Məhkəmə qərarları › İş №1(001)-29/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-29/2022

27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-29/2022 27.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Naxçıvan MR, Babək rayonu, Babək qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 10-cu mkr., “Kristal ünvan 26 ünvnında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 21.04.2020-ci il tarixdə saat 10:30 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Vectra” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan yolunda üzü Binəqədi qəsəbəsi istiqamətində hərəkətdə olarkən, «X4» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək Binəqədi qəsəbəsi istiqamətinə gedəndə yolun sağ hissəsindən soluna keçmək istəyən xx.xx.1970-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtomobilinin qabaq sağ hissəsilə sonuncunun sol yan hissəsindən vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs hər iki baldır sümüklərinin yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı və sağ körpücük sümüyünün aşağı 1/3-nin yerdəyişən sınığı ilə nəticələnən, sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21.10.2020-ci il tarixdə törətmiş olduğu yol-nəqliyyat hadisəsindən bir neçə ay əvvəl Yasamal rayonu, 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən adını bilmədiyi ofisdən daxili kreditlə Opel Vectra markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil götürmüşdür. Həmin ofis tərəfindən ona avtomobili idarə etmək üçün etibarnamə verilmiş və o, taksi fəaliyyəti ilə məşğul olmuşdur. 21.10.2020-ci il tarixdə saat 10:30 radələrində idarə etdiyi Opel Vectra markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərindən Binəqədi rayonu, Binəqədi qəsəbəsinə getmək üçün Xırdalan-Binəqədi şosesində üzü Binəqədi istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkətdə olan zaman avtomobilində qabaq oturacaqda yaşadığı məhlədə mühafizəçi işləyən İlqar adlı şəxs əyləşmişdir. Belə ki, həmin mühafizəçi ondan xahiş etmişdir ki, onu Binəqədi qəsəbəsinə aparsın. Ondan başqa avtomobilində sərnişin olmamışdır. Həmin zaman təxminən 120 metrlikdən görmüşdür ki, yolun sağ ehtiyyat hissəsində bir nəfər qadın dayanıb mobil telefonla danışır, həmin qadın asfalt hissəyə çox yaxın dayanmış və sanki yolu keçmək üçün gözləmişdir. Həmin qadına yaxınlaşdıqda ani bir vaxtda sonradan adını bildiyi Zərərçəkmiş şəxs yolu keçmək üçün asfalt hissəyə yola daxil olmuşdur. Bu zaman həmin qadını vurmamaq üçün avtomobilini sola çəksə də, aralarında olan məsafə az olduğundan həmin qadını avtomobilinin qabaq sağ hissəsilə sol hissəsindən vurmuş və avtomobilini iki üç metr aralıda dərhal saxlamışdır. Bundan sonra avtomobildən düşüb həmin piyada Zərərçəkmiş şəxs yaxınlaşmış və sonuncunun zərbədən asfalt hissəyə yerə yıxılaraq müxtəlif növ bədən xəsarətləri aldığını görmüşdür. Dərhal təcili tibbi yardıma zəng vurmuş və təcili tibbi yardım gəlib Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Hadisədən əvvəl spirtli içki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. Hadisə zamanı yaxınlıqda, yəni yolun digər tərəfində tanımadığı iki üç nəfər şəxs olmuş, lakin həmin şəxslərin hadisəni görüb-görməmələri barədə hər hansı bir məlumatı yoxdur. Hazırda özünü tam təqsirli bildiyini və törətdiyi əməldən peşman olduğunu qeyd edərək məhkəmədən barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin avqust ayından Binəqədi-Xırdalan şossesində yük avtomobillərinin daimi dayanacağında yaxınlıqda yerləşən kafedə aşbaz kimi çalışmışdır. 21.10.2020-ci il tarixdə saat təxminən 10 radələrində işə getmək üçün yaşadığı ünvandan çıxıb Binəqədi- Xırdalan şossesinə gəlmiş, həmin vaxt saat 10:30 radələri olardı Binəqədi qəsəbəsi istiqamətinə gedəndə yolun sağ hissəsindən sol hissəsinə keçməli olduğundan, ilkin olaraq yolun kənarıda dayanıb avtomobillərin gəlib-gəlmədiyinə baxmış, həmin zaman ilkin olaraq Xırdalan istiqamətinə, daha sonra isə Bənəqədi qəsəbəsi istiqamətindən gələn avtomobillərə nəzər yetirdikdə Xırdalan istiqamətindən üzü Binəqədi istiqamətində boz rəngli bir avtomobilin gəldiyini görmüşdür. Lakin həmin avtomobil ondan xeyli uzaqda olduğundan yolu keçəcəyini düşünərək, yolu piyada olaraq əks istiqamətə keçməyə başlamışdır. Artıq bir neçə addım yola çıxdıqdan sonra həmin avtomobil öz hərəkət yolundan qabaq sağ hissəsilə onun sol yan tərəfindən vurmuş və avtomobilin onu vurması nəticəsində o, yerə yıxılmışdır. Hadisədən sonra həmin Opel markalı avtomobilin sürücüsü, sonradan adını bildiyi Sənan adlı şəxs avtomobilini saxlayıb avtomobildən düşüb ona yaxınlaşmış və hadisə yerinə təcili tibbi yardım çağıraraq onu oradan xəstəxanaya yola salmışdır. Xəstəxanada isə aldığı xəsarətlərlə bağlı ona tibbi yardım göstərilmişdir. Xəstəxanada ona göstərilmiş tibbi yardım və əməliyyat xərcləri sürücü Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, sonradan sonuncu bildirmişdir ki, xəstəxana xərcləri 3000 manat olubdur və həmin məbləği ödəyibdir. Lakin özünün sonradan 14000 manat xərci çıxmışdır. Hadisə zamanı xəsarət alıb yerdə yıxılı vəziyyətdə olduğundan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə kimlərin olub-olmamasına fikir verməmişdir. Hadisə zamanı hər iki baldır sümüklərindən, həmçinin sağ körpücük sümüyündən sınıq xəsarətləri almışdır. Cinayət hadisəsi nəticəsində ona vurulmuş ziyan tam şəkildə ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla aralarında normal münasibətləri vardır. Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olduğunu və onun avtomobili ilə bir neçə dəfə müştəri qismində müəyyən yerlərə gedib-gəlmişdir. 21.10.2020-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhərində yaşadığı binanın məhləsində Təqsirləndirilən şəxs avtomobilinə əyləşdiyini görmüş və ondan xahiş etmişdir ki, onu da Binəqədi qəsəbəsinə aparsın. Sənan da etiraz etməmişdir. Bundan sonra Sənanın idarə etdiyi avtomobilin qabaq sağ oturacağına əyləşmiş, ikisindən başqa avtomobildə heç kəs olmamışdır. Sənan idarə etdiyi Opel Vectra markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi rayonu, Binəqədi qəsəbəsinə getmək üçün Xırdalan-Binəqədi şossesində üzü Binəqədi istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən, həmin zaman yola fikir vermədiyi üçün ani bir vaxtda görmüşdür ki, avtomobilin qarşısına bir nəfər qadın çıxmış, belə ki, həmin qadın yolun sağ hissəsindən soluna keçmək istəmiş və ani bir vaxtda avtomobilin qarşısına çıxmışdır. Sənan avtomobili sola çəksə də, məsafə az olduğu üçün avtomobilin qabaq sağ hissəsi həmin qadının sol yan hissəsindən dəymiş və sonradan adını bildiyi Nəzakət adlı qadın asfalt hissəyə yerə yıxılmışdır. Sənan isə bir iki metr qarşıda avtomobili saxlamış, bundan sonra hər ikisi də avtomobildən düşüb həmin qadına yaxınlaşdıqda Sənan həmin qadının xəsarət aldığını görüb təcili tibbi yardıma zəng vurmuş, eyni zamanda DİN-nin 102 xidmətinə də zəng vurub hadisə barədə məlumat vermişdir. Daha sonra təcilii tibbi yardım avtomobili gəlib həmin qadını xəstəxanaya aparmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X3 ilə aralarında qohumluq əlaqəsi vardır. Eyni zamanda Təqsirləndirilən şəxs da tanıyır. Lakin Təqsirləndirilən şəxslə aralarında hər hansı bir münasibəti, ədavət və ya düşmənçiliyi olmayıb və hazırda da yoxdur. Opel Vectra markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil Ədilə xanımın mülkiyyətindədir. Lakin, yuxarıda da qeyd etdiyi kimi Ədilə xanımla aralarında qohumluq əlaqəsi olduğundan sonuncu ona etibarnamə vermişdir ki, onun mülkiyyətində olan əmlakları lazım oldanda o, yaşlı olduğundan notarius və s. lazımi orqanlara getməmək üçün etibarnamə verə bilsin. 2020-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs Ədilə xanımla həmin avtomobili kredit şərtləri ilə alması barədə razılaşmışdır. Buna görə də, Ədilə xanım ondan xahiş etmişdir ki, həmin avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs etibarnamə versin. 08.09.2020-ci il tarixdə 14 saylı notariat kontorunda Təqsirləndirilən şəxs avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Lakin, yuxarıda da qeyd etdiyi kimi avtomobilin hansı şərtlərlə alınması ilə bağlı razılaşdırma mülkiyyətçi ilə Təqsirləndirilən şəxs arasında olmuşdur. Sonradan Təqsirləndirilən şəxs həmin avtomobillə 21.10.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş, lakin hadisənin necə və hansı şəraitdə baş verməsi barədə hər hansı bir məlumatı yoxdur. Baş vermiş hadisə ilə bağlı istər ona, istərsə də Ədilə xanıma hər hansı bir məbləğdə maddi ziyan dəyməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29.01.2021-ci il tarixli qərardan görünür ki, 21.10.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar toplanmış HK-1/547 nömrəli material əsasında fakta görə CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 27.10.2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkil və sxemdən görünür ki, iş üzrə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı 21.10.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan yolunda olması müəyyən edilmişdir. 21.10.2020-ci il tarixli, 2/10161 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni 21 oktyabr 2020-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. 08.12.2020-ci il tarixli, 2029 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsi rəyindən görünür ki, Zərərçəkmiş şəxs 21.10.2020-ci il tarixdə 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət edərkən onun bədənində aşkar olunmuş xəsarətlər – sağ qamış sümüyünün iç kondilusunun qapalı sınığı, sağ körpücük sümüyünün yerdəyişmiş sınığı, sağ əlin əzilmiş yarası olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən Zərərçəkmiş şəxs 21.10.2020-ci il tarixdə xəstəxanaya gətirilməsindən az əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 21.10.2020-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyəsində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi, eləcə də öz boyu hündürlüyündən sərbəst yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. 29.03.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 24.04.2021-ci il tarixli, 11/2029 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsi rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – hər iki baldır sümüklərinin yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı və sağ körpücük sümüyünün aşağı 1/3-nin yerdəyişən sınığı bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 21.10.2020-ci il tarixdə hərəkətdə olan minik avtomobilinin onu vurması nəticəsində əmələ gələ bilərdilər. 08.05.2021-ci il tarixli Binəqədi rayon Polis İdarəsinin Dövlət X6 məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22.09.2016-cı il tarixdə “BC” kateqoriyalı AE 865382 nömrəli sürücülük vəsiqəsi verilmiş (22.09.2026-cı il tarixədək etibarlı olan) və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat yoxdur. 08.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 08.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 29.05.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, 21.10.2020-ci il tarixdə Binəqədi-Xırdalan şossesində «Opel» markalı, Az **-ZT-*** dövlət nömrə nişanlı avtomobil üzü Binəqədi qəsəbəsi istiqamətində hərəkətdə olarkən, piyada Zərərçəkmiş şəxs yolun sağ ehtiyyat hissəsindən sola doğru hərəkət edib yolun hərəkət hissəsinə çıxdıqdan sonra Opel markalı avtomobili görüb geri qayıtmaq üçün dayanmış, həmin zaman Opel markalı avtomobil öz hərəkət yolunda avtomobilinin qabaq sağ hissəsilə piyadanı vurur və avtomobil hadisə yerindən bir neçə metr qarşıda dayanır. 14.06.2021-ci il tarixli, 8/1178 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, Opel Vectra markalı, **-ZT-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X4” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 08.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş və içərisində baş vermiş hadisənin görüntlərini əks etdirən bir ədəd disk cinayət işi üzrə sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. 02.12.2021-ci il tarixli, 4/1420-8/2535 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskə yazılmış “VİD- 20210327-WA0015” adlı videoyazıda kadrdaxili və kadrlararası montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskə yazılmış “VİD-20210327- WA0015” adlı videoyazı ilkin olmadığından və ilkin videoyazının yazılması zamanı qeydə alınmış “Tym Kod” həqiqi zamana uyğun gəlmədiyinə görə Opel Vectra markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin bilavasitə hadisə yerində orta sürətini və digər hərəkət parametrlərini müəyyən etmək mümkün olmadı. Rəyin tədiqi hissəsində göstərilənlərə əsasən, Opel Vectra markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs oğlnun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. Mövcud metodikanın tələblərinə əsasən piyada məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərccin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının təsiri altına düşür. Belə ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci hissəsinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Habelə, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisi Qərarının 10 və 11-ci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlərin dairəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində amnistiyanın tətbiqinə məhdudiyyət yoxdur. Bununla yanaşı, məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdfiəçisi təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata sözügedən amnistiya aktına əsasən xitam verilməsinə etiraz etməmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda... CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğunu, barəsində amnistiyanın tətbiqinə məhdudiyyət olmadığını, cinayət işi üzrə icraata amnistiya aktına əsasən xitam verilməsinə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə amnistiya aktı (“8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı) tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 500 (beş yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 39, 43, 175, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisi Qərarının 9 və 9.1-ci hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qüvvədə düşmüş sayılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 500 (beş yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar