Məhkəmə qərarları › İş №1(001)-285/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-285/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-285/2022 22.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Lənkəran rayonu, Liman şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(089)-93/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(003)- 163/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının bu günədək çəkilməmiş qalan 7 il 1 ay hissəsi qismən birləşdirilərək qəti olaraq 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı CÇMdə cəza çəkərkən «Cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının X6» ilə qadağan edilmiş əşya sayılan 1 ədəd "Nokia" markalı, “Mini Phone” modelli “**********87388, **********87386” İMEİ kodlu telefon aparatını və 1 ədəd “Azercell” GSM kartını istintaqa məlum olmayan mənbədən əldə edərək özündə saxlamış, daşımış, gəzdirmiş, istifadə etmiş və xx.xx.2022-ci il tarixdə saat 15:10 radələrində Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinin 4 saylı dəstənin əşya saxlama otağında hal şahidlərinin iştirakı ilə keçirilən axtarış-baxış tədbiri zamanı sonuncunun əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd “Nokia” markalı mobil telefon aparatı daxilində danışıq kartı ilə birlikdə aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 317-2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir k, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 11 yanvar 2022-ci il tarixdə saat 15 radələrində 11 saylı cəzaçəkmə müəssisəsinin 4 saylı dəstənin əşya saxlama otağında müəssisənin əməkdaşları, hal şahidlərinin iştirakı ilə birlikdə baxış keçirilmişdir. Axtarış-baxış tədbirləri keçirilən zaman əynində olan gödəkcənin sağ yan cibindən daxilində 051 *** ** ** saylı danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Həmin mobil telefon aparatı ona məxsus olmuş, digər məhkumlar həmin mobil telefondan istifadə etməmişlər. Daxilində 051 *** ** ** saylı danışıq kartı olan “Nokia” markalı mobil telefon aparatını 10 yanvar 2022-ci il tarixdə müəssisənin yaşayış sahəsində yerləşən hamamın yaxınlığında yerdən tapmışdır. Cəmi bir gün özündə saxlamış və bu barədə heç kəsə məlumat verməmişdir. Həmin mobil telefonun daxilində olan 051 *** ** ** saylı danışıq kartının kimin adına olması barədə məlumatı yoxdur. Həmin mobil telefonun daxilində olan 051 *** ** ** saylı danışıq kartı vasitəsi ilə arvadı X2 istifadəsində olan 050 *** ** ** saylı nömrə ilə danışıqlar aparmışdır. Törətdiyi cinayət əməlindən peşman olmasını bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Penitensiar Xidmətinin 11 saylı CÇM-nin Əməliyyat şöbəsinin inspektoru, ədliyyə kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 11 yanvar 2022-ci il tarixdə saat 15 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı CÇM-nin əməkdaşları ilə birlikdə müəssisənin 4 saylı dəstənin əşya saxlama otağında hal şahidlərinin iştirakı ilə birlikdə baxış keçirmiş, baxış keçirilməzdən əvvəl orada hal şahidlərinə qanunvericiliyə uyğun hüquq və vəzifələri ətraflı izah olunmuşdur. Axtarış-baxış tədbirləri keçirilən zaman məhkum Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sağ yan cibindən ona məxsus 1 (bir) ədəd “Nokia” markalı mobil telefon aparatı daxilində danışıq kartı ilə birlikdə aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı məhkum Təqsirləndirilən şəxs həmin mobil telefon aparatının özünə məxsus olduğunu bildirmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, heç bir şikayət və təklif olmadığı üçün protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Müəssisənin əməkdaşları tərəfindən məhkumlara “Cəzaçəkmə müəssisəsində və istintaq təcridxanalarında saxlanılan şəxslər və ya məhkumlar tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi”nə görə cinayət məsuliyyəti yaratması barədə xəbərdarlıq edilmiş, mütəmadi olaraq onlarla marifləndirici söhbətlər aparmaqla qadağan olunmuş əşyaların siyahısı ilə tanış etmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşları Şahid2 və Şahid3 məhkəmə baxışı zamanı dindirilmiş digər şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı X1 şöbəsinin inspektoru, ədliyyə kapitanı Şahid1 ilə oxşar məzmunda ifadələr verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, məhkum Təqsirləndirilən şəxs mobil telefon aparatı aşkar edilməsi faktına görə CM-in 317-2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2011-ci il tarixli 7- N №li qərarı ilə təsdiq edilmiş «Cəzaçəkmə müəssisələrinin X6» na 11-ci əlavədən görünür ki, mobil telefon cəzaçəkmə müəssisələrində saxlanılan şəxslər tərəfindən saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyadır. xx.xx.2022-ci tarixli protokoldan görünür ki, əvvəlcədən əldə edilmiş məlumat əsasında müəssisə əməkdaşları tərəfindən 4 saylı dəstənin əşya saxlama otağında hal şahidlərinin iştirakı ilə məhkum Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən, ona məxsus işlək vəziyyətdə 1 (bir) ədəd qara rəngli, İMEİ kodu **********87388 və **********87386 olan, “Nokia” markalı mobil telefon aparatı (daxilindəki ***-***-**-** “Azercell” GSM kartı ilə birlikdə) aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, məhkum Təqsirləndirilən şəxs 11 saylı CM-nə xx.xx.2020-ci il tarixdə Qobustan həbsxanasından qəbul olunmuşdur. Müəssisəyə daxil olduğu gündən ona CM-nin X6 ilə yanaşı, məhkumun hüquq və vəzifələri izah olunmuş, fərdi tərbiyəvi söhbətlər aparılmış, yataq yeri ilə təmin edilmişdir. Məhkuma iş planı tərtib edilərkən, onun fərdi xüsusiyyətləri, törətmiş olduğu cinayətin səbəbləri nəzərə alınmışdır. Məhkumun şəxsi işindən göründüyü kimi cəza çəkdiyi müddət ərzində daxili rejim qaydalarını pozmuş və barəsində xx.xx.2015-ci il tarixdə 05 gün müddətə, xx.xx.2015-ci il tarixdə 15 gün müddətə, xx.xx.2016-cı il tarixdə 10 gün müddətə, xx.xx.2016-cı il tarixdə 11 gün müddətə, xx.xx.2016-cı il tarixdə 07 gün müddətə, xx.xx.2016-cı il tarixdə 10 gün müddətə, xx.xx.2016-cı il tarixdə 10 gün müddətə,xx.xx.2016-cı il tarixdə 03 gün müddətə, xx.xx.2016-cı il tarixdə 10 gün müddətə, xx.xx.2016-cı il tarixdə 15 gün müddətə, xx.xx.2016cı il tarixdə 15 gün müddətə, xx.xx.2017-ci il tarixdə 15 gün müddətə, xx.xx.2018-ci il tarixdə 10 gün müddətə, xx.xx.2018-ci il tarixdə 07 gün müddətə Cərimə Təcridxanasına keçirmə, xx.xx.2018-ci il tarixdə “Töhmət”, xx.xx.2018-ci il tarixdə 03 gün müddətə Cərimə Təcridxanasına keçirmə xx.xx.2018-ci il tarixdə 01 ay müddətə X7 keçirmə, xx.xx.2020-ci il tarixdə 10 gün müddətə, xx.xx.2021-ci il tarixdə 15 gün müddətə, xx.xx.2022-ci il tarixdə 15 gün müddətə Cərimə Təcridxanasına keçirmə intizam tənbeh tədbirləri tətbiq edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli qərarı ilə 2 il müddətinə həbsxana rejiminə keçirilmişdir. Məhkum Təqsirləndirilən şəxs ilə aparılan fərdi-tərbiyəvi söhbətlər zamanı buraxdığı səhvləri dərk etməmiş, profilaktiki söhbətlərdən özünə müsbət nəticə çıxarmamışdır. Məhkum yoldaşları ilə mehriban ünsiyyət saxlamamış, əməyə və təhsilə münasibəti mənfi olmuşdur. Törətdiyi cinayət əməlinin ağırlığını dərk etməmiş və peşmançılıq hissi keçirməmişdir. Xasiyyətcə qapalı və dəyişkəndir. Məhkum Təqsirləndirilən şəxs ilə tərbiyəvi söhbət aparılmasına baxmayaraq cinayət işləri üzrə olan 302 manat 66 qəpik ekspertiza xərcini ödəməmişdir. Ailə üzvləri ilə görüş və məhkumlar üçün nəzərdə tutulmuş telefon qovşağı vasitəsi ilə əlaqə saxlamışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmlərin surətindən görünür ki, təqsirləndirilən şəxs Səlimov X4 Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2015-ci il tarixli hökmü ilə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəlində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2014-cü il tarixdən hesablanmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətdə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən həmin cəza Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2015-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 7 (yeddi) il 1 (bir) ay hissəsi ilə qismən birləşdirilərək, qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, məhkum Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefona baxış keçirilərkən plastmas kütləli qara rəngli materialdan hazırlanması, qabaq üz hissəsində «Nokia» sözünün yazılması müəyyən edilmişdir. Mobil telefonun yuxarı hissəsi ekrandan, eşitmə mikrofonundan, aşağı tərəfi isə müvafiq düymələrdən, ötürmə mikrofonundan təşkil olunmuşdur. Mobil telefon hər hansı bir nömrələrdən zəngləri qəbul etmək, hər hansı bir nömrələrə zəng etmək, hər hansı bir mesajı qəbul etmək, göndərmək əsas xüsusiyyətlərə, digər köməkçi və əlavə xüsusiyyətlərə malikdir. Mobil telefon işə salınarkən xx.xx.2022-ci il tarixdə, saat 16:58-də *** *** ** **, xx.xx.2022-ci il tarixdə saat 15:51-də 050 *** ** ** və xx.xx.2022-ci il tarixdə saat 14:52 radələrində 050 *** ** ** nömrələri ilə zəngləşərək əlaqə saxlanılması müəyyən edilmişdir xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd "Nokia" markalı, “Mini Phone” modelli “**********87388, **********87386” İMEİ kodlu mobil telefon və 1 ədəd “Azercell” mobil operatoruna aid olan danışıq kartı maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli 5/102 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd arxa məlumat lövhəsinə görə “Nokia” markalı “Mini Phone” modelli proqram təminatında olan “**********87388, **********87386” “imei” kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş arxa məlumat lövhəsinə görə “Nokia” markalı “Mini Phone” modelli mobil telefonun proqram təminatında olan “imei” kodla arxa tərəfində məlumat lövhəsində olan “imei” kod fərqlidir. Təqdim edilmiş mobil telefonun “Menyu” hissəsinin “SMS mesajlar/Gələnlər qutusu” bölməsində dörd ədəd xidməti mesaj müəyyən olunsa da, mobil cihazların kriminalistik tədqiqatında istifadə olunan “UFED TOUCH 2” markalı cihazın proqram təminatında mobil cihazın modelinin olmaması səbəbindən həmin mesajları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 317-2.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və cəzasını çəkib qurtarmadan yenidən qəsdən cinayət törətmişdir. CM-in 18.4.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan onun əməlində cinayətlərin residivi yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 317-2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(003)-163/2018 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-in 67.1-ci maddəsinə əsasən qəti olaraq məhkum olunduğu 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini hazırkı hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, CM-in 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(003)-163/2018 nömrəli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(003)-163/2018 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi nəzərə alınmalı və barəsində qətimkan tədbiri seçilməməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 1 ədəd "Nokia" markalı, “Mini Phone” modelli “**********87388, **********87386” İMEİ kodlu mobil telefon və 1 ədəd “Azercell” mobil operatoruna aid olan danışıq kartı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 53,65 (əlli üç manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(003)-163/2018 nömrəli hökmü ilə məhkum olunduğu 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 3 (üç) il 11 (on bir) ay 9 (doqquz) gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 4 (dörd) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş cəzanın əvvəli 22 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi nəzərə alınsın və barəsində qətimkan tədbiri seçilməsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 1 ədəd "Nokia" markalı, “Mini Phone” modelli “**********87388, **********87386” İMEİ kodlu mobil telefon və 1 ədəd “Azercell” mobil operatoruna aid olan danışıq kartı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 53,65 (əlli üç manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar