Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-290/2025 13.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1997-ci ildə Zəngilan rayonu Havalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay-himayəsində iki azyaşlı uşağı olan, əvvələr məhkum olunmamış, işləməyən, Zəngilan rayonu Bartaz kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 iyul 2024-cü ildə saat 10 radələrində vitrin tərtibatçısı kimi işlədiyi ünvan 2 ünvanda yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin “Rahat market” mağazasında qadınlar üçün nəzərdə tutulmuş paltardəyişmə otağında tək olmasından istifadə edərək həmin mağazada işləyən Zərərçəkmiş şəxs otaqda nəzarətsiz saxlanılmış çantasından qiyməti 790 manat olan “Samsung Galaxy A33 5G” markalı mobil telefonu, onun daxilindəki hər birinin ayrı-ayrılıqda qiyməti 5 manat “Baksel” mobil telefon şəbəkəsinin ***-***-**-** və ***- ***-**-** nömrəli simkartlarını, qiyməti 550 manat olan bir ədəd 5,5 qram çəkisi olan, 585 əyarlı qızıl nişan üzüyünü və qiyməti 30 manat olan qara-boz rəngli dəri materialdan olan pulqabını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1380 (min üç yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir ona görə ki, “o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 iyul 2024cü il tarixdə saat 10 radələrində vitrin tərtibatçısı kimi işlədiyi ünvan 2 ünvanda yerləşən “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin “Rahat market” mağazasında qadınlar üçün nəzərdə tutulmuş paltardəyişmə otağında tək olmasından istifadə edərək həmin mağazada işləyən Zərərçəkmiş şəxs otaqda nəzarətsiz saxlanılmış çantasından pulqabının içindəki - 10 manat dövlət rüsumu ödənilmiş, Zərərçəkmiş şəxs adına AA******* seriya və nömrəli, xx.xx.2034-cü ilədək etibarlı olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyyət vəsiqəsini, 10 manat dövlət rüsumu ödənilmiş, X5 adına AA5621890 seriya və nömrəli, xx.xx.2028-ci ilədək etibarlı olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini, 10 manat dövlət rüsumu ödənilmiş, X4 adına AZE№18205092 seriya və nömrəli, xx.xx.2034-cü ilədək etibarlı olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini və Türkiyə Cümhuriyyəti vətəndaşının **********4 nömrəli kimlik vəsiqəsini, bundan əlavə pulqabının içindəki - X3 adına rəsmi sənədlər olan 41 manat dövlət rüsumu ödənilmiş BA042287 seriya və nömrəli, “Bİ, B” dərəcəli, xx.xx.2023-cü ilədək etibarlı olan Azərbaycan Respublikasının sürücülük vəsiqəsini və Azərbaycan Texniki Universitetinin ATU ********* nömrəli tələbə biletini, eləcə də maddi dəyərinə görə əhəmiyyət kəsb etməyən və hesablarında pul vəsaitləri olmayan ASB bankın 5348 0358 2823 8556 nömrəli, içərisində 250 manat olan Kapital bankın 4169 7388 2278 3043 nömrəli, UNİBANK-ın “Leo bank” 4098 5844 6008 7628 nömrəli plastik kartlarını, 2 manat dövlət rüsumu ödənilmiş “Azərbaycan Dəmir Yolları” kartını, 2 manat dövlət rüsumu ödənilmiş Bakı Nəqliyyat Agentliyinin kartı olmaqla gizli olaraq vətəndaşın şəxsiyyət vəsiqəsini və digər mühüm şəxsi sənədlərini talamışdır.” Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, CM-in 326.2-ci maddəsilə isə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində vitrin tərtibatçısı kimi fəhlə işləmişdir. İş yeri ünvan 3 ünvanda yerləşən “Rahat market” mağazasında müəyyən edilmiş, hər iş günü həmin marketə işə getmişdir. İşlədiyi mağazada qadın işçilər üçün ayrı paltardəyişmə otağı ayrılmışdır, həmin otaqda iş paltarlarını dəyişib ticarət zalına marketin işçiləri üçün nəzərdə tutulmuş üst geyimində çıxmışlar. Otaqda hər kəsin ayrı yeri olmamış, paltarları açıq yerdə qoymuşlar. 02 iyul 2024-cü ildə saat 10 radələrində marketdə işdə olduğu zaman paltardəyişmə otağına girəndə başqa şirkətin vitrin tərtibatçısı olan Zərərçəkmiş şəxs paltarlarının yanında qoyduğu çantası diqqətini çəkmiş, otaqda heç kəsin olmadığını görüb çantaya baxmış və Ruhiyyənin “Samsung” markalı mobil telefonunu və qara rəngli pulqabısını çantada saxladığını görüb oğurluq etmək qərarına gəlmişdir. Oğurluq etməyinin əsas səbəbi maddi ehtiyacı olmuş, uşaqlarını və özünü dolandırmaqda çətinlik çəkir, ona görə ani olaraq bu addımı atmış, indi isə peşmançılığını çəkir. Telefonu və pulqabını götürmüş, amma pulqabını orada açıb baxmağa isə vaxt itirmək istəməmişdir ki, otağa gəlib görən olmasın, fikirləşmişdir ki, hər halda içində pul olacaqdır. Oğurladıqlarını öz çantasına qoyandan sonra ticarət zalına çıxmış, orada qapıdan sağa gedib bir az dayanmış, sonra ticarət zalından çıxıb getmişdir. Marketdən bir az aralanandan sonra küçədə bir kənara çəkilib oğurladığı telefonu söndürmüş, pulqabını açıb pul üçün baxmış, amma pul tapa bilməmişdir, ancaq sənədlər və kartlar olduğunu görmüş, tələsik eşələdiyinə görə sənədlərdən nə isə yerə düşmüş, onu götürüb yerinə qoymuşdur. Pul qabında üzüyü görməmişdir. Pulqabını küçədə axtaranda üzük yerə düşə bilərdi. Telefonu satıb pul əldə etməyi fikirləşmişdir. Sənəd oğurlmaq fikri olmamışdır, pulqabını küçədə açıb baxana qədər içində sənədlər olduğunu bilməmişdir. Pulqabıya baxandan sonra isə sənədlər və kartlar lazımı olmadığına görə qərara gəlmişdir ki, sənədləri özündə saxlayıb işə gedəndə imkan tapıb elə həmin paltardəyişmə otağında elə bir yerə qoyar ki, Ruhiyyə görüb götürə bilsin. Oğurluq etməsindən bir saat keçəndən sonra mobil nömrəsinə zəng gəlmiş və onu Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinə çağırmışlar. O, həyəcana düşmüş, bilmişdir ki, oğurluqda ondan şübhələniblər. Polis bölməsinə gələndən sonra oğurluq barədə onunla sorğu-sual zamanı cinayət etdiyinı etiraf etmiş və özü ilə gətirdiyi mobil telefonu və pulqabını içindəkilərlə birlikdə polis əməkdaşlarına təhvil vermişdir. Oğurladıqlarından istifadə etməmişdir. Tutduğu əməldən peşmandır. Ruhiyyə ilə danışıb üzrxahlıq etmiş, ona dəymiş zərəri tam olaraq ödəmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə ticarət vitrini tərtibatçısı işləyir. Vitrin tərtibatçılarının işi şirkət tərəfindən mallar verilən ticarət obyektlərində malların vitrinlərə düzülüşünü təşkil etmək və vitrinlərin tələblərə uyğun tərtibatı ilə məşğul olmaqdan ibarətdir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlikaslanov küçəsində yerləşən “Rahat Market” mağazasında işləyir. Həmin marketdə başqa şirkətlərin vitrin tərtibatçıları da işləyir. Onlardan biri də "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin işçisi olan Təqsirləndirilən şəxs olmuşdur. İş yerində qadınlar və kişilər üçün ayrı paltar dəyişdirmə otaqları vardır. Qadınların otağında paltar və əşyaları otaqda açıq şəraitdə, yəni həmin otağa girmək icazəsi olanlar üçün əlçatan şəraitdə saxlayırlar. 02 iyul 2024-cü ildə səhər saat 09:30 radələrində işə gəlmiş, paltardəyişmə otağında paltar və əşyalarını saxlayandan sonra işi ilə məşğul olmaq üçün marketin ticarət zalına çıxmışdır. Əşyalarını qoymaq üçün şkafdan istifadə etməyib çantasını da paltardəyişmə otağında saxlamışdır. Təxminən 30 dəqiqədən sonra həmin otağa qayıdandanda paltarlarının yanında saxladığı çantasında “Samsung A33” markalı mobil telefonunun yerində olmadığını aşkar etmişdir. Çantasına ətraflı baxanda görmüşdür ki, telefondan başqa qara-boz rəngli dəri materialdan olan pulqabısı da çantada yoxdur. Anlamışdır ki, çantadan kimsə oğurluq etmişdir. Oğurlanmış telefonu işlək vəziyyətdə olmuş, telefonun üstündə aktiv vəziyyətdə olan ***-***-**-**, ***-***-**-** mobil nömrələr olmuşdur, telefonun nömrələrlə birlikdə qiyməti 800 manatdır, çünki telefonun əldə edilməsinə bu qədər pul vermişdir. Telefondan başqa oğurlanmış pulqabın qiyməti 30 manatdır. Pulqabı ilə birlikdə işçində olan bir ədəd çəkisi 5,5 qram olan 585 əyarlı qızıldan hazırlanmış nişan üzüyü oğurlanmışdır ki, üzüyün qiyməti 550 manatdır. Bundan əlavə pulqabın içində olan ASB bankın 5348 0358 2823 8556 nömrəli plastik kartı, içərsində 250 manat olan Kapital bankın 4169 7388 2278 3043 nömrəli plastik kartı, Leo bankın 4098 5844 6008 7628 nömrəli plastik kartı, iki manata aldığı “Azərbaycan Dəmir Yolları” kartı, iki manata aldığı Bakı Nəqliyyat Agentliyinin kartı, onun adına AA******* şəxsiyyyət vəsiqəsi və BA042287 sürücülük vəsiqəsi, oğlu Balıkçı Barışın adına Azərbaycan Respublikasının AZE№18205092 şəxsiyyət vəsiqəsi və Türkiyənin **********4 kimlik kartı, oğlu Balıkçı Umutun adına Azərbaycan Respublikasının AA5621890 şəxsiyyət vəsiqəsi, ATU ********* nömrəli tələbə bileti də götürülmüşdür. Çantasından oğurluq olduğunu aşkar edəndən sonra birinci növbədə marketin rəhbərliyinə müraciət edib məlumat vermişdir. Müraciətindən dərhal sonra ticarət zalında həmin sahəni çəkən videomüşahidə kamerasının görüntülərinə baxılmış, özü də baxışda iştirak etmişdir. Kamera görüntüləriə baxanda saat 09:45 radələrində Təqsirləndirilən şəxs paltardəyişmə otağına girib qısa müddətdən sonra çıxaraq işdən getməsi müşahidə olunmuşdur. Onlar Təqsirləndirilən şəxs marketdə tapa bilməmişlər, görüntülərdə isə onun hərəkətlərindən başqa şübhə doğuran görüntü olmamışdır. O, şikayət etməyi qərara almış, çünki oğurluq nəticəsində mühüm ziyana düşmüşdür. Ona görə Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinə ərizə ilə müraciət edib oğurluq barədə məlumat vermiş, telefonunu və pulqabısını oğurlamış şəxsin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsini və oğurlanmış əşyalarının qaytarılmasını xahiş etmişdir. Polis əməkdaşları marketə gəlib hadisə yerinə baxmışlar, marketin rəhbərliyinin təqdim etdiyi videogörüntülərlə tanış olmuşlar. Bundan sonra aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs oğurluq etdiyini etiraf etmiş və qızıl üzükdən başqa oğurlanmış əşya və sənədləri qaytarmışdır. Oğurlanmış özünün və uşaqlarının şəxsiyyət vəsiqələrinə görə hər biri üçün 10 manat rüsum ödəmiş, oğlu Barışın Türkiyə vəsiqəsi üçün pul ödənilməmişdir. Oğurlanmış sürücülük vəsiqəsi üçün 41 manat rüsum ödəmiş, bank kartlarını pulsuz almış, onların içində də pul vəsaitləri olmamış və kart hesablarına müdaxilə olunmamışdır. Banklara aid olmayan digər iki kartı və ATU-un biletini də pulsuz əldə etmişdir. Aygün Bağırova ona vurduğu ziyanı tam olaraq ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlikaslanov küçəsində yerləşən “Rahat market” mağazasının müdiri işləyir. Mağazada əmək müqaviləsi olan işçilərlə yanaşı, marketə ticarət malı verən bəzi şirkətlərin öz vitrin tərtibatçıları da işləyirlər. Marketdə işçilər üçün paltardəyişmə otağı ayrılmışdır, bundan əlavə otaqdan kənarda isə çanta, telefon və qiymətli əşyalarını qoyub üstünü bağlaya bildikləri şkaf işçilərin sərəncamına verilmişdir. 02 iyul 2024-cü ildə saat 10 radələrində marketdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin vitrin tərtibatçısı kimi işləyən Zərərçəkmiş şəxs müraciət edərək bildirmişdir ki, qadın işçilər üçün ayrılmış paltardəyişmə otağında saxladığı çantasından ona məxsus Samsung markalı mobil telefon və pulqabı içində olanlarla birlikdə oğurlanmışdır. Zərərçəkmiş şəxs deməsinə görə səhər çağı işə gələndə telefonu və pulqabısı olan çantasını şkafa qoymadan paltardəyişmə otağına aparmış və orada saxlamış, yarım saatdan sonra telefon üçün otağa gedib çantasına baxanda oğurluğu aşkar etmişdir. Kamera görüntülərinə baxanda məlum olmuşdur ki, saat 09:45-09:55 arasında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin işçisi olan Təqsirləndirilən şəxs şkafdan telefonunu götürüb paltardəyişmə otağına girmiş, sonra oradan çantası çiynində olan vəziyyətdə çıxıb kameranın çəkiliş dairəsində bir kənara çəkilib çantasının içinə baxandan sonra çıxışa doğru gedərək görüntüdən itmişdir. Ruhiyyə çantasından oğurluq barədə şikayət etməyi qərara almış və Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları marketə gəlib hadisə yerinə baxmışlar. Polisdə aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs oğurluq etdiyini etiraf etmiş və oğurladığı telefonu və pulqabını təhvil vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Binəqədi RPİ-in İŞ-də Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1-2). Könüllü təqdim etmə, əşyaya baxış keçirmə və götürmə haqqında 02 iyul 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Xalıq qızı oğurladığı üstündə olan ***-***-**-**, 055-80337-96 mobil nömrələr olan “Samsung Galaxy A33 G5” markalı mobil telefonu, qara-boz rəngli dəridən hazırlanmış pulqabını, bank kartlarını və rəsmi sənədləri təhqiqata təqdim etmiş, həmin əşyalar ondan götürülmüşdür (cild 1, i.v 16- 17). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 avqust 2024-cü il tarixli 3-16-16/2- 9/5400/2024 nömrəli rəyindən görünür ki, “Samsung Galaxy A33 5G” markalı mobil telefonun qiyməti 180 manat, ***-***-**-**, ***-***-**-** mobil nömrələrin hər birinin qiyməti 4 manat olmaqla ümumi qiyməti 8 manat, qara-boz rəngli dəri materialdan hazırlanmış 10x18 sm ölçülü pul kisəsinin qiyməti 30 manat müəyyən edilir (cild 1, i.v 47-49). Sübutların qiymətləndirilməsi və əməlin hüquqi tövsifinin dəyişdirilməsi haqqında 07 dekabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi əməl Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsindən həmin Məcəllənin 177.1 və 326.2-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A33 5G" markalı mobil telefon, onun daxilindəki “Baksel” mobil telefon şəbəkəsinin ***-***-**-** və ***-***-**-** simkartları, qara-boz rəngli dəri materialdan olan pulqabı, Zərərçəkmiş şəxs adına AA******* seriya və nömrəli, xx.xx.2034-cü ilədək etibarlı olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyyət vəsiqəsi, X5 adına AA5621890 seriya və nömrəli, xx.xx.2028-ci ilədək etibarlı olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, X4 adına AZE№18205092 seriya və nömrəli, xx.xx.2034-cü ilədək etibarlı olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və Türkiyə Cümhuriyyəti vətəndaşının **********4 nömrəli kimlik vəsiqəsi, X3 adına rəsmi sənədlər olan, BA042287 seriya və nömrəli, “Bİ, B” dərəcəli, xx.xx.2023-cü ilədək etibarlı olan Azərbaycan Respublikasının sürücülük vəsiqəsi və Azərbaycan Texniki Universitetinin ATU ********* nömrəli tələbə bileti, ASB bankın 5348 0358 2823 8556 nömrəli, Kapital bankın 4169 7388 2278 3043 nömrəli, Unibankın 4098 5844 6008 7628 nömrəli plastik kartları, “Azərbaycan Dəmir Yolları” kartı, Bakı Nəqliyyat Agentliyinin kartı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir (cild 1, i.v 92-93). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 08 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 177.1 və 326.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 99-100). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 08 dekabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 122-124). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası CM-in 177.1ci maddəsində nəzərdə tutulan cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun həmin hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Dövlət ittihamçısı məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ona CM-in 326.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət təqibindən imtina etmişdir. Dövlət ittihamçısı imtinasını onunla əsaslandırmışdır ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 326.2-ci maddəsi ilə ittiham Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin, digər mühüm şəxsi sənədlərin talanmasına görə verilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, eləcədə məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, onun Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsini və digər mühüm şəxsi sənədlərini oğurlamaq niyyəti olmamış, Zərərçəkmiş şəxs çantasının içinə baxarkən pul qabının olduğunu görüb pul qabında pulun olacağını yəqin edib pula ehtiyacı olduğu üçün həmin pul qabını oğurlamışdır. Bundan sonra marketdən çölə çıxmış və bir qədər kənarda pul qabını açaraq içərisinə baxıb pul qabında bank kartlarının və digər rəsmi sənədlərin olduğunu görmüş, bank kartlarını və Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsini, digər mühüm şəxsi sənədləri özündə saxlamışdır ki, paltardəyişmə otağında elə bir yerə qoyar ki, Zərərçəkmiş şəxs onları görüb götürə bilsin. Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsinin dispozisiyasının mənasına görə həmin maddə ilə nəzərdə tutulmuş cinayət yalnız birbaşa qəsdlə törədilə bilər. Yəni, həmin maddə ilə şəxs o vaxt cinayət məsuliyyətinə cəlb edilə bilər ki, o, cinayətin predmetinin qanuni sahibindən sonuncunun iradəsinə zidd olaraq qanunsuz götürülməsini dərk etsin, qeyd olunan predmetdən istifadənin və həmin predmetlə davranışın müəyyən edilmiş qaydalarının onun hərəkətləri ilə pozulacağını qabaqcadan görsün və bunları arzu etsin. Təqsirləndirilən şəxs pul qabını içərisindəki şəxsiyyət vəsiqəsi və digər sənədlərlə birlikdə oğurluq yolu ilə götürsə də, şəxsiyyət vəsiqəsi və digər sənədlər təqsirləndirilən şəxsin gizli yolla taladığı pul qabının içərisində olmuş, sonuncunun zərər çəkmiş şəxsin sözügedən sənədlərini oğurlamaq niyyətində olması, bu sənədlərin götürülməsinin ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi, yəni onun əməlində Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin olması araşdırma zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 326.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət təqibindən Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən imtina etdiyini və iş üzrə cinayət təqibinin CM-in 177.1-ci maddəsi ilə davam etdirilməsini təklif etmişdir. Məhkəmə dövlət ittihamçısının rəyini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsi ilə cinayət işi üzrə icraata dövlət ittihamçısı həmin hissədə ittihamdan imtina etdiyindən bəraətverici əsasla Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.1.2-ci maddəsinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibindən imtina etdikdə məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsilə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v.43). İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü Zəminə və xx.xx.2020-ci il təvəllüdlü Mehdi adlı uşaqları var (cild 1, i.v.129). İşdə olan Zərərçəkmiş şəxs 06 mart 2025-ci il tarixli ərizəsindən görünür ki, cinayət nəticəsində ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində 2 azyaşlı uşağın olmasını, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində onların üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı şəhərin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Maddi sübutlar – “Samsung Galaxy A33 5G” markalı mobil telefonun, “Baksel” mobil telefon şəbəkəsinin ***-***-**-** və ***-***-**-** simkartlarının, qara-boz rəngli dəri materialdan olan pulqabının, AA******* seriya və nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyyət vəsiqəsinin, X5 adına AA5621890 seriya və nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin, X4 adına AZE№18205092 seriya və nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin, Türkiyə Cümhuriyyəti vətəndaşının **********4 nömrəli kimlik vəsiqəsinin, BA042287 seriya və nömrəli, “Bİ, B” dərəcəli Azərbaycan Respublikasının sürücülük vəsiqəsinin və Azərbaycan Texniki Universitetinin ATU ********* nömrəli tələbə biletinin, ASB bankın 5348 0358 2823 8556 nömrəli, Kapital bankın 4169 7388 2278 3043 nömrəli, Unibankın 4098 5844 6008 7628 nömrəli plastik kartlarının, “Azərbaycan Dəmir Yolları” kartının, Bakı Nəqliyyat Agentliyinin kartının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçilər Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə 20 (iyirmi) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onların hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192-193, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübutlar – “Samsung Galaxy A33 5G” markalı mobil telefonun, “Baksel” mobil telefon şəbəkəsinin ***-***-**-** və ***-***-**-** simkartlarının, qara-boz rəngli dəri materialdan olan pulqabının, AA******* seriya və nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyyət vəsiqəsinin, X5 adına AA5621890 seriya və nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin, X4 adına AZE№18205092 seriya və nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin, Türkiyə Cümhuriyyəti vətəndaşının **********4 nömrəli kimlik vəsiqəsinin, BA042287 seriya və nömrəli, “Bİ, B” dərəcəli Azərbaycan Respublikasının sürücülük vəsiqəsinin və Azərbaycan Texniki Universitetinin ATU ********* nömrəli tələbə biletinin, ASB bankın 5348 0358 2823 8556 nömrəli, Kapital bankın 4169 7388 2278 3043 nömrəli, Unibankın 4098 5844 6008 7628 nömrəli plastik kartlarının, “Azərbaycan Dəmir Yolları” kartının, Bakı Nəqliyyat Agentliyinin kartının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 120 (yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökm verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-290/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-290/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver