Məhkəmə qərarları › İş №1(001)-29/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-29/2025

10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-29/2025 10.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Oğuz rayonu, Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Oğuz rayonu, Xaçmaz kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 167-3.1 və 204.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə ofset çap üsulu ilə hazırlanmış, eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən və eyni nominallı həqiqi əskinaslardan aşkar şəkildə fərqlənməyən xarici valyuta olan 30 ədəd 100 ABŞ dollar nominallı olmaqla ümumilikdə 3000 ABŞ dolları məbləğində saxta pul əskinaslarını əldə edib üzərində, eləcə də istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə dini ekstremist materiallar, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran, qanunvericiliyin tələblərinə zidd olaraq Azərbaycan Respublikası X40 üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan istehsal və ya idxal edilmiş, məzmununda ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilən mövzuların üstünlük təşkil etdiyi kitablar və materiallar əldə edib idarə etdiyi “Honda İnsight” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə, iş yeri olan ünvan 2 ünvanında yerləşən “X12”-nm 2-ci mərtəbəsində pilləkəndən qalxdıqdan sonra sağ tərəfdə yerləşən ofisində və yaşadığı ünvan 1 ünvanında saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə saat 21:22-də Oğuz rayonu, Kərimli kəndi ərazisində saxlanılaraq idarə etdiyi “Honda İnsight” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Oğuz Rayon Polis Şöbəsinə gətirilmiş, orada həmin tarixdə saat 23:35-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən ofset çap üsulu ilə hazırlanmış, eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən və eyni nominallı həqiqi əskinaslardan aşkar şəkildə fərqlənməyən 30 ədəd PF98731857H, PF98731859H, PF98731859H, PF98731858H, PF98731830H, PF98731840H, PF98731757H, PF98731858H, PF98731856H, PF98731857H, PF98731856H, PF98731810H, PF98731875H, PF98731840H, PF98731820H, PF98731810H, PF98731820H, PF98731845H, PF98731815H, PF98731865H, PF98731895H, PF98731885H, PF98731830H, PF98731064H, PF98731994H, PF98731825H, PF98731858H, PF98731690H, PF98731063H və PF98731061 H seriya və nömrəli 100 ABŞ dollar nominallı olmaqla ümumilikdə saxta 3000 ABŞ dolları pul əskinasları aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 21 iyul 2023-cü il tarixdə saat 00:46-dan etibarən Oğuz RPŞnin inzibati binasının həyətində Təqsirləndirilən şəxs idarə etdiyi “Honda İnsight” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs iştirakı və razılığı ilə keçirilən baxış zamanı avtomobilin salon hissəsində arxa sol oturacağın üzərində olan əl çantasından sonuncunun naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən əldə edərək saxladığı dini ekstremist materiallar, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran, qanunvericiliyin tələblərinə zidd olaraq Azərbaycan Respublikası X40 üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan istehsal və ya idxal edilmiş, məzmununda ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilən mövzuların üstünlük təşkil etdiyi Türkiyə Respublikasında 15 iyul 2016-cı il tarixində baş vermiş dövlət çevrilişinə cəhddə ittiham olunan “FETÖ” (X15) təşkilatının lideri sayılan Fəthullah Gülənin müxtəlif dini, əxlaqi və dünyəvi mövzulara dair söhbət və çıxışları olan 01 ədəd “İpad” və 01 ədəd “İpad Air” markalı planşetlər aşkar edilərək götürülmüşdür. Bundan başqa, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs iş yeri olan ünvan 2 ünvanında yerləşən “X12”-nın 2ci mərtəbəsində pilləkəndən qalxdıqdan sonra sağ tərəfdə yerləşən ofisində 21 iyul 2023cü il tarixdə saat 17:15-dən etibarən keçirilən axtarış və götürmə zamanı ofisdə girişdən sol tərəfdə yerləşən taxta materiallı kitab rəfindən Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən əldə edərək saxladığı dini ekstremist materiallar, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran, qanunvericiliyin tələblərinə zidd olaraq Azərbaycan Respublikası X40 üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan istehsal və ya idxal edilmiş, məzmununda ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilən mövzuların üstünlük təşkil etdiyi 01 ədəd kustar üsulla hazırlanmış kserosurətlərdən ibarət Türkiyə Respublikasında 15 iyul 2016-cı il tarixində baş vermiş dövlət çevrilişinə cəhddə ittiham olunan “FETÖ” (X15) təşkilatının lideri sayılan M.Fethullah Gülenin “Hüzmeler və iktibaslar” kitabı, Fəthullah Gülənin dini və dünyəvi mövzulara dair çıxışları olan 01 ədəd “DVD” disk və girişdən sol tərəfdə yerləşən iş masasının üzərindən Fəthullah Gülənin “Bahar neşidesi”, “Çağ ve nesil 10 hakka adanmışlar”, “Hüzmeler ve iktibaslar”, “ila-yi kelimetullah ve ya cihad”, “Kirik testi” kitablarının “pdf’ formatının əks olunduğu 01 ədəd qırmızı rəngli “flashcard”, daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında 21 iyul 2023-cü il tarixdə saat 20:42-dən etibarən keçirilən axtarış və götürmə zamanı girişdən sağ tərəfdə yerləşən otaqda olan qutulardan Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən əldə edərək saxladığı dini ekstremist materiallar, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran, qanunvericiliyin tələblərinə zidd olaraq Azərbaycan Respublikası X40 üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan istehsal və ya idxal edilmiş, məzmununda ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilən mövzuların üstünlük təşkil etdiyi 01 ədəd Faruq Mərcanın “Fəthullah Gülən” kitabı və 01 ədəd kustar üsulla hazırlanmış kserosurətlərdən ibarət Türkiyə Respublikasında 15 iyul 2016-cı il tarixində baş vermiş dövlət çevrilişinə cəhddə ittiham olunan “FETÖ” (X15) təşkilatının lideri sayılan M.Fəthullah Gülənin “Hitap çiçekleri” kitabı aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 204.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 18 fevral 2023-cü il tarixdə ona məxsus mobil telefon nömrəsinə tanımadığı nömrədən zəng gəlmiş və zəng zamanı məhkəmə qərarı ilə yaşadığı yataqxanada axtarış keçiriləcəyi, yataqxanada bəzi dini kitabların olduğu bildirilmişdir. O, yataqxanaya gələndə artıq axtarış keçirilməyə başlanmış, bəzi kitablar ayrılmışdı. Sözügedən kitablar onun şəxsi kitabları deyil, tələbələrin istifadə etdiyi kitabxanaya məxsus idi. Polis əməkdaşları axtarış keçirdikdən sonra müəyyən sayda kitabları ekspertizadan keçməsi məqsədilə Nərimanov RPİ-nin 18-ci PB-nə göndərmişlər və onu da ora dəvət etmişlər. O, etiraz etməyərək əməkdaşlarla birlikdə bölməyə gedərək izahat vermiş, bir müddət sonra isə heç bir əsaslı sübut olmadığından cinayət işi üzrə icraata xitam verilmişdir. Hadisədən 5 ay sonra, yəni iyul ayının 20-də ailəsi ilə birlikdə Oğuz rayonuna qonaq getmişdir. Səhər saat 11-12 radələrində ona məxsus mobil telefona zəng gəlmiş və zəng zamanı özünü Ruslan kimi təqdim edən şəxs ona rayonun Kərimli kəndində qəza olduğunu, qəzayla bağlı bölməyə getməyini bildirmişdir. O ailəsi ilə birlikdə qonaq olduğunu, ya onların gəlib olduğu yerdə avtomobilinə baxış keçirə biləcəklərini, ya da bir neçə saat sonra özünün gəlib bölməyə yaxınlaşacağını bildirmişdir, telefonda danışdığı şəxs bununla razılaşmışdır. 3 saat sonra qonaq olduğu yerdən ayrılmış və yola çıxdıqda həmin şəxsə 2 dəfə telefon zəngi etmiş, lakin zənglərinə cavab verilməmişdir. Yoldaşının allergiyası olduğundan avtomobili yolda saxlayıb aptekə dəymək məcburiyyətində qalmışdır. Dərman vasitələrini alan zaman əczaçıdan kənddə hər hansı avtoqəza olub-olmaması barədə soruşmuş, o da öz növbəsində heç bir qəza olmadığını bildirmişdir. Çölə çıxdıqda avtomobilinin sonradan polis əməkdaşları olduqlarını öyrəndiyi bir qrup insan tərəfindən bağlandığının şahidi olmuşdur. 5 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq onlarla birlikdə bölməyə getməli olduğunu bildirmişlər, o isə avtomobildə ailə-uşağının olmasını əsas gətirərək onları evə aparıb daha sonra gələcəyini bildirdikdə onlar bu fikirlə razılaşmayaraq ailəsini taksi ilə yola salmasını bildirmişlər. Səsküyə yoldaşı çıxmışdır. Əməkdaşlar telefonunu və avtomobilin açarlarını ondan almışlar. Ailəsini taksiyə mindirmiş və yoldaşına düşəndə sürücüyə verməsi üçün 10 manat pul vermişdir, avtomobilində olan əşyaları taksiyə yerləşdirmişdir. Yoldaşını yola saldıqdan sonra polislərə avtomobilini idarə edəcəyini və onları izləyəcəyini bildirsə də, buna razı olmamışlar. Avtomobilə əyləşən zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən gəlmələrini bildirdikdə onlara xoş gəldiklərini demiş, onlarsa bu ifadəni söyüşlə qarşılamışlar. Onu Oğuz Rayon Polis İdarəsinə gətirmişlər və bölmədə otaqların birində əməliyyatçılardan biri 3000 dollar məbləğində pulu sayaraq ona aid olmasını, videoçəkiliş olacağını, videoçəkiliş zamanı bunu etiraf etməsini bildirmişlər. Buna etiraz edib həmin pulun ona aid olmadığını bildirdiyi üçün ona fiziki və psixoloji təzyiq etməyə başlamışlar, digər əməliyyatçı barəsində tapşırıq olduğunu, həbsə getməli olduğunu, onun üçün ən yaxşı yerin ora olduğunu bildirmişdir. Qəbul etmədiyi üçün əməliyyatçının tapşırığı ilə “dubinka”, daha sonra isə silah gətirilmiş və onu qorxudaraq pulu götürməyi, rədd edirəsə silahı götürməyi bildirmişlər. O, üzərində silah gəzdirmə cinayətinin qanunvericilikdə daha çox məsuliyyət yaratdığını düşündüyü üçün saxta pul ittihamı ilə razılaşmışdır. Daha sonra başqa bir əməliyyatçı tez-tez etiraz etdiyi üçün onu vurmuşdur, ürəyində problemlər olduğu üçün hal-vəziyyəti pisləşmişdir. Əməkdaşlar bundan sonra təşvişə düşmüş və onu sakit olmağa çağırmışlar. Daha sonra içəriyə “Ramil” adlı başqa bir əməkdaş gəlmiş və digər əməkdaşları ona belə davrandıqları üçün tənbehləmişdir. O, həm polis əməkdaşlarına, həm də ona atasının gəldiyini, narahat olduğunu və onu aparmaq istədiyini bildirərək, onların dedikləri ilə razılaşıb saxta pulu boynuna götürməyini, evə getməyini və səhər atası ilə gələrək onların ifadələrini almalarını bildirmişdir. Saxta pul ittihamını üzərinə götürmək istəməmiş və polis əməkdaşları bu məsələdə tərəddüd etdiyini görərək əgər onların dedikləri ilə razılaşmasa, ailəsini gətirəcəklərini dedilər, belə dedikləri üçün məcburi surətdə dedikləri ilə razılaşmışdır. Daha sonra ona videoçəkiliş olacağını, çəkiliş zamanı ona suallar veriləcəyini, suallara verəcəyi cavabları ona öyrədəcəklərini, bundan sonra avtomobilinə baxış keçiriləcəyini bildirmişlər. Çəkilişin başlanması üçün təhqiqatçı otağa girmiş və müdafiəçinin seçilməsi barədə söhbətlərdən sonra o, müqavilə əsasında müdafiəçinin olduğunu bildirmişdir. Onlar bununla razılaşmayaraq, ona dövlət əsasında müdafiəçi təyin ediləcəyini bildirmişlər. Çəkiliş zamanı ona öyrətdikləri kimi cavablar vermişdir. Çəkilişin ortasında on dini radikalizmi maliyyələşdirmə ittihamı bildirildikdə buna etiraz etmiş, onlar videoçəkilişi dayandıraraq ona bu hissəni kəsib çıxaracaqlarını bildirmişlər və 2-ci dəfə çəkiliş olanda həmin hissə oxunmamışdır. Lakin daha sonralar o, ittiham aktını oxuyarkən həmin hissənin qeyd olunduğunu görmüşdür. Bundan sonra avtomobilə baxış üçün düşmüş, avtomobildə ona məxsus olmayan, icraatına xitam verilən cinayət işi üzrə ekspertizadan təmiz keçmiş kitablar olmuşdur. Həmin kitabları uşaqlardan birində görmüş və valideyninə bu barədə deyəcəyini bildirdikdə deməməsini xahiş etmişdir, o da kitabları avtomobilə qoyaraq orada saxlamışdır. Əvvəlcə həmin kitabların ekspertizadan təmiz keçdiyi üçün xahişi ilə çəkilişdə düşməyəcəyi ilə bağlı razılaşmışlar, lakin daha sonra Şahid1 adlı əməkdaş həmin kitabların da görünməsi ilə bağlı digər əməkdaşlara göstəriş vermişdir. Daha sonra onu Bakı şəhərinə BMCMİ-nin binasına gətirmiş və məcburi qaydada sənədlər imzalatdırmışlar. Səhər 11-12 radələrində evə baxış üçün gətirmişlər, iyul ayının 21-i 1-2 radələrində isə müstəntiq gəlmişdir. Barəsində “həbs” seçilməsi ilə bağlı keçiriləcək məhkəmədə bölmədə olanlarla bağlı heç bir şey danışmamağını və saxta pul ittihamını törətdiyini boynuna alması bildirmişlər, buna görə də məhkəmədə heç nə deməmişdir. Daha sonra gündüz vaxtı evə baxış üçün gəlmiş, açarlar isə onda olmamışdır, əməkdaşlar açarları haradansa əldə etmişlər. Elçin adlı polis əməkdaşı əlində sellofanla gələrək açarları ona göstərərək onun otağının harada olması və otağın açarının hansı olması barədə soruşmuşdur, o onun suallarını cavablandırmışdır. Əməkdaşlar evə qalxmış, bir müddət sonra gəlib onu da avtomobildən düşürərək evə aparmışlar. Açarı ona təqdim edərək qapını özü açmağı barədə bildirmişlər, içəri girdikdə isə rəfdən Fətullah Gülənlə bağlı bir neçə kitab götürmüşlər. O, həmin an onların kitabları evə qoyduğunu başa düşmüşdür, belə ki, orda ona məxsus belə kitablar olmamışdır. Məhkəmən iclasında təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, yataqxananı 2022-ci ilin sentyabrında, yəni saxlanılmazdan əvvəl icarə əsasında götürmüşdür və həmin vaxtdan işlədir. Yataqxananı ona icarə əsasında verən şəxs sahibkar olmuş, oranı özü işlətməmiş, ancaq icarə əsasında vermişdir. Yataqxananı ondan əvvəl icarə əsasında götürən şəxsin hansı müddət ərzində icarəyə götürdüyünü bilmir. Kompyuteri o idarəyə gətirildiyindən yarım saat ərzində yoldaşından götürmüşdülər. 44 gün ərzində ailəsi ilə telefon vasitəsilə və ya hər hansı şəkildə əlaqə yaratmağıma icazə verilməmişdir. Çəkilmiş videogörüntülərdə aldığı xəsarətlər açıq-aydın görünür. Polis İdarəsinin müvəqqəti saxlanma yerində olarkən xəsarətləri ilə bağlı qeydiyyat aparılması yadında deyil. Həmin xəsarətləri ona Oğuz RPİ-də olarkən yetirmişlər. Yataqxanaya baxış keçirilməsi gündüz vaxtı, saat 4-5 radələrində olmuşdur, yataqxana boş olmuşdur, açarını isə özləri haradansa əldə edib gətirmişdilər. Avtomobilinin açarlarını haradan gətirmələri barədə məlumatı yoxdur. Baxış zamanı atasını və anasını oradan çıxarmışdılar. Kitablar evə girən kimi sağda- uşaq otağında idi. Məhkəmənin 01 mart 2024-cü il tarixli baxış iclası zamanı dindirilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xmiü baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 20 iyul 2023-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.1994-cü il tarixdə Oğuz rayonunda anadan olmuş, Oğuz rayonu, Xaçmaz kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs radikal dindarların maliyyələşdirilməsi üçün satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və satması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyataxtarış tədbirinin keçirilməsi barədə 20 iyul 2023-cü il tarixli qərar çıxarılmış və BMCMİ-nin əməkdaşları – xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili X6 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra İlkin Haşımhnm olması ehtimal edilən Oğuz rayonu, Kərimli kəndinə yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar 20 iyul 2023-cü il tarixdə saat 21:22 radələrində Oğuz rayonu, Kərimli kəndi ərazisində Təqsirləndirilən şəxs bənzər şəxs “Honda” markalı **-BD-*** nömrə nişanlı avtomobilin yanında saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Oğuz RPŞ-nin inzibati binasına dəvət edilmişdir. Polis Şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahı ilə tanış olduqdan sonra siyahı üzrə vəkilin hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə fərdi qaydada faəliyyət göstərən vəkil X9 dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və Təqsirləndirilən şəxs ilə müdafiəçisinə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs radikal dindarların maliyyələşdirilməsi üçün satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və satmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirdi. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının aydın olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə xx.xx.2023-cü il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində saxta 30 ədəd 100 ABŞ dolları pul olduğunu bildirib, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 30 ədəd 100 ABŞ dolları olmaqla 3.000 ABŞ dolları pulu, 01 ədəd avtomobil açarını, şalvarının sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu və 10 qəpik pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 30 ədəd saxta olduğunu bildirdiyi 100 ABŞ dolları pul əskinaslarına baxış keçirərkən üzərilərində müvafiq olaraq PF98731858H, PF98731690H, PF98731063H, PF98731061H, PF98731885H, PF98731830H, PF98731845H, PF98731064H, PF98731994H, PF98731865H, PF98731825H, PF98731820H, PF98731815H, PF98731895H, PF98731875H PF98731840H, PF98731810H, PF98731810H, PF98731858H, PF98731856H, PF98731857H, PF98731820H, PF98731856H, PF98731757H, PF98731859H PF98731858H, PF98731830H, PF98731840H, PF98731859H, PF98731857H hərf və rəqəmlərinin olduğu müşahidə edilmişdir. Bundan sonra aşkar edilmiş 30 ədəd 100 ABŞ dolları və 10 qəpik pul 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon götürülmüşdür. Aşkar edilmiş 01 ədəd avtomobil açarı Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş saxta pulu satış məqsədi ilə əldə etdiyini, həmin pul vəsatini sataraq qazanc əldə edəcəyini bildirmişdir. Həmçinin Oğuz Rayon X21 binasının həyətində saxlanılan “Honda” markalı **-BD-*** qeydiyyat nişanlı avtomobildə dövriyyəsi qadağan olunmuş əşya və predmet saxlamadığını və avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir.Daha sonra avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs “Honda” markalı **-BD-*** nömrə nişanlı avtomobildə saxta pul, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə dövriyyəsi qadağan olunmuş əşya və predmetin olmadığını bildirib avtomobili baxışa təqdim etmişdir. Baxış zamanı avtomobilin arxa sol oturacağının üstündə 02 ədəd əl çantasının olması müəyyən edilmişdir. Daha sonra həmin çantalara baxış keçirilmiş və baxış zamanı çantaların içərisində 01 ədəd diziistü kompüterin və 02 ədəd tabletin olması müəyyən edilmişdir. Sonra həmin predmetlər iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Baxış davam edərkən avtomobilin sağ sərnişin oturacağının üstündə 01 ədəd sellofan çantanın olması müəyyən edilmişdir. Həmin çantaya baxış zamanı içərində 01 ədəd dini məzmunlu ədəbiyyat, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və 01 ədəd "Leobank" bank kartı olması müəyyən edilmişdir. Daha sonra avtomobilə baxış zamanı aşkar edilmiş əşyalardan 01 ədəd dini məzmunlu ədəbiyyat qablaşdırılıb götürülmüşdür. Bundan başqa aşkar edilmiş 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd avtomobilin qeydiyyat şəhadətnaməsi və 01 ədəd "Leobank" bank kartı götürülmüşdür. Baxış davam etdirilərkən avtomobildən digər qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. 21 iyul 2023-cü il tarixdə İlkin Haşımlmın iş yeri olan ünvan 2 ünvanında yerləşən “X12”-da axtarış keçirilmişdir. 21 iyul 2023-cü il tarixdə saat 17:15-də tədbir iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs işlədiyi ünvan 2 ünvanında yerləşən “X12”-da axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə başlanmışdır. Axtarış və götürmə istintaq hərəkəti mobil telefon aparatı vasitəsilə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Bu barədə Təqsirləndirilən şəxs məlumat verilmiş və sonuncu buna etiraz etmədiyini bildirmişdir. Bundan sonra axtarış və götürmənin keçirilməsinə başlanılmışdır. Axtarış keçirilən Təqsirləndirilən şəxs iş yeri hesab olunan ofis 5 mərtəbəli yataqxananın 2-ci mərtəbəsində pilləkəndən qalxdıqdan sonra üzbəüz olan qapını açdıqda sağ tərəfdə yerləşmişdir. Təqsirləndirilən şəxs həmin ofis otağının qapısını açaraq axtarışa təqdim etmişdir. Girişdən sol tərəfdə yerləşən kitab rəfindən üzərində “Hizmeler ve iktibaslar” yazısı yazılmış 01 ədəd broşura, 01 ədəd zərfdə “DVD” disk, üzərində “Risale-i nur külliyatından” və “X30” yazıları olan 01 ədəd broşura aşkar olunaraq götürülmüşdür. Daha sonra girişdən sol tərəfdə yerləşən iş masasının üzərindən 01 ədəd “HP Probook” markalı noutbuk, 01 ədəd qırmızı rəngli “flashcard” aşkar olunaraq götürülmüşdür. Həmin masanın yanında olan yuxarıdakı siyirmədən 01 ədəd qara rəngli “Flashcard” aşkar olunaraq götürülmüşdür. Ofis otağından axtarış zamanı digər hər-hansı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya aşkar olunmamışdır. Daha sonra həmin broşuralar 01 ədəd kağız zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş 01 ədəd “DVD” disk və 02 ədəd “flashcard” 01 ədəd kağız zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş və qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. 01 ədəd “HP Probook” markalı noutbuk götürülmüşdür. Sonra tədbir iştirakçıları, Təqsirləndirilən şəxs və müdafiəçisi ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına yollanmışlar və həmin ünvanda axtarış keçirilmişdir. Girişdən sağ tərəfdə yerləşən otaqda axtarış keçirilərkən həmin otaqda künc tərəfdə olan qırmızı rəngli sellofan torbadan 01 ədəd üzərində “suallarla, cavablarla dinimiz” yazısı olan kitab, 01 ədəd üzərində “Füyuzat” yazısı yazılmış kitab, 02 ədəd üzərində ərəbcə yazıların qeyd edildiyi jurnal, daha sonra küncdə olan qutudan 01 ədəd üzərində ərəbcə yazılar olan kitab, 01 ədəd üzərində “Yasin” yazısı olan kitab, 01 ədəd üzərində “Yeni Ümüt” yazısı olan jurnal, 01 ədəd üzərində “Niyyetini Sağlam tut” yazılarının qeyd edildiyi jurnal, kağız topluları, digər bir qutudan 01 ədəd üzərində “Tam dua kitabı” yazısı olan kitab, 01 ədəd üzərində “X25 Nursi” yazıları yazılmış kitab, 01 ədəd üzərində “X22 Said Nursi” yazıları yazılmış kitab, digər qutudan 01 ədəd üzərində “Dəlilləriylə islam elmihalı” yazıları yazılmış kitab, 02 ədəd “Quran” kitabı, 01 ədəd üzərində “Möminlər qardaşdırlar” yazıları qeyd edilmiş kitab, 01 ədəd üzərində “X31 Nursi” yazıları yazılmış kitab, ağ sellofan torbada olan qutudan 01 ədəd üzərində “ Həzrət Məhəmməd və mötədillik” yazıları olan kitab, 01 ədəd üzərində “Möminlər qardaşdırlar” yazıları qeyd edilmiş kitab, 01 ədəd “Media və din” yazıları yazılmış kitab, 01 ədəd “Əxlaqlı dindar nümunəvi vətəndaşdır” yazıları olan kitab, 01 ədəd üzərində “100 sual 100 cavab dinimiz” yazıları olan kitab, 01 ədəd üzərində “Vəhhabilərin qəribə fətvaları” yazıları olan kitab, 01 ədəd “İslamda insan haqları” yazıları olan kitab, 01 ədəd üzərində “Radikalların suallarına cavablar” yazısı olan kitab, 01 ədəd “İslamda qadın haqları” yazısı olan kitab, 01 ədəd üzərində rusca yazı qeyd edilmiş kitab, 01 ədəd üzərində “hədislərlə uşaq” yazısı olan kitab, 01 ədəd üzərində “hədislərlə evlilik” yazıları qeyd edilmiş kitab, digər qutudan 01 ədəd üzərində “bir müselmanın yol haritası” yazısı olan kitab, 01 ədəd üzərində “Hadislərdən demetler” yazısı olan kitab, digər qutudan 01 ədəd üzərində “nə üçün islam” yazısı olan kitab, 01 ədəd üzərində “40 hədis” yazılmış kitab, 13 ədəd digər kitablar, ağ rəngli sellofan torbadan üzərində 01 ədəd “Fetullah gülen Hitap çiçekləri” yazılmış broşura, 01 ədəd üzərində “X32 Gülən” yazılmış kitab, 01 ədəd üzərində “X35 Emirdağ Lahikası” yazılmış broşura, 01 ədəd üzərində “Həyatus-Səhabə” yazılmış kitab, 3 ədəd digər kitablar, 01 ədəd üzərində qeydlər olan vərəq, 01 ədəd üzərində “islamda dialoq və mehribanlıq” yazılmış kitab, 12 ədəd digər kitablar aşkar edilərək götürülmüşdür. Evin digər hissələrinə axtarış keçirilən zaman sübut əhəmiyyətinə malik ola biləcək hər-hansı əşya aşkar edilməmişdir. Ofisdə və yaşayış ünvanında keçirilən axtarışla bağlı protokol tərtib etmək üçün hadisə yerində əlverişli şərait olmadığından Baş İdarəyə qayıtdıqdan sonra axtarış keçirilməsi barədə protokollar tərtib olunmuş, düzgün tərtib olunduğundan imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 dövlət ittihamçısı tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, saxta pulların saxlanılması və dövriyyəsi barədə əməliyyat məlumatı daxil olmuşdur, Təqsirləndirilən şəxs saxlanan zaman tək olmuş, həmin pullar təqsirləndirilən şəxsin üzərindən aşkar edilmişdir, saxta pullar vizual baxış zamanı orijinal puldan seçilmirdi, təqsirləndirilən şəxs pulları qazanc məqsədi ilə əldə etdiyini və dəyişmək istədiyini özü etiraf etmişdir. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 müdafiəçi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı 20 iyul 2023-cü il tarixdə, yəni əməliyyat tədbirlərinin həyata keçirildiyi gün daxil olmuşdur. Əməliyyat tədbirləri keçirilməsi barədə qərar tərtib edilmiş və qərarla əməliyyat qrupunun üzvləri tanış olmuşlar. Saxlamadan əvvəl təqsirləndirilən şəxsi şəxsən tanımamışdır və o saxlanan zaman heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs saxlanılması zamanı orada ailə üzvlərinin olduğunu görməmişdir. Saxlanan zaman ətraf ərazidə vətəndaşlar olduğundan, hava qaranlıq olduğundan və əməliyyat şəraiti imkan vermədiyindən təqsirləndirilən şəxsin üzərinə axtarış keçirmək mümkün olmamış, bu səbəbdən yalnız şöbəyə gətirdikdə onun üzərinə baxış istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs ona məxsus avtomobili idarə edərək onlarla nirlikdə bölməyə gəlmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamışdır, tərəflərindən araşdırma aparılsa da, saxta pulların mənbəyini öyrənmək mümkün olmamışdır. Təqsirləndirilən şəxsin üzərinə və ona məxsus avtomobilə baxış keçirilməsi zamanı iştirak etmişdir. Məhkəmənin 26 aprel 2024cü il tarixli iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun dediklərini öz ifadələrində təsdiq etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 müdafiəçi tərəfindən ona verilmiş suallara cavab olaaq bildirmişdir ki, təqsirləndirilən şəxsin dini radikalizmi maliyyələşdirmə barədə əməliyyat məlumatı daxil olmuşdur, təqsirləndirilən şəxsi mağazanın qarşısında saxlamışlar, saxlanan zaman o, tək olmuşdur. Əməliyyat qrupunun rəhbəri Şahid1 təyin edilmişdir. Saxlanan zaman təqsirləndirilən şəxsin müdafiəçi ilə təyin edilməsi zərurəti olduğundan və əməliyyat şəraiti imkan vermədiyindən təqsirləndirilən şəxsin üzərinə axtarış keçirmək mümkün olmamış, bu səbəbdən yalnız şöbəyə gətirdikdə onun üzərinə baxış istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs məxsus avtomobili özünün idarə etməsinə icazə vermədilər, çünki təqsirləndirilən şəxs saxlanılmasına görə özünə qəsd edə və özünə xəsarət(lər) yetirə bilər. Polis idarəsinə gedərkən İlkinə məxsus avtomobilin kim tərəfindən idarə olunduğunu xatırlamır.Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsi saatını xatırlamır. Təqsirləndirilən şəxs barəsində keçirilən bütün istintaq hərəkətlərində iştirak etmişdir. Xatırladığı qədərilə təqsirləndirilən şəxs pulları qazanc məqsədi ilə əldə etdiyini və dəyişmək istədiyini özü etiraf etmişdir. Məlumat qrup rəhbərinə ötürülür, daha sonra həmin məlumat əsasında müəyyən vəzifənin icrası ilə əlaqədar onlara tapşırıq verilir. Saxta pulların vizual baxış zamanı orjinal puldan seçilib-seçilməməsi xatırlamır. Təqsirləndirilən şəxsin yaşadığı yataqxana Nərimanov rayonu ərazisində yerləşirdi. Baxışdan müəyyən qədər müddət keçdiyindən tam xatırlamasa da, ehtimal ki, qapını açan və əşyaları onlara təqdim edən təqsirləndirilən şəxs özü idi. Təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilən zaman üzərindən açarlar çıxmışdı, lakin həmin açarların onun qaldığı yataqxana qapısının açarları olub-olmamasını bilmir. Xatırladığı qədərilə o, 5 mərtəbəli yataqxananın 2-ci mərtəbəsində qalırdı. Yalnız ona məxsus otaqlara baxış keçirilmişdir. Baxış zamanı nə aşkar edildiyini xatırlamır. Məhkəmənin 26 aprel 2024-cü il tarixli iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid3 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun dediklərini öz ifadələrində təsdiq etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid3 müdafiəçi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, dini radikalizmi maliyyələşdirmə radikalizmlə məşğul olan şəxsləri maliyyələşdirmə kimi başa düşülməldir, tərəflərindən araşdırma aparılsa da, həmin şəxslər müəyyən olunmamışdır. Əməliyyat məlumatı qrup rəhbəri Şahid1 olmuşdur. Təqsirləndirilən şəxsin harada saxlanılmasını dəqiq xatırlamır, özünə məxsus avtomobilin yanında tək olmuşdur. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsi saatını xatırlamır, onun üzərindən avtomobil açarları, 30 ədəd 100 ABŞ dolları, “İphone” markalı telefon aşkarlanmışdır. Avtomobil və yataqxananın qapısını açıb əşyaları özü təqdim etmişdir. İlkin 5 mərtəbəli yataqxananın 2-ci mərtəbəsində, 2-ci mərtəbəyə qalxanda üzbəüz otaqda qalırdı. Yataqxanaya keçirilən baxış zamanı kompyuter, fləş kartlar və disklər aşkarlandığını bilsə də, hansı otaqdan aşkarlanmasını xatırlamır. Yataqxananın bir otağına, yoxsa bütün otaqlara baxış keçirilməsini xatırlamır. Məhkəmənin 26 aprel 2024-cü il tarixli iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili X11 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun dediklərini öz ifadələrində təsdiq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili X11 müdafiəçi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı qrup rəhbəri Şahid1 olmuşdur, o saxlamadan əvvəl təqsirləndirilən şəxsi şəxsən tanımamışdır. Təqsirləndirilən şəxsi 20 iyul 2023-cü il tarixdə, təxminən saat 10-a işləmiş mağazanın qarşısında saxlamışlar, saxlanan zaman o, tək olmuşdur. Saxlanan zaman əməliyyat şəraiti imkan vermədiyindən təqsirləndirilən şəxsin üzərinə axtarış keçirmək mümkün olmadığından yalnız şöbəyə gətirdikdə onun üzərinə baxış istintaq hərəkəti keçirilmişdir.Təqsirləndirilən şəxsin sağ cibindən saxta pullar, avtomobil açarları, üzərindən isə qəpik, telefon, avtomobilin içərisindən avtomobilə məxsus sənədlər, 2 noutbuk, tablet, dini kitab aşkarlanmışdır. Yataqxananın qapısını açıb əşyaları özü təqdim etmişdir, lakin yataqxananın açarlarını haradan əldə etməsini xatırlamır, baxış keçirilməsini təsdiqləyən protokol mövcuddur. Məhkəmənin 03 may 2024-cü il tarixli iclasında təqsirləndirilən şəxsin müdafiəçisi məhkəməyə vəsatətlə müraciət edərək, Oğuz rayonu, Xaçmaz kəndində qeydiyyatda olan Şahid4 əlavə şahid qismində izahatının alınmasını və iş üzrə ekspert olmuş Namiq Cırıyevin məhkəməyə dəvət edilərək dindirilməsini, dinşünaslıq ekspertizası predmeti olam Faruq Mərcanın “Fəthullah Gülen” (Yənbu nəşriyyatı Bakı 2011) kitabı, kustar üsulla hazırlanmış kserosurətlərdən ibarət Fəthullah Gülenin “Hitap çiçekləri” və eyni qaydada hazırlanmış kserosurətlərdən ibarət Fethullah Gülenin “Hüzmeler və ikud aslar kitabları, Fəthullah Gülənə məxsus olan ədəbiyyatların “PDF” versiyaları olaraq elektron daşıyıcıların məhkəməyə təqdim edilməsini, 15 iyul 2023-cü il, saat 09:00-dan 22 iyul 2023-cü il, saat-09:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** və 051 ***-**-** nömrəli, habelə Şahid4 istifadəsində olan 055 ***-**-** nömrəli telefonun hərəkət marşurutunun, 19 iyul 2023-cü il, saat 09:00-dan 22 iyul 2023cü il, saat 09:00-dək olan müddət ərzində Oğuz YPX-nin əməkdaşı Ruslan Rzayevin istifadəsində olmuş 055 355-96-96, X8 istifadəsində olmuş 077 410-29-29, Şahid3 istifadəsində olmuş 055 ***-**-** nömrəli mobil telefonların hərəkət marşurutunun, 20 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan 051 ***-**-** nömrəli telefon nömrəsi və Oğuz YPX-nin əməkdaşı Ruslan Rzayevin istifadəsində olmuş 055 ***-**-** nömrəli telefon nömrələri arasmda olan zənglərin siyahısı və telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatların "Azərfon", "xxxx" və "xxxx" MMCdən əldə edilməsini xahiş etmişdir. Müdafiəçi tərəfindən verilmiş olan vəsatət əməliyyatçıların anten dairəsinə dair məlumatların əldə edilməsinə dair hissədə təmin edilməyərək, qalan hissələrdə təmin edilmiş və məhkəmə tərəfindən anten məlumatlarının əldə edilməsinə dair qərar qəbul edilərək icra olunması üçün göndərilmiş, eyni zamanda müvafiq sorğular göndərilmişdir. Məhkəmənin 14 iyun 2024-cü il tarixli baxış iclası zamanı dindirilmiş əlavə Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır və evliliklərindən 1 azyaşlı övladları vardır. 17 və 18 iyul tarixlərində yoldaşının qohumlarını görmək məqsədilə dayısıgilə, yəni Bakı şəhərindən Oğuz rayonuna getmişlər. Xaçmaz kəndinəolan zaman axşam vaxtı saat 5-6 radələrində yoldaşına zəng gəlmişdir. Daha sonra yoldaşı ondan nə vaxt getmələri barədə soruşmuş, o da təxminən saat 8-də gedə biləcəyini demişdir. Ona edilən zəng barəsində soruşduqda, Kərimli kəndində avtoqəza baş verdiyini, bununla bağlı onun avtomobilinə baxış keçiriləcəyini demişdir. Saat təxminən səkkiz doqquza işləmiş yola çıxmış və 1 saat sonra allergiyası olduğu üçün İlkin avtomobili saxlayaraq aptekə dərman almaq üçün düşmüşdür. Bu zaman çöldən “sakit olun, maşında ailəm var” ifadəsini eşitmiş və nə olduğunu görmək üçün avtomobildən düşmüşdür. Polis əməkdaşlarının yoldaşının ətrafına yığışdığını gördükdə qorxu hissi keçirmiş, əməkdaşlar isə öz növbələrində narahat olmamasını və sadəcə avtomobilə baxacaqlarını bildirərək onu sakitləşdirməyə çalışmışlar. İlkin uşağın avtomobildə yatdığını və onun narahatlığını səbəb kimi göstərərək onları evə qoyub qayıdacağını təklif etsə də, polis əməkdaşları onları taksi ilə yola salmasını qeyd etmişdir. O da qaynatasını gözləyəcəyini, başqası ilə getməkdə narahatlıq hissi keçirəcəyini və evə qaynatası ilə birlikdə gedəcəyini bildirsə də, onlar narahat olmamasını, özlərinin polis olduğunu bildirərək onu əmin etməyə çalışmışlar. İlkin də öz növbəsində taksi çağırmış və sürücüyə yolu izah edib onları taksi ilə yola salmışdır. Bir müddət sonra qapı döyülmüş və qapını açdıqda polislərin gəldiyini görmüşdür. Onlar evdə İlkinə məxsus notebook olduğunu qeyd edərək onu verməsini tələb etmişlər, o da evdə uşaqla tək olduğu üçün qorxduğundan onu vermişdir. Hadisədən bir gün sonra Bakı şəhərinə qayıtmışdır. Şəhərdə yerləşən evində tək qalmamağı üçün qaynatası və qaynanası da onlarla birlikdə qalmışdır. Saat təxminən 9-10 radələrində uşağı aşağıda gəzdirərkən İlkini gətirəcəkləri xəbəri gəlmişdir. Bir müddət sonra yaşadıqları evə gedib içəri girmək istəsə də, onu buraxmamışlar. Daha sonra qaynatası və qaynanasından polis əməkdaşlarının onları evdən çıxardığı və baxış keçirəcəkləri barədə məlumatlı olmuşdur. Məhkəmə iclasında əlavə Şahid4 müdafiəçi tərəfindən ona verilmiş suallara cava olaraq bildirmişdir ki, Kərimli kəndində saxlanılan zaman havanın qaranlıq olması səbəbindən tam görməsə də orada təxminən 5-6 nəfər polis əməkdaşının olmuşdur, uşağı o götürdmüş, avtomobildə olan əşyaları taksiyə qoymaqda isə İlkin kömək etmişdir. Məhkəmə iclasında əlavə Şahid4 dövlət ittihamçısı tərəfindən ona verilmiş suallara cava olaraq bildirmişdir ki, evə 21 iyul tarixində, saat təxminən 9-10 arası baxış keçirilmişdir. Kompyuter yoldaşının işi ilə bağlı istifadə etdiyi kompyuter olmuşdur. Bildiyi qədərilə avtomobildə kompyuter olmamışdır. Evə baxış keçirən zaman polislər 1 saata yaxın orda olmuşlar, dağınıqlıqdan 1 otağa baxış keçirildiyini başa düşmüşdür. Evlərində oxuduqları bəddi janrda olan çoxlu kitablar var. İlkinə elan olunmuş dini ekstermizm ittihamı ilə bağll evlərində Xəzər nəşriyyatına məxsus kitablar, Qurani-Kərim və digər kitablar olmuşdur. X13 bağlı kitab olmasını görməmişdir. Yaşadıqları evə 06 iyul tarixində köçmüşlər, kitablar köçməmişdən çox əvvəl qutuda qablaşdırıldığından hamısını xatırlamır. Yoldaşının üstündə saxta pul olmamışdır. Məhkəmənin 14 iyun 2024-cü il tarixli iclasında dindirilən ekspert müdafiəçi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, rəyin tədqiqat predmeti olmuş materiallar kitablar, flash cardlar, pdf materiallar, disklər və digər materiallardır. Rəy verərkən onlara təqdim olunmuş maddi sübutlar əsasında dini təyinatlı ədəbiyyatların mal və məlumatların ekspertizası əsasında keçiririk. İttihamlar kitabların məzmununda konkret olaraq əks olunmasa da, müəllifi terrorçu idi. Məhkəmənin 14 iyun 2024-cü il tarixli iclasında dindirilən ekspert dövlət ittihamçısı tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, kitabların müəllifi terrorçu təriqətin rəhbəri olduğundan kitablar da təbliğ etməklə bağlı kitablardır. Məhkəmənin 14 iyun 2024-cü il tarixli iclasında müdafiəçi vəsatətlə məhkəməyə müraciət edərək 20 iyul 2023-cü il tarixdə saat 21:15 radələrində Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** və 051 ***-**-** nömrəli telefon nömrələrinin (40.971xx/xx.48866) peyk kodu üzrə Kerimly/Oğuz rayonu, Kərimli kəndi, Nur Marketin arxası/Oghuz/ 400 metrlik radiusunda aktiv olub-olmaması, aktiv olmuşdursa konkret vaxtlarına dair məlumatların "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilməsini xahiş etmişdir. Müdafiəçi tərəfindən verilmiş vəsatət təmin edilmiş, məhkəmə tərəfindən anten məlumatlarının əldə edilməsinə dair qərar qəbul edilərək icra olunması üçün göndərilmişdir. Məhkəmənin 28 iyun 2024-cü il tarixli iclasında müdafiəçi vəsatətlə məhkəməyə müraciət edərək 20 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***- **-** nömrəli telefon nömrəsi və Oğuz YPX-nin əməkdaşı Ruslan Rzavevin istifadəsində olmus 055 ***-**-** nömrəli telefon nömrələri arasında olan zənglərin siyahısı və telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatlarının "xxxx" MMCdən götürülməsi ini xahiş etmişdir. Müdafiəçi tərəfindən verilmiş vəsatət təmin edilmiş, məhkəmə tərəfindən anten məlumatlarının əldə edilməsinə dair qərar qəbul edilərək icra olunması üçün göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 204.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə, saat 21:22-də Oğuz rayon X21 otaqlarının birində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən 30 ədəd 100 ABŞ doları olmaqla 3000 ABŞ dolları pul, 01 ədəd avtomobil açarı, şalvarının sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefon və 10 qəpik pul aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs məxsus “Honda” markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin arxa sol oturacağının üstündə 02 ədəd əl çantasının olması müəyyən edilmiş, daha sonra həmin çantalara baxış keçirilmişdir. Baxış zamanı çantaların içərisində 01 ədəd dizüstü kompüterin və 02 ədəd tabletin olması müəyyən edilmişdir. Həmin predmetlər iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış davam edərkən avtomobolin ön sağ sərnişin oturacağının üstündə 01 ədəd sellofan çantanın olması müəyyən edilmiş, çantaya baxış zamanı içərisində 01 ədəd dini məzmunlu olması güman edilən ədəbiyyat, 01 ədəd Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi, 01 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 01 ədəd “Leobank” bank kartı olması müəyyən edildi. Aşkar edilmiş əşyalar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/1002 nömrəli sənədlərin texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 30 ədəd PF98731857H, PF98731859H, PF98731859H, PF98731858H, PF98731830H, PF98731840H, PF98731757H, PF98731858H, PF98731856H, PF98731857H, PF98731856H, PF98731810H, PF98731875H, PF98731840H, PF98731820H, PF98731810H, PF98731820H, PF98731845H, PF98731815H, PF98731865H, PF98731895H, PF98731885H, PF98731830H, PF98731064H, PF98731994H. PF98731825H. PF98731858H, PF98731690H, PF98731063H və PF98731061H nömrəli 100 ABŞ dollar nominallı pul əskinasına oxşar obyektlər ofset çap üsulu ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş 30 ədəd PF98731857H, PF98731859H, PF98731859H, PF98731858H, PF98731830H, PF98731840H, PF98731757H, PF98731858H, PF98731856H, PF98731857H, PF98731856H, PF98731810H, PF98731875H, PF98731840H, PF98731820H, PF98731810H, PF98731820H, PF98731845H, PF98731815H, PF98731865H, PF98731895H, PF98731885H, PF98731830H, PF98731064H, PF98731994H, PF98731825H, PF98731858H, PF98731690H, PF98731063H və PF98731061H nömrəli 100 ABŞ dollar nominallı pul əskinasına oxşar obyektlər eyni nominallı həqiqi pul əskinasından aşkar şəkildə fərqlənmir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 204.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-1104/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbyacna Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, axtarış keçirilən Təqsirləndirilən şəxs iş yeri hesab olunanofis 5 mərtəbəli yataqxananın 2-ci mərtəbəsində pilləkəndən qalxdıqdan sonra üzbəüz olan qapını açdıqda sağ tərəfdə yerləşir. Təqsirləndirilən şəxs həmin ofis otağının qapısını açaraq axtarış təqdim etdi. Həmin ofis otağında qapıdan girildikdə sağ tərəfdə qara rəngli divan, masa və kreslolar yerləşir, oradan sübut əhəmiyyətinə malik hər-hansı əşya aşkar edilmədi. Daha sonra girişdən sol tərəfdə yerləşən taxta materiallı kitab rəfindən üzərində “Hüzmeler ve iktibaslar” yazısı yazılmış 01 ədəd broşura, 01 ədəd zərfdə “DVD” disk, üzərində “Risale-i nur külliyatından” və “X30” yazıları olan 01 ədəd broşura aşkar olunaraq götürüldü. Daha sonra girişdən sol tərəfdə yerləşən iş masasının üzərindən 01 ədəd “HP Probook” markalı noutbuk, 01 ədəd qırmızı rəngli “flashcard” aşkar olunaraq götürüldü. Həmin masanın yanında olan siyirmədən 01 ədəd qara rəngli “flascard” aşkar olunaraq götürüldü. xx.xx.2023-cü il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, qeyd edilən ünvana daxil olduqdan sonra girişdə koridorda yerləşən ağ rəngli şkafa baxış keçirilmiş, ancaq şkafdan hər-hansı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya aşkar edilməmişdir. Daha sonra girişdən sağ tərəfdə yerləşən otağda axtarış keçirilmişdir. Həmin otaqda künc tərəfdə olan qırmızı rəngli sellofan torbadan 01 ədəd üzərində "suallarla, cavablarla dinimiz" yazısı olan kitab, 01 ədəd üzərində "Füyuzat" yazısı yazılmış kitab, 02 ədəd üzərində ərəbcə yazıların qeyd edildiyi jurnal, daha sonra küncdə olan qutudan 01 ədəd üzərində ərəbcə yazılar olan kitab, 01 ədəd üzərində "Yasin" yazısı olan kitab, 01 ədəd üzərində "yeni ümüť" yazısı olan jurnal, 01 ədəd üzərində "Niyyetini Sağlam tut" yazılarının qeyd edildiyi jurnal, kağız topluları, digər bir qutudan 01 ədəd üzərində "Tam dua kitabı" yazısı olan kitab, 01 ədəd üzərində "X33 Nursi" yazıları yazılmış kitab, 01 ədəd üzərində "X22 Said Nursi" yazıları yazılmış kitab, digər qutudan 01 ədəd üzərində "Dəlilləriylə islam elmihalı" yazıları yazılmış kitab, 02 ədəd "Quran" kitabı, 01 ədəd üzərində "Möminlər qardaşdırlar" yazıları qeyd edilmiş kitab, 01 ədəd üzərində "X31 Nursi" yazıları yazılmış kitab, ağ sellofan torbada olan qutudan 01 ədəd üzərində "Həzrət Məhəmməd və mötədillik" yazıları olan kitab, 01 ədəd üzərində "Möminlər qardaşdırlar" yazıları qeyd edilmiş kitab, 01 ədəd "Media və din" yazıları yazılmış kitab, 01 ədəd "Əxlaqlı dindar nümunəvi vətəndaşdır" yazıları olan kitab, 01 ədəd üzərində "100 sual 100 cavab dinimiz" yazıları olan kitab, 01 ədəd Üzərində "vəhhabilərin qəribə fətvaları" yazıları olan kitab, 01 ədəd "islamda insan haqları" yazıları olan kitab, 01 ədəd üzərində "radikalların suallarına cavablar" yazısı olan kitab, 01 ədəd "islamda qadın haqları" yazısı olan kitab, 01 ədəd üzərində rusca yazı qeyd edilmiş kitab, 01 ədəd üzərində "hədislərlə uşaq" yazısı olan kitab, 01 ədəd üzərində "hədislərlə evlilik" yazıları qeyd edilmiş kitab, digər qutudan 01 ədəd üzərində "bir müselmanın yol haritası" yazısı olan kitab, 01 ədəd üzərində "Hadislərdən demetler" yazısı olan kitab, digər qutudan 01 ədəd üzərində "nə üçün islam" yazısı olan kitab, 01 ədəd üzərində "40 hədis" yazılmış kitab, 12 ədəd digər kitablar, ağ rəngli sellofan torbadan üzərində 01 ədəd "Fetullah gülen Hitap çiçekləri" yazılmış broşura, 01 ədəd üzərində "X34 Gülən" yazılmış kitab, 01 ədəd üzərində "X35 Emirdağ Lahikası" yazılmış broşura, 01 ədəd üzərində "Həyatus-Səhabə" yazılmış kitab, 3 ədəd digər kitablar, 01 ədəd üzərində qeydlər olan vərəq, 01 ədəd üzərində "İslamda dialoq və mehribanlıq" yazılmış kitab, 13 ədəd digər kitablar aşkar edilərək götürülmüş, 02 ədəd karton qutuda qablaşdırıaraq üzəri möhürlənmiş və imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/1045 nömrəli məhkəmə kompüter-texniki və məhkəmədinşünaslıq ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş dini ədəbiyyat nümunələri və digər məlumat materiallarında dinşünaslıq təhlil baxımından Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar aşkarlanmamışdır. Təqdim edilmiş dini ədəbiyyat nümunələri və digər məlumat materiallarında dinşünaslıq təhlil baxımından hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar mövcud deyildir. Təqdim edilmiş dini ədəbiyyat nümunələri və digər məlumat materiallarında kütləvi iğtişaşların təşkil edilməsinə və belə iğtişaşlarda iştirak etməyə, həmçinin açıq şəkildə terrorçuluğa, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan çağırışlara, eləcə də, belə əməllərin törədilməsinə yetkinlik yaşma çatmayanları cəlb etməyə dair məlumatlar əks olunmamışdır. Təqdim edilmiş Mahir Şahinin “Üfüqdəki məktəb” kitabı, “Füyuzat” jurnalı, 15 (on beş) ədəd vərəqə və üzərində 1 (bir) ədəd “Transcent” yazılmış qara rəng “llash cart” istisna olmaqla digər ədəbiyyat nümunələri və məlumat materialları dini təyinatlıdır. Aşağıda adları qeyd olunmuş dini ədəbiyyat nümunələrinin istehsal və idxal edilməsinə, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsi X40 üzrə Dövlət Komitəsi tərəfindən məqsədəuyğun hesab edilməmişdir:

1. X16 “Risale-i X23”

2. X16 “Risale-i X26 lahikası”

3. X30. “Risale-i X17 lahikası” Eyni zamanda bildirilir ki, S.M.Hasnuzzamanm “İslam iktisadinin fıkhi ilkeleri”, X27 “Rasulallahm dilinden tercümeli və izahlı tam dua kitabı”, Tahir Akqubayevin “Qurani-Kərim əlifbası və təcvid”, “Qurani-Kərimdən surələr”, X36 Yayınlarmm “Resimlerle abdest ve namaz”, Faruq Mərcanın “Fəthullah Gülən”, M.Fethullah Gülenin “Hitap çiçekləri”, M.Fethullah Giilenin “Htizmeler və iktibaslar”, Altmoluk kitablarının və “Yeni Ümit” və “Mənazirul-harameyn” və “əl-Mədinətul-munəvvəra” jurnallarının istehsal və idxal edilməsinə, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsinə dair X40 üzrə Dövlət Komitəsinə hər-hansı müraciət daxil olmamışdır. Digər ədəbiyyat nümunələrinin istehsal və idxal edilməsinə, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsinə X40 üzrə Dövlət Komitəsi tərəfindən müvafiq razılıq alınmışdır. Təqdim edilmiş dini ədəbiyyat nümunələri və digər məlumat materiallarında dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edən, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan cərəyanın və ya dini cərəyanın yayılması və təbliği halları əks olunmamışdır. Təqdim edilmiş dini ədəbiyyat nümunələri və digər məlumat materiallarında aşkar surətdə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq asılı olaraq, vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərin müəyyən edilməsinə yönələn hərəkətlərə yer verilməmişdir. Təqdim edilmiş dini ədəbiyyat nümunələri və digər məlumat materiallarında şəxsi hər- hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv olduğu dini qurumdan çıxmasına mane olma məzmunlu açıq çağırışlar, həmçinin dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edən, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinin yayılması və təbliği halları əks olunmamışdır. Təqdim edilmiş dini ədəbiyyat nümunələri və digər məlumat materiallarında dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda fəal iştirak etmə, eləcə də belə əməllərin törədilməsinə yetkinlik yaşma çatmayanları cəlb etməyə dair məlumatlar əks olunmamışdır. Təqdim edilmiş Mahir Şahinin “Üfüqdəki məktəb” kitabı və “Füyuzat” jurnalı dini mahiyyət daşımır. Digər ədəbiyyat nümunələri dini təyinatlıdır. Akademik araşdırma heyətinin “İnsanlığın iftixarı Həzrət Məhəmməd” (3 ədəd), İmanyar Quliyevin “Suallarla, cavablarla dinimiz” (2 ədəd), Namiq Zeynəddinin “Möminlər qardaşdırlar” (2 ədəd), “əl-Quranul-Kərim” (3 ədəd), Saleh Suruçun “kainatın efendisi Peygamberimizin hayatı” (2 ədəd), M.Yusuf Kandevlevinin “Hayatus-sahabe” (2 ədəd), X16 “Risale-i X23” (2 ədəd, biri kitabın orijinal mətnidir, digəri kustar üsulla hazırlanıb) kitablarından başqa digərlərindən hərəsindən 1 ədəddir. Təqdim edilmiş dini təyinatlı məlumat materiallarından Faruq Mərcanın "Fəthullah gülən" kitabı, kustar üsulla hazırlanmış kserosurətlərdən ibarət M.Fethullah Gülenin “Hitap çiçekləri” və kustar üsulla hazırlanmış kserosurətlərdən ibarət M.Fethullah Gülenin "Hüzmeler və iktibaslar" kitabları, "İpad" və "İpad Air" markalı elektron planşetlərdəki Fəthullah Gülənin çıxışları, DVD diskdəki və "San Disk" yazılmış "flash card"-dakı Fəthullah Gülənə məxsus ədəbiyyatların PDF versiyası dini ekstremist materiallar hesab olunur. Belə ki, dinşünaslıq ekspertizasına təqdim edilmiş həmin dini təyinatlı məlumat materialları Türkiyə Respublikasında 15 iyul 2016-cı il tarixində baş vermiş dövlət çevrilişinə cəhddə ittiham olunan “FETÖ” (X15) təşkilatının lideri sayılan Fəthullah Gülənə aiddir və ya onun şəxsiyyətinin təbliğatı xarakterlidir. Fəthullah Gülənin rəhbərlik etdiyi “Hizmət hərəkatı”-nm strateji hədəflərindən birinin dindən istifadə etməklə dövlətin əsas strukturlarını ələ keçirmək olduğu məlumdur. Qeyd olunduğu kimi 15 iyul 2016-cı il tarixində X5 Gülənin tərəfdarları olduğu bildirilən bir qrup hərbçi tərəfindən çevrilişə cəhd edilmişdir. 300- dən artıq insanın həlak olması, 1500-ə yaxın insanın yaralanması ilə nəticələnən qiyam terror hadisəsi kimi qiymətləndirilmişdir. Bu tarixdən etibarən Fəthullah Gülənin rəhbərlik etdiyi Hizmət Hərəkatı FETÖ terror təşkilatı və bu Hərəkata bağlı olanlar FETÖ terror təşkilatının üzvləri kimi qəbul edilmişdir. Həmin dövrdə Türkiyə Cümhuriyyətində ordu sıralarında, bir çox dövlət qurumlarında və özəl sahələrdə çalışan on minlərlə şəxs FETÖ terror təşkilatına yardım etməkdə ittiham olunaraq həbs edilmiş, hərəkatın bir çox sosial müəssisələri, vəqf, dəmək, universitet, lisey və dərsxanaları, iqtisadi sahədəki müəssisələri bağlanmışdır. Bu proses tədricən dünyanın 48 ölkəsində davam etmişdir. Azərbaycanda da geniş şəbəkə qurmağa çalışmış FETÖ- yə bağlı bir çox müəssisə ya bağlanmış, ya da rəhbərləri dəyişdirilərək dövlətin nəzarətinə keçmişdir. Eyni zamanda, məlum hadisədən sonra X1ruluşunu zorla dəyişdirilməsinə cəhd edən “X18” (FETÖ) qruplaşmasının rəhbəri Fəthullah Gülənin din adamı qiyafəsi altında insanların rəğbətini qazanmaq və təşkilata üzvlər cəlb etmək məqsədilə hazırlanmış 672 adda kitab, CD, DVD və digər məlumat materiallarının çapı, yayılması, satışı 2016-cı ilin iyulun 29-da İstanbul Bakırköy məhkəməsi tərəfindən qadağan edilmişdir. Təqdim edilmiş adları aşağıda göstərilmiş ədəbiyyat nümunələri xarici nəşriyyatlarda çap olunmuşdur: 1) Diyanət İşlər Başqanlığının “Hədislərlə uşaqlar” 2) Diyanət İşlər Başqanlığının “Hədislərlə evlilik” 3) X10 “Bir müslümanın yol haritası” 4) Reşit Haylamazın “Gönül tahtımızın eşsiz sulatı Efendimiz” 5) M.Yusuf Kandevlevinin “Hayatus-sahabe” 6) Kasım Yaylanın “Açıklamalı ve mealli Yasin” 7) “əl-Quranul-Kərim” 8) S.M.Hasnuzzamanm “İslam iktisadi fıkhi ilkeleri” 9) X36 Yayınlarının “Resimlerle abdest və namaz” 10) X27 “Rasulullahın dilindən tercümeli və izahlı tam dua kitabı” 11) “Altınoluk”, “Yeni Ümit (2008)”, “Mənzirul-harameyn” və “əl-Mədinətulmunəvvəra” jurnalları 12) X16 “Risale-i X23” 13) X16 “Risale-i X26 lahikası” 14) Saleh Suruçun “kainatın efendisi Peygamberimizin hayatı” Digər ədəbiyyat nümunələri ölkə nəşriyyatlarında çap olunmuşdur. xx.xx.2013-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsindən həmin Məcəllənin 167-3.1 və 204.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 167-3.1 və 204.1-ci maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 30 ədəd 100 ABŞ dollar nominallı pul əskinası və Faruq Mərcanın "Fəthullah Gülən" kitabı, kustar üsulla hazırlanmış kserosurətlərdən ibarət M.X28 çiçekləri və kustar üsulla hazırlanmış kserosurətlərdən ibarət M.Fethullah Gülenin "Hüzmeler və iktibaslar" kitabları, Fəthullah Gülənin çıxışları olan "İpad" və "İpad Air" markalı elektron planşetlər, Fəthullah Gülənə məxsus ədəbiyyatların PDF versiyasının olduğu DVD disk və üzərində "San Disk" yazılmış "flash card" maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-1485/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 204.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay, yəni 20 dekabr 2023-cü il tarixədək uzadılmışdır. 21 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə, habelə qanunsuz hərəkətlərə məruz qalması yoxlama zamanı öz təsdiqini tapmadığından,Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 15 noyabr 2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər-hansı məlumat aşkar edilməmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-1706/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 204.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay, yəni 20 fevral 2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1480 nömrəli məhkəmə linqvistik və dinşünaslıq ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş "Salam olsun İbrahimə: Məzarsız pəhləvan X37 həyat və xatirələri" adlı kitabda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn məlumatlar və ya açıq çağırışlar əks olunmamışdır. 2) Təqdim edilmiş kitabda kütləvi iğtişaşların təşkil edilməsinə və belə iğtişaşlarda ştirak etməyə, həmçinin açıq şəkildə terrorçuluğa, hakimiyyət, nümayəndəsinin qanuni ələblərinə tabe olmamaqla əlaqədar olan çağırışlar, eləcə də belə əməllərin törədilməsinə etkinlik yaşına çatmayanları cəlb etməyə dair məlumatlar əks olunmamışdır. 3) Tədqiq olunan kitab məzmun baxımından ümumilikdə dini təyinatlı ədəbiyyat nümunəsi hesab edilmir. 4) Təqdim edilmiş kitabda dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edən, insan yaqətini alçaladan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması və təbliği halları əks olunmamışdır. 5) Təqdim edilmiş kitabda aşkar surətdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini ənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərə yol verilməmişdir. 6) Təqdim edilmiş kitab ölkə nəşriyyatında çap olunmuşdur. 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtraış, idarə etdiyi maşına baxış, yaşadığı mənzildə və iş yerində axtarış aparılmasının videogörüntülərinin əks edildiyi dörd ədəd “CD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına tikilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İphone” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmışdır. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd qeydiyyat şəhadətnaməsi və 01 ədəd “Leobank” kartı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən, ofisindən və yaşadığı evdən aşkar olunmuş sübut əhəmiyyəti kəsb etməyən kitablar, kompüter və digər əşyalar yaxın qohumlarına qaytarılmışdır. 23 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 167-3.1- və 204.1-ci maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından saxta pul və dini ekstremist materialların mənbəyini müəyyən etmək məqsədilə mənbə xüsusatına görə ayrıca icraata Azərbaycan Respublikası CM-nin 167-3.1 və 2044.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin özünü ona elan edilmiş ittihamla təqsirli bilməməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs cinayəyt işinin ibtidai istintaqı zamanı fiziki təzyiqlərə məruz qalması, ona qarşı polis əməkdaşları tərəfindən zorakılıq göstərilməsi barədə, eyni zamanda cinayət işinin ibtidai istintaqı zamanı aparılmış axtarış və götürmə istintaq hərəkətlərinin əks etdirildiyi diskə baxan zaman da onun döyülməsinin təsdiq edilməsi, boyun nahiyəsində sol qulağını arxa və aşağı hissəsində sayı iki olmaqla açıq qəhvəyi rəngli xəsarət izləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, 21 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə, habelə qanunsuz hərəkətlərə məruz qalması yoxlama zamanı öz təsdiqini tapmadığından,Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə müdafiə tərəfinin “şübhəli şəxsin dindirilməsi” protokolunun etibarsız hesab edilməsi dindirmənin MSY-də aparılmamasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, göstərilən ziddiyyətin aydınlaşdırılması məqsədi ilə məhkəmə iclasında müstəntiqin iştirakı təmin edilmiş və müstəntiq ona verilmiş suallara cavab olaraq istifadəsində bir neçə telefonunun olduğunu, şübhəli şəxsin dindirilməsi zamanı müdafiəçi ilə aralarında heç bir telefon danışığının olmadığını bildirmişdir. Həmçinin məhkəmə tərəfindən Müdafiəçi vəsatəti əsasında anten məlumatlarının götürülməsinə dair qərarlar qəbul olunsa da, məhkəməyə təqdim olunmuş anten məlumatlarında iş üzrə əhəmiyyət kəsb edən hər hansı fakt aşkar edilməmişdir. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 167-3.1 və 204.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 167-3.1 və 204.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X4 İlkin Mehman oğlunun övladıdır. Həmçinin 052968 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X20 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundan gedən müharibə ilə əlaqədar İİ dərəcə əlil statusu almışdır və vəsiqə müddətsizdir. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs evli olmasını, himayəsində 1 azyaşlı övladının və əlil atasının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 20 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerində saxlanılan 30 ədəd 100 ABŞ dollar nominallı pul əskinası və Faruq Mərcanın "Fəthullah Gülən" kitabı, kustar üsulla hazırlanmış kserosurətlərdən ibarət M.X28 çiçekləri və kustar üsulla hazırlanmış kserosurətlərdən ibarət M.Fethullah Gülenin "Hüzmeler və iktibaslar" kitabları, Fəthullah Gülənin çıxışları olan "İpad" və "İpad Air" markalı elektron planşetlər, Fəthullah Gülənə məxsus ədəbiyyatların PDF versiyasının olduğu DVD disk və üzərində "San Disk" yazılmış "flash card" məhv olunmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, idarə etdiyi maşına baxış, yaşadığı mənzildə və iş yerində axtarış aparılmasının videogörüntülərinin əks edildiyi 04 (dörd) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İphone” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılması, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd qeydiyyat şəhadətnaməsi və 01 ədəd “Leobank” kartı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılması və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən, ofisindən və yaşadığı evdən aşkar olunmuş sübut əhəmiyyəti kəsb etməyən kitablar, kompüter və digər əşyalar yaxın qohumlarına qaytarılması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ümumilikdə 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1 və 204.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsinə əsasən 02 (iki) il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1-ci maddəsinə əsasən 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 20 iyul 2023-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və və Azərbaycan Respublikası DİN-in BMCMİnin Maddi sübutları saxlama yerində saxlanılan 30 ədəd 100 ABŞ dollar nominallı pul əskinası və Faruq Mərcanın "Fəthullah Gülən" kitabı, kustar üsulla hazırlanmış kserosurətlərdən ibarət M.X28 çiçekləri və kustar üsulla hazırlanmış kserosurətlərdən ibarət M.Fethullah Gülenin "Hüzmeler və iktibaslar" kitabları, Fəthullah Gülənin çıxışları olan "İpad" və "İpad Air" markalı elektron planşetlər, Fəthullah Gülənə məxsus ədəbiyyatların PDF versiyasının olduğu DVD disk və üzərində "San Disk" yazılmış "flash card" məhv edilsin. İş üzrə sübut kimi tanınmış 04 (dörd) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X7 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar