Məhkəmə qərarları › İş №1(001)-282/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-282/2020

07.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-282/2020 07.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri X15, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,azərbaycanlı, evli, himayəsində 1 (bir) azyaşlı övladı olan, orta təhsili, işləməyən, Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudladırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutularaq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona təyin olunmuş cəza faktiki olaraq çəkilmiş hesab olunmaqla azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 B ünvanında yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi rayon məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini əldə etmiş, saxlamış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonunda yerləşən «Sabunçu bazarı»nda istintaqa məlum olmayan mənbədən 200 (iki yüz) manata qanunsuz olaraq 01 ədəd nömrəsi silinmiş, 1977-ci ildə zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli, PM modelli “Makarov” konstruksiyalı, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən tapança və bir ədəd üzərində «0948 2» rəqəmləri olan, zavod üsulu ilə hazırlanmış, 08 ədəd 9 mm kalibrli patron tutumuna malik olan, Makarov konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, texniki cəhətdən saz sandlıqça (darağ) əldə etmiş, saxlamış və gəzdirmiş, xx xxxx 2020-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 20:00-da Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon İlham Hacıyev küçəsində yerləşən qəbirstanlığın yaxınlığında saxlanılaraq Binəqədi RPİ 5-ci PB-nə gətirilmiş, orada saat 21:15-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın qara rəngli kəmərinin arxasından qeyd olunan odlu silah və onun komplekt hissəsi aşkar edilərək ondan götürülmüşdür.Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona CM-nin 228.1-ci maddəsi ilə elan edilmış ittihamla özünü təqsirli bilərək göstərmişdirki, 2020-ci ilin yanvar ayının əvvəllərində Sabunçu bazarında olduğu zaman tanımadığı təxminən 25-30 yaşlarında olan şəxs ona yaxınlaşaraq Makarov tipli tapança satdığını bildirmiş, o da həmin vaxt silaha həvəsi oyandığı üçün həmin şəxs ilə 200 manata razılaşıb silahı alıb özü ilə götürmüşdür.O, həmin silahı gündüzlər üzərində gəzdirsə də gecələr Bakı şəhəri, Binəqədi rayonu,İ.Hacıyev küçəsində yerləşən qəbistanlığın kənarında gizlədirmiş. xx.xx.2020-ci il tarixdə təxminən saat 20.00 radələrində silahı Binəqədi rayonu, İ.Hacıyev küçəsində yerləşən qəbirstanlığın kənarında gizlətmək üçün gedəndə mülki geyimdə üç nəfər şəxs ona yaxınlaşaraq xidməti polis vəsiqəsini göstərib odlu silahın gəzdirilməsində şübhəli olduğu üçün əllərini cibinə salmağa imkan verməyərək, onu avtomaşına əyləşdirərək Binəqədi RPl-nin 5-cı PB-nə gətirmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir.Binəqədi RPİ-nin 5-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində Binəqədi RPl-nin 5-cı PB-nin əməkdaşlarının və mütəxəssis qismində iştirak edən Binəqədi RPİ-nin KTQ-nin inspektoru X8 iştirakı ilə üzərinə videoçəkiliş altında baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarın qara rəngli kəmərimə arxadan taxılmış vəziyyətdə olan 01 ədəd sandıqçalı tapança aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar olunmuş tapança və sandıqça bir zərfdə qablaşdırılmışdır.Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfləri imzası ilə təsdiq etmişdir.O, həmin silahı 200 manata almışdır.O, silahı axşamlar qəbirsanlıqda gizlədirdi.Tutulana kimi silahı üzərində cəmi 40 gün gəzdirmişdir.Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, əməlini səmimi etiraf etməsini, himayəsində 1(bir) azyaşlı övladının olmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinə etimad doğuran və qərəzsiz mənbədən ünvan 3 B ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silah gəzdirməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyataxtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq, tərəfindən xx xxxx 2020-ci il tarixli qərar qəbul edilməklə, 5-ci polis bölməsinin rəisi, polis kapitanı Cavid İsmayılzadə tərəfindən xx xxxx 2020-ci il tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə Binəqədi RPİ-nin 5-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Binəqədi RPİ-nin 5-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 həmin qrupa daxil edilmişdir.Tərəfindən tədbir zamanı təqsirləndirilən şəxsə huquq və vəzifələri, davranış xətti müəyyənləşdirilərək izah edilmiş, bu barədə protokol tərtib edilmişdir. Polis leytenantı Şahid2 və Şahid3 ilə birlikdə xx xxxx 2020-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, İlham Hacıyev küçəsində yerləşən qəbirstanlığın yaxınlığında Təqsirləndirilən şəxs görüb yaxınlaşmışlar, özlərini bu şəxsə təqdim edib polis əməkdaşı olduqlarını demişlər.Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində odlu silah daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb 5-ci polis bölməsinə gətirmişlər.Bu barədə polis bölməsinin rəisinin adına raport tərtib edərək, bölmə rəisinin göstərişi əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Elvin Bəşirova təhvil vermişlər.X16 tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır. Təqsirləndirilən şəxs götürülməli olan əşya və sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın qara rəngli kəmərinin arxasında olan bir ədəd üzərində 1977 yazısı olan və 0948 yazısı olan sandıqçası ilə birlikdə tapançanı təqdim etmişdir.Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir.Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd üzərində 1977 yazısı olan və 0948 yazısı olan sandıqçası ilə birlikdə tapançanı haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə, o, təxminən 2 ay bundan əvvəl Sabunçu bazarından 200 manata tanımadığı şəxsdən alıb həvəsi olduğu üçün üzərində gəzdirdiyini bildirmişdir.Bundan sonra həmin tapança və sandıqça zərfə qoyularaq qablaşdırılmışdır.Həmin zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən onun tərəfindən imzalanmışdır.Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək iştirakçılara imzalanması üçün təqdim edilmiş, hamı tərəfindən, o cümlədən onun tərəfindən protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 şahid Abuzərli Emil Natiq oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan məhkəmə ballistik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 3/84 №-li rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd nömrəsi silinmiş silah, 1977-ci ildə zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli PM modelli “Makarov” konstruksiyalı tapançadır-yivli odlu silahdır, atəş açmaq üçün yararlıdır.-Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd üzərində “0948 2” rəqəmləri olan sandıqça Makarov konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 ədəd 9 mm kalibirli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır (daraqdır), istifadəyə yararlıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs oğlu Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 5(beş) ay 29(iyirmi doqquz) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutularaq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona təyin olunmuş cəza faktiki olaraq çəkilmiş hesab olunmaqla azad edilmişdir, lakin məhkumluğu ödənilməmişdir.Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş saylır. Təqsirləndirilən şəxs oğlu əvvəllər az ağır cinayət olan CM-nin 180.1-ci maddəsi ilə məhkum olunduğundan və cəzasının sonu ilə xx.xx.2019-cu il tarixdə cəzanın sonu ilə azad olunduğundan, hal-hazıki cinayəti isə həmin vaxtdan iki il keçməmiş, yəni 2020-ci ilin yanvar ayının əvvəllərində törətdiyindən məhkumluğu ödənilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir.Odur ki, o, CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, təqsirini etiraf etməsini, himayəsində 1(bir) azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə təqsirləndirilən şəxs Ələkbər Əli -Ələkbərova cəza təyin edərkən, CM-nin 8, 41.2, 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Əli-X2 Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli, tutulduğu tarixdən, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi rayon RPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Elvin Bəşirov tərəfindən qəbul edilmiş qərara əsasən məlum olur ki, Əli-X14 oğlu xx.xx.2020-ci il tarixdə tutulmuşdur. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübüt – Binəqədi RPİ-də saxlanılan 01 ədəd PM modelli «Makarov» konstuksiyalım tapança və 01 ədəd daraq istifadə üçün yararlı olduğundan müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, Dövlət Xəzinədarlıq Agentliyi VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. İş üzrə maddi sübüt – Binəqədi RPİ-də saxlanılan 01 ədəd PM modelli «Makarov» konstuksiyalı tapança və 01 ədəd daraq müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar