Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-287/2021 16.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1983-cü il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 1(001)-111/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviriəsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs, 01.03.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdən istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – 0,242 qram çəkidə narkotik vasitə olan heroini 10 manat pul müqabilində əldə edib, həmin narkotik vasitədən məhlul hazırlayıb şprisə doldurub üzərində saxlamış və həmin gün saat 21:20 radələrində Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, “Şollar” kafesinin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilib üzərinə axtarış aparılarkən əynindəki qara rəngli paltonun sol iç cibindən 01 ədəd 1ml-lik şprisdə 0,7 ml həcmində tünd qəhvəyi rəngli məhlul, təmiz çəkisi – 0,242 qram, kustar üsulla hazırlanmış maddə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 2 ildir ki, narkotik vasitələrin istifadəsi ilə məşğuldur.Belə ki, o, narkotik vasitəni daha çox həll edərək şprisə doldurub istifadə edir, həmin vaxt isə öz qanı iynə vasitəsi ilə şprisə dolur.O, çox vaxtı məhlul həll edərək qanı dolu olan şprisi üzərində gəzdirir ki, ondan rahat şəkildə istifadə edə bilsin.01 mart 2021-ci il saat 21:00 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, “Şollar” kafesinin yaxınlığında olan zaman iki nəfər tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis kimi təqdim etmişdir, xidməti vəsiqələrini göstərdikdən sonra sonuncuların polis əməkdaşları olduqlarını öyrənmişdir.Polis əməkdaşları ona bildirmişdirlər ki, narkotik vasitə və psixotrop maddələrin saxlanmasında şübhəlidir və üzərinə baxış keçirmək istəyirlər.Buna görə də, onu Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişdirlər, orada ona müdafiəçi təyin olunmuşdur.Bundan sonra polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməsi təklif olunmuş, daha sonra video çəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan qara rəngli paltonun sol iç cibindən 01 ədəd şprisi masanın üzərinə qoymuşdur.Onun üzərində hər hansı bir qanunla qadağan olunmuş başqa əşya aşkar olunmamışdır.O, həmin içərisində olan tünd qəhvəyi rəngli maye olan şprisi göstərərək içərisindəki maddə heroinin məhlulu olduğunu bildirmişdir.O, həmin məhlulu 01 mart 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlı yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını, həmin vasitəni həll edərək şprisə doldurub istifadə etdiyini və həmin vaxtı öz qanını iynə ilə şprisə doldurduğunu bildirmişdir.Həmin məhlul polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu və ağır “serroz” xəstəsi olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır.Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də o və Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur.Bundan sonra, o, Hacı ilə birlikdə məlumat əsasında 01 mart 2021-ci il tarixdə saat 21:20 radələrində Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, “Şollar” kafesinin yaxınlığında əməliyyat mövqeyi seçmişdirlər.Həmin vaxt onlar Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişdir.Bundan sonra, Coşqundan üzərində narkotik vasitə olması barədə məlumat aldıqlarını bildirib baxış keçirilməsi üçün sonuncunu Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişdirlər.Coşqun da heç bir etiraz etmədən onlarla birlikdə qeyd olunan polis bölməsinə getmişdir.Həmin bölmədə üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti müəyyən edildikdə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur.Bundan sonra Coşqun bölmədə olan xidməti iş otaqlarının birinə dəvət edilmişdir.Həmin otaqda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə baxış və şəxsi axtarış keçirilməsinə razılığını bildirdikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Coşquna üzərində qeyri-qanuni maddə və ya əşya varsa, çıxarıb təqdim edilməsi təklif edildikdə sonuncu əynindəki qara rəngli paltonun sol iç cibindən 01 ədəd 1ml-lik şprisi çıxarıb masanın üzərinə qoymuşdur.Coşqundan həmin şprisin içərisində nə olduğunu və haradan əldə etdiyini soruşduqda o, içərisində tünd qəhvəyi rəngli maye olan şprisi göstərərək heroinin məhlulu olduğunu bildirmişdir. O, həmin məhlulu 01 mart 2021-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu, “Papanin” adlı yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını, həmin vasitəni həll edərək şprisə doldurub istifadə etdiyini və həmin vaxtı öz qanını iynə ilə şprisə doldurduğunu bildirmişdir. Coşqunun üzərinə keçirilmiş baxış zamanı əlavə olaraq sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra iştirakçılarının iştirakları ilə Coşqunun üzərindən aşkar olunmuş kütlə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır.Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və sonuncu tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 02 mart 2021-ci il tarixli, 6/858 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N-234” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və.s. yazılar, imzalar olan zərfdəki 01 ədəd 1 ml-lik şprisdə 0,7 ml həcmində tünd qəhvəyi rəngli məhlul təmiz çəkisi 0,242 qram olan narkotik vasitə-heroinin məhluludur. İş materiallarında olan ambulator Azərbaycan Respublikası Səhiyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məcburi-narkoloji ekspertizasının 26.04.2021-ci il tarixli, 1246 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə Bakı şəhəri, Nəsimi RPİ-nin İŞ-də AR CM-nin 128-ci maddəsi ilə 13.01.2007-ci il tarixdə məsuliyyətə cəlb olunmuş və 17.01.2007-ci il tarixdə AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilmişdir.Bundan sonra, Bakı Ağır Cinayətlərə dair İşlər üzrə AR Məhkəməsinin 21.12.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.2, 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 31.10.2013-cü ildə Salyan Rayon Məhkəməsinin 30.10.2013-cü il tarixli qərarına əsasən AR CM-nin 76-cı maddəsinə əsasən 09 ay 23 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. Daha sonra Binəqədi Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və beləliklə də, məhkumluğu ödənilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini və ağır “serroz” xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CMnin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 mart 2021-ci il tarixdən 03 mart 2021-ci il tarixədək, həbsdə olduğu 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 01 mart 2021-ci il tarixdə tutulmuşdur. Eyni zamanda, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəza Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 1(001)-111/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona yekun olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PBnin təhqiqatçısı, polis baş leytenantı Azər Süleymanov tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 01 mart 2021-ci il tarixdə tutulmuşdur.Həmçinin, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 4(001)-195/2021 saylı, 03.03.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, vəsatət və təqdimat təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəlinin 01 mart 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Bundan başqa, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 1(001)-111/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Təqsirləndirilən şəxs cəza müddətinin əvvəlinin 19 mart 2021-ci ildən hesablanması qərara alınmışdır. Eyni zamanda, məhkəmə hesab edir ki, AR CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasının əvvəli 19 mart 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyi və müalicəyə ehtiyacı olduğuna görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 109.90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan -0,192 qram heroin qalığı məhv edilməlidir. İş üzrə maddi sübut- təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsini özündə əks etdirən 1ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 01 mart 2021-ci il tarixdən 19 mart 2021-ci il tarixədək həbsdə olduğu 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs 11 (on bir) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəza Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 1(001)-111/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qəti olaraq 02 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 19 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 109.90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan -0.192 qram heroin qalığı məhv edilsin. İş üzrə maddi sübut- təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsini özündə əks etdirən 1ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-287/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-287/2021
16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver