Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-292/2024 21.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 26, mənzil 95 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 xx xxx 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–CM) 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 ondan ötrü təqsirləndirilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə rəfiqəsi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək tamah niyyəti ilə bir qrup şəxs halında aralarında olan ümumi cinayətkar niyyətə uyğun cinayətin törədilmə üsulunu qabaqcadan müəyyənləşdirməklə, yəni xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında sonuncunun dəvəti ilə Təqsirləndirilən şəxs2 ilə birlikdə qonaq olarkən yataq otağındakı dolabın içərisində qutuda xarici valyutada olan pul əskinaslarının olması barədə məlumatlı olduqdan sonra Zərərçəkmiş şəxs həmin ünvanda həyətdə saxladıqları avtomobildən şəxsi əşyalarını gətirmələri barədə xahişləri ilə bağlı sonuncunun həyətə enməsindən və evdə olmamasından istifadə edərək onun yataq otağına daxil olaraq pulu götürməsi və Təqsirləndirilən şəxs2 həmin vaxt Zərərçəkmiş şəxs evə qayıtmasını izləməsindən ibarət razılaşmalarına uyğun davranaraq yataq otağındakı saxlanc yeri hesab edilən dolaba qanunsuz daxil olaraq orada olan qutudan həmin dövrün məzənnəsi ilə 5.440 manat təşkil edən 3.200 ABŞ dolları məbləğində pul vəsaitini gizli olaraq taladıqdan sonra qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə evi tərk edərək əldə etdikləri pul vəsaitini aralarında bölüb şəxsi ehtiyaclarına sərf edib Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs 5.440 (beş min dörd yüz qırx) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 ondan ötrü təqsirləndirilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə rəfiqəsi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək tamah niyyəti ilə bir qrup şəxs halında aralarında olan ümumi cinayətkar niyyətə uyğun cinayətin törədilmə üsulunu qabaqcadan müəyyənləşdirməklə, yəni xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında sonuncunun dəvəti ilə Təqsirləndirilən şəxs1 ilə birlikdə qonaq olarkən yataq otağındakı dolabın içərisində qutuda xarici valyutada olan pul əskinaslarının olması barədə məlumatlı olduqdan sonra Zərərçəkmiş şəxs həmin ünvanda həyətdə saxladıqları avtomobildən şəxsi əşyalarını gətirmələri barədə xahişləri ilə bağlı sonuncunun həyətə enməsindən və evdə olmamasından istifadə edərək Təqsirləndirilən şəxs1 yataq otağına daxil olaraq pulu götürməsi və özünün həmin vaxt Zərərçəkmiş şəxs evə qayıtmasını izləməsindən ibarət razılaşmalarına uyğun davranaraq Təqsirləndirilən şəxs1 yataq otağındakı saxlanc yeri hesab edilən dolaba qanunsuz daxil olaraq orada olan qutudan həmin dövrün məzənnəsi ilə 5.440 manat təşkil edən 3.200 ABŞ dolları məbləğində pul vəsaitini gizli olaraq taladıqdan sonra qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə evi tərk edərək əldə etdikləri pul vəsaitini aralarında bölüb şəxsi ehtiyaclarına sərf edib Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkntiş şəxs Zərərçəkmiş şəxs 5.440 (beş min dörd yüz qırx) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3,177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o daha əvvəl də Ayşənin evində olmuşdur, lakin orada pul olduğunu bilməmişdir. Həmin gün Ayşənin evinə dırnaqlarını düzəltmək üçün getmişdilər. Paltarını dəyişmək üçün otağa keçəndə təsadüfən orada pullar olduğunu görmüşdür, əvvəlcə pul götürməmiş, gəlib Ülviyyə bu barədə məlumat vermişdir. Ülviyyə ilk əvvəl ona heç nə deməmiş, çıxana yaxın isə Ülviyyə ona bildirmişdir ki, “götürəcəksənsə, götür çıxaq, gedək.” Həmin vaxt əynini dəyişmək üçün otağa keçmiş və pulu götürmüş, daha sonra isə evdən çıxıb getmişlər. O, pulları Ayşənin yataq otağında, dolabın içərisində olan qutudan götürmüşdür. Ayşəni maşına göndərməkdə məqsədləri onu oradan uzaqlaşdırmaq olmamışdır. Belə ki, o əynini dəyişirdi, Ülviyyə isə həmin zaman makiyaj edirdi. O, bildirmişdir ki, aşağıdan avtomobildən paltarları və ütünü gətirsinlər. Bu zaman Ülviyyə də Ayşənə aşağı düşməyi bildirmiş, Ayşən də aşağı düşərək avtomobildən deyilənləri götürməyə getmişdir. Həmin zaman fürsət yarandığı üçün o da pulları oğurlamışdır. Həmin zaman Ayşən onlardan şübhələnməmişdir. Evdən 2100-2200 ABŞ dolları vəsait götürmüşdürlər. 1000 ABŞ dollarını manata çevirmişdir, bir az borclarından ödəniş etmiş, 170 manat pul vəsaitini isə Ülviyyənin kartına atmışdır. Geri qalan pul vəsaitini isə Fərrux adlı tanışları ilə görüşərək saxlaması üçün Fərruxa vermişdir. Fərruxa pulun onun tərəfindən toplandığını, onda qalsa xərcləyəcəyini bildirmişdir. Qardaşım təzə evlənmişdi, övladı dünyaya gələcəkdi, qardaşının da maddi vəziyyəti bir az yaxşı deyil. Fikirləşmişdir ki, pulu xərcləməsin, Fərruxa saxlamağa versin, daha sonra isə qardaşına kömək edər. Hadisədən sonra Zərərçəkmiş şəxs onlara zəng etmiş, lakin puldan məlumatları olmadığını bildirmişdirlər. Növbəti gün polis əməkdaşları tərəfindən ona zəng edilmiş, Nərimanova gəldiyini, orda gözləmələrini bildirmiş, lakin həyətə düşən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hazırda zərər çəkmiş şəxsə vurulmuş ziyanı tam şəkildə ödəmişdirlər. Təqsirləndirilən şəxs1 sön sözündə əməlindən peşman olmasını bildirirək məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3,177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs elə hadisənin baş verdiyi gün Aytacın vasitəsi ilə tanımış, ilk dəfə idi Zərərçəkmiş şəxs evinə getmişdir. Ayşən dırnaq ustası olduğundan həmin mənzilə dırnaqlarını düzəltdirmək üçün getmişlər. Evə gedərkən oğurluq etmək barədə niyyətləri olmamışdır. Aytac evdə olan zaman ona yaxınlaşaraq pul gördüyünü və pulu götürmək istədiyini bildirmiş, o da “nə edirsən et, çıxaq gedək” cavabı vermişdir. O, Aytacın pulu dəqiq haradan götürdüyünü görməmiş, Aytac əynini dəyişmək üçün otağa keçmiş və orada dolabdan götürmüşdür. Pulu da elə həmin otağa əynini dəyişmək üçün ilk dəfə girən zaman görmüşdür. Aytac pulu götürən zaman o mətbəxdə oturmuş, Ayşən isə avtomobildən əşyalar götürmək üçün evdən çıxmışdır. Ayşən həmin zaman pulların oğurlandığını bilməmişdir. Pulu Aytac götürdükdən sonra çıxıb getmişlər. Aytac avtomobildə pulu sayan zaman 2100 ABŞ dolları olduğunu görmüşdür. Başqa puldan məumatı olmamışdır. Həmin pulun 1000 ABŞ dollarını Aytac manata çevirərək öz kartına yükləmişdir. Daha sonra həmin puldan 170 manatını onun kartına atmış, ona başqa pul çatmamışdır. Pul vəsaitinin qalan hissəsini isə Fərrux adlı tanışlarına saxlamaq üçün vermişlər. Fərruxun pulların oğurluq yolu ilə ələ keçirilməsindən məlumatı olmamış, həmin gecə saat 2-3 radələrində pullar Fərruxa verilmişdir. Növbəti gün polislər tərəfindən saxlanıldıqda pulun Fərruxda olduğunu bildirmişlər, bundan sonra polis əməkdaşları Fərruxla əlaqə saxlayaraq onu çağırmışlar, o da pul vəsaitlərini gətirib təhvil vermişdir. Hazırda vurulmuş ziyanı tam şəkildə ödəmişdirlər. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən çox peşman olmasını bildirirək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 177.2.1, 177.2.3,177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəldən tanısa da, uzun müddət görüşmımişlər. Daha sonra o Aytacı nişanına dəvət etmiş, Aytac onun nişanına gəlmiş, lakin nişandan sonra, yəni 2023cü ilin iyun ayından etibarən yenə uzun müddət görüşməmişlər. Həmin ilin oktyabr ayında isə yenidən Aytacla danışmağa başlamışdır. Hadisədən bir gün əvvəl Aytac gəlib onu evdən götürmüş, lakin həmin gün evə daxil olmamışdır. Gecə şəhərə çıxmışlar, səhərə yaxın isə onun yaşadığı evə gəlmişlər. Evə gəldikdən sonra o gedib yatmış, Aytac isə otaqda tək qalmış, daha sonra Aytac da gələrək onun yanında yatmışdır. Səhər oyanıqdan sonra birlikdə onun işlədiyi salonuna getmişlər, Aytac onu ora qoyduqdan sonra çıxıb getmişdir. Oğurluq hadisəsi günü Aytac ona zəng edərək harada olduğunu soruşmuş, o dərsdə olduğunu bildirdikdə Aytac gəlib onu götürməyi və onun dırnaqlarını düzəltməyi təklif etmişdir. O da Aytacın təklifi ilə razılaşmışdır. Daha sonra görüşərək Aytacla birlikdə Ülviyyə adlı şəxsin də gələcəyini bildirmişdir. O, həmin vaxt Ülviyyəni tanımamış, avtomobilə əyləşib əvvəlcə salona gedərək dırnaq düzəltmək üçün ləvazimatlarını götürmüşdür. Daha sonra isə birlikdə onun yaşadığı evə gəlmişlər. Evdə olan zaman o Aytacgilə yemək hazırlamış, bundan sonra Aytacın dırnağını düzəltmişdir. Aytac tələsdiklərini, avtomobili icarəyə götürdüyü yerdən zəng gəldiyini bildirmişdir. Sonra Ülviyyənin dırnağına düzəltməyə başlamış, həmin zaman Aytac otağa keçərək paltarlarını dəyişməyə başlamışdır. Bir qədər sonra Aytac ondan avtomobildən gedib ləvazimatları gətirməyi xahiş etmiş, o isə Ülviyyənin getməyini təklif etmişdir. Otağa ilk əvvəl üçü bərabər daxil olmuşlar, Aytaca paltarını dəyişmişdir. Ülviyyə isə avtomobilə getməyərək makyaj etməsini bildirmişdir. Aytac da həmin zaman otaqda saçını düzəltmişdir. O, otağa girəndə onun pul olan siyirməsinin açıq olduğunu görmüşdür. Ayağı ilə itələyib, siyirməni bağlamışdır. Aytac onu aşağıda saxladığı avtomobildən əşyalarını gətirməsini xahiş etmişdir.. Avtomobildən anlayışı olmadığı üçün avtomobilin baqajını aça bilməmiş, daha sonra geri qayıdaraq baqajı aça bilmədiyini bildirmişdir. Bu zaman Ülviyyə açarı onun əlindən alıb avtomobildən ləvazimatları özü gətirmişdir. Aytacla Ülviyyə hazırılaşaraq onunla mehriban görüşərək çıxıb getmişlər. Aytacla Ülviyyə getdikdən sonra o evi təmizləməyə başlamışdır. Belə ki o hər gün pullarını saymışdır. Aytac onun evinə gələndən sonra isə pulunu saymamışdır. Pulunu saymağa getmiş, dolabı açdıqda pullarının olduğu qutunun onun qoyduğu yerdə olmadığını, qutuda cəmi 900 ABŞ dolları pul olduğunu aşkar etmişdir. Halbuki onun pul vəsaiti 4100 ABŞ dolları olmalı idi. 3200 ABŞ dollarının götürüldüyünün fərqinə varmış və DİN 102 xidmətinə zəng etmişdir. Polisə məlumat verdikdən sonra Aytaca zəng edərək pullarının yerində olmadığını bildirmiş, Aytac isə ona «necə olur, biz gələndə sənin pulların yoxa çıxır» məzmunda cavab vermişdir. Əvvəl gələcəklərini söyləmiş, onlardan şübhələndiyini soruşmuş, lakin pulu götürməyini etiraf etməmişdir. Hətta polis bölməsində də əvvəlcə əməlini etiraf etməmişdir. Noyabr ayının ikisində ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Ona dəymiş ziyanın 1600 manatını Aytac, 1600 manatını Ülviyyə ödəmiş, 1100 ABŞ dolları isə əvvəldən verilmişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçi deyildir, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs1 təxminən 1 ildir tanıyır. O, Aytacı Ülviyyənin vasitəsi ilə tanımışdır. 07 oktyabr 2023-cü il tarixdə Aytacla zəngləşərək görüş təyin etmişlər. Səbail rayonu ərazisində, Nizami küçəsində restoranların birində əyləşib, yemək yemişlər. Həmin vaxt Aytac Ülviyyə ilə birlikdə görüşə gəlmişdir. Yemək zamanı Aytac ona əvvəlcədən heç bir məlumat vermədən 1100 ABŞ dolları və 300 manat pul vəsaiti vermişdir. Həmin pulun öz pulu olmasını, avtomobil almaq üçün topladığını, özündə qalacağı halda xərcləyəcəyini bildirmişdir. O da Aytacın dedikləri ilə razılaşaraq pulu götürüb özündə saxlamışdır. Pul vəsaiti ona verilən zaman Ülviyyə kənarda telefonla danışmışdır. xx.xx.2023-cü il tarixdə o yuxudan oyananda telefonunda Aytacdan ona polis əməkdaşları tərəfindən saxlanılması barədə mesaj gəldiyini görmüşdür. Daha sonra əlaqə saxlayaraq məsələni dəqiqləşdirmiş, ona verilmiş pul vəsaitinin oğurluq olduğunu həmin zaman öyrənmişdir. Həmin vaxta qədər pulun oğurluq yolu ilə əldə edilməsi barədə heç bir məlumatı olmamışdır, Aytac ona pulun özünə məxsus olduğunu və uzun müddətdir saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə AR CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli “Təqdim etmə və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təhqiqat araşdırması zamanı Zərərçəkmiş şəxs yaşadığı evdən oğurladığı 1100 ABŞ dolları və 440 manat pul vəsaitini könüllü surətdə təqdim etmişdir. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 18:10-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 18:45-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “Zərər çəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 CM-in 177.2.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməmiş, Təqsirləndirilən şəxs1 Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməmiş, Səfərova X2 RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 1100 ABŞ dolları və 440 manat pul vəsaitini geri almışdır. xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs2 tərəfindən yazılmış ərizədən görünür ki, 1600 manat pul vəsati istintaq orqanına təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona məxsus 3200 ABŞ dollarının oğurlanması faktı ilə bağlı vurulmuş ziyan ona tam şəkildə ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 rəfiqəsi Təqsirləndirilən şəxs2 ona oğurluq üçün imkan yaratdığını sonuncunun üzünə qarşı demiş, Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 bildirdiklərini qismən təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilkin ifadəsini təsdiqləyərək Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilkin ifadəsini təsdiqləyərək Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. xx.xx.2024-cü il “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanında Təqsirləndirilən şəxs1 pulu götürdüyü yeri göstərmiş, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmışdır. xx.xx.2024-cü il “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Səfərova X1 Aytac Telman qızı ilə birgə oğurluq etdiyi Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanında Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmışdır. xx.xx.2024-cü il tarixli “Təqdim etmə və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 05 ədəd “A4” formatlı kağız üzərində olan sənədlər sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Həmin kağızlardan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan kartdan Təqsirləndirilən şəxs2 kartına ümumilikdə 170 manat pul vəsaiti göndərmişdir. xx.xx.2024-cü il tarixli arayışdan və arayışa əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytından olan çıxarışdan görünür ki, 3200 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 5440 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əmləin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli AR CM-nin 177.2.1 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Onlar barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. 1100 ABŞ dolları və 440 manat pul vəsaiti maddi sübut kimi tanınmış, həmin pul vəsaitlərinin sahibinə qaytarılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 05 ədəd “A4” formatlı kağızlarda olan sənədlər maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs dəymiş ziyan 5440 manat hesab edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Elektron məhkəmə informasiya sistemindən olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il təvəllüdlü X4 adlı övladı var. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların qismən etirafedici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli bilməsi, evdən götürülmüş pul vəsaitinin 2100 ABŞ dolları olması, həmçinin qabaqcadan oğurluq barədə əlbir olmadıqları barədə verdikləri ifadələr iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə təqsirləndirilən şəxslərin qeyd olunan məzmunda vermiş olduqları ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Bundan başqa müdafiə hüququnun təməl inistutu kimi təqsirləndirilən şəxsin bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmır, zərəçəkmiş şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbardarlıq edilmiş yalnız bundan sonra onların ifadəsi alınmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həm ibtidai istintaq dövründə verdiyi ifadəsində, həm də məhkəmə iclasında verdiyi ifadəsində onun evindən 3200 ABŞ dolları pul vəsaitinin oğurlanmasını bildirmişdir. Məhkəmə Zərərçəkmiş şəxs ona aid mənzildən 3200 ABŞ dolları məbləğində pul vəsaitinin oğurlanması barədə bildirdiklərini daha inandırıcı və mötəbər hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin qərarın 19-cu bəndində qeyd olunur ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.3,177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.12, 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxslə barışıq əldə etməsini və zərər çəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsl Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəzanın təyin edilməsi məsələsinə baxaraq, CMin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışıq əldə etməsini və vurulmuş ziyanı tamamilə ödəməsini, onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 18:10-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə isə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü tarixədək tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdılmasının iki gününə bərabər hesablanıb ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddəti ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzası cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CM-in 59.1.4, 59.1.12, 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı övladının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və zərər çəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, cəzasını, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, zərər çəkmiş şəxsə vurulmuş ziyanın tam olaraq ödənilməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı zərər çəkmiş şəxs tərəfindən hər hansı bir şikayət və tələbin olmamasını nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.3,177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığının məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olması ilə yanaşı cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 18:45-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə isə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü tarixədək tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdılmasının iki gününə bərabər hesablanıb ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddəti ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzası cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1100 ABŞ dolları və 440 manat pul vəsaitinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 05 ədəd “A4” formatlı kağız üzərində olan sənədlərin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən təqdim edilmiş hesabatlara əsasən Müdafiəçi1 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat və Müdafiəçi2 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 müdafiəsinə ümumilikdə 40 (qırx) saat və Müdafiəçi2 oğlu Təqsirləndirilən şəxs2 müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 40 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə ünvan 2 yerləşən yaşayış yerini gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 aid hissədə onun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 oğlunun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2na azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə ünvan 3 ünvanında yerləşən yaşayış yerini gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 aid hissədə onun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1100 ABŞ dolları və 440 manat pul vəsaitinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 05 ədəd “A4” formatlı kağız üzərində olan sənədlərin surəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-292/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-292/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver