Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-281/2020 02.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs Fərahim qızının, Təqsirləndirilən şəxs, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(001)-420/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, çəkilməmiş 02 (iki) il 9 (doqquz) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası qalmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə ƏNnin PX-nin Bakı İT-də saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 15.00 radələrində ünvan 4 ünvanda yerləşən yaşayış evinin giriş qapısının açarını qaz sayğacı qutusunun üstündən götürüb həmin açarla evin qapısını açaraq içəriyə qanunsuz daxil olmuş və otaqdakı dolabdan Zərərçəkmiş şəxs məxsus 01 ədəd İtaliya istehsalı olan 02 qram çəkili 750 əyarlı, üzərində «Kəpənək» kulonu olan 250 (iki yüz əlli) manat dəyərində qızıl boyunbağı, 01 ədəd boz rəngli 20 (iyirmi) manat dəyərində eynək qutusu və metal pullardan ibarət 10 (on) manat məbləğdə nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 280 (iki yüz səksən) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç bir yerdə işləmir, ona görə, müxtəlif dükanlara borcu yaranmış, bu səbəbdən qərara gəlmişdir ki, borcunu ödəmək üçün oğurluqlar etsin.O, Bakı şəhəri, Biləcəri qəsəbəsində yaşayan «Tural Abasov» və «Ziya Abasov» adlı qardaşlarla dostluq münasibətləri saxlamış və tez-tez onların yaşadığı ünvan 5 ünvanda yerləşən evinə gedib-gəlmişdir, həmin vaxtlar da Turalın və ya Ziyanın evdən çıxarkən qapını açarla bağladıqdan sonra evin giriş qapısının açarını bayırda olan qaz sayğacının üstünə qoyub getdiklərini görmüş, yəni açarın daimi yerini bilmişdir.2020-ci ilin fevral ayının ortalarında dükanlara borcu artdığına görə xx xxxxxx 2020-ci il tarixdə saat 15.00 radələrində Turalgilin evinə getmişdir ki, sonuncudan borc pul istəsin, lakin evin qapısının bağlı olduğunu və evdə heç kimin olmadığını görmüşdür.O, evə girərək oğurluq etmək qərarına gəlmiş, həmin vaxtı ətrafda heç kimin onu görmədiyinə əmin olduğu üçün qaz sayğacının üstünə baxıb giriş qapısının açarının orada olduğunu görmüş və cəld açarı götürüb qapını açaraq evə daxil olmuşdur.Bundan sonra o, evdə şkafları axtarmağa başlamış və şkafın siyirməsindən bir ədəd boz rəngli eynək qabını tapıb açdıqda içərisində bir neçə xıra pullar və qızıl boyunbağı olduğunu görüb həmin eynək qabını cibinə qoymuşdur.Bundan dərhal sonra o, həmin evdən çıxıb qaçmış, giriş qapısını üzərində saxladığı açarla bağlamış və açarı yerinə, yəni qaz sayğacının üstünə qoyaraq oradan uzaqlaşmışdır.O, ətrafa baxarkən heç kim olmadığını görmüş, bundan sonra yaşadığı evə getmiş, yolda özünə məxsus «Daewoo» markalı avtomobili ilə taksi sürücülüyü ilə məşğul olan tanışı Şahid2 ilə rastlaşmış və Şahid2 bildirmişdir ki, özünə məxsus bir ədəd qızıl boyunbağısı vardır, həmin boyunbağını satmaq istəyir, Turaldan xahiş etmişdir, onu metronun «Memar Əcəmi» stansiyasının yaxınlığında yerləşən «Moskva» ticarət mərkəzinə aparsın.Orada o, Turala demişdir ki, boyunbağını satmaq üçün şəxsiyyət vəsiqəsi lazımdır, lakin o, öz vəsiqəsini evdə unutmuşdur. Onun xahişi ilə Tural öz şəxsiyyət vəsiqəsini təqdim etmiş və o, oğurladığı qızıl boyunbağını Şahid2 şəxsiyyət vəsiqəsi ilə «Moskva» univermağında tanımadığı qızıl alverçisinə 100 (yüz) manata satmışdır. Həmin puldan benzin pulu kimi Turala 10 manat vermiş və qalanınını borclarını ödəməyə və gündəlik ehtiyaclarına xərcləmişdir.O, eynək qutusunu heç kimə sata bilməyəcəyini bildiyinə görə qutunu yolda xatırlamadığı yerdə məişət tullantıları qutusuna atmış, içərisində olan təxminən 10 (on) manata yaxın xırda pulları isə özünə götürmüş və xərcləmişdir. Onun oğurluq etməsi barədə heç kimin məlumatı olmamış, o, taksi sürücüsü Şahid2, qızıl boyunbağını və ətçəkən maşını satdığı şəxslərə həmin əşyaların özünə məxsus olduğunu demişdir.O, hər iki oğurluğu tək törətmiş, həmin vaxtı onu görən və ya mane olmağa çalışan heç kim olmamış, oğurluq etməsi barədə heç kimə heç nə deməmişdir.Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 10:00 radələrində işə getmək üçün evdən çıxmış, həyat yoldaşı isə həmin gün evdə olmamış, anası xəstə olduğu üçün anasının yanında qalmışdır.xx xxxxxx 2020-ci il tarixdə saat 20.00 radələrində o, yaşadığı evə qayıtmış, pul lazım olduğuna görə şkafın siyirməsində olan eynək qabının içərisindən pul götürmək istəmiş, lakin həmin eynək qabının orada olmadığını aşkar etmişdir.Bundan sonra, bütün evə baxsa da, pulu tapa bilməmiş, bununla da, evdən oğurluq olduğunu başa düşmüşdür, çünki şkafın siyirməsində olan 02 qram İtaliya istehsalı, 750 əyarlı, üzərində kulonu olan 250 manat dəyərində qızıl boyunbağısı, 20 manat dəyərində boz rəngli eynək qabının içərisində olan 10 (on) manat dəyərində qəpiklə pulu oğurlanmışdır. Onun evinin qapısında və pəncərəsində sındırma izləri olmamış, oğru evə açar vasitəsi ilə daxil olmuş, çünki onlar evdən çıxarkən evin açarını qaz sayğacının yanındakı pəncərənin kənarına qoyurlar, evə daxil olan şəxs(lər) açarı həmin yerdən götürərək qapını açmışdır.O, Təqsirləndirilən şəxs tanıyır, Kamran onların evlərinin yaxınlığında yaşayır və əvvəllər onların evindən heç vaxt oğurluq etməmişdir.Oğurluq nəticəsində ona ümumilikdə 280 (iki yüz səksən) manat məbləğdə maddi ziyan dəymiş, ilkin ərizə və izahatında enyək qabında 70-80 manat məbləğdə pul olduğunu düşünmüş, lakin sonradan xatırlamışdır ki, onlar həmin pulun xeyli hissəsini götürüb istifadə etmişlər və yerində cəmi təxminən 10 (on) manat pul qalmışdır.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənildiyini, onun təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Şahid1 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, bir neçə ildir, Bakı şəhəri, Nəsimi rayonu metronun «Memar Əcəmi» stansiyasının çıxışında yerləşən «Moskva» univermağında qızıl-zinyət əşyalarının lom qiymətinə alqı-satqısı ilə məşğul olur. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 16.00 radələrində işdə olduğu zaman əvvəllər tanımadığı və sonradan adları Təqsirləndirilən şəxs və Şahid2 olduğunu bildiyi iki nəfər şəxs ona yaxınlaşıb bir ədəd qızıl boyunbağını göstərərək həmin boyunbağını satmaq istədiklərini bildirmişlər.O, qızıl boyunbağını götürüb baxmış və tərəzidə çəkərək 02 qram olduğunu görmüş, həmin şəxslərə boyunbağını 100 (yüz) manata alacağını bildirdikdə, onunla razılaşmışlar.Bundan sonra o, şəxsiyyətlərini təsdiq edən sənəd təqdim etmələrini bildirmiş və həmin şəxslərdən biri, yəni Şahid2 şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. O, özünə məxsus «qızıl və brilyantların alqı-satqı kitabı»-nı açıb Şahid2 şəxsiyyət vəsiqəsində olan anket məlumatları və qızıl boyunbağının əlamətlərini kitabına qeyd etmiş, sonra Şahid2 şəxsiyyət vəsiqəsini özünə qaytarmış və 100 (yüz) manat pul verərək həmin qızıl boyunbağını almışdır. Sonra həmin şəxslər çıxıb getmişlər. Bundan bir neçə gün sonra isə polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs onun işlədiyi dükana getmiş və bu zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı qızıl boyunbağını oğurluq yolu ilə əldə etmişdir. Həmin şəxslər qızıl boyunbağını ona satan zaman Təqsirləndirilən şəxs qızılın özünə məxsus olduğunu və pula ehtiyacı olduğuna görə satmaq istədiyini demiş, boyunbağını cinayət yolu ilə əldə etməsi barədə onun əvvəldən heç bir məlumatı olmamışdır. O, qızıl boyunbağını alandan sonra tanımadığı bir nəfər şəxsə satmışdır. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, bir neçə ildir, özünə məxsus «Daewoo Gentra» markalı ** RK *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Hərbi Şəhərciyin yanında dayanaraq fərdi qaydada taksi sürücülüyü ilə məşğul olur.Təqsirləndirilən şəxs Biləcəri qəsəbəsi sakini kimi tanıyır və sonuncu ilə normal münasibətləri olmuş, dostluğu, yaxınlığı və ya ədavəti və düşmənçiliyi olmamışdır.Bundan başqa, o, Biləcəri qəsəbə sakinləri Tural Abasov və Ziya Abasov qardaşlarını da tanımış, onlarla da normal münasibəti olmuş, həmin şəxsləri bir neçə dəfə Kamranla birlikdə görmüşdür. O, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 15.00 radələrində Biləcəri qəsəbəsi Hərbi şəhərciyin yaxınlığında dayanıb taksi üçün müştəri gözlədiyi zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq Kamranı təcili metronun «Memar Əcəmi» stansiyasının yaxınlığında yerləşən «Moskva» unvarmağına aparmasını xahiş etmiş, o, razılaşaraq Kamranı dediyi yerə aparmış, Kamran avtomobildən düşərkən ona bildirmişdir ki, özünə məxsus olan qızıl boyunbağısını satmaq istəyir, lakin təcili evdən çıxdığına görə özünə məxsus şəxsiyyət vəsiqəsini evdə unutmuşdur.Kamran ondan xahiş etmişdir ki, qızıl boyunbağısını satmaq üçün köməklik göstərsin və şəxsiyyət vəsiqəsini qızılı alan şəxsə təqdim etsin. Kamrandan şübhələnmədiyi üçün razılaşıb öz şəxsiyyət vəsiqəsini verəcəyini bildirmişdir. Sonra onlar «Moskva» univermağına daxil olmuşlar, Kamran orada tanımadığı bir nəfər satıcıya yaxınlaşıb qızıl boyunbağını satmaq istədiyini bildirmişdir. Satıcı qızıl boyunbağını götürüb baxmış və tərəzidə çəkərək 02 qram olduğunu, boyunbağını 100 (yüz) manata alacağını demiş və Kamran razılaşmışdır. Bundan sonra həmin satıcı şəxsiyyət vəsiqəsi istəmiş və o, şəxsiyyət vəsiqəsıni çıxarıb həmin satıcıya təqdim etmişdir. Satıcı kitabında qeydlər etmiş və şəxsiyyət vəsiqəsini özünə qaytarmış, Kamrana 100 (yüz) manat pul verib qızıl boyunbağını almış və onlar çıxıb getmişlər.Bundan bir neçə gün sonra isə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmuş və bu zaman ona məlum olmuşdur ki, Kamran onun şəxsiyyət vəsiqəsi ilə satdığı qızıl boyunbağını oğurluq yolu ilə əldə etmişdir. Təqsirləndirilən şəxs həmin qızıl boyunbağını satarkən qızılın özünə məxsus olduğunu və pula ehtiyacı olduğuna görə satmaq istədiyini demiş, boyunbağını cinayət yolu ilə əldə etməsi barədə onun əvvəlcədən heç bir məlumatı olmamışdır, yoxsa Kamrana öz şəxsiyyət vəsiqəsini verməzdi və kömək etməzdi. Kamran qızıl boyunbağını satandan sonra ona yalnız yol pulu kimi 10 manat məbləğdə pul vermiş, artıq pul verməmişdir. İş materiallarında olan «Qızıl və brilyantların alqı-satqı kitabı» adlı jurnalın içərisindəki səhifəsindən məlum olur ki, «Təhvil verirəm - adı» qrafasında «Şahid2», «pasport» qrafasında «AZE 17351153» «yaşadığı ünvan» qrafasında «ünvan 6 «alınan malın adı» qrafasında «sep», «ölçü» qrafasında «2 qram», «Say» qrafasında «1» və «Alış qiyməti» qrafasında «100 manat» yazılarının yazılması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(001)-420/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, çəkilməmiş 02 (iki) il 9 (doqquz) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası qalmış, məhkumluğu ödənilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 1(001)-420/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmu ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təyin edilmiş və çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası - CM-nin 69.3-cü və 67.1-ci maddəsinə əsasən 2 günə 1 gün olmaqla hazırkı hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə, ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin, CM-nin 56.1.2-ci maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 29 fevral 2020-ci il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Ramiz Axundov tərəfindən qəbul edilmiş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut - «Qızıl və brilyantların alqı-satqı ktabı» adlı jurnalın 02 ədəd «A4» formatlı vəqədə surəti cinayət işinin materiallarında saxlanılmal və iş üzrə maddi sübut – 01 ədəd 250 manat dəyərində qızıl boyunbağı və 80 manat pulun – Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. . Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Binəqəd Rayon Məhkəməsinin 1(001)-420/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmu ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təyin edilmiş və çəkilməmiş cəzası 2 (iki) il 9 (doqquz) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası - CM-nin 69.3-cü və 67.1-ci maddəsinə əsasən 2 günə 1 gün olmaqla hazırkı hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə, ona qəti olaraq 2 (iki) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 29 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - «Qızıl və brilyantların alqı-satqı ktabı» adlı jurnalın 02 ədəd «A4» formatlı vəqədə surəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd 250 manat dəyərində qızıl boyunbağı və 80 manat pulun – Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-281/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-281/2020
02.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver