Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-287/2025 10.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, İmişli rayonu, T.İsmayılov küçəsi ev 57 ünvanda qeydiyyatda olmaqla ünvan 1ömrəsiz fərdi yaşayış evində kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,354 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, xx.xx.2024-cü il tarixdə, saat 21:00-da Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi döngə 18-də yerləşən Uğur marketin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonıı, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 22:40-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,354 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,361 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan göy rəngli şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, xx.xx.2024-cü il tarixdə, saat 20:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi döngə 18-in yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq Bakı şəhəri, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 21:35-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,361 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Binəqədi rayonu ərazisində kirayədə yaşayır. Onunla birlikdə əslən Lənkəran rayonundan olan bir oğlan da qalırdı. Həmin oğlan Meyvəli bazarında arabaçı kimi işləyirdi. Əməliyyatçılar onu axtarırdılar. Polis əməkdaşları onun ev yoldaşı üçün gəldikləri vaxt o evdə yatırdı. Oyandı ki, səs–küydür. Polis əməkdaşları ev yoldaşı ilə birlikdə onu da polis bölməsinə apardılar. Bölmədə ona narkotik vasitəni üzərinə götürməyini tələb etdilər. Fiziki olaraq ona zor tətbiq etməsələr də, başa salmışlar ki, bunu götürməlidir, az bir miqdardır, bir-iki günə buraxılacaq. Çıxış yolu görməyib onlarla razılaşmışdır. İki gün saxlanıldıqdan sonra onu sərbəst buraxdılar. Digər epizodda isə yolda tutulmuşdur. Hər iki epizodda da eyni hadisə olmuşdur, onun üzərində heç nə olmamışdır. Heç bir cinayət törətmədiyini nəzərə alıb, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Ona verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, evin ünvanını xatırlamır. Əvvələr narkotik vasitədən istifadə etsə də, artıq uzun müddət idi ki, narkotik vasitədən istifadə etmirdi. Hər iki epizodda üzərində telefon olmamışdır. Bir dəfə istifadə etmək üçün vermişdilər ki, analiz verən zaman aşkar olunsun. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Binəqədi rayon polis idarəsinin 40-cı Polis bölməsinin sahə inspektoru vəzifəsində çalışır, polis mayoru rütbəsini daşıyır. xx.xx.1990-cı il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, məhkum olunmuş, işləməyən, orta təhsilli, İmişli rayonu, İmişli şəhəri, T.İsmayılov küçəsi ev 57-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, H.Sultanov küçəsi nömrəsiz fərdi evdə kirayədə yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələrin və narkotik vasitələri əldə etmələri, üzərlərində saxlayaraq daşımaları və istifadələri ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olduğundan bölmə rəisinin xx.xx.2024-cü il tarixli əmri ilə o, və PB-nin əməliyyat müvəkkili Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri ilə birlikdə hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, 18-ci döngənin yaxınlığında piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılaraq xidmət etdikəri Polis bölməsinə gətirdilər. Bununla bağlı rəhbərliyə raportla müraciət edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması Polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nicat Rəfibəyliyə tapşırılmış, o və əməliyyat müvəkkili Şahid3 üzərində psixotrop maddələrin və narkotik vasitələr gəzdirməsində şübhəli bilinən Təqsirləndirilən şəxs ilə birlikdə təhqiqatçı Nicat Rəfibəylinin xidməti iş otağına keçmişlər. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkillə tanış olduqdan sonra, Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılması barədə qərar təqdim edildi. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə etirazı olmadığını bildirdi. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış olduqdan sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoydu. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansısa bir əşya və ya predmet aşkar edilmədi. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxsla aparılan sorğu zamanı o, üzərindən aşkar edilən bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu, həmin heroini xx.xx.2024cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, “Meyvəli” bazarın yaxınlığında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tərəzidə çəkildikdə çəkisinin 0,44 qram olması müəyyən edildi. Aşkar edilmiş büküm təhqiqatçı tərəfindən açıldı və içərisində açıq qəhvəyi rəngli kütlə narkotik vasitə heroinə bənzə maddə olduğu göründü. Aşkar edilərək götürülmüş 01 ədəd bükümdə narkotik vasitə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı və üzəri Azərbaycan Respublikası DİN-in «Zərfİər üçün» 234 nömrəli möhürü ilə möhürləndikdən sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalandı. Sonra bu barədə protokol tərtib edildi və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin sahə rəisi vəzifəsində çalışır, polis mayoru rütbəsini daşıyır. Təqsirləndirilən şəxs psixotrop maddələrin və narkotik vasitələri əldə etmələri, üzərlərində saxlayaraq daşımaları və istifadələri ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olduğundan bölmə rəisinin xx.xx.2024-cü il tarixli əmri ilə məndnə və PB CA üzrə əməliyyat müvəkkili X2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri ilə birlikdə hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi döngə 18- də yerləşən Uğur marketin yaxınlığında piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılaraq işlədikləri Polis bölməsinə gətirmişlər. Bununla bağlı rəhbərliyə raportla müraciət edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması Polis bölməsinin təhqiqatçısı, polis kapitanı Hacı Musayevə tapşırılmış, sahə inspektoru Anar İmanov üzərində psixotrop maddələrin və narkotik vasitələr gəzdirməsində şübhəli bilinən Təqsirləndirilən şəxs ilə birlikdə təhqiqatçı Hacı Musayevin xidməti iş otağına keçmişlər. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkillə tanış olduqdan sonra, Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılması barədə qərar təqdim edildi. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə etirazı olmadığını bildirdi. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış olduqdan sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoydu. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansısa bir əşya və ya predmet aşkar edilmədi. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxsla aparılan sorğu zamanı o, üzərindən aşkar edilən bükümün içərisindəkinin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə tərəzidə çəkildikdə çəkisinin 0,45 qram olması müəyyən edildi. Aşkar edilmiş büküm təhqiqatçı tərəfindən açıldı və içərisində ağ rəngli maddə kustalik üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzə maddə olduğu göründü. Aşkar edilərək götürülmüş 01 ədəd bükümdə narkotik vasitə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı və üzəri Azərbaycan Respublikası DİN-in «Zərflər üçün» 234 nömrəli möhürü ilə möhürləndikdən sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalandı. Sonra bu barədə protokol tərtib edildi və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-cı PB-nin C/A üzrə ə/m, polis baş leytenantı Şahid3 şahid qismində dindirilmiş Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, istintaqı aparılan ********* nömrəli cinayət işi, icraatında olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir (cild 1, i.v 56-57). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 78). xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddə və narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Şəffaf sellofana bükülmüş büküm açıldıqda ağ rəngli kristalşəkilli maddə aşkar edilmiş və psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildikdə həmin kütlənin çəkisi 0.45 qram olmuş, o, psixotrop maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd şeffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. DİN-in 243 nömrəli möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, i.v 89-90). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/2683 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №234” dairəvi möhür əksi, “imza Həsənov...” ad, soyad və imzalar qeyd edilmiş zərfdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,354 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ''Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı 1) daxildir. Tədqiqata sərf edildi 0.05 qram, qalıq 0.304 qram (cild 1, i.v 97-99). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v. 115). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o həmin tarixdə mühafizə altında saxlanıldığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 134-135). “Videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-in 40-cı PB-in təhqiqatçısı, polis kapitanı X9 barəsində axtarış və götürmə aparılan şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoyur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılır, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Şəffaf sellofana bükülmüş büküm açıldıqda bükümün içərisindən ağ rəngli kristal şəkilli kütlə aşkar edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildikdə həmin kütlənin çəkisi 0.45 qram olur. Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu, narkotik vasitəni xx.xx.2024-cü İl tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirir. Həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır. DİN-in 234 nömrəli möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanır. Bundan başqa videoçəkilişə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin çəkilişdə əksini tapmış xüsusatlar təhqiqatçı Hacı Musayev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokolda öz əksini tapmışdır (cild 1, i.v 142). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 3272 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MOP (+), MET (+), MTD (+), THC (+) aşkar olunmuşdur. Deməsinə görə, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Narkotik vasitələrə psixotrop maddələrə qarşı abstinensiya əlamətləri və pataloji meyl formalaşıb. Nəticədə, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v 210-211). “Əşyanın maddi sübut kimi tanınması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd kağız zərfdə qablaşdırılmış 01 ədəd bükümdə 0,354 qram psixotrop maddə metamfetamindən tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq qalmış 0,304 qram psixotrop maddə metamfetamin və 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq qalmış 0,304 qram psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş, 01 ədəd DVD disk məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək cinayət işi materiallarına əlavə edilərək saxlanılmışdır (cild 1, i.v 145-146). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 20). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddə və narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Şəffaf sellofana bükülmüş büküm açıldıqda qəhvəyi rəngli maddə aşkar edilmiş və narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdə həmin kütlənin çəkisi 0,44 qram olmuş, o, narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, “Meyvəli” bazarı adlanan yerdə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd şeffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. DİN-in 243 nömrəli möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, i.v 31-32). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3905 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №234” möhür əksi, “1) Şahid3 /imza/; 2) C.Rürbətov /imza/; 3) Təqsirləndirilən şəxs /imza/; 4) A.Yaqublu /imza/; 5) Rəfibəyli Nicat /imza/” yazıları olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,361 qram olan qəhvəyi rəngli maddə maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri"-in siyahısına (Siyahı 1) daxildir. Tədqiqata sərf edildi 0.05 qram, qalıq 0.311 qram (cild 1, i.v 44-46). Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir (cild 1, i.v 157-158). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o həmin tarixdə mühafizə altında saxlanıldığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 180-181). “Videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X4 barəsində axtarış və götürmə aparılan şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyam təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoyur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Şəffaf sellofana bükülmüş büküm açıldıqda toz şəkilli, qəhvəyi rəngli maddə aşkar edilmiş və narkotik vasitə heroinəə bənzər kütlə elektron tərəzidə çəkildikdə həmin kütlənin çəkisi 0.44 qram olmuş, o, narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, “Meyvəli” bazarı adlanan yerdə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd şeffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. DİN-in 234 nömrəli möhürü ilə möhürlənir. Bundan başqa videoçəkilişə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin çəkilişdə əksini tapmış xüsusatlar təhqiqatçı Nicat Rəfibəyli tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokolda öz əksini tapmışdır (cild 1, i.v 184). “Əşyanın maddi sübut kimi tanınması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd kağız zərfdə qablaşdırılmış 01 ədəd bükümdə 0,361 qram narkotik vasitə heroin tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq qalmış 0,311 qram narkotik vasitə heroin metamfetamin və 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq qalmış 0,311 qram narkotik vasitə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş, 01 ədəd DVD disk məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək cinayət işi materiallarına əlavə edilərək saxlanılmışdır (cild 1, i.v 187-188). Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən və İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 və 177.2.3-2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (cild 1, i.v.214-221). Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-287/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. Bakı Şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş Axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, Həsənov X5 rayonu, Xocəsən qəsəbəsində saxlanılaraq Binəqədi RPİ-nin MSY-ə təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs hər nə qədər özünü təqsirli bilməsə də, iş üzrə toplanmış sübutlar onun əleyhinə yönəlməklə, ittihamın əsaslı olduğunu təsdiqləmişdir. Belə ki, təqsirləndirilən şəxs birinci epizod üzrə guya yaşadığı evdən tutulduğunu bildirsə də, bu barədə heç bir sübut təqdim etməmiş, hətta həmin vaxt olduğu evin ünvanı belə dəqiq göstərməmişdir. Məhkəmə tərəfindən bu halın texniki imkanlarla (anten məlumatlarla) yoxlanılması ilə bağlı isə təqsirləndirilən şəxs bildirmişdir ki, həmin zaman üzərində mobil telefon olmamışdır. Belə olan halda da onun dediklərinin texniki vasitə ilə - mobil telefonun siqnalı ilə yoxlanılması mümkün olmamışdır. Əgər şəxs həqiqətən də evdə olsaydı, bu zaman mobil telefonun eyni məkanda olması labüddür və telefon siqnalı vasitəsilə həmin vaxt yerin müəyyənləşdirilməsi mümkün olardı. Bu da təqsirləndirilən şəxsin dediklərini sübuta yetirə biləcək yeganə texniki vasitənin də ortada olmaması deməkdir. Həmçinin, ümumiyyətlə təqsirləndirilən şəxs evdə olduğu zaman mobil telefonunun harada olduğunu, nə üçün üzərində (yanında) olmadığını izah edə bilməmişdir. Ona görə də təqsirləndirilən şəxsin bu iddiası məhkəmə tərəfindən inandırıcı hesab edilmir. Nəzərə alınmalıdır ki, müasir dövrdə mobil telefon şəxsin ayrılmaz gündəlik istifadəsində olan bir əşyadır və xüsusilə evdə olduğu halda onun yaxın məsafədə olmaması, üzərində daşınmaması real həyat təcrübəsinə tamamilə ziddir. Bundan başqa, təqsirləndirilən şəxs istintaq zamanı hər iki epizod üzrə təqsirini etiraf etmiş, lakin sonradan məhkəmə mərhələsində bu ifadələrinin guya təzyiq və qorxu ilə alınmasını, narkotik vasitələrin ona "boynuna qoyulduğunu" bildirmişdir. Lakin bu izahat məhkəmə tərəfindən həm sübutlarla təsdiqlənmədiyi, həm də müəyyənləşdirilmiş faktiki vəziyyətə və şəxsin təcrübəsinə zidd olduğu üçün inandırıcı sayılmır. Belə ki, təqsirləndirilən şəxs əvvəllər iki dəfə müxtəlif maddələrlə məhkum edilmiş, hüquqmühafizə orqanları və məhkəmə sistemi ilə praktiki təmas və təcrübəyə malik şəxs olmuşdur. Bu cür təcrübəli bir şəxsin guya təqsirin üzərinə qoyulmasına susması, hüquqlarından istifadə etməməsi və müdafiəçisinə məlumat vermədən könüllü etiraf etməsi məntiqlə uzlaşmır. Əgər həqiqətən birinci epizodda “boynuna qoyulma” baş vermişdisə, təcrübəli şəxs kimi o, artıq ikinci epizodda ehtiyatlı davranmalı, ən azı ikinci hadisəni etiraf etməməli idi. Əksinə, hər iki epizodda oxşar formada təqsirini könüllü etiraf etməsi, heç bir prosessual şikayət irəli sürməməsi, müdafiə hüququndan istifadə etməsinə maneə göstərilməməsi bu izahatın sonradan müdafiə taktikasına əsaslanan və məsuliyyətdən yayınmağa yönəlmiş uydurma iddia olduğunu göstərir. Ən vacib məqamlardan biri də odur ki, təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı bildirmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir, lakin artıq uzun müddətdir ki, istifadə etmir. Həmin bəyanat ekspertiza nəticələri ilə də uyğunluq təşkil edir və şəxsin narkotik vasitələrə qarşı asılılığının, psixi və fiziki meyilliliyinin olduğu təsdiqlənmişdir. Belə olan halda, şəxsin əvvəllər narkotik vasitə istifadəçisi olması, hal-hazırda isə istifadə etmədiyi barədə subyektiv bəyanatları onun üzərində narkotik vasitənin və psixotrop maddənin aşkar olunması faktını şərh etməklə məsuliyyətdən azad etmir. Əksinə, bu hallar birgə qiymətləndirildikdə göstərir ki, şəxsin maddə ilə davranışı təsadüfi deyil, əksinə, bu sahədə meyilliliyi olan bir şəxs kimi onun qanunla nəzərdə tutulmuş məsuliyyətə cəlb olunması tamamilə gözlənilən və qanunauyğun addımdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Nəticə etibarilə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi iş materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış Tələbnaməyə əsasən Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsaslanmaqla cinayətin təkrar törədilməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə belə qənaətə gəlir ki, yüngül və alternativ cəza tədbirləri təqsirləndirilən şəxs barəsində profilaktik və tərbiyəedici təsir gücünə malik olmayacaqdır. Ona görə də ona təqsirli bilindiyi Cinayət Məcəlləsinun 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, yuxarıda qeyd edilənlərlə yanaşı hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixdən 13 may 2024-cü il tarixədək, həmçinin 30 iyul 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət (4 gün) cəzasının müddətinə hesablanaraq üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 27 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 0,304 qram olan psixotrop maddə metamfetamin və 0,311 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu iki ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 125 (bir yüz iyirmi beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 40 (qırx) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Həmin Qərara edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixdən 13 may 2024-cü il tarixədək, həmçinin 30 iyul 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət (4 gün) cəzasının müddətinə hesablanaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 27 may 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar - Binəqədi RPİ-də saxlanılan 0,304 qram olan psixotrop maddə metamfetamin və 0,311 qram narkotik vasitə heroin məhv edilsin. İki ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 125 (bir yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X3, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 280 (iki yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-287/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-287/2025
10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver