Məhkəmə qərarları › İş №1(001)-284/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-284/2021

09.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-284/2021 09.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının 27-də səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,218 qram çəkidə kustar üsulla hazırlanmış heroini 10 manata əldə edərək üstündə saxlayaraq daşıyarkən, Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin gün saat 18.30-da o, ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmiş və orada saat 21.40-da üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki boz rəngli idman şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,218 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuşdur. 27.03.2021-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu Kubinka adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata bir ədəd bükümdə narkotik vasitə hesab edilən heroini özü üçün istifadə etmək məqsədi ilə almış, üzərində idman şalvarının sağ yan cibində saxlamışdır. 27.03.2021-ci il tarixdə saat təxminən 18:00 radələrində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər, ona hüquq və vəzifələri izah etdikdən sonra, qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edimiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə video çəkiliş altında şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, müdafiəçinin iştirakı olmadan video çəklişlə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra, ona üzərində saxlanılan hər hansı bir əşya və yaxud sənəd varsa, onu könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O, könüllü olaraq əynindəki boz rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş halda olan bükümdə narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Üzərindən aşkar olunmuş büküm açılaraq onun içərisində “heroin” olduğunu bildirmiş və öz istifadəsi üçün saxladığını söyləmişdir. Üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeyd olunan narkotikdən başqa heç nə aşkarlanmamışdır. Həmin bir bükümdəki narkotik vasitə heroin polis əməkdaşı tərəfindən iştirakçıların yanında zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzamları ilə təsdiq etmişlər. O, uzun müddətdir ki, narkotik vasitə hesab edilən heroindən istifadə etdiyini bildirmişdir. O, üzərindən aşkar edilərək götürülmüş 1 büküm içərisində narkotik vasitə hesab edilən heroin olan ağ rəngli kağıza bükülmüş bükümü öz istifadəsi üçün aldığını qeyd etmişdir. O, narkotik vasitənin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsini söyləmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamadığını bildirmişdir. Başqa heç bir cinayət etməmiş, polislər tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir zor və ya təzyiq tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə məhkum olunduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, o, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuşdur. 27.03.2021-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu Kubinka adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata bir ədəd bükümdə narkotik vasitə hesab edilən heroini özü üçün istifadə etmək məqsədi ilə almış, üzərində idman şalvarının sağ yan cibində saxlamışdır. 27.03.2021-ci il tarixdə saat təxminən 18:00 radələrində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər, ona hüquq və vəzifələri izah etdikdən sonra, qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə video çəkiliş altında şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, müdafiəçinin iştirakı olmadan video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra, ona üzərində saxlanılan hər hansı bir əşya və yaxud sənəd varsa, onu könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O, könüllü olaraq əynindəki boz rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş halda olan bükümdə narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Üzərindən aşkar olunmuş büküm açılaraq onun içərisində “heroin” olduğunu bildirmiş və öz istifadəsi üçün saxladığını söyləmişdir. Üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeyd olunan narkotikdən başqa heç nə aşkarlanmamışdır. Həmin bir bükümdəki narkotik vasitə heroin polis əməkdaşı tərəfindən iştirakçıların yanında zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzaları ilə təsdiq etmişlər. O, uzun müddətdir ki, narkotik vasitə hesab edilən heroindən istifadə etdiyini bildirmişdir. O, üzərindən aşkar edilərək götürülmüş 1 büküm içərisində narkotik vasitə hesab edilən heroin olan ağ rəngli kağıza bükülmüş bükümü öz istifadəsi üçün aldığını qeyd etmişdir. O, narkotik vasitənin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsini söyləmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamadığını bildirmişdir. Başqa heç bir cinayət etməmiş, polislər tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir zor və ya təzyiq tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, Binəqədi RPİ-nin 6-cı PB-də CA-üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini bildirmişdir. 27 mart 2021-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nə Bakı şəhər Binəqədi rayonu, Biləcəri qəsəbəsi M.Abbasov küçəsi 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi ilə bağlı mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə raportla bölmənin rəhbərliyinə məruzə edilmiş və bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 27 mart 2020-ci il tarixdə müvafiq qərar qəbul olunmuş və əməliyyat tədbirinin keçirilməsinə dair qrupun təşkil edilməsi haqqında protokol tərtib olunmuşdur. Həmin qrupa və bölmənin CA-üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 daxil da edilmişdir. Bundan sonra, həmin tarixdə saat 18.30-da birlikdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə ünvan 5 ünvanın qarşısında dayanmış olan, sonradan adını bildikləri Təqsirləndirilən şəxs yaxınlaşaraq, ona polis əməkdaşları olduqlarını bildirmişlər və sonra ona hüquq və vəzifələrini izah etmişlər. Həmçinin ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında, gəzdirməsində şübhələndiklərini bildirmişlər və bununla bağlı onun onlarla birlikdə ünvan 6 ünvanında yerləşən 6-cı PB-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs təklifi qəbul etmiş və onlarla birlikdə polis bölməsinə gəlmişlər. Bu barədə bölmənin rəhbərliyinə raportla məruzə edilmişdir. Həmin faktın araşdırılması bölmənin təhqiqatçı polis leytenantı Ağahüseyn Həsənova həvalə olunmuşdur. Bundan sonra, onlar və ekspert kriminalist onun üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməyə dəvət olunmuşlar. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və ona hüquq və vəzifələri izah olunmuşdur. Onun hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin edilmişdir. Onun üzərinə video çəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Qeyd olunanlardan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşyanını olubolmaması soruşulmuş və olduğu halda həmin əşyanın könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş halda olan 1(bir) bükümdə, narkotik vasitə heroinə bənzər kütləni çıxardaraq masanın üzrərinə qoyulmuşdur. Bundan sonra onun üzərinə axtarış davam etdirilmiş, lakin hər hansı bir əlavə əşya aşkar edilməmiş və götürülməmişdir. Aşkar edilmiş bükümün içərisinə baxılmış və işərisində spesifik iyli maddənin olduğu müəyyən olunmuşdur. Sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükümün içərisində narkotik vasitə heroin, el dilində “kokos” olduğunu, onun özünə məxsus olduğunu, həmin kütləni şəxsi istifadəsi üçün təxminən bu gün səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Kubinka adlanan yerdə tanımadığı şəxsdən 10 manat pul verib aldığını bildirmişdir. Qeyd olunanlardan sonra həmin maddənin çəkisini, ölçüsünü müəyyən etmək məqsədi ilə zərfə qoyularaq qablaşdırılmış və zərifin içərisinin boş olması əvvəlcədən onlara göstərilmişdir. Həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçı tərəfindən bu barədə tərtib edilmiş protokol ucadan oxunulmuş, onlar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və onun iştirakı ilə şəxsi axtarış keçirilən vaxtı ona qarşı hər hansı bir zor və təzyiq edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının rəyində təmiz çəkisi 0,218 qram miqdarda müəyyən edilməsi əsas götürülmüş və tərəfimdən 0,218 qram narkotik vasitə heroin cinayət iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, cinayət işinə əlavə edilmişdir. Həmin narkotik vasitə heroinin məhkəmə-kimyəvi ekspertizasının tədqiqatından sonra qalan ümumi qalığı 0,168 qram saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin məhkəmə narkoloji ekspertizasının 29 aprel 2021-ci il tarixli 1335 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə etməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, ilk dəfə cinayət törətməsini, onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməyə görə məhkum olunur, təqsirini etiraf edir, əməlindən peşmandır, gəncdir, istintaq müddətində həbs olunmamışdır, əməlində cəzanı ağırlaşdıran hallar ümumiyyətlə yoxdur.Məlum olduğu kimi Azərbaycan Respublikasında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdən – 29 mart 2021-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis leytenantı Ağahüseyn Həsənovun şübhəli şəxsin tutulması haqqında 27 mart 2021-ci il tarixli protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdə tutulmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evində çəkməli və təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” barədə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalıdır və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan metamfetaminin 0,168 qram olan qalığı məhv məhv edilməli və iş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD farmatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdən – 29 mart 2021-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evində çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan metamfetaminin 0, 168 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD farmatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar