Məhkəmə qərarları › İş №1(001)-287/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-287/2022

14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-287/2022 14.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 iştirakları ilə,

1. xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Alıcqışlaq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramanı qəsəbəsi, Elşən Məhərrəmli küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə,

2. xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə

müəyyən etdi:

1. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını təkrar gizli talama məqsədi ilə dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib xx.xx.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsi Bağlar Massivində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus nömrəsiz fərdi bağ evinin həyətinə hasardan birlikdə aşmaqla və evin qapısının üzərindəki qıfılı özləri ilə qabaqcadan gətirdikləri dəmir alətlə sındıraraq yaşayış sahəsinin içərisinə birlikdə qanunsuz daxil olmaqla oradan bir ədəd dəyəri 800 (səkkiz yüz) manat olan «Samsung» markalı televizoru, bir ədəd dəyəri 400 (dörd yüz) manat olan «Samsung» markalı elektrik qızdırıcısını, bir ədəd dəyəri 1000 (bir min) manat olan «Trek» markalı velosipedi, bir ədəd dəyəri 200 (iki yüz) manat olan 3 metr uzunluğunda çadırı, bir ədəd dəyəri 500 (beş yüz) manat olan rezin qayığı birlikdə gizli talayıb ev sahibi Zərərçəkmiş şəxs4 ümumilikdə 2900 (iki min doqquz yüz) manat məbləğində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını təkrar gizli talama məqsədi ilə dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib xx.xx.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu Goradil qəsəbəsi Bağlar Massivində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus nömrəsiz fərdi bağ evinin həyətinə hasardan birlikdə aşmaqla və həyətdəki yardımçı tikilinin dəmir qapısını özləri ilə qabaqcadan gətirdikləri dəmir alətlə yerindən çıxarıb saxlanc yerinin içərisinə birlikdə qanunsuz daxil olmaqla oradan 130 manat dəyərində 06 ədəd «lessa» adlanan metal konstruksiya hissələrini, bir ədəd 450 manat dəyərində 5 metr uzunluğunda dəmir pilləkəni, ümumi dəyəri 255 manat olan iki ədəd su nasoslarını, ümumi dəyəri 300 manat olan metlax tipli döşəmə örtüklərini, bir ədəd 70 manat dəyərində “laqonda” adlanan elektrik alətini, bir ədəd 35 manat dəyərində elektrik drelini, plastmas boruların birləşdirilməsi üçün nəzərdə tutulmuş 40 manat dəyərində bir ədəd elektrik ütüsünü və həmin əşyaların saxlanıldığı saxlanc yerinin 220 manat dəyərində dəmir qapısını birlikdə gizli talayıb ev sahibi Zərərçəkmiş şəxs2 ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində maddi zərər vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını təkrar gizli talama məqsədi ilə dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib xx.xx.2022-ci il tarixdə axşam saatlarında ünvan 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs3 məxsus bir mərtəbəli fərdi həyət evinin həyətinə hasardan birlikdə aşmaqla və evin pəncərəsi üzərində olan qoruyucu dəmir barmaqlığı özləri ilə qabaqcadan gətirdikləri dəmir alətlə sındırıb yaşayış sahəsinin içərisinə birlikdə qanunsuz daxil olmaqla oradakı qonaq otağından bir ədəd 1500 (bir min beş yüz) manat dəyərində “Samsung” markalı televizoru gizli talayıb təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını təkrar gizli talama məqsədi ilə dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri Binəqədi rayonu Fatmai qəsəbəsi bağlar massivində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus nömrəsiz fərdi bağ evinin həyətinə hasardan birlikdə aşmaqla qanunsuz daxil olaraq bağ evinin 1800 (bir min səkkiz yüz) manat dəyərində bir ədəd dəmir darvazasını özləri ilə qabaqcadan gətirdikləri dəmir alətlə yerindən birlikdə çıxarıb yerə qoymaqla və sonradan həmin ünvana telefonla çağırdıqları, yükdaşıma xidməti ilə məşğul olan Şahid3 məxsus “Qazel” markalı ** JN *** dövlət qeydiyyat nişanlı yük avtmobilinə birikdə yükləyib gizli talamaya cəhd edərkən ev sahibi Zərərçəkmiş şəxs1 tərəfindən aşkarlandıqları üçün öz iradələrindən asılı olmayan səbəbdən əməllərini başa çatdıra bilməyərək təkrar oğurluğa cəhd etmişdir.

2. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədi ilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib xx.xx.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsi Bağlar Massivində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus nömrəsiz fərdi bağ evinin həyətinə hasardan birlikdə aşmaqla və evin qapısının üzərindəki qıfılı özləri ilə qabaqcadan gətirdikləri dəmir alətlə sındıraraq yaşayış sahəsinin içərisinə birlikdə qanunsuz daxil olmaqla oradan bir ədəd dəyəri 800 (səkkiz yüz) manat olan «Samsung» markalı televizoru, bir ədəd dəyəri 400 (dörd yüz) manat olan «Samsung» markalı elektrik qızdırıcısını, bir ədəd dəyəri 1000 (bir min) manat olan «Trek» markalı velosipedi, bir ədəd dəyəri 200 (iki yüz) manat olan 3 metr uzunluğunda çadırı, bir ədəd dəyəri 500 (beş yüz) manat olan rezin qayığı birlikdə gizli talayıb ev sahibi Zərərçəkmiş şəxs4 ümumilikdə 2900 (iki min doqquz yüz) manat məbləğində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını təkrar gizli talama məqsədi ilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib xx.xx.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu Goradil qəsəbəsi Bağlar Massivində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus nömrəsiz fərdi bağ evinin həyətinə hasardan birlikdə aşmaqla və həyətdəki yardımçı tikilinin dəmir qapısını özləri ilə qabaqcadan gətirdikləri dəmir alətlə yerindən çıxarıb saxlanc yerinin içərisinə birlikdə qanunsuz daxil olmaqla oradan 130 manat dəyərində 06 ədəd «lessa» adlanan metal konstruksiya hissələrini, bir ədəd 450 manat dəyərində 5 metr uzunluğunda dəmir pilləkəni, ümumi dəyəri 255 manat olan iki ədəd su nasoslarını, ümumi dəyəri 300 manat olan metlax tipli döşəmə örtüklərini, bir ədəd 70 manat dəyərində “laqonda” adlanan elektrik alətini, bir ədəd 35 manat dəyərində elektrik drelini, plastmas boruların birləşdirilməsi üçün nəzərdə tutulmuş 40 manat dəyərində bir ədəd elektrik ütüsünü və həmin əşyaların saxlanıldığı saxlanc yerinin 220 manat dəyərində dəmir qapısını birlikdə gizli talayıb ev sahibi Zərərçəkmiş şəxs2 ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində maddi zərər vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını təkrar gizli talama məqsədi ilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib xx.xx.2022-ci il tarixdə axşam saatlarında ünvan 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs3 məxsus bir mərtəbəli fərdi həyət evinin həyətinə hasardan birlikdə aşmaqla və evin pəncərəsi üzərində olan qoruyucu dəmir barmaqlığı özləri ilə qabaqcadan gətirdikləri dəmir alətlə sındırıb yaşayış sahəsinin içərisinə birlikdə qanunsuz daxil olmaqla oradakı qonaq otağından bir ədəd 1500 (bir min beş yüz) manat dəyərində “Samsung” markalı televizoru gizli talayıb təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını təkrar gizli talama məqsədi ilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri Binəqədi rayonu Fatmai qəsəbəsi bağlar massivində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus nömrəsiz fərdi bağ evinin həyətinə hasardan birlikdə aşmaqla qanunsuz daxil olaraq bağ evinin 1800 (bir min səkkiz yüz) manat dəyərində bir ədəd dəmir darvazasını özləri ilə qabaqcadan gətirdikləri dəmir alətlə yerindən birlikdə çıxarıb yerə qoymaqla və sonradan həmin ünvana telefonla çağırdıqları, yükdaşıma xidməti ilə məşğul olan Şahid3 məxsus “Qazel” markalı ** JN *** dövlət qeydiyyat nişanlı yük avtmobilinə birikdə yükləyib gizli talamaya cəhd edərkən ev sahibi Zərərçəkmiş şəxs1 tərəfindən aşkarlandıqları üçün öz iradələrindən asılı olmayan səbəbdən əməllərini başa çatdıra bilməyərək təkrar oğurluğa cəhd etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittiham üzrə yalnız sonuncu hadisə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş oğurluq hadisəsi üzrə özünü təqsirli bilir. Digər oğurluq əməlləri üzrə isə onun heç bir təqsiri yoxdur. O, Təqsirləndirilən şəxs1 ilə dostdur. Onlar birlikdə oğurluq etmək qərarına gəlmişlə və bu məqsədlər xx.xx.2022-ci il tarixdə axşam saatlarında birgə yaşadıqları Ramanı qəsəbəsindəki evdən oğurluqda alət kimi istifadə etmək üçün özləri ilə əvvəlcədən dəmir parçaları götürüb evdən çıxaraq tanımadıqları taksi avtomobili ilə Fatmai kəndi ərazisinə gəlmişlər. Orada ətrafı bir qədər dolaşdıqdan sonra diqqətlərini hündür darvazası olan boş bağ evi cəlb etmişdir. Qərara gəlmişlər ki, həmin darvazanı oğurlasınlar. Bu məqsədlə evin daş hasarının üzərindən aşaraq həyətinə keçmişlər və özləri ilə gətirdikləri dəmir alətlərlə darvazanı divara bərkidildiyi hissələrdən sökməyə başlamışlar. Bir neçə dəqiqə ərzində darvazanı söküb yerə qoyduqdan sonra Vüsal yük daşıma xidmətinə zəng vurub yük avtomobili sifariş etmişdir. Bir müddətdən sonra Vüsala sürücü zəng vurmuş və Vüsal sürücüyə olduqları yeri izah edərək onları rahat tapması üçün «Vatsap» proqramı vasitəsi ilə koordinatlarını yollamışdır. Bir qədər sonra ora «Qazel» markalı yük avtomobili gəlmiş, köməkləşib darvazanı həmin avtomobilə yükləmişlər və elə həmin vaxt onların istiqamətində səs-küylə bir ədəd minik avtomobilinin hərəkət etdiyini görmüşlər. Onlar gələn avtomobilin ev sahibi olmasını anlayaraq, yük avtomobilinə minmədən Vüsalla o, hərəsi bir istiqamətə qaçıb getmişdir. Onların qaçdıqlarını görən sürücü də qorxusundan öz yük avtomobilinə əyləşib sürərək qaçıb getmişdir. Bağ sahibi isə öz avtomobili ilə yük avtomobilini təqib etməyə başlamışdır. Bir qədər sonra Vüsalla o, bir yerdə görüşmüşlər və bu zaman Vüsala polisdən zəng gəlmişdir. Məlum olmuşdur ki, yük avtmobilinin sürücüsünü polislər saxlayıb və sürücü, sifarişi verən Vüsalın telefon nömrəsini polislərə vermişdir. Bundan sonra qaçmağın mənasız olduğunu görüb könüllü olaraq 43-cü Polis Bölməsinin əməkdaşlarına təslim olmuşlar. Darvazanın daşınması üçün çağırdıqları yük avtmobilinin sürücüsünün onların oğurluq etmək planlarından, darvazanın oğurluq olmasından məlumatı olmayıb, sürücünü sırf taksi kimi sifariş verərək ora çağırmışlar. Özünü təqsirli bilməsi ilə bağlı verdiyi ifadəni təsir altında vermişdir. Bundan başqa rəsmi olaraq subay olsa da himayəsində bir azyaşlı uşağının olmasını bildirib, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi vəziyyətləri yaxşı olmadığından dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq etmək qərarına gəlmişlər. Əvvəlcə dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsi Bağlar Massivində yerləşən bağ evinə hasardan aşmaqla daxil olub evin qapısının üzərindəki qıfılı özləri ilə gətirdikləri dəmirlə sındırmışlar. Daha sonra evə daxil olub oradan bir ədəd «Samsung» markalı televizoru, bir ədəd «Samsung» markalı elektrik qızdırıcısını, bir ədəd «Trek» markalı velosipedi, bir ədəd çadırı, bir ədəd rezin qayığı oğurlamışlar. Bundan sonra, xx.xx.2021-ci il tarixdə axşam saatlarında yenidən dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Goradil qəsəbəsi Bağlar Massivində yerləşən bağ evinin həyətinə hasardan aşaraq həyətə daxil olmuşlar. Həmin evin həyətindəki yardımçı tikilinin dəmir qapısını alətlə yerindən çıxarıb, oradan 6 ədəd «lessa» adlanan metal konstruksiya hissələrini, bir ədəd dəmir pilləkəni, iki ədəd su nasosunu, metlax tipli döşəmə örtüklərini, bir ədəd “laqonda” adlanan elektrik alətini, bir ədəd elektrik drelini, plastmas boruların birləşdirilməsi üçün bir ədəd elektrik ütüsünü və həmin əşyaların saxlanıldığı saxlanc yerinin dəmir qapısını oğurlamışlar. Bundan sonra, xx.xx.2022-ci il tarixdə axşam saatlarında yenidən dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 3 ünvanında yerləşən bir mərtəbəli həyət evinin həyətinə hasardan birlikdə aşmaqla daxil olmuşlar. Evin pəncərəsi üzərində olan dəmir barmaqlığı özləri ilə gətirdikləri dəmir alətlə sındırıb yaşayış sahəsinin içərisinə daxil olmuşlar. Evin qonaq otağına keçdikdə orada bir ədəd “Samsung” markalı televizorun olmasını görüb onu oğurlamışlar. Bundan sonra, xx.xx.2022-ci il tarixdə axşam saatlarında yenidən dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Fatmai qəsəbəsi bağlar massivində yerləşən bağ evinin həyətinə hasardan aşmaqla daxil olmuşlar. Bağ evinin darvazası onlarının diqqətni cəlb etdiyindən elə darvazanı oğurlamaq qərarına gəlmişlər. Bu məqsədlə özləri ilə gətirdikləri dəmir alətlərlə darvazanı söküb yerə qoymuşlar. Sonra o, yük daşıma xidmətində işləyən Hacı adlı tanış sürücüyə zəng vurub yük avtomobili sifariş etmişdir. Bir müddətdən sonra ona sürücü Hacı zəng vurmuş və o, sürücüyə olduqları yeri izah edərək onları rahat tapması üçün «Vatsap» proqramı vasitəsi ilə koordinatlarını yollamışdır. Bir qədər sonra ora Hacı özünə məxsus «Qazel» markalı yük avtomobili ilə gəlmiş, köməkləşib darvazanı həmin avtomobilə yükləmişlər və elə həmin vaxt onlar istiqamətə hay-küylə bir ədəd minik avtomobilinin hərəkət etdiyini görmüşlər. Bağ sahibi olmasını anlayaraq yük avtomobilinə minmədən Elxanla o, hərəsi bir istiqamətə qaçıb getmişlər. Onların qaçdıqlarını görən sürücü də qorxusundan öz yük avtomobilinə əyləşib sürərək qaçıb getmişdir. Bağ sahibi isə öz avtomobili ilə yük avtomobilini təqib etməyə başlamışdır. Bir qədər sonra Elxanla o, yenidən görüşmüşlər. O, Elxanla görüşdüyü zaman polisdən onlara zəng gəlmiş və artıq onların etdiyi əməlin ifşa olduğunu başa düşmüşlər. Bundan sonra qaçmağın mənasız olduğunu görüb polisə təslim olmuşlar. Darvazanı oğurlaya bilməsələr də, digər əşyaları oğurladıqdan sonra satıb əldə etdikləri pulu xərcləmişlər. Darvazanın daşınması üçün çağırdıqları yük avtmobilinin sürücüsünün onların oğurluq etmək planlarından, darvazanın oğurluq olmasından məlumatı olmayıb, sürücünü sırf taksi kimi sifariş verərək ora çağırmışlar. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam şəkildə ödəməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş CMin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 Zeyal oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Novxanı Bağlar massivində yerləşən, özünə məxsus, daimi yaşayış olmayan bağ evinə gələn zaman evin bayır qapısının açıq olduğunu, qapının sındırıldığını görmüşdür. Evin içərisinə daxil olan zaman orada saxladığı “Samsung” markalı 800 manat dəyərində televizor və 400 manat dəyərində elektrik qızdırıcısının, 500 manat dəyərində rezin hava qayığının, 3 metr uzunluğunda dəyəri 200 manat olan çadırın, 1000 manat dəyərində “Trek” markalı velosipedin oğurlandığını müəyyən etmişdir. Oğurluq barədə dərhal polisə məlumat vermişdir. Sonuncu dəfə bağ evində xx.xx.2021-ci il tarixdə olduğundan tam əminliklə deyə bilər ki, evindən oğurluq xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə baş verib. Hadisəni törətmiş şəxsləri tanımır, hadisə nəticəsində ona ümumilikdə 2900 (iki min doqquz yüz) manat məbləğində maddi zərər dəymişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs1 qohumları tərəfindən tam şəkildə ödənilmişdir. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu X1 yerləşən fərdi bağ evi onların ailəsinə məxsusdur. Təmir işləri ilə əlaqədar orada daimi yaşayış yoxdur. Bağ evinin həyətində yarımçıq tikili iki mərtəbəli daş ev və saxlanc yeri kimi istifadə etdikləri bir mərtəbəli daşdan tikilmiş anbarları vardır. Həmin anbarda evin tikintisində istifadə etdikləri tikinti materiallarını və alətlərini saxlayırlarmış, anbarın girişi seyf tipli qıfılı olan dəmir qapı ilə bağlanmışdır. Sonuncu dəfə həmin bağ evində xx.xx.2021-ci il tarixdə olmuşlar, həmin vaxt bütün əşyaları salamat vəziyyətdə anbara qoyaraq qapısını bağlayıb çıxıb getmişlər. Bir gün sonra, xx.xx.2021-ci il tarixdə günorta saatlarında bağa gəldikdə isə aşkar etmişlər ki, anbarın dəyəri 220 manat olan dəmir qapısı yerindən çıxarılaraq oğurlanıb, həmçinin anbarın içərsinidə saxladıqları, evin tikintisində ayaqaltı pilləkən kimi istifadə olunan dəyəri 130 manat olan 06 ədəd «lessa» adlanan alətlər, bir ədəd dəyəri 450 manat olan 5 metr uzunluğunda dəmir pilləkən, ümumi dəyəri 255 manat olan iki ədəd su nasosu, ümumi dəyəri 300 manat olan döşəmə üçün metlaxlar, bir ədəd dəyəri 70 manat olan laqonda, bir ədəd dəyəri 35 manat olan elektrik dreli, bir ədəd plastmas boruların birləşdirilməsi üçün nəzərdə tutulmuş dəyəri 40 manat olan elektrik ütüsü də oğurlanıblar. Baş vermiş oğurluq hadisəsi barədə dərhal DİN-in «102» Xidmətinə zəng vuraraq məlumat vermişlər, bir qədər sonra hadisə yerinə ərazi aidiyyəti üzrə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirmişlər. Bir neçə gündən sonra polisdən onlara məlumat vermişlər ki, evlərindən oğurluq etmiş şəxslər tutulmuşlar. Baş vermiş hadisə nəticəsində ümumilikdə 1500 (min beş yüz) manat məbləğində maddi zərər dəymişdır. Təqsirləndirilən şəxs1 ilə barışmış və ona dəymiş ziyan sonuncu tərəfindən ödənilmişdir. Onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi yoxdur, lakin Təqsirləndirilən şəxs2 şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 7 ildir ailəsi ilə birlikdə Bakı şəhərində Binəqədi rayonu Fatmai qəsəbəsi ərazisində Bağlar Massivində özünə məxsus nömrəsiz fərdi evdə yaşayır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında özünə məxsus avtomobillə ailə üzvləri ilə birlikdə yaşadıqları evə yaxınlaşdıqda kənardan görmüş ki, evinin qarşısında bir ədəd «Qazel» markalı yük avtomobili, arxa yük yerinin ətrafında üç nəfər şəxs dayanıb, evinin həyət darvazası isə yerində yoxdur. Həyətə yaxınlaşdıqda həmin şəxslər onu görən kimi hərəsi bir tərəfə qaçaraq oradan uzaqlaşmışlar, yük avtomobilinin sürücüsü isə sükan arxasına əyləşib avtomobilini yüksək sürətlə yerindən tərpədib uzaqlaşmağa çalışmışdır. O, öz avtomobili ilə həmin yük avtomobilini bir qədər təqib etdikdən sonra oradakı ara küçələrdən birində çata bilmişdir. Aşağı enən sürücü özünü xəbərsiz kimi göstərməklə nə baş verdiyini soruşduqda tələb etmişdir ki, avtomobilinin yük yerini açsın. Sürücü yük yerini açdıqda həyətinin darvazasını onun avtomobilinin yük yerində aşkar etmişdir. Darvazasını oğurlamağa cəhd etmələrini anlayaraq zəng vurub hadisə barədə DİN-in «102» Xidmətinə məlumat vermişdir. Avtomobilinin yük yerində darvazasını aşkarladığı sürücü bildirmişdir ki, guya onun həmin vaxt darvazanın oğurlanmasından məlumatı olmayıb, darvazanı oğurlayan digər iki nəfər şəxs onu həmin yerə yükdaşıma xidməti vasitəsi ilə çağırıblar, həmin şəxsləri tanımır. Bir qədər sonra çağırışı əsasında hadisə yerinə polis əməkdaşları gəlmişlər, onları birlikdə ərazi aidiyyəti üzrə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə aparmışlar, orada hadisə ilə bağlı ərizə və izahatını almışlar, bu müddətdə darvazasını oğurlamağa cəhd etmiş digər iki nəfər cavan oğlanlar da tapılaraq Polis Bölməsinə gətirilmişlər. Düzdür, həmin iki nəfər şəxslər də sürücünün dediklərini təsdiq edərək sonuncunun onların oğurluq etmək niyyətlərindən məlumatı olmadığını, onu yükdaşıma xidməti vasitəsi ilə darvazanın daşınması üçün çağırmalarını bildirsələr də o, həmin şəxslərin səmimiliyinə inanmır. Həmin şəxslər tutulduqdan bir neçə gündən sonra onların qohumları ona məxsus darvazanı gətirib yerinə bərpa etmişlər. Həmin darvazanın bazar qiyməti 1800 (min səkkiz yüz) manat olmuşdur. Onun evinin darvazası qaytarılmış olsa da, oğurluq hadisəsi üzrə o yalnız Təqsirləndirilən şəxs1 bağışlayır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Təqsirləndirilən şəxs2 isə bağışlamır. İbtidai istintaq zamanı ifadəsi alınmış Zərərçəkmiş şəxs3 məhkəmə iclasında elan edilmiş həmin ifadəsindən görünür ki, təxminən 2002-ci ildən ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Yaşadığı ev bir mərtəbəli daş tikili həyət evidir, həyəti qonşu evlərlə və daş hasarla əhatə olunur, həyətə giriş qapısı dəmir darvazadan ibarətdir, evin bütün pəncərələri üzərində qoruyucu dəmir barmaqlıqlar quraşdırılıb. xx.xx.2022-ci il tarixdə səhər saatlarında qohumlarında düşən yas mərasimi ilə əlaqədar ailəlikcə əslən olduqları İmişli rayonuna getmişlər. Həmin gün axşam saat 23 radələrində evə qayıtdıqda görmüşlər ki, evin darvaza ilə üz-üzə yerləşən hissəsinə baxan mətbəxin pəncərəsi üzərindəki qoruyucu dəmir barmaqlıq aşağı hissəsindən divara bərkidildiyi yerdən qoparılıb, plastik pəncərənin bir layı açıq vəziyyətdədir, lakin evin giriş qapısı kilidlədikləri vəziyyətdədir. Qapını açıb evə daxil olduqda müəyyən etmişlər ki, evin əşyaları dağınıq vəziyyətdədir, oğurluğa girən naməlum şəxslər evdə pul, qızıl və digər qiymətli əşyala tapa bilmədiklərindən yalnız qonaq otağındakı «Samsung» markalı televizoru oğurlayaraq aparmışlar. Evdən oğurluq baş verməsinə əmin olduqdan sonra qızı Raciyəyə tapşırmışdır ki, zəng vurub polisə məlumat versin. Bir qədər sonra hadisə yerinə ərazi aidiyyəti üzrə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirtmişlər. Bir neçə gündən sonra polisdən məlumat vermişlər ki, evindən oğurluq etmiş şəxslər tutulublar, lakin hələ bugünədək də ona vurulmuş maddi zərər ödənilməyib. Talanmış televizor 120 santimetr diaqonallı, plazma modelli, qara rəngli imiş, təxminən 5-6 il əvvəl kreditlə almışdır, bu günə olan real bazar qiyməti 1500 (bir min beş yüz) manatdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, özünə məxsus “Qazel” markalı ** JN *** dövlət qeydiyyat nişanlı yük avtmobili ilə fərdi qaydada yükdaşıma xidməti ilə məşğul olur, həmçinin fəaliyyəti ilə bağlı “188” Yükdaşıma Xidməti ilə də əməkdaşlıq edir. Hazırda barəsində istintaq aparılan Təqsirləndirilən şəxs1 təxminən 2021-ci ilin dekabr ayından tanıyır. Vüsalın “188” Yükdaşıma Xidmətinə verdiyi sifariş əsasında onun üçün həmin vaxt Ramanı qəsəbəsindən Hökməli qəsəbəsinə bir ədəd darvaza daşımışdır. Bu vaxtdan aralarında münasibət yaranmışdır. Vüsal darvaza alveri ilə məşğul olduğunu deyərək ona bildirmişdir ki, onun yük avtomobili xidmətlərinə tez-tez ehtiyacı olur, onun mobil telefonunun nömrəsini götürmüşdür ki, yük olanda özü bir başa ona zəng vurub çağırsın. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Vüsal ona zəng vuraraq xahiş etmişdir ki, Fatmai qəsəbəsində yerləşən Bağlar Massivinə gəlsin, oradan darvaza alıb və həmin darvazanı yaşadığı Ramanı qəsəbəsinə daşımaq lazımdır. O, Vüsalın telefonda izah etdiyi və koordinatlarını göndərdiyi ünvana gəldikdə orada Vüsalın bir nəfər əvvəllər tanımadığı şəxslə yerə sökülüb qoyulmuş dəmir darvazanın üzərində dayanaraq onu gözləmələrini görmüşdür. Avtomobilini saxlayaraq yük yerini açıb darvazanı onlarla köməkləşib yükləmişlər və elə yenicə getməyə hazırlaşırdı ki, uzaqdan bir ədəd avtomobilin işıq və səs siqnalları verərək onlara tərəf gəlməsini görmüşlər. Bu an Vüsal və həmin vaxt onunla birlikdə olan və adının Təqsirləndirilən şəxs2 olmasını sonradan bildiyi cavan oğlan avtomobilə minmədən onu orada tək qoyaraq hərəsi bir tərəfə qaçıb getmişlər. Qışqıraraq ona da qaçıb aradan çıxmasını tapşırmışlar. Məsələnin nə yerdə olmasını anlamayaraq üzərinə gələn avtomobildəki şəxslər tərəfindən döyüləcəyindən ehtiyatlanaraq qorxusundan öz yük avtomobilinin sükanı arxasına əyləşib oradan uzaqlaşmağa çalışsa da üzərinə gələn həmin avtomobil onu təqib etməyə başlamışdır. Təqib zamanı arxasınca gələn avtomobildə arvad-uşaq olduğunu görüb döyülmə ehtimalının olmadığına əmin olaraq avtomobilini saxlamışdır. Təqib edən şəxslərlə söhbət zaman məlum olmuşdur ki, onlar Vüsalgilin onun avtomobilinə yüklədikləri darvazanın sahibləridir. O, oğurluğa aidiyyəti olmadığını, Vüsal adlı şəxsin sifarişi əsasında yükdaşıma xidməti göstərmək üçün həmin ünvana gəldiyini izah etməyə çalışsa da, darvazanın sahibi ona inanmamış və zəng vurub hadisə barədə polisə məlumat vermişdir. O da heç bir günahı olmadığına arxayın olduğu üçün sakitcə həmin yerdə durub polis əməkdaşlarının gəlmələrini gözləmişdir. Bir qədər sonra polislər gəlib onları 43-cü Polis Bölməsinə aparmışlar. Bölmədə o, hadisəni olduğu kimi danışmış və ona yükdaşıma sifarişi vermiş Vüsal adlı şəxsin zəng vurduğu telefon nömrəsini polislərə təqdim etmişdir. Polislər həmin nömrə ilə Vüsala zəng vurub onları bölməyə çağırmışlar. Bundan sonra araşdırma başlanmış və onun həqiqətən də oğurluq hadisəsinə heç bir aidiyyəti olmadığı üçün sərbəst buraxılmışdır. Təqsirləndirilən şəxs1 üçün ilk tanışlıqları zamanı daşıdığı darvazanın oğurluq olub-olmadığını dəqiq bilmir, həmin darvazanı öz yük avtomobili ilə Ramanı qəsəbəsindən Hökməli qəsəbəsinə aparmış, lakin hazırda dəqiq ünvanları xatırlaya bilmir. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 19 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 19 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus əmlakların Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəflərindən gizli talanması faktları əsasında Binəqədi RPİ-nin 43-cü PB-də toplanaraq aidiyyət qərarları ilə Binəqədi RPİ-nin İŞ-nə göndərilmiş təhqiqat materialları CM-in 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilərək cinayət işi CM-in 29,177.2.1 və 29,177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələrinə tövsif edilməklə istintaqı davam etdirilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 tərəfindən Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə təqdim etdiyi iş üzrə Təqsirləndirilən şəxs1 məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti əks olunan “A-4” formatlı vərəqin arxa tərəfində əlyazma xətlə yazılmış “Mən Təqsirləndirilən şəxs1 özümə aid laqonda dirəl və dəmir lesaları satdım, imza Təqsirləndirilən şəxs1, 27.12.21” mətnli bir ədəd qəbzə baxış keçirilərək surəti iş materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid1 tərəfindən Binəqədi RPİ-nin 43cü Polis Bölməsinə təqdim edilmiş iş üzrə Təqsirləndirilən şəxs1 məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti əks olunan “A-4” formatlı vərəqin arxa tərəfində əlyazma xətlə yazılmış “Mən Təqsirləndirilən şəxs1 özümə aid laqonda dirəl və dəmir lesaları satdım, imza Təqsirləndirilən şəxs1, 27.12.21” mətnli bir ədəd qəbz iş üzrə maddi sübut kimi tanınmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 tərəfindən Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə təqdim edilmiş iş üzrə Təqsirləndirilən şəxs2 məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti əks olunan “A-4” formatlı vərəqin arxa tərəfində əlyazma xətlə yazılmış “Mən Təqsirləndirilən şəxs2 özümə aid laqonda direl dəmir resalar satdım, imza Təqsirləndirilən şəxs2, 27.12.21” mətnli bir ədəd qəbzə baxış keçirilərək surəti iş materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid1 tərəfindən Binəqədi RPİ-nin 43cü Polis Bölməsinə təqdim edilmiş iş üzrə Təqsirləndirilən şəxs2 məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti əks olunan “A-4” formatlı vərəqin arxa tərəfində əlyazma xətlə yazılmış “Mən Təqsirləndirilən şəxs2 özümə aid laqonda direl dəmir resalar satdım, imza Təqsirləndirilən şəxs2, 27.12.21” mətnli bir ədəd qəbz iş üzrə maddi sübut kimi tanınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-62/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 19 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-63/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 19 yanvar 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs2 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri, Binəqədi rayonu, Fatmayi qəsəbəsi, Bağlar Massivində olan oğurluq hadisəsinin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs1 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri, Binəqədi rayonu, Fatmayi qəsəbəsi, Bağlar Massivində olan oğurluq hadisəsinin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş üzrə Zərərçəkmiş şəxs4 istintaq orqanına təqdim etdiyi ərizədən görünür ki, cinayət hadisəsi nəticəsində ona vurulmuş maddi zərər Təqsirləndirilən şəxs1 qohumları tərəfindən tam şəkildə ödənilmiş, bununla bağlı onun sonuncudan heç bir iddia və tələbi yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-250/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri 19 aprel 2022-ci il tarixədək müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs2 tanınma üçün üç nəfər şəxslə birgə Şahid2 təqdim edilmiş və sonuncu 3-cü sırada dayanmış Təqsirləndirilən şəxs2 tanıyaraq həmin şəxsin başqa bir şəxslə ona Samsung markalı televizor satdığını bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-361/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 29 aprel 2022-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-362/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 ev dustaqlığında saxlanılma müddəti 29 aprel 2022-ci il tarixədək uzadılmışdır. İş üzrə Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və onlara qarşı heç bir şikayəti, tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və sonuncuya qarşı heç bir şikayəti, tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və sonuncuya qarşı heç bir şikayəti, tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, ona vurulmuş maddi ziyan ödənilmiş və onlara qarşı heç bir şikayəti, tələbi yoxdur. 875380 nömrəli doğum haqqında şəhadətnamədən və AA1367306 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2014-cü il təvəllüdlü X2 adlı bir azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İstintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü qismən təqsirli bilərək yalnı bir epizod üzrə oğurluq əməlini törətməsini etiraf etməsi ilə bağlı verdiyi ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakterlidir. Belə ki, Təqsirləndirilən şəxs2 tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlinin törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CMin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödəməməsini, zərərçəkmiş şəxslərin bir qisminin sonuncu ilə barışmayaraq ondan şikayətçi olmalarını nəzərə alaraq, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə, iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 19 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-62/2022 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 19 yanvar 2022-ci il tarixdən hesablanmış və sonuncu həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 19 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, tərəfindən cinayət hadisəsi nəticəsində vurmuş olduğu maddi ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-in 59.1.13-cü maddəsinə və törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 19 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-63/2022 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilməklə həbsdə saxlanılma müddətinin əvvəli 12 fevral 2022-ci il tarixdən hesablanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-250/2022 nömrəli qərarı ilə isə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək, məhkəmə iclas zalından həbsdən azad edilmiş və sonuncu 19 yanvar 2022-ci il tarixdən hazırkı vaxtadək şübhəli şəxs qismində tutulmaqla həbsdə və ev dustaqlığında saxlanılmışdır. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 19 yanvar 2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə və ev dutaqlığında saxlanıldığı 5 (beş) ay 25 (iyirmi beş) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və sonuncu barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Şahid1 tərəfindən Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə təqdim edilmiş iş üzrə Təqsirləndirilən şəxs1 məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti əks olunan “A-4” formatlı vərəqin arxa tərəfində əlyazma xətlə yazılmış “Mən Təqsirləndirilən şəxs1 özümə aid laqonda dirəl və dəmir lesaları satdım, imza Təqsirləndirilən şəxs1, 27.12.21” mətnli və digər Təqsirləndirilən şəxs2 məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti əks olunan “A-4” formatlı vərəqin arxa tərəfində əlyazma xətlə yazılmış “Mən Təqsirləndirilən şəxs2 özümə aid laqonda direl dəmir resalar satdım, imza Təqsirləndirilən şəxs2, 27.12.21” mətnli iki ədəd qəbzin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçilər tərəfindən təqdim edilmiş hesabatlardan görünür ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişlər. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1 təqsirləndirilən şəxslərin müdafiəçiləri qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli 19 yanvar 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 19 yanvar 2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə və ev dustaqlığında olduğu 5 (beş) ay 25 (iyirmi beş) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Şahid1 tərəfindən Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə təqdim edilmiş iş üzrə Təqsirləndirilən şəxs1 məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti əks olunan “A-4” formatlı vərəqin arxa tərəfində əlyazma xətlə yazılmış “Mən Təqsirləndirilən şəxs1 özümə aid laqonda dirəl və dəmir lesaları satdım, imza Təqsirləndirilən şəxs1, 27.12.21” mətnli və digər Təqsirləndirilən şəxs2 məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti əks olunan “A-4” formatlı vərəqin arxa tərəfində əlyazma xətlə yazılmış “Mən Təqsirləndirilən şəxs2 özümə aid laqonda direl dəmir resalar satdım, imza Təqsirləndirilən şəxs2, 27.12.21” mətnli iki ədəd qəbzin surəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar