Məhkəmə qərarları › İş №1(001)-281/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-281/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-281/2024 16.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə,

1. xx.xx.1986-cı il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə,

2. xx.xx.1986-cı il tarixdə Əlibayramlı rayonunda doğlumuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, X.Rza küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,

Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə

müəyyən etdi:

1. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən binaya və digər saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 03 mart 2023-cü il tarixdə, saat 02 radələrində Şahid1 məxsus ünvan 4 ünvanında yerləşən «Laçın» adlı marketin qarşısına gəlib dəmir dirək vasitəsi ilə dam hissəsinə qalxıb özü ilə gətirdiyi mismar çəkən alətlə fiziki güc tədbiq edib dam örtüyünün bir hissəsini sökməklə oradan qanunsuz daxil olaraq mağazada quraşdırılmış saxlanc yeri hesab olunan Zərərçəkmiş şəxs5 MMC-ə məxsus 40098 saylı ödəmə terminalını qırıb qanunsuz daxil olub açaraq terminalın içərisindəki xəzinə qutusundan ümumilikdə 1.243 (min iki yüz qırx üç) manat pulu gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs5 MMC-ə 1.243 (min iki yüz qırx üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 08 mart 2023-cü il tarixdə, saat 02 radələrində Şahid3 məxsus ünvan 6 ünvanda yerləşən "Qəbələ" adlı mağazanın qarşısına gəlib giriş qapısının kilidini dəmir ling aləti ilə qıraraq qanunsuz daxil olaraq mağazada quraşdırılmış saxlanc yeri hesab olunan Zərərçəkmiş şəxs5 MMC-ə məxsus 40911 saylı «SAQA» markalı ödəmə terminalını qırıb qanunsuz daxil olub açaraq terminalın içərisindəki xəzinə qutusundan ümumilikdə 1.541 (min beş yüz qırx bir) manat pulu gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs5 MMC-ə 1.541 (min beş yüz qırx bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 07 may 2023-cü il tarixdə, saat 02 radələrində Şahid2 işlətdiyi ünvan 8 ünvanında yerləşən "Cəfər" adlı mağazanın qarşısına gəlib taxta materialdan düzəldilmiş divarın yuxarı hissəsini sökərək həmin yerdən qanunsuz daxil olaraq mağazada quraşdırılmış saxlanc yeri hesab olunan Zərərçəkmiş şəxs5 MMC-ə məxsus 40915 saylı «SAQA» markalı ödəmə terminalını qırıb qanunsuz daxil olub açaraq terminalın içərisindəki xəzinə qutusundan ümumilikdə 4.048 (dörd min qırx səkkiz) manat pulu gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs5 MMC-ə 4.048 (dörd min qırx səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 25 iyul 2023-cü il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 9 ünvanında yerləşən mağazasının dam örtüyünün bir hissəsini sökməklə oradan qanunsuz daxil olaraq mağazada quraşdırılmış saxlanc yeri hesab olunan "xxxx" MMC-ə məxsus “İD-1265” saylı ödəmə terminalını qırıb qanunsuz daxil olub açaraq terminalın içərisindəki xəzinə qutusundan ümumilikdə 10.367 (on min üç yüz altmış yeddi) manat və mağazada olan saxlanc yeri hesab olunan kassa aparatından 170 (bir yüz yetmiş) manat pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 170 (bir yüz yetmiş) manat və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-ə 10.367 (on min üç yüz altmış yeddi) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 15 oktyabr 2023-cü il tarixdə, saat 02 radələrində Şahid5 məxsus ünvan 10 ünvanında yerləşən «Bizim market» adlı mağazanın dəmir materialdan olan açılıb-qatlanan qapısının qıfılını və daha sonra plastik qapısını özü ilə gətirdiyi mismar çəkən alətlə fiziki güc tədbiq etməklə açıb birlikdə qanunsuz daxil olaraq mağazada quraşdırılmış saxlanc yeri hesab olunan "xxxx" MMC-ə məxsus 6.000 (altı min) manat dəyərində olan 12013 saylı “X4” TU04012-***-*******9-2010 TP-31.8.2 M17 modelli ******* seriyalı ödəmə terminalını mağazadan çıxarıb gizli olaraq taladıqdan sonra həmin ödəmə terminalını Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Şahid4 hasarsız həyətinə aparıb, orada həmin ödəniş terminalını qırıb qanunsuz daxil olub açaraq terminalın içərisindəki xəzinə qutusundan ümumilikdə 10.362 (on min üç yüz altmış iki) manat pulu gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-ə ümumilikdə 16.362 (on altı min üç yüz altmış iki) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir.

2. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən binaya və digər saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 03 mart 2023-cü il tarixdə, saat 02 radələrində Şahid1 məxsus ünvan 4 ünvanında yerləşən «Laçın» adlı marketin qarşısına gəlib dəmir dirək vasitəsi ilə dam hissəsinə qalxıb özü ilə gətirdiyi mismar çəkən alətlə fiziki güc tətbiq edib dam örtüyünün bir hissəsini sökməklə oradan qanunsuz daxil olaraq mağazada quraşdırılmış saxlanc yeri hesab olunan Zərərçəkmiş şəxs5 MMC-ə məxsus 40098 saylı ödəmə terminalını qırıb qanunsuz daxil olub açaraq terminalın içərisindəki xəzinə qutusundan ümumilikdə 1.243 (min iki yüz qırx üç) manat pulu gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs5 MMC-ə 1.243 (min iki yüz qırx üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 08 mart 2023-cü il tarixdə, saat 02 radələrində Şahid3 məxsus ünvan 6 ünvanda yerləşən "Qəbələ" adlı mağazanın qarşısına gəlib giriş qapısının kilidini dəmir ling aləti ilə qıraraq qanunsuz daxil olaraq mağazada quraşdırılmış saxlanc yeri hesab olunan Zərərçəkmiş şəxs5 MMC-ə məxsus 40911 saylı «SAQA» markalı ödəmə terminalını qırıb qanunsuz daxil olub açaraq terminalın içərisindəki xəzinə qutusundan ümumilikdə 1.541 (min beş yüz qırx bir) manat pulu gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs5 MMC-ə 1.541 (min beş yüz qırx bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 07 may 2023-cü il tarixdə, saat 02 radələrində Şahid2 işlətdiyi ünvan 8 ünvanında yerləşən "Cəfər" adlı mağazanın qarşısına gəlib taxta materialdan düzəldilmiş divarın yuxarı hissəsini sökərək həmin yerdən qanunsuz daxil olaraq mağazada quraşdırılmış saxlanc yeri hesab olunan Zərərçəkmiş şəxs5 MMC-ə məxsus 40915 saylı «SAQA» markalı ödəmə terminalını qırıb qanunsuz daxil olub açaraq terminalın içərisindəki xəzinə qutusundan ümumilikdə 4.048 (dörd min qırx səkkiz) manat pulu gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs5 MMC-ə 4.048 (dörd min qırx səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 25 iyul 2023-cü il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 9 ünvanında yerləşən mağazasının dam örtüyünün bir hissəsini sökməklə oradan qanunsuz daxil olaraq mağazada quraşdırılmış saxlanc yeri hesab olunan "xxxx" MMC-ə məxsus “İD-1265” saylı ödəmə terminalını qırıb qanunsuz daxil olub açaraq terminalın içərisindəki xəzinə qutusundan ümumilikdə 10.367 (on min üç yüz altmış yeddi) manat və mağazada olan saxlanc yeri hesab olunan kassa aparatından 170 (bir yüz yetmiş) manat pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 170 (bir yüz yetmiş) manat və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-ə 10.367 (on min üç yüz altmış yeddi) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 15 oktyabr 2023-cü il tarixdə, saat 02 radələrində Şahid5 məxsus ünvan 10 ünvanında yerləşən «Bizim market» adlı mağazanın dəmir materialdan olan açılıb-qatlanan qapısının qıfılını və daha sonra plastik qapısını özü ilə gətirdiyi mismar çəkən alətlə fiziki güc tədbiq etməklə açıb birlikdə qanunsuz daxil olaraq mağazada quraşdırılmış saxlanc yeri hesab olunan "xxxx" MMC-ə məxsus 6.000 (altı min) manat dəyərində olan 12013 saylı “X4” TU04012-***-*******9-2010 TP-31.8.2 M17 modelli ******* seriyalı ödəmə terminalını mağazadan çıxarıb gizli olaraq taladıqdan sonra həmin ödəmə terminalını Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Şahid4 hasarsız həyətinə aparıb, orada həmin ödəniş terminalını qırıb qanunsuz daxil olub açaraq terminalın içərisindəki xəzinə qutusundan ümumilikdə 10.362 (on min üç yüz altmış iki) manat pulu gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-ə ümumilikdə 16.362 (on altı min üç yüz altmış iki) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Laçın” marketdəki terminaldan oğurluq etmişlər. Həmin zaman Təqsirləndirilən şəxs2 onu marketin yanında gözləmiş, o, isə marketin damından örtüyü aralayaraq içəri düşüb marketdə olan terminaldan təxminən 1300 manat və kassadan təxminən 50-60 manata yaxın pulları götürüb çölə çıxmışdır. Onlar oğurladığı həmin pulları öz aralarında bölüb maddi ehtiyacları üçün xərcləmişlər. Bundan başqa, 2023-cü ilin mart ayının ortalarında gecə saatlarında Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Qəbələ” adlı marketin qapısının kilidini qırıb içəri daxil olmuşlar. Onlar həmin marketdə olan ödəniş terminalını qırıb, içərisində olan 1541 manat pulu götürmüş, həmin yerdən uzaqlaşdıqdan sonra pulu öz aralarında bölmüşlər. Həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 2023-cü ilin may ayının əvvəllərində gecə saatlarında Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Cəfər” adlı marketin arxa tərəfində yerləşən divarı lomla sökmüşlər. O, həmin hissədən marketə daxil olmuşdur. O, həmin marketdə olan ödəmə terminalını qıraraq içərisində olan 4048 manat pulu götürmüşdür. O, marketdən çıxdıqdan sonra pulu aralarında bölmüşlər. Həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 2023-cü ilin oktyabr ayının ortalarında gecə saatlarında Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Bizim market” adlı mağazaya daxil olaraq orada quraşdırılmış ödəniş terminalını çıxarmışlar. Onlar terminalın içərisində pul yığılan kassanı çıxarıb, yaxınlıqda olan boş həyətdə sındırmış və içərisində olan 10362 manat götürüb öz aralarında bölmüşlər. O, həmin pulu da öz ehtiyacları üçün xərcləmişdir. Ona elan edilmiş ittiham üzrə o, 25 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə heç bir oğurluq hadisəsini törətməmişdir. İbtidai istintaq zamanı qeyd edilən epizod üzrə ona ittiham irəli sürülməsindən xəbəri olmamış, adından kompüter vasitəsilə yazılmış ifadələri oxumadan imzalamışdır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Laçın” adlı marketdəki terminaldan oğurluq etmişlər. Həmin zaman o, Təqsirləndirilən şəxs1 marketin yanında gözləmiş, Namiq isə marketin damından örtüyü aralayaraq içəri düşüb marketdə olan terminaldakı 1300 manata yaxın və kassadan xırda pullarla olan 50-60 manata yaxın pulları götürüb çölə çıxmışdır. Onlar öulları öz aralarında böldükdən sonra, o, öz payına düşün pulu maddi ehtiyacları üçün xərcləmişdilər. Bundan başqa, 2023-cü ilin mart ayının ortalarında axşam saatlarında Təqsirləndirilən şəxs1 yenidən oğurluq etməyi təklif etmiş və o, razılaşmışdır. O, gecə saatlarında Təqsirləndirilən şəxs1la “Ulduz” metrostansiyasının yaxınlığında görüşmüş, taksi ilə “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığına getmişdir. Bir qədər piyada getdikdən sonra “Qəbələ” adlı marketin qarşısına gəlmişlər. Namiq özü ilə gətirdiyi lom vasitəsilə qapının kilidini qırmış və içəri daxil olmuşlar. Marketə daxil olduqdan sonra Namiq lomla marketin içərisində olan ödəniş terminalını qırmış və oradan 1541 manat pul çıxarmışdır. Onlar marketdən çıxdıqdan sonra pulu öz aralarında bölmüşlər. O, payına düşən pulu götürüb yaşadığı evə getmiş və şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 2023-cü ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs1la “Ulduz” metrostansiyasının yaxınlığında görüşmüş, taksi ilə “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığına gəlmişlər. Orada yerləşən “Cəfər” adlı marketin qarşısına gəldikdən sonra Namiq marketin arxa tərəfinə keçib, divarı sökmüşdür. Namiq marketə divarda açdığı deşikdən daxil olmuş, təxminən yarım saat sonra oradan çıxmışdır. Onlar həmin yerdən uzaqlaşdıqdan sonra Namiq cibindən 4048 manat pul çıxarmış, ona 2000 manat pul vermişdir. O, pulu aldıqdan sonra şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 2023-cü ilin oktyabr ayının ortalarında gecə saatlarında oğurluq etmək məqsədilə Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Bizim market” adlı marketin qarşısına getmişlər. Onlar marketin jalüz qapısının kildini qırıb açmışlar və marketin içərisində olan ödəniş terminalını çölə çıxarmışlar. Onlar ödəniş terminalını boş əraziyə aparmış, içərisindən kassanı çıxarmışlar. Onlar taksi ilə “Sədərək” ticarət mərkəzinin yaxınlığına getmiş, qamışlıq sahədə kassanı qırıb içərisində olan pulları götürmüşlər. Həmin vaxt kassanın içərisindən 10360 manat pul çıxmış və onlar pulu aralarında bölmüşlər. Ona elan edilmiş ittiham üzrə o, 25 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1la birlikdə oğurluq hadisəsi törətməmişdir. İbtidai istintaq dövründə həmin ittihamdan məlumatsız olmuş, ifadəsini oxumadan imzalamışdır. O, ailə vəziyyətini nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CMin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 15 oktyabr 2023-cü ildə saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən "Bizim market’' mağazasının satıcısı şirkətə zəng vurub gecə vaxtı naməlum şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Bizim market” adlı marketin içərisində quraşdırılmış "xxxx" MMC şirkətinə məxsus ödəmə terminalının oğurlandığını bildirmişdir. Oğurluq hadisəsi nəticəsində ödəmə terminalının içərisində olan 10362 manat pul götürülmüşdür. Həmçinin aparatın sındırılması nəticəsində oğurlanmış nağd pul da daxil olmaqla şirkətə ümumilikdə 12184 manat maddi zərər vurulmuşdur. Təqsirləndirilən şəxslər tərəfindən vurulmuş zərərlə bağlı 2900 manat ödəniş olunmuş, qalan zərər ödənilməmişdir. Odur ki, vurulmuş zərərdən 9284 manat pulun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 11 ünvanda yerləşən marketə "xxxx" MMC tərəfindən ödəniş terminalı quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə şirkətə qeyd edilən ünvanda quraşdırılmış ödəniş terminalının sındırılması barədə məlumat daxil olmuşdur. Araşdırma nəticəsində məlum olmuşdur ki, oğurluq hadisəsi nəticəsində ödəmə terminalından 10367 manat pul götürülmüş, terminalın sındırılması nəticəsində şirkətə 449 manat zərər vurulmuşdur. Qeyd edilən oğurluq hadisəsi nəticəsində şirkətə ümumilikdə 10816 manat maddi ziyan vurulmuş, heç bir məbləğdə ödəniş olunmamışdır. Odur ki, 10816 manat pulun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanda yerləşən “Laçın” adlı marketi işlədən Şahid1 şirkətə zəng vuraraq şəxsin marketin damını söküb marketə daxil olduğunu, marketdə olan MMC-yə məxsus ödəmə terminalını sökərək terminalda yığılan pulları oğurladıqlarını bildirmişdir. Həmin oğurluq hadisəsi zamanı terminaldan 1243 manat nağd pul oğurlanmış, terminalın qırılması nəticəsində şirkətə1090 manat zərər vurulmuşdur. Oğurluq hadisəsi nəticəsində şirkətə ümumilikdə 2333 manat maddi ziyan vurulmuşdur. Bundan başqa xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 21 ünvanında yerləşən “Qəbələ” adlı marketi Şahid3 şirkətə zəng vuraraq naməlum şəxs tərəfindən marketdə olan MMC-yə məxsus terminalın sındırıldığını, terminalda olan pulların oğurlamdığını bildirmişdir. Həmin oğurluq zamanı ödəmə terminalında olan 1541 manat pul oğurlanmışdır. Bundan əlavə terminalın sındırılması nəticəsində şirkətə 830 manat ziyan dəymişdir. Qeyd edilən hadisə nəticəsində şirkətə ümumilikdə 2371 manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan əlavə xx.xx.2023-cü il tarixdə ünvan 14 ünvanında yerləşən “Cəfər” adlı marketi işlədən Şahid2 şirkətə zəng vuraraq naməlum şəxsin marketdə olan MMC-yə məxsus ödəmə terminalını sökərək terminalda yığılan pulları oğurladığını bildirmişdir. Həmin martekdə törədilmiş oğurluq hadisəsi zamanı terminaldan 4048 manat pul götürülmüş, terminalın sındırılması nəticəsində şirkətə 1090 manat ziyan vurulmuşdur. Qeyd edilən oğurluq hadisəsi nəticəsində şirkətə ümumilikdə 5138 manat maddi ziyan vurulmuşdur. Şirkətə məxsus terminallardan oğurluq hadisələri nəticəsində şirkətə ümumilikdə 9842 manat maddi ziyan dəymiş, heç bir ödəniş olunmamışdır. Odur ki, vurulmuş zərərin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, Həsən Əliyev 103A ünvanda yerləşən mağazanı işlətmişdir. xx.xx.2023-cü il tarixində saat 01 radələrində mağazanı bağlayıb evə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində mağazanı açdıqda içəridə “Emanat” aparatın yerdə olduğunu, sındırıldığını görmüşdür. O, kassaya baxmış və kassada olan 170 manat pulun oğurlandığını görüb polisə müraciət etmişdir. Təqsiriləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 15 ünvanda yerləşən “Laçın Market” adlı mağazasının icarəyə götürüb işlətmişdir. xx.xx.2023cü ildə axşam saat 01 radələrində mağazanı bağlayıb yaşadığı evə getmiş, saat 07 radələrində mağazaya gəldikdə döşəməyə toz torpaq töküldüyünü görmüşdür. Dama baxarkən mağazanın damının bir hissəsinin söküldüyünü və mağazada olan ödəmə terminalının pul yığılan hissəsinin açıldığını aşkar etmiş, DİN-in 102 xidmətinə və “AzTerminal” şirkətinə zəng vurub məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları və şirkətin nümayəndələri gəlmişdilər. Oğurluq hadisəsi zamanı kassasında olan 60 manat xırda pul oğurlanmışdır. Bundan əlavə mağazanın damı söküldüyündən bərpa olunmasına 90 manat pul xərcləmişdir. O, mağazada olan müşahidə kamerasına baxarkən bir nəfərin mağazadan oğurluq etməsini aşkar etmiş, görüntüləri istintaqa təqdim etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü tarixdə 06 radələrində özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ələskər Qayıbov 2090 ünvanda yerləşən “Zəfər” adlı marketə daxil olduqda mağazada quraşdırılmış “Kassam Az” ödəmə terminalının yerə aşırılmış vəziyyətdə olduğunu görmüşdür. Həmin terminalın kassası yerindən çıxarılmışdır. Marketdən başqa heç bir əşya oğurlanmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən evinin həyəti ilə qonşuluqda boş torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin üç tərəfi qonşu torpaq sahələri ilə sərhəddir, bir hissəsi isə məftil torla bağlanmışdır. Həmin həyətə giriş çıxış üçün maneə yoxdur. xx.xx.2023-cü ildə saat 05:30 radələrində yaşadığı evdən çıxıb işə gedərkən boş torpaq sahəsində ödəmə terminalına oxşar aparat görmüşdür. O, həyətə keçib baxarkən həmin aparatın sökülmüş vəziyyətdə “MilliÖN” ödəmə terminalı olduğunu bilmiş, DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Sonradan bilmişdir ki, həmin terminal yaxınlıqda yerləşən “Bizim Market” adlı marketdə quraşdırılmış terminal olmuşdur. Məhkəmə baxışı zamanı Şahid5 iadəsində göstərmişdir ki, Yaşadığı ünvan 18 ünvanda yerləşən “Bizim Market” adlı mağaza ona məxsusdur. Mağaza yaşadığı evin birinci mərtəbəsində yerləşmişdir. Mağazanı xx.xx.2023-cü ildə saat 23 radələrində bağlamışdır. xx.xx.2023-cü ildə saat 06 radələrində küçədə post patrul avtomobilini görüb həyətə düşmüş, ona məxsus “Bizim Market” mağazasının dəmir jalüzünün kilidinin sındırıldığını, plastik qapısının açılaraq mağazada quraşdırılan “MilliÖN” ödəmə terminalı oğurlandığını görmüşdür. Kameranın müşahidə kamerasına baxanda mağazanın jalüzünün kilidinin bir nəfər tərəfindən sındırıldığını, sonra iki nəfərin jalüzü qaldırıb mağazaya girdiklərini və mağazada quraşdırılmış “MilliÖN” ödəmə terminalını mağazadan çıxarıb apardıqlarını aşkar etmişdir. Oğurluq nəticəsində ona məxsus mağazadan “MilliÖN” ödəmə terminalından başqa heç bir şey oğurlanmamışdır. Məhkəmə iclasına çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 19 ünvanda yerləşən iki mərtəbəli binanın birinci mərtəbəsində olan mağazada baş vermişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində nömrəsiz ünvanda yarımtikilinin ətrafında yerləşən torpaq sahəsindən 01 cüt əlcək, 02 ədəd gödəkcə, 02 ədəd şalvar, 01 cüt ayaqqabı, 01, ədəd siqaret kötüyü aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid5 istintaq orqanına oğurluq hadisəsinin qeydə alındığı 01 ədəd diski təqdim etmiş, həmin disk götürülərək protokola əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 21 oktyabr 2023-cü il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 21 oktyabr 2023-cü il tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, mağazaya ilk olaraq başında gödəkçənin kapüşonu olan şəxs daxil olmuş və giriş qapısının sağ tərəfində yerləşən “Milliön” ödəmə terminalını yerindən tərpətmişdir. Sonra mağazaya başında göz yeri açılmış toxuma papaq olan şəxs daxil olmuşdur. Bundan sonra hər iki şəxs ödəmə terminalını götürüb mağazadan çıxarmış və küçə ilə hərəkət edib oradan uzaqlaşmışlar. Təqsirləndirilən şəxs1 video fayla baxdıqdan sonra bildirmişdir ki, görüntüdə başında gödəkçənin kapüşonu olan şəxs özüdür və başında gözlər yeri açılmış toxuma papaq olan şəxs isə Təqsirləndirilən şəxs2dir. xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, mağazaya ilk olaraq başında gödəkçənin kapüşonu olan şəxs daxil olmuş və giriş qapısının sağ tərəfində yerləşən “Milliön” ödəmə terminalını yerindən tərpətmişdir. Sonra mağazaya başında göz yeri açılmış toxuma papaq olan şəxs daxil olmuşdur. Bundan sonra hər iki şəxs ödəmə terminalını götürüb mağazadan çıxarmış və küçə ilə hərəkət edib oradan uzaqlaşmışlar. Təqsirləndirilən şəxs2 video fayla baxdıqdan sonra bildirmişdir ki, görüntüdə başında gödəkçənin kapüşonu olan şəxs Təqsirləndirilən şəxs1 və başında gözlər yeri açılmış toxuma papaq olan şəxs isə özüdür. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 18 ünvanında yerləşən “Bizim Market” adlı mağazadan oğurluq faktı ilə əlaqədar keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi nömrəsiz ünvanda yerləşən yarımtikilinin ətrafında aşkar edilərək götürülmüş hadisəni törədən şəxslərdən qalması ehtimal olunan 01 ədəd qara rəngli əlcək, 01 ədəd tünd qırmızı rəngli gödəkcə, 01 ədəd boz-ağ rəngli gödəkcə, 01 ədəd tünd boz rəngli şalvar, 01 ədəd açıq boz rəngli şalvar, 01 cüt ayaqqabı, 01 ədəd siqaret kötüyü Təqsirləndirilən şəxs1 tanımaya təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 01 ədəd qara rəngli əlcək, 01 ədəd tünd qırmızı rəngli gödəkcə, 01 ədəd boz-ağ rəngli gödəkcə, 01 ədəd tünd boz rəngli şalvar, 01 ədəd açıq boz rəngli şalvar, 01 cüt ayaqqabı ilə tanış olduqdan sonra bildirdi ki, 01 ədəd tünd qırmızı rəngli gödəkcə 01 ədəd açıq boz rəngli şalvar, 01 cüt ayaqqabı və 01 ədəd qara rəngli əlcək özünə, digər əşyalar isə Təqsirləndirilən şəxs2 məxsus olmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 18 ünvanda yerləşən “Bizim Market” adlı mağazadan oğurluq faktı ilə əlaqədar keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi nömrəsiz ünvanda yerləşən yarımtikilinin ətrafında aşkar edilər götürülmüş hadisəni törədən şəxslərdən qalması ehtimal olunan 01 ədəd qara rəngli əlcək, 01 ədəd tünd qırmızı rəngli gödəkçə, 01 ədəd boz-ağ rəngli gödəkçə, 01 ədəd tünd boz rəngli şalvar, 01 ədəd açıq boz rəngli şalvar, 01 cüt ayaqqabı, 01 ədəd siqaret kötüyü Təqsirləndirilən şəxs2 tanımaya təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 01 ədəd qara rəngli əlcək, 01 ədəd tünd qırmızı rəngli gödəkcə, 01 ədəd boz-ağ rəngli gödəkcə, 01 ədəd tünd boz rəngli şalvar, 01 ədəd açıq boz rəngli şalvar, 01 cüt ayaqqabı ilə tanış olduqdan sonra bildirmişdir ki, 01 ədəd boz-ağ rəngli gödəkcə və 01 ədəd tünd boz rəngli şalvar özünə, digər əşyalar isə Təqsirləndirilən şəxs1 məxsus olmuşdur. Həmçinin təqdim edilmiş 01 ədəd siqaret kötüyü də ona məxsus olmuşdur. Belə ki, paltarlarını dəyişdikdən sonra orada Təqsirləndirilən şəxs1 “Winchester” markalı siqaret götürüb çəkmiş və sonda siqaretin kötüyünü paltarları atdıqları yerdə yerə atmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)- 1070/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 18 yanvar 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 21 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)- 1069/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 18 yanvar 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 21 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid1 ərizəsi əsasında toplanmış material ********* nömrəli cinayət işinə əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 ilə birlikdə törətdiyi oğurluq əməllərinin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ilə birlikdə törətdiyi oğurluq əməllərinin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və qəbzdən görünür ki, cinayət əməli nəticəsində vurulmuş maddi ziyanla bağlı istintaq orqanına 2000 manat pul təqdim edilmiş, həmin pul zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 12013 nömrəli ödəmə terminalı saxlanılması üçün zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 təqdim edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-11/2-13611/2023 nömrəli məktubundan görünür ki, aparılmış müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, təqdim edilmiş 01 (bir) ədəd qara rəngli əlcək və 01 (bir) ədəd tünd boz rəngli şalvarın üzərində olan bioloji mənşəli materiallar kişi cinsindən olan eyni naməlum şəxsə məxsusdur və bu nümunələrdən əldə olunmuş DNT profili, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. Təqdim edilmiş 01 (bir) ədəd "Winchester” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar kişi cinsindən olan digər naməlum şəxsə məxsusdur və bu nümunədən əldə olunmuş DNT profili DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. Təqdim edilmiş 01 (bir) ədəd tünd qırmızı rəngli gödəkcə, 01 (bir) ədəd boz-ağ rəngli gödəkcə, 01 (bir) ədəd açıq boz rəngli şalvar və 01 (bir) cüt ayaqqabı üzərində olan bioloji mənşəli materiallar qarışıq tiplidir və müqayisəli DNT tədqiqatının keçirilməsi üçün yararlı deyildir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, istintaq sonuncu nömrə altında davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 103A ünvanında yerləşən mağazada baş vermişdir. xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı törətdiyi oğurluq əməlinin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, tarixli qərardan görünür ki, oğurluq faktı əsasında toplanmış material ********* nömrəli cinayət işinə əlavə edilmişdir. xx.xx.2023-cil tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 22 ünvanında yerləşən “Qəbələ” adlı mağazada baş vermişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, istintaq sonuncu nömrə altında davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid2 müraciəti əsasında toplanmış material üzrə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. xx.xx.2023-cil tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 14 ünvanında yerləşən “Cəfər” adlı ərzaq mağazada baş vermişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki,230060425 nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.3 və 177.2.4-cü maddəsindən həmin məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı törətdiyi oğurluq əməllərinin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 103 A ünvanında yerləşən marketin içərisində 25 iyul 2023-cü il tarixdə saat 04-41 dəqiqədən saat 04 dəqiqə 44 saniyəyə kimi olan müddət ərzində həmin marketin içərisində əynində qara şalvar, arxasında ağ rəngdə yazılar olan gödəkcə, baş və üz nahiyəsi örtülü halda bir nəfər kişi cinsli şəxs rəflərin arasında hərəkət edir, həmin şəxs ödəniş terminalını yerindən tərpədir, əyir və sürüyərək yerə yıxır. Təqsirləndirilən şəxs1 həmin şəxsin özü olduğunu, marketə oğurluq məqsədi ilə dam hissəni dəmir linglə sökdüyünü və içəri girdiyini və orada olan ödəniş terminalını dəmir linglə sökdüyünü, oradan 10.367 manat məbləğində pul götürdüyünü, marketin kassa aparatından isə 170 manat məbləğində pul götürdüyünü, həmin vaxt Təqsirləndirilən şəxs2 marketin bayırında olduğunu və sonra marketi tərk etdiyini, pulu sonuncu ilə tən yarı böldüyünü bildirmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 0106.2017-ci il tarixli, 1(057)-63/2017 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddətinə şərti hesab edilmişdir. xx.xx.2021-ci il tarixdə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq edilərək təyin edilmiş cərimə cəzasından azad edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, müəyyən edilmiş ki, başında toxuma papaq, əlində əlcək olan bir nəfər şəxs mağazada kassa aparatından nə isə götürüb cibinə qoyur. Təqsirləndirilən şəxs1 video fayla baxdıqdan sonra bildirmişdir ki, görüntüdə başında toxuma papaq, əlində əlcək olan şəxs özüdür. Görüntüdə onun “Laçın” adlı mağazadan ödəmə terminalını qırıb pulları götürdükdən sonra kassa aparatından pulları oğurladığı an öz əksini tapmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-11/2-297/2024 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə, Sulutəpə qəs. R. Allahverdiyev k. 25-də, Şahid5 məxsus “Bizim Market”də, “Millön” aparatından oğurluq faktı üzrə Sulutəpə qəs. R. Allahverdiyev k.-də, nömrəsiz yarımtikilinin ətrafının xx.xx.2023-cü il tarixdə, müayinəsi zamanı götürülmüş və Binəqədi RPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-46/2-40614/2023 №-li məktubu ilə tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd qara rəngli əlcək və 01 (bir) ədəd tünd boz rəngli cins şalvar üzərində olan bioloji mənşəli materiallar, Təqsirləndirilən şəxs1 (xx.xx.1986-cı il, Salyan r.) Binəqədi RPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-46/2-41962/2023 №-li məktubu) və təqdim edilmiş, 01 (bir) ədəd “Winchester” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar, Təqsirləndirilən şəxs2 (xx.xx.1986-cı il, Salyan r.) Binəqədi RPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-46/2- 42208/2023 №-li məktubu) məxsusdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(001)-42/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 02 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(001)-43/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 02 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/2262 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, təqdim edilmiş 2 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 2 saylı daktilolentin səthindəki ovuc izi, 3 və 7 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1,2 saylı daktilolentlərin səthindəki əl-barmaq və papilyar naxış izləri, 2 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 3,7 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri, 1,4, 5, 6, 8, 9 saylı daktilolentlərin səthindəki əl-barmaq və papilyar naxış izləri yararsızdır. Təqdim edilmiş 2 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 2 saylı daktilolentin səthindəki ovuc izi, 3 və 7 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuclarından qalmamışdır. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/65 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, təqdim edilmiş 12 ədəd daktilolentlərin səthindəki əl-barmaq və papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. xx.xx.2024-cü il tarixli, 9/143 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Zərərçəkmiş şəxs5 MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən qərarda göstərilən 40098 saylı ödəmə terminalına dəymiş ziyanın məbləği təxminən 1090,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən qərarda göstərilən 12013 saylı ödəmə terminalına dəymiş ziyanın məbləği təxminən 1612,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilmiş Zərərçəkmiş şəxs5 MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən qərarda göstərilən 40911 saylı, “Saqa” markalı ödəmə terminalına dəymiş ziyanın məbləği təxminən 830,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilmiş Zərərçəkmiş şəxs5 MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən qərarda göstərilən 40915 saylı, “Saqa” markalı, “Kassam.az” ödəmə terminalına dəymiş ziyanın məbləği təxminən 1090,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən qərarda göstərilən İD- 1265 saylı «E-Manat» ödəmə terminalına dəymiş ziyanın məbləği təxminən 449,00 manat müəyyən edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən satış məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərə, Mərkəzdə olan məlumatlardan istifadə edilməklə və eləcə də tədqiqata təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli və "xxxx" MMC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli aktlara əsasən ekspertiza təyini haqqında qərarda göstərilən ödəmə terminallarının 2023-cü ilin iyul-oktyabr aylarına olan orta bazar qiymət nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: "xxxx" MMC-yə məxsus, “X4” TU04012-***-*******9-2010 TP-31.8.2 M17 modelli ******* seriyalı ödəmə terminalı - 6000,00 manat; "xxxx" MMC-yə məxsus, 1265 saylı (Terminal OSMP 2M) ödəmə terminalı - 2695,99 manat. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-yə məxsus 12013 №-li ödəmə terminalı maddi sübut kimi tanınmaqla saxlanılması üçün "xxxx" MMC-yə qaytarılmış, ünvan 25 ünvanda yarımtikilinin ətrafında aşkar edilər götürülmüş 01 ədəd qara rəngli əlcək, 01 ədəd tünd qırmızı rəngli gödəkcə, 01 ədəd boz-ağ rəngli gödəkcə, 01 ədəd tünd boz rəngli şalvar, 01 ədəd açıq boz rəngli şalvar, 01 cüt ayaqqabı, 01 ədəd siqaret kötüyü maddi sübut kimi tanınmaqla Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Zərərçəkmiş şəxs4 işlətdiyi marketdən oğurluq faktı ilə əlaqədar müşahidə kamerası tərəfindən qeydə alınmış videogörüntünün yazıldığı 01 ədəd disk, Şahid5 işlətdiyi marketdən oğurluq faktı ilə əlaqədar müşahidə kamerası tərəfindən qeydə alınmış videogörüntünün yazıldığı 01 ədəd disk, Şahid1 işlətdiyi marketdən oğurluq faktı ilə əlaqədar müşahidə kamerası tərəfindən qeydə alınmış 01 ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(001)-188/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(001)-189/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. AZ-İİİ № 226924 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2014-cü il təvəllüdlü X2 adlı 1 azyaşlı uşağı vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-281/2024 nömrəli qərarından görünür ki, iş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC mülki iddiaçı qismində, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə mülki cavabdeh qismində tanınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-281/2024 nömrəli qərarından görünür ki, iş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC mülki iddiaçı qismində, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə mülki cavabdeh qismində tanınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-281/2024 nömrəli qərarından görünür ki, iş üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs5 MMC mülki iddiaçı qismində, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə mülki cavabdeh qismində tanınmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi onların qismən etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini qismən təqsirli bilərək, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən marketdə oğurluq cinayət əməlini törətməmələri ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxslərin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətmələri məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CMin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-1070/2023 nömrəli qərarı ilə barəsində 18 yanvar 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 21 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 21 oktyabr 2023-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.5-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 21 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CMin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-1069/2023 nömrəli qərarı ilə barəsində 18 yanvar 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 21 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 21 oktyabr 2023-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 21 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ünvan 25 ünvanda yarımtikilinin ətrafında aşkar edilər götürülmüş 01 ədəd qara rəngli əlcək, 01 ədəd tünd qırmızı rəngli gödəkcə, 01 ədəd boz-ağ rəngli gödəkcə, 01 ədəd tünd boz rəngli şalvar, 01 ədəd açıq boz rəngli şalvar, 01 cüt ayaqqabı, 01 ədəd siqaret kötüyü hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-yə məxsus 12013 №-li ödəmə terminalının saxlanılması üçün "xxxx" MMC-yə qaytarılması nəzərə alınmalı və iş üzrə sübut kimi tanınmış 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 264,81 (iki yüz altmış dörd manat səksən bir qəpik) manat məbləğində pul vəsaitinin 132.40 (yüz otuz iki manat qırx qəpik) manatı Təqsirləndirilən şəxs1 və qalan 132.41 (yüz otuz iki manat qırx bir) manatı isə Təqsirləndirilən şəxs2 tutulmalıdır. Bununla yanaşı, iş üzrə zərərçəkmiş hüquqi şəxslər (mülki iddiaçılar) mülki iddiaçılar "xxxx" MMC, "xxxx" MMC və Zərərçəkmiş şəxs5 MMC tərəfindən təqdim edilmiş mülki iddialara dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş oğurluq hadisələri nəticəsində dəymiş maddi ziyanın mülki cavabdehlərdən tutularaq mülki iddiaçılara ödənilməsini qanuni və əsaslı hesab edir. CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər. CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, təqdim edilmiş iddia ərizələrinin və cinayət işinin materiallarını nəzərdən keçirərək zərərçəkmiş hüquqi şəxslər (mülki iddiaçılar) "xxxx" MMC, "xxxx" MMC və Zərərçəkmiş şəxs5 MMC-nin mülki iddialarının təmin edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddiaçılar "xxxx" MMC, "xxxx" MMC və Zərərçəkmiş şəxs5 MMC-nin mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı dəymiş maddi ziyanın ödənilməsinə dair iddiaları təmin edilməli, cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə "xxxx" MMC-yə 9284 (doqquz min iki yüz səksən dörd) manat, "xxxx" MMC-yə 10816 (on min səkkiz yüz on altı) manat və Zərərçəkmiş şəxs5 MMC-yə 9842 (doqquz min səkkiz yüz qırx iki) manat mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ödənilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2nın təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 45 (qırx beş) saat, digər müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən isə o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 təqsirləndirilən şəxslərin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək onların hüquqlarının müdafiəsinə ümumilikdə 45 (qırx beş) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli 21 oktyabr 2023-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli 21 oktyabr 2023-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan, ünvan 25 ünvanda yarımtikilinin ətrafında aşkar edilər götürülmüş 01 ədəd qara rəngli əlcək, 01 ədəd tünd qırmızı rəngli gödəkcə, 01 ədəd boz-ağ rəngli gödəkcə, 01 ədəd tünd boz rəngli şalvar, 01 ədəd açıq boz rəngli şalvar, 01 cüt ayaqqabı, 01 ədəd siqaret kötüyü hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-yə məxsus 12013 №-li ödəmə terminalının saxlanılması üçün "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın və iş üzrə sübut kimi tanınmış 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 264,81 (iki yüz altmış dörd manat səksən bir qəpik) manat məbləğində pul vəsaitinin 132.40 (yüz otuz iki manat qırx qəpik) manatı Təqsirləndirilən şəxs1 və qalan 132.41 (yüz otuz iki manat qırx bir) manatı isə Təqsirləndirilən şəxs2 tutularaq, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Mülki iddiaçılar "xxxx" MMC, "xxxx" MMC və Zərərçəkmiş şəxs5 MMC-nin mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı dəymiş maddi ziyanın ödənilməsinə dair iddiaları təmin edilsin və cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə "xxxx" MMC-yə 9284 (doqquz min iki yüz səksən dörd) manat, "xxxx" MMC-yə 10816 (on min səkkiz yüz on altı) manat və Zərərçəkmiş şəxs5 MMC-yə 9842 (doqquz min səkkiz yüz qırx iki) manat mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ödənilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxs4 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar