Məhkəmə qərarları › İş №1(001)-293/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-293/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-293/2023 12.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisı Bakı şəhəri Binəqdi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisı Bakı şəhəri Binəqdi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Cəlilabad rayonu, Musalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-84/2023 nömrəli hökmü ilə CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 2(iki) il 6(altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 1(001)72/2022 saylı hökmü ilə məhkum olunduğu 02 il 01 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək, əvvəlki hökm ilə təyin edilmiş 02 il 01 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsi çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmış, barəsində Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(001)-1367/2022 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, Cəlilabad rayonu, Musalı kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxxxx 1994-cü il tarixdə Masallı rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 300 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəriməni tam şəkildə ödəyərək şöbənin qeydiyyatından çıxarılmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)-158/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(001)-1366/2022 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, Masallı, rayonu, Təzəkənd kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 09 oktyabr 2022-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən 8-ci korpus ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus tikintisi aparılan evə açıq qapıdan daxil olub orada usta işləyən Zərərçəkmiş şəxs2 su içmək üçün icazə alaraq zal otağa keçdikdə orada «Redmi-9T» markalı mobil telefonun olmasını gördükdən sonra onda özgə əmlakını talama niyyəti yaranmış, Zərərçəkmiş şəxs2 onun hərəkətini görməyəcəyinə tam əmin olaraq üstündə 2 manat dəyərində 077 306-30-33 GSM nömrə kartı olan 500 manat dəyərində 1 ədəd «Redmi-9T» markalı mobil telefonu, həmin telefonun 8 manat dəyərində kabrosunda saxlanılan balansında 4 manat olan 2 manat dəyərində «Baku Bus» plastik kartı, 200 manat pul və həmin dövrün məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dolları ilə birlikdə gizli talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1226 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 oktyabr 2022-ci il tarixdə saat 13:00 radələrində Zərərçəkmiş şəxs3 Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi döngə 6 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasarı aşmaq yolu ilə qanunsuz daxil olaraq orada olan evin içərisindən 60 manat dəyərində 1 ədəd 2,8x0,8 metr ölçüdə, açıq-qəhvəyi rəngli, naxışlı xalça, 250 manat dəyərində «LG» markalı, 7 kq tutumu olan, boz rəngli paltaryuyan, 340 manat dəyərində 1 ədəd 2x3 metr ölçüdə xalça, 100 manat dəyərində 1 ədəd tozsoran, 200 manat dəyərində 1 ədəd “Termet” markalı su qızdırıcısı, 100 manat dəyərində 2 ədəd su krantı, 140 manat dəyərində 1 ədəd “Admiral” markalı qaz sobası, 25 manat dəyərində 1 ədəd elektrik qızdırıcısı, 80 manat dəyərində 2 ədəd yaz gödəkçələri, 80 manat dəyərində 1 ədəd qış gödəkçəsi, 40 manat dəyərində 1 ədəd “Tefal” markalı tava, 15 manat dəyərində 1 ədəd “Samsung” markalı adapter, 60 manat dəyərində 12 ədəd “Boguan” markalı gün eynəkləri, 80 manat dəyərində 1 cüt kişi ayaqqabısı, 100 manat dəyərində 1 ədəd yataq örtüyü, 25 manat dəyərində 1 ədəd “Moze” markalı üzqırxan maşın, 20 manat dəyərində 1 ədəd “Brown” markalı saç feni, 60 manat dəyərində 1 ədəd “LG” markalı DVD aparatı, 40 manat dəyərində 1 ədəd peyk anten aparatı, 240 manat dəyərində 1 ədəd “Samsung 6272” markalı mobil telefon, 100 manat dəyərində 1 ədəd “LG” markalı mobil telefon, 100 manat dəyərində 1 ədəd “Alcatel” markalı mobil telefon, 10 manat dəyərində 1 ədəd qulaqcıq, 100 manat dəyərində 3 ədəd qol saatlarını, 19 oktyabr 2022-ci il tarixdə saat 14:00 radələrində isə yenidən Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi döngə 6 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olaraq 180 manat dəyərində 2019-cu il Özbəkistan istehsalı olan «Shivaki» markalı, «32SH90G» model, 1 ədəd qara rəngli televizorunu vahid niyyətlə əhatə olunan qəsdlə gizli talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 2245 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06 noyabr 2022-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən 8-ci korpus ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus tikintisi aparılan evə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan 15 manat dəyərində 1 ədəd istifadə olunmuş, kiçik ölçülü, üzərində markalanma göstəricisi olmayan drel, 25 manat dəyərində 1 ədəd istifadə olunmuş, üzərində «SAKTEC CF-1655C» yazıları olan elektrik mişarı, 30 manat dəyərində istifadə olunmuş, Çin istehsalı, üzərində «YOVLET 860, 115mm» yazıları olan laqonda, 30 manat dəyərində 1 ədəd istifadə olmamış, üzərində «SKOM, SK-PC12, 10A, 220-240V, 50/60 HZ» yazıları olan hidrofor, 10 manat 80 qəpik dəyərində 3 ədəd istifadə olmamış, üzərində «AULMO S6093 (GOLD) yazıları olan 2-li elektrik yuvası, 7 manat 20 qəpik dəyərində 2 ədəd istifadə olmamış, üzərində «AULMO S6118/1 16A (GOLD) yazıları olan 1-li elektrik yuvası, 3 manat 90 qəpik dəyərində 1 ədəd istfiadə olmamış, üzərində «Schmeler» yazıları olan gümüşü rəngli, 1-li elektrik yuvası, 2-li elektrik açarı, 160 manat dəyərində 1 ədəd elektrik qırıcı direli, hər biri 80 manat dəyərində cəmi 240 manat dəyərində 3 ədəd çilçıraq, hər biri 4 manat olmaqla cəmi 20 manat dəyərində 5 ədəd müxtəlif markalı elektrik yuvası, 600 manat dəyərində 1 ədəd kombi istislik sistemi aparatı, 60 manat dəyərində 40 metr uzunluqda elektrik kabeli, 60 manat dəyərində 1 ədəd su matorunu gizli talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1261 manat 90 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 oktyabr 2022-ci il tarixdə saat 13:00 radələrində Zərərçəkmiş şəxs3 Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 6 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasarı aşmaq yolu ilə qanunsuz daxil olaraq orada olan evin içərisindən 60 manat dəyərində 1 ədəd 2,8x0,8 metr ölçüdə, açıq-qəhvəyi rəngli, naxışlı xalça, 250 manat dəyərində «LG» markalı, 7 kq tutumu olan, boz rəngli paltaryuyan, 340 manat dəyərində 1 ədəd 2x3 metr ölçüdə xalça, 100 manat dəyərində 1 ədəd tozsoran, 200 manat dəyərində 1 ədəd “Termet” markalı su qızdırıcısı, 100 manat dəyərində 2 ədəd su krantı, 140 manat dəyərində 1 ədəd “Admiral” markalı qaz sobası, 25 manat dəyərində 1 ədəd elektrik qızdırıcısı, 80 manat dəyərində 2 ədəd yaz gödəkçələri, 80 manat dəyərində 1 ədəd qış gödəkçəsi, 40 manat dəyərində 1 ədəd “Tefal” markalı tava, 15 manat dəyərində 1 ədəd “Samsung” markalı adapter, 60 manat dəyərində 12 ədəd “Boguan” markalı gün eynəkləri, 80 manat dəyərində 1 cüt kişi ayaqqabısı, 100 manat dəyərində 1 ədəd yataq örtüyü, 25 manat dəyərində 1 ədəd “Moze” markalı üzqırxan maşın, 20 manat dəyərində 1 ədəd “Brown” markalı saç feni, 60 manat dəyərində 1 ədəd “LG” markalı DVD aparatı, 40 manat dəyərində 1 ədəd peyk anten aparatı, 240 manat dəyərində 1 ədəd “Samsung 6272” markalı mobil telefon, 100 manat dəyərində 1 ədəd “LG” markalı mobil telefon, 100 manat dəyərində 1 ədəd “Alcatel” markalı mobil telefon, 10 manat dəyərində 1 ədəd qulaqcıq, 100 manat dəyərində 3 ədəd qol saatlarını, 19 oktyabr 2022-ci il tarixdə saat 14:00 radələrində isə yenidən Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 6 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olaraq 180 manat dəyərində 2019-cu il Özbəkistan istehsalı olan «Shivaki» markalı, «32SH90G» model, 1 ədəd qara rəngli televizorunu vahid niyyətlə əhatə olunan qəsdlə gizli talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 2245 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06 noyabr 2022-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən 8-ci korpus ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus tikintisi aparılan evə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan 15 manat dəyərində 1 ədəd istifadə olunmuş, kiçik ölçülü, üzərində markalanma göstəricisi olmayan drel, 25 manat dəyərində 1 ədəd istifadə olunmuş, üzərində «SAKTEC CF-1655C» yazıları olan elektrik mişarı, 30 manat dəyərində istifadə olunmuş, Çin istehsalı, üzərində «YOVLET 860, 115mm» yazıları olan laqonda, 30 manat dəyərində 1 ədəd istifadə olmamış, üzərində «SKOM, SK-PC12, 10A, 220-240V, 50/60 HZ» yazıları olan hidrofor, 10 manat 80 qəpik dəyərində 3 ədəd istifadə olmamış, üzərində «AULMO S6093 (GOLD) yazıları olan 2-li elektrik yuvası, 7 manat 20 qəpik dəyərində 2 ədəd istifadə olmamış, üzərində «AULMO S6118/1 16A (GOLD) yazıları olan 1-li elektrik yuvası, 3 manat 90 qəpik dəyərində 1 ədəd istfiadə olmamış, üzərində «Schmeler» yazıları olan gümüşü rəngli, 1-li elektrik yuvası, 2-li elektrik açarı, 160 manat dəyərində 1 ədəd elektrik qırıcı direli, hər biri 80 manat dəyərində cəmi 240 manat dəyərində 3 ədəd çilçıraq, hər biri 4 manat olmaqla cəmi 20 manat dəyərində 5 ədəd müxtəlif markalı elektrik yuvası, 600 manat dəyərində 1 ədəd kombi istislik sistemi aparatı, 60 manat dəyərində 40 metr uzunluqda elektrik kabeli, 60 manat dəyərində 1 ədəd su matorunu gizli talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1261 manat 90 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 oktyabr 2022-ci il tarixdə günorta saatlarında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Binəqədi rayonu, 1-ci mədən, 8-ci korpus ünvanında, «Yubiley» kafesinin arxasında yerləşən yeni salınmış məhəlləyə Nizami adlı usta tanışını axtarmağa getmişdir. Orada məhəlləni gəzib tikintisi aparılan evlərdən Nizamini soruşmuşlar. Bir həyətə girəndə görmüşdür ki, usta evin damında iş görür. Həmin evin içərisinə keçib dama qalxan ustadan Nizamini soruşmuşdur. Usta ona Nizaminin burada işləmədiyini bildirmişdir. Həmin vaxt o, evin içərisində olmuş, Əyyub isə həyətdə gözləmişdir. Bu zaman görmüşdür ki, yan otaqda stolun üstündə «Redmi-9T» markalı mobil telefon, həmçinin evdə alətlər, tikinti materialları vardır. Həmin telefonu evin damında işləyən ustanın görmədiyi şəraitdə götürüb cibinə qoymuş və evdən çıxmışdır. Daha sonra Əyyubla birlikdə həyətdən çıxıb bir qədər gedəndən sonra oğurladığı telefonu cibindən çıxarıb söndürmüş və Əyyuba evin içərisində stolun üstündə olan telefonu götürdüyünü demişdir. Oğurladığı telefonun simkartını və üstündə olan kabronu çıxarıb kənara atmışdır. Kabronu çıxardanda oradan 1 ədəd «Baku Bus» kartı çıxmış və kartı da kobro ilə birlikdə atmışdır. Sonra «20 Yanvar» metrostansiyasının yaxınlığında yerləşən telefon satılan mağazaların birinin qarşısında oğurladığı telefonu tanımadığı şəxsə 100 manata satmış və həmin pulu Əyyubla birlikdə xərcləmişdir. Bundan başqa, 18 oktyabr 2022-ci il tarixdə saat 13:00 radələrində Əyyubla birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 6 ünvanında yerləşən fərdi evin giriş qapısının üzərində kommunal qəbzin olduğunu görüb həmin evdə yaşayışın olmadığını düşünüb oğurluq etməyi qərar almışlar. Bu məqsədlə onlar fərdi evin hasarından aşmaqla həyətə və daha sonra evə daxil olmuşlar. O, Əyyubla birlikdə həmin gün evdən 1 ədəd paltaryuyan maşın, 2 ədəd xalça, 1 ədəd tozsoran, 1 ədəd su qızdırıcısı, 2 ədəd su krantı, qaz sobası, 1 ədəd elektrik qızdırıcısı, 2 ədəd yaz gödəkçələri, 1 ədəd qış gödəkçəsi, 1 ədəd tava, 1 ədəd adapter, 12 ədəd gün eynəkləri, 1 cüt kişi ayaqqabısı, 1 ədəd yataq örtüyü, 1 ədəd üzqırxan maşın, 1 ədəd markalı saç feni, 1 ədəd DVD aparatı, 1 ədəd peyk anten aparatı, 3 ədəd müxtəlif markalı ucuz mobil telefon, 1 ədəd qulaqcıq, 3 ədəd qol saatlarını oğurlamışlar. Həmin əşyalardan 1 ədəd paltaryuyan maşını və 1 ədəd xalçanı “DSK yolu” adlanan yerin yaxınlığında yerləşən “Angel” kafesinin sahibinə 110 manata, qalan əşyaları isə tanımadığı şəxslərə müxtəlif qiymətlərə satmışdır. 19 oktyabr 2022-ci il tarixdə günorta saat 14 radələrində Əyyubla birlikdə yenə də Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 6 ünvanında yerləşən fərd evə oğurluq etmək üçün girərək orada olan bir ədəd televizoru götürmüşlər. Həmin televizoru Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən lombarda şəxsiyyət vəsiqəsi ilə girov qoyaraq 80 manat pul götürmüş və həmin pulu Əyyubla xərcləmişlər. Həmçinin 06 noyabr 2022-ci il tarixdə səhər saatlarında Binəqədi rayonu ərazisində DSK yolunda Əyyubla görüşəndə razılaşmışlar ki, telefonu oğurladğı evdə olan tikinti materiallarını və alətləri oğurlayıb aparıb satsınlar. Bundan sonra Əyyubla birlikdə Binəqədi rayonu, 1-ci mədən, 8-ci korpus ünvanında, «Yubiley» kafesinin arxasında yerləşən yeni salınmış məhəlləyə gələrək həmin evin həyət qapısını döymüşlər ki, orada kiminsə olub-olmadığını dəqiqləşdirsinlər. Qapını açan olmadıqda evdə heç kimin olmamasına əmin olaraq hasardan həyətə keçmişlər. Evin giriş qapısı bağlı olduğuna görə evin ön tərəfində olan pəncərəni itələməklə açıb evin içərisinə keçmişlər. Əyyubla birlikdə otaqlarda olan bütün tikinti materiallarını, alətləri orada olan selofan torbalara yığaraq evdən çıxmışlar. Bundan sonra Biləcəri qəsəbəsində yerləşən «Mirinşaat» mağazasının yanına gəlib, oğurladıqları mallardan 1 ədəd dreli, 1 ədəd laqondanı, 1 ədəd lobzik elektrik mişarını, 1 ədəd dağıdıcı dreli, 1 ədəd su matorunu, 1 ədəd hidrofonu tanımadıqları satıcıya satmışlar. Daha sonra Binəqədi qəsəbəsində yerləşən «Məmmədoğulları Servis»-in yanındakı tikinti malları mağazasına gələrək oğurladıqları mallardan 6 ədəd rozetkanı (elektrik yuvası) orada satmışlar və ümumilikdə 165 manat pul əldə etmişlər. Əldə etdikləri pulları Əyyubla birlikdə xərcləmişlər. 2022-ci ilin noyabr ayının sonlarında onu 43-cü polis bölməsinə dəvət edərək bildirmişlər ki, hadisə yerindən ona məxsus əl izləri çıxmışdır. Buna görə də o, etdiyi oğurluq əməllərini etiraf etmişdir. Hazırda maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəyə bilmir. Əməlindən səmimi olaraq peşmandır. Bundan başqa «Redmi-9T» markalı mobil telefonu götürərkən Zərərçəkmiş şəxs2 qeyd etdiyi əlavə “Baku Bus” kartını, 200 manat və 300 ABŞ dolları vəsaiti götürmədiyini, həmin gün yalnız mobil telefon götürdüyünü qeyd etmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, əvvəlki hökm ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum edilməsini, hazırkı əməlini də əvvəlki hökmlə əhatə edilməsini, yeni ailə qurmasını nəzərə almağı xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 oktyabr 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ona demişdir ki, Binəqədi rayonu, 1-ci mədən, 8-ci korpus ünvanında, «Yubiley» kafesinin arxasında yerləşən yeni salınmış məhəllədə hansısa evdə işləyən Nizami adlı usta tanışını axtarmağa gedir. Heç bir işi olmadığı üçün Rahula qoşularaq həmin ünvana getmişdir. Orada məhəlləni gəzib tikintisi aparılan evlərdən Nizamini soruşarkən, bir həyətə girəndə görmüşdür ki, evin damında usta iş görür. Rahul evin içərisinə keçib usta ilə söhbət etməyə başlamış, o isə həyətdə dayanmışdır. Az sonra Rahul qayıdıb gəlmiş və birlikdə həyətdən çıxmışlar. Bir qədər gedəndən sonra Rahul ona demişdir ki, evdə stolun üstündə mobil telefon var idi və telefonu götürüb. Sonra Rahul telefonu cibindən çıxardıb söndürmüş, telefonu simkartını və üstündə olan kabronu çıxardıb kənara atmışdır. Kabronu çıxaranda oradan bir ədəd «Baku Bus» kartı çıxmış və Rahul həmin kartı da kənara atmışdır. Daha sonra onlar «20 Yanvar» metrostansiyasının yaxınlığına gəlmişlər və orada telefon satılan mağazalarının birinin qarşısında Rahul telefonu tanımadığı şəxsə 100 manata satmış və həmin pulu da xərcləmişlər. Bundan başqa, 18 oktyabr 2022-ci il tarixdə günorta saat 13 radələrində Rahul ona oğurluq etməyi təklif etmiş və o, Rahulla razılaşandan sonra ikisi birlikdə piyada şəkildə fərdi evlərin önündən keçən zaman ünvan 5 ünvanda yerləşən fərdi evin giriş qapısının üzərində kommunal qəbzinin olduğunu görüb və həmin fərdi evdə yaşayışın olmadığını düşünüb, oğurluq etməyi qərar almışlar. Bundan sonra hasardan aşmaqla Rahulla evə daxil olmuşlar. Həmin gün evdən 1 ədəd paltaryuyan maşın, 2 ədəd xalça, 1 ədəd tozsoran, 1 ədəd su qızdırıcısı, 2 ədəd su krantı, qaz sobası, 1 ədəd elektrik qızdırıcısı, 2 ədəd yaz gödəkçələri, 1 ədəd qış gödəkçəsi, 1 ədəd tava, 1 ədəd adapter, 12 ədəd gün eynəkləri, 1 cüt kişi ayaqqabısı, 1 ədəd yataq örtüyü, 1 ədəd üzqırxan maşın, 1 ədəd markalı saç feni, 1 ədəd DVD aparatı, 1 ədəd peyk anten aparatı, 3 ədəd müxtəlif markalı ucuz mobil telefon, 1 ədəd qulaqcıq, 3 ədəd qol saatlarını oğurlamışlar. Həmin əşyalardan 1 ədəd paltaryuyan maşın və 1 ədəd xalçanı “DSK yolu” adlanan yerin yaxınlığında yerləşən “Angel” kafesinin sahibinə 110 manata, qalan əşyaları isə tanımadıqları şəxslərə müxtəlif qiymətlərə satmışlar. 19 oktyabr 2022-ci il tarixdə günorta saat 14 radələrində Rahulla birlikdə yenə də Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 6 ünvanında yerləşən fərd evə oğurluq etmək üçün girərək oradan bir ədəd televizoru oğurlayıb götürmüşlər. Daha sonra Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən lombarda gəlmişlər. Orada Rahul televizorun özünə məxsus olmasını deyib şəxsiyyət vəsiqəsi ilə televizoru girov qoyaraq, 80 manat pul götürdü və həmin pulu da xərclədilər. Bundan əlavə, 06 noyabr 2022-ci il tarixdə səhər saatlarında Binəqədi rayonu ərazisində DSK yolunda Rahulla görüşəndə razılaşmışlar ki, onun mobil telefon oğurladığı evdə olan tikinti materiallarını və alətləri oğurlayıb aparıb satsınlar. Bundan sonra Binəqədi rayonu, 1-ci mədən, 8-ci korpus ünvanında, «Yubiley» kafesinin arxasında yerləşən yeni salınmış məhəlləyə getmişlər. Həmin evin həyət qapısını döyərək orada kiminsə olmadığına əmin olduqdan sonra hasardan həyətə keçərək evin ön tərəfində olan pəncərəni itələməklə açıb evin içərisinə keçmişlər. Otaqlarda olan bütün tikinti materiallarını, alətləri orada olan selofan torbalara yığaraq yenə də pəncərədən çıxıb Rahulun tanıdığı «Mirinşaat» mağazasına gəlmişlər. Rahul satıcıya həmin malların özünə məxsus olmasını deyib 1 ədəd dreli, 1 ədəd laqondanı, 1 ədəd lobzik elektrik mişarını, 1 ədəd dağıdıcı dreli, 1 ədəd su matorunu, 1 ədəd hidrofonu tanımadığı satıcıya satdı. Bundan sonra Binəqədi qəsəbəsində yerləşən «Məmmədoğulları Servis»-in yanındakı tikinti malları mağazasına gələrək qalan 6 ədəd rozetkanı həmin mağazaya satmışlar. Oğurladıqları malların satışından əldə etdikləri 165 manat pulu isə Rahulla birlikdə xərcləmişlər. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, Zərərçəkmiş şəxs3 və X4 vurulmuş ziyanın yarısının ödənilməsini, Zərərçəkmiş şəxs3 və R.Abbasovun ondan şikayət və tələblərinin olmamasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X9 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Girdəni kəndində qeydiyyatda olmaqla faktiki olaraq Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, nömrəsiz evdə kirayədə yaşayır. Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən 8-ci korpus ünvanında özü üçün fərdi yaşayış evi tikdirir. Təmir işləri ilə bağlı evdə müxtəlif tikinti alətləri, tikinti avadanlıqları vardır. 05 noyabr 2022ci il tarixdə də təmir işlərinin aparılmasına nəzarət etməklə bağlı evində olmuş və təxminən saat 20-21 radələri arasında oradan çıxıb getmişdir. 06 noyabr 2022-ci il tarixdə saat 14:00 radələrində evinə gəlmiş, həyətə daxil olanda evin ön tərəfində olan pəncərənin açıq olmasını görmüşdür. Lakin evin giriş qapısı bağlı olmuşdur. O, açarla qapını açıb evin içərisinə daxil olduqda orada olan bəzi tikinti alətləri və avadanlıqlarının oğurlanmasını aşkar etmişdir. Heç bir əşyaya toxunmadan dərhal DİN-in 102 xidmətinə zəng vurub məlumat vermiş, az keçməmiş hadisə yerinə polis əməkdaşları gələrək baxış keçirib əlbarmaq izləri götürmüş və fotoşəkillər çəkmişlər. Sonra o, 43-cü polis bölməsinə gələrək ərizə ilə müraciət etmişdir. Hadisə vaxtı onun evindən 90 manat dəyərində 1 ədəd elektrik direli, 75 manat dəyərində 1 ədəd laqonda, 60 manat dəyərində elektrik mişarı (lobzik), 160 manat dəyərində elektrik qırıcı direli, hər biri 80 manat dəyərində olmaqla cəmi 240 manat dəyərində 3 ədəd çilçıraq, hər biri 4 manat dəyərində olmaqla cəmi 44 manat dəyərində 11 ədəd elektrik yuvası (rozetka), 1 ədəd 600 manat dəyərində kombi istislik sistemi aparatı, 60 manat dəyərində 40 metr uzunluqda elektrik kabeli, 1 ədəd 60 manat dəyərində su matoru, 1 ədəd 40 manat dəyərində hidrofon oğurlanmaqla ona ümumilikdə 1429 manat məbləğində maddi ziyan vurulmuşdur. Oğurluq edilən zaman olmamışdır və ümumiyyətlə həmin ev təmirsiz olduğu üçün orada yaşayış olmamışdır. Oğurluq müxtəlif aralıqlarla 2 dəfə təkrarlanmışdır. Əvvəlcə evində işləyən Əli adlı ustanın mobil telefonu və pulu oğurlanmış, ikinci dəfə isə ustanın işlətdiyi tikinti ləvazimatları və digər avadanlıqlar oğurlanmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqdan sonra onu 43-cü polis bölməsinə dəvət etmişlər, orada ona karobkada direl, laqonda və hidrofon göstərilərək, həmin avadanlıqların ona məxsus olub-olmamasını soruşulmuşdur. Ona təqdim edilən drel onun direli olmamış, onun direli batareyka ilə işləyirdi və təzə alınmışdı. Lakin təqdim olunan direl köhnə və kabelli idi, kabelləri də zalentlə bağlanmışdı. Məhkəmədən təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda onlardan şikayətçi olduğunu nəzərə alaraq, onların barələrində qanuna müvafiq cəza təyin edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə icilasında zərərçəkmiş şəxs X9 Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyanın onun atası Şahin Əliyev tərəfindən tam ödənildiyini, təqsirləndirilən şəxs X5 qarşı şikayət və tələbininin olmadığını bildirirək bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, oğurluq hadisəsindən 1 ay əvvəl ailəsi ilə ilə birlikdə Masallı rayonu, Xıl kəndinə getmişdir. Evə nəzarəti qonşusuna tapşırmışdır. Lakin arabir ünvan 6 ünvanında yerləşən nömrəsiz fərdi evinə baş çəkmişdir. 28 oktyabr 2022-ci il tarixdə Masallı rayonu, Xıl kəndində olan zaman polis əməkdaşları ona zəng vuraraq Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi döngə 6 ünvanında yerləşən evindən oğurluq olduğunu bildirmişlər və həmin tarixdə o, Bakı şəhərinə gəlmişdir. Evinə gələndən sonra ona məlum olmuşdur ki, evdən 800 manat dəyərində 1 ədəd “LG” markalı paltaryuyan maşın, 300 manat dəyərində “Şvaki” markalı 82 diaqonal plazma televizor, 400 manat dəyərində 2 ədəd 2x3 metr ölçüdə xalça, 100 manat dəyərində tozsoran, 200 manat dəyərində 1 ədəd “Termet” markalı su qızdırıcısı, 100 manat dəyərində 2 ədəd su krantı, 140 manat dəyərində “Admiral” markalı qaz sobası, 25 manat dəyərində 1 ədəd elektrik qızdırıcısı, 80 manat dəyərində 02 ədəd yaz gödəkçələri, 80 manat dəyərində qış gödəkçəsi, 40 manat dəyərində “Tefal” markalı tava, 15 manat dəyərində 1 ədəd “Samsung” markalı adapter, 60 manat dəyərində 12 ədəd “Boguan” markalı gün eynəkləri, 80 manat dəyərində kişi ayaqqabısı, 100 manat dəyərində yataq örtüyü, 25 manat dəyərində 1 ədəd “Moze” markalı üzqırxan maşın, 20 manat dəyərində 1 ədəd “Brown” markalı saç feni, 60 manat dəyərində 1 ədəd “LG” markalı DVD aparatı, 40 manat dəyərində 1 ədəd peyk anten aparatı, 240 manat dəyərində 1 ədəd “Samsung 6272” markalı mobil telefon, 100 manat dəyərində 1 ədəd “LG” markalı mobil telefon, 100 manat dəyərində 1 ədəd “Alcatel” markalı mobil telefon, 10 manat dəyərində 1 ədəd qulaqcıq, 100 manat dəyərində 3 ədəd qol saatları oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilkdə 3215 manat məbləğində maddi ziyan vurulmuşdur. Əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqdan sonra onu 4-cü polis bölməsinə dəvət etmişlər. Orada ona 1 ədəd “LG” markalı paltaryuyan maşın, 1 ədəd “Şvaki” markalı 82 diaqonal plazma televizor, 1 ədəd xalça göstərilərək həmin əşyaların ona məxsus olub-olmamasını soruşmuşlar. Televizor ona məxsus olmuş, lakin nə paltaryuyan maşın nə də xalça ona məxsus olan əşyalar olmamışdır. Belə ki, onun xalçalarıı təzə alınmışdı və Türkiyə istehsalı idi. Ölçüləri isə 2 x 3 metrə və hər biri 6 kvm olmaqla, 2 ədəd idi. Lakin bölmədə ona 1 ədəd, ölçüsü 2 x 0, 08 metr olan 1 ədəd köhnə nimdaş xalça göstərilmişdir. Həmçinin onun evindən oğurlanan paltaryuyan maşınla ona bölmədə göstərilən paltaryuyan maşın hər ikisi də LG markalı və metal rəngli olsalar da, onun paltaryuyan maşınımın düymələri sensorla işləyirdi. Lakin ona göstərilən LG markalı paltaryuyan maşının knopkaları düyməli və köhnə model idi. O, öz paltaryuyan maşınının sənədlərini və fotoşəklini, eyni zamanda ona bölmədə təqdim olunan paltaryuyan maşının fotoşəkilini məhkəməyə təqdim etmək üçün özü ilə gətirmişdir. Oğurlanan digər qiymətli əşyaların heç biri ona qaytarılmamışdır. Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş zərər qismən ödənilmişdir. Qalan ziyanın ödənilməsi ilə bağlı aralarında razılaşmışlar. Hazırda Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur. Daha sonra xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadə verərək xx.xx.2023-cü il tarixdə 4-cü Polis Bölməsinə dəvət edilldiyini, orda ona özünə məxsus olan LG markalı paltaryuyan maşının təqdim edildiyini, ona təqdim edilən paltaryuyan maşının onun olduğunu, lakin həmin paltaryuyan maşının artıq yararsız halda olduğunu, “Şvaki” markalı televizoru və bir ədəd xalçanı təhvil götürdüyünü, paltaryuyan maşın isə yarasız olduğundan təhvil götürmədiyini, ona dəymiz ümumi ziyanın 2245 manat olduğunu, təhvil götürdüyü “Şvaki” markalı televizoru və bir ədəd xalçanı çıxdıqdan sonra ziyanın təxminən 2000 manat olduğunu, həmin ziyanın da yarsının Təqsirləndirilən şəxs2 atası Əliyev Şahin tərəfindən ödənildiyini, digər təqsirləndirilən şəxs tərəfindən isə ziyan məbləğinin ödənilmədiyini bildirmişdir. Məhkəməyə ərizə tədim edərək təqsirləndirilən Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş olan ziyanın qismən ödənilməsini və hazırda ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alanmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs3 çıxış edərək Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş zərərin tam ödənildiyini, digər Təqsirləndirilən şəxs1 tərəfindən isə ona dəymiş zərərin qismən ödənildiyini, onun maddi imkanının aşağı olduğu üçün tam ödəniş kimi qəbul etdiyini, hər iki təqsirləndirilən şəxslə barışdığını, onlara qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X9 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu qeydiyyatda olsa da faktiki olaraq Binəqədi rayonu, M.Aslanov küçəsində nömrəsiz evdə kirayədə yaşayır. Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən 8-ci korpus ünvanında özü üçün fərdi yaşayış evi tikdiri. Təmir işləri ilə bağlı evdə müxtəlif tikinti alətləri, və tikinti avadanlıqları var idi. 05 noyabr 2022-ci ildə təmir işlərinin aparılmasına nəzarət etməklə bağlı həmin evdə olmuş və təxminən saat 20-21 radələri arasında oradan çıxıb getmişdir. 06 noyabr 2022-ci il tarixdə saat 14:00 radələrində evinə gələndə evin ön tərəfində olan pəncərənin açıq olmasını görmüş, lakin evin giriş qapısı bağlı olmuşdur. Açarla qapını açıb evə girəndə bəzi tikinti alətləri və avadanlıqlarının oğurlanmasını aşkar etmişdir. Heç nəytə toxunmadan dərhal 102 xidmətinə zəng vurub məlumat vermiş, az keçməmiş hadisə yerinə polis əməkdaşları gələrək baxış keçirib əlbarmaq izləri götürülərək, fotoşəkillər çəkilmişdir. Oğurluq yolu ilə evindən 90 manat dəyərində 1 ədəd elektrik direli, 75 manat dəyərində 1 ədəd laqonda, 60 manat dəyərində elektrik mişarı (lobzik), 160 manat dəyərində elektrik qırıcı direli, hər biri 80 manat dəyərində olmaqla cəmi 240 manat dəyərində 3 ədəd çilçıraq, hər biri 4 manat dəyərində olmaqla cəmi 44 manat dəyərində 11 ədəd elektrik yuvası (rozetka), 1 ədəd 600 manat dəyərində kombi istislik sistemi aparatı, 60 manat dəyərində 40 metr uzunluqda elektrik kabeli, 1 ədəd 60 manat dəyərində su matoru, 1 ədəd 40 manat dəyərində hidrofon oğurlanmaqla ona ümumilikdə 1429 manat məbləğində maddi ziyan vurulmuşdur. Əvvəlcə evində işləyən Əli adlı ustanın mobil telefonu və pulu, ikinci dəfə isə evdə ustanın işlətdiyi tikinti ləvazimatları və digər avadanlıqlar oğurlanmışdır.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqdan sonra onu 43-cü polis bölməsinə dəvət etmişlər. Orada ona karobkada direl, laqonda və hidrofon göstərilmiş, lakin ona göstərilən direlin onun olmadığını müəyyən etmişdir. Məhkəməyə ərizə tədim edərək təqsirləndirilən Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyanın onun atası tərəfindən tam olaraq ödənildiyini, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan edilərək təqdiq edilmiş (ölkədə olmadığı üçün) Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qohumudur. O, ev təmiri işlərini bacardığına görə 2022-ci ilin yay aylarından Rüfətin Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 8-ci korpus ünvanında yerləşən yeni tikilmiş evində santexnik, elektrik, rəngsaz işlərini görmüşdür. 09 oktyabr 2022-ci il tarixdə təxminən saat 12:00 radələrində Rüfətin evində damına çıxaraq orada elektrik naqilləri quraşdırarkən həyətdə kiminsə «ay usta» deyərək çağırması səsini eşitmiş, lakin evin damında olduğudan onu görə bilməmişdir. Buna görə də səslənmişdir ki, keç evin içərisinə, mən damdayam. Az sonra bir nəfər, təxminən 25-30 yaşları arasında, orta boylu, tanmadığı oğlan evin içərisinə gələrək dama çıxan bacanın qapısına yaxınlaşıb ondan Pərviz adlı ustanın bu evdə işləyib-işləməməsini soruşmuş, o, isə cavabında Pərviz adlı ustanın bu evdə işləmədiyini demiş, vaxt əlində olan elektrik naqilinə bağlanmış lampanı aşağıda almasını oğlandan xahiş etdiyinə görə həmin şəxs lampanı ondan almış, sonra isə ondan içməyə su istəmiş, o, isə zal otaqda su olduğunu dediyindən həmin şəxs də zal otağa keçib su içmiş və çıxıb getmişdir. Bir az sonra fikrinə gəlmişdir ki, kabrosunda 200 manat və 300 ABŞ dolları olan mobil telefonunu zal otaqda qoymuşdur, birdən həmin oğlan götürər. Dərhal evin damından aşağıya düşüb zal otağa keçmiş, orada stolun üstündə qoyduğu və üzərində 077 306-30-33 sim kartı olan «Redmi-9T» markalı mobil telefonun yerində olmadığını görmüşdür. Cəld küçəyə çıxmış, lakin həmin şəxsi görə bilməmişdir. Bir qədər sonra Rüfət evinə gəlmiş və ona hadisəni danışmışdır. Fikirləşmişdir ki, hadisə öz səhlənkarlığı üzündən olub, kimə danışsa onu qınayacaq, odur ki,utandığına görə heç yerə şikayət etməmişdir. Lakin sonradan oğurlanmış 077 306-30-33 sim kartının düblikatını çıxartdırmışdır. 06 noyabr 2022-ci il tarixdə bazar günü olduğuna görə o, Rüfətin evində işləməyə gəlməmişdir. Həmin gün Rüfət ona zəng edərək bildirmişdir ki, onun evinə pəncərədən girən şəxslər evdə olan tikinti alətlərini və materiallarını oğurlayıblar. Buna görə də o, şikayət vermişdir. 30 noyabr 2022-ci il tarixdə o, Rüfətin evində işləyərkən polis əməkdaşları evə iki nəfər şəxsi gətirərək oğurluğun onlar tərəfindən törədildiyini bildirmişlər. Onlardan biri, 09 oktyabr 2022-ci il tarixdə təxminən saat 12:00 radələrində onun kabrosunda 200 manat və 300 ABŞ dolları pul olan, 077 306- 30-33 sim kartı ilə işləyən «Redmi-9T» markalı mobil telefonumu oğurlayan şəxs olmuşdur. Həmin şəxs orada polis əməkdaşlarına etiraf etmişdir ki, 09 oktyabr 2022-ci il tarixdə bu evdən mobil telefonu da oğurlamışdır. Hadisə nəticəsində ona ümumilikdə 1224 manat maddi ziyan vurulmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “DSK yolu” ünvanında yerləşən, əvvəlki adı “Angel” lakin hazırki “DSK club” olan kafesinin icarədarıdır. 2022-ci ilin oktybar ayının sonlarında saat 16 radələrində kafedə olan zaman qiyabi olaraq tanıdığı Rahul adlı şəxs ora gələrək bildirmişdir ki, maddi vəziyyəti pis olduğuna görə özünə məxsus olan bir ədəd paltaryuyan maşın və bir ədəd xalçanı satmaq istəyir. Təqsirləndirilən şəxs1 oğlunu kafeyə gələn müştəri kimi tanımışdır. Paltaryuyan maşını xarab oduğu üçün paltarları əli ilə yumuşdur. Rahul ona “evimizdə paltaryuyan maşın var, hörmət etsən həmin maşını sənə ucuz qiymətə verərəm” demişidr. O, da Rahulla razılaşmışdır. Rahul ona paltaryuyan maşın və 1 ədəd də xalça təqdim etmişdir. Hər ikisini ümumlikdə 150 manata Rahuldan almışdır. Təxminən 15 gündən sonra kafeyə polis əməkdaşları gələrək Rahulun oğurladığı əşyalardan xalça və paltaryuyan maşının oğurluq əşya olduğunu bildirmişlər.. Rahulun ona oğurluq əşyalar satmasını güman etməmişdir. Rahul onu inandırmışdır ki, həmin əşyalar onun özünə məxsusdur və pula ehtiyacı olduğu üçün satmaq istəyir. Həmin əşyaları gətirib polisə təqdim etmişdir. Həmin paltaryuyan maşını polis işçiləri onun özünə gətizdirmişlər və o paltaryuyan maşını və xalçanı maşın tutaraq polis bölməsinə gətirb təhvil vermişdir. Onun polis bölməsinə gətitib təhvil verdiyi paltaryuyan maşın, LG markalı, sensorlu və az işlənmiş, saz vəziyyətdə olduğunu bildirmiş, Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş paltaryuyan maşınların fotoşəkillərini nəzərdən keçirirək ona satılan və onun tərəfindən polis işçilərinə təqdim etdiyi paltaryuyan maşının sensorlu olduğunu göstərmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanında lombard dükanı işlədir. 19 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində sonradan tanıdığı Təqsirləndirilən şəxs1 dükana gələrək maddi vəziyyəti ilə əlaqədar pula ehtiyacı olduğunu bildirib, evindən gətirdiyi “Şvaki” markalı televizoru girov qoyaraq pul götürmək istədiyini bildirmişdir. O, həmin televizora baxıb yoxladıqdan sonra ona 80 manat pul verə biləcəyimi söyləmişdir. Rahul onunla razılaşdığına görə ondan sənədləşmə aparmaq üçün şəxsiyyət vəsiqəsini istəmiş və Rahul da şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O, heç nədən şübhələnməyərək həmin televizoru Rahuldan girov kimi qəbul edərək Rahula məxsus şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb götürmüş və həmin sənədlin surətinin çıxarıldığı vərəqin arxa tərəfinə Rahul televizorun ona məxsus olduğunu öz imzası ilə təsdiq etmişdir. Sonra isə Rahula 80 manat pul vermişdir. Razılaşmaya görə Rahul 1 ay müddətində lombarda 100 manat ödəməklə televizorunu girovluqdan götürməli idi. Bunun üstündən bir neçə gün keçəndən sonra dükana gəlmiş polis əməkdaşları Rahulun lombarda “Şvaki” markalı televizor girov qoyması ilə maraqlanmışlar. O, yazılmış qəbzi polis əməkdaşlarına göstərərək Rahulun həmin televizoru lombarda girov qoyduğunu bildirmişdir. Polis əməkdaşları Rahulun həmin televizoru oğurlayaraq lombarda girov qoyduğunu bildirdiklərinə görə, “Şvaki” markalı televizoru polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayından Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu ünvanında yerləşən inşaat malları mağazasında usta işləmişdir. Həmin mağazada işlədiyi vaxtdan Rahul adlı şəxsi tanımışdır. Belə ki, Rahul ev ustasıdır, mağazadan mütəmadi olaraq tikinti malları almışdır. 2022-ci ilin oktyabr ayının sonu və ya noyabr ayının əvvəllərində Rahul mağazaya satmaq üçün işlənmiş laqonda, dağıdıcı direl (preparator), elektrik dreli və su hidrofonu gətirmişdir. Rahul həmin alətləri özünə məxsus olduğunu, lakin hazırda uşağı xəstə olduğuna görə pula ehtiyacı yarandığından alətləri satmaq istədiyini bildirmişdir. O, Rahulun gətirdiyi malları baxmış, onları 140 və ya 150 manat pul verərək almışdır. Həmin vaxt Rahul ona özünün şəxsiyyət vəsiqəsinin kserosurəti olan kağız da vermişdir ki, narahat olmasın. O, tam arxayın olmuşdur ki, aldığı alətlər Rahulun özünə aiddir. 30 noyabr 2022-ci il tarixdə polis əməkdaşları Rahulu mağazaya gətirmişlər, orada məlum olmuşdur ki, Rahulun ona satdığı həmin alətlər oğurluq imiş. Buna görə də polis əməkdaşları protokol yazaraq işlənmiş laqonda, dağıdıcı direl (preparator), elektrik dreli və su hidrofonu mağazadan götürüb aparmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən ümumi sahəsi 15 kv.metr olan təsərrüfat malları mağazasını icarəyə götürməklə işlədir. 06 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 bir nəfər cavan oğlanla onun işlədiyi mağazaya gələrək bildirmişdir ki, atam sizin mağazadan elektrik yuvası almışdır, bir qismini işlətmişik, atam dedi ki, artıq qalanları apar mağazaya qatar və pulunu al. O, Əyyubun gətirdiyi 6 ədəd elektrik yuvasına baxaraq görmüşdür ki, həqiqətən də mağazada satdığı mallardandır. Buna görə də şübhələnməmiş, malın satış qiymətinə uyğun olaraq Əyyuba 6 ədəd elektrik yuvasına görə 11 manat pul vermişdir. Sonra isə Əyyub yanında olan oğlanla çıxıb mağazadan getmişdir. 30 noyabr 2022-ci il tarixdə 43-cü polis bölməsinin əməkdaşları Əyyubu və yanında olan həmin oğlanı mağazaya gətirmişlər. Orada məlum olmuşdur ki, 06 noyabr 2022-ci il tarixdə Əyyubun onun mağazasına verərək 11 manat pul aldığı 6 ədəd elektrik yuvası oğurluq imiş. Bundan sonra o, həmin 6 ədəd elektrik yuvasını polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmənin təşəbbüsü ilə məhkəmə iclasında dindirilmiş şahid Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin təhqiqatçısı X1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə AR DİN-nin 102 xidmətinin zəng mərkəzi sistemindən vətəndaş Zərərçəkmiş şəxs3 məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsi M.Aslanov döngə 6 ünvanında olan evindən naməlum şəxslər tərəfindən oğurluq edilməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında tərəfindən təhqiqat araşdırılması aparılmışdır. Araşdırma zamanı vətəndaş Zərərçəkmiş şəxs3 evindən əşyaları oğurlayan şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs3 evindən oğurlanan əşyaların bir qismi yəni 1 ədəd “LG” markalı paltaryuyan maşın və 1 ədəd xalça Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən Angel kafesində işləyən Şahid1, 1 ədəd “Svakı” markalı televizor isə Biləcəri qəsəbəsində yerləşən 22 saylı lombardda Şahid4 protokolla götürülərək Binəqədi RPİ-nin 4-cü PŞ-nin saxlanc anbarına tərəfindən təhvil verilmişdir. Daha sonra toplanmış material aidiyyatı üzrə Binəqədi RPİ-nin İŞ-nə göndərilmişdir. Maddi sübutların onun tərəfindən protokollaşdırılaraq götürüldüyünü, maddi sübutların dəyişik düşmə ehtimalının olduğunu, bunu dəqiqləşdirib əlavə məlumat verəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə icilasına şahid X1 əvvəlki iclasda maddi sübutla bağlı məlumatları dəqiqləşdirib əlavə məlumat verəcəyini bildirdiyini, həmin məlumatı dəqiqləşdiridiklərini, Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixdə bölməyə dəvət etdiklərini, maddi sübutlar otağında LG markalı paltaryuyan maşının ona təqdim edildiyini, zərərçəkmiş şəxsin paltaryuyan maşının ona məxsus olduğunu, lakin uzun müddət keçdiyindən artıq yararsız vəziyyətə düşüdüyünü qeyd etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, X3 ərizəsi əsasında toplanmış material üzrə fakta görə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə 20:10-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə 20:40-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək haqqında qərardan görünür ki, Binəqdi RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Ramil Qabulov tətərindən Azərbaycan Respubılikası CM-nin CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraatına qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin bir icraatda birləşdirilməsi və əməlin tövsüf edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respubılikası CM-nin CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə başlanmış ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq sonuncu statistik nömrə ilə davam etdirilmişdir. ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsüf olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş 02 dekabr 2022-ci il tarixli CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə olan ittihama əlavə və dəyişiklik edilməklə onlara CM-in 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə yeni məzmunlu ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqınnda qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respubılikası CM-nin CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham olunmuşdur. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqınnda qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respubılikası CM-nin CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham olunmuşdur. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1367/2022 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-61/2023 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti ibtidai istintaq müddətinin sonunadək yəni, xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-157/2023 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 20 (iyirmi) gün müddətə yəni, xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1366/2022 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-159/2023 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 15 (on beş) gün müddətə yəni, xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı sonuncular istintaqa verdikləri ifadələrini təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişlər. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-72/2022 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 05 ay 03 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 günə 2 gün olmaqla təyin edilmiş cəzadan çıxılmış və R.M.Mayılova qəti olaraq 02 il 01 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-84/2023 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 2(iki) il 6(altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 1(001)72/2022 saylı hökmü ilə məhkum olunduğu 02 il 01 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 01 il 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəzanı xx.xx.2023-cü il tarixli 1(001)-84/2023 nömrəli hökmlə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 1(001)72/2022 saylı hökmü ilə təyin edilmiş 02 il 01 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 07 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 3 (üç) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmış, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 08 (səkkiz) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-1073/2023 saylı qərarından görünür ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanmış və qərar qanuni qüvvəsini almışdır. Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 21-1/3-21746 saylı məktubundan görünür ki, 1(001)-72/2022 saylı xx.xx.2022-ci il tarixli hökm ilə CM-nin 177.2.2, 177.2.3-cü maddəsinə əsasən təqsilri bilinərək 02 il 01 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə idarənin qeydiyyatına düşmüş, cəzasının əvvəli xx.xx.2022-ci il, cəzasının sonu xx.xx.2024-ci il tarixə hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzanın 07 ay 16 gün hissəsini çəkmiş, törətdiyi yeni cinayətlə cəzasının çəkilməmiş 01 il 06 ay 08 gün hissəsi binəqədi Rayon Məhkəməsinin 1(001)-84/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ARCM-nin 66.5-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası iləqismən toplanmaqla ona 02 il 08 ay 05 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 300 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəriməni tam şəkildə ödəyərək şöbənin qeydiyyatından çıxarılmışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)-158/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib, ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, ibtidai istintaq zamanı tutulduğu 02 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən nəzərə alınmqala cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 gün müddət çıxılmış və üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Masallı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli 2-72/23-62-16 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)-158/2023 saylı hökmü və hökmün icrası barədə göstəriş xx.xx.2023-cü il tarixdə Masallı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 23/121 nömrəli məhkəmə-daktiloskopik ekspertizasının ekspert rəyindən görünür ki,

1. xx.xx.2022-ci il tarixli Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 8-ci korpus ünvanında yerləşən X4 məxsus evdə baş vermiş oğurluq faktıilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 13 ədəd kağız parçasının üzərində olan 05 ədəd əl barmaq və 03 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır.

2. Tədqiqata təqdim edilmiş vətəndaş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adına çıxarılmış əl-barmaq və ovuc əksləri (daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır.

3. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 06 ədədi xx.xx.1995-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlin şəhadət, orta (02 dəfə) adsız, sol əlin böyük və sağ əlin ovucu ilə eynilik müəyyən edilmişdir. Digər eyniliklər müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 dekabr 2022-ci il tarixli 9/8709 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 121,90 manat müəyyən olunur. 01 ədəd istifadə olunmuş, kiçik ölçülü, üzərində markalanma göstəricisi olmayan drel-15,0 manat; 01 ədəd istifadə olunmuş, üzərində «SAKTEC CF-1655C» yazıları olan elektrik mişarı-25,0 manat; 01 ədəd istifadə olunmuş, Çin istehsalı, üzərində «YOVLET 860, 115mm» yazıları olan laqonda-30,0 manat; 01 ədəd istifadə olmamış, üzərində «SKOM, SK-PC12, 10A, 220-240V, 50/60 HZ» yazıları olan hidrofor-30,0 manat; 03 ədəd istifadə olmamış, üzərində «AULMO S6093 (GOLD) yazıları olan 2-li elektrik yuvası-10,80 (3ədx3,60man) manat; 02 ədəd istifadə olmamış, üzərində «AULMO S6118/1 16A (GOLD) yazıları olan 1-li elektrik yuvası-7,20 (2ədx3,60man) manat; 01 ədəd istfiadə olmamış, üzərində «Schmeler» yazıları olan gümüşü rəngli, 1-li elektrik yuvası, 2-li elektrik açarı-3,90 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 fevral 2023-cü il tarixli 9/1118 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olması nəzərə alınmaqla 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 490,00 manat müəyyən olunur. 01 ədəd 2,8x0,8 metr ölçüdə, açıq-qəhvəyi rəngli, naxışlı xalça-60,00 manat; 01 ədəd «LG» markalı, 7 kq tutumu olan, boz rəngli paltaryuyan 250,00 manat; 01 ədəd 2019-cu il Özbəkistan istehsalı olan «Shivaki» markalı, «32SH90G» model, qara rəngli televizor-180,00 manat. “AZEMİS” elektron məhkəmə informasiya sitemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2015-ci il təvəllüdlü X6 adında azyaşlı uşağı vardır. xx.xx.2023-cü il tarixli X3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyan onun atası Əliyev Şahin tərəfindən tam ödənilmiş, Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti yoxdur. xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyan onun atası Əliyev Şahin tərəfindən ödənilmiş, Təqsirləndirilən şəxs2 qarşı şikayəti yoxdur. xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxs hər iki təqsirləndirilən şəxslə barışmış, onlara qarşı hər hansı şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X10 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs1 «Redmi-9T» markalı mobil telefonu götürərkən Zərərçəkmiş şəxs2 qeyd etdiyi əlavə həmin telefonun 8 manat dəyərində kabrosunda saxlanılan balansında 4 manat olan 2 manat dəyərində «Baku Bus» plastik kartı, 200 manat pul və həmin dövrün məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dolları götürməməsi ilə bağlı dediklərini özünü müdafiə xarekterli ifadə hesab edir və həmin ifadənin verilməsini məsuliyyətdən və vurulmuş ziyanı ödəməkdən yayınmaq kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CMin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4, 59.1.12,59.1.14 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağın olması, törətdiyi cinayət əməlindən peşman olmasını və zərəçəkmiş şəxslərdən birinə vurulmuş ziyanın qismən ödənilməsini və onunla barışmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-72/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 01 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 əvvəlki höküm ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən CM-nin 18.4.4-cü maddəsində əsasən(azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqların residivin müəyyən edilməsi zamanı nəzərə alınmaması) onun əməlində hazırkı hal üzrə cinayətlərin residivi yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, cəzasını, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər də oğurluq cinayət əməli törətdiyinə görə məhkum edilməsini və cəzasını çəkib qurtarmamasını, törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə 3(üç) zəzərçəkmiş şəxsə vurulmuş ziyan məbləğindən yalnız birinə qismən ödəniş etməsini və zəzərçəkmiş şəxslərdən yalnız biri ilə barışmasını, onun barəsində əvvəlki hökm ilə təyin edilmiş cəzanın onun islah edilməsinə yetərli olmadığını, cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq, təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-84/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 2(iki) il 6(altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 1(001)72/2022 saylı hökmü ilə məhkum olunduğu 02 il 01 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 01 il 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəzanı Binəqədi Rayon Məhkəmsinin xx.xx.2023-cü il tarixli 1(001)-84/2023 saylı hökmü təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2022ci il tarixli, 1(001)72/2022 saylı hökmü ilə təyin edilmiş 02 il 01 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 07 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 3 (üç) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmasını, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 08 (səkkiz) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmasını, şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, 3(üç) zəzərçəkmiş şəxsə vurulmuş ziyan məbləğindən yalnız birinə qismən ödəniş etməsini və bir zərərçəkmiş şəxslə barışmasını, ona əvvəllər təyin edilmiş cəzadan islah olunmayaraq yenidən cinayət törətməsini, yüngülləşdirən halın olması ilə yanaşı cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 30 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 dekabr 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1367/2022 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 2 gün müddətinə şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1367/2022 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra– CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, «CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır.». Həmin qərarın 20-ci bəndində isə göstərilmişdir ki, «cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır.». Məhkəmə hesab edir ki, qeyd olunan cəzanın çəkilmə müddətinin əvvəlinin müəyyən edilməsi təyin edilmiş cəzanın həddinə təsiri olmasa da, məhkum olunmuş şəxsin sonrakı hüquqi vəziyyətinə təsiri baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, CM-in 76 və 90-cı maddələrində nəzərdə tutulan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və həmin Məcəllənin 77 və 90-1-ci maddələrində nəzərdə tutulan cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə şərtləri cəzanın çəkilmə müddətinə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsini nəzərdə tutan 70-ci maddəsində və bir sıra digər güzəştləri nəzərdə tutan normalarda da cəzanın çəkilmə müddətinə dair tələblər müəyyən edilmişdir. Məhkəmənin cəzaçəkmə müddətinin əvvəlini düzgün müəyyən etməməsi hökm qanuni qüvvəyə mindiyi təqdirdə hökmün icrası qaydasında cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı məhkumun məhkəməyə müddət baxımından müraciət etmə imkanını aradan qaldırır və onun vəziyyətini ağırlaşdırır. Cəzaların İcrası Məcəlləsinin 70.2.4-cü maddəsinə əsasən az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən məntəqə tipli cəzaçəkmə müəssisələrinə cəza müddətinin ən azı üçdə birini çəkdikdə keçirilə bilərlər. Göründüyü kimi cəza çəkmə müddətinin əvvəlinin hazırkı halda təqsirləndirilən şəxsin həbsə alındığı xx.xx.2022-ci il tarixdən hesablandığı halda onun yuxarıda qeyd edilənlərlə bağlı məhkəməyə müraciət etmək hüququ daha tez yaranmış olur. Odur ki, təqsirləndirilən şəxsə təyin ediləcək qəti cəzanın müddətinin xx.xx.2022-ci il tarixdən götürüldüyü halda onun vəziyyətini yüngülləşdirdiyindən həmin tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməllini Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-84/2023 saylı hökmündən əvvəl, 2022-ci ilin oktyabr-noyabr aylarında törətmişdir. Buna görə də ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Yəni hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-84/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əvvəlki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2(iki) gün müddət, hazırkı cinayət işi ilə bağlı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 1(001)72/2022 saylı hökmü ilə təyin edilmiş 02 il 01 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 07 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 3 (üç) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, hazırkı hökmlə ona CM-nin 66.5-ci maddəsinə əsasən təyin ediləcək qəti cəzadan çıxılmalı, onun həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli onun hazırkı cinayət işi üzrə həbsə alındığı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.12, 59.1.14 və 59.2-ci maddəsinə əsasən cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını və iştirak etdiyi iki epizod üzrə zəzərçəkmiş şəxslər X4 və Zərərçəkmiş şəxs3 vurulmuş ziyanın yarısını ödəməsini, zərərçəkmiş şəxslərin onunla barışmasını, ona qarşı hər hansı şikayət və tələblərinin olmamasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Gəncə hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 300 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəriməni tam şəkildə ödəyərək şöbənin qeydiyyatından çıxarılmışdır. Bundan başqa Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)- 158/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan əməli 2022-ci ilin oktyabr-noyabr aylarında törətmişdir. Bununla da Təqsirləndirilən şəxs2 hazırkı cinayəti əvvəlki hökm olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkən məhkum edilməmişdir və buna görə də cinayətin residivi yaranmır. Qeyd edilənlərə əsasən CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, cəzasını, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, iştirak etdiyi hər iki epizod üzrə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın yarısının ödənilməsini, zərəçəkmiş şəxslərin onunla barışmalarını, ona qarşı hər hansı şikayət və tələblərinin olmamamsını nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığının məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olması ilə yanaşı cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cinayət işi materiallarından məlum olur ki, Əliyev X8 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)-158/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 2 gün həbsdə qalma müddəti ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmış, lakin Təqsirləndirilən şəxs2 barəsində Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(001)-1366/2022 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və həmin tarixdən hazırkı tarixədək o həbsdədir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən həbsdə olduğundan ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir. Bu Masallı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli 2-72/23-62-16 saylı məktubu ilə də təsdiq olunur. Belə ki, həmin məktubda Təqsirləndirilən şəxs2 barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)-158/2023 saylı hökmü və hökmün icrası barədə göstərişin xx.xx.2023-cü il tarixdə Masallı Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu qeyd edilmişdir. (təqsirləndirilən şəxsin həbsdə olduğu dövrdə) Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(001)-1366/2022 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli həmin tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 2 gün müddətinə şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi hazırkı cinayət əməlini onun barəsində Abşeron Rayon Məhkəməsinin hökmü çıxarılmazdan əvvəl törətdiyindən ona CM-nin 66.5-ci maddəsinə əsasən, yəni Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)-158/2023 saylı hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 əvvəlki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək tutulduğu 2 gün, hazırkı cinayət işi ilə bağlı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, habelə xx.xx.2022-ci il tarixdən hazırkı tarixədək həbsdə qaldığı 9 ay 7 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdılmasının iki gününə, yəni 1 il 6 ay 22 günə bərabər hesablanıb ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddəti ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzası cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması təyin ediləcəyindən və həmin cəzanı yaşayış yeri üzrə çəkməli olduğundan barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclası zalından azad edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər X9, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən cinayət hadisəsi nəticəsində vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər X9, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 2,8x0,8 metr ölçüdə, açıq-qəhvəyi rəngli, naxışlı xalça, 01 ədəd 2019-cu il Özbəkistan istehsalı olan «Shivaki» markalı, «32SH90G» model, qara rəngli televizorun Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş 01 ədəd «LG» markalı, 7 kq tutumu olan, boz rəngli paltaryuyan, 01 ədəd istifadə olunmuş, kiçik ölçülü, üzərində markalanma göstəricisi olmayan drel, 01 ədəd istifadə olunmuş, üzərində «SAKTEC CF-1655C» yazıları olan elektrik mişarı, 01 ədəd istifadə olunmuş, Çin istehsalı, üzərində «YOVLET 860, 115mm» yazıları olan laqonda, 01 ədəd istifadə olmamış, üzərində «SKOM, SK-PC12, 10A, 220-240V, 50/60 HZ» yazıları olan hidrofor, 03 ədəd istifadə olmamış, üzərində «AULMO S6093 (GOLD) yazıları olan 2-li elektrik yuvası, 02 ədəd istifadə olmamış, üzərində «AULMO S6118/1 16A (GOLD) yazıları olan 1-li elektrik yuvası, 01 ədəd istfiadə olmamış, üzərində «Schmeler» yazıları olan gümüşü rəngli, 1-li elektrik yuvası, 2-li elektrik açarı hökm qanuni qüvvəsinə mindikdən sonra sahiblərinə qaytarılmalıdır. Müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən təqdim edilmiş hesabatlara əsasən Müdafiəçi1 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə cəmi 45 (qırx beş) saat və Müdafiəçi2 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə cəmi 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 müdafiəsinə ümumilikdə 45 (qırx beş) saat və Müdafiəçi2 oğlu Təqsirləndirilən şəxs2 müdafiəsinə ümumilikdə 45(qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270(iki yüz yetmiş) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 4(dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-84/2023 nömrəli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən 02 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla X7 qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 1(001)72/2022 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 01 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 07 (yeddi) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 3 (üç) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq ona təyin edilən 3 (üç) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 3(üç) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)- 158/2023 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökm ilə təyin edilən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il müddətinə azadlğın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək tutulduğu 2 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət və xx.xx.2022-ci il tarixdən hazırkı tarixədək həbsdə saxlandığı 9 (doqquz) ay 7 (yeddi) gün 01 (bir) günə 02 (iki) gün hesablanmaqla 1 (bir) il 6 (altı) ay 22 (iyirmi iki) gün ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 1(bir) il 5 (beş) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 oğlunun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2na azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə daimi yaşayış yerini gecə saat 22:00-dan səhər saat 09:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün Təqsirləndirilən şəxs2 aid hissədə icrasına nəzarət onun yaşayış yeri üzrə Masallı rayon Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri dərhal ləğv edilsin və məhkəmə zalından buraxılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 2,8x0,8 metr ölçüdə, açıq-qəhvəyi rəngli, naxışlı xalça, 01 ədəd 2019-cu il Özbəkistan istehsalı olan «Shivaki» markalı, «32SH90G» model, qara rəngli televizorun Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd «LG» markalı, 7 kq tutumu olan, boz rəngli paltaryuyan, 01 ədəd istifadə olunmuş, kiçik ölçülü, üzərində markalanma göstəricisi olmayan drel, 01 ədəd istifadə olunmuş, üzərində «SAKTEC CF-1655C» yazıları olan elektrik mişarı, 01 ədəd istifadə olunmuş, Çin istehsalı, üzərində «YOVLET 860, 115mm» yazıları olan laqonda, 01 ədəd istifadə olmamış, üzərində «SKOM, SK-PC12, 10A, 220-240V, 50/60 HZ» yazıları olan hidrofor, 03 ədəd istifadə olmamış, üzərində «AULMO S6093 (GOLD) yazıları olan 2-li elektrik yuvası, 02 ədəd istifadə olmamış, üzərində «AULMO S6118/1 16A (GOLD) yazıları olan 1-li elektrik yuvası, 01 ədəd istfiadə olmamış, üzərində «Schmeler» yazıları olan gümüşü rəngli, 1-li elektrik yuvası, 2-li elektrik açarı hökm qanuni qüvvəsinə mindkdən sonra sahiblərinə qaytarılsın. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərdiyi cəmi 45(qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri Binəqdi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi cəmi 45(qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri Binəqdi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmün icrası (azadlıqdan məhrum etmə ilə əlaqədar) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə).

Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar