Məhkəmə qərarları › İş №1(001)-293/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-293/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-293/2025 07.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yataqxanasının 308 saylı otağında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Təqsirləndirilən şəxs, yaşayış sahəsinə və binaya qanunsuz daxil olmaqla özgənin əmlakını xeyli miqdarda gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir.

2. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, evin qaraj hissəsindən 1100 manat dəyərində 1 ədəd yeni vəziyyətdə RT 35CG5000WW seriyalı, gümüşü rəngli “Samsung” markalı soyuducunu, 390 manat dəyərində 1 ədəd yeni vəziyyətdə “Midea Mİ 9250 BX” markalı mikrodalğalı sobanı, 1300 manat dəyərində 1 ədəd yeni vəziyyətdə “Samsung WW10T654TCLX/LP” markalı paltaryuyanı, 950 manat dəyərində 1 ədəd yeni vəziyyətdə “BOSH SMV46JX10Q” markalı qabyuyanı, 890 manat dəyərində 1 ədəd yeni vəziyyətdə HBJ558YS0Q seriyalı, “BOSH” markalı elektrik sobanı, 1200 manat dəyərində 1 ədəd yeni vəziyyətdə “PCR9A5B90M” markalı qaz sobasını və 1700 manat dəyərində 1 ədəd istifadə olmuş “LG GR-B267JQYL” markalı soyuducunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 7530 (yeddi min beş yüz otuz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir.

3. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 05 radələrində Zərərçəkmiş şəxs3 ünvan 4 ünvanının qarşısında park etdiyi özünə məxsus «İnfiniti» markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini üzərində gəzdirdiyi istintaqla müəyyən edilməmiş çəkiclə sındıraraq, avtomobilin qabaq sərnişin oturacağının üzərindən içərisində dəyəri 140 manat təşkil edən 1 ədəd istifadə olmuş “İphone 7” markalı “A1778” model mobil telefon, dəyəri 50 manat təşkil edən 1 ədəd istifadə olmuş, üzərində “398Mah, EMG 3165, a1938” yazıları olan qulaqcıq (airpods) və 5 manat məbləğində nağd pul olan dəyəri 15 manat təşkil edən istifadə olmuş, qara rəngli, zəncirbəndlə açılıb-bağlanan, tutacaq hissəsi sökülmüş vəziyyətdə olan çantanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 210 (iki yüz on) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir.

4. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 06 radələrində İran İslam Respublikasının vətəndaşı olan X4 icarə əsasında işlətdiyi ünvan 5 ünvanında xidməti məqsəd üçün nəzərdə tutulmuş binanın, yəni işlək olmayan mağazanın plastik materialdan olan qapısını güc tətbiq etmək yolu ilə açmaqla, binaya qanunsuz daxil olaraq oradan hər bir ədədinin dəyəri 35 manat təşkil edən cəmi 210 manat dəyərində 6 ədəd yeni vəziyyətdə, üzərində “BOSH **********” yazıları olan hava datçiklərini və hər bir ədədinin dəyəri 57 manat təşkil edən, 456 manat dəyərində 8 ədəd 4 litr tutumlu “Total 10-40” markalı avtomobil mühərrik yağlarını gizli olaraq talayıb, zərərçəkmiş şəxs X5 ümumilikdə 666 (altı yüz altmış altı) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclas zalında proses iştirakçılarının verdikləri ifadələr:

5. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ehtiyyacı olduğu üçün oğurluq etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmşdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, oğurladığı əşyaların bir qismini bölməyə təhvil vermişdir. Paltaryuyanı kreditə götürüb, pula ehtiyacı olması adı ilə satmışdır. Həmçinin soyuducu, paltaryuyan və qaz sobasını da satmışdır. Tutulandan sonra onlar geri qaytarılmışdır. Həmin əşyaları satdığı şəxslərə yalan danışaraq, pula ahtiyacı olduğu üçün kreditə aldığı əşyaları satdığını bəhanə etmişdir. Taqhavi Seyedə münasibətdə bəzi yağları satmış, geri qaytarmamışdır. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır:

6. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, səhər saat 11 radələrində mağazanı açmağa gedəndə görmüdşür ki, mağazanın qapısı sındırılmışdır. Ondan sonra mağazadan oğurluq olduğunu bilmiş və polisə məlumat vermişdir. Daha sonra polis əməkdaşlarının iştirakı ilə mağazaya daxil olduqda görmüşdür ki, həqiqətən də mağazadan oğurluq edilmişdir. Belə ki, qapı, dəmir barmaqlıqların qıfılları sındırılmış, kamera aparatının seyfi sındırılaraq, kamera aparatı aparılmışdır. Bundan başqa maqnitofon və əl telefonunun olmadığını görmüşdür. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, ümumilikdə ona 2000 manata yaxın ziyan vurulmuşdur. İstintaq dövründə ona yalnız hava datçikləri qaytarılmış, digər əşyalar isə geri qaytarılmamışdır.

7. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, oğurluq hadisəsi onun Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən boş evindən olmuşdur. Həmin evdə təmir işləri getdiyindən orada yaşamamışdır. Həmin evə usta göndərmiş, usta da ona evdən oğurluq hadisəsinin olduğunu demişdir. O da evə gedib, baxanda evin qapılarının sındırılaraq açıldığını görmüşdür. Evdən qaz piltəsi, aspirator və 2 soyuducu oğurlanmışdır. Bütün əşyalar qaytarılmışdır. Lakin Samsung markalı soyuducu qaytarılmamışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, ümumilikdə ona 7054 manat məbləğində ziyan dəymişdir. 1 ədəd gümüşü rəngli Samsung markalı soyuducu, 1 ədəd mikrodalğalı soba, 1 ədəd Samsunq markalı paltaryuyan, 1 ədəd Boch markalı qabyuyan, 1 ədəd Bosch markalı elektrik sobası, 1 ədəd qaz sobası və 1 ədəd də LG markalı soyuducu oğurlanmışdır. Samsung markalı 2 qapılı soyuducu geri qaytarılmamışdır. Dəyəri isə təxminən 2400 manat olmuşdur. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir.

8. Məhkəmə iclasına çağırılmış Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etməməsi, eləcə də tərəfindən verilmiş ərizə nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur.

9. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs ona bir ədəd soyuducu satmışdır. Dediyinə görə nənəsigildən gətirmiş və ehtiyacı olduğu üçün satır. O da inanıb soyuducunu almışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, soyuducunu təxminən 200-230 manata almışdır. Soyuducunu istintaqa geri qaytarmışdır. Soyuducunu məhəllədə satarkən almışdır. Şəxsi əvvəllər tanımamışdır.

10. Məhkəmə iclasına çağırılmış şahid şəxs Şahid1 Müxbir oğlunun məhkəmə iclasında iştirak etməməsi, eləcə də tərəfindən verilmiş teleqram nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

11. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır.

12. Götürmə aparılması və baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus İnfinity markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan və Binəqədi rayonu, K.Rəhimov küçəsində yerləşən Avto Hissələr mağazasından oğurlayaraq Binəqədi rayonu, Dərnəgül 3 saylı Yataqxananın 302 nömrəli mənzilində saxladığı 1 ədəd ağ rəngli qulaqcıq, 1 ədəd İphone 7 markalı mobil telefon, 1 ədəd qara rəngli əl çantası və üzərində Bosch yazısı olan içərisində ehtiyyat hissələri olan 6 ədəd qutu qablaşdırılaraq götürülmüdşür.

13. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.

14. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və əlavə edilmiş fotoşəkildən görünür ki, X6 06 ədəd “Bosh” markalı hava datçiklərini nəzərdən keçirib, əşyaların özünə məxsus olduğunu və həmin əşyaların ünvan 5 ünvanında yerləşən mağazadan oğurlandığını bildirmişdir.

15. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X6 6 ədəd “Bosh” markalı hava tənzimləyici ehtiyyat hissələrini nəzərdən keçirib, əşyaların özünə məxsus olduğunu və həmin əşyaların ünvan 5 ünvanında yerləşən mağazadan oğurlandığını bildirmişdir.

16. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 1 ədəd “İphone 7” markalı mobil telefonu, 1 ədəd qulaqcığı və 1 ədəd əl çantasını nəzərdən keçirib, əşyaların özünə məxsus olduğunu və həmin əşyaların ünvan 6 ünvanın qarşısında park etdiyi “İnfinity” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan oğurlandığını bildirmişdir.

17. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.

18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 575/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 03 avqust 2024-cü il tarixdən hesablanmışdır.

19. Cinayət işlərinin bir icraatda birləşdirilməsi və ictimai təhlükəli əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilərək, istintaq ********* nömrəsi altında davam etdirilmiş, əməl CM-in 177.2.2 və 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir.

20. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır.

21. Götürmə aparılması və baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 Müxbir oğlunun təqdim etdiyi bir ədəd “Bosch” markalı elektrik sobaya baxış keçirirəkən, həmin sobanın HBJ558YS0Q seriyalı olduğu müəyyən olunmuşdur, götürmə və baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirdi ki, bir ədəd “Bosch” markalı, elektrik sobanı xarici əlamətlərinə görə tanıdı və həmin əşya özünə məxsus ünvan 3 ünvanında yerləşən qarajdan oğurlanmışdır.

22. Götürmə aparılması və baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi bir ədəd “Samsung” markalı, soyuducuya baxış keçirirəkən, həmin soyuducunun “RT 35CG5000 WWW” seriyalı olduğu müəyyən olunmuşdur, götürmə və baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirdi ki, bir ədəd “Samsung” markalı soyuducunu xarici əlamətlərinə görə tanıdı və həmin əşya özünə məxsus ünvan 3 ünvanında yerləşən qarajdan oğurlanmışdır.

23. Könüllü təqdim etmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd “Midea Mİ 9250 BX” markalı mikrodalğalı sobanı, 1 ədəd “Samsung” markalı paltaryuyanı, 1 ədəd “Bosch” markalı qabyuyanı və 1 ədəd “PCR9A5B90M” markalı qaz sobasını könüllü olaraq təqdim etmişdir.

24. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.

25. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 1 ədəd “Midea Mİ 9250 BX” markalı mikrodalğalı sobanı, 1 ədəd “Samsung” markalı paltaryuyanı, 1 ədəd “Bosch” markalı qabyuyanı və 1 ədəd “PCR9A5B90M” markalı qaz sobasını nəzərdən keçirib, həmin əşyaları xarici əlamətlərinə görə tanıdığını, əşyaların özünə məxsus olduğunu və əşyaların ünvan 7 ünvanında yerləşən qarajdan oğurlandığını bildirmişdir.

26. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.

27. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və sonuncu saxlanıldığı Nərimanov rayon Polis İdarəsinin MSY-dən azad edilmişdir.

28. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.

29. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəni bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani şəkildə təsvir etmişdir.

30. Bakı şəhəri üzrə Təhsil İdarəsi Rüstəm Əliyev adına 3 nömrəli orta məktəbin 24.06.202-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2010- 2011-ci illərdə Bakı şəhəri Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli məktəbin İX sinifində Azərbaycan dili üzrə təhsil almışdır.

31. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur.

32. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 836/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 yanvar 2025-ci il tarixədək uzadılmışdır.

33. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5458 nömrəli rəyindən görünür ki, 01 ədəd yeni vəziyyətdə RT 35CG5000WW seriyalı, gümüşü rəngli “Samsung” markalı soyuducu – 1100 manat, 01 ədəd yeni vəziyyətdə “Midea Mİ 9250 BX” markalı mikrodalğalı soba – 390 manat, 01 ədəd yeni vəziyyətdə “Samsung” WW10T654TCLX/LP markalı paltaryuyan – 1300 manat, 01 ədəd yeni vəziyyətdə “BOSH SMV46JX10Q” markalı qabyuyan – 950 manat, 01 ədəd yeni vəziyyətdə HBJ558YS0Q seriyalı, “BOSH” markalı elektrik soba – 890 manat, 01 ədəd yeni vəziyyətdə PCR9A5B90M markalı qaz sobası – 1200 manat və 01 ədəd istifadə olmuş “LG GR- B267JQYL” markalı soyuducu – 1700 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza təyin haqqında qərarda göstərilən malların 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7530,00 manat müəyyən edilir.

34. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6588 nömrəli rəyindən görünür ki, 01 ədəd istifadə olmuş “İphone 7” markalı, “A1778” model mobil telefon – 140 manat, 01 ədəd istifadə olmuş, üzərində “398Mah, EMG 3165, a1938” yazıları olan qulaqcıq (airpods) – 50 manat, 01 ədəd istifadə olmuş, qara rəngli, zəncirbəndlə açılıb-bağlanan, tutacaq hissəsi sökülmüş vəziyyətdə olan çanta – 15 manat, 01 ədəd yeni vəziyyətdə, üzərində “BOSH **********” yazıları olan hava datçiki – 35 manat və 4 litr tutumlu “Total 10-40” markalı avtomobil mühərrik yağı – 57 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatına təqdim edilən malların (istifadə olmuş malların yuxarıda qeyd olunan xüsusatları və mobil telefonun komplektləşdirilməsinə aid olan aksesuarlarının olmaması nəzərə alınmaqla) hadisə baş verən tarixə, yəni 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 472,00 manat müəyyən edilir.

35. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəni bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani şəkildə təsvir etmişdir.

36. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd RT 35CG5000WW seriyalı, gümüşü rəngli “Samsung” markalı soyuducu, 01 ədəd “Midea Mİ 9250 BX” markalı mikrodalğalı soba, 01 ədəd “Samsung” WW10T654TCLX/LP markalı paltaryuyan, 01 ədəd “BOSH SMV46JX10Q” markalı qabyuyan, 01 ədəd HBJ558YS0Q seriyalı “BOSH” markalı elektrik soba, 01 ədəd PCR9A5B90M markalı qaz sobası, 01 ədəd “İphone 7” markalı, “A1778” model mobil telefon, 01 ədəd üzərində “398Mah, EMG 3165, a1938” yazıları olan qulaqcıq (airpods), 01 ədəd qara rəngli, zəncirbəndlə açılıb-bağlanan, tutacaq hissəsi sökülmüş vəziyyətdə olan çanta və 06 ədəd üzərində “BOSH **********” yazıları olan hava datçiki cinayətin predmeti olduğundan, iş üzrə maddi sübut kimi tanınmış, cinayət işinin materialları və maddi sübutlarla tanış olduqdan sonra sahiblərinə qaytarılmışdır.

37. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur.

38. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 1011/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni 23 yanvar 2025-ci il tarixədək uzadılmışdır.

39. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)- 101/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2023-cü tarixdən hesablanmışdır.

40. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Milli Onkologiya Mərkəzinə müraciət etməmiş və qeydiyyatda yoxdur. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:

41. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

42. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

43. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək, həmin sübutlara və müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.

44. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir.

45. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğurluq cinayətini yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrarən, xeyli miqdarda oğurluq əməlini törətmişdir.

46. CM-in 177.1 ci maddəsinə görə oğurluq, yəni özgə əmlakının gizli yolla talama kimi ifadə edilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarına əsasən talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür.

47. Eyni Qərarın 2-ci bəndinə görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti bitmiş hesab edilir.

48. CM-in 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Qərarın 18-ci bəndinə görə təqsirləndirilən şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir.

49. Qərarın izahından da göründüyü kimi Təqsirləndirilən şəxs müxtəlif mülkiyyətçilərdən oğurladığı əşyalar onun əməlində CM-in 177.2.2-ci maddənin tərkib əlamətlərini yaradır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, CM-in 177.2-ci maddəsində “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur. Oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda CM-in 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır.

50. Məhkəmə onun yaşayış sahəsinə daxil olmaqla bu əməli törətməsinə münasibətdə isə qeyd etmək istəyir ki, eyni Plenum Qərarının 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Həmçinin həmin Qərarın 21-ci bəndində göstərilir ki, oğurluq, cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdırlar. Yaşayış sahəsi dedikdə isə, yaşayış və qeyri-yaşayış sahələri də, daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Beləliklə, məhkəmə iclas zalında təqsirləndirilən şəxs tərəfindən verilən ifadəni Plenum Qərarında göstərilən izahla araşdıraraq müəyyən etmişdir ki, o, oğurluq niyyəti ilə yaşayış sahəsi və binaya daxil olmaqla talama cinayətini Zərərçəkmiş şəxs1 Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən yaşayış sahəsinə daxil olmaqla və İran İslam Respublikasının vətəndaşı olan X4 icarə əsasında işlətdiyi ünvan 5 ünvanında olan mağazasına daxil olmaqla həyata keçirmişdir.

51. Əməlin xeyli miqdarda törədilməsinə münasibətdə məhkəmə bildirmək istəyir ki, eyni adlı Plenum qərarının 26-cı bəndində görstərilmişdir ki, oğurluq, cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Həmin qeyd hissəsinə görə isə xeyli miqdar dedikdə talanmış əmlakın ümumi miqdarı müvafiq olaraq beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan dəyərdə olsun və qəsd məhz xeyli miqdar təşkil edən əmlakın ələ keçirilməsinə yönəlməsi təsdiq edilsin. Plenum qərarının 27-ci bəndinin sonuncu abzasında o da göstərilmişdir ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5458 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 yaşayış sahəsindən talanan malların 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7530,00 manat müəyyən edilmişdir.

52. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.

53. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur.

54. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet).

55. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

56. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənməsi və ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlər etməsi (oğurlanmış əşyaları könüllü təqdim etməsi) CM-in 59.1.14-cü maddəsinə və törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

57. Məhkəmə, onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır.

58. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-101/2023 nömrəli hökmü ilə CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2023-cü tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs hazırda baxılan cinayət işi üzrə cinayət əməlini isə 24 may 2024-cü il tarixdə, yəni qeyd olunan cinayət işi üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Lakin bu hal Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini yaratmır. Çünki CM-in 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır.

59. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

60. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.

61. Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməyə görə məhkum olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-101/2023 nömrəli hökmü ilə olan məhkumluğu ödənilmədən və ya götürülmədən hazırda baxılan iş üzrə olan cinayət əməlini törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət əməlini törətməsini, təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyi qənaətindədir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

62. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında təkrarlıq institutu ilə bağlı qeyd etmişdir ki, cinayətin şəxs tərəfindən ardıcıl olaraq törədilməsi ona cinayət törətmə təcrübəsi əldə etməyə imkan verir, onun sonrakı cinayət fəaliyyətini daha təhlükəli edir.

63. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin şərh edilməsinə dair” 2013-cü il 4 mart tarixli Qərarında isə göstərmişdir ki, şəxs tərəfindən cinayətin təkrar törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meyilliliyinə dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir.

64. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, cinayətin təkrar törədilmiş hesab edilməsi üçün təqsirkarın ən azı iki ictimai-təhlükəli əməli törətməsi faktı müəyyən edilməlidir. Bu fakt həmişə təkrarlığın təqsirkar şəxsdə mənfi xüsusiyyətlərin mövcudluğu ilə xarakterizə olunduğunu göstərir. Təkrarlıq ona daxil olan cinayətlərin müxtəlif vaxtlarda törədilməsini ehtiva edir. Təqsirkar şəxsin müxtəlif həyat şəraitində qanuna uyğun davranış qaydasını seçmək imkanının olmasına baxmayaraq, şüurlu olaraq cinayət qanunu ilə qadağan olunmuş davranış qaydasını seçməsi onun yüksək ictimai təhlükəliliyini sübut edir. Bu zaman Konstitusiya Məhkəməsinin Plenumu yekun nəticəyə gələrək belə hesab etmişdir ki, qanunverici Konstitusiya ilə ona verilmiş səlahiyyətdən istifadə edərək ədalət prinsipinin təmin olunması məqsədilə Cinayət Məcəlləsinin 177.2-ci maddəsində göstərilən ağırlaşdırıcı hallarda oğurluğun, o cümlədən təkrar oğurluğun təhlükəlilik dərəcəsini və belə əməlləri törədən şəxslərin ictimai təhlükəliliyini nəzərə alaraq, həmin əməllərə görə daha sərt cinayət məsuliyyəti müəyyən etmişdir.

65. CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

66. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.

67. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 10.3-cü maddəsinin birinci cümləsində göstərilmişdir ki, həbsin cəza sistemində məhbuslar üçün əsas məqsədi islah etmək və sosial baxımdan yenidən tərbiyə etməkdir.

68. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 05 iyun 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməklə saxlanıldığı Bakı şəhəri Nərimanov RPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 03 iyun 2024-cü il tarixdən 05 iyun 2024-cü il tarixədək, yəni 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur.

69. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.

70. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir.

71. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.

72. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdən 05 iyun 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır.

73. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir.

74. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

75. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 03 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-575/2024 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 03 avqust 2024-cü il tarixdən hesablanmış, bundan sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-836/2024 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 03 yanvar 2025-ci il tarixədək, daha sonra isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-1011/2024 nömrəli qərarı ilə isə həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni 23 yanvar 2025-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 03 avqust 2024-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır.

76. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir.

77. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 03 avqust 2024-cü il tarixdən hesablanmalıdır.

78. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

79. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur.

80. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun.

81. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz.

82. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd RT 35CG5000WW seriyalı, gümüşü rəngli “Samsung” markalı soyuducu, 1 (bir) ədəd “Midea Mİ 9250 BX” markalı mikrodalğalı soba, 1 (bir) ədəd “Samsung” WW10T654TCLX/LP markalı paltaryuyan, 1 (bir) ədəd “BOSH SMV46JX10Q” markalı qabyuyan, 1 (bir) ədəd HBJ558YS0Q seriyalı “BOSH” markalı elektrik soba, 1 (bir) ədəd PCR9A5B90M markalı qaz sobası, 1 (bir) ədəd “İphone 7” markalı, “A1778” model mobil telefon, 1 (bir) ədəd üzərində “398Mah, EMG 3165, a1938” yazıları olan qulaqcıq (airpods), 1 (bir) ədəd qara rəngli, zəncirbəndlə açılıb-bağlanan, tutacaq hissəsi sökülmüş vəziyyətdə olan çanta və 6 (altı) ədəd üzərində “BOSH **********” yazıları olan hava datçikinin sahiblərinə qaytarılması nəzərə alınmalıdır.

83. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır.

84. CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmişlərə cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir.

85. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 45 (qırx beş) saat vaxt sərf etmişdir.

86. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

87. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

88. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.

89. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur.

90. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi).

91. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

92. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

93. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdən 05 iyun 2024-cü il tarixədək şübhəli və təqsilrəndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 03 avqust 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd RT 35CG5000WW seriyalı, gümüşü rəngli “Samsung” markalı soyuducu, 1 (bir) ədəd “Midea Mİ 9250 BX” markalı mikrodalğalı soba, 1 (bir) ədəd “Samsung” WW10T654TCLX/LP markalı paltaryuyan, 1 (bir) ədəd “BOSH SMV46JX10Q” markalı qabyuyan, 1 (bir) ədəd HBJ558YS0Q seriyalı “BOSH” markalı elektrik soba, 1 (bir) ədəd PCR9A5B90M markalı qaz sobası, 1 (bir) ədəd “İphone 7” markalı, “A1778” model mobil telefon, 1 (bir) ədəd üzərində “398Mah, EMG 3165, a1938” yazıları olan qulaqcıq (airpods), 1 (bir) ədəd qara rəngli, zəncirbəndlə açılıbbağlanan, tutacaq hissəsi sökülmüş vəziyyətdə olan çanta və 6 (altı) ədəd üzərində “BOSH **********” yazıları olan hava datçikinin sahiblərinə qaytarılması nəzərə alısın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə zərərçəkmişlərə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar