Məhkəmə qərarları › İş №1(001)-282/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-282/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-282/2023 26.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Kazımov Araz Nurəddin oğlunun sədrliyi Ağayev Taleh Valeh oğlunun katibliyi Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti, 7A saylı evin 57-ci mənzilində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 26 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ona görə ki, o, xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istiehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,006 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 15:00 radələrində Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən «Kəmalə-Nərmin» şadlıq sarayının yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 5-ci PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü falqaya bükülmüş bükümdə, təmiz çəkisi 1,006 qram ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməli aşağıda şərh olunan qaydada sübuta yetirilir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirli bildi və ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu,7-ci mikrorayon ərazisində tanımadığı şəxsdən 5 manat müqabilində bir büküm gümüşü falqaya bükülmüş halda psixotrop maddə «şüşə» adlanan maddəni almış və əynindəki göy rəngli şalvarının sağ yan cibinə qoyaraq saxlamışdır ki, özü istifadə etsin. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən «Kəmalə-Nərmin» şadlıq sarayının yaxınlığında olarkən ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları olduqlarını bildirib, onun qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün Binqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər, O da, etiraz etməyərək həmin şəxslərlə 5-ci PB-nə gəlmişdir. Bölmədə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, onun özünün ərizəsinə əsasən vəkil bürosundan onun hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmişdir.Sonra xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirilərkən əynindəki göy rəngli şalvarının sağ yan cibində bir ədəd gümüşü rəngli falqaya bükülmüş büküm və bükümün içərisində «şüşə» adlanan psixotrop maddə aşkar edilərək götürülmüşdür. Üzərində aşkar edilərək götürülmüş «şüşə» adlanan psixotrop maddə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir.Sorğu zamanı o, üzərində aşkar edilmiş psixotrop maddəni xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində tanımadığı şəxsdən 5 manata gümüşü falqaya bükülmüş halda alaraq öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra həmin psiixotrop maddə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. O, daha sonra əməlindən peşiman olduğunu göstərdi. İş üzrə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 5-ci PB-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, 19 oktyabr 2022-ci il tarixdə təxminən saat 15:00 radələrində o, Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 Tahir oğlu ilə birlikdə Elnur adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerələşən «Kəmalə-Nərmin» şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs gizli müşahidə edib izlədikdən sonra saxlayaraq 5-ci PB-nə dəvət etmişlər. Polis Bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdr. Bundan sonra, bölmədə, xidməti iş otağında Təqsirləndirilən şəxs özünün razılığı ilə müdafiəçinin iştiraki olmadan video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olub olmaması soruşulmuş, olduğu halda isə həmin əşyanın könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü falqaya bükülmüş bükümü təqdim edərək, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mikrorayon ərazisində tarımadığı şəxsdən 5 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 Tahir oğlu həmin ifədəyə tam uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs cinayət əməli onun özünün etdiyi cinayət əməlini etiraf etməsi, şahidlərin ifadələri ilə yanaşı iş materialları ilə də, tam sübuta yetirilir. İş materiallarının 30-32-ci vərəqlərindəki Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı polis kapitanı Elvin Tanarverdiyev tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması barədə” 19 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçrilərkən onun üzərindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü falqaya bükülmüş halda olan təmiz çəkisi 1,006 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüş və həmin götürməni əks etdirən görüntülər bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarının 46-50-ci vərəqlərindəki məhkəmə kimyəvi ekspertizasının 20 oktyabr 2022-ci il tarixli, 6/6071 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «….şübhəli şəxs (imza) Əsədli ….» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,006 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (siyahı 1) daxildir. Tədqiqat zamanı psixotrop maddə olan metamfetamin istifadə olunandan sonra 0,906 qram qalıq qalmışdır. İş materiallarının 90-91 vərəqlərindəki məhkəmə-narkolojı ekspertizasının 22 oktyabr 2022-ci il tarixli, 6243 saylı rəyinə görə Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarının 96-97-ci vərələrindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alnmış tələbnamədən və iş materiallarının 99-112-ci vərəqlərindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli,1(101)—325/2016 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 181.2.1 və 181.2.5ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. İş materiallarının 19-cu vərəqindəki şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdə saat 15:45 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarının 75-76-cı vərəqlərindəki təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi haqqında Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədovun 21 oktyabr 2022-ci il tarixli qərarından və iş materiallarının 77-ci vərəqindəki Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru Rəşad Cəfərovun 21 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Binəqədi rayon məhkəməsinin məhkəmə hazırlıq iclasının 28 mart 2023-cü il tarixli, 1(001)-282/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli ona tam sübutdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsüf edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf edib, əməlindən peşiman olmasını, əvvəllər məhkum olunmamasını, cəzanı yüngülləşdirən hallar kimi qəbul edib qiymətləndirir, iş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanları, işin bütün hallarını nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilmədən də, islah edilib tərbiyə olunmasını mümkün hesab edir və onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini lazım bilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün və müstəntiqin onun barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən 13 fevral 2023-cü il tarixdə tutularaq Binəqədi RPİ-nin MSY-də saxlanıldığı 1 (bir) gün-ümumilikdə 3 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın 6 (altı) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbayan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,906 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin baş təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 1 (bir) ədəd DVD disk iş materiallarına əlavə edilməlidir. İş üzrə mülki iddia, başqa maddi sübut və başqa ekspertiza xərci yoxdur. Binəqədi rayon məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməlidir və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 349, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün və müstəntiqin onun barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən 13 fevral 2023-cü il tarixdə tutularaq Binəqədi RPİ-nin MSY-də saxlanıldığı 1 (bir) gün-ümumilikdə 3 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın 6 (altı) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı ünvan 1 ünvanında çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi bütün dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq qərar olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrasına və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Azərbayan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilsin. (Keçiriləcək hesab: Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3; SAP (XİİS) hesabı-X1, kodu 21005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi –VÖEN **********, hesab AZ34CTRE********************) İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,906 qram psixotrop maddə metamfetamin məhv edilsin. Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin baş təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 1 (bir) ədəd SD disk iş materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Göstərilən müddətdə apellysiya şikayəti və protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Araz Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar