Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-285/2025 05.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X10 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxslər (mülki iddiaçı) Zərərçəkmiş şəxs1, (mülki iddiaçı) Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2 nümayəndəsi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Əziz oğlunun, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Masallı rayonu, Bədəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan (əvvəllər məhkum olunmuş), Masallı rayonu Bədəlan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir.
2. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 atası X11 mülkiyyətində olan “Opel Astra” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satıb gəlir əldə etmək adı ilə 6 noyabr 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən gömrük terminalında yalan vəd verərək Zərərçəkmiş şəxs1la razılığa gəlmiş, həmin gün Bakı şəhəri 6 saylı notariat ofisində Zərərçəkmiş şəxs1 işçisi kimi təqdim etdiyi Zərərçəkmiş şəxs2 baş etibarnamə verilməsinə nail olduqdan sonra Zərərçəkmiş şəxs1 atası Məmməd Rəhimova məxsus 2009-cu il buraxılışlı, “Opel Astra” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirdikdən sonra, həmin nəqliyyat vasitəsini Zərərçəkmiş şəxs2 vasitəsi ilə X7 14 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 24 A ünvanında yerləşən 6 saylı notariat ofisində etibarnamə əsasında 12.000 manata satmaqla həmin pul vəsaitini əldə edərək təhvil verməyib, Zərərçəkmiş şəxs1 cəmi 12000 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmiş, bundan başqa o, vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini davam etdirərək, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 gəlini X8 mülkiyyətində olan “Toyota Corolla” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satıb gəlir əldə etmək adı ilə 29 noyabr 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən gömrük terminalında yalan vəd verərək Zərərçəkmiş şəxs1la razılığa gəlmiş, həmin gün Bakı şəhəri 23 saylı notariat ofisində Zərərçəkmiş şəxs1 işçisi kimi təqdim etdiyi Şahid1 baş etibarnamə verilməsinə nail olduqdan sonra Zərərçəkmiş şəxs1 gəlini Günel Rəhimovaya məxsus 2006-cı il buraxılışlı, “Toyota Corolla” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirdikdən sonra, həmin nəqliyyat vasitəsini Şahid1 qardaşı Zərərçəkmiş şəxs2 vasitəsi ilə Şahid2 2 dekabr 2022-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehtiyev 136/96 ünvanında yerləşən 23 saylı notariat ofisində etibarnamə əsasında 12.500 manata satmaqla həmin pul vəsaitini əldə edərək təhvil verməyib, Zərərçəkmiş şəxs1 cəmi 12500 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmiş, bundan başqa o, vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini davam etdirərək, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 yeznəsi X15 mülkiyyətində olan “Toyota Corolla” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satıb gəlir əldə etmək adı ilə 29 noyabr 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən gömrük terminalında yalan vəd verərək Zərərçəkmiş şəxs1la razılığa gələrək həmin nəqliyyat vasitəsini ona təhvil vermiş, 9 dekabr 2022-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisində Zərərçəkmiş şəxs1 işçisi kimi təqdim etdiyi X2 baş etibarnamə verilməsinə nail olduqdan sonra Zərərçəkmiş şəxs1 yeznəsi Azər Heydərova məxsus 2005-ci il buraxılışlı, “Toyota Corolla” markalı, **- HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirdikdən sonra, həmin nəqliyyat vasitəsini tanışı Vurğun Cəfərovun vasitəsi ilə X13 18 dekabr 2022-cü il tarixdə ünvan 3 ünvanında yerləşən 43 saylı notariat ofisində etibarnamə əsasında 12.500 manata satmaqla həmin pul vəsaitini əldə edərək təhvil verməyib, Zərərçəkmiş şəxs1 12500 manat məbləğində maddi ziyan vurub, ümumlikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 37000 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir.
3. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 Gürcüstan Respublikasından ölkə ərazisinə sonuncunun adına “Kia ceed” markalı və “Hyundai i30” markalı nəqliyyat vasitələri gətirib satıb gəlir əldə etmək adı ilə 12 noyabr 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən gömrük terminalında yalan vəd verərək, Zərərçəkmiş şəxs2la razılığa gəlmiş, 19 noyabr 2022-ci il tarixdə sonuncunun qonşusu X12 tərəfindən Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində yerləşən nömrəsiz evin həyətində eyni məqsədlə 5000 manat, daha sonra o, vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini davam etdirirək, 19 noyabr 2022-ci il tarixdən 7 yanvar 2023-cü il tarixədək olan müddətdə Bakı şəhəri Qaradağ və Yasamal rayonu ərazilərində müxtəlif ünvanlarda hissə-hissə olmaqla, cəmi 19000 manat, sonuncu dəfə eyni məqsədlə 10 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən evinin həyətində sonuncudan 2000 manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib, Zərərçəkmiş şəxs2 cəmi 26000 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Proses iştirakçılarının ifadələri:
4. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sadəddindən də əlavə şəxslərlə avtomobil alveri etmişdir. Səbuhi avtomobilləri satandan sonra pulu ona vermişdir. Gömrükdə pul çatmayanda Səbuhi ona pul vermişdir. O, ödənişi tam etdikdən sonra ona etibarnamə verirmişlər. Həmin gün ona satmağa 4 avtomobil vermişdir. Bəyəndiyi avtomobilləri özü üçün götürmüşdür. O, eyni zamanda taksi fəaliyyəti ilə də məşğul olmuşdur. Həmin avtomobillərdən taksi fəaliyyəti ilə məşğul olmaq üçün istifadə etmişdir. Xoşuna gəlməyənləri də Səbuhiyə vermişdir ki satsın. Həmin avtomobillərin bəzi ehtiyyat hissələrini götürüb öz avtomobilərinə qoymuşdur. O, Səbuhinin 3 avtomobilinin pulunu ödəmişdir. Öz 2 avtomobilinin pulu isə qalmışdır. 3 avtomobilin pulunu da Sadəddinə vermişdir. O, öz avtomobillərinin puluna görə borclu qalmışdır. Səbuhini aldatmaq niyyəti olmamışdır. Səbuhinin kartına göndərdiyi pulların tarixçəsi vardır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, son hadisə baş verənə qədər aralarında 20-30 avtomobilin alğı-satqısı olmuşdur. Səbuhi avtomobilləri gətirmiş, o da almışdır. Avtomobillər Gürcüstandan gətirilmişdir. Gömrük rüsumunu özü ödəmişdir. Misal üçün avtomobilin qiyməti 11000 manat edirdisə, o, 5500 manat çıxmış, yerdə qalanını özünə vermişdir. Toyota Corolla markalı avtomobili də, o qaydada almışdır. 3 avtomobil gətirmişlər. **-CB-*** nömrəli avtomobil Toyota Corolla olmuşdur. Həmin avtomobili 11000 manata almışdır. Daha sonra həmin avtomobilin sürətlər qutusunda nasazlıq yarandığından və avtomobilin stopu olmadığından ona 2000 manata qədər xərci çıxmışdır. X6 adlı şəxsə 11700 manata satmışdır. Toyotanı alanda Sadəddin orada olmuşdur. Sonra Sadədin həmin avtomobili məhkəmə qərarı ilə geri almışdır. 2 avtomobildən artıq gətirmək olmadığı üçün Sadəddin digər avtomobilləri qohumlarının adına gətizdirmişdir. Borcu 36500 manat olaraq bilmişdir. Sadəddin məhkəmədə 37000 manat verməli olduğunu demişdir. O da buna etiraz etmir. Onun Azərbaycanda problemi çıxdıqda bütün hər şeyini itirmişdir. Evi və mülkiyyətində olan 43 avtomobili itirmişdir. Bank avtomobilləri əlindən almışdır. İki avtomobili qəzaya düşüb sürücüləri ölmüş, bir avtomobili yanmış, digərinin içərisindən narkotik maddə aşkar edilmişdir. Öz ailəsində və sağlamlığımda da problemlər yaranmışdır. Hər şey bir anda məhvə doğru getdiyindən o, Azərbaycanı tərk edərək Rusiya Federasiyasına getmişdir. O, Sadəddinə möhlət verməsini demiş, o da razılaşmışdır. Sonra Səbuhinin yanına adam göndərmiş, lakin sonradan xəbər tutmuşdur barəsində şikayət olunmuşdur. Bu haqda ona heç nə deməmişlər. Səbuhi bacısı oğlu ilə görüşüb ona heç nə deməmişdir. O, Rusiyada pul yığıb borcunu ödəmək istəmişdir. Oraya qaçmaq niyyəti ilə getməmişdir. Rusiyadan 3 dəfə Çinə də getmişdir. Səbuhidən 26.000 götürməmişdir. Gizlənmək niyyəti olsa idi, barəsində axtarış olarkən 3 dəfə Çinə getməzdi. Səbuhidən 26000 manat götürməmiş, sadəcə ona 2 avtomobil borcu olmuşdur. Sadəddinə isə 1 avtomobil borcu vardır. Onların çəkdikləri xərcləri də ödəməyə razıdır. 2017-ci ildə onun Səbuhiyə 5300 manat borcu olmuş və ödəmişdir. Səbuhiyə 50-60 avtomobil satmışdır. Fikrət adında bir adam ona Gürcüstandan avtomobil gətirdiklərini demişdir. O da taksi fəaliyyəti ilə məşğul olmaq üçün ekonomik avtomobil lazım olduğunu demişdir. Fikrət də ona Sadəddin adında tanışının olduğunu, onda avtomobil olduğunu demişdir. O, Sadəddindən ilk dəfə Hyundai Accent markalı avtomobil almışdır. Avtomobilin pulunu hissə-hissə 1 aya qədər vermişdir. Bu qaydada o, Sadəddindən 30-a yaxın avtomobil almışdır. Həmin avtomobillərdən 5-ni Səbuhiyə vermiş, qalanını özünə götürmüşdür. Səbuhiyə satdığı avtomobilin pulunu borclu qalmamışdır. Sadəddinin ifadəsində qeyd etdiyi 3 avtomobili götürmüş və pulunu verməmişdir. O, 37.000 manat pulu qəbul etmişdir. Bundan da 26000 manat Səbuhiyə, 17000 manat isə Sadəddinə borcludur.
5. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır:
6. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Fikrət adlı şəxs vasitəsilə tanımışdır. Fikrət ona Emin adlı şəxsin avtomobil almaq istədiyini demişdir. Həmin vaxt onda Hyundai Accent markalı avtomobil olmuşdur. Həmin avtomobili Təqsirləndirilən şəxs verdikdən sonra, Emin onlara avtomobilləri taksi fəaliyyətinə buraxacağını bildirib, əlavə 3 avtomobil də istəmişdir. Hyundai markalı avtomobili ona satanda Emin pulu ona tam ödəmişdir. Bundan sonra Günelin adına olan Toyota Carolla markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili 12.500 manata və atasına məxsus Opel Astra markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili 12.000 manata, yeznəsi Azərə məxsus Toyota Carolla **-HZ-*** markalı avtomobili isə 12.500 manata hesablayıb, ümumulikdə 37.000 manat məbləğində olan həmin avtomobilləri Təqsirləndirilən şəxs vermişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, digər avtomobillərdən 10 gün əvvəl X28 vermişdir. Digər avtomobilləri isə Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs gömrükdən götürmüşlər. Bu hadisələr 2022ci ilin noyabr dekabr ayında baş vermişdir. Emin avtomobilləri götürdükdən sonra onların pulunu 10-15 günə ödəyəcəyini bildirsə də, heç bir ödəniş etməmişdir. Avtomobillərin hər biri Səbuhinin, Vurğunun və Ramalın adına etibarnamə ilə verilmişdir. O, hər dəfə avtomobillərin pulunu istəsə də, Emin pulu verməmiş, müxtəlif bəhanələr gətirərək yalan danışmışdır. Bundan sonra o, məcbur qalıb 1 ay sonra etibarnamələrə xitam vermiş və Səbuhiyə zəng edib bu barədə məlumat vermişdir. Eşitdiyinə görə Səbuhi Emin ilə əlbir olaraq çox adamı bu cür aldatmışdır. Toyota Carolla markalı **-CB-*** dövlət qeydiyyat nişanlı və Opel Astra markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil məhkəmə yolu ilə ona geri qaytarılmışdır. Hal-hazırda Eminin ona olan borcu bir avtomobilin pulu 12.500 manat və məhkəmələrə çəkdiyi xərc olan 4500 manat puldur. Eminlə ilk tanışlığı oktyabr ayında Hyundai Accent markalı avtomobili satdıqda yaranmışdır. Eminlə aralarında 9 avtomobilin alveri olmuşdur.
7. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Emini 2017-ci ildən avtomobil alğı-satqısından tanımışdır. O vaxt Eminin ona 900 manat borcu olmuşdur. 2020-ci ildə rayonda toyda olan zaman Emini soruşduqda yaxşı olduğunu demişlər. Onunla Yasamalda görüşmək qərarına gəlmiş və Emin ona təzə Prius gətirdiyini, istəyirsə götürməsini demişdir. Onlar həmin avtomobilin alışı üçün 10000 manata razılaşmışlar. Emin ona öz borcunu da oradan çıxmasını demişdir. Özü də avtomobil alveri ilə məşğul olmaqla, müxtəlif şəxslərdən avtomobil alıb-satmaqdadır. Priusu 2020-ci ildə almışdır. Avtomobili 10000 manata razılaşsalar da, Eminin borclu olduğu 900 manat pulu, həmin məbləğdən çıxmışdır. Avtomobili düzəldib satmışdır. Bir müddət sonra Emin ona yeni avtomobilin gəldiyini demişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hətta Emin Rusiyaya gedən günü avtomobil alması üçün ona 24000 manat pul vermişdir. Digər avtomobillər “Kia Sigma” və “Hyundai A30” üçün də əlavə 2000 manat vermiş, Həmin pulun 5000 manatını Binəqədi Sulutəpə qəsəbəsində həyətlərində, qalanını isə hissə-hissə vermişdir. Qalan 2000 manatı isə gəlib evdən götürdüşdür. X4 adlı şəxs tərəfindən göndərilmişdir. Pulları isə Eminə əvvəlcədən vermişdir. Lakin ayın 10-avtomobil gəlməli olsa da, gəlməmişdir. Emin isə ona narahat olmamasını və avtomobilin gəldiyini demişdir. Hadisələr 2022-ci ilin noyabrında baş vermişdir. Eminə 2 avtomobilin pulunu vermiş və o, həmin pulları tələb edir. Qardaşı Ramalın adına etibarnamə yazdırmışdır. Etibarnaməni avtobus şofirinə vermiş, o da onlara nömrə vermişdir. Həmin nömrə də Gürcüstanda yaşayan Anar adlı şəxsə məxsus olmuşdur. Anarla əlaqə saxlayanda avtomobilləri göndərəcəyini demişdir. Emin ona səbirli olmasını axşam zəng vuracağını desə də, axşam Eminə zəng çatmamışdır. O, qohumu Turalla əlaqə saxladıqda xəbərinin olmadığını demişdir. Həmin gecə Anar ona zəng vurub Eminlə əlaqə saxlaya bilmədiyini demişdir. Emin Anara pul göndərməmişdir. Səhəri gün Turalla danışanda Eminin olmadığını getdiyini demişdir. Sonra o, 40-cı Polis Bölməsinə bununla bağlı izahat vermişdir. Sadəddin ona etibarnamələri ləğv etdirdiyini demişdir. O da avtomobili satdığı adamın kasıb olduğunu, onun günahının olmadığını, 10000 manat pul ödəmişdirsə, nə üçün etibarnaməni ləğv etdiyini soruşmuşdur. Emin ayın 10-da yoxa çıxmışdır. O, həftədə 3-4 dəfə Turalla danışmışdır. Emin may ayına qədər Turalla danışmamışdır. Emin gedəndə ona 24000 manat və əlavə də 2000 manat pul vermişdir. Eminin dediklərində həqiqət vardır. Onun taksi fəaliyyəti ilə məşğul olan avtomobillərini görmüşdür. Sadəddin Eminin ona pul vermədiyini dedikdən sonra etibarnamələri ləğv etdirmişdir. Əgər Emin pulu verməmişsə, o zaman niyə iki ay əvvəl ona bunu deməmişdir. Çünki onda Emin özü də Bakıda olmuşdur. Sadəddin Emini axtarmaq fikrinin olmadığını, etibarnamələri ləğv edəcəyini demişdir. Bu mövzu xaricində aralarında pulla bağlı problem olmamışdır. Daha sonra Ruslan (Aslan) adlı şəxsin adına gətirdilər. Ruslanın adına etibarnamə yazılmışdır. Ruslan (Aslan) etibarnaməni ləğv etmiş və avtomobil şəkiliyə satılmışdır. Etibarnamə ləğv olunduqdan sonra şəkili Bakıya gəlmişdir.
8. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qardaşı Səbuhinin işlərinə kömək etmişdir. Emini qardaşı Səbuhi vasitəsilə tanımışdır. Emindən avtomobil almışlar. Son dəfə gətirilən 3 avtomobili gömrükdə almalı idilər. Emin rəsmiləşdirmə edib götürmələrini demişdir. Həmin avtomobillərdən ikisinin markası Toyota Corolla, digərinin markası Hyundai Accent olmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, pulları rəsmiləşdirmə zamanı vermişlər, qalan məbləği isə gömrük idarəsində ödəmişlər. Xaricdən gətirilən avtomobilləri onlar almışlar. Toyota Corolla markalı avtomobili 26000 manata, Opel Astra markalı avtomobili isə 11000 manata almışdır. Onlar əvvəl başqa avtomobil də almışlar. Həmin avtomobilləri alanda problem olmamışdır. Kia Ceed və Hyundai A30 markalı avtomobillərin şəkillərini göstərib demişdir ki, həmin avtomobilləri gətirə bilər. Avtomobillər Gürcüstandan gəlmişdir. Onun adına etibarnamə alıb Anar adlı şəxsə göndərmişdir. Anar avtomobilləri göndərəcəkdi. Həmin vaxt Emin qardaşı Səbuhidən 26000 manat pul götürmüş, elə o gündən də Emin yoxa çıxmışdır. 2 avtomobilə 26000 manat vermişlər. 2 Toyota Corolla və 1 Hyundai Accent markalı avtomobil gəlmişdir. Həmin avtomobilləri alıb-satdıqdan sonra texniki pasport sahiblərinin etibarnaməsi ləğv olunmuşdur. Səbəb kimi Eminin onlara pul vermədiyini demişlər. Toyota Corolla və Opel Astra markalı avtomobilin etibarnaməsi ləğv olunmuşdur. Emin pulları qardaşından, evdən götürmüdşür. Həmin vaxt o da evdə olmuşdur. Bu hadisələrə qədər 10-15 avtomobil alınmışdır. O avtomobillərdə problem olmamışdır. Kia Ceed markalı avtomobili onlara satılmış, onlar da həmin avtomobili Xəyyama satmışlar. Onun da, etibarnaməsi Emin getdikdən sonra ləğv olunmuşdur.
9. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Şahid3 ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, 2022-ci ilin noyabrında atası zəng vurmuşdur ki, Səbuhi əmisigilə gedib ondan 5000 manat pul götürüb, həmin pulu da aparıb Emin adlı şəxsə versin. Pulu avtomobilin pencərəsindən vermişdir. Eminlə telefon vasasitəsilə danışmamış, sadəcə pul vermişdir. Avtomobil sedan olmuş, markasını xatırlamamışdır.
10. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi, eləcə də məhkəməyə ünvanladığı teleqramı nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
11. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.
12. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.
13. Cinayət işi üzrə icraatın birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi və Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi bir icraatda birləşdirilərək, cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir.
14. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.
15. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.
16. İttiham elan edilməsi üçün şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yerinin müəyyən edilərək, tutulub istintaqa gətirilməsi üçün barəsində axtarış elan edilmişdir.
17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)- 1119/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu andan hesablanmışdır.
18. Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən axtarışda olan Təqsirləndirilən şəxs Rusiya Federasiyası DİO əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə tutularaq Azərbaycan Respublikasına ekstradisiyasına edilmiş və xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir.
19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 318/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 06 iyul 2024-cü il tarixədək uzadılmışdır.
20. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Cavadov X14 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 3500 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə “8 Noyabr-Zəfər günü” elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.11 bəndinə əsasən Təqsirləndirilən şəxs cərimə cəzasından azad olunmuş və xx.xx.2022-ci il tarixdə icra qurumunun qeydiyyatından çıxarılmışdır. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.
21. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 482/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 16 avqust 2024-cü il tarixədək uzadılmışdır.
22. Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.
23. Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın ləğv olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.3.2ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar ləğv edilmişdir.
24. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 608/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 16 oktyabr 2024-cü il tarixədək uzadılmışdır.
25. Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.
26. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 763/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 24 dekabr 2024-cü il tarixədək uzadılmışdır.
27. Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X17 məxsus 86600 manat pulun Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsi faktına görə ********* nömrəli cinayət işindən CM-in 178.3.2-ci maddəsi ilə cinayət işi ayrılmış və ********* nömrəsi altında istintaqı davam etdirilmişdir.
28. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur.
29. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 962/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 11 yanvar 2025-ci il tarixədək uzadılmışdır.
30. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(050)-3694/2023 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Zərərçəkmiş şəxs2 12000 manat və məhkəmə xərcinə görə 126 manat pulun alınaraq iddiaçı X9 ödənilməsi qət edilmişdir.
31. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(050)-3140/2023 nömrəli qətnaməsindən görünür ki, cavabdehlər Şahid1 və Zərərçəkmiş şəxs2 11700 manat, ödənilmiş dövlət rüsumuna görə 125,10 manat pulun müştərək qaydada alınaraq iddiaçı Şahid2 ödənilməsi qət edilmişdir.
32. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(050)-2303/2023 nömrəli qətnaməsindən görünür ki, cavabdeh X5 13700 manat, vəkil xidmətinə görə 500 manat, iş üzrə dövlət rüsumu olaraq ödənilmiş 143 manat pulun tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir.
33. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)- 285/2025 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs2 Etibar oğlunun Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, Zərərçəkmiş şəxs2 Etibar oğlu mülki iddiaçı qismində tanınaraq, ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınaraq, ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 93cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir.
34. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)- 285/2025 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, Zərərçəkmiş şəxs1 mülki iddiaçı qismində tanınaraq, ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınaraq, ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 93-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir.
35. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Təqsirləndirilən şəxs barəsində CM-in 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ibtidai istintaqı aparılır. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:
36. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
37. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
38. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.
39. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir.
40. Məhkəmə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsini məhkəmə istintaqı zamanı əldə edilən ifadələr və üzləşdirilmələrlə əsassız hesab edərək, onun cinayət əməlinə münasibətdə təqsirliliyinin məhkəmə istintaqı zamanı tam sübuta yetirilməsi qənaətindədir. Belə ki, Təqsirləndirilən şəxs ilk olaraq verdiyi ifadəsində bildirmişdir ki, o, zərərçəkmiş şəxslərlə maşın alqı-satqısı ilə bağlı işgüzar münasibətdə olmuşdur. Onlar arasında saysız-hesabsız maşın alğı-satqısı olmuşdur, hətta Səbuhiyə 50- 60-a yaxın maşın satmışdır. Lakin birdən onun işləri qaydasında getməmiş, hər şeyini itirmişdir. Xəstələri olmuş və digər bir sıra uğursuzluqlar baş vermişdir. O zaman da Azərbaycandan getmək qərarına gəlmiş və Rusiya Federasiyasına çıxıb getmişdir. Məsələnin bu həddə çatmağını istəməmişdir. Onu axtardıqlarını biləndə Səbuhi ilə danışmış və ondan zərərin ödənilməsi üçün vaxt istəmişdir. Bildirmişdir ki, onun tutulması heç kimin xeyrinə olmayacaqdır. Daha sonra təqsirləndirilən şəxs 17.02.25 və 03.03.25 tarixli iclaslarda verdiyi ifadələr və çarpaz dindirmələrlə səmimi etiraf edərək bildirmişdir ki, o, Səbuhi və Sadəddinə zərər vurmuşdur. Konkret hansı maşına münasibətdə zərər vurmuşdur buna deyə bilmir, çünki onların hər üçü də maşın alğı-satqısı ilə məşğul olmuşlar. Hər iki zərərçəkənlə aralarında zaman-zaman maşınla bağlı sövdələşmə olmuşdur. O, Azərbaycanı tərk edəndə onlardan hansına hansı maşına münasibətdə zərər vurub getmişdir bunu konkret deyə bilməz. Təqsirləndirilən şəxs bildirib ki, Sadəddin əgər deyirsə ki, ona 3 maşına münasibətdə zərər vurmuşdur və o, sonradan onu tapmadığı üçün bu maşınlardan 2-sini Səbuhidən məhkəmə yolu ilə geri alıbdır, deməli, o, 2 maşının pulunu Səbuhiyə, 1 maşının pulunu isə Sadəddinə borclu qalmışdır. Təqsiləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı üçün hal-hazırda borcu qaytara bilməyəcəyini, lakin zərərçəkənlərə gələcəkdə vurduğu zərəri ödəyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 verdiyi ifadələrdən o da müəyyən edilmişdir ki, o bu işlərdə Səbuhi və Eminin birgə işlədiyini bilmişdir. Ona görə də Emini tapmadıqda iddialar Səbuhiyə yönəlmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilən səs yazısında hansı ki, Təqsirləndirilən şəxs o səs yazılarının ona məxsus olduğunu etiraf edir o da müəyyən edilmişdir ki, Eminin pulları alaraq Rusiyaya getməsi nəticəsində iddiaçılar Səbuhini axtarmağa başlamışlar. Həmin səs yazılarından tərəflər arasında konkret hansı maşının puluna münasibətdə mübahisə yarandığını müəyyən etmək olmasa da müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycandan getdiyi üçün onun birgə işlədiyi Zərərçəkmiş şəxs2 iddiaçılar qarşısında cavabdehə çevrilmişdir.
41. Beləliklə, məhkəmə qeyd edilən hallara hüquqi qiymət verilməsini zəruri hesab edərək bildirir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir.
42. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 177ci maddəsinin qeyd hissəsinə görə təqsirləndirilən zərərçəkənə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə ziyan vurduğu hallarda 178.2.4-cü maddəsi ilə məsuliyyət daşıyır. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə isə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir.
43. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmənin hazırlıq və baxış iclasında təqsirləndirilən şəxsə CM-din 73-1.2-ci maddəsinin tələbi, yəni əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, ona dəymiş ziyanı və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödənişi tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi imkanı izah edilsə də təqsirləndirilən şəxs vurulmuş zərəri hal-hazırda ödəmək imkanı olmadığını bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir.
44. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2 və 178.2.4-cü maddəsi (Dələduzluq) cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Dələduzluq cinayəti talama cinayətləri kateqoriyasına daxil olsa da başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Baş vermiş cinayət hadisəsinə münasibətdə də Təqsirləndirilən şəxs maşın satmaq məqsədilə pulları alsa da maşının pulunu gerçək sahibinə vermədən pullarla birgə ölkəni tərk etmişdir. Nəticədə də maşın sahibləri və alıcılar aldanıldıqları üçün polisə və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
45. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, törədilmiş əməl CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluqyəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.
46. Hazırkı cinayət işinin istintaqı zamanı da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin etibarından istifadə edərək, ona yalan vədlər vermək və aldatma yolu ilə zərərçəkənlərin pulunu ələ keçirmiş, daha sonra ölkəni tərk edərək Rusiya Federasiyasına getmişdir. Zərərçəkmiş şəxslər bu pulun bir hissəsini öz qazancı, bir hissəsini isə borc alaraq ödədiyini, borc aldıqları şəxslərin də borclarını geri tələb etdiklərindən çıxılmaz vəziyyətdə qaldığını bildirmişlər.
47. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet).
48. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
49. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.
50. Məhkəmə, onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır.
51. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər də eyni maddələrlə məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.
52. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə əldə etdiyi məbləğin xeyli miqdarda olmasını, zərərin əvəzinin ödənilməməsini, eləcə də təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.
53. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
54. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.
55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür.
56. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Rusiya Federassiyasında tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilmişdir. Təqsirləndirilən şəxs azadlığı Rusiya Federasiyasında 18 yanvar 2024-cü il tarixdən məhdudlaşdırılmaqla onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-962/2024 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni 11 yanvar 2025-ci il tarixədək uzadılmış və sonuncu xx.xx.2024-cü il tarixindən hazırkı vaxtadək həbsdə olmuşdur.
57. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.
58. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir.
59. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir.
60. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 18 yanvar 2024-cü il tarixdən tarixdən hesablanmalıdır.
61. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
62. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır.
63. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir.
64. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
65. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 Etibar oğlunun məhkəmədə təqdim etdiyi səsyazının olduğu 1 (bir) ədəd “flaş kart” cinayət işinin materiallarında saxlanılmalıdır.
66. Bununla yanaşı, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş mülki iddiaya dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş cinayət hadisəsi nəticəsində dəymiş maddi ziyanın təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir.
67. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurduğu 17.000 (on yeddi min) manat məbləğində, yəni xeyli miqdar təşkil edən maddi ziyan vuraraq dələduzluq etməsi faktı istər cinayət prosesinin işirakçılarının ifadələri ilə, istərsə də cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş sübutlarla tam təsdiq edilmişdir. Ona görə də, məhkəmə, təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş materialı nəzərdən keçirərək zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın təmin edilməsi qənaətinə gəlmişdir.
68. Məhkəmə iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 Etibar oğlu tərəfindən təqdim edilmiş mülki iddiaya münasibətdə isə bildirir ki, Zərərçəkmiş şəxs2 Etibar oğlunun ona dəyən zərərlə bağlı tələbi 58.000 (əlli səkkiz min) manat olsa da məhkəmə istintaqı zamanı ancaq 26.000 (iyirmi altı min) manata münasibətdə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan öz təsdiqini tapmışdır. Məhkəmə baş vermiş cinayət hadisəsi nəticəsində dəymiş 26.000 (iyirmi altı min) manat maddi ziyanın təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir. Beləliklə də, məhkəmə, təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş materialı nəzərdən keçirərək zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 Etibar oğlu tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir.
69. CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.
70. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır.
71. CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər.
72. CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır.
73. CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir.
74. Məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir.
75. Cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”.
76. “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-c il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Bu zaman cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə verilmiş mülki iddialar cinayət işi üzrə şahid, zərərçəkmiş və təqsirləndirilən şəxsin məhkəmə istintaqında vermiş olduğu ifadələr, zərərçəkmiş şəxslər və təqsirləndirilən şəxs arasında üzləşdirmə və çarpaz dindirmələrlə tam sübuta yetirilir.
77. Həmin qərarının 72-ci bəndində qeyd edilir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirilməməlidir.
78. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş 17.000 (on yeddi min) manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 141 (yüz qırx bir) manat pul zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 Etibar oğlunun təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası isə qismən təmin edilməklə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş 26.000 (iyirmi altı min) manat maddi ziyan və dövlət rüsumu qismində 168 (yüz altmış səkkiz) manat pul zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 Etibar oğlunun xeyrinə tutulmalıdır.
79. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir.
80. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
81. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.
82. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.
83. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir.
84. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
85. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 187, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 18 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin edilsin və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş 17000 (on yeddi min) manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 141 (yüz qırx bir) manat pul zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 xeyrinə tutulsun. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 Etibar oğlunun təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilsin və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş 26000 (iyirmi altı min) manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 168 (yüz altmış səkkiz) manat pul zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 Etibar oğlunun xeyrinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Aytəkin İbrahimova