Məhkəmə qərarları › İş №1(001)-29/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-29/2024

16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-29/2024 16.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2000-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay , orta təhsilli, işsiz, məhkum olunmuş , ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işinin ibtidai istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 2, korpus 45 ünvanında, «kipin yolu» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan «Vüsal» adlı şəxsdən 40 manat müqabilində satış məqsədi olmadan ,qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1,542 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşımaqla üzərində saxlamış , həmin tarixdə saat 20.05-də Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, fərdi tikilmiş evlərin qarşısında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmiş və polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş halda təmiz çəkisi 1,542 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, yaşadığı ünvanda istifadə etdiyi narkotik vasitənin təsiri altında anası X6 ilə münaqişə edərək, narahatlıq yaratmışdır.. Narkotik vasitələrin qəbulu nəticəsində yaranan aslılıq sindromu aşkar olunduğundan narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmuşdur. 29 sentyabr 2022-ci il tarixdə anası X6 günorta saatlarında DİN-in 102 xidmətinə zəng vuraraq onun özündə olmadığını və narkotik vasitələrdən istifadə etdiyini və inzibati qaydada məsuliyyətə cəlb olunmağını xahiş etmişdir. Daha sonra 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Polis Şöbəsinə gətirilmişdir. Təhqiqatçıya narkotik vasitəni üzərində daşımadığını bildirmişdir. Həmin ərəfələrdə də son iki-üç gün yaxşı qidalanmadığından səhhəti yerində olmamışdır. Belə ki, narkotik maddələrdən asılılıq həm pisxoloji, həm də fiziki cəhətdən orqanizmində özünü ağır fizioloji reaksiyalarda göstərirdi. Yəni ətrafında nə baş verdiyini görürdü, ancaq həmin an beyni bunu qavraya və gördüklərinə reaksiya verə bilmirdi. Təkcə bir halı xatırlayır ki, tanımadığı polis əməkdaşlarından biri həmkarlarına səslənərək bildirdi ki, şəxsi, üzərində qanunsuz narkotik vasitə daşımadığı halda onu cinayət məsuliyyətinə cəlb edirsiz, halbuki valideyni onun inzibati qaydada məsuliyyətə cəlb olunması ilə bağlı şikayətçidir və sabahsı gün bununla bağlı problem yaşanacaqdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, cinayət işinə məhkəməyə baxıldığı vaxtda o rəsmi olaraq nikaha daxil olmuşdur, eyni zamanda barəsində Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırov tərəfindən həbs qətimkan tədbiri seçilmişdir, məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışdığını bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə etməsi barədə Şöbəyə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə şöbə rəisinə məruzə olunmuş və iş yoldaşı Şahid1 Sücəddin oğlu və özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs zahiri əlamətləri və tez-tez harada olduğu müəyyən edilmişdir. Onun cinayət başında yaxalanması üçün PŞ-nin rəisinə məruzə olunmuşdur. Belə ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair onun tərəfindən qəbul olunmuş qərar şöbə rəisi tərəfindən təsdiq olundu. İş yoldaşı 4-cü PB-nin polis sahə inspektoru, polis leytenantı Şahid1 Sücəddin oğlu ilə birlikdə 29 sentyabr 2022-ci il tarixdə saat 20.05-də keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, fərdi tikilmiş evlərin qarşısında olduğunu müşahidə etmişlər. Ona yaxınlaşıb polis vəsiqəsi göstərərək özünü təqdim edərək onun da özünü təqdim etməsini və onlarla birlikdə polis şöbəsinə getməyinin vacibliyini ona bildirmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onu saxlamağının səbəbini anlamışdır. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis bölməsinin rəisinə bu bərədə məlumat verildikdən sonra təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. Video çəkilişin davamında təhqiqatçı Malik Əhmədov psixotrop maddəni saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah eməklə paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli rəngli şalvarın sağ yan cibindən ağ rəngli sellafona bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində ağ rəngli kristal şəkilli psixotrop maddəyə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş kütləni 29 sentyabr 2022-ci il tarixdə saat təxminən 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən 45-ci korpusda kipin yolu adlanan ərazidə yaşayan «Vüsal» adlı əvvəllər tanımadığı şəxsdən 40 manata aldığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükülü çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmiş, bədənində olan ağrılarla əlaqədar aradabir psixotrop maddələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs psixotrop maddədən istifadə etməyə macal tapmadığını bildirmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi «Vüsal» adlı şəxsi tanımadığını, anket məlumatlarını bilmədiyini, həmin şəxs özünü ona «Vüsal» kimi təqdim etdiyiyni bildirmişdir. Psixotrop maddəni əldə etdiyi «Vüsal» adlı şəxsi yenidən görəcəyi təqdirdə tanımayacağını bildirmişdir. Məhkəmə iclasında şahid Binəqədi RPİ 4-cü PŞ-nin polis sahə inspektoru, polis leytenantı Şahid1 Sücəddin oğlu digər Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyindən, məhkəmənin 22 may 2023-cü il tarixli iclasında Təqsirləndirilən şəxs anası X4 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Zəng Xidməti Mərkəzinə müraciət edib-etməməsi, müsbət halda müraciətin məzmunu barədə qeydə alınmış səs yazısının məhkəməyə təqdim edilməsinə dair, eyni zamanda Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə daxil olubolmaması barədə məlumatın əldə edilməsinə, həmin tarixdə 4-cü Polis Şöbəsinə daxil olmuş şəxslərin qeydiyyatı kitabının əslinin təqdim edilməsinə dair məhkəmə tərəfindən sorğu verilmiş və cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X12 məhkəmə iclasında əlavə şahid qismində iştirakının təmin edilməsinə dair bildiriş göndərilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyindən, təqsirləndirilın şəxsin müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən verilmiş şifahi vəsatət təmin edilmiş, təqsirləndirilən şəxsin qardaşı X7 məhkəmə iclasında əlavə şahid qismində ifadəsi alınmışdır. Məhkəmənin 02 iyun 2023-cü il tarixli iclasında əlavə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs yaşadıqları ünvanda istifadə etdiyi narkotik vasitənin təsiri altında anası X6 ilə tez-tez münaqişə edərək, narahatlıq yaratmışdır. 29 sentyabr 2022-ci il tarixdə anası X6 günorta saatlarında DİN-in 102 xidmətinə zəng vuraraq qardaşının inzibati qaydada məsuliyyətə cəlb olunmasını və ya məcburi müalicəyə göndərilməsini xahiş etmişdir. Daha sonra qardaşı 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Polis Bölməsinə aparılmışdır. Məhkəmə iclasında şahid X13 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, DİN-in 102 zəng xidmətinə müraciət etmələrinin səbəbi qardaşının əvvəllər narkotik vasitələrin qəbulu nəticəsində yaranan aslılıq sindromu səbəbindən yaşadıqları ünvanda narahatçılıq yaratdığına görə narkomaniyadan məcburi qaydada müalicəyə göndərilməsi və ya inzibati qaydada məsuliyyətə cəlb olunması olmuşdur. 102 zəng xidmətindən başqa 802-yə də zəng etmişlər. Həmin vaxt anası çox əsəbi olduğundan şikayət ərizəsini o yazmışdır. Həmin ərəfələrdə qardaşını ümumiyyətlə çölə buraxmamışlar ki, ətrafında narkotik istifadə edən tanışlarına qoşulmasın. Məhkəmənin 09 iyun 2023-cü il tarixli iclasında əlavə şahid qismində dindirilmiş X15 ifadə verərək bildirmişdir ki, o, hal-hazırda polis baş leytenantı rütbəsində, Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan və satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, həmin tarixdə Binəqədi RPİ-nin 4cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, fərdi tikilmiş evlərin qarşısında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilib və polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilib və cibindən bir ədəd sellofana bükülmüş halda təmiz çəkisini xatırlamadığı miqdarda, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid X15 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirildikdən sonra üzərinə şəxsi axtarış və götürmə aparılması barədə mövcud qərarla tanış edilərək, videoçəkiliş aparılacağı bildirilmişdir. Videoçəkiliş zamanı Şahid2 və Şahid1 Sücəddin oğlu iştirak etmişlər. Təhqiqatçı olaraq ona cinayət axtarış üzrə əməliyyat müvəkkilli tərəfindən tərtib olunmuş material, iki raport, qərar, protokol daxil olur. Təqsirləndirilən şəxs Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, fərdi tikilmiş evlərin qarşısında saxlanılıb, yaşadığı ünvanda olmamışdır. Təqsirləndirilən şəxsi Şahid2 və Şahid1 Sücəddin oğlu saxlamışlar. Şübhəli şəxs kimi o tutmuşdur. Şübhəli şəxs qismində nə zaman tutduğunu xatırlamır. Qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşıması şübhəsi ilə əlaqədər saxlandığını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 Xidməti tərəfindən məhkəməyə göndərilmiş 10 iyun 2023-cü il tarixli sorğuya cavabda arxivlərin saxlanma müddəti bitdiyindən müvafiq auidioyazının təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 Xidmətinə 21 iyun 2023-cü il tarixdə təkrar sorğu verilmiş və həmin sorğuda müvafiq audioyazının təqdim edilməsinin mümkün olmadığı halda belə xx.xx.1981-ci il təvəllüdlü X4 müraciətinin məzmunu barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 Xidməti tərəfindən məhkəməyə göndərilmiş 11 iyul 2023-cü il tarixli sorğuya cavabda arxiv bazasında baş vermiş avtomatik texniki yenilənmə səbəbindən 2022-ci il üzrə müraciətlər haqqında məlumatların araşdırılmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 Xidmətinə 25 iyul 2023-cü i tarixdə təkrar sorğu verilmiş və həmin sorğuda hazırki cinayət işinə tam, mahiyyəti üzrə və obyektiv baxılması üçün məhkəmə tərəfindən göndərilmiş sorğuya cavabın sübut əhəmiyyəti daşıması qeyd edilmiş, müvafiq audioyazının təqdim edilməsinin mümkün olmadığı halda belə xx.xx.1981-ci il təvəllüdlü X4 müraciətinin məzmunu barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 Xidməti tərəfindən məhkəməyə göndərilmiş 10 avqust 2023-cü il tarixli sorğuya cavabda arxiv bazasında baş vermiş avtomatik texniki yenilənmə səbəbindən 2022-ci il üzrə müraciətlər haqqında məlumatların araşdırılmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmənin 04 avqust 2023-cü i tarixli iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən verilmiş vəsatət təmin edilmiş, X4 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 01 avqust 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixə qədər daxil olan və çıxan zənglərin siyahısının Bakcell MMC-dən ələ keçirilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş 04 avqust 2022-ci il tarixli 1(001)-376/2023 saylı qərar Bakcell MMC tərəfindən icra edilmiş və sorğunun icrası ilə bağlı məlumatlar 22 avqust 2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Eyni zamanda məhkəməyə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə, Binəqədi rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olmasına dair məlumatların əks edildiyi qeydiyyat kitabından çıxarışlar təqdim edilmişdir. Təqdim edilmiş çıxarışlar tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə saat 20:25-də şöbəyə daxil olmuş və 30 sentyabr 2022ci il tarixdə saat 23:20-də Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. Binəqədi RPİ-nin MSY-nə daxil olan və çıxan şəxslərin qeydiyyatı kitabından çıxarış tədqiq edilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə saat 21:50-də MSY-nə daxil olmuş, 29 sentyabr 2022-ci il tarixdə saat 23:40-da MSY-nin daxili intizam qaydaları, hüquq və vəzifələri ilə izah edilmiş, 01 oktyabr 2022-ci il tarixdə saat 17:00-da azad olunmuşdur. Bakcell MMC tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə olan daxil olan və çıxan zənglərə baxış keçirilən zaman X5 məxsus +994 55 ***-**-** saylı mobil nömrədən 29 sentyabr 2023-cü il tarixdə saat 16:26-da AR DİN-nin 102 Zəng Xidməti Mərkəzinə zəng edildiyi və həmin zəngin 95 saniyə davam etdiyi müəyyən olunmuşdur. Bundan əlavə həmin CD diskə baxış keçirilən zaman Günay Məmmədova tərəfindən 102 Zəng Xidməti Mərkəzinə zəng edildikdən sonra onun mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən zəng edildiyi, həmin mobil telefon nömrəsinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin təhqiqatçısı X1 istifadəsində olması müəyyən edilmiş və cinayət işi üzrə yaranmış zərurətlə bağlı X1 məhkəmə iclasında əlavə şahid qismində iştirakı təmin edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 Xidmətinə 11 sentyabr 2023-cü i tarixdə təkrar sorğu verilmiş və həmin sorğuda hazırki cinayət işinə tam, mahiyyəti üzrə və obyektiv baxılması üçün məhkəmə tərəfindən göndərilmiş sorğuya cavabın sübut əhəmiyyəti daşıması, X5 məxsus mobil nömrədən AR DİN 102 Zəng Xidməti Mərkəzinə müraciət edilməsinə dair müraciətin Bakcell MMC tərəfindən təqdim edilmiş məlumatlarda əks edilməsi qeyd edilmiş, göstərilənlərə əsasən xx.xx.1981ci il təvəllüdlü X4 müraciətinin məzmunu barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmənin 13 sentyabr 2023-cü il tarixli iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, hal-hazırda polis baş leytenantı rütbəsində, Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs ətrafında Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılması və Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilib və polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulması barədə məhkəmə iclasına çağrılmazdan əvvəl icraatında Təqsirləndirilən şəxs cinayət işi olub-olmadığını yoxlamış və icraatında ********* nömrəli cinayət işi olmamışdır. Hadisənin üzərindən uzun müddət keçdiyindən X6 ilə telefon danışığını xatırlamır. Bundan başqa isə gün ərzində bir neçə vətəndaş müraciət edir. Dəfələrlə Təqsirləndirilən şəxs yaşadığı əraziyə başqa-başqa müraciət və şikayətlər ilə bağlı getmişdir. Hal-hazırda məhkəmə iclasında əyləşən həmin şəxs və anasını xatırlamır. DİN-in 102 zəng xidmətinə şikayət daxil olduqda və əməliyyat qrupu yaradıldıqda zərurət olanda təhqiqatçı da iştirak edir. Əməliyyat qrupunda, əməliyyat müvəkkili, sahə inspektoru, təhqiqatçı və sürücü iştirak edir. Vətəndaşın 102 zəng xidmətinə müraciət etdiyi hər hansı məlumat, şikayət mütləq qaydada qeydiyyat kitabında qeydiyyata alınır. Cinayət və hadisələr barədə məlumatlar qeydiyyata alınarkən sənədin üzərində qeydiyyat ştampı vurulur və polis orqanının adı, qeyd tarixi, sıra nömrəsi, məlumatı qəbul etmiş əməkdaşın soyadı göstərilməklə imzalanır. Cinayət barədə məlumatlar 1 nömrəli kitabda qeydə alındıqdan sonra polis orqanının rəisinə məruzə olunur. Rəis, təhqiqat orqanının rəhbəri kimi, məlumatı baxılması üçün aidiyyətindən asılı olaraq istintaq və ya ixtisaslaşmış təhqiqat qurumunun rəhbərinə istiqamətləndirir. Müstəntiq və ya təhqiqatçı 1 nömrəli kitabda imza etməklə cinayət barədə məlumatı icraatına qəbul edir və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada araşdırma aparır. 2 nömrəli kitabda qeydə alınmış hadisə barədə məlumatın cinayət xarakterli olmasını təsdiqləyən ilkin yoxlama sənədləri olmadıqda 1 nömrəli kitabda qeydiyyata alınmır (protokol, raport, tibbi və ya digər arayış, şikayət ərizəsi, şifahi ərizə protokolu və s.). Protokol onu tərtib edən və məlumat verən şəxslər tərəfindən imzalanır və bununla bağlı orqan rəhbərinin adına raport yazılır. Raport və protokol araşdırma materialına əlavə olunur. Yalnız hadisə barədə verilmiş məlumatın (cinayət xarakterli olmayan) xarakterindən asılı olaraq orqan rəisinin (olmadıqda məsul növbətçinin) göstərişi əsasında aidiyyəti ünvana polis sahə rəisi (inspektoru), post-patrul, yol-patrul xidməti naryadları, əməliyyat müvəkkili və ya digər struktur qurumların əməkdaşları göndərilir. Məhkəmə iclas zalında əyləşən Təqsirləndirilən şəxs xatırlamır. Məlumatı 2 nömrəli kitabda imza etməklə qəbul etmiş təhqiqat orqanının əməkdaşı araşdırma zamanı onun cinayət xarakterli olmasını müəyyən etdikdə təxirəsalınmadan raportla rəisə məruzə edir. Müvafiq yoxlama ilə 2 nömrəli kitabda qeydə alınmış məlumatın cinayət xarakterli olması müəyyən edildikdə zəruri qeydiyyat aparılmaqla 1 nömrəli kitaba köçürülür. Məhkəmə tərəfindən 15 sentyabr 2023-cü il tarixdə X4 29 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi X9 ünvanlanmış olan müraciətinin məzmununa dair aparılmış qeydiyyat haqqında məlumatların əldə edilməsi məqsədi ilə Binəqədi Rayon Polis İdarəsininin 4-cü X10 qeydiyyatı kitabı 1 və Məlumatların Qeydiyyatı 2 kitabından müvafiq çıxarışların məhkəməyə təqdim edilməsinə dair sorğu verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 23 oktyabr 2023-cü il tarixli sorğuya cavabda X4 oğlu Təqsirləndirilən şəxs il bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində müraciətinin müəyyən edilmədiyi göstərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən məhkəməyə verilmiş sorğuya mahiyyəti üzrə cavab verilmədiyindən məhkəmə tərəfindən 25 oktyabr 2023-cü il tarixdə yenidən eyni məzmunlu sorğu verilmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən verilmiş 03 noyabr 2023-cü il tarixli sorğuya cavabda X4 AR DİN 102 Zəng Xidməti Mərkəzinə etdiyi müraciətinin qeydiyyata alındığı hadisələrin qeydiyyatı kitabı 1 və məlumatların qeydiyyatı kitabı 2 müvafiq qaydada Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsi tərəfindən məhv edildiyi, X4 oğlu Təqsirləndirilən şəxs il bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində müraciətinin müəyyən edilmədiyi göstərilmiş və həmin kitabların məhv edilməsinə dair 30 aprel 2023-cü il tarixli akt təqdim edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 Xidmətinə 22 may, 21 iyun, 25 iyul və 11 sentyabr tarixlərində ünvanlanmış sorğulara mahiyyəti üzrə cavab verilmədiyindən, məhkəmə tərəfindən 20 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 Xidmətindən məlumatların ələ keçirilməsinə dair qərar qəbul edilmiş və icra edilməsi üçün göndərilmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş 20 noyabr 2023-cü il tarixli 1(001)-376/2023 saylı qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 Xidməti tərəfindən icra edilməmiş və məktubla həmin sorğuya 25 sentyabr 2023-cü il tarixdə cavab verildiyi göstərilmişdir. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlar və məhkəməyədək icraat zamanı əldə edilrək cinayət işinin materiallarına əlavə edilmiş sübutlar qarşılıqlı şəkildə tədqiq etməyi zəruri hesab edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CMin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilsə də, məhkəmə iclasları zamanı CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməmiş, tutulan zaman üzərində narkotik vasitə olmadığını, polis əməkdaşlarının onu anasının 102 zəng xidməti mərkəzinə etdikləri zəng əsasında saxladıqlarını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022ci il tarixdə saat 20:05-də Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsində tikilmiş fərdi yaşayış evlərinin qarşısında piyada olan zaman saxlanılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Beləliklə, görünür ki, Təqsirləndirilən şəxs elə öz yaşadığı fərdi yaşayış evinin yerləşdiyi İ.Hacıyev küçəsində saxlanılmışdır. Məhkəmə iclasında həm Təqsirləndirilən şəxs oğu, həm də, əlavə şahid qismində ifadəsi alınmış X13 qardaşı Təqsirləndirilən şəxsı polis əməkdaşlarının onların yaşadığı fərdi yaşayış evindən apardıqlarını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer ilə saxlanıldığı ünvanların eyni olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsində yerləşən fərdi yaşayış evlərinin qarşısında piyada olan zaman, yoxsa həm təqsirləndirilən şəxsin, həm də məhkəmədə əlavə şahid qismində ifadəsi alınmış X7 ifadəsində bildirdikləri kimi, yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsində yerləşən fərdi yaşayış evindən aparılmasına münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşadığı evdən polis əməkdaşları tərəfindən aparılması yoxsa xx.xx.2022-ci il tarixli raportda göstərildiyi kimi yaşadığı fərdi yaşayış evinin yerləşdiyi küçədə piyada olan zaman saxlanılmasına dair şübhələr yaradır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin və əlavə şahid qismində ifadə vermiş X7 ifadəsində bildirdikləri xüsusatların dəqiqləşdirilməsi məqsədi ilə X4 AR DİN Növbətçi X9 29 sentyabr 2022-ci il tarixdə müraciət edib-etməməsi barədə məlumatın əldə edilməsi məqsədi ilə məhkəmə tərəfindən müvafiq olaraq 22 may, 21 iyun, 25 iyul və 11 sentyabr tarixlərində sorğular göndərilmişdir. Məhkəmə tərəfindən 22 may 2023-cü il tarixdə göndərilmiş sorğuya AR DİN X11 Mərkəzi tərəfindən verilmiş cavabda arxivlərin saxlanma müddəti bitdiyindən müvafiq auidioyazının təqdim edilməsinin mümkün olmadığı göstərilsə də, daha sonra məhkəmə tərəfindən təkrar olaraq göndərilmiş sorğulara cavabda arxiv bazasında baş vermiş avtomatik texniki yenilənmə səbəbindən 2022-ci il üzrə müraciətlər haqqında məlumatların araşdırılmasının mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən AR DİN Növbətçi X9 ünvanlanmış olan eyni məzmunlu sorğuya iki bir-birindən tamamilə fərqli cavablar verilmiş, birinci sorğuya cavabda məlumatların təqdim edilməsinin arxivlərin saxlanma müddətinin bitdiyi üçün mümkün olmadığı göstərilsə də, sonrakı cavabda isə arxiv bazasında baş vermiş avtomatik texniki yenilənmə səbəbindən məlumatların təqdim edilməsinin mümkün olmadığı göstərilmişdir. Bundan əlavə, X4 29 sentyabr 2022-ci il tarixdə 102 xəng xidməti mərkəzinə müraciət edib-etməməsinə dair sübutun əldə edilməsi məqsədi ilə məhkəmə tərəfindən 20 noyabr 2023-cü il tarixli 1(001)-376/2023 saylı qərar qəbul edilərək, icra edilməsi üçün göndərilməsinə baxmayaraq, həmin qərar da icrasız qalmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 Xidməti məktubla həmin sorğuya 25 sentyabr 2023-cü il tarixdə cavab verildiyi göstərildiyini bildirməklə kifayətlənmişdir. AR CPM-nin 143.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır. AR CPM-nin 143.2-ci maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim edilməsinin tələb etmək hüququnun olduğu göstərilsə də, məhkəmə tərəfindən göndərilmiş sorğulara mahiyyəti üzrə cavab verilməmişdir. Məhkəmə iclasında Bakcell MMC tərəfindən təqdim edilmiş məlumatlar tədqiq edilən zaman Təqsirləndirilən şəxs anası X5 məxsus +994 55 ***-**-** saylı mobil nömrədən 29 sentyabr 2022-cü il tarixdə saat 16:26:55 saniyədə AR DİN-nin 102 Zəng Xidməti Mərkəzinə zəng edildiyi və həmin zəngin 95 saniyə davam etdiyi müəyyən olunmuşdur. X4 ona məxsus olan mobil nömrədən 29 sentyabr 2022-ci il tarixdə AR DİN-nin 102 Zəng Xidməti Mərkəzinə saat 16:26-da zəng etməsinin, 95 saniyə müddətində danışmasının müəyyən olunduğu halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 Xidməti tərəfindən eyni məzmunlu sorğuya iki tamamilə bir-birinə zidd olan cavablar verilməsi Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə əməliyyat məlumatı əsasında yoxsa anası Günay Məmmədovanın 102 zəng xidməti mərkəzinə etdiyi zəngdən sonra tutulmasına dair məhkəmədə əsaslı şübhələr yaradır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş Bakı şəhəri, Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Malik Əhmədov əlavə şahid qismində dindirilmiş, onun verdiyi ifadəsində cinayət işi üzrə əhəmiyyətli olan hər hansı bir hal müəyyən olunmamışdır. Bakcell MMC tərəfindən təqdim edilmiş məlumatlar tədqiq edilərkən Günay Məmmədova tərəfindən xx.xx.2022-ci il tarixdə saat 16:26-da 102 Zəng Xidməti Mərkəzinə zəng edildikdən sonra onun mobil nömrəsinə saat 17:21-də ***-***-**-** saylı mobil nömrədən zəng edildiyi, danışıq zənginin 50 saniyə müddətində davam etməsi, həmin mobil telefon nömrəsinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin təhqiqatçısı X1 istifadəsində olması müəyyən edilmişdir. Bununla bağlı məhkəmə iclasında əlavə şahid qismində ifadə vermiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin təhqiqatçısı X3 məhkəmə iclasında əlavə şahid qismində ifadəsi alınan zaman hadisənin üzərindən uzun müddət keçdiyindən X6 ilə telefon danışığını xatırlamadığını, gün ərzində bir neçə vətəndaş müraciət etdiyini, dəfələrlə Təqsirləndirilən şəxs yaşadığı əraziyə başqa-başqa müraciət və şikayətlər ilə bağlı getdiyini, məhkəmə iclasında əyləşən Təqsirləndirilən şəxs və anasını xatırlamadığını bildirmişdir. Göründüyü kimi, əlavə şahid qismində ifadəsi alınmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin təhqiqatçısı X3 istifadəsində olan mobil telefon nömrəsindən hansı səbəbə Məmmədova Günayın istifadəsində olan mobil nömrəyə zəng etməsinə dair məhkəmə tərəfindən ona verilmiş olan suallara konkret olaraq cavab verməmiş, təqsirləndirilən şəxsi və onun anasını xatırlamadığını bildirməklə, istifadəsində olan mobil telefon nömrəsindən Günay Məmmədovanın istifadəsində olan mobil telefona nömrəsinə edilmiş zəngi çoxsaylı vətəndaş müraciətləri ilə əlaqələndirmişdir. 03 noyabr 2011-ci il tarixdə təsdiq edilmiş “Törədilmiş və ya hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları” haqqında Təlimatın 3-cü bəndinə əsasən DİN-in “102” xidməti-zəng mərkəzi sistemindən daxil olan cinayətlər barədə məlumatlar təsdiqlənməsindən asılı olmayaraq birbaşa 1 nömrəli kitabda qeydə alınır (2 nömrəli kitabda qeydiyyata alınmadan) və prosessual araşdırmaya təqdim edilir. Hadisə yerinə baxışın keçirilməsinə, habelə müraciət edən və digər şəxslərdən dərhal izahatların alınmasına zərurət olmadığı hallar istisna olmaqla, cinayət barədə “102” xidməti-zəng mərkəzi sisteminə məlumat verən şəxsin ilkin ərizəsinin alınması üçün ərazi polis qurumuna dəvət edilməsi qadağandır. Həmin məlumat üzrəəməliyyat-istintaq qrupu hadisə yerinə dərhal çıxır və müraciət edən şəxsin məlumatına əsasən yerində (hadisə yerində, yaşadığı və ya olduğu ünvanda) şifahi ərizə protokolu tərtib olunur. Şəxs yazılı müraciət etmək istədikdə ərizəsi alınır. Şəxs məlumat verməkdən və ərizə yazmaqdan imtina etdikdə bu barədə protokol tərtib olunur və həmin protokolda şəxsin məlumat verməkdən və ərizə yazmaqdan imtinasının səbəbləri haqqında qeyd aparılır. Protokol onu tərtib edən və məlumat verən şəxslər tərəfindən imzalanır və bununla bağlı orqan rəhbərinin adına raport yazılır. Raport vəprotokol araşdırma materialına əlavə olunur. Yalnız hadisə barədə verilmiş məlumatın (cinayət xarakterli olmayan) xarakterindən asılı olaraq orqan rəisinin (olmadıqda məsul növbətçinin) göstərişi əsasında aidiyyəti ünvana polis sahə rəisi (inspektoru), post-patrul, yol-patrul xidməti naryadları, əməliyyat müvəkkili və ya digər struktur qurumların əməkdaşları göndərilir. Təlimata 6 nömrəli əlavədə 1 nömrəli kitabda qeydiyyata alınmayan hadisələr barədə məlumatların siyahısı göstərilmişdir. 6 nömrəli əlavəyə əsasən daxil olma formasından asılı olmayaraq ailə və məişət münaqişəsi zəminində mübahisələrlə bağlı müraciətlərin 1 nömrəli kitabda qeydiyyata alınmadığı göstərilmişdir. Təlimatın 4.12-ci bəndinə əsasən cinayət xarakterli olmayan məlumatlar üzrə araşdırma 10 gün müddətində aparılır. Təhqiqat orqanının əməkdaşı yoxlamanın nəticələrini raportla orqan rəisinə məruzə edir. Rəis toplanmış materialların dolğunluğunu yoxladıqdan sonra sənədlərin işə tikilməsi barədə göstəriş verir. Yoxlamanın nəticələri barədə 2 nömrəli kitabda müvafiq qeydiyyat aparılır. Yoxlama materialları dəftərxanada 3 il müddətində saxlanılır. Məhkəmə istintaqı zamanı Törədilmiş və ya hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları” haqqında Təlimatın tələblərinə əsasən X4 AR DİN 102 zəng Xidməti Mərkəzinə etmiş olduğu müraciətin qeydiyyata alınmalı olduğu nəzərə alınmaqla, eyni zamanda həmin müraciətin məzmunu barədə AR DİN 102 Zəng Xidməti Mərkəzi tərəfindən ünvanlanmış sorğuya cavab verilmədiyindən edilmiş müraciətin məzmunu barədə məlumatın əldə edilməsi məqsədi ilə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə sorğu ünvanlanmışdır. Məhkəmə tərəfindən göndərilmiş sorğuya verilmiş birinci cavabda X4 oğlu Təqsirləndirilən şəxs il bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində müraciətinin müəyyən edilmədiyi göstərilmiş, bu səbəbdən məhkəmə tərəfindən yenidən eyni məzmunlu sorğu verilmişdir. Sorğuya verilmiş ikinci cavabda isə X4 AR DİN 102 Zəng Xidməti Mərkəzinə etdiyi müraciətinin qeydiyyata alındığı hadisələrin qeydiyyatı kitabı 1 və məlumatların qeydiyyatı kitabı 2 müvafiq qaydada Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsi tərəfindən məhv edildiyi, X4 oğlu Təqsirləndirilən şəxs il bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində müraciətinin müəyyən edilmədiyi göstərilmiş və həmin kitabların məhv edilməsinə dair 30 aprel 2023-cü il tarixli aktın əsli təqdim edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən göndərilmiş eyni məzmunlu sorğuya iki fərqli cavab verilmiş, ilkin olaraq verilmiş cavabda belə bir müraciətin müəyyən edilmədiyi göstərilsə də, daha sonra müraciətin qeydiyyata alındığı kitabların məhv edilməsinə dair aktın əsli məhkəməyə təqdim edilmişdir. Sorğuya verilmiş ilkin cavab tədqiq edilərkən müraciətlərin qeydiyyata alındığı həmin kitablara baxış keçirilməsi və belə bir müraciətin müəyyən olunmadığı mənası göstərilsə də, ikinci cavabda ümumiyyətlə həmin kitabların məhv edildiyi bildirilmiş və bununla bağlı aktın əsli təqdim edilmiş, daha sonra isə təkrar olaraq belə bir müraciətin müəyyən olunmadığı göstərilmişdir. Sorğuya cavabda qeyd edildiyi kimi həmin kitabların məhv edildiyi qəbul edilərsə, məhkəmədə mövcud olmayan bir kitaba necə baxış keçirilməsi və X5 məxsus müraciətin müəyyən olunmamasına dair sual yaranmışdır. Bundan əlavə, həmin kitabların məhv edilməsinə dair məhkəməyə təqdim edilmiş akt tədqiq edilərkən müəyyən olunmuşdur ki, məhkəməyə aktın surəti deyil, əsli təqdim edilmişdir. Bundan əlavə, Törədilmiş və ya hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları” haqqında Təlimatın 4.12-ci bəndinin tələblərinə əsasən həmin yoxlama materialları dəftərxanada 3 il müddətində saxlanılmalı olduğu halda, 2023-cü il 30 aprel tarixində həmin məlumatlar məhv edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs anası X4 xx.xx.2022-ci il tarixdə DİN 102 Zəng Xidməti Mərkəzinə zəng etməsi müəyyən olunsa da, lakin həmin müraciətin məzmununa dair Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinə ünvanlanmış sorğuya ziddiyyətli cavablar verilmiş, eyni zamanda məhkəmənin təkrar sorğusundan sonra qanunverciliyin tələblərinə əsasən 3 il saxlanılması tələb edilən sənədlərin məhv olunduğu bildirilmiş və məhkəməyə aktın əsli təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli raporta əsasən Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə saat 20:05-də saxlanılmış, saat 20:25-də şöbəyə daxil olmuş, saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Hazırki cinayət işinin materiallarından da görünür ki, Təqsirləndirilən şəxs saat 20:05-də saxlanılmış, saat 20:25-də şöbəyə daxil olmuş, şöbəyə daxil olduqdan təxminən 1 saat sonra saat 21:30-da şübhəli şəxs kimi tutulmuş, onun üzərinə şəxsi axtarış və götürmə isə saat 22:00-da aparılmışdır. Belə ki, məhkəmə iclasında cinayət işinin materialları tədqiq edilərkən təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılmasını onun faktiki olaraq tutulduğu vaxtdan birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir sənədə rast gəlinməmişdir. Əksinə cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verən zaman həmin gün artıq 2-3 gün olar ki, narkotik vasitə istifadə etməməsi səbəbindən vəziyyətinin heç də yaxşı olmadığını, polis əməkdaşları tərəfindən ona şöbədə istifadə etmək üçün narkotik vasitə verildiyini, narkotik vasitədn istifadə etdikdən sonra vəziyyətinin bir az yaxşılaşdığını,polis şöbəsinə aparılan zaman üzərində narkotik vasitə olmadığını, çəkiliş zamanı üzərindən çıxan həmin narkotik vasitəni polis əməkdaşlarının ona verdiyini, bundan sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış və baxış keçirildiyini, o da çəkilişdə həmin narkotik vasitəni cibindən çıxartdığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə onun azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, yəni saat 20:05-dən təxminən 2 saat sonra aparılmışdır ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən ifadəsi və həmin vaxt ərzində təqsirləndirilən şəxsin polisin nəzarəti altında olması nəzərə alınmaqla, bu da cinayət işi üzrə təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar edilməsinə dair sübutun mötəbərliyini şübhə altına qoyur. Göstərilənlərə əsasən, məhkəmə 29 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparıldığı protokol və videogörüntünü cinayət işi üzrə mötəbər sübut növü kimi qəbul etmir. Bundan əlavə, məhkəmə iclasında Binəqdi RPİ-nin 4-cü Polis Şöbəsinə və Binəqədi RPİ-nin MSY-nə daxil olan şəxslərin qeydiyyatı kitabından çıxarışlar tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə saat 20:25-də şöbəyə daxil olmuş və 30 sentyabr 2022-ci il tarixdə saat 23:20-də Binəqədi RPİnin MSY-nə təhvil verilmişdir. Binəqədi RPİ-nin MSY-nə daxil olan və çıxan şəxslərin qeydiyyatı kitabından çıxarış tədqiq edilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə saat 21:50-də MSY-nə daxil olmuş, 29 sentyabr 2022-ci il tarixdə saat 23:40-da MSY-nin daxili intizam qaydaları, hüquq və vəzifələri ilə izah edilmiş, 01 oktyabr 2022-ci il tarixdə saat 17:00-da azad olunmuşdur. Məhkəmə iclasında, Binəqədi RPİ-nin MSY tərəfindən verilmiş çıxarışda olan saatlar tədqiq edilmiş, orada şəxslərin MSY-nə daxil olmalarına dair vaxtların saat ardıcıllığı ilə yazılması, Təqsirləndirilən şəxs adının qarşısında olan saatın əslində 22:50 olması, texniki səhv olaraq 21:50 göstərilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə saat 23:20-də Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsindən çıxaraq, 29 sentyabr 2022-ci il tarixdə saat 22:50-də Binəqədi RPİnin MSY-nə daxil olması qeyri mümkündür. Göstərilən bu hallar təqsirləndirilən şəxsin saxlanılması, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı sənədləşmənin düzgün aparılmamasına, göstərilən vaxtların təhrif edilməsinə dəlalət edən hallardır ki, bu hallar iş üzrə araşdırmanın AR CPM-nin tələbləri pozulmaqla aparılmasının, sənədlərin formal şəkildə reallığı əks etdirmədən tərtib edilməsinin göstəricisidir. Belə olan halda Təqsirləndirilən şəxsunun reallıqda hansı saatda saxlanılması, hansı saatda üzərinə şəxsi axtarış və götürmənin həyata keçirilməsi, həmin hərəkətlər arasında olan saat fərqi məhkəmə üçün aydın olmadığından həmin müddət ərzində narkotik vasitənin şəxsin üzərinə qoyulmasının mümkünlüyü ehtimallarını daha da artırır. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini yoxlayaraq, onun həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri işdə toplanmış və yuxarıda tədqiq edilmiş digər sübutlarla müqayisəli surətdə qiymət verərək onun ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrini mötəbər və iş materialları ilə tamamlanmış ifadələr kimi qiymətləndirir, onun təhqiqat zamanı Binəqədi RPİnin 4-cü polis şöbəsində verdiyi ifadələrini sübut kimi qəbul etmir. Belə ki, X4 istifadəsində olan mobil telefon nömrəsindən saat 16:26-da 102 Zəng Xidməti Mərkəzinə zəng edildikdən təxminən bir saat sonra saat 17:21-də Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin təhqiqatçısı X3 tərəfindən Günay Məmmədovanın istifadəsində olan mobil telefon nömrəsinə zəng edilməsi, əlavə şahid qismində ifadəsi alınmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin təhqiqatçısı X3 istifadəsində olan mobil telefon nömrəsindən hansı səbəbə Məmmədova Günayın istifadəsində olan mobil nömrəyə zəng etməsinə dair məhkəmə tərəfindən ona verilmiş olan suallara konkret olaraq cavab verməməsi, həm AR DİN Növbətçi X9, həm də Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə ünvanlanmış olan eyni məzmunlu sorğuya iki birbirindən tamamilə fərqli cavablar verilməsi, Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsi tərəfindən müraciətin qeydiyyata alındığı kitabların məhv edilməsinə dair aktın əslinin təqdim edilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin onun azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan 2 saat sonra aparılması cinayət işi üzrə müəyyən edilən, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsində qeyd etdikləri xüsusatları- iki –üç gün olar ki, narkotik vasitədən istifadə etmədiyi üçün vəziyyətinin yaxşı olmadığını, anasının AR DİN-nin 102 Zəng Xidməti Mərkəzinə zəng etməsini, onun inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etməsini, həmin vaxt üzərində narkotik vasitə olmadığını, anasının zəngindən sonra polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmasını təsdiq edən hallardır. Göstərilənlərə əsasən, məhkəmə məhkəmə istintaqı zamanı mübahisəsiz qaydada müəyyən edilmiş hallara istinad edir və həmin hallarla əlaqəli şəkildə sübutları tədqiq edərkən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində səmimi olması nəticəsinə gəlir. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 30 sentyabr 2022-ci il tarixə, 6/5607 saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şahid ifadələrinin sübuti əhəmiyyətini itirdiyi, şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyi halda, göstərilən bu hallar sadəcə müvafiq ekspert rəyi ilə aradan qaldırılaraq şəxsin təqsirli olması qənaətinə gəlməyə əsas verə bilməz. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi ambulator məcburinarkoloji tibbi yoxlamanın 03 oktyabr 2022-ci il tarixli, 5701 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və narkoman xəstəsi olmasına görə deyil, onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranır ki, bu da təqsirləndirilən şəxsin AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir. Bundan əlavə məhkəmə cinayət işi üzrə şahidlər Şahid2 və Şahid1 verdiyi ifadələri şablon xarakterli ifadələr olmasını, cinayət işi üzrə müəyyən edilmiş hallarla ziddiyyət təşkil etdiyini nəzərə alaraq, cinayət işi üzrə mötəbər sübut kimi qəbul edilməməsi qənaətinə gəlir. Eyni zamanda iş üzrə əlavə şahid qismində dindirilmiş X7 verdiyi ifadələrin cinayət işi üzrə müəyyən edilmiş hallarla təsdiq edildiyini nəzərə alaraq, əsas sübut növü kimi qəbul edir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CMnin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X16 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; CPM-in 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; CPM-in 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, iş üzrə narkotik vasitə metamfetamin qanuni qüvvəyə mindikdən sonra həmin narkotik vasitənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokurorluğuna göndərilməli, maddi sübut kimi saxlanılan asetilə edilən tiryəkin qalıq miqdarı araşdırma sona çatanadək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 72 (yetmiş iki) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 72 (yetmiş iki) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 72 (yetmiş iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 432 (dörd yüz otuz iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 1126/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 1,542 qram çəkidə narkotik vasitə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 1,542 qram olan metamfetamin araşdırma sona çatanadək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 manat dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin.. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 72 (yetmiş iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 432 (dörd yüz otuz iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar