Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-292/2021 14.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Şahbaba oğlunun, Təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1996-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü (təsviriəsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq, özgənin əmlakını gizli yolla talayaraq təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21.06.2020-ci il tarixdə saat 01.00 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin açıq vəziyyətdə olan qapısından qanunsuz daxil olub, evin pəncərəsinin açıq olmasından istifadə edib içəri qanunsuz daxil olaraq dəhlizdə olan divanın üzərinə qoyulmuş bir ədəd 438 (dörd yüz otuz səkkiz) manat dəyərində **********00050 və **********00068 imei kodlu, üzərində 10 (on) manat danışıq kartı olan «Xiaomi Redmi 8» markalı mobil telefonu, yataq otağında olan pəncərənin qarşısına qoyulmuş bir ədəd 110 (yüz on) manat dəyərində **********16570 və **********16588 imei kodlu, üzərində 6 (altı) manat dəyərində danışıq kartı və 3 (üç) manat danışıq balansı olan «Xiaomi Redmi 4X» markalı mobil telefonu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 567 (beş yüz altmış yeddi) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 iyun 2020-ci il tarixdə saat 04.00 radələrində Zərərçəkmiş şəxs2 Şahbaba oğluna məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə bitişik tikilmiş qarajın üstündən evin 2-ci mərtəbəsinin açıq vəziyyətdə olan pəncərəsindən istifadə edib içəri qanunsuz daxil olaraq otaqda yerdə olan hər birinin dəyəri 160,00 (yüz altmış) manat, ümumilikdə 320 (üç yüz iyirmi) manat dəyərində olan 2 (iki) ədəd 2x4 metr ölçülü xalçaları, ümumi dəyəri 500 (beş yüz) manat olan 6 ədəd stulları gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 720,00 (yeddi yüz iyirmi) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 -cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və əvvəllər məhkum olunmamışdır.Belə ki, o, bir ilə yaxındır ki, narkotik maddə istifadə edir, heç bir yerdə işləmədiyi üçün çox vaxt cib xərcliyini valideynlərindən almışdır.20 iyun 2020-ci il tarixdə narkotik maddə almağa pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmiş və həmin gecə saat 01:00 radələrində, yəni 21 iyun 2020-ci il tarixdə uzaq qohumu olan Rəhilə Ağayevanın evindən oğurluq etmək qərarına gəlmişdir.Həmin gecə Rəhilə Ağayevanın yaşadığı Bakı şəhəri, Biləcəri qəsəbəsi 2-ci M.Abbasov küçəsində yerləşən fərdi yaşayış evlərinə getmiş, evin bayır darvazası açıq olduğu üçün qapını əli ilə itələyərək həyətə daxil olmuşdur. Həyətin sağ tərəfində birmərtəbəli evin pəncərəsindən daxil olaraq, evin dəhlizində, divanın üzərindən olan bir ədəd “Xiaomi RedMi” markalı mobil telefonu oğurlamış, sonra isə yataq otağında olan pəncərənin qarşısında olan daha bir ədəd “Xiaomi RedMi” markalı mobil telefonu oğurlayıb evdən çıxmışdır. Sonra onun həyatyanı sahənin sol tərəfində olan digər birmərtəbəli evə daxil olmaq fikri olsa da, evdə kiminsə oyaq olduğunu görüb ordan çıxıb getmışdir. O, oğurluq nəticəsində əldə etdiyi iki ədəd “Xiomi RedMi” markalı mobil telefonların birini «Anar» adlı şəxsə verib şəxsi istifadəsi üçün sonuncudan narkotik maddə almış, digər mobil telefonu isə onun özündə olmuş və istintaqa təqdim etmişdir.Bundan başqa, o, 27 iyun 2020-ci il tarixdə gecə saat 04:00 radələrində qonşuluqda yaşayan uzaq qohumu Ahudar Qafarovun həyət evinə oğurluğa girmək qərarına gəlmiş, Bakı şəhəri, Biləcəri qəsəbəsi M.Maqamayev küçəsində yerləşən həmin həyət evinin sol tərəfində olan qarajın üstünə çıxıb evin ikinci mərtəbəsinə qalxmışdır.Həmin evin ikinci mərtəbəsində heç kimin yaşamadığından əmin olduqdan sonra evin pəncərəsini açıb içəriyə girmiş, otaqda yerdə olan iki ədəd xalçanı götürüb gəldiyi yolla ordan çıxmışdır. O, eyni yolla təkrarən evin ikinci mərtəbəsinə qalxıb orada otaqda olan 06 ədəd stulları da aşağı düşürmüşdür.Sonra oğurladığı əşyaları həmin evdən 80-90 metr aralıda bir yerə yığıb yolun kənarında dayanmış tanımadığı ağ rəngli “Mercedes” markalı taksiyə qoyub Hərbi Şəhərcikdə heç kimin yaşamadığı bir yerə yığmışdır.Bir neçə gün sonra o, oğurladığı xalçalardan birini «Elçin» adlı şəxsə 50 manata satmış və 06 ədəd stulu da sonuncuya hədiyyə vermişdir. O, digər xalçanı isə «Qəyyum» adlı şəxsə 20 manata satmış və oğurluqdan əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. O, qeyd edilən cinayətlərdən başqa heç bir cinayət hadisəsi törətməmiş, oğurladığı xalçaları və stulları «Elçin» və «Qəyyum» adlı şəxslərə satarkən onların oğurluq olduğunu bildirməmiş, həmin əşyaları özününki kimi təqdim etmiş və həmin əşyaların oğurluq olması barədə həmin şəxslərin heç bir məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, gənc olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, yaşadığı ev həyatyanı sahəsi olan fərdi yaşayış evidir, həmin fərdi yaşayış evində o, arvadı və üç azyaşlı övladları ilə birlikdə yaşayır. Həyatyanı sahədə yerləşən digər evdə anası Suvur Ağayeva, bacısı Hicran Ağayeva və mərhum qardaşının arvadı Rəhilə Ağayeva yaşayır. O, 20 iyun 2020-ci il tarixdə saat 16:00 radələrində işdən evə qayıdaraq istirahət etmək məqsədi ilə yatmış, saat 18:00 radələrində yuxudan durub televizora baxmışdır.Həmin gün saat 23:00 radələrində arvadı və övladları yatmağa başlamışlar, o isə 21 iyun 2020-ci il tarixdə saat 02:00 radələrində yatmaq üçün evin yatağına getmişdir.Həmin gecə saat 03:00 radələrində yaranmış səs-küyə görə yuxudan oyanmış, bacısı Hicran Ağayeva ona bildirmişdir ki, evin həyətinə naməlum şəxs daxil olmuşdur. O da, bu səbəbdən həyacanlı vəziyyətdə evin işıqlarını yandırmış, bu zaman ona məlum olmuşdur ki, onlar evdə olduqları müddət ərzində naməlum şəxs evin dəhliz otağının açıq pəncərəsindən evə daxil olaraq, dəhliz otağında divanın üzərinə qoyduqları, arvadı X3 adına “Kontakt Home” mağazasından kreditlə aldığı, lakin oğlu İsa Ağayevin istifadə etdiyi “Xiaomi” markalı, “RedMi 8” modelli, **********00050 və **********00068 i-mei kodlu, daxilində 10 manat dəyərində 055 244 63 25 nömrə sim kartı olan və danışıq balansı bitmiş mobil telefon aparatı oğurlanmışdır.Eyni zamanda, naməlum şəxs evin yataq otağında olan pəncərənin üzərinə qoyduğu, onun özünə məxsus və iki il əvvəl 200 manata işlənmiş vəziyyətdə sonradan tanıdığı şəxsdən aldığı “Xiaomi” markalı, “RedMi 4X” markalı **********16570 və **********16588 imei kodlu, daxilində 06 manat dəyərində 055 386 77 85 nömrə sim kartı və 03 manat danışıq balansı olan mobil telefon aparatını oğurlayaraq qaçmışdır.Onun evindən iki ədəd mobil telefon aparatından başqa heç nə oğurlanmamış, “Xiaomi” markalı, “RedMi 8” markalı mobil telefon aparatı 438 manat, “Xiomi” markalı, “RedMi 4X” markalı mobil telefon aparatı isə 200 manat dəyərində olduğu üçün, həmçinin nömrə sim kartları və danışıq balansı da hesablanmaqla oğurluq nəticəsində ona cəmi 657 (altı yüz əlli yeddi) manat məbləğdə maddi ziyan dəymişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir şikayətinin olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Şahbaba oğlunun elan olunmuş ifadəsinə əsasən məlum olur ki, onun yaşadığı ünvanda ondan başqa anası və qardaşının ailəsi də yaşayır, ev iki mərtəbəli olduğu üçün əsas yaşayış birinci mərtəbədədir, ikinci mərtəbədə isə ev əşyaları yığılmışdır.O,orada əsasən yaşlı anasına namaz qılmaq üçün şərait yararmışdır.26 iyun 2020-ci il tarixdə axşam saatlarında o, evə gedib yatmış, səhər anası namaza duran zaman yuxarı mərtəbədə pəncərənin açıq olduğunu, otaqda yerdə olan xalçaların yerində olmadığını görüb onu yuxudan oyatmışdır.O,otağa baxış zamanı iki ədəd xalçanın və orada olan 06 ədəd stulun oğurlandığını görmüşdür.Evin ikinci mərtəbəsində yerləşən həmin otağa qalxmağa ən rahat yol həyətə bitişik tikili olan qarajdan daxil olmaq olmuşdur.Oğurlanmış xalçalardan biri əl toxunuşu olduğuna görə halhazırda bazar qiyməti 2.500 manat olmuşdur, digər xalça isə qədimi xalça olduğuna görə təxminən 500 manat dəyərində olmuşdur.Eyni zamanda oğurlanmış 06 ədəd stulun ümumi qiyməti 500 manat olmuşdur.Oğurluq hadisəsi nəticəsində ona 3.500 (üç min beş yüz) manat məbləğdə maddi ziyan dəymiş və onun oğurluq hadisəsində şübhələndiyi heç bir şəxs olmamışdır.Hal-hazırda, onun təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, yaşadıqları evin 1-ci mərtəbəsindən ticarət obyekti kimi istifadə edir, yəni işlənmiş ev əşyalarını alıb satmaqla məşğul olur.Obyektə mal gətirən şəxslərdən özlərinə aid sənədlərinin surətlərini tələb edir və satmaq istədikləri malın oğurluq olub-olmamasını soruşur.28 iyul 2020-ci iil tarixdə təxminən günorta radələrində işlədiyi obyektdə olan zaman bir nəfər 25-28 yaş arasında olan cavan oğlan əlində bir ədəd xalça ilə obyektə gəlmiş, həmin cavan oğlan əlindəki xalçanı ona göstərib satdığını bildirmiş, ondan xalçanın qiymətini soruşmuş, həmin oğlan xalçanı 20 manata satdığını bildirmiş, xalçanı almaq qərarına gəlmişdir.Həmin oğlandan şəxsiyyət vəsiqəsinin surətini tələb etmiş, həmin oğlan şəxsiyyət vəsiqəsinin surətinin olduğunu bildirmiş və cibindən çıxardıb ona vermiş, o, şəxsiyyət vəsiqəsinə baxdıqda həmin oğlanın Təqsirləndirilən şəxs olduğunu görmüş, xalçanı almaq qərarına gəldiyi üçün Mətindən həmin xalçanın oğurluq olub-olmadığını soruşduqda Mətin həmin xalçanın özünə aid olduğun və pula ehtiyacı olduğu üçün belə ucuz satdığını ona bildirmiş, onun bu sözlərinə inanmış, Mətinə 20 (iyirmi) manat pul verib həmin xalçanı ondan alıb işlədiyi obyektə qoymuş, Mətin isə pulu alandan sonra çıxıb getmiş, həmin gündən sonra Mətin adlı şəxsi görməmiş, Mətin adlı şəxsdən xalça almağını heç kimə bildirməmişdir.Mətindən xalçanı alandan bir neçə gün keçmiş işlədiyi obyektə polis əməkdaşları gəlib ondan Mətin adlı şəxsdən xalça alıb-almadığını soruşduqda onlara etiraf edərək Mətin adlı şəxsdən şəxsiyyəti vəsiqəsinin surəti ilə 20 (iyirmi) manat pul verib xalça aldığını, həmin xalçanın obyektdə olduğunu bildirmiş, polis əməkdaşları isə ona həmin xalçanın bir nəfər şəxsin evindən Mətin tərəfindən oğurlandığını və həmin xalçanı maddi sübut kimi götürəcəklərini ona bildirmişlər, onlara etiraz etməmiş və Mətindən aldığı həmin xalçanı polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, fərdi əməklə məşğul olur.Belə ki, Bakı şəhəri Binəqədi rayonu 297 saylı tam orta məktəbin yaxınlığında yerləşən tikilmiş binanı icarəyə götürüb orada fərdi qaydada məişət əşyalarının təmiri ilə məşğul olur.Yaşadıqları evdən bir qədər aralıda yaşayan Mətin adlı oğlanı isə üzdən tanıyr, 30 iyul 2020-ci il tarixdə təxminən günorta radələrində işlədiyi təmir sexində işdə olan zaman üzdən tanıdığı Mətin onun yanına gəlmiş, ona xalçasının olduğunu və həmin xalçanı satmaq istədiyini bildirmişdir.O, Mətinə xalçaya baxdıqdan sonra xoşu gəlsə alacağını demiş, üzdən tanıdığı Mətin sexdən çıxıb bir qədər keçmiş əlində bir ədəd xalça ilə içəri girmiş, xalçanı açıb ona göstərmiş, xalçanın ölçüsünün 2x4 metr olduğunu bilmiş, xalçanın toxunuşu xoşuna gəldiyi üçün almaq qərarına gəlmişdir.Mətindən xalçanın kimə məxsus olduğunu və ya oğurluq olub-olmamasını soruşmuş, Mətin həmin xalçanın xalasına məxsus olduğunu, onların Türkiyə Respublikasına köçüb getdiklərindən həmin xalçanı satdıqlarını ona bildirmişdir.O, Mətinin dediklərinə inanmış, xalçanı neçəyə satdığını soruşmuş, Mətin xalçanı 50 (əlli) manata satdığını demiş, Mətinə 50 (əlli) manat pul verib həmin xalçanı ondan almışdır.Mətin ondan pulu alandan sonra onun işlədiyi sexdən çıxıb getmiş, həmin gündən sonra Mətini görməmiş, Mətindən xalça almağını heç kimə bildirməmişdir.Mətindən xalçanı alandan bir neçə gün keçmiş işlədiyi məişət əşyalarının təmiri sexinə polis əməkdaşları gəlib ondan Mətin adlı şəxsdən xalça alıb-almadığını soruşduqda onlara etiraf edərək Mətin adlı şəxsi tanıdığı üçün ona 50 (əlli) manat pul verib ondan xalça aldığını, həmin xalçanın evdə olduğunu bildirmişdir.Polis əməkdaşları isə Mətinin həmin xalçanın bir nəfərin evindən oğurladığını və həmin xalçanı maddi sübut kimi götürəcəklərini ona bildirmişlər, onlara etiraz etmədiyini, Mətindən aldığı həmin xalçanı polis əməkdaşlarına təqdim etdiyini, həmin vaxt müvafiq sənədləşmə aparıldığını, həmin sənədə imza etdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 fevral 2021-ci il tarixli tarixli, 9/724 saylı rəyinə əsasən məlum olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olması nəzərə alınmaqla 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 430,00 manat müəyyən edilir. O cümlədən 1 ədəd «Xiaomi Redmi 4X» markalı mobil telefon apparatı-110,00 manat, 1 ədəd nisbətən açıq qəhvəyi (müxtəlif) rəngli müxtəlif naxış ornamentləri ilə bəzədilmiş 2x4 metr ölçülü xalça-160,00 manat, 1 ədəd qırmızı (mütəlif) rəngli, müxtəlif naxış ornamentləri ilə bəzədilmiş 2x4 metr ölçülü xalça- 160,00 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 11 dekabr 2020-ci il tarixli 20/658R saylı ekspert rəyinə əsasən məlum olur ki, 21.06.2020-ci il tarixdə ünvan 4 ünvanında vətəndaş Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 06 ədəd yapışqan lent kəsikləri üzərində olan 05 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır.Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərdən 01 ədəd xx.xx.1996-cı ildə Abşeron rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir.Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 04 ədəd əl-barmaq izi DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən vətəndaş Təqsirləndirilən şəxs əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir.Eyni zamanda, 27.06.2020-ci il tarixdə ünvan 5 ünvanında vətəndaş Zərərçəkmiş şəxs2 Şahbaba oğluna məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 07 ədəd yapışqan lent kəsikləri üzərində olan 04 ədəd ovuc və 02 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır.Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərdən 02 ədəd xx.xx.1996-cı ildə Abşeron rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc, sol əlin isə böyük barmağının əksləri ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan 08 may 2021-ci il tarixli qəbzə əsasən məlum olur ki, iş üzrə zərərçkəmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus olan dəyəri 110 (yüz on) manat müəyyən edilmiş **********16570 və **********16588 i-mei kodlu “Xiaomi Redmi 4X markalı mobil telefon qəbzlə sahibinə qaytarılmışdır. İş materiallarında olan 08 may 2021-ci il tarixli qəbzə əsasən məlum olur ki, iş üzrə Zərərçəkmiş şəxs2 Şahbaba oğluna məxsus ümumi dəyəri 320 (üç yüz iyirmi) manat müəyyən edilmiş 2 (iki) ədəd xalça qəbzlə sahibinə qaytarılmışdır. İş materiallarında olan 30 iyun 2021-ci il tarixli ərizə əsasən məlum olur ki, iş üzrə Zərərçəkmiş şəxs1 dəymiş ziyan tam ödənildiyindən, onun təqsirləndirilən şəxsdən heç bir şikayət və ya tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs oğlunun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını,vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmamalarını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməyə görə məhkum olunur, təqsirini etiraf edir, əməlindən peşmandır, gəncdir, əməlində cəzanı ağırlaşdıran hallar ümumiyyətlə yoxdur, vurulmuş ziyanı tam ödəmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikasında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 08 iyul 2020-ci il tarixdən 10 iyul 2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmalıdır.Belə ki, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Nuru Həsənovun 08 iyul 2020-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 08 iyul 2020-ci il tarixdə tutulmuşdur.Həmçinin, Binəqədi Rayon Məhkəməsinin 4(001)-592/2020 saylı, 10.07.2020-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu azadlığın məhdudlaşdırılması cəzasını - yaşadığı ünvan 1 ünvanda yerləşən evində çəkməli və təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə müvəqqəti yaşadığı Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd «Xiaomi Redmi 4 X» markalı mobil telefon aparatının –sahibi Zərərçəkmiş şəxs1, 2 ədəd xalçanın –sahibi Zərərçəkmiş şəxs2 Şahbaba oğluna qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 08 iyul 2020-ci il tarixdən 10 iyul 2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlılığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu azadlığın məhdudlaşdırılması cəzasını - yaşadığı ünvan 1 ünvanda yerləşən evində çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə müvəqqəti yaşadığı Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut – 1 ədəd «Xiaomi Redmi 4 X» markalı mobil telefon aparatının – sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – 2 ədəd xalçanın – sahibi Zərərçəkmiş şəxs2 Şahbaba oğluna qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və(və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-292/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-292/2021
14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver