Məhkəmə qərarları › İş №1(001)-291/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-291/2020

14.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-291/2020 14.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslərin müdafiəçiləri - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir şəhəri, M.Əliyev küçəsi, ev 10-da qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi ev 8-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə və xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, bina 9, mənzil 51-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 ondan ötrü Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsiilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, təkrarən gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 2019-cu ilin aprel ayının əvvəllərindən həmin ilin may ayının sonlarınadək olan müddət ərzində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, bina 57, mənzil 66-da yaşayan Zərərçəkmiş şəxs1 ilə, 2019-cu ilin aprel ayının sonlarından həmin ilin may ayının sonlarınadək olan müddət ərzində isə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, bina 40, mənzil 117-də yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlamaqla onları istintaqa məlum olmayan müxtəlif ünvanlarda ayrı-ayrı müştərilərlə fərqli məbləğlərdə pul müqabilində cinsi əlaqədə olmaq üçün görüşdürüb gəlir əldə etmək məqsədi ilə təkrarən fahişəliyə cəlb etməklə taksi fəaliyyəti ilə məşğul olan və köməkçi qismində iştirak edən tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə onun idarə etdiyi BMW 320 markalı, 10ZP226 dövlət qeydiyyat nişanlı avtomobillə aparıb müştərilərə təqdim etmiş, Təqsirləndirilən şəxs2 hər dəfə buna görə qabaqcadan vəd etməklə əldə etdiyi cinayət yolu ilə əldə edilmiş pulları ona çatdırmış, sonuncu dəfə xx xxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 300 manat pul müqabilində Şahid1 ilə və Zərərçəkmiş şəxs2 200 manat pul müqabilində Şahid5 ilə cinsi əlaqədə olmalarına, buna görə ona cəmi 300 manat məbləğində pul verəcəklərinə dair müraciət etmiş Şahid1la razılaşıb Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təkrarən gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etdikdən sonra Təqsirləndirilən şəxs2 onun tapşırığı ilə müştərilərə təqdim etmək üçün köməkçi qismində iştirak edib onları idarə etdiyi BMW 320 markalı, 10ZP226 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən dənizkənarı əraziyə apararaq saat 16.30 radələrində orada gözləyən Şahid5 və Şahid1 təqdim etmiş, sonuncular cinsi əlaqədə olmaları müqabilində Zərərçəkmiş şəxs1 300 manat, Zərərçəkmiş şəxs2 200 manat və həmin qadınları cinsi əlaqədə olmaları üçün təşkil etdiyinə görə Təqsirləndirilən şəxs1a verilməli olan 300 manat məbləğində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini ona qabaqcadan vəd etmiş Təqsirləndirilən şəxs2 verdikdən sonra sonuncu Təqsirləndirilən şəxs1lə görüşmək üçün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən «Army» adlı marketin qarşısına getmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid5, Şahid1, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xx xxx 2019-cu il tarixdə saat 16:30 radələrində görüşdükləri ərazidə müəyyən edilməklə, Təqsirləndirilən şəxs2 isə «Army» adlı marketin qarşısında Təqsirləndirilən şəxs1 300 manat məbləğində pulu vermək istəyərkən hər ikisi saxlanılaraq Baş İdarəyə dəvət edilmiş, orada saat 18 radələrində keçirilmiş baxış zamanı Zərərçəkmiş şəxs1 ona verilmiş 300 manat və Zərərçəkmiş şəxs2 ona verilmiş 200 manat pulu, taksi sürücüsü Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 verilməli olan 300 manat pulu polis əməkdaşlarına təqdim etmişlər. Təqsirləndirilən şəxs2 ondan ötrü Azərbaycan Respublikası CM-in 32.5, 243.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, tanışı Təqsirləndirilən şəxs1 təkrarən gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsində köməkçi qismində iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 BMW 320 markalı, 10ZP226 dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğundan tanışı Təqsirləndirilən şəxs1 2019-cu ilin aprel ayının əvvəllərindən həmin ilin may ayının sonlarınadək olan müddət ərzində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, bina 57, mənzil 66-da yaşayan Zərərçəkmiş şəxs1 ilə, 2019-cu ilin aprel ayının sonlarından həmin ilin may ayının sonlarınadək olan müddət ərzində isə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, bina 40, mənzil 117-də yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlamaqla onları istintaqa məlum olmayan müxtəlif ünvanlarda ayrı-ayrı müştərilərlə fərqli məbləğlərdə pul müqabilində cinsi əlaqədə olmaq üçün görüşdürüb gəlir əldə etmək məqsədi ilə təkrarən fahişəliyə cəlb edilməsində köməkçi qismində iştirak edərək qadınları idarə etdiyi avtomobillə aparıb müştərilərə təqdim etmiş və hər dəfə onlardan əldə etdiyi cinayət yolu ilə əldə edilmiş pulları qabaqcadan vəd etməklə Təqsirləndirilən şəxs1 çatdıraraq ondan taksi xidməti göstərməsinə görə müxtəlif məbləğlərdə pullar almış, xx xxx 2019-cu il tarixdə isə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 300 manat pul müqabilində Şahid1 ilə və Zərərçəkmiş şəxs2 200 manat pul müqabilində Şahid5 ilə cinsi əlaqədə olmalarına, buna görə ona cəmi 300 manat məbləğində pul verəcəklərinə dair müraciət etmiş Şahid1la razılaşıb Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təkrarən gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etdikdən sonra müştərilərə təqdim etmək üçün köməkçi qismində iştirak edib onları idarə etdiyi BMW 320 markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən dənizkənarı əraziyə apararaq saat 16.30 radələrində orada gözləyən Şahid5 və Şahid1 təqdim etmiş, sonuncular cinsi əlaqədə olmaları müqabilində Zərərçəkmiş şəxs1 300 manat, Zərərçəkmiş şəxs2 200 manat və həmin qadınları cinsi əlaqədə olmaları üçün təşkil etdiyinə görə Təqsirləndirilən şəxs1a verilməli olan 300 manat məbləğində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini ona qabaqcadan vəd etmiş Təqsirləndirilən şəxs2 verdikdən sonra sonuncu Təqsirləndirilən şəxs1lə görüşmək üçün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən «Army» adlı marketin qarşısına getmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid5, Şahid1, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xx xxx 2019-cu il tarixdə saat 16:30 radələrində görüşdükləri ərazidə müəyyən edilməklə, Təqsirləndirilən şəxs2 isə «Army» adlı marketin qarşısında Təqsirləndirilən şəxs1 300 manat məbləğində pulu vermək istəyərkən hər ikisi saxlanılmaqla Baş İdarəyə dəvət edilmiş, orada saat 18 radələrində keçirilmiş baxış zamanı Zərərçəkmiş şəxs1 ona verilmiş 300 manat və Zərərçəkmiş şəxs2 ona verilmiş 200 manat pulu, taksi sürücüsü Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 verilməli olan 300 manat pulu polis əməkdaşlarına təqdim etmişlər. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, gözəllik salonunda saç qaynaq etməklə yanaşı qadınları makiaj etmiş, eyni zamanda müxtəlif qadınlarla da sosial şəbəkələrdə tanış olmuş, restoranlara getdiyi zaman ətrafında çoxlu qızlar olmuş, onu görən oğlanlar ona yaxınlaşaraq həmin qızları onlarla tanış etməyini xahiş etmiş, o da qızları oğlanlarla tanış edərək 50-100 manat arasında pul qazanmış, beləliklə o ətrafında olan qadınları pul qarşılığında kişi müştəriləri ilə görüşdürmüş, hazırda həmin qadınların və ona müraciət etmiş oğlanların xatırlamır, fahişəliyə cəlb etdiyi qadınlardan yalnız Nərmin və İradə adlı qadınları xatırlayır. Təxminən 2019-cu ilin may ayının əvvəllərində Xəqani adlı şəxslə tanış olmuş, Xəqani ilə yaxın münasibəti yarandığına görə Xəqani istifadəsində olan 055 *** ** ** və 070 *** ** ** saylı mobil nömrələrini ona, o da istifadəsində olan 055 ***-**-** və 055 ***-**-** saylı mobil nömrələri Xəqaniyə vermiş, bundan sonra onlar bir neçə dəfə telefon əlaqəsi saxlamış, Whatsapp proqramı vasitəsi ilə əlaqə saxlayarkən o Xəqaninin 070 *** ** ** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamış, Xəqani ona cinsi əlaqədə olmaq üçün qadın göndərməyini xahiş etdiyi zaman o hazırda adını xatırlamadığı tanışlarından birini cinsi əlaqədə olmaq üçün onunla qonşuluqda yaşayan Əli adlı taksi sürücüsü ilə birlikdə Xəqaninin yanına göndərmiş, Xəqani ilə qızla cinsi əlaqədə olmaq üçün 150 manat, özünə isə qazanc olaraq 50 manat pul verəcəyi barədə razılaşmış, Xəqani onunla razılaşaraq dediyi kimi də etmişdir. xx xxx 2019-cu il tarixdə Xəqani onunla yenidən telefon əlaqəsi saxlayaraq dostu ilə bir yerdə olduğunu, onlara cinsi əlaqədə olmaq üçün iki qadın lazım olduğunu demiş, Xəqani normal qızla cinsi əlaqədə olmaq istədiklərini demiş, o, Xəqaniyə etiraz etməyərək tanışlarından İradə və Nərmin adlı qadınlarla telefon əlaqəsi saxlayaraq müştəri olduğunu, onlarla cinsi əlaqədə olmaq lazım olduğunu dedikdə İradə müştəri ilə cinsi əlaqədə olmağa görə 200 manat, Nərmin isə müştəri ilə cinsi əlaqədə olmağa görə 300 manat pul istəmiş, qızlarla razılaşdıqdan sonra qızları cinsi əlaqədə olmaları üçün təşkil etdiyinə görə isə Xəqanidən özü üçün 300 manat istəmişdir. Xəqani ilə arasında olan telefon danışığı zamanı cinsi əlaqədə olmaq üçün qadınları təşkil edəcəyini, buna görə qızlardan birinə 200 manat, o birinə 300 manat, onun özünə isə 300 manat verməli olduğunu dedikdə Xəqani onunla razılaşmış, Xəqani ilə razılaşdıqdan sonra o qonşuluqda yaşayan Əli ilə telefon əlaqəsi saxlayaraq tanışı olan qızları müştərilərin olduğu ünvana aparmasını demişdir. Əli vasitəsilə o digər qızları da müştərilərin olduğu ünvanlara göndərirdi. Nərmin və İradənin istifadə etdiyi mobil nömrələri Əliyə verərək Əlinin qızlarla telefon əlaqəsi saxlayıb onları müştərilərin olduğu ünvana aparmasını təşkil etmiş, eyni zamanda Xəqaninin istifadə etdiyi 055 *** ** ** rəqəmli mobil nömrəni də əlaqə saxlaması üçün Əliyə vermiş, Əli qızları Novxanı qəsəbəsində düşürtdükdən sonra onunla telefon əlaqəsi saxlayaraq Xəqaninin ona 300 manat pul verdiyini demiş, o, Əliyə Biləcəri qəsəbəsinə gəlməyini, Army mağazasının yaxınlığında gözləyəcəyini demiş, təxminən saat 18 radələrində Əli idarə etdiyi BMW markalı avtomobil ilə həmin ünvana gəlmiş, Əli ilə görüşüb 300 manat pulu Əlidən götürmək istədiyi zaman mülki geyimdə olan bir neçə nəfər onlara yaxınlaşaraq İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olduqlarını, əməliyyat axtarış tədbiri keçirdiklərini, qadınları fahişəliyə cəlb etməyi barədə məlumat aldıqlarını, buna görə onları saxladıqlarını dedikləri zaman o da istifadə etdiyi Samsung J 3 markalı mobil telefonu polis əməkdaşlarının qorxusundan yerə vurub sındırmış, telefonu yerə vurmağının səbəbi telefonda qızlarla arasında yazışmaların olması ilə bağlı olmuş, polis əməkdaşları əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərarı ona təqdim edərək onları İnsan Alverinə qarşı Mübarizə baş idarəsinə dəvət etmişlər. Baş İdarədə Söhrab adlı polis əməkdaşı baş verənlər barədə protokol tərtib etmiş, o da doğru olduğu üçün protokolu imzalamış, sonra Əli üzərində olan 300 manat pulu polis əməkdaşlarına təqdim etmiş, o da həmin 300 manat puldan taksi fəaliyyətinə görə Əliyə 30 manat pul verməliymiş, İradə üzərində olan 200 manatı, Nərmin isə üzərində olan 300 manat pulu təqdim etdikdə həmin pullar polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmişdir. O, əməlindən peşiman olduğunu, bir daha belə işlər görməyəcəyini bildirmişdir. O, zərərçəkmiş qızlarla barışmışdır, ona qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmə prosesində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası CM-in 32.5, 243.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Aska ləqəbli Təqsirləndirilən şəxs1 uşaq yaşlarından tanımış, Asiflə eyni məhəllədə yaşayıb böyümüşdür. Asif onun taksi fəaliyyəti ilə məşğul olduğunu bildiyi üçün işi olanda onun xidmətlərindən istifadə edirdi. Asifin xahişi ilə 2019-cu ilin mart ayının əvvəllərindən onu və tanışı olan müxtəlif qadınları Asifin dediyi ünvanlara aparıb gətirmiş, qadınların geyimindən həmin qadınların əxlaqsız həyat tərzi keçirən qadın olmaları hiss olunurdu. Asiflə aralarında olan pul alışverişindən Asifin həmin qadınları fahişəliyə cəlb etdiyini başa düşmüşdür. Asifin deməsinə əsasən onun tanışı olan qadınları müxtəlif hotellərə aparıb gətirmiş, bəzən Asifin tanışları onun taksi pulunu və Asifə çatacaq pulu onun özünə vermiş, o da həmin puldan özünə çatacaq pulu götürüb qalan pulu aparıb Asifə verirdi. Asif ona apardığı məsafədən asılı olaraq müxtəlif məbləğlərdə pul vermiş, müştərilərdən 50-500 manat arasında pul alıb gətirib Asifə vermiş, onun qazancı isə yalnız taksi fəaliyyəti ilə bağlı olmuş, o, qızları öz tanışlarından heç kimin yanına aparmamışdır. xx xxx 2019-cu il tarixdə Asif onun istifadə etdiyi 070 ***-**-** rəqəmli mobil nömrənin vhatsap ani mesajlaşma xidmətinə mesaj yazaraq qızları götürüb Novxanı qəsəbəsinə aparmağını demiş, o, etiraz etməyərək Asifin tanışı olan İradə adlı qadını metronun Həzi Aslanov stansiyasının yaxınlığından, Nərmin adlı qadını isə metronun Elmlər Akademiyası stansiyasının yaxınlığından götürüb onları Novxanı qəsəbəsinə aparmış, Asifin ona dediyi mobil nömrə ilə telefon əlaqəsi saxlayaraq Nərmin və İradəni adlarının Xəqani və Əhməd olması ona sonradan məlum olan şəxslərin yanında düşürmüş, Xəqani Asifə çatdırmağı üçün ona 300 manat pul verərək onun taksi kimi zəhmət haqqısının həmin pulun içində olduğunu demiş, bundan sonra o, Bakı şəhərinə doğru istiqamətlənərək Bakı şəhəri, Biləcəri qəsəbəsi, Army marketin qarşısında Asiflə görüşmək barədə razılaşmış, Asiflə görüşüb 300 manat pulu ona vermək istədiyi zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını, Asifin qadınları fahişəliyə cəlb etməyi barədə məlumat aldıqlarını, bu səbəbdən əməliyyat tədbiri keçirdiklərini deyib onu və Asifi baş idarəyə dəvət etmişlər. Baş idarədə baş verənlər barədə protokol tərtib olunmuş, o da üzərində olan 300 manat pulu polis əməkdaşlarına təqdim etmiş, həmin pullar polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmişdir. O, əməlindən peşimandır, bir daha belə hərəkətlər etməyəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxslərlə onun heç bir problemi yoxdur, ona qarşı şikayət və tələb yoxdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2017-ci ilin mart ayında könüllü olaraq sevdiyi oğlanla cinsi əlaqədə olarkən bakirəliyini itirmişdir. Təqsirləndirilən şəxs1lə 2019-cu ilin aprel ayının əvvəllərində tanış olmuş, lakin Asiflə necə tanış olduğunu və harada tanış olduğunu xatırlamır. Asif ilə aralarında yaxın münasibət yarandığı üçün Asiflə telefon əlaqəsi saxlayırdı. Həmin vaxt o 055 ***-**-** saylı mobil telefon nömrəsini, Asif isə 055 ***-**-** və 055 ***-**-** saylı mobil telefon nömrələrini istifadə edirdi. Asiflə əsasən whatsapp proqramı vasitəsilə əlaqə saxlamış, Asiflə arasında olan söhbət zamanı Asif onun maddi sıxıntılarının olduğunu bilmiş, bundan sonra Asif ona yaxşı, imkanlı müştərilərinin olduğunu, onlarla cinsi əlaqədə olub yaxşı qazanc əldə edəcəyini təklif etmiş, o, maddi sıxıntılarına görə Asiflə razılaşmışdır. O, yaşadığı mənzildə olduğu zaman Asif onunla telefon əlaqəsi saxlayaraq İlham adlı şəxslə görüşə göndərmiş, o, İlhamla xatırlamadığı hoteldə cinsi əlaqədə olduqdan sonra İlham ona 350 manat pul vermiş, Asif isə həmin puldan özünə qazanc olaraq 50 manat pul götürmüşdür. xx xxx 2019-cu ildə, saat 11 radələrində o yaşadığı mənzildə olduğu zaman Asif ona whatsapp şəbəkəsi vasitəsilə yazaraq müştəri olduğunu bildirib ona 300 manat veriləcəyini demiş, Asif həmin vaxt onunla 055 ***-**-** və 055 ***-**-** nömrəli mobil nömrələrlə telefon əlaqəsi saxlamışdı. Asif müştərilərin iki nəfər olacağını, İradə adlı qızın da gələcəyini, İradənin 200 manata müştəri ilə cinsi əlaqədə olacağını demişdir. Asif taksi sürücüsünün onu metronun Elmlər Akademiyası stansiyasının yaxınlığından götürəcəyini bildirmiş, saat 15 radələrində X4 metrosunun yanına Əli adlı taksi sürücüsünü göndərdiyi zaman maşına əyləşəndə İradə adlı qız da maşında görmüşdür. Əli onları Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, dənizkənarı deyilən əraziyə aparmış, orada onları adını sonradan bildiyi Xəqani adlı şəxs qarşılamış, Xəqaninin yanında Əhməd adlı dostu da olmuş, Xəqani bir qədər kənarda Əli ilə söhbət edərək Əliyə müəyyən məbləğdə pul vermiş, lakin onlar həmin pulun hansı məbləğdə olduğunu görməmişlər. Bildiyi qədər Əliyə verilmiş pul Asifə çatasıymış, Əli onları ora gətirməklə taksi fəaliyyətini yerinə yetirmiş, sonra o Xəqanidən onunla cinsi əlaqədə olmaq məqsədilə 300 manat, İradə isə Əhməddən cinsi əlaqədə olmaq məqsədilə 200 manat pul almış, onlar Xəqanigilin aparacağı ünvana getmək istəyərkən onlara mülki geyimli şəxslər yaxınlaşmış, həmin şəxslər onlara xidməti vəsiqələrini göstərib özlərini İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları kimi təqdim etmiş, onu sorğu-sual edib həmin kişilərlə nə məqsədlə görüşməyi barədə soruşdqda o Asif adlı şəxsin tapşırığı əsasında Xəqani adlı şəxslə görüşüb pul müqabilində cinsi əlaqədə olacağını, bu məqsədlə aşkar olunduğu ünvana Asif adlı şəxs tərəfindən göndərildiyini, buna görə Xəqanidən 300 manat pul aldığını demiş, digər şəxslər də onun dediyini təsdiq etdikdən sonra onları Baş İdarəyə dəvət etmişlər. Bir neçə dəqiqədən sonra oraya Asif və Əli də gəlmiş, Baş İdarədə o və İradə cinsi əlaqədə olacaqlarına görə Xəqani və Əhmədin verdiyi müvafiq olaraq 300 və 200 manat pulu hal şahidlərinin iştirakı ilə təqdim etmişlər. Asif Əli adlı taksi sürücüsünün gətirib ona verdiyi 300 manat pulu polis əməkdaşlarına təqdim etmiş, həmin pullar polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Söhrab adlı polis əməkdaşı tərəfindən baş verənlər barədə protokol tərtib olunmuş, onlar protokolu doğru olduğu üçün imzalamışlar. Təqsirləndirilən şəxs1 onu cinsi əlaqədə olmaq üçün təqdim etdiyi İlham adlı müştərinin anket məlumatlarını və mobil telefon nömrəsini bilmir, həmin şəxsi birinci dəfə idi görürdü. Onun hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur, o, barışmışdır və bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs1lə sosial şəbəkədə tanış olmuş, Asiflə arasında yaxın münasibət yarandığından o istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəni, Asifdə öz istifadəsində olan 055 ***-**- ** və 055 ***-**-** rəqəmli mobil nömrələri ona vermişdir. Bundan sonra onlar mobil telefon vasitəsi ilə əlaqəsi saxlamağa başlamışlar. Əsasən onlar whatsapp prqoramı vasitəsilə əlaqə saxlayırdılar. Aralarında olan söhbət zamanı Asif onun maddi imkansız olduğunu bildikdən sonra ona yaxşı, imkanlı müştəriləri olduğu zaman, onlarla cinsi əlaqədə olmaqla yaxşı qazanc əldə edəcəyini təklif etdikdə o maddi imkansızlıq ucbatından Asifin təklifi ilə razılaşmışdır. Bundan sonra Asif ona zəng edərək cinsi əlaqədə olmaq üçün müştəri olduğunu, bunun müqabilində ona 150 manat verəcəyini demiş, o, Asiflə razılaşdıqdan sonra Asif taksi ilə onun yaşadığı evin yaxınlığına gələrək onunla birlikdə şəhərin mərkəzində yerləşən bir restorana getmiş və orada onu Ənvər adlı şəxsə təqdim etmiş, onlar üçü yemək yedikdən sonra Asif ona müştəri ilə cinsi əlaqədə olmaq üçün 150 manat pul vermiş, özünə isə qazanc olaraq 50 manat pul götürmüşdür. Bundan sonra o Ənvərlə birlikdə adını bilmədiyi bir hotelə gedərək həmin oteldə Ənvərlə cinsi əlaqədə olmuşdur. Bundan sonra xx xxx 2019-cu il tarixdə saat 14 radələrində Asif ona zəng edərək müştəri olduğunu bildirib 200 manat pul qazanacağını demişdir. Eyni zamanda ona müştərilərin iki nəfər olacağını, Nərmin adlı qızın da gələcəyini demişdir. Asif tanışı Əli adlı taksi sürücüsü Həzi Aslanov metrosunun yaxınlığında onu, Elmlər Akademiyası metrosunun yaxınlığında Nərmin adlı qadını da götürmüş, Əli onları Binəqədi rayonu, Novxanı qəsəbəsi, dənizkənarı deyilən əraziyə apardıqda orada onları adını sonradan bildiyi Xəqani adlı şəxs qarşılamışdır. Xəqanin yanında Əhməd adlı dostu da olmuşdur. Xəqani bir qədər kənarda Əli ilə söhbət edərək Əliyə Asifə çatmalı olan müəyyən məbləğdə pul vermişdir, lakin onlar həmin pulun hansı məbləğdə olduğunu görməmişlər. Əli onları ora gətirməklə taksi fəaliyyətini yerinə yetirmiş, sonra o Əhməddən onunla cinsi əlaqədə olmaq məqsədilə 200 manat, Nərmin isə Xəqani ilə cinsi əlaqədə olmaq məqsədilə pul almışdır. Nərminə nə qədər pul verildiyini o, dəqiq bilməmişdir. Onlar Xəqanigilin aparacağı ünvana getmək istəyərkən onlara mülki geyimli şəxslər yaxınlaşaraq onlara xidməti vəsiqələrini göstərib özlərini İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları kimi təqdim etmişlər. Onu sorğu-sual edib həmin kişilərlə nə məqsədlə görüşməyi barədə soruşduqlarında o fahişəliklə məşğul olduğunu, bu məqsədlə aşkar olunduğu ünvana Asif adlı şəxs tərəfindən göndərildiyini, buna görə Əhməddən 200 manat pul aldığını demiş, digər şəxslər də onun dediyini təsdiq etmiş, sonra polis əməkdaşları onları Baş İdarəyə dəvət etmişlər. Bir neçə dəqiqədən sonra oraya Asif və Əli də gəlmiş, Baş İdarədə o və Nərmin cinsi əlaqədə olacaqlarına görə Əhmədin və Xəqaninin verdiyi 200 və 300 manat pulu, Asif də özündə olan 300 manat pulu hal şahidlərinin iştirakı ilə polis əməkdaşlarına təqdim etdiklərində həmin pullar qablaşdırılmış, baş verənlər barədə protokol tərtib etmiş, protokolu onların hamsı oxuyaraq imzalamışlar. Təqsirləndirilən şəxs1 onu könüllü olaraq cinsi əlaqədə olmaq üçün təqdim etdiyini, Asif və Əliyə qarşı onun heç bir şikayət və tələbinin olmadığını, onların barışdıqlarını bildirərək bu barədə məhkəməyə ərizə ilə müraciət etmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Asif adlı şəxsi 2019-cu ilin may ayından etibarən tanımış, Asiflə mobil telefon əlaqəsi saxlayarkən whatsapp proqramı vasitəsilə *** ** ** 83 nömrəsi ilə, zənglə isə 055 *** ** ** saylı mobil nömrələrindən Asifin istifadəsində olan ***-***-**-** və 055 ***-**-** saylı mobil nömrələri ilə əlaqə saxlayırdı. Asifin qadınları fahişəliyə cəlb etdiyini bildiyindən 2019-cu ilin may ayının əvvəllərində Asifə zəng edərək cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini xahiş etdikdə Asif ona 200 manat müqabilində qadın təşkil edəcəyini bildirmişdir. O, Asiflə razılaşdıqdan sonra Asif adını xatırlamadığı qadını onun yanına göndərmiş, həmin qadını Əli adlı taksi sürücüsü gətirmiş, Asif əvvəlcədən ona cinsi əlaqədə olmağa görə gəmin qadına 150 manat verəcəyini, özünə isə qızı təşkil etdiyi üçün qazanc olaraq verəcəyi 50 manat pulu Əliyə verməsini bildirmişdir. O, Asifin dediyi kimi etmişdir. xx.xx.2019-cu ildə dostu Əhmədlə birlikdə olarkən onlar istirahət etmək qərarına gəlmiş, bu məqsədlə o istifadə etdiyi 055 *** ** ** saylı mobil nömrə ilə Asifin istifadə etdiyi ***-***- **-** saylı mobil nömrəyə zəng edərək cinsi əlaqədə olmaq üçün iki nəfər qadın təşkil etməsini xahiş etdikdə Asif ona 800 manat müqabilində iki nəfər qadın təşkil edəcəyini bildirmişdir. O, Asiflə razılaşdıqdan sonra qadınları Novxanı qəsəbəsi, dənizkənarı deyilən əraziyə gətirməsini bildirmiş, bundan sonra təxminən 17:00 radələrində əvvəldən tanıdığı Asifin taksi sürücüsü Əli razılaşdıqları ünvana iki nəfər qadını gətirmiş, Asiflə razılaşdıqları kimi o Nərmin adlı qadına cinsi əlaqədə olmaqları müqabilində 300 manat, İradə adlı qadına isə Əhməd 200 manat pul vermiş, eyni zamanda o Əlini kənarə çəkib Asifə çatması üçün 300 manat pulu verdikdən sonra Əli çıxıb getmiş, onlar isə həmin qadınlarla cinsi əlaqədə olacaqları ünvana getmək istədikləri zaman mülki geyimli şəxslər onlara yaxınlaşaraq İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, həmin qadınlarla nə məqsədlə görüşməyi barədə onu sorğu-sual etmişlər. O, həmin qadınların fahişəliklə məşğul olduğunu, onları Asif adlı şəxsin göndərdiyini, buna görə də həmin qadınların birinə 300 manat verdiyini, digərinə isə Əhmədin 200 manat verdiyini bildirmiş, digər şəxslər də onun dediyini təsdiq etdikdən sonra onları İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə dəvət edərək orada polis əməkdaşı baş verənlər barədə protokol tərtib etmiş, protokolun doğruluğu onlar tərəfindən imzaları ilə təsdiqlənmişdir. Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxx 2019-cu il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, Baku Electronics mağazası ilə üzbəüz olan dayanacaqda dayanarkən əvvəllər tanımadığı, mülki geyimdə olan şəxs ona və əvvəllər tanımadığı, yanında dayanacaqda dayanmış şəxsə yaxınlaşaraq xidməti vəsiqəsini təqdim edərək İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olduğunu, əməliyyat tədbiri keçirəcəklərini bildirmiş və onlardan həmin tədbirdə hal şahidi qismində iştirak etməklərini xahiş etmişdir. Onlar razılaşaraq polis əməkdaşı ilə birlikdə yaxınlıqda yerləşən Baş İdarəyə getmiş, orada onlara hüqüq və vəzifələri izah olunmuş, o, Baş İdarədə digər hal şahidinin Şahid2 olduğunu bilmiş, polis əməkdaşları onlara qadınların insan alverinə məruz qalmaları barədə məlumat əldə edikləri barədə məlumat vermişlər. 14:30 radələrində o və Seymur polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi adlanan əraziyə getmiş, orada polis əməkdaşları mövqe seçərək Əli adlı şəxsə məxsus **-ZP-*** dövlət qeydiyyat nişanlı BMW markalı avtomobili müşahidə etmiş, sonra həmin avtomobilin sürücüsü Həzi Aslanov metrosunun yaxınlığında bir nəfər qadını, Elmlər Akademiyası metrosunun yaxınlığında isə başqa qadını maşına əyləşdirərək Novxanı qəsəbəsi istiqətində irəliləmyə başladığını görərək müşahidə etməyə başlamışlar. Saat 16:30 radələrində Novxanı qəsəbəsi, dənizkənarı deyilən ərazidə sürücü özü ilə gətirdiyi iki nəfər qadını iki nəfər kişiyə təqdim etdikdən sonra avtomobilin sürücüsü həmin kişilərdən biri ilə bir qədər söhbət edib müəyyən məbləğdə pul alıb Biləcəri qəsəbəsi istiqamətində hərəkətini davam etdirdikdə polis əməkdaşı Şahid4 tərəfindən taksi sürücüsünün müşahidəsi davam etdirilmiş, onlar isə digər polis əməkdaşları ilə birlikdə həmin yerdə iki nəfər qadının və iki nəfər kişinin müşahidəsini davam etdirmişlər. Qadınları gətirən taksi sürücüsü kənarlaşan kimi onları qarşılayan kişilərdən biri qadınların hərəsinə müəyyən məbləğdə pul vermiş, həmin şəxslər çıxıb getmək istəyərkən onun və Seymurun iştirakı ilə polis əməkdaşları həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş, əməliyyat tədbiri keçirdiklərini bildirərək qərarı göstərmiş və həmin şəxslərə bir neçə sual vermişlər. Özlərini Xəqani və Əhməd kimi təqdim edən şəxslər qadınlarla pul qarşılığında cinsi əlaqədə olmaq istədiklərini, bu səbəbdən Asif adlı şəxsə zəng etdiklərini, Asifin 800 manat qarşılığında 2 qadın göndərdiyini bildirmişlər. Özlərini Nərmin və İradə kimi təqdim edən qadınlar fahişəliklə məşğul olduqlarını etiraf etmiş, Nərmin və İradə Asif adlı şəxs tərəfindən fahişəliyə cəlb olunduqlarını qeyd etmişlər. Sonra polis əməkdaşları həmin şəxslərin Baş idarəyə getməli olduqlarını bildirərək Şahid4la əlaqə saxlayıb polis əməkdaşları ilə birlikdə taksi sürücüsünün müşahidəsinə davam edilmişdir. Saat 18:00 radələrində BMW markalı avtomobilin sürücüsü Bakı şəhəri, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən “Army” adlı marketin qarşısında başqa kişi ilə görüşərək ona pul təqdim edərkən onun və Seymurun iştirakı ilə polis əməkdaşları həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib əməliyyat tədbiri keçirdiklərini bildirərək qərarı göstərmiş və həmin şəxslərə bir neçə sual vermişlər. Özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxs taksi fəliyyəti ilə məşğul olduğunu, Asif adlı şəxsi qonşuluqdan tanıdığını, Asifin tapşırığı ilə İradə və Nərmin adlı qadınları Novxanı qəsəbəsində dənizkənarı adlanan ərazidə tanımadığı şəxsə təqdim etdiyini, həmnin şəxslərdən aldığı 300 manat pulu Təqsirləndirilən şəxs1 verəcəyini bildirmiş, Təqsirləndirilən şəxs1 də Təqsirləndirilən şəxs2 dediklərini təsdiq etmiş, bundan sonra sənədləşmə işləri aparılması üçün iştirakçılar polis əməkdaşları tərəfindən Baş idarəyə dəvət olunmuş, Baş İdarədə protokol tərtib olunmuş, qadınlar hər biri aldıqları 200 və 300 manat pulu, Asif adlı şəxs isə 300 manat pulu cəmi 800 manat pul polis əməkdaşlarına təqdim edilmiş, polis əməkdaşları həmin pulu zərfə qoyaraq möhürləmişlər. Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx xxx 2019-cu il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının vətəndaşı olan qadınları kişilərə intim xidmətlər göstərməyə məcbur etməsi, nəzarətdə saxladığı qadınları Təqsirləndirilən şəxs2 vasitəsilə Bakı şəhərinin müxtəlif ünvanlarına göndərilməsi barədə məlumat daxil olmuş, həmin məlumat onun tərəfindən raportla Baş idarə rəisinə məruzə olunmuş və rəhbərliyin icazəsi ilə məlumatın yoxlanılmasına dair əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilmişdir. Onun, əməliyyat müvəkkikli Şahid6 və baş əməliyyat müvəkkili Şahid4 ibarət əməliyyat qrupu yaradılmış, bundan sonra baş idarəyə hal şahidi qismində iki nəfər şəxs dəvət olunaraq, onlara Cinayət Prosessual Məcəlləsinin 94-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş, xx xxx 2019-cu il tarixdə saat 14:30 radələində hal şahidlərinin iştirakı ilə əməliyyat qrupu Əli adlı şəxsə məxsus **-ZP-*** dövlət qeydiyyat nişanlı BMW markalı avtomobili Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi adlanan ərazidə müşahidəyə götürmüş, müşahidə zamanı istintaq qrupu həmin avtomobilin Həzi Aslanov metrosunun yaxınlığında bir nəfər qadını, sonra isə Elmlər Akademiyası metrosunun yaxınlığında başqa qadını əyləşdirdiyini görmüş, bir neçə dəqiqə sonra həmin avtomobil Novxanı qəsəbəsi istiqamətində irəliləyərək 16:30 radələrində Novxanı qəsəbəsi, dənizkənarı deyilən ərazidə özü ilə gətirdiyi iki nəfər qadını onları qarşılayan iki nəfər kişiyə təqdim etmiş, bundan sonra avtomobilin sürücüsü həmin kişilərdən biri ilə bir qədər söhbət edib müəyyən məbləğdə pul alıb Biləcəri qəsəbəsi istiqamətində hərəkətini davam etdirmiş, həmin taksi sürücüsünün Asif adlı şəxsin tapşırığı ilə qadınları gətirdiyini, qadınları təqdim etdiyi kişidən aldığı pul məbləğini Asif adlı şəxsə təqdim etməsi barədə əməliyyat məlumatlarının yoxlanılması məqsədilə Şahid4 tərəfindən müşahidəsi davam edilmiş, qadınları gətirən taksi sürücüsü kənarlaşan kimi onları qarşılayan kişilərdən biri qadınların hərəsinə müəyyən məbləğdə pul vermiş, həmin şəxslər birlikdə qeyd olunun ünvandan uzaqlaşmaq istəyərkən onlar hal şahidlərinin iştirakı ilə həmin şəxslərə yaxınlaşaraq xidməti vəsiqələrini və özlərini təqdim edərək əməliyyat tədbiri keçirdiklərini bildirib əməliyyat qərarını göstərmişlər. Həmin şəxslərin kimliyini müəyyən etmək üçün onları sorğu-sual etmiş, özünü Şahid1 kimi təqdim edən şəxs dostu Əhmədlə birlikdə qadınlarla cinsi əlaqədə olmaq istədiklərini, bu məqsədlə qısa müddətdir tanıdığı Asif adlı şəxsə zəng etdiyini və Asifin 800 manat müqabilində onlara cinsi əlaqədə olmaq üçün 2 qadın göndərdiyini bildirmiş, Şahid5 də Şahid1 dediklərini təsdiq etmiş, özlərini Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kimi təqdim edən qadınlar fahişəliklə məşğul olduqlarını, pul qarşılığında cinsi əlaqədə olmaq üçün həmin ünvana gəldiklərini etiraf etmiş, bundan sonra sənədləşmə işləri aparılması üçün iştirakçılar polis əməkdaşları tərəfindən Baş idarəyə dəvət olunmuş, bundan sonra Şahid4la əlaqə saxlanılaraq müvafiq marşurut üzrə hal şahidləri ilə birlikdə müşahidəyə davam edilmiş, 18:00 radələrində BMW markalı avtomobilin sürücüsü Bakı şəhəri, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən “Army” adlı marketin qarşısında başqa kişi ilə görüşərək ona pul təqdim edərkən hal şahidlərinin iştirakı ilə həmin şəxslərə yaxınlaşaraq xidməti vəsiqələrini və özlərini təqdim edərək əməliyyat tədbiri keçirdiklərini bildirib əməliyyat qərarını göstərmişlər. Həmin şəxslərin kimliyini müəyyən etmək üçün həmin şəxslər sorğu-sual edilmiş, özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxs uzun müddətdir taksi fəaliyyəti ilə məşğul olduğunu, Təqsirləndirilən şəxs1lə qonşu olduğunu, Asifin qadınları fahişəliyə cəlb etdiyindən xəbərdar olduğunu, bir neçə dəfə Asifin ona təqdim etdiyi qadınları müxtəlif ünvanlara apardığını bildirmişdir. xx xxx 2019-cu il tarixdə Asifin tapşırığı ilə İradə və Nərmin adlı qadınları Novxanı qəsəbəsində dənizkənarı adlanan ərazidə tanımadığı şəxsə təqdim etdiyini, həmnin şəxslərdən aldığı 300 manat pulu Təqsirləndirilən şəxs1 verəcəyini bildirmiş, Təqsirləndirilən şəxs1 də Təqsirləndirilən şəxs2 dediklərini təsdiq etmiş, bundan sonra sənədləşmə işləri aparılması üçün iştirakçılar polis əməkdaşları tərəfindən Baş İdarəyə dəvət olunmuş, Baş İdarədəv onun tərəfindən keçirilmiş əməliyyat tədbirinə dair protokol tərtib olunmuş, Nərmin Mirzəyeva və Zərərçəkmiş şəxs2 hər biri cinsi əlaqədə olmaq üçün aldıqları 200 və 300 manatı, Təqsirləndirilən şəxs1 isə özünə qazanac olaraq götürdüyü 300 manatı, ümumilikdə 800 manat pulu təqdim etmişlər. Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid4 və Şahid6 şahid Orucov Zöhrab Kərim oğlu ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tatanma haqqında xx.xx.2019-cu il tarixli qərardan görürünr ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tatanma haqqında xx.xx.2019-cu il tarixli qərardan görürünr ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxx 2020-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04.06. 2020-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 243.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.1994-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 2 №-li klinik psixiatriya xəstəxanasının xx.xx.2019-cu il tarixli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Bakı şəhər 02 saylı X1 stasionar müayinədə olmuşdur. Diaqnoz; “mülayim dərəcədə ifadə olunmuş dissosiativ-konversiyon pozuntu, anamnezində özünükəsmələr”. İş materiallarında olan 1 nömrəli Respublika Psixiatriya Xəstənası tərəfindən verilmiş məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2014-cü il tarixdə göndərişə əsasən xəstəxanaya stasionar müayinəyə qəbul olunmuş, xx.xx.2014-cü il tarixdə xəstəxanadan evə yazılıb. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 16 saylı məhkmə ambulator psixiatrik ekspertizasının 16 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs2 anlaqlıdır, lakin onda isterik tipli şəxsiyyət pozuntusu diaqnozu müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 17 saylı məhkmə ambulator psixiatrik ekspertizasının 16 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs1 anlaqlıdır, lakin onda isterik tipli şəxsiyyət pozuntusu diaqnozu müəyyən olunmuşdur. İş materiallarında olan pul vəsaitinin depozit hesaba keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan məlum olur ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 800 manat nəgd pul vəsaiti saxlanması üçün depozit hesaba keçirilmişdir və qərarın surəti icra olunması üçün Azərbaycan Respublikası DİN-nin Maliyyə-Plan İdarəsinə təqdim olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xasiyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xasiyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən məlum olur ki, o, təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur, cəza təyin olunarkən nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X5 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən məlum olur ki, o, təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur, cəza təyin olunarkən nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və iş üzrə maddi sübutla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsində nəzərdə tutulmuş gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə cinayətini törətməsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Onların əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsinin və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərlə barışdığını və onların ona qarşı şikayət və tələblərinin olmamasını, ailəsinin yeganə qazanc mənbəyi olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərlə barışdığını və onların ona qarşı şikayət və tələblərinin olmamasını, evladının saxlanması üçün aliment ödəməsini, ailəsinin yeganə qazanc mənbəyi olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyən edilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyən edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Məhkəmə işin halların və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabında saxlanılan 800 (səkkiz yüz) manat nağd pul vəsaiti dövlət hesabına alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilər ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, və təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Müdafiəçi1 və Müdafiəçi2 məhkəmə araşdırması təqsirləndirilən şəxslərin hüquqlarının müdafiələrinə ümumilikdə hər biri 20 saat vaxt sərf etmişdilər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına hər biri üçün 120 (bir yüz iyirmi) manat məbləğində pul (“Kapitalbank” X3 Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h- AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151 - 11 saylı Vəkil Bürosunun hesablaşma hesabı) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir . Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 480 (dörd yüz səksən) saat müddətinə ictimai işlər cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 ictimai işlərə cəlb olunduğu vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,243.1-ci maddəsiilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 320 (üç yüz iyirmi) saat müddətinə ictimai işlər cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 ictimai işlərə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılmın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına hər biri üçün 120 (bir yüz iyirmi) manat məbləğində pul (“Kapitalbank” X3 Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h- AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151 - 11 saylı Vəkil Bürosunun hesablaşma hesabı) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabında saxlanılan 800 (səkkiz yüz) manat nağd pul vəsaiti dövlət hesabına alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar