Məhkəmə qərarları › İş №1(001)-291/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-291/2022

21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-291/2022 21.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1995-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,484 qram psixotrop maddə olan metamfetamini əldə etməklə əynində olan qara rəngli şalvarın sağ yan cibində qanunsuz olaraq saxlamış, 08 oktyabr 2021-ci il tarixdə saat 12:20 radələrində Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri, Nizami prospektində saxlanılaraq Yevlax şəhəri Nizami prospekti 41 A ünvanında yerləşən Yevlax RPŞ-nə gətirilmiş, saat 13:00-da Yevlax RPŞ-də sonuncunun üzərinə müdafiəçinin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü kağızın içərisində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı təmiz çəkisi 0,484 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,205 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini əldə edib, üzərində saxlayıb Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Biləcəri dəmir yolu stansiyasının ərazisinə gələrək üzərində daşımış, 16 noyabr 2021-ci il tarixdə saat 17:00 radələrində DYNPİ-nin Biləcəri st. X18 əməkdaşları tərəfindən orada saxlanılaraq saat 17:40 radələrində Biləcəri st. XPŞnin Binəqədi rayonu Biləcərəri qəsəbəsi M.S.ünvan 5 ünvanında yerləşən inzibati binasına gətirilərək saat 17:55-də növbətçi hissədə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünün içərisindən təmiz çəkisi 0,205 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, ünvan 6 ünvanında müvəqqəti kirayədə yaşayır. Heç yerdə rəsmi olaraq işləmir, günəmuzd fəhləlik etməklə ailəsini dolandırır. İşin mahiyyəti üzrə bildirmişdir ki, təxminən 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrdən özü üçün ağrıları olduğundan istifadə edir. 06 oktyabr 2021-ci il tarixdə saat 15:00-da Yevlax şəhəri Nizami prospektində küçədə gedərkən yolun kənarında bükülü tapmış, bükülünü açıb içərisinə baxdıqda psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Həmin bükülünü cibinə qoyub oradan uzaqlaşmışdır. Metamfetaminin bir hissəsindən istifadə edib qalan hissəsini özündə saxlamışdır. 08 oktyabr 2021-ci il tarixdə saat təxminən 12:20-da Yevlax şəhəri Nizami prospketində olarkən tanımadığı iki nəfər mülki geyimdə şəxs ona yaxışlaşmış, onlar özlərini təqdim edib polis əməkdaşları olduğunu demişlər. Üzərində narkotik və psixotrop maddələrin gəzdirilməsində şübhəli bilib onu Yevlax RPŞ-na dəvət etmişlər. Onlarla birlikdə Yevlax RPŞ-na getmişdir. Yevlax RPŞ-da polis əməkdaşlarını və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəziflələri izah olunmuşdur. Şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağızın içərisində psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Ondan aşkar olunmuş psixotrop maddə olam metamfetamin qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Metamfetaminin çəkisi 0,484 qram olmuşdur. Bu barədə kimyəvi ekspertizanın qərarı və rəyi vəkilin iştirakı ilə ona elan olunmuşdur. Sonradan barəsində polisin nəzarəti altına qətimkan tədbiri seçilərək MSY-dən azad olunmuşdur. Psixotrop maddə olan metamfetamini küçədən tapmışdır. Şəxsi istifadəsi üçün üzərində saxlamış, satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs fərdi iş yeri tapa bilmədiyindən 2021-ci ilin noyabr ayının əvvələri Bakı şəhərinə gəlmişdir. 16 noyabr 2021-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə olarkən bədənində ağrılar olduğuna görə bir nəfər tanımadığı şəxs ona yaxınlaşmış və ona ağrılardan qurtulmaq üçün kömək edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs ondan psixotrop maddə olan metamfetamini olduğunu soruşmuş, həmin tanımadığı şəxs cavabında 1 ədəd siqaret kağızı bükümündə metamfetamin olduğunu və onu 10 manat müqabilində ona verə biləcəyini demişdir. Həmin şəxsin təklifi ilə razılaşmış və 10 manat müqabilində 1 ədəd siqaret kağızı bükümündə olan metamfetamini alıb əynindəki qara rəngli cins şalvarın arxa sol cibinə qoyub üzərində saxlamışdır ki, həmin psixotrop maddədən özü üçün çəkmək yolu ilə istifadə etsin. Bundan sonra saat 17:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisinə qaynanasının yaşadığı evə gedən zaman 2 nəfər mülki geyimdə olan tanımadığı şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək onu X3 İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinə dəvət etmişlər. Bundan sonra növbətçi hissədə məsul növbətçi tərəfindən dəvət olunmuş hal şahidlərinin iştirakları ilə onun üzərinə şəxsi axtarış aparılmış və əynindəki qara rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra isə həmin psixotrop maddə polis əməkdaşları və vəkilin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Metamfetaminin çəkisi 0,205 qram olmuşdur. Öz əməlinə tənqidi münasibətdə olduğunu bildirərək əməlindən peşman olmasının, himayəsində 1 azyaşlı uşağının olmasının nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyə teleqram ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirərək nəzərə alınmasını xahiş etmişdir. Şahid üzürlü səbəbdən iştirak edə bilmədiyindən onun ifadəsi elan edilmişdir. İbtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs Yasin oğlunun qanunsuz olaraq narkotik vasitələri saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşur. Həmin gün saat təxminən 12:20 radələrində CAB əməliyyat müvəkkili Şahid4la birlikdə Yevlax şəhəri, Nizami prospekti istiqamətində getdiklərini və Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib ona polis şöbəsinə getməli olduğunu bildirmişlər. Pois şöbəsində üzərinə şəxsi axtarış keçiriləın zaman Kazım Salmaov əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağızda psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sonra həmin kütlə tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmiş və protokol şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hal-hazırda DYNPİ-nin X4 Polis Şöbəsinin CAB-nin rəisi vəzifəsində polis kapitanı rütbəsində xidmət edir. X4 Polis Şöbəsinin CAB-nə, 16 noyabr 2021-ci il tarixdə saat 17:40-da X4 Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə xidməti ərazidə olarkən oğurluqda şübhəli bilinərək tanımadıqları bir nəfər şəxsi X4 Polis şöbəsinin növbətçi hissəsinə gətirmişlər. Həmin şəxsin Yevlax şəhər sakini Təqsirləndirilən şəxs olduğunu müəyyənləşdirmişlər. Təqsirləndirilən şəxs üzərində dəvət olunmuş hal şahidlərinin və vəkilin iştirakı ilə şəxsi axtarış aparılmışdır. 16 noyabr 2021-ci il tarixdə saat 17:55-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd siqaretin gümüşü kağızında büküm aşkar edildi. Həmin büküm açıldıqda onun içərisindən ağ rəngli, kristal formasında olan kütlə aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edimiş kütlə psixotrop maddə olan “şüşə”, yəni “metamfetamin”dir. Onu 16 noyabr 2021-ci il tarixdə saat 11:00-da Bakı şəhəri Nəsimi rayonu ”Papanin” deyilən ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində almış və özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs qeyri-qanuni saxlanılan əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə hal şahidlərinin, vəkilin və polis əməkdaşlarının iştirakı ilə ekspertizaya təqdim olunması məqsədi ilə zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalanmışdır. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X4 Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili polis mayoru Şahid2 Şahid1 Arif oğlunun ifadəsinə uyğun eyniməzmunlu ifadə verərək deyilənləri təsdiq etmişdir. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X4 Polis şöbəsinin məsul növbətçisi polis baş leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, halhazırda ailəsi ilə birlikdə ünvan 8 ünvanda qeydiyyatdadır. Evlidir. 2006-ci ildən X8 Xidmət edir. 2018-ci ildən X4 Polis Şöbəsində məsul növbətçi vəzifəsində polis baş leytenantı rütbəsində xidmət edir. xx.xx.2021-ci il tarixində saat 17:55-də Biləcəri stasiyasında X19 məsul növbətçi olarkən Biləcəri st.X18 CAB-nin rəisi polis kapitanı Şahid1 Arif oğlu və NMQ-nun əməliyyat müvəkkli polis mayoru Şahid2 xidməti ərazidə olarkən oğurluqda şübhəli şəxs qismində bir nəfər şəxsi şöbənin növbətçi hissəsinə gətirmişlər. Həmin şəxs növbətçi hissədə olarkən Yevlax şəhər sakini Təqsirləndirilən şəxs oldu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə hal şahidi və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd siqaretin gümüş kağızına bükülmüş bükümdə ağ rəngli kristal şəklində psixotrop maddə olan metamfetamin aşkar olundu. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaretin gümüşü kağızında maddə olan “şüşə” adlanan metamfetamindir. Onu 16 noyabr 2021-ci il tarixdə saat 11:00-da Bakı şəhəri Nəsimi rayonu “Papanin” deyilən ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində almış və özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs şəxsi axarış zamanı üzərindən qanunsuz, başqa predmet əşya aşkar edilməmişdir. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X9 üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyindən istintaqa verdiyi ifadə elan edilmişdir. O ibtidai istintaq zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımırdı və onunla hər hansı bir münasibəti yoxdur. xx.xx.2021-ci il tarixdə saat 17:45 radələrində o Biləcəri dəmir yolu stansiyasının ərazisində oarkən polis formasında olan əməkdaşlar ona yaxınlaşıb özlərini təqdim etmiş və bildirmişlər ki, 1 nəfər şəxs oğurluqda şübhəi olduğuna görə Biləcəri dəmir yolu stansiyasının ərazisində saxlanılaraq Biləcəri st. XPŞ növbətçi hissədə yoxlanılacaqdır. Onun da həmin axtarışda iştirak etməsi təklif edilmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində qara rəngli şalvarın cibində 1 ədəd gümüşü rəngli siqaret kağızında şüşə, yəni metamfetaminin ona məxsus olduğunu Papanin adlanan yerdən 10 manata aldığını bildirmişdir. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyindən istintaqa verdiyi Şahid5 ilə eyni məzmunlu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 211140014 nömrəli cinayət işi 17 noyabr 2021-ci il tarixdə X4 X10 və Təhqiqat Qrupunun sabiq baş müstəntiqi polis mayoru X6 tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə başlanaraq icraatına qəbul edilməklə ibtidai istintaqı aparılmışdır. DYNPİ-nin X4 X10 və Təhqiqat Qrupunun baş təhqiqatçısı polis kapitanı Nurəli Qurbanov tərəfindən 16 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Salmanov X1 Xətt X10 və Təhqiqat Qrupunun sabiq baş müstəntiqi polis mayoru Elnur Salmanov tərəfindən 18 noyabr 2021ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilməklə həmin gün Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Tutma haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Yasin oğlu xx.xx.2021-ci il saat 12:20-də tutulmuşdur. 09 oktyabr 2021-ci il tarixdə Yevlax RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəsi altında cinayət işi başlanmışdır. 09 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Orxan Qasımov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirlədirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o həmin gün 12:00 dəqiqdə həmin qərarla tanış olmuşdur. Təqsirləndirilən şəxs sonuncu cinayəti DYNPİ-nin Biləcəri stansiyasında XPŞ-nin inzibati ərazisində törətdiyi nəzərə alınaraq Yevlax RPŞ-nin İstintaq bölməsinin müstəntiqi polis kapitanı X12 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi 28 dekabr 2021-ci il tarixdə ərazi aidiyyəti üzrə DYNPİnin X4 Polis şöbəsinə göndərilmiş, həmin cinayət işi 21 yanvar 2022-ci il tarixdə X4 X10 və Təhqiqat Qrupunun sabiq baş müstəntiqi polis mayoru Elnur Salmanov tərəfindən icraata qəbul edilərək ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin X11 09 oktyabr 2021-ci il tarixli 17/738 №-li rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs: Təqsirləndirilən şəxs» yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi -0,484 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 17 noyabr 2021-ci il tarixli 6/5082 №-li rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs: Təqsirləndirilən şəxs» yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd bükümdə, təmiz çəkisi -0,205 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi, X22 Ambulator X2 ekspert komissiyasının 28 mart 2022-ci il tarixli, 107 nömrəli rəyində qeyd olunmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin təmiz çəkisi 0,205 qram və 0,484 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini ailənin yeganə gəlir gətirəni olmasını, səmimi peşmanlığnı, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 8 ay (səkkiz) ay, 5 (beş) gün olmaqla cəmi 8 (səkkiz) ay, 7 (yeddi) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsi, ev 159 ünvanı axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, işlədiyi Bakı şəhəri və Abşeron rayonu ərazisini hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilməlidir. Təqsirləndirilən şəxs profilaktik olaraq ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılmalıdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi 38 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 228 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 8 ay (səkkiz) ay, 5 (beş) gün olmaqla cəmi 8 (səkkiz) ay, 7 (yeddi) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsi, ev 159 ünvanı axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, işlədiyi Bakı şəhəri və Abşeron rayonu ərazisini hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs profilaktik olaraq ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 178 manat (yüz yetmiş səkkiz) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Nəqliyyatda Baş Polis İdarəsi X3 İdarəsində saxlanılan qalıq çəkisi 0,589 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 38 (otuz səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 228 (iki yüz iyirmi səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar