, Ağdam rayonun Qaradağlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olan, heç bir yerdə işləməyən, ailəli X14 və Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1956-cı il tarixdə Ağdam rayonunun Qaradağlı kəndində doğulmuş, Ağdam rayonunun Qaradağlı kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olan, təqaüdçü, ailəli X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X19 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 02 il olar ki, Yoməddin adlı şəxsə bacısının iştirakı ilə yaşadığı evdə 5000 manat pul vermişdir. Yoməddin pulu 05 aya qaytaracağını desə də, həmin şəxs vədinə əməl etməmişdir. Buna görə də Yoməddinin qızı Şıxəliyeva Fatiməylə instagram şəbəkəsindən “cicek_1976” hesabı vasitəsiylə əlaqə yaradaraq onunla bu məsələ haqqında danışmaq üçün əlaqə yaratmasını istəmişdir. X15 cavab verməmişdir. Anası Nazimə cinare adlı hesabdan Fatimə ilə əlaqə saxlamaq üçün yazmışdır. Fatiməyə “cicek_1976” və “chinaraaliyeva_” hesablarından yazdıqlarını lakin onu təhqir və təhdit etmədiklərini bildirmişdir. Onların Fatiməyə qarşı hər hansı şikayət və tələbinin olmadığını, bir daha ounla əlaqə yaratmayacaqlarına söz verdiyini bildirmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 özünü təqsirli bilməyərək, telefonunun ağıllı telefon olmadığını, adi telefon olduğunu, telefonunda instagram sosial şəbəkəsinin olmadığını, telefondan istifadə edə bilmədiyini, nə telefonda mesaj yaza bildiyini, nə də səsli mesaj göndərə bildiyini qeyd etmişdir. Qızının instagram hesabından qızının köməkliyi ilə Yoməddinin qızına səsli mesaj göndərdiyini və borcun qaytarılmasına kömək etməsini xahiş etmişdir. Fatimə Şıxəliyevanı təhqir etmədiyini göstərilən təhqiramiz mesajlardan xəbəri olmadığını bildirmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi X10 məhkəməyə verdiyi izahatında 2023-cü ildə Dubaya qızının yanına getdiyini, 07 fevral 2023-cü ildə evə gec gəldiklərini və qızının evə gəldiyi zaman telefonuna cicek adlı istifadəçi hesabından qızının telefonuna “vacif danışmalıyıq” məzmunlu mesaj gəldiyini və həmin mesajda mobil nömrənin qeyd edildiyini göstərmişdir. İnternetə ancaq evdə olarkən qoşulduqlarını və evə gəldikləri zaman buraxılmış zənglər olduğunu görmüşdürlər. O,qızına “tanımırsansa həmin hesabı əngəllə” demişdir. O, “birdən zəng edərsən vəhəmin şəxs kiber cinayətkar olar” deyə qızına qorxduğunu bildirmişdir. Yenicə yuxuya getdiyi zaman saat 2-yə qalmış qızının onu oyatdığını və qızının instagram səhifəsinin şərh bölməsində qızının şərəf və ləyaqətini alçaldan, “Ay şərəfsizin qızı, atanla qardaşın burda camaatdan borca pul alır atış gəlir, sənə göndərir sən də burada kef eləyirsən?! kimi sözlər yazıldığını görmüşdürlər. Qızının bu mesajları gördükdən sonra sarsıntı keçirdiyini, təzyiqinin qalxdığını bildirmişdir. Qızının instagram hesabında 10 000-ə yaxın izləyici olduğunu və qızının həmin hesabı da blok etdiyini söyləmişdir. O, səhərisi gün oğluna zəng etmiş atandan soruş gör bu nə borc məsələsidi deyə məlumat almaq istəmiş və oğlunun bundan xəbəri olmadığını atasından soruşduqda isə atası ona onlardan əvvəllər borc aldığını lakin borcu artıqlaması ilə qaytardığını bildirmişdir. Hesabları blokladıqdan sonra başqa-başqa profillərdən qızına mesaj göndərildiyini söyləmişdir.Yaşlı qadının qızına səs ataraq “atan bizdən borc pul alıb, biz sənin ananın da evini bilirik onun da evinə gedəcəyik, sən bilirsən sənin atan və qardaşın burda nə qədər adama pul atıb, maşenniklik edir söyləmişdir. Qızından onların nömrəsini göndərməsini istəmiş və həmin gün oğlu həmin nömrəyə zəng etmiş, oğlu qoca qadına sən məni tanıyırsan, dələduzluq etdiyimi görmüsən, sənin nə ixtiyarın var ki sən mənim haqqımda şayələr yayırsan söyləmiş və qadın demişdir ki, sən atanı niyə qoymursan borcun faizin ödəsin, mən ona elə-belə pul verməmişəm, borcun faizin ödəsin demişdir. Oğlu demişdir ki, sən mənim bacımı, ailəmi niyə narahat edirsən. Qadın isə mən hələ adam tapıb Dubayda sənin bacının iş yerinə göndərəcəm söyləmişdir. Fatiməyə ona etibarnamə verməsini söyləmişdir. Təqsirləndirilən şəxslərin onun qızının şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl yetirildiyini bildirmişdir. Qızının ölkəsini təmsil etdiyini bildirmiş, qızının şərəf və ləyaqətini alçaldan şəxslərin cəzalandırılmasını xahiş etmişdir . İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizədən görünür ki,X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, “İnstagram” sosial internet şəbəkəsində təhqir xarakterli məlumatları yayaraq onu təhqir etdiyinə görə X11 və X6 CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. “İnstagram” sosial şəbəkəsinə aid ekran görüntülərindən görünür ki, ““djfatima_officiar” adı ilə qeydiyyatdan keçmiş şəxsin paylaşdığı şəkillərin altında ““aa900_y”” adı ilə qeydiyyatdan keçmiş şəxs tərəfindən müxtəlif vaxtlarda “Allahın adini ağziniza ala bilecek en axırıncı insan mehz ele siz ozuvuzsuz:) bir insan ki ata olumuyan bir kisinin belinden getib. Size cox uzulurem) ne sene ne senin ailene Allah sözü yaraşmır. Allahi tanımayan onnan danisa bilmez. Besdirin az bu cmaata oynuyun. Coluvuz bezek iciviz tezekden ibarətdir!" rəyləri eləcə də, X2 DJ vəzifəsində işlədiyi X7 Dubai şəhərində yerləşən X25 hotelinin “Bar Buci” barının instagram səhifəsinin (https:/www. instaqram.com/barbucidubai/) kütləvi nümayiş etdirilən şərhlər bölməsində ingilis dilində “Salamlar hamıya! Sizin şərəfli qadın olaraq gördüyünüz bu qız saxtakardır. Onun atası və qardaşı (Yomaddin Şıxaliyev və onun qardaşı Malik Şıxaliyev) azərbaycanda böyük yalançıdırlar! hər kəs onlara nifrət edir. Çünkü bu qızcığazın valideynləri dələduzdurlar. Onun atası Yomaddin Şıxaliyev (o nərimanov icra-da işləyib) evə gəldi və pul istədi. O yalandan ailəsi haqqında bəzi hekayələr danışdı və pul istədi. Ancaq bu tamamilə yalandır və onun qızı və dj fatim olaraq tanıdığınız bacısı da böyük yalançıdırlar. Mən məsləhət görürəm ki ona güvənməyəsiniz. Çünki o həm də qardaşı və atası kimi fırıldaqçıdır. Özünüzü ondan uzaq tutun rəyləri yazılmışdır. “wondered666” istifadəçi adı, profil və ya hesabdan istifadə etməklə X2 rəsmi “djfatima_official” İnstagram səhifəsinin kütləvi nümayiş etdirilən şərhlər bölməsində Azərbaycan dilində “Ay şərəfsizin qızı, atanla qardaşın burda camaatdan borca pul alır atış gəlir, sənə göndərir sən də burada kef eləyirsən?! Sənə dedim ki, vicdansız atan haqqında səninlə danışmaq istəyirəm. Yoxsa qardaşın Renadla birlikdə hamıya tanidacam sizi! Sənə nömrə qoymuşam, mənə yaz, bəlkə atan qızının sözünə qulaq asar!” rəyləri yazılmışdır. Xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə edilmiş bir ədəd diskə baxış keçirilən zaman diskdə olan səs yazılarının X19 və X9 aid olması, həmin yazıların X3 göndərildiyi, həmin səs yazılarının məzmunundan sonuncunun atasının onlara borclu olduğu, pullarının qaytarılmasına köməklik etmələrini xahiş etmələri müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X19 və X13 əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, xüsusi ittihamçının və şahid ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, X19 və X13 tərəfindən CM-in 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində CM-in 148-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmədə “İnstagram” sosial şəbəkəsində,“djfatima_official” adı ilə qeydiyyatdan keçmiş şəxsin paylaşdığı şəkillərin altında və X2 DJ vəzifəsində işlədiyi X7 Dubai şəhərində yerləşən X25 hotelinin “Bar Buci” barının İnstagram səhifəsinin (https://www. instaqram.com barbucidubai/) kütləvi nümayiş etdirilən şərhlər bölməsində “aa900_y”, və “wondered666” adı ilə qeydiyyatdan keçmiş şəxs tərəfindən müxtəlif vaxtlarda yazılmış rəylərin X19 və X13 tərəfindən yazılması sübuta yetirilməmiş, həmçinin X19 və X13 tərəfindən “cicek_1976” və “chinaraaliyeva_” instagram hesablarından X4 yazılmış mesajlarda Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkib əlamətlərini yaradacaq, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan hərəkətlərə yol verilməsi müəyyən edilməmişdir. CPM-in 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 32-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. CPM-in 42.1-ci maddəsinə əsasən çəhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-in 138-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. CPM-in 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə araşdırması zamanı ittiham tərəfi X16 və X9 qarşı CM-in 148-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, CPM-in tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X19 və X9 qarşı CM-in 148-ci maddəlsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün onlara CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət verilməlidir. CPM-in 198.5-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında təqib olunan şəxsə bəraət verildikdə və ya xüsusi ittihamçı məhkəmədə ittihamın müdafiəsindən imtina etdikdə, məhkəmə bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə məsrəflərini tam və ya qismən xüsusi ittihamçının üzərinə qoymağa haqlıdır. Xüsusi ittiham qaydasında təqib olunan şəxslə xüsusi ittihamçı arasında əldə olunmuş barışıq nəticəsində cinayət təqibinə xitam verildiyi halda, məhkəmə həmin məsrəfləri tam və ya qismən cinayət prosesi tərəflərindən birinin və ya hər ikisinin üzərinə qoymağa haqlıdır. İş üzrə sübut növü kimi 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X16 məhkəmə iclaslarında göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X9 məhkəmə iclaslarında göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə X16 bəraət verilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə X9 bəraət verilsin. İş üzrə maddi sübut,ekspertiza xərci,mülki iddia yoxdur. İş üzrə 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. X16 məhkəmə iclaslarında göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. X9 məhkəmə iclaslarında göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhər Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-280/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-280/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver