Məhkəmə qərarları › İş №1(001)-288/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-288/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-288/2022 27.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, təhsilsiz, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, yeni yaşayış massivində, fərdi evdə kirayədə yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə xx.xx.2001-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, təhsilsiz, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, yeni yaşayış massivində, fərdi evdə kirayədə yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və digər şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, mağazaya qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişlər. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və digəri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya əsasən 19 noyabr 2021-cı il tarixdə, saat 04:00-da Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi 19 ünvanında yerləşən «Ətir, bijuteriya və mobil telefon aksesuarları» mağazasının qarşısına gəlib orada digər şəxs kənar şəxslərin gəlişini xəbərdar etmək üçün pusquda dayanmış, Təqsirləndirilən şəxs1 mağazanın plastikdən olan giriş qapısının kilidini üzərində olan vintaçanla açmış, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə birlikdə mağazaya qanunsuz daxil olduqdan sonra mağazanın içərisində olan rəfin üstündən 02 ədəd - 10.0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, 8,61 qram çəkidə sarı-gümüşü rəngli metaldan üzük, 02 ədəd 8.0 manat, dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, 5,61 qram çəkidə sarırəngli metaldan üzük, 01 ədəd 5,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 10,99 qram çəkidə gümüşü rəngli metaldan üzərində qəhvəyi rəngli qaş olan üzük, 01 ədəd 5,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 8,31 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli qaş olan üzük, 01 ədəd 4,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 4,39 qram çəkidə qara rəngli metaldan üzərində zəhcir toxunuşlu elementi olan üzük, 01 ədəd 5,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 5,04 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ şəffaf rəngli qaşları olan üzük, 01 ədəd 1,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, 2,10 qram çəkidə sarı rəngli metaldan sırğa tayı, 02 ədəd 8,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, 4,18 qram çəkidə gümüşü rəngli metaldan naxışlı üzük, 02 ədəd 8,0 manat dəyərində metalıdəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 16,23 qram çəkidə üzərində müxtəlif rəngli qaşları olan sarı rəngli metaldan olan üzük, 02 ədəd 10,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 21,30 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli daşları olan üzük, 02 ədəd 10,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 14,34 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ şəffaf rəngli qaşları olan üzük 02 ədəd 8,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, 14,15 qram çəkidə gümüşü rəngli metaldan üzərində ulduz formalı elementləri olan üzük 02 ədəd 8,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, 8,93 qram çəkidə sarı rəngli metaldan üzük, 01 ədəd 5,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 8,14 qram çəkidə gümüşü rəngli metaldan üzərində yaşıl rəngli daş olan üzük, 01 ədəd 4,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, 12,36 qram çəkidə sarı rəngli metaldan üzərində qırmızırəngli hissəsi olan üzük, 01 ədəd 4,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 7,14 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ və qara şəffaf rəngli qaşları olan ikili üzük, 01 ədəd 2,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, 5,12 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli hissəsi olan üzük, 02 ədəd 6,0 manat dəyərində 2,48 qram çəkidə yaşıl və ağ rəngli qeyri metaldan üzük, 01 ədəd istifadə edilmiş ehtiyyat hissəsi kimi 20 manat dəyərində Çin istehsalı “Samsung” markalı “ SM- G355H/DS” modelli mobil telefon, 01 ədəd istifadə edilmiş ehtiyyat hissəsi kimi 25 manat dəyərində “Samsung” markalı, “SM-J320F/DS modelli mobil telefon, 01 ədəd istifadə edilmiş, ehtiyyat hissəsi kimi 25 manat dəyərində “Xiaomi Redmi” markalı “M1903C3EG” modelli mobil telefon, 01 ədəd istifadə edilməmiş 7 manat dəyərində üzərində “Rolex” yazısı olan qızılı rəngdə qol saatı 01 ədəd istifadə edilməmiş 6 manat dəyərində üzərində “Ulysse Nardin” yazısı olan gümüşü rəngdə qol saatı, 04 ədəd istifadə edilməmiş bir ədədinin qiyməti 3 manat olmaqla ümumilikdə 12 manat dəyərində “AUX” başlıqlı naqillər, 01 ədəd istifadə edilməmiş 5 manat dəyərində ağ rəngli, Çin istehsallı, üzərində “EP- TA600” yazısı olan adapter başlığı, 01 ədəd istifadə edilməmiş, 5 manat dəyərində Çin istehsalı qara rəngli üzərində “CY-2020” yazısı olan adapter, 04 ədəd istifadə edilməmiş bir ədədinin qiyməti 5 manat olmaqla ümumilikdə 20 manat dəyərində “USB” başlıqlı naqillər ( göy və qara rəngli), 04 ədəd istifadə edilməmiş bir ədədinin qiyməti 3 manat olmaqla ümumilikdə 12 manat dəyərində “USB” başlıqlı naqillər, 02 ədəd istifadə edilməmiş bir ədədinin qiyməti 6 manat olmaqla ümumilikdə 12 manat dəyərində gümüşü rəngli qol saatı kəmərləri, 02 ədəd istifadə edilməmiş bir ədədinin qiyməti 5 manat olmaqla ümumilikdə 10 manat dəyərində qızılı rəngli qol saatı kəmərləri, 01 ədəd istifadə edilməmiş 1 manat dəyərində sarı rəngli qol saatı kəməri, 1700 ədəd istifadə edilməmiş bir ədədinin qiyməti 0.05 qəpik olmaqla ümumilikdə 85 manat dəyərində üzərində hərfləri olan aksessuarları (muncuqları) və 01 ədəd 120 manat dəyərində istifadə edilmiş vəziyyətdə, mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarları olmayan “Huawey P smart 2019” markalı mobil telefonu gizli olaraq talamaqla oradan birlikdə uzaqlaşaraq nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 476 manat məbləğində ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, 19 noyabr 2021-ci il tarixdə, saat 03:00-da o qohumları Təqsirləndirilən şəxs2 və X5 ilə birlikdə tullantı dəmir və sellofan yığmaq üçün getmişlər. Lakin heç bir metal tullantıları tapa bilmədikləri üçün və üzərlərində pul olmadığından mağazalardan birinə girib oğurluq etmək qərarına gəlmişlər. Onlar saat 04:00 radələrində gəzə-gəzə ünvan 3 ünvanında yerləşən «Ətir, Bijuteriya və mobil telefon aksesuarları» satılan mağazanın yanından keçərkən həmin mağazanın giriş qapısının plastikdən olduğunu görüb həmin mağazadan oğurluq etmək qərarına gəlmişlər. Onlar öz aralarında belə qərara gəlmişlər ki, onunla İsmayıl mağazaya daxil olacaq, Mehrac isə mağazanın qarşısında dayanaraq gəlib gedən olsa xəbər verəcəkdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 telefon mağazası ilə üzbəüz yerləşən hasarda olan işığı onları görən olmasın deyə sındırmışdır. Bundan sonra o, üzərində olan vintaçanı mağazanın giriş qapısının plastikdən olan qapısının arasına salaraq dartıb qapını açmışdır. Bundan sonra o İsmayılla birlikdə mağazaya daxil olmuşlar. Onlar birlikdə mağazanın içərisində pul axtarsalar da tapa bilməmiş və orada olan bijuteriya əşyaları, 04 ədəd mobil telefon, adaptor, USB naqilləri götürərək tez mağazadan bayıra çıxıb və tez oradan uzaqlaşıb yaşadıqları evə gəlmişlər. Evdə onlar mağazadan oğurladıqları əşyaları aralarında bölmüşlər, lakin satmaq niyyətləri olmamışdır. 24 noyabr 2021-ci il tarixdə, saat 11 radələrində o qohumu Təqsirləndirilən şəxs2la birlikdə yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsi yeni yaşayış massivində olarkən onlara iki nəfər polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etdikdən sonra oğurluqda şübhəli olduqlarını və onlarla birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nə getmələrini bildirmişlər. Onlar da heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə PB-nə getmişlər. Orada etdikləri oğurluq cinayət əməlini səmimi etiraf etmiş və izahat vermişlər. Həmçinin mağazadan oğurladıqları əşyaları polis əməkdaşlarına təqdim etmişlər. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, zərər çəkmiş şəxslə barışıq əldə edilməsinin, himayəsində az yaşlı uşaqlarının olmasının nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, 19 noyabr 2021-ci il tarixdə, saat 03:00 radələrində qohumları Təqsirləndirilən şəxs1 və X5 ilə birlikdə tullantı dəmir və sellofan yığmaq üçün getmişlər. Lakin heç bir metal tullantıları tapa bilməmiş və pul olmadığından mağazalardan birinə girib oğurluq etmək qərarına gəlmişlər. Onlar saat 04:00 radələrində gəzə-gəzə ünvan 4 ünvanında yerləşən «Ətir, Bijuteriya və mobil telefon aksesuarları» satılan mağazanın yanından keçərkən həmin mağazanın giriş qapısının plastikdən olduğunu görüb həmin mağazadan oğurluq etmək qərarına gəlmişlər. Onlar öz aralarında belə qərara gəlmişlər ki, onunla Asəf mağazaya daxil olacaq, Mehrac isə mağazanın qarşısında dayanaraq gəlib gedən olsa xəbər verməli idi. Həmin vaxt o telefon mağazası ilə üzbə-üz yerləşən hasarda olan işığı görən olmasın deyə sındırmışdır. Bundan sonra Asəf üzərində olan vintaçanı mağazanın giriş qapısının plastikdən olan qapısının arasına salaraq dartıb qapını açmışdır. Bundan sonra o Asəflə birlikdə mağazaya daxil olmuşdur. Onlar birlikdə mağazanın içərisində pul axtarsalar da tapa bilməmiş və orada olan bijuteriya əşyaları, 04 ədəd mobil telefon, adaptor, USB naqilləri götürərək tez mağazadan bayıra çıxmış və tez oradan uzaqlaşıb yaşadıqları evə gəlmişlər. Evdə onlar mağazadan oğurladıqları əşyaları aralarında bölmüş, lakin satmaq niyyətləri olmamışdır. 24 noyabr 2021-ci il tarixdə, saat 11 radələrində o qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsi yeni yaşayış massivində olarkən iki nəfər polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etdikdən sonra oğurluqda şübhəli olduqlarını və onlarla birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nə getmələrini bildirmişlər. Onlar da heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə PB-nə getmişlər. Orada etdikləri oğurluq cinayət əməlini səmimi etiraf etmiş və izahat vermişlər. Həmçinin mağazadan oğurladıqları əşyaları polis əməkdaşlarına təqdim etmişlər. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, zərər çəkmiş şəxslə barışıq əldə edilməsinin, himayəsində az yaşlı uşaqlarının olmasının nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı evin qarşısında yəni, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi 19 ünvanında «Ətir, Bijuteriya və mobil telefon aksesuarları» mağazasını işlədir. 19 noyabr 2021-ci il tarixdə o, həmişəki kimi saat 08:30-da gəlib mağazanı açmaq istərkən, mağazanın plastikdən olan giriş qapısının açıq olduğunu aşkar etmişdir. O mağazanın içərisinə daxil olub baxarkən oradan 1 ədəd «Redmi 7» markalı, 2 ədəd «Samsung» markalı, 1 ədəd «Huawey P smart 2019» markalı mobil telefonların, telefon aksesuarlarının, bijuteriyaların, qol saatlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Bundan sonra o DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Təxminən bir neçə dəqiqədən sonra Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları işlətdiyi mağazaya gələrək hadisəni sənədləşdirmişlər. Hadisə nəticəsində ona ümumilikdə 500 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənildiyidən təqsirləndirilən şəxslərə heç bir şikayət və tələbləri yoxdur. Odur ki, təqsirləndirilən şəxslər barəsində qanunvericilik çərçivəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CMin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2021-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 19 noyabr 2021-ci il tarixdə olan oğurluq hadisəsi Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi 19 ünvanında «Ətir, Bijuteriya və mobil telefon aksesuarları» mağazasında baş vermişdir. (İ cild, i.v. 6-12) xx.xx.2021-ci il tarixli əşyanın könüllü təqdim edilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanda yerləşən «Ətir, bijuteriya və mobil telefon aksesuarları» mağazasından oğurluq yolu ilə ələ keçirdikləri 1 ədəd «Redmi 7» markalı, 2 ədəd «Samsung» markalı mobil telefonları, 12 ədəd telefon üçün USB naqilləri, 2 ədəd kişi qol saatı, 4 ədəd saat qolbaqları, 1 ədəd adaptor, 1 ədəd adaptor başlığı, 10 ədəd bijuteriya qadın üzüyü, 15 ədəd bijuteriya kişi üzüyü, 1 sellofan torbada üzərində hərflər olan aksesuarları könüllü olaraq təhvil vermişdir. (İ cild, i.v. 24-25) xx.xx.2021-ci il tarixli maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş vət.Zərərçəkmiş şəxs ona təqdim olunmuş 1 ədəd «Redmi 7» markalı, 2 ədəd «Samsung» markalı mobil telefonları, 12 ədəd telefon üçün USB naqilləri, 2 ədəd kişi qol saatı, 4 ədəd saat qolbaqları, 1 ədəd adaptor, 1 ədəd adaptor başlığı, 10 ədəd bijuteriya qadın üzüyü, 15 ədəd bijuteriya kişi üzüyü, 1 sellofan torbada üzərində hərflər olan aksesuarları tanıyaraq ona məxsus ünvan 5 ünvanda yerləşən «Ətir, bijuteriya və mobil telefon aksesuarları» mağazasından oğurlanmış əşyalar olmasını bildirmişdir. (İ cild, i.v. 45-46) xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 59) xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 81) xx.xx.2021-ci il tarixli ifadənin yerində yoxlanması protokolundan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsini hadisə yerində təsdiq edərək oğurluq etdiyi ünvan 5 ünvanda yerləşən «Ətir, bijuteriya və mobil telefon aksesuarları» mağazasını əyani surətdə göstərmişdir. (İ cild, i.v. 92-95) xx.xx.2021-ci il tarixli ifadənin yerində yoxlanması protokolundan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsini hadisə yerində təsdiq edərək oğurluq etdiyi ünvan 5 ünvanda yerləşən «Ətir, bijuteriya və mobil telefon aksesuarları» mağazasını əyani surətdə göstərmişdir. (İ cild, i.v. 96-98) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 100- 101) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin təmin edilməsindən imtina edilmiş, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. (İ cild, i.v. 118-120) xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 123-124) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 128- 129) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin təmin edilməsindən imtina edilmiş, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. (İ cild, i.v. 146-151) xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 152-153) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 6/5445-9/8908 saylı məhkəmə - əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2021-ci ilin noyabr ayına olan pərakəndə satış qiyməti ilə ekspertiza tədqiqatına təqdim edilən -02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 8,61 qram çəkidə sarı-gümüşü rəngli metaldan üzük- 10.0 manat, -02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 5,61 qram çəkidə sarırəngli metaldan üzük- 8.0 manat, -01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 10,99 qram çəkidə gümüşü rəngli metaldan üzərində qəhvəyi rəngli qaş olan üzük 5,0 manat, -01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 8,31 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli qaş olan üzük 5,0 manat, -01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 4,39 qram çəkidə qara rəngli metaldan üzərində zəhcir toxunuşlu elementi olan üzük 4,0 manat, -01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 5,04 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ şəffaf rəngli qaşları olan üzük 5,0 manat, - 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 2,10 qram çəkidə sarı rəngli metaldan sırğa tayı 1,0 manat, -02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 4,18 qram çəkidə gümüşü rəngli metaldan naxışlı üzük 8,0 manat, -02 ədəd metalıdəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 16,23 qram çəkidə üzərində müxtəlif rəngli qaşları olan sarı rəngli metaldan olan üzük 8,0 manat, -02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 21,30 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli daşları olan üzük 10,0 manat, -02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 14,34 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ şəffaf rəngli qaşları olan üzük 10,0 manat, -02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 14,15 qram çəkidə gümüşü rəngli metaldan üzərində ulduz formalı elementləri olan üzük 8,0 manat, -02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 8,93 qram çəkidə sarı rəngli metaldan üzük 8,0 manat, -01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 8,14 qram çəkidə gümüşü rəngli metaldan üzərində yaşıl rəngli daş olan üzük 5,0 manat, -01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 12,36 qram çəkidə sarı rəngli metaldan üzərində qırmızı rəngli hissəsi olan üzük 4,0 manat, -01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 7,14 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ və qara şəffaf rəngli qaşları olan ikili üzük 4,0 manat, -01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 5,12 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli hissəsi olan üzük 2,0 manat, -02 ədəd 2,48 qram çəkidə yaşıl və ağ rəngli qeyri metaldan üzük 6,0 manat qitmətləndirilir. Tədqiqata təqdim edilmiş məmulatların metalı dəmir əsaslı ərintidən və qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, ümumi çəkiləri 159,45 qramdır, məmulatların bəziləri üzərində olan daş-qaşlar qiymətli daş-qaşlara aid deyil. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən təqdim edilmiş məmulatların 2021-ci ilin noyabr ayına olan pərakəndə satış qiyməti ilə ümumi dəyəri təxminən 111,0 manat müəyyən edilir. (İ cild, i.v. 171-174) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə X3 barəsində ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. (İ cild, i.v. 180) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/8933-5/1378 saylı məhkəmə - əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ekspertiza tədqiqatına təqdim edilən -01 ədəd istifadə edilmiş Çin istehsalı “Samsung” markalı “ SM-G355H/DS” modelli mobil telefon ehtiyyat hissəsi kimi 20 manat, -01 ədəd istifadə edilmiş “Samsung” markalı, “SM-J320F/DS modelli mobil telefon ehtiyyat hissəsi kimi 25 manat, -01 ədəd istifadə edilmiş, “Xiaomi Redmi” markalı “M1903C3EG” modelli mobil telefon ehtiyyat hissəsi kimi 25 manat, -01 ədəd istifadə edilməmiş üzərində “Rolex” yazısı olan qızılı rəngdə qol saatı 7 manat, -01 ədəd istifadə edilməmiş üzərində “Ulysse Nardin” yazısı olan gümüşü rəngdə qol saatı 6 manat, -04 ədəd istifadə edilməmiş “AUX” başlıqlı naqillər bir ədədinin qiyməti 3 manat olmaqla ümumilikdə 12 manat, -01 ədəd istifadə edilməmiş ağ rəngli, Çin istehsallı, üzərində “EP-TA600” yazısı olan adapter başlığı 5 manat, -01 ədəd istifadə edilməmiş, Çin istehsalı qara rəngli üzərində “CY-2020” yazısı olan adapter 5 manat, -04 ədəd istifadə edilməmiş “USB” başlıqlı naqillər ( göy və qara rəngli) bir ədədinin qiyməti 5 manat olmaqla ümumilikdə 20 manat, -04 ədəd istifadə edilməmiş “USB” başlıqlı naqillər bir ədədinin qiyməti 3 manat olmaqla ümumilikdə 12 manat -02 ədəd istifadə edilməmiş gümüşü rəngli qol saatı kəmərləri bir ədədinin qiyməti 6 manat olmaqla ümumilikdə 12 manat, -02 ədəd istifadə edilməmiş qızılı rəngli qol saatı kəmərləri bir ədədinin qiyməti 5 manat olmaqla ümumilikdə 10 manat, -01 ədəd istifadə edilməmiş sarı rəngli qol saatı kəməri 1 manat, -1700 ədəd istifadə edilməmiş üzərində hərfləri olan aksessuarlar (muncuqlar) bir ədədinin qiyməti 0.05 qəpik olmaqla ümumilikdə 85 manat olaraq müəyyən edilir. Ümumilikdə qiymətləri 245,00 manatdır. -01 ədəd istifadə edilmiş vəziyyətdə “Huawey P smart 2019” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla qiyməti nəzəri qaydada hesablanmaqla 120 manat müəyyən edilir.

1. Təqdim edilmiş bir ədəd arxa məlumat lövhəsinə görə Samsung markalı “ SM- G355H/DS” modelli, bir ədəd arxa məlumat lövhəsinə görə Samsung markalı SM- J320F/DS modelli və bir ədəd arxa məlumat lövhəsinə görə “Xiaomi Redmi” markalı “M1903C3EG” modelli mobil smartfon hal-hazırda işlək vəziyyətdə olmayıb, istifadəyə yararlı deyildirlər. Təqdim edilmiş səkkiz ədəd “USB” başlıqlı naqil, bir ədəd ağ rəngli adapter başlığı və bir ədəd qara rəngli “CY-2020” modelli adapter hal-hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdırlar.

2. Aparılmış sənədlərin texniki ekspertizasının tədqiqatının nəticələri nəzərə alınmaqla və tədqiqata təqdim edilmiş 14 adda malların 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 245,00 manat müəyyən olunur. -analoji mallara müvafiq olaraq tədqiqata təqdim edilməyən bir ədəd “Huawey P smart 2019” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 120,00 manat müəyyən edilir.(İ cild, i.v. 185-187) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən və hökmdən görünür ki, X1 dəfə Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə xx.xx.2015-ci il tarixli hökmdən 177.2.4-cü maddə xaric edilməklə CM-in 170.1 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (İ cild, i.v. 190-191, 244-261) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1994-cü il təvəllüdlü X6 tutularaq Binəqədi RPİ-nin İŞ-nə təhvil verilmişdir. (İ cild, i.v. 195) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnərək, icraata qəbul edilmişdir. (İ cild, i.v. 197) xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanması protokolundan və fotoşəkillərdən görünür ki, X6 ifadəsini hadisə yerində təsdiq edərək oğurluq etdiyi ünvan 5 ünvanda yerləşən «Ətir, bijuteriya və mobil telefon aksesuarları» mağazasını əyani surətdə göstərmişdir. (İ cild, i.v. 202-203) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 214-216) xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki təqsirləndirilən şəxs X6 barəsində istintaq müddətinin sonunadək həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, Binəqədi RPİ-nin MSY-dən azad edilmiş və sonuncu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 233-236) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 241) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 242) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə bir sıra istintaq materiallarında Təqsirləndirilən şəxs1 adı Asif kimi qeyd edilsə də, onun doğum haqqında şəhadətnaməsinə uyğun olaraq adı Təqsirləndirilən şəxs1 kimi qeyd edilmişdir. (İİ cild, i.v. 1-10) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş yeni məzmunda ittiham elan edilmişdir. (İİ cild, i.v. 13-15) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş yeni məzmunda ittiham elan edilmişdir. (İİ cild, i.v. 24-26) xx.xx.2022-ci il tarixli qərardan və xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, istintaqa təhvil verilməklə müvafiq rəyləri alınaraq dəyərləri müəyyən edilmiş 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 8,61 qram çəkidə sarı-gümüşü rəngli metaldan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 5,61 qram çəkidə sarırəngli metaldan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 10,99 qram çəkidə gümüşü rəngli metaldan üzərində qəhvəyi rəngli qaş olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 8,31 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli qaş olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 4,39 qram çəkidə qara rəngli metaldan üzərində zəhcir toxunuşlu elementi olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 5,04 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ şəffaf rəngli qaşları olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 2,10 qram çəkidə sarı rəngli metaldan sırğa tayı, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 4,18 qram çəkidə gümüşü rəngli metaldan naxışlı üzük,02 ədəd metalıdəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 16,23 qram çəkidə üzərində müxtəlif rəngli qaşları olan sarı rəngli metaldan olan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 21,30 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli daşları olan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 14,34 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ şəffaf rəngli qaşları olan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 14,15 qram çəkidə gümüşü rəngli metaldan üzərində ulduz formalı elementləri olan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 8,93 qram çəkidə sarı rəngli metaldan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 8,14 qram çəkidə gümüşü rəngli metaldan üzərində yaşıl rəngli daş olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 12,36 qram çəkidə sarı rəngli metaldan üzərində qırmızırəngli hissəsi olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 7,14 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ və qara şəffaf rəngli qaşları olan ikili üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 5,12 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli hissəsi olan üzük, 02 ədəd 2,48 qram çəkidə yaşıl və ağ rəngli qeyri metaldan üzük, 01 ədəd istifadə edilmiş Çin istehsalı “Samsung” markalı “ SM-G355H/DS” modelli mobil telefon ehtiyyat hissəsi, 01 ədəd istifadə edilmiş “Samsung” markalı, “SM-J320F/DS modelli mobil telefon ehtiyyat hissəsi kimi, 01 ədəd istifadə edilmiş, “Xiaomi Redmi” markalı “M1903C3EG” modelli mobil telefon ehtiyyat hissəsi kimi, 01 ədəd istifadə edilməmiş üzərində “Rolex” yazısı olan qızılı rəngdə qol saatı, 01 ədəd istifadə edilməmiş üzərində “Ulysse Nardin” yazısı olan gümüşü rəngdə qol saatı, 04 ədəd istifadə edilməmiş “AUX” başlıqlı naqillər, 01 ədəd istifadə edilməmiş ağ rəngli, Çin istehsallı, üzərində “EP- TA600” yazısı olan adapter başlığı, 01 ədəd istifadə edilməmiş, Çin istehsalı qara rəngli üzərində “CY-2020” yazısı olan adapter, 04 ədəd istifadə edilməmiş “USB” başlıqlı naqillər ( göy və qara rəngli), 04 ədəd istifadə edilməmiş “USB” başlıqlı naqillər 02 ədəd istifadə edilməmiş gümüşü rəngli qol saatı kəmərləri, 02 ədəd istifadə edilməmiş qızılı rəngli qol saatı kəmərləri, 01 ədəd istifadə edilməmiş sarı rəngli qol saatı kəməri, 1700 ədəd istifadə edilməmiş üzərində hərfləri olan aksessuarlar (muncuqlar) cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün Zərərçəkmiş şəxs verilmişdir. (İİ cild, i.v. 1-10, 43-44) Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022,xx.xx.2022-ci il tarixli qərarları ilə X6 barəsində məcburi gətirmə barədə qərar qəbul olunmuşdur. Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X3 ünvanı dəqiq göstərilmədiyindən və göstərilən əlaqə nömrəsinə zəng çatmadığından həmin şəxsin yerini müəyyən edib məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 1(001)- 288/2022 saylı qərarı ilə X3 barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X6 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinin icraatından, X6 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi ayrılmış və həmin iş üzrə icraat dayandırılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, eləcə də rəylər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.3cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in CM-nin 59.1.13, 59.2-ci maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, təqsirini səmimi etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, cəzasını ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, onun ilk dəfə az ağır cinayət əməli törətməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini nəzərə alaraq, ona təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və üzərinə yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi yeni yaşayış massivində, fərdi evdə yerləşən ünvanını axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in CM-nin 59.1.13, 59.2-ci maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, təqsirini səmimi etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, cəzasını ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, onun ilk dəfə az ağır cinayət əməli törətməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini nəzərə alaraq, ona təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və üzərinə yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi yeni yaşayış massivində, fərdi evdə yerləşən ünvanını axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 8,61 qram çəkidə sarı-gümüşü rəngli metaldan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 5,61 qram çəkidə sarırəngli metaldan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 10,99 qram çəkidə gümüşü rəngli metaldan üzərində qəhvəyi rəngli qaş olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 8,31 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli qaş olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 4,39 qram çəkidə qara rəngli metaldan üzərində zəhcir toxunuşlu elementi olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 5,04 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ şəffaf rəngli qaşları olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 2,10 qram çəkidə sarı rəngli metaldan sırğa tayı, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 4,18 qram çəkidə gümüşü rəngli metaldan naxışlı üzük,02 ədəd metalıdəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 16,23 qram çəkidə üzərində müxtəlif rəngli qaşları olan sarı rəngli metaldan olan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 21,30 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli daşları olan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 14,34 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ şəffaf rəngli qaşları olan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 14,15 qram çəkidə gümüşü rəngli metaldan üzərində ulduz formalı elementləri olan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 8,93 qram çəkidə sarı rəngli metaldan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 8,14 qram çəkidə gümüşü rəngli metaldan üzərində yaşıl rəngli daş olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 12,36 qram çəkidə sarı rəngli metaldan üzərində qırmızırəngli hissəsi olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 7,14 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ və qara şəffaf rəngli qaşları olan ikili üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 5,12 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli hissəsi olan üzük, 02 ədəd 2,48 qram çəkidə yaşıl və ağ rəngli qeyri metaldan üzük, 01 ədəd istifadə edilmiş Çin istehsalı “Samsung” markalı “ SM-G355H/DS” modelli mobil telefon ehtiyyat hissəsi, 01 ədəd istifadə edilmiş “Samsung” markalı, “SM-J320F/DS modelli mobil telefon ehtiyyat hissəsi kimi, 01 ədəd istifadə edilmiş, “Xiaomi Redmi” markalı “M1903C3EG” modelli mobil telefon ehtiyyat hissəsi kimi, 01 ədəd istifadə edilməmiş üzərində “Rolex” yazısı olan qızılı rəngdə qol saatı, 01 ədəd istifadə edilməmiş üzərində “Ulysse Nardin” yazısı olan gümüşü rəngdə qol saatı, 04 ədəd istifadə edilməmiş “AUX” başlıqlı naqillər, 01 ədəd istifadə edilməmiş ağ rəngli, Çin istehsallı, üzərində “EP- TA600” yazısı olan adapter başlığı, 01 ədəd istifadə edilməmiş, Çin istehsalı qara rəngli üzərində “CY-2020” yazısı olan adapter, 04 ədəd istifadə edilməmiş “USB” başlıqlı naqillər ( göy və qara rəngli), 04 ədəd istifadə edilməmiş “USB” başlıqlı naqillər 02 ədəd istifadə edilməmiş gümüşü rəngli qol saatı kəmərləri, 02 ədəd istifadə edilməmiş qızılı rəngli qol saatı kəmərləri, 01 ədəd istifadə edilməmiş sarı rəngli qol saatı kəməri, 1700 ədəd istifadə edilməmiş üzərində hərfləri olan aksessuarlar (muncuqlar) iş üzrə maddi sübut kimi tanınmış, saxlanması üçün sahibi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Müdafiəçilərin təqdim etdiyi hesabata əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 60 saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 60 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 60 saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 60 saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 60 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 60 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1 -ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç ) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, yeni yaşayış massivi, fərdi evdə yerləşən ünvanını axşam saat 23:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç ) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, yeni yaşayış massivi, fərdi evdə yerləşən ünvanını ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 8,61 qram çəkidə sarı-gümüşü rəngli metaldan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 5,61 qram çəkidə sarırəngli metaldan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 10,99 qram çəkidə gümüşü rəngli metaldan üzərində qəhvəyi rəngli qaş olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 8,31 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli qaş olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 4,39 qram çəkidə qara rəngli metaldan üzərində zəhcir toxunuşlu elementi olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 5,04 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ şəffaf rəngli qaşları olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 2,10 qram çəkidə sarı rəngli metaldan sırğa tayı, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 4,18 qram çəkidə gümüşü rəngli metaldan naxışlı üzük,02 ədəd metalıdəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 16,23 qram çəkidə üzərində müxtəlif rəngli qaşları olan sarı rəngli metaldan olan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 21,30 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli daşları olan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 14,34 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ şəffaf rəngli qaşları olan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 14,15 qram çəkidə gümüşü rəngli metaldan üzərində ulduz formalı elementləri olan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 8,93 qram çəkidə sarı rəngli metaldan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 8,14 qram çəkidə gümüşü rəngli metaldan üzərində yaşıl rəngli daş olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 12,36 qram çəkidə sarı rəngli metaldan üzərində qırmızırəngli hissəsi olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 7,14 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ və qara şəffaf rəngli qaşları olan ikili üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 5,12 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli hissəsi olan üzük, 02 ədəd 2,48 qram çəkidə yaşıl və ağ rəngli qeyri metaldan üzük, 01 ədəd istifadə edilmiş Çin istehsalı “Samsung” markalı “ SM-G355H/DS” modelli mobil telefon ehtiyyat hissəsi, 01 ədəd istifadə edilmiş “Samsung” markalı, “SM-J320F/DS modelli mobil telefon ehtiyyat hissəsi kimi, 01 ədəd istifadə edilmiş, “Xiaomi Redmi” markalı “M1903C3EG” modelli mobil telefon ehtiyyat hissəsi kimi, 01 ədəd istifadə edilməmiş üzərində “Rolex” yazısı olan qızılı rəngdə qol saatı, 01 ədəd istifadə edilməmiş üzərində “Ulysse Nardin” yazısı olan gümüşü rəngdə qol saatı, 04 ədəd istifadə edilməmiş “AUX” başlıqlı naqillər, 01 ədəd istifadə edilməmiş ağ rəngli, Çin istehsallı, üzərində “EP- TA600” yazısı olan adapter başlığı, 01 ədəd istifadə edilməmiş, Çin istehsalı qara rəngli üzərində “CY-2020” yazısı olan adapter, 04 ədəd istifadə edilməmiş “USB” başlıqlı naqillər ( göy və qara rəngli), 04 ədəd istifadə edilməmiş “USB” başlıqlı naqillər 02 ədəd istifadə edilməmiş gümüşü rəngli qol saatı kəmərləri, 02 ədəd istifadə edilməmiş qızılı rəngli qol saatı kəmərləri, 01 ədəd istifadə edilməmiş sarı rəngli qol saatı kəməri, 1700 ədəd istifadə edilməmiş üzərində hərfləri olan aksessuarlar (muncuqlar) saxlanması üçün sahibi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 200 (iki yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar