Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-288/2020 15.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik ev 4, mənzil 7A-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx xxxxxx 2019-cu il tarixdə saat 18:30 radələrində Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən parkda Zərərçəkmiş şəxs ilə əvvəlcədən sonuncunun ona siqaret verməməsi səbəbindən yaranmış qərəzli münasibət zəminində mübahisə edərək başı ilə Zərərçəkmiş şəxs sol göz nahiyəsinə, dizi ilə qarın nahiyəsinə vuraraq ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan, burun sümüklərinin yerdəyişməyən sınığı ilə müşayiət olunan burun əsasının qançır-şişkinliyi və sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol üst və alt göz qapaqları və gözaltı nahiyənin qançırı xəsarətləri yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, adətən boş vaxtını Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən «Lokomotiv» idman cəmiyyətinin həyətində fəaliyyət göstərən eyni adlı çayxanada keçirir və o, iş üzrə Zərərçəkmiş şəxsla da orada tanış olmuşdur. xx.xx.2019-cu il tarixdə saat təxminən 17 radələrində həmin çayxananın yaxınlığında olarkən Turalla rastlaşaraq ondan siqaret istəmiş, sonuncu isə siqaretinin olmadığını deyərək ayrılıb getmişdir. xx.xx.2019-cu il tarixdə saat təxminən 18 radələrində o, qardaşı Vaqiflə birlikdə həmin çayxanada olan zaman o, yenə Turala yaxınlaşıb siqaret istəmiş, sonuncu yenə də, siqaretinin olmadığını demişdir. Tural həmin zaman ona guya dünən dalınca danışmasını deyib iradını bildirmiş və qoluna girərək söhbət etmək üçün çayxanadan çıxmağını istəmişdir. O, Turalla birlikdə çayxanadan çıxıb yaxınlıqdakı parka getmiş və orada onu küçə söyüşləri ilə söyüb təhqir etmişdir. Bu zaman Tural onu vurmaq istəmiş, o isə cəld hərəkət edib zərbədən yayınaraq yumruqla bir dəfə Turalın üz nahiyəsindən vurub sinəsindən itələmişdir. Bu zaman Vaqif və adının sonradan Emin olduğunu bildiyi şəxs qaçaraq onların yanına gəlmiş və onları aralamışlar. Hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Ona görə də, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd edilən halların nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında heç bir qərəzli münasibət, ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2019-cu il tarixdə saat təxminən 17 radələrində o, Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən «Lokomotiv» adlı çayxananın yaxınlığında olan zaman Əyyubla rastlaşmış və sonuncu ondan siqaret istəmiş, o isə siqareti olmadığını deyib mağazaya girmişdir. Mağazadan çıxandan sonra Əyyub təkrarən ondan siqaret istəmiş, o, bir daha sonuncuya siqaretinin olmadığını dedikdə Əyyub onu təhqir edərək çıxıb getmişdir. xx.xx.2019-cu il tarixdə saat təxminən 18 radələrində o, yenə də, «Lokmotiv» adlı çayxanada olan zaman Əyyub, qardaşı Vaqif və bir nəfər tanımadığı şəxslə ora gəlmişdir. Həmin zaman Əyyub ona yaxınlaşıb siqaret istəmiş və o, Əyyubun bu hərəkətini ona sataşması, onunla məzələnməsi kimi qəbul edərək siqareti olmadığını söyləmişdir. Bundan sonra Əyyub onu kənara çağırmış və ikisi birlikdə çayxananın yaxınlığında yerləşən parka gəlmişlər. Orada söhbət edən zaman Əyyub qəflətən başı ilə onun sol gözünün üstünə, ayağı ilə sinəsinə vurmuşdur. Bundan sonra Vaqiflə yanında olan şəxs araya girib Əyyubu saxlamışlar. Həmin zaman polis əməkdaşlarının gəlməsini görmüş və o, polis əməkdaşlarına baş vermiş hadisəni danışmışdır. Bundan sonra polis əməkdaşları onu və Əyyubu polis idarəsinə aparmış və o, orada ərizə və izahat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayəti, tələbi yoxdur. Ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Biləcəri XPŞ-nin PPXT-nin polis nəfəri Şahid2 ifadəsində göstətmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Biləcəri qəsəbəsi Meydan adlanan yerdə, Biləcəri dəmir yolu stansiyasının ərazisində xidmətdə olarkən Lokomotiv İdman cəmiyyətinin yaxınlığında yerləşən parkda bir nəfərin qışqırıq səsini eşidib ora gedərək sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs burnunun qanadığını, yanında olan bir nəfər şəxsin Zərərçəkmiş şəxs yardım göstərdiyini görmüşdür. O, Zərərçəkmiş şəxs nə baş verməsini soruşduqda sonuncu ona Əyyub adlı şəxsin onu vurduğunu demişdir. Bundan sonra o, həmin şəxsləri polis idarəsinə dəvət etmiş və Zərərçəkmiş şəxs orada ərizə və izahat yazmışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 və Hüseynzadə Emin Rövşən oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli qərardan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən ictimai yer hesab edilən istirahət parkında Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun ona siqaret verməməsi səbəbindən mübahisə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək başı ilə qəsdən Zərərçəkmiş şəxs sol göz nahiyəsinə vuraraq burun sümüklərinin yerdəyişməyən sınığı ilə müşayiət olunan burun əsasının qançır-şişkinliyi və sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol üst və alt göz qapaqları və gözaltı nahiyənin qançırı xəsarətləri yetirərək onun sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq etməsi faktına görə CM-in 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Lokomotiv İdman cəmiyyətinin yaxınlığındakı parkda baş vermişdir. xx.xx.2019-cu il tarixli, 2427 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər -burun sümüklərinin yerdəyişməyən sınığı ilə müşayiət olunan burun əsasının qançır-şişkinliyi və sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol üst və alt göz qapaqları və gözaltı nahiyyənin qançırı bərk kü əşyanın təsirindən müayinədən bir günə qədər əmələ gəlmişdirlər, dərəcələrinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə kəllə ilə və təpiklə vurulan zərbələr nəticəsində əmələ gələ bilər. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona xx.xx.2020-cil tarixdə CMin 221.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 22.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CMin 128-ci maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadəsini dinləyib, cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 25 (iyirimi beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 (iyirimi beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirimi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 25 (iyirimi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-288/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-288/2020
15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver