Məhkəmə qərarları › İş №1(001)-290/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-290/2023

06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-290/2023 06.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Kərimova Mahirə Nəzər qızının, Məhkəmə iclas katibi X4, Xüsusi ittiham qaydasında şikayət vermiş X9, onun nümayəndəsi və vəkili (Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 iştirakları ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X6 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X13 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X10 və X5 barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək X6 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarını məhkəmədən xahiş etmiş və xüsusi ittiham qaydasında şikayət icraata qəbul olunmuşdur. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X9 nümayəndə və vəkili Nümayəndə məhkəməyə şifahi vəsatət verərək hazırkı şikayətin və artıq icraata qəbul edilmiş şikayət eynidir. Belə ki, hər iki işdə şikayətdə xüsusi ittiham qaydasında şikayət vermiş X3 Firidun Əfqan oğlunun və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarını məhkəmədən xahiş etmişdir. Odur ki, deyilənlərin nəzərə alınaraq həmin işlərin bir icraatda birləşdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən xüsusi ittiham qaydasında şikayət vermiş X13 vəkilinin şifahi vəsatətini müdafiə edərək həmin işlərin bir icraatda birləşdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X10 həmin işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, şifahi vəsatəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki,həmin işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında icraatın birləşdirilməsi məhkəmə qərarı əsasında həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, şifahi vəsatət təmin edilməlidir. Belə ki, vəsatətdən, xüsusi ittiham qaydasında şikayət ərizələrinin surətlərindən də görünür ki, hər iki xüsusi ittiham qaydasında şikayət ərizələri bir-biri ilə bağlıdır və həmin işlərə bir icraatda baxılması daha məqsədə uyğundur. Belə ki, hər iki şikayət «Diqqət News» Youtube kanalında yayəmlanan reportaj ilə bağlı olduğundan, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs eyni olduğundan və eyni şəxslərə – yəni X7 və X2 qarşı yönəldiyindən cinayət mühakimə icraatının vəzifələrindən biri də işlərə hərtərəfli, tam və obyektiv baxılmasının təmin edilməsi, o cümlədən, cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunması olduğundan işlərin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 49-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 - barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X10 və X5 barəsində xüsusi ittiham qaydasında şikayətə dair 1(001)-770/2023 saylı iş - xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 - barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X10 və X5 barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə 1(001)-134/2023 saylı cinayət işinə birləşdirilsin və bir icraatda baxılsın. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar