Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-287/2024 24.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Abalət oğlunun, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri S.S.Axundov küçəsi ev 123-də qeydiyyatda olmaqla Abşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsi Qurtuluş 93 yaşayış massivi ev 92 mənzil 72 ünvanda yaşayan,barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs X2 2009-cu il buraxılışlı “Toyota Prius” markalı avtomobil alıb ölkə ərazisinə gətirəcəyini və həmin avtomobili adına qeydiyyatdan keçirməklə təhvil verəcəyini yalan vəd verərək aldatmaqla 17 dekabr 2022-ci il tarixdən 07 iyun 2023-cü il tarixədək olan müddət ərzində, o cümlədən Zərərçəkmiş şəxs 17 dekabr 2022-ci il tarixdə saat 14 radələrində sonuncunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mədən 3, Korpus 8 ünvanda yerləşən fərdi yaşayış evində 7800 manatı, Zərərçəkmiş şəxs 14 fevral 2023-cü il tarixdə yaşadığı evdən mobil tətbiq vasitəsi ilə özünə məxsus 4127 2081 1860 8800 nömrəli "xxxx" ASC-yə məxsus bank kartı hesabından ona məxsus 4127 2081 1972 4390 nömrəli "xxxx" ASC-yə məxsus bank kartı hesabına göndərmiş olduğu 250 manatı, 09 mart 2023-cü il tarixdə həmin ünvandan mobil tətbiq vasitəsi ilə özünə məxsus 4127 2044 4232 4511 nömrəli "xxxx" ASC-yə məxsus bank kartı hesabından həmin bank kartı heasabına göndərmiş olduğu 190 manatı, 11 mart 2023-cü il tarixdə həmin ünvandan mobil tətbiq vasitəsi ilə özünə məxsus 4127 2081 1860 8800 nömrəli "xxxx" ASC-yə məxsus bank kartı hesabından həmin bank kartı hesabına göndərmiş olduğu 199 manatı, Zərərçəkmiş şəxs 2023-cü ilin mart ayının sonlarında yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi İstiqlaliyyət küçəsi, Qurtuluş 93 yaşayış massivi, ev 92, mənzil 72 ünvanında 261 manatı və 06 iyun 2023-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs atası Şahid1 yaşadığı ünvan 2 ünvanda sonuncudan 1000 manatı alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 9.700 (doqquz min yeddi yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Toyota Pirius” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs kiçik yaşlarından tanımışdır. 297 saylı tam orta məktəbdə səkkizinci sinfə qədər Elgünlə birlikdə oxumuşdur. Onun Elgünlə yaxşı münasibəti olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. 2022-ci ilin noyabr ayında Elgün onun mobil telefonuna bir neçə ədəd minik avtomobillərinin fotoşəkilini göndərdikdən sonra ona zəng edərək həmin avtomobillərdən birini alıb taksi fəaliyyəti göstərmək istədiyini demiş və hansı avtomobilin məsləhətli olduğunu soruşmuşdur. O, həmin şəkillərə baxaraq “Nissan” və Volksvagen” markalı avtomobillər olduğunu görmüşdür. O, Elgünə taksi fəaliyyəti göstərmək üçün “Nissan” və Volksvagen” markalı avtomobillərin məsləhətli olmadığını, həmin avtomobillərin çox benzin sərf etdiyini demişdir. O, Elgünə taksi fəaliyyəti ilə məşğul olmaq üçün ən sərfəli avtomobilin “Toyota Pirius” markalı olduğunu demişdir. Elgün “Toyota Pirius” markalı avtomobil almaqda sonuncuya kömək etməsini xahiş etmişdir. O, Elgünə ucuz avtomobili yalnız ölkdə xaricindən, Amerikadan almağın mümkün olduğunu, bunun üçün ən azı 9000 manat pul verməsini demişdir. Elgün avtomobil almaq üçün ona 9000 manat pul verməyə razı olmuşdur. Elgün ona nağd pulunun olmadığını, kredit pul götürüb 9000 manat pul düzəltdikdən sonra ona məlumat verəcəyini demişdir. 2022-ci ilin dekabr ayının ortalarında Elgün istifadə etdiyi ***-***-**-** nömrəli telefonun “Vatsap” bölməsi ilə onun istifadə etdiyi ***-***-**-** nömrəli telefonun “Vatsap” bölməsinə yazaraq 7800 manat kredit pul götürdüyünü, avtomobil almaq üçün həmin pulu ona verəcəyini demişdir. Bundan sonra Elgün pulu götürmək üçün onu yaşadığı evə dəvət etmişdir. 17 dekabr 2022-ci il tarixdə günorta saatlarında o, arvadı Səkinə ilə birlikdə Elgünün yaşadığı Bakı şəhəri Binəqədi rayonu Mədən 3 Korpus 8 ünvanına getmişdir. O, Elgünə iki ay müddətində Amerikadan qara rəngli “Toyota Pirius” markalı avtomobil gətirəcəyini və sonuncuya təhvil verəcəyini demişdir. Bundan sonra Elgün yaşadığı evdə arvadı Səkinənin yanında ona 7800 manat pul vermişdir. O, pulu sayıb həqiqətən 7800 manat olduğunu görmüşdür. Bundan sonra o, Səkinə ilə birlikdə Elgünün evindən çıxaraq getmişdir. O, Elgünə qara rəngli “Toyota Pirius” markalı avtomobil almaq üçün internet sosial şəbəkəsinə girib avtomobil axtarmışdır. Lakin, o, Elgün üçün Amerikadan avtomobil ala bilməmişdir. O, Elgündən aldığı 780 manat pulu özünün və arvadı Səkinənin müalicəsinə xərcləmişdir. Belə ki, Səkinə böyrək çatışmamazlığı xəstəliyindən əziyyət çəkmişdir. O, Elgünün pulunun hamısını xərclədikdən sonra Səkinənin müalicəsi üçün ona yenə də pul lazım olmuşdur. Buna görə o, Elgünə yalan olaraq qara rəngli “Toyota Pirius” markalı avtomobil aldığını, avtombilin sənədləri və ölkəyə gətirilməsi üçün qalan pulu da verməsini demişdir. 2023-cü ilin yanvar və fevral aylarında Elgün ona məxsus 4127 2081 1972 4390 nömrəli bank kartına hissə-hissə olmaqla ümumilikdə 900 manat pul göndərmişdir. Bununla da, Elgün ona 8700 manat pul vermiş olmuşdur. O, həmin 900 manat pulu da arvadı Səkinənin müalicəsinə xərcləmişdir. 2023-cü ilin may ayının sonlarında o, Elgünə zəng edərək yalan olaraq sonuncuya avtomobilinin Azərbaycana gəldiyini və avtomobilin gömrükdə olduğunu demişdir. O, Elgünə gömrük sənədləşməsi üçün qalan 1000 manat pulu da verməsini demişdir. Elgün ona avtomobili dediyi vaxt gətirib təhvil vermədiyini, daha ona inanmadığını demişdir. O, Elgünün inanması üçün sonuncunun telefonuna “Toyota Pirius” markalı bir avtomobilin şəklini göndərmiş və avtomobilin gömrükdə olduğunu demişdir. Bundan sonra Elgün ona inanmış və ona 1000 manat pul verməyə razı olmuşdur. Elgün atası Abalətin evinə gəlməyini demişdir. 06 iyun 2023-cü il tarixdə günorta saatlarında o, arvadı Səkinə ilə birlikdə Elgünün atası Abalətin yaşadığı evə getmişdir. Həmin vaxt Abalət ona 1000 manat pul vermişdir. Abalət Səkinəyə 1000 manat pulu aldığını çəkməsini demişdir. Abalət ona 1000 manat pul verərkən Səkinə mobil telefon vasitəsi ilə video çəkmişdir. Sonra Səkinə həmin videonu Elgünün telefonuna da göndərmişdir. O, Elgün və Abalətdən pul almağı ilə bağlı əlyazma formasında qələmlə qeyd yazıb Abalətə vermişdir. O, yalan olaraq bir həftə müddətində avtomobili gömrükdən gətirib Elgünə təhvil verəcəyini demişdir. Pula ehtiyacı olduğu üçün o, Abalətin verdiyi pulu da xərcləmişdir. Elgün hər dəfə zəng edib ondan avtomobil barədə soruşduqda o, hər dəfə müxtəlif bəhanələr gətirib vaxtı uzatmışdır. Nəticədə Elgün onun barəsində 43-cü polis bölməsinə şikayət etmişdir. X3 aldadıb 9700 manat pulunu ələ keçirməkdə iştirak etməmişdir. O, Elgünü aldatmaq üçün Səkinə ilə əlbir olmamışdır. Səkinə Elgünü aldatdığını bilməmişdir. O, Elgündən 9700 manat pulu alarkən Səkinə Elgünə avtomobil alacağını yəqin etmişdir. Lakin, sonradan o, həmin pulu Səkinənin müalicəsinə xərclədiyi üçün Elgünə avtomobil ala bilməmişdir. Lakin, o, Elgündən aldığı pulu Səkinənin müalicəsinə xərclədiyini sonuncuya deməmişdir. Elgünün inanması üçün o, yalan olaraq “Toyota Pirius” markalı avtomobili qohumu Elşadın vasitəsi ilə Amerikadan gətirəcəyini bildirmişdir. O, həmin Elşad adlı şəxsi yalan olaraq özündən uydurmuşdur. Əslində isə onun Elşad adlı qohumu olmamışdır. O, Elgündən aldığı pulu hər hansı bir Elşad adlı şəxsə verməmiş, belə bir şəxslə danışmamışdır. Zərər çəkmiş şəxsdən aldığı pulları tam olaraq qaytarmışdır. Əməlindən peşmandır. Səmimi peşmançılığını, vurduğu ziyanı tamamilə ödəməsini nəzərə alıb ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs kiçik yaşlarından tanımışdır. Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuş, 297 saylı tam orta məktəbdə səkkizinci sinfə qədər birlikdə oxumuşdur. Onun Elmanla yaxşı münasibəti olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. 2022-ci il tarixdə o, bir minik avtomobili alıb Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmaq və ailəsini dolandırmaq qərarına gəlmişdir. 2022-ci ilin noyabr ayında o, turbo.az saytında satışda olan avtomobillərə baxmışdır. Elmanın avtomobildən anlayışı olduğu üçün o, avtomobil alarkən Elmanla məsləhətləşmək qərarına gəlmişdir. O, turbo.az saytında seçdiyi bir neçə ədəd minik avtomobillərinin fotoşəkilini Elmanın telefonuna göndərmişdir. O, Elmanın telefonuna zəng edərək həmin avtomobillərdən birini alıb taksi fəaliyyəti göstərmək istədiyini demiş və hansı avtomobilin məsləhətli olduğunu soruşmuşdur. Həmin avtomobillər “Nissan” və Volksvagen” markalı olmuşdur. Elman avtomobillərə baxdığını, taksi fəaliyyəti göstərmək üçün “Nissan” və Volksvagen” markalı avtomobillərin məsləhətli olmadığını, həmin avtomobillərin çox benzin sərf etdiyini demişdir. Elman razı olacağı halda Amerikadan ona “Toyota Pirius” markalı avtomobil gətizdirə biləcəyini, həmin avtomobilin sərfəli olduğunu demişdir. Elman ona “9000 manat pul verəssən, sənə 2007-ci ilin Toyota Piriusunu gətirəcəm” demişdir. O, Elmana həmin məbləğdə pulunun olmadığını demişdir. O, Elmana nağd pulunun olmadığını, əvvəlcədən bankdan yoxlatdırdığını və ona 7800 manat kredit pul verilməsinin mümkün olduğunu demişdir. Elman ona “eybi yox, sən 7800 manatı ver, maşını gətirim, işləyərsən yerdə qalan 1200 manatı sonra mənə verərsən” demişdir. O, Elmanla razılaşmışdır. 14 dekabr 2022-ci il tarixdə o, kredit pul götürmək üçün Azərbaycan Beynəlxalq Bankına müraciət etmiş və iki gün sonra o, həmin bankdan 7800 manat məbləğində kredit pul götürmüşdür. O, ***-***-**-** nömrəli telefonunun “Vatsap” bölməsi ilə Elmanın istifadə etdiyi ***-***-**-** nömrəli telefonun “Vatsap” bölməsinə yazaraq 7800 manat kredit pul götürməyi barədə sonuncuya məlumat vermişdir. O, Elmana arvadı Səkinəni də götürüb yaşadığı evə gəlməsini, avtomobilə görə sonuncuya 7800 manat pulu verəcəyini demişdir. 17 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Elman arvadı Səkinə ilə birlikdə onun yaşadığı evə gəlmişlər. O, evdə tək olmuş, başqa heç kim olmamışdır. Elman qohumu Elşad adlı şəxsin vasitəsi ilə ona avtomobil gətirəcəyini demişdir. Elman ona “Toyota Pirius” markalı avtomobil gətirəcəyini, həmin avtomobilin qara rəngli olduğunu demişdir. Elman ona “sən mənim qaqamsan, istəyirəm sənə yaxşı maşın gətizdirim, həmin maşın parkda yatmış maşındır” demişdir. O, Elmana inanmış və yaşadığı evdə Elmana 7800 manat pul vermişdir. Elman pulu sayıb həqiqətən 7800 manat olduğunu təsdiq etmişdir. Elman ona 2023-cü ilin mart ayının ilk həftəsinədək avtomobilinin gələcəyini və ona təhvil verəcəyini demişdir. Bundan sonra Elman və Səkinə yaşadığı evdən çıxıb getmişlər. 2023-cü ilin yanvar ayında Elman onun mobil telefonuna zəng edərək avtomobilinin qeydiyyat şəhadətnaməsi üçün Elşadın 650 manat pul istədiyini demiş və həmin məbləğ pulu ondan istəmişdir. O, 250 manat pul düzəltmişdir. 2023-cü ilin fevral ayının ortalarında xatırlamadığı gün o, yaşadığı evdə olarkən özünə məxsus 4127 2081 1860 8800 nömrəli ABB bank kartından mobil tətbiq vasitəsi ilə Elmana məxsus kart hesabına 250 manat pul göndərmişdir. 2023-cü ilin mart ayının əvvəlində xatırlamadığı gün o, yaşadığı evdə olarkən özünə məxsus 4127 2044 4232 4511 nömrəli ABB bank kartından mobil tətbiq vasitəsi ilə Elmana məxsus kart hesabına 190 manat, iki gün sonra isə 4127 2081 1860 8800 nömrəli ABB bank kartından Elmana məxsus bank kartına 199 manat pul göndərmişdir. 2023-cü ilin mart ayında Elman ona Elşadın gəmi vasitəsi ilə avtomobilini gətizdirdiyini, avtomobilinin Gürcüstan Respublikasının “Poti” limanında olduğunu demişdir. Elman ona avtomobilini həmin hava limanından gətizdirmək üçün yol xərcinin lazım olduğunu demiş, bunun üçün ondan 300 manat pul istəmişdir. 2023-cü ilin mart ayının sonlarında xatırlamadığı gün o, Abşeron rayonu Masazır qəsəbəsinə gedərək yaşadığı evdə Elmana 261 manat pul vermişdir. Bundan sonra o, mobil telefon vasitəsi ilə tez-tez Elmanla danışmış, eləcə də yaşadığı evə gedib Elmandan avtomobilinin gəlib-gəlmədiyini soruşmuşdur. Elman və Səkinə hər dəfə ona narahat olmamasını, avtomobilinin gələcəyini demişdir. 2023-cü ilin may ayının sonlarında Elman ona zəng edərək avtomobilinin Azərbaycana gəldiyini və avtomobilin gömrükdə olduğunu demişdir. Elman ona Elşadın gətirdiyi bütün avtomobillərə görə əlavə xərcinin çıxdığını, bu səbəbdən gətirdiyi hər bir avtomobilə görə 1000 manat pul istədiyini demiş və həmin məbləğ pulu verməsini demişdir. O, Elmana pulunun olmadığını, eləcə də sonuncuya inanmadığını demişdir. O, Elmana avtomobili gördükdən sonra adına keçirəcəyini, bundan sonra 1000 manat pul verəcəyini demişdir. O, Elmanla “Vatsap’la yazışarkən sonuncudan avtomobilinin Vin kodunu istəmişdir. Elman onun telefonuna Vin kod yazmış və onu inanmışdır. Bundan sonra o, Elmana 1000 manat pul verməyə razı olmuşdur. O, Elmana atası Abalətin yaşadığı evə gəlib 1000 manat pulu götürməsini demişdir. O, atası Abalətə Elmanın ona Amerikadan “Toyota Pirius” markalı avtomobil alması ilə bağlı 8700 manat pul verdiyini, Elmanın 1000 manat da istədiyini, həmin pulu Elmana onun iştirakı ilə verməsini, Elmanın avtomobil almasında daha məsuliyyətli olacağını demişdir. O, Elmana verməsi üçün özünə məxsus 1000 manat pulu atası Abalətə vermişdir. 06 iyun 2023-cü il tarixdə günorta saatlarında Elman arvadı Səkinə ilə birlikdə onun atası Abalətin yaşadığı ünvan 4 ünvanına gəlmişlər. Atası Abalət onun və Səkinənin yanında Elmana 1000 manat pul vermişdir. Səkinə mobil telefon vasitəsi ilə video çəkmiş, həmin videoçəkilişi onun telefonuna da göndərmişdir. Elman onlardan pul almağı ilə bağlı əlyazma formasında qələmlə qeyd yazıb atası Abalətə təqdim etmişdir. Elman bir həftə sonra avtombilinin ona təhvil veriləcəyini demişdir. Lakin, bir həftə keçsə də, avtomobil ona təhvil verilməmişdir. O, Elmandan avtomobili barədə soruşduqda sonuncu hər dəfə avtomobilin gələcəyini bildirib vaxtı uzatmış, nəticədə ona avtomobil təhvil verməmişdir. Elman onu aldadıb onun ümumilikdə 9700 manat pulunu ələ keçirmişdir. O, Elmanın onu aldatdığını görüb 43-cü polis bölməsinə ərizə yazmışdır. Səkinə onun Elman tərəfindən aldadılıb 9700 manat pulunun ələ keçirilməsində iştirak etməmiş, Səkinə ona hər hansı bir vəd verməmiş, ondan pul istəməmiş və ya almamışdır. Aldadılıb pulunun ələ keçirilməsində Səkinə Elmanla əlbir olmamış, Elmanın onu aldadıb pulunu ələ keçirməsindən Səkinənin xəbəri olmamışdır. Ona dəymiş ziyan tam olaraq qaytarılmışdır. Onlar barışmışlar. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında 23 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 36). Cinayət törətməkdə şübhəli olan şəxsin azad edilməsi haqqında 24 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Binəqədi RPİin MSY-dən azad edilmişdir (cild İ i.v 47-48). Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild İ i.v.105). Sübutların qiymətləndirilməsi haqqında 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi WhatsApp yazışmaları, bank və əlyazma sənədləri, səsyazı və videoçəkilişin olduğu bir ədəd “CD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v 158-159). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayətləri törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 163-164). Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbrinin seçilməsi barədə 19 fevral 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 177-178). Zərərçəkmiş şəxs Abalət oğlunun ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayətlərin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri, işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, vurulmuş ziyanı tam ödəməsini nəzərə alaraq, ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, hökmün icrası yaşayış yeri üzrə müvafiq Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı Abşeron rayonunun və Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı 1 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmalıdır. Məhkəmə maddi sübutların həlli ilə bağlı hesab edir ki, maddi sübut kimi tanınmış WhatsApp yazışmaları, bank və əlyazma sənədləri, səsyazı və videoçəkilişin olduğu bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı 1 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə (Abşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsi Qurtuluş 93 yaşayış massivi ev 92 mənzil 72-də) Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini (Abşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsi Qurtuluş 93 yaşayış massivi ev 92 mənzil 72) gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Abşeron rayonu və Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübutlar – WhatsApp yazışmaları, bank və əlyazma sənədləri, səsyazı və videoçəkilişin olduğu bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-287/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-287/2024
24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver