Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-283/2022 26.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Xırdalan şəhər Vəkil Bürosunun Müdafiəçi2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid Zeynalabdin oğlu ilə cinayət təlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs özlərinin Təhsil Nazirliyində rəhbər vəzifəli şəxslərlə geniş əlaqələrinin olduqlarına birlikdə inandırıb etibarını qazanmış, bu məqsədlə həmin şəxsin etibarından sui-istifadə edib onun ilk əvvəl işlədiyi X2 adına X3 Gimnaziyasının direktor müavini vəzifəsində müqavilə müddətinin uzadılmasında köməklik edəcəklərinə, sonradan isə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən onu ayrı bir məktəbə direktor vəzifəsinə təyin edilməsinə köməklik edəcəklərinə yalan vəd verməklə Zərərçəkmiş şəxs aldadaraq ondan vahid niyyətlə əhatə olunmuş qəsdlə 2019-cu ilin oktyabr ayının birinci on günlüyündə Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən nömrəsiz fərdi tikilidə 10.000 manat, 2019-cu ilin ikinci on günlüyündə 6550 manat və 2019-cu ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında 1000 manat, ümumilikdə isə 17.550 manat məbləğində pulunu Şahidla birlikdə etibardan suiistifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.1 və 178.2.4cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şahid Zeynalabdin oğlunu çoxdan tanıyır. Sədi ilə dostluq münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs da Mübarizin vasitəsi ilə tanımışdır. Sədi ilə danışıq zamanı Sədi ona yaxını olan Zərərçəkmiş şəxs işində çətinliklər olduğunu və ona kömək edib-edə bilməyəcəyini soruşmuşdur. Aytən həmin vaxt müqavilə üzrə məktəbdə direktor müavini işləmiş və Sədi Aytənə sonuncunun müvəqqəti işlədiyi yerdə təsdiqlətməyi söz vermişdir. Onun qohumu Nicat Məmmədlinin Təhsil Nazirliyində işlədiyindən Sədinin xəbəri olmuşdur. Buna görə də, Sədi ona şəxsən 4000 manat pul vermişdir. Məqsəd isə onun tərəfindən sadəcə olaraq Nicatdan bunun xahişini təmin etmək idi. O da Nicata bu barədə deyəndə Nicat ona bunun mümkünsüz olduğunu demiş və o, bu barədə Sədiyə demişdir. Sədi isə bu barədə Aytənə heç bir şey deməməyi, bir yolla bu işi yoluna qoyacağını bildirmişdir. Təhsil Nazirliyində işləyən heç kəsə pul verməmişdir. Həmin vaxt isə o, Sədidən aldığı 4000 manat pulu artıq şəxsi ehtiyaclarına xərclədiyindən geri qaytara bilməmişdir. Sədi ondan verdiyi 4000 manat pulu istəyəndə o, həmin pulu xərclədiyindən geri qaytara bilməmişdir. Məhz buna görə də, Şahid dəfələrlə Zərərçəkmiş şəxs sonuncuya vəd edilən işin həllini tapmadığı üçün Aytən pulu geri tələb edən zaman pulun tam olaraq Nicat Məmmədlidə olduğunu yalandan bildirmişdir. Aytənə də özü neçə dəfə demişdir ki, pul onlara verilib, ona görə də onlardan xəbər gözləməsini demişdir. Aytən hələ Nicatın qəbuluna getmək istəyəndə də yalanların üstü açılmasın deyə o, Sədi ilə Aytəni bu fikirdən yayındırmışdır. Aytən həmin an həqiqəti bilsə idi dərhal onlardan şikayət edəcəkdi. Ümumilikdə Aytəndən işlə bağlı 17.550 manat məbləğində pul dələduzluq yolu ilə alınmışdır. Həmin puldan ona 4000 manat pul çatmışdır. Hazırda törətdiyi əməldən peşmandır və baş vermiş cinayət hadisəsi nəticəsində vurulmuş ziyan Zərərçəkmiş şəxs tam şəkildə ödənilmiş, bununla yanaşı həmin maddi ziyanın iyirmi beş faizi tərəfindən dövlət nəfinə keçirilmişdir. Hazırda ona qarşı heç bir şikayət və tələb yoxdur. Qeyd edilən halların nəzərə alınaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2002-ci ildən özü S.C.Pişəvəri adına gimnaziyada ingilis dili müəlliməsi vəzifəsində çalışmışdır. Təxminən 2019-cu ilin sonlarında tanışı vasitəsi ilə Şahid tanımışdır. Sədi ilə danışıqlar zamanı işlədiyi məktəbdə müqavilənin müddətini uzadılmasına kömək edə bilibbilməyəcəyini soruşmuşdur. Sədi də telefonla kimlərəsə zəng vurmuşdur. Sonda demişdir ki, dostu Mübarizin bibisi oğlu X1 Nazirliyində müşavir vəzifəsində Beynəlxalq Şöbədə müdir vəzifəsində işləyir. Nicat Məmmədlinin vasitəsi ilə onu işlədiyi gimnaziyaya müavin düzəldə bilər. Sədidən bunun üçün nə qədər məbləğdə pul lazım olmasını soruşmuş, Sədi isə ona ümumilikdə 10000 (on min) manat pul lazım olduğunu bildirmişdir. O, əvvəlcə kredit yolu ilə adına 7000 (yeddi min) manat götürmüş, 3000 (üç min) manat da anasından pul götürüb ümumilikdə 10000 (on mim) manat pulu Sədiyə yaşadığı Masazır qəzəsəbində olan evdə vermişdir. Danışığa görə 2-3 günə əmri hazır olmalı idi. Lakin, müddət keçməsinə baxmayaraq işi alınmamışdır. O, pulunu geri tələb edən zaman Sədi demişdir ki, Nicat onu direktor düzəldəcək. Əlavə də pul lazımdır. Bundan sonra o, direktor müavini vəzifəsində qalmağı üçün müqavilənin uzadılması məqsədi ilə, əlavə 6550 manat və 1000 manat pul vermişdir. İşinin çox uzandığını görüb verdiyi pulları geri istədikdə Sədi ona pulların tanışı Təqsirləndirilən şəxs qohumunda olduğunu və işin həlli üçün xeyli xərc çəkildiyini demişdir. Mübariz özünün şəxsi tanışlığı olan tanımadığı hansısa şəxslərə elə belə məlumat xətrinə onun barəsində səthi məlumatlar vermişdir. Təqsirləndirilən şəxs ona həmin məsələ barədə Tahir adlı şəxsin telefon nömrəsini verərək danışmasını bildirmiş, o isə Tahirlə danışanda sonuncu təəcüblənərək buna görə imtahan verilməli olduğunu demiş və işdən ümumiyyətlə şübhələrək kimlərəsə pul verib-verməməsi ilə maraqlanmışdır. O da həmin an anlamışdır ki, Tahir adlı şəxslə onu elə belə danışdırıblar, heç Sədi ilə Mübarizin bu şəxslə əlaqəsi belə yoxdur. O, Tahirlə gedib görüşmək istəyən zaman isə Sədi buna etiraz etmişdir. Təqsirləndirilən şəxs qohumu olan Nicat Məmmədli adlı şəxslə əlaqə saxlamadığını, Sədi ilə Mübarizin onu bu işin həll olunmadığını biləndə Nicatla görüşə getmək istəsə də, Sədinin buna icazə vermədiyini, qadağa qoyduğunu, bu işdə Mübarizin birbaşa iştirakının olduğuu, Mübarizlə Sədinin birləşib onu aldatdıqlarını anlamışdır. Bütün bunlarla bağlı onda yazışmalar və səs yazıları olmuşdur. Artıq Mübariz və Sədi tərəfindən aldadıldığını biləndə polisə müraciət etmişdir. Ona məlum olmuşdur ki, Sədiyə verdiyi puldan 4000 (dörd min) manat pul Təqsirləndirilən şəxs çatmışdır. İş üzrə isə na ümumilikdə 17.550 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Mübariz ona vurulmuş 4000 (dörd min) manat məbləğində maddi ziyanı tam şəkildə ödəmiş və onlar barışmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid Zeynalabdin oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2019-cu ilin sonlarında tanımış, onunla təxminən 4-5 ay qeyri-rəsmi formada dini nikah altında ailə formasında yaşamışdır. Aytənlə danışıq zamanı sonuncu ona işində köməklik etməsini demişdir. O da tanışı Mübarizin Təhsil Nazirliyində şöbə müdiri işləyən qohumunun olduğunu və köməklik edə biləcəyini bildirmişdir. İş üçün Aytənə 10.000 manat pulun Mübarizə verilməli olmasını bildirmişdir. Aytən ilk əvvəl bu pulun çox olduğunu desə də, sonradan 10.000 manat pulu düzəldib ona vermişdir. Sonra o, Mübarizlə görüşüb ona Aytənin müqavilə üzrə direktor müavini kimi işlədiyini və onun həmin vəzifədə qalma müddətini uzatmaq üçün qohumundan bunu xahiş etməsini bildirmişdir. Mübarizə də bu işə görə zəhmət haqqı kimi 4000 manat pul vermişdir. Bir müddət sonra Mübariz ona iş barədə qohumu Nicata dediyini, lakin Nicatın bu işlərlə məşğul olmadıını bildirmişdir. O, Mübarizə həmin söhbət barədə Aytənə heç bir şey deməməsini, məsələni özünün həll edəcəyini vildirmişdir. Həmin ərəfədə Aytəndən əlavə 3000 manat pul istəmişdir ki, işin həlli üçün bir çox yerə gedilir, xərclər olur. Bundan sonra bir neçə dəfə də Aytəndən pul alsa da, o pullardan Mübarizə heç nə verməmişdir. İşlə bağlı Mübarizə şirinlik kimi 4000 manat verilmiş, sonra Mübariz həmin pulu xərclədiyindən onu alıb Aytənə qaytara bilməmişdir. Mübarizə isə Aytənlə bu barədə danışmamasını onun işinin düzələcəyini deyib başını qatmasını, işi isə özünün bir yolla həll edəcəyini demişdir. İş üzrə Zərərçəkmiş şəxs 17.550 manat məbləğində maddi ziyan vurulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış, cinayət işi ayrılmış və həmin nömrə altında istintaqı aparılmışdır. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 1 ədəd disk və A4 formatlı üzərində vvhatsap yazışmaları əks olunan sənədlər götürülmüşdür. xx.xx.2021-ci il tarixli protokollardan və əlavə edilmiş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim olunan A4 formatlı sənədlərə baxış keçirilmiş və baxış zamanı Şahid Zeynalabdin oğlunun istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan nömrə arasında vvhatsap mobil tətbiqi proqramı vasitəsilə aralarında sonuncunun müəyyən pul müqabilində işlədiyi məktəbdə direktor və direktor müavini kimi işə düzəlməsi ilə bağlı səs yazıları aşkar edilmişdir. xx.xx.2021-ci il tarixli protokollardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 19566 saylı məktubla müşayiət olunan 01 ədəd diskdə Şahid Zeynalabdin oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid olan ötürücü antenalar tərəfindən qeydə alınmış məlumatlar, müvafiq danışıqlar və qısa mesaj yazışmalarına dair məlumatlara keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Şahidla Təqsirləndirilən şəxs arasında Zərərçəkmiş şəxs işə düzəldilməsi, ondan alınmış pulla bağlı çoxsaylı yazışmalar olmuşdur. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq edərək bildirmişdir ki, sonuncu tanışı Şahidla birlikdə onu aldadaraq guya onun direktor müavini, sonradan isə ümumiyyətlə direktor vəzifəsinə düzəldəcəklərinə inandırıb pulunu ələ keçirmişlər, sonrakı vaxtlar isə müxtəlif bəhanələr gətirərək pulları geri qaytarmaqdan boyun qaçırmışlar, Təqsirləndirilən şəxs həmin ərəfədə Zərərçəkmiş şəxs anası ilə danışan zamanı isə Şahid bu məsələ ilə bağlı ona cəmi 4000 manat pul verdiyini etiraf etdiyini bildirərək onu ifşa etmişdir. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və barəsində CM-in 73-cü maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfinədn təqdim edilmiş səs yazılarının köçürüldüyü 1 (bir) ədəd disk və "xxxx" MMC-dən alınmış Şahid Zeynalabdin oğlu ilə Təqsirləndirilən şəxs arasında olan yazışmaları əks etdirən 1 (bir) ədəd disk işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)- 325/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməyərək sonuncu məhkəmə iclas zalından dərhal buraxılmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-191/2022 nömrəli qərarından görünür ki, Şahid Zeynalabdin oğlunun CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CM-in 73-1.2-ci maddəsinə əsasən xitam verilərək, o, cinayət məsuliyyətindən azad edilmişdir. Həmçinin həmin hökmdən müəyyən edilmişdir ki, Şahid Zeynalabdin oğlu iş üzrə müəyyən edilmiş 17550 manat məbləğində maddi ziyandan onun üzərinə düşən 13500 manat məbləğində maddi ziyanın 25%-ni ödəmiş, zərəçəkmiş şəxsə vurulmuş həmin məbləği tam şəkildə ödəyərək onunla barışıq əldə etmişdir. xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə tədim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam şəkildə ödənilmiş, ona qarşı heç bir iddiası və tələbi yoxdur, Təqsirləndirilən şəxs ilə barışmışdır. "xxxx" ASC-nin xx.xx.2022 və xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyanın 25%-i olaraq ümumilikdə 1015 (min on beş) manat məbləğində pul keçirilmişdir. xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cinayət hadisəsi nəticəsində tərəfindən vurulmuş maddi ziyan tam şəkildə zərərçəkmiş şəxsə ödənilmiş, həmçinin həmin ziyanın iyirmi beş faizi dövlət nəfinə ödənilmişdir. İş üzrə ondan heç bir şikayət və tələb yoxdur, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, iş üzrə Zərərçəkmiş şəxs vurulmuş 17.550 manat məbləğində maddi ziyan ona tam şəkildə ödənilmiş və o təqsirləndirilən şəxslərlə barışmışdır. Habelə həmin maddi ziyanın 13.500 manat hissəsinin 25%-i (iyirmi beş faizi) Şahid Zeynalabdin oğlu tərəfindən, qalan 4050 manat hissəsinin 25%-i (iyirmi beş faizi) isə Təqsirləndirilən şəxs dövlət büdcəsinə ödənilmişdir. Göründüyü kimi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş 17.550 manat məbləğində maddi ziyan tamamilə ödənilmiş, sonuncu təqsirləndirilən şəxslərlə barışmış və həmin məbləğin 25%-i (iyirmi beş faizi) dövlət nəfinə ödənilmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 132, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-283/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-283/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver