Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-290/2024 19.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü ildə saat 18 radələrində nəqliyyat vasitəni idarə etmək hüququ verən BC kateqoriyalı BC 042400 nömrəli sürücülük vəsiqəsi və 05 sentyabr 2023-cü il tarixli etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius minik» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, İzlivnoy küçəsi ilə idarə edərək hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmaması, hərəkət hissəsinin sağ kənarında dayanmış piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafə saxlaması, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməsi barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə riayət etməyərək avtomobilinin qabaq sağ hissəsi ilə yolun sağ kənarında dayanmış Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncuya sol baldır sümüklərinin dstal ucunun yerdəyişmiş sınığı, sol mil sümüyünün başının sınığı, sol bazu oynağı nahiyyəsinin və sağ baldır nahiyyəsinin qançırları, sağ aşıq baldır oynağı nahiyyəsinin sıyrığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə cinayət işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, eləcə də məhkəmə istintaqının əvvəlində özünü təqsirli bilməsə də sonuncu iclasda dindirilərkən ona Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu ərazəsində idarə etdiyi nəqliyyat vasitəsi ilə ara məhəllədə hərəkətdə olarkən anidən qarşısına uşaq çıxmış və idarəetməni saxlaya bilmədiyindən qəza baş vermiş və uşağı vurmuşdur. Avtomobili özü idarə etmişdir. Qəza nəticəsində vurduğu uşağı əvvəldən tanımamışdır. Hadisədən dərhal sonra uşağı anası ilə birlikdə götürüb xəstəxanaya aparmışdır. Verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, maşını idarə edərkən sürəti 30 km/saat olumuşdur. Uşağı “qarışıq mallar” mağazasının qabağında vurmuş, uşaqları oynayarkən görmüşdür. Əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbin olmadığını qeyd edərək barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edərək bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2023-cü ilin oktyabr ayının 19-u o, uşaqlarla oyun oynamış, daha sonra yolun kənarında dayanmışdır. Uşaqların ona bərkdən qışqırması nəticəsində o, dayandığı zaman avtomobilin gəldiyini görmüşdür. Durduğu yerdən qaçmaq istəyəndə buna vaxtı olmamış və avtomobil onu vurmuşdur. Özünü qaçırmaq istəsə də, qaçıra bilməmiş, nəqliyyat vasitəsinin kapotunun üzərinə yıxılaraq, sonra yerə düşmüş və nəqliyyat vasitəsi onun bir ayağının üstündən keçmişdir. Hadisə axşam tərəfi, saat 5-6 radələrində baş vermişdir. Hadisə zamanı zərərçəkənin yanında 3 nəfər dostları olmuş və o, üzü uşaqlara tərəf dayanmışdır. Avtomobilin sürətli gəlib-gəlmədiyini görməmişdir və avtomobil onun ayağının üstündən keçdikdən sonra saxlamışdır. Daha sonra o ayağa qalxaraq sağ ayağı üzərində dayanmağa çalışmış, lakin sol ayağının yelləndiyini görmüşdür. Avtomobili idarə edən Təqsirləndirilən şəxs onu avtomobilə mindirərək çıxıqçıya aparmaq istəsə də, o burada çıxıqçılıq bir şey olmadığını və ayağının yelləndiyini bildirmişdir. Daha sonra anası və atası gəlmiş, atası öz avtomobili ilə gəlmiş, anası isə həmin avtomobilə minmişdir. Və onlar yoldan qayıdaraq çıxıqçıya deyil, xəstəxanaya getmişdirlər. Daha sonra o qanuni nümayəndəsinin iştirakı ilə məhkəmə iclasında təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını qeyd edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 izahatında təqsirləndirilən şəxslə barışdığını, onlara dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələblərinin olmadığını qeyd edərək təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edərək bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində bildirmişdir ki, Sübhan onun dostudur. Ümumilikdə hadisə vaxtı orada onlar 4 nəfər olmuşlar. O, Sübhan, Vüsal və Emil birlikdə imişlər. Hadisə zamanı o, divarın arxasında dayanmışdı. Onlar oyun oynayırmışlar. İlk əvvəl avtomobilin gəlməsini Emil görüb Sübhana demişdir ki, avtomobil gəlir. Daha sonra o, da Sübhana avtomobil gəldiyini demişdir. Sübhan onları gec eşitmişdir. Çevrilən zaman artıq avtomobil ona dəymişdir. Avtomobilin markası prius olmuşdur. Sübhan yerə yıxılmışdı, onlar Sübhanı qaldırmaq istəyəndə o, qalxa bilməmişdir. Avtomobildəkilər düşüb, Sübhanı avtomobilə qoymuşlar. O da tez gedib evlərinə hadisə barədə məlumat vermişdir. Avtomobildə Sübhan, onun anası, atası və birdə avtomobildə əvvəlcədən olan şəxslər birlikdə getmişlər. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində bildirmişdir ki, Sübhan onun dostudur. Hadisə günü onlar küçədə 4 nəfər olmaqla oyun oynayırmışlar. Vüsal, Ülvi, Sübhan və birdə o orda olmuşlar. Hadisə tam yadında qalmamışdır. Marketin qabağında pilləkənlər olmuş, onlar qaçaraq onun üzərinə çıxırmışlar. O, hündürə tullanmış, sonra çevriləndə Sübhanı yerdə görmüşdür. Avtomobilin Sübhanı vurmasını görməmişdir. Ülvi ilə birlikdə gedib, Sübhanın atasını çağırmışlar. Avtomobilin sahibi isə Sübhanı avtomobilə əyləşdirmişdir. Sübhanın atası Əsəd də avtomobilə əyləşib getmişlər. Onlar yolun qırağında oynuyurmuşlar. Sübhanı vuran Prius markalı maşında 2 nəfər olmuşdur. İş üzrə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi zərərçəkmiş şəxsin ifadəsinə oxşar olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: 28 dekabr 2023-cü il tarixli “Cinayət işinin başlanması, icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, AR CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v 1) 20 oktyabr 2023-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, İzlivnoy küçəsində baş vermişdir. (i.v 13-15) 20 oktyabr 2023-cü il tarixli, 2/40243 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. (i.v 22) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin 02 fevral 2024-cü il tarixli, 3-13-16(2-17592)2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BA 042400 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb. (i.v 84) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 91) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya Birliyi” Publik hüquqi şəxsin 24 noyabr 2023-cü il tarixli, 2044 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sol baldır sümüklərinin distal ucunun yerdəyişmiş sınığı, sol mil sümüyünün başının sınığı, sol bazu oynağı nahiyəsinin və sağ baldır nahiyəsinin qançırları, sağ aşıq-baldır oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün "Az. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu" PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il saat 19:45-dən bir qədər əvvəl əmələ gəlmişdirlər. qərarın təsvir hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. (i.v 30-33) Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 29 noyabr 2023-cü il tarixli, 8/3328- 8/3342 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. (i.v 37) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə 29 noyabr 2023-cü il tarixli, 8/3328-8/3342 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prius markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v 38-39) 04 yanvar 2024-cü il tarixli “Yetkinlik yaşına çatmamışın zərərçəkmiş şəxs qismində tanınması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. 28 fevral 2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqqında” iltizam qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, məhkəməyol nəqliyyat ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/3323-8/3342 nömrəli rəyləri iş üzrə əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş, idarə etdiyi «Toyota» markalı “Prius minik” modelli **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılması nəzərə alınmışdır. 10 fevral 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. 10 fevral 2024-cü il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş arayışdan görünür ki, iş üzrə maddi sübut olan 01 ədəd «Toyota» markalı “Prius minik” modelli **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılmışdır. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 məhkəmə baxışında təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyan tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə özünü təqsirli bilmiş, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, vurulmuş ziyanı tam olaraq ödədiyini nəzərə alaraq barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zərərçəkmiş şəxsin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında dövlət ittihamçısı yetkinlik yaşına çatmayan zərəçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeydinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və cinayət təqbinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcələnin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak yoxdur. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius minik” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak təqsirləndirilən şəxsin hüquqlarının müdafiə etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası CM-nin 73.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-290/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-290/2024
19.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver