Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-289/2022 26.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs, xx.xx.2000-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Republikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Məlikli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış, baxılan iş üzrə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, başqa cinayət işi üzrə barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penetensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasmın insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları»nın təsdiq edilməsi barədə 1 may 2020-ci il tarixli, 161 nömrəli Qərarının tələblərini pozaraq, yəni yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs xəstəliyi yüngül formada keçirdiyi hallarda və onun xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, o həkim rəyinə əsasən mənzili (evi) tərk etməməsinə riayət etməklə, yaşadığı və ya olduğu yerdə təcrid olunmalı olduğu halda, bu qaydalara riayət etməyərək, 01 aprel 2021-ci il tarixdə saat 22.00 radələrində yaşadığı ünvan 1 ünvanını tərk edib vətəndaşların intensiv hərəkət etdiyi küçə və prospektlərlə sərbəst hərəkət edərək, epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmış, həmin tarixdə saat 22:30-da Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində X8 Alayının 2-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 5-ci PB-yə gətirilmiş və X6 Şirinovun koronavirus xəstəsi olması müəyyən edilmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 29 mart 2021-ci il tarixdə hərarəti olduğundan və səhhətində narahatlıq hiss etdiyi üçün 103 təcili tibbi yardım mərkəzinə zəng etmiş və bir qədər sonra həkim briqadası yaşadıqları evə gəlmişdir.Həkimlər onu müayinə etdikdən sonra «COVİD-19» virusu ilə bağlı analiz götmüşlər. 30 mart 2021-ci il tarixdə istifadəsində olan 070 ***-**-** GSM nömrəsinə «COVİD-19» virusu ilə bağlı verdiyi analizin cavabı pozitiv olması, yaşadığı mənzili tərk etməməsi, karantin qaydalarını pozduğu və yaşadığı mənzili tərk etdiyi halda cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə SMS bildiriş gəlmişdir.Bundan sonra o, yaşadığı mənzildə müalicə almağa başlamış və 18 saylı birləşmiş şəhər poliklinikasında qeydiyyata alınmışdır.Lakin 01 aprel 2021-ci il tarixdə saat 22.00 radələrində şəxsi işi olduğu üçün və evdə darıxdığından yaşadığı mənzili tərk edib həyətə düşmüş, yolun kənarında dayanaraq markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobilinə əyləşib birbaşa Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən «Samovar» çay evinə getmişdir.O, həmin ünvana çatdıqda artıq qeyd olunan çay evi bağlanmış və o, çay evinin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər.Lakin onun şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün polis əməkdaşları onu Binəqədi RPİ-nin 5-ci PB-yə dəvət etmişlər və orada onun şəxsiyyəti yoxlanılan zaman «COVİD-19» virusuna yoluxmuş xəstə olması müəyyən edilmişdir.Bundan sonra o, təcili tibbi yardım maşını ilə yaşadığı mənzilə göndərilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, 2020-ci il tarixdən DİO-da xidmət edir, həmin vaxtdan da X8 Alayının 2-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində çalışır.01 aprel 2021-ci il tarixdə, saat 22:30-da Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində iş yoldaşları Şahid2 və Şahid3 ilə birlikdə xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb sonuncuya yaxınlaşaraq, özlərini təqdim edib, həmin şəxsə də özünü təqdim etməsini bildirmişlər.Lakin həmin şəxsin şəxsiyyətini təsdiq edən sənəd üzərində olmadığı üçün onu Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə aparmışlar.Bölmədə olan zaman onlara məlum olmuşdur ki, həmin şəxs «Covid-19» xəstəliyi ildə əlaqədar verdiyi testin cavabı pozitiv olan xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur.Bundan sonra, həmin şəxs tərəflərindən tərtib edilmiş raportla birlikdə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini mahiyyəti üzrə eynilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 18 nömrəli birləşmiş şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli, 447 №-li məktubundan görünür ki, Zərdab rayonu, Məlikli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs anası Sevinc Şirinova xx.xx.2021 -ci il tarixdən «Covid- 19» pozitiv diaqnozu ilə 18 nömrəli BŞX-nin poliklinikası tərəfindən izolyasiya şəraitində müalicə olunmuşdur. Oğlu Təqsirləndirilən şəxs anası ilə təmasda olduğu üçün xx.xx.2021-ci il tarixdən «Covid-19» təmas diaqnozu ilə 028414 nömrəli xəstəlik vərəqəsi açılmışdır.xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs temperaturası yüksəldiyindən TTYB çağırmış və «Covid-19»-a görə yaxma götürülmüşdür.xx.xx.2021-ci il tarixdə yaxmanın cavabı pozitiv olduğu üçün xəstənin xəstəlik vərəqəsi «Covid-19» pozitiv diaqnozu ilə xx.xx.2021 -ci il tarixə kimi uzadılmış və xx.xx.2021 -ci il tarixdə sağalma ilə işə yazılmışdır. Məhkəmə Tibbi Ekspertiza və X4 Publik hüquqi şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 957/KEŞ №-li ekspert rəyindən görünür ki, xx.xx.2021 -ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir.Təqsirləndirilən şəxs «Covid-19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitariya-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir.«Covid-19» virus infeksiyasının inkubasiya dövrü 14 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını və təqsirini etiraf etməsini, ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 139-1.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən peşmandır, ilk dəfə cinayət törətmişdir, istintaq müddətində həbs olunmamışdır, əməlində cəzanı ağırlaşdıran hallar ümumiyyətlə yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və o, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdən – 04 mart 2022-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə baş ə/m, polis kapitanı Elşad Nəsirov tərəfindən qəbul olunmuş 02 mart 2022-ci il tarixli tutma protokoluna əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdə tutulmuşdur.Həmçinin, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən tərtib edilmiş 04 mart 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİnin İstintaq şöbəsinin baş müstəntiqi Kamran Əliyevin xx.xx.2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir.İş materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Kamran Əliyev tərəfindən qəbul olunmuş 04 mart 2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs tutulmadan buraxılmış və onun barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində çəkməli və təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı və başqa cinayət işi üzrə isə barəsində həbs qətimkan tədbiri seçilməklə həbsdə olduğu nəzərə alınmalıdır. Belə ki, Binəqədi Rayon Məhkəməsinin 4(001)-852/2022 saylı, 26 iyul 2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilməsi və Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin əvvəlinin 25 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, müdafiəçi X5 hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 70 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdən – 04 mart 2022-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Başqa cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “həbs” qətiimkan tədbirinin seçilməsi nəzərə alınsın. 1(001)-289/2022 saylı cinayət işi üzrə müdafiəçi X5 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 70 (yetmiş) saat vaxt sərf etmişdir, buna görə də, hüquqi xidmətin dəyəri 420 (dörd yüz iyirmi) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN**********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesa b№AZ48AİİB********************,VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-289/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-289/2022
26.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver