Məhkəmə qərarları › İş №1(001)-288/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-288/2023

14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-288/2023 14.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə, xx.xx.1986-cı il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatında olmaqla ünvan 2şayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək, 30 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsi 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs oğlunun icarə əsasında işlətdiyi avtoservis binasının qarşısına gələrək, orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən qardaşı Təqsirləndirilən şəxs1 onu küçədə gözləmək şərtilə pusquda dayanmış, o isə servisin plastik pəncərəsindəki dəmir barmaqlığı fiziki güc tətbiq etməklə araladıqdan sonra avtoservisə qanunsuz daxil olub, servisin ümumi otaqlarından 01 ədəd 1500 manat dəyərində “Acer” markalı noutbuk, 2500 manat dəyərində avtomobillərin müayinəsi üçün nəzərdə tutulmuş xüsusi proqram, 01 ədəd 2000 manat dəyərində adapteri ilə birlikdə “SDConnect” markalı aparat, 01 ədəd 2000 manat dəyərində “Dell” markalı noutbuk, 2500 manat dəyərində avtomobillərin müayinəsi üçün nəzərdə tutulmuş xüsusi proqram, 01 ədəd 240 manat dəyərində “AlİScanner” markalı aparat, 01 ədəd 2700 manat dəyərində Katalizator Dizel 642 Motor, 01 ədəd 2400 manat dəyərində X18 642 Motor, 02 ədəd 1000 manat dəyərində X15 Sensor, 02 ədəd 600 manat dəyərində X10, 01 ədəd 2000 manat dəyərində qaz paylayıcı (blok komplek 651 mator), 02 ədəd 2500 manat dəyərində qaz paylayıcı (blok komplek 629 mator) və 02 ədəd 500 manat dəyərində katalizator datçiklərini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs oğluna ümumilikdə xeyli miqdarda, 22440 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşamışdır. Bir neçə aydır ki qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə işləmək məqsədilə ünvan 4 ünvanının zirzəmisində yaşamışdır. 2022-ci ilin mart ayında Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 2 il 6 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda cəza çəkir. Bakı şəhərində yaşadıqları müddətdə o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Məmmədoğlu avtomobil təmiri servisində motorist kimi, qardaşı Təqsirləndirilən şəxs1 tikintidə fəhlə kimi işləmişdir. Buna baxmayaraq, maddi imkanları pis olduğundan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 29 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi 6 ünvanında yerləşən avtoservisin qarşısına gələrək orada ətrafda müşahidə kamerasının olmadığını görüb, gecə saatlarında oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 29 oktyabr tarixindən 30 oktyabr tarixinə keçən gecə saat 02 radələrində qardaşı ilə birlikdə ünvan 6 ünvanında yerləşən həmin avtoservisin arxa tərəfinə gəlmiş, ətrafa baxıb kimsənin olmadığında əmin olduqdan sonra servisin arxa divarında olan pəncərəsinə yaxınlaşaraq Tərlanla birlikdə həmin dəmir barmaqlığı iki tərəfdən əlləri ilə dartıb aralamış, daha sonra qardaşı Tərlan əli ilə pəncərəni itələyib açmışdır. Aralarında olan danışıqlarına əsasən Tərlan çöl tərəfdən pəncərənin qarşısında dayanaraq həm kənar şəxslərin gəlməsinə nəzarət etməli, həmdə onun servisdən çıxaracağı əşyaları pəncərə vasitəsilə qəbul edərək küçədə bir kənara yığacaqdı. Daha sonra o, həmin plastik pəncərə vasitəsilə servisin içinə daxil olmuş,daxil olduğu otaqdan açıq olan plastik qapı vasitəsilə avtomobil təmir olunan hissəyə keçmiş, orada ağ rəngli «Mercedes E class» markalı avtomobil saxlanıldığını görmüşdür. Orada olarkən tez bir zamanda avtoservisdən 01 ədəd “Acer” markalı, 01 ədəd “Dell” markalı noutbuklar, 01 ədəd dizel katalizatoru, 01 ədəd dizel filteri, 04 ədəd sensor datçikləri, ümumilikdə 03 ədəd qaz paylayıcı və 02 ədəd katalizator datçiklərini növbəli şəkildə götürüb daxil olduğu plastik pəncərə vasitəsilə qardaşı Tərlana ötürdükdən sonra elə həmin pəncərə vasitəsilə bir mərtəbəli servis binasını tərk etmişdir. Onlar birlikdə həmin əşyaları servisin arxasında küçədə kənara yığdıqdan sonra o, istifadəsində olan ***-***-**-** nömrəli telefondan Fəxri adlı taksi sürücüsünə zəng etmiş, bir neçə dəqiqə sonra Fəxri həmin yerə gəlmişdir. İnandırıcı olması üçün o, Fəxriyə işlədiyi avtoservisdən detalları götürdüyünü və rayonda müştərinin avtomobilini düzəltmək üçün rayona getməli olduğunu bildirmişdir. Əşyaları avtomobilə yüklədikdən sonra onlar avtomobilə əyləşmiş və Fəxriyə onları Lökbatan dairəsinə aparmasını, həmçinin, Fəxriyə yalandan Lökbatan dairəsində onları düşürdükdən sonra yol taksisi ilə rayona gedəcəklərini bildirmişlər. Fəxri onları Lökbatan dairəsinə aparıb onları orada düşürdükdən sonra onlar yoldan keçən taksiyə minərək oğurladıqları əşyaları həmin taksiyə keçirmiş və Fəxriyə xidmət haqqı olaraq 9 manat pul ödədikdən sonra yola salmışlar. Mindikləri taksi sürücüsünü tanımırlar, həmin taksi ilə Səbail rayonu 20-ci sahə ərazisində yerləşən gecə saatlarında da işləyən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir metal qəbul məntəqəsinə gəlmişlər. Həmin məntəqədə oğurladıqları əşyaların bir hissəsini satmaq fikrində olduqlarını bildirsələr də, sənəd olmadığından onları sata bilməmişlər. Daha sonra həmin taksi ilə “20 Yanvar” metrostasiyasının yaxınlığında zirzəmisində yaşadıqları binanın qarşısına gələrək əşyaları orada düşürdükdən sonra taksi sürücüsünə 10 manat pul ödəyib yola salmışlar. Oğurladıqları əşyaları müvəqqəti qaldıqları 5 mərtəbəli binanın zirzəmisinə gətirmiş, səhər açıldıqda, yəni elə 30 oktyabr 2022-ci il tarixdə 01 ədəd “Acer” markalı, 01 ədəd “Dell” markalı noutbuklar, 01 ədəd dizel katalizatoru, 01 ədəd dizel filteri, 04 ədəd sensor datçikləri, 03 ədəd qaz paylayıcı və 02 ədəd katalizator datçiklərini tanımadıqları şəxslərə satmışdır. Yaşadıqları zirzəmidə 02 ədəd diaqnostika aparatları qalmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq törətdiyi cinayət əməlindən peşmançılıq çəkdiyini, evli olmasını və iki azyaşlı övladı olmasının nəzərə alınmasını və barəsində təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, , qardaşı Faiqlə birlikdə Binəqədi rayonu, A.Məhərrəmov küçəsi 65 ünvanın zirzəmisində yaşayır. Bakı şəhərində yaşadıqları müddətdə o, tikintidə fəhlə, qardaşı Faiq isə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Məmmədoğlu avtomobil təmiri servisində motorist kimi işləmişdir. Buna baxmayaraq maddi imkanları pis olduğundan qardaş Faiq oğurluq etmək qərarına gəlmişdir. Qardaşı Faiq 29 oktyabr tarixdən 30 oktyabr tarixinə keçən gecə saat 02 radələrində Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi 6 ünvanında yerləşən həmin avtoservisin arxa tərəfinə gələrək ətrafa baxıb kimsənin olmadığında əmin olduqdan sonra servisin arxa divarında olan pəncərəsinə yaxınlaşıb həmin pəncərənin üzərində olan dəmir barmaqlığı qardaşı onunla birlikdə iki tərəfdən əlləri ilə dartıb aralamış, daha sonra o, əli ilə pəncərəni itələyib açmışdır. Danışıqlarına əsasən o, çöl tərəfdən pəncərənin qarşısında dayanaraq həm kənar şəxslərin gəlməsinə nəzarət etmiş, həm də Faiqin içəridən çıxaracağı əşyaları pəncərə vasitəsilə sonuncudan qəbul edərək küçədə bir kənara yığacaqmış. Belə ki, Faiq həmin plastik pəncərə vasitəsilə servisin içinə daxil olmuşdur. Faiq tez bir zamanda avtoservisdən 01 ədəd “Acer” markalı, 01 ədəd “Dell” markalı noutbuklar, 01 ədəd dizel katalizatoru, 01 ədəd dizel filteri, 04 ədəd sensor datçikləri, ümumilikdə 03 ədəd qaz paylayıcı və 02 ədəd katalizator datçiklərini növbəli şəkildə götürüb daxil olduğu plastik pəncərə vasitəsilə ona ötürərək həmin pəncərə vasitəsilə bir mərtəbəli servis binasını tərk etmişdir. Faiqlə birlikdə həmin əşyaları servisin arxasında küçədə kənara yığmışdır. Daha sonra Faiq istifadəsində olan ***-***-**-** nömrəli telefondan Fəxri adlı taksi sürücüsünə zəng etmişd, bir neçə dəqiqə sonra Fəxri həmin yerə gəlmişdir. Fəxri qardaşı Faiqin avtomobil ustası olduğunu bildiyindən inandırıcı olması üçün Faiq Fəxriyə işlədiyi avtoservisdən detalları götürdüyünü və rayonda müştərinin avtomobilini düzəltmək üçün rayona getməli olduqlarını bildirmişdir. Əşyaları avtomobilə yüklədikdən sonra o və Faiq avtomobilə əyləşərək Fəxriyə onları Lökbatan dairəsinə aparmasını və Lökbatan dairəsində onları düşürdükdən sonra yol taksisi ilə rayona gedəcəklərini bildirmişdir. Fəxri onları Lökbatan dairəsinə aparıb orada düşürmüş, daha sonra onlar yoldan keçən taksiyə minərək əşyaları həmin taksiyə keçirmişlər və Fəxriyə xidmət haqqı olaraq 9 manat pul ödəməklə sonuncunu yola salmışlar. Mindikləri taksi sürücüsünü isə əvvəlcədən tanımırlarmış. Həmin taksi ilə Səbail rayonu 20-ci sahə ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir metal qəbulu məntəqəsinə gəldikdən sonra həmin məntəqədə oğurladıqları əşyaların bir hissəsini satmaq fikrində olduqlarını bildirsələr də, sənəd olmadığından sata bilməmişdir. Daha sonra həmin taksi ilə “20 Yanvar” metrostasiyanm yaxınlığında zirzəmisində yaşadıqları binanın qarşısına gələrək həmin əşyaları orada düşürdükdən sonra taksi sürücüsünə 10 manat pul ödəyib yola salmışlar. Oğurladıqları əşyaları müvəqqəti qaldıqları 5 mərtəbəli binanın zirzəmisinə gətirmişlər, səhər açıldıqda, yəni elə 30 oktyabr 2022-ci il tarixdə 01 ədəd “Acer” markalı, 01 ədəd “Dell” markalı noutbuklar, 01 ədəd dizel katalizatoru, 01 ədəd dizel filteri, 04 ədəd sensor datçikləri, 03 ədəd qaz paylayıcı və 02 ədəd katalizator datçiklərini tanımadıqları şəxslərə satmışlar və yaşadıqları zirzəmidə 02 ədəd diaqnostika aparatları qalmışdır. Eyni zamanda zərərçəkmiş şəxs(mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 əlavə olaraq hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini, uşaqlar evində böyüdüyünü, evli olduğunu və himayəsində uşaqları olduğunun nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanda yerləşən avtoservisin icarədarıdır. Avtoservisin iş fəaliyyəti isə saat 10:00-dan axşam saat 19:00-dək nəzərdə tutulmuşdur. Belə ki, avtoservisdə bir neçə müştərinin işin görülmə müddətindən asılı olaraq avtomobilinə məxsus olan ehtiyyat hissələri avtotəmirlə bağlı saxlanılırdı. Avtoservis elektrik, istirahət və iş üçün nəzərdə tutulmuş otaqlardan ibarətdir. 29 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində servisdə işini bitdirdikdən sonra yaşadığı evinə getmiş, bazar günü işləmədiyi üçün növbəti gün yəni 31 oktyabr 2022-ci il tarixdə saat 10 radələrində işlədiyi avtoservisə gəlmişdir. Həmin gün saat 12 radələrində başı işə qarışdığından işlə bağlı ona diaqnostika aparatı lazım olduğundan həmin aparatı tapa bilməmiş, daha sonra o, digər otağa daxil olan kimi istirahət otağının pəncərəsinin dəmir barmaqlığının aralanmış vəziyyətdə olduğunu görmüşdür. O, həmin vaxt həmçinin də elektrik və iş otağına daxil olduqda bir sıra avadanlığın yerində olmadığını görüb oğurluq hadisəsinin baş verdiyini anlayıb baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-in 102 saylı xidmətinə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi ilə bağlı 01 ədəd “Acer” markalı noutbuk, 01 ədəd “Dell” markalı noutbuk, 01 ədəd dizel katalizator, 01 ədəd qrum filteri, 02 ədəd sensor datçik (noks), 02 ədəd sensor datçik (oksigen), 01 ədəd qaz paylayıcı, 02 ədəd qaz paylayıcı, 02 ədəd katalizator datçikləri oğurlanmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxslər Faiq və Təqsirləndirilən şəxs1lər tərəfindən ona vurulmuş 22440 manat ziyan ödənilmədiyi üçün həmin şəxslərdən şikayətçidir. Bu səbəbdən, verilmiş mülki iddianın təmin edilərək, ona vurulmuş 22440 manat ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid ifadə verərk bildirmişdir ki, hal-hazırda şirkətlərin birində yükdaşıma xidmətində sürücü işləyir. O, hadisədən təxminən 6 ay əvvəl icarə əsasında idarə etdiyi “Hyundai Matrix” markalı **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, iş vaxtı gün ərzində müxtəlif vaxtlarda nəzərdə tutulmuşdur. 30 oktyabr 2022-ci il tarixdə axşam saat 02 radələrində usta kimi tanıdığı Faiq ona zəng vuraraq harada olduğunu soruşduqda o, Faiqə Yasamal rayonunda yerləşən “ATS” yəni X1 yaxınlığında olduğunu bildirdikdə Faiq ona Binəqədi rayonu ərazisində yerləşən “Yeganə” şadlıq evinin yaxınlığına gəlməsini demiş, o da Faiqin dediyi ünvana gəlib çıxdıqda Faiq və qardaşı Tərlan maşına əyləşmiş və maşını qeyd olunan şadlıq evinin arxa tərəfinə sürüb bir qədər yol getdikdən sonra maşını saxlamışdır. Daha sonra o, idarə etdiyi avtomobili saxlamış və onlar birlikdə avtomobildən düşmüşdür. Belə ki, o və Tərlan birlikdə yaxınlıqda yerləşən dükana daxil olmuş, Faiq isə evə gedib paltarları götürüb gələcəyini və gözləmələrini bildirmişdir. Təxminən 10 dəqiqə keçdikdən sonra Faiq əlində olan yükləri maşına yükləyib arxa tərəfdə, qardaşı Tərlan isə ön tərəfdə əyləşmişdir. Faiq onları Lökbatan dairəsinə aparmasını bildirdikdən sonra o da avtomobili həmin ünvana sürmüşdür. Qeyd olunan ünvana gəlib çatdıqdan sonra Faiq qardaşı Tərlan ilə birlikdə maşından yüklə birlikdə düşmüş və ona yol haqqı olaraq 9 manat pul ödəmişlər. Təxminən bir neçə gün keçdikdən sonra onu Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər, o, burada olan zaman Faiq və qardaşı X13 işlətdiyi avtoservisdən oğurluq əməli törətmiş olduğunu bilmişdir. Faiq və Təqsirləndirilən şəxs1 törətmiş olduğu oğurluq hadisəsindən məlumatı olmamışdır və bu barədə həmin şəxslər ilə aralarında qabaqcadan heç bir razılıq olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən faktla bağlı CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 9 ünvanda yerləşən avtoservisdə baş vermişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 17:30-da CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 19:35-də CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.3 və 177.2.4-cü maddələrindən, həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1429/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni 21 fevral 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1428/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni 21 fevral 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 iştirakı ilə onun ifadəsini dəqiqləşdirmək məqsədilə həmin ifadə yerində yoxlanmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 iştirakı ilə onun ifadəsini dəqiqləşdirmək məqsədilə həmin ifadə yerində yoxlanmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 könüllü olaraq təqdim etdiyi ümumilikdə 02 ədəd diaqnostika aparatı onun iştirakı ilə götürülmüşdür. xx.xx.2022-ci il tarixli “əşyanın zərərçəkən şəxsə tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs təqdim olunan 04 ədəd diaqnostika aparatlarını nəzərdən keçirib, təqdim edilmiş adapteri ilə birlikdə “SDConnect” markalı aparatın ona məxsus olmasını bildirmişdir. xx.xx.2022-ci il tarixli “əşyanın zərərçəkən şəxsə tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs təqdim olunan 04 ədəd diaqnostika aparatlarını nəzərdən keçirib, təqdim edilmiş “AllScanner” markalı aparatın ona məxsus olmasını bildirmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində DİN BƏSİİ əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Yasamal Rayon Məkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkməsinin 1(004)-61/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 10 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 23/89 nömrəli ekspertin rəyindən görünür ki, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Binəqədi rayonu, E.Babayev küçəsi 6 saylı ünvanda yerləşən avtotəmir məntəqəsinin saxlanc otağında baş vermiş oğurluq faktı ilə əlaqədar olaraq hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 03 ədəd kağız parçasının üzərinə yapışdırılmış 03 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş vətəndaş Təqsirləndirilən şəxs2 adına çıxarılmış əl-barmaq və ovuc əksləri (daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 02 ədədi xx.xx.1987-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs2 sol və sağ əlinin ovucu ilə eynilik müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2023-cü il tarixli, 9/393 nömrəli ekspert rəyindən görünür ki, ekspetiza tədqiqatına təqdim edilən 02 adda malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2240,0 manat müəyyən olunur. Digər qərarda göstərilən 07 adda mallar haqqında kifayət qədər məlumat göstəriciləri olmadığından və tədqiqata təqdim edilmədiyindən həmin mallar üzrə qiymətləndirmə aparılmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-145/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddəti 20 gün uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-144/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittihamda qeyd olunan əməlləri törətməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin iş materiallarında olan, məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən CMin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 CMin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli plenum qərarının 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarın 11-ci bəndinə əsasən CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə təqsirləndirildikləri maddələr cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Hazırki cinayət işində iki nəfər təqsirləndirilən şəxs olduğundan məhkəmə cəza təyini məsələsini hər bir təqsirləndirilən şəxsə münasibətdə təhlil etməyi məqsədəmüvafiq hesab edir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azemis” X7 vasitəsilə göndərilmiş sorğudan müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 Faiq Abdurahman oğlunun övladlarıdır. Məhkəmə, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, evli olmasını və himayəsində iki azyaşlı övladı olmasını, uşaqlar evində böyüməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 1(004)-61/2022 saylı hökmü ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 10 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Zaqatala Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 84 nömrəli məktubundan görünür ki, məhkum cəzasının 7 ayını çəkmiş və hazırda cəzasının bitməyinə 02 (iki) il 03 (üç) ay 06 (altı) gün müddət qalmışdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-61/2022 nömrəli hökmü ilə 3(üç) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02(iki) il 10(on) ay 06(altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-61/2022 nömrəli hökmü ilə məhkumluğu azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmadığından CM-in 18.4.4-cü maddəsinə əsasən onun əməlində cinayətlərin residivi yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər də CM-in 177.2.3-cü maddəsi ilə məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bununla yanaşı məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-61/2022 nömrəli hökmü ilə məhkum olunduğu və çəkilməmiş 2 (iki) il 03 (üç) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 01 (bir) il 01 (bir) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və CM-in 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1428/2022 saylı qərarı ilə barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni 21 fevral 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 22 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 22 dekabr 2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 22 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. “Azemis” X7 vasitəsilə göndərilmiş sorğudan müəyyən olunmuşdur ki, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 Tərlan Abdurahman oğlunun övladlarıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, himayəsində uşağının olmasını, uşaq evində böyüməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), əvvəllər məhkum olunmamasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, eləcə də cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1429/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni 21 fevral 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 22 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 22 dekabr 2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 22 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 01 ədəd “AllScanner” markalı aparat və 01 ədəd adapteri ilə birlikdə “SDConnect” markalı aparatın sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2, 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs1 tutulmalıdır. Bununla yanaşı, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş mülki iddiaya dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş oğurluq hadisəsi nəticəsində dəymiş maddi ziyanın mülki cavabdehlərdən tutularaq mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan başqa - CPM) 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş materialı nəzərdən keçirərək zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiasının təmin edilməsi qənaətinə gəlir. Belə ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs məhkəməyə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş dəymiş ziyan aktını təqdim edərək, bildirmişdir ki, oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 23.130 manat maddi ziyan dəymişdir. Daha sonra ona məxsus olan 01 ədəd “AllScanner” markalı aparat və 01 ədəd adapteri ilə birlikdə “SDConnect” markalı aparat mülki cavabdehlər tərəfindən ona qaytarılmışdır. Hazırda oğurluq hadisəsi nəticəsində ona dəymiş ziyan məbləği 22440 manat təşkil edir. Bu səbəbdən, 22440 manat məbləğ mülki cavabdehlərdən tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməlidir. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiası təmin edilməli, ona dəymiş maddi zərərə görə 22440 manat, ödənilmiş dövlət rüsumuna görə 233 manat, ümumilikdə cəmi 22 673 (iyirmi iki minaltı yüz yetmiş üç) manat pul vəsaiti iş üzrə mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1 təqdim etdiyi hesabatlara əsasən onlar iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə hər biri ayrı-ayrılıqda 41 (qırx bir) saat vaxt sərf etmişlər. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 41 (qırx bir) saat vaxt sərf etmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 41 (qırx bir) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 41 (qırx bir) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 246 (iki yüz qırx altı) manat, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 41 (qırx bir) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 246 (iki yüz qırx altı) manat, ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-61/2022 hökmü ilə məhkum edildiyi 3 (üç) il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 03 (üç) ay 06 (altı) gün hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 01 (bir) il 01 (bir) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 01(bir) il 01 (bir) ay 18 (on səkkiz) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 09 (doqquz) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 22 dekabr 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 41 (qırx bir) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2nna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 246 (iki yüz qırx altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 22 dekabr 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı mülki iddiası təmin edilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs dəymiş maddi zərərə görə 22440 manat, ödənilmiş dövlət rüsumuna görə 233 manat, ümumilikdə cəmi 22 673 (iyirmi iki minaltı yüz yetmiş üç) manat pul vəsaiti iş üzrə mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. İş üzrə ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 41 (qırx bir) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 246 (iki yüz qırx altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Maddi sübut hesab edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd “AllScanner” markalı aparat və 01 ədəd adapteri ilə birlikdə “SDConnect” markalı aparatın sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar