Məhkəmə qərarları › İş №1(001)-294/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-294/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-294/2021 30.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə,

1. xx.xx.1988-ci il tarixdə Ağdam rayonu, Qullar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Ağdam rayonu, Qullar kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PXin Bakı İstintaq Təcridxanasında saxlanılan,

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə,

2. xx.xx.1984-cü il tarixdə Ağcabədi rayonunda doğlumuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə

müəyyən etdi:

1. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 27 fevral 2021-ci il tarixdə saat 03:00 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən etibarnamə əsasında idarə etdiyi VAZ 21013 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X9 icarə əsasında işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolu, DİN BDYPİ-nin yaxınlığında yerləşən «Murad» adlı marketin qarşısına gəlib marketin alüminiumdan olan qapısını özü ilə gətirdiyi təkər açarı ilə fiziki güc tətbiq etməklə açıb birlikdə mağazaya qanunsuz daxil olaraq mağazada quraşdırılmış saxlanc yeri hesab olunan «xxxx» MMC-yə məxsus 1620,39 (min altı yüz iyirmi manat otuz doqquz qəpik) manat dəyərində olan «Terminal OSMP 2M (MEİ 1200) Sp-10» markalı «xxxx» ödəniş terminalını birlikdə mağazadan çıxarıb VAZ 21011 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına yükləyib gizli olaraq taladıqdan sonra Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində olan Masazır kənd qəbiristanlığına gedərək, orada həmin ödəniş terminalını qırıb qanunsuz daxil olub açaraq terminalın içərisindəki kassadan 118 (yüz on səkkiz) ədəd 1 (bir) manatlıq, 33 (otuz üç) ədəd 5 (beş) manatlıq, 16 (on altı) ədəd 10 (on) manatlıq, 23 (iyirmi üç) ədəd 20 (iyirmi) manatlıq, 9 (doqquz) ədəd 50 (əlli) manatlıq, 26 (iyirmi altı) ədəd 100 (yüz) manatlıq, cəmi 225 (iki yüz iyirmi beş) əsginas olmaqla, ümumilikdə 3953 (üç min doqquz yüz əlli üç) manat pulu gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs «xxxx» MMC-yə ümumilikdə 5573,39 (beş min beş yüz yetmiş üç manat otuz doqquz qəpik) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir.

2. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 27 fevral 2021-ci il tarixdə saat 03:00 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi VAZ 21013 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X9 icarə əsasında işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolu, DİN BDYPİ-nin yaxınlığında yerləşən «Murad» adlı marketin qarşısına gəlib marketin alüminiumdan olan qapısını özü ilə gətirdiyi təkər açarı ilə fiziki güc tətbiq etməklə açıb birlikdə mağazaya qanunsuz daxil olaraq mağazada quraşdırılmış saxlanc yeri hesab olunan «xxxx» MMC-yə məxsus 1620,39 (min altı yüz iyirmi manat otuz doqquz qəpik) manat dəyərində olan «Terminal OSMP 2M(MEİ 1200) Sp-10» markalı «xxxx» ödəniş terminalını birlikdə mağazadan çıxarıb VAZ 21011 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına yükləyib gizli olaraq taladıqdan sonra Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində olan Masazır kənd qəbiristanlığına gedərək, orada həmin ödəniş terminalını qırıb qanunsuz daxil olub açaraq terminalın içərisindəki kassadan 118 (yüz on səkkiz) ədəd 1(bir) manatlıq, 33 (otuz üç) ədəd 5 (beş) manatlıq, 16 (on altı) ədəd 10 (on) manatlıq, 23 (iyirmi üç) ədəd 20 (iyirmi) manatlıq, 9 (doqquz) ədəd 50 (əlli) manatlıq, 26 (iyirmi altı) ədəd 100 (yüz) manatlıq, cəmi 225 (iki yüz iyirmi beş) əsginas olmaqla, ümumilikdə 3953 (üç min doqquz yüz əlli üç) manat pulu gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs «xxxx» MMC-yə ümumilikdə 5573,39 (beş min beş yüz yetmiş üç manat otuz doqquz qəpik) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 2010-cu ildən tanımış və aralarında dostluq münasibətləri olmuşdur. 27 fevral 2021-ci ildə gecə saat təxminən 02 radələrində evdən çıxıb Emilin yaşadığı məhəlləyə gəlmiş və sonuncudan siqaret istəmişdir. Emil isə ona siqareti olmadığını deyərək, birlikdə onun idarə etdiyi qara rəngli **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə marketə gedib siqaret almağı təklif etmişdir. Bundan sonra onlar Qəsəbədə bir neçə marketə getmişlər, lakin marketlər bağlı olduğundan Masazır- Binəqədi yolunda siqaret satılan köşk tapıb özləri üçün siqaret almışlar. X3 yolunda marketin içərisində ödəmə aparatının qapıya yaxın qoyulduğunu görmüşlər və aralarında danışaraq həmin ödəmə aparatı oğurlamaq qərarına gəlmişlər. 27.02.2021-ci il saat təxminən 03 radələrində həmin marketin yanına gələrək idarə etdiyi avtomobili həmin marketin qapısının yanına sürmüşdür. Bundan sonra onlar marketin alüminium qapısını avtomobilin təkər açarı ilə sıxıb açmış və Emillə birlikdə marketə girib «xxxx» ödəmə terminalını dartıb yerindən çıxartmışlar. Ödəmə aparatını idarə etdiyi VAZ 21011 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üstünə qoyub Abşeron rayonu, Masazır qəsəbəsindəki qəbiristanlığa gəlmişlər. Orada «xxxx» ödəmə aparatını avtomobildən yerə düşürüb söküb içində olan sandıqçanı çıxarmışlar. Sandıqçada olan təxminən 3900 manat pulu götürüb Emillə yarı bölmüşlər, xxxx» ödəmə aparatı isə qəbiristanlıqda qoyaraq idarə etdiyi avtomobilə oturub yaşadıqları evə gəlmişlər. Oğurladıqları pulun ona düşən hissəsini o, öz ehtiyacı üçün xərcləmişdir. 2021-ci ilin mart ayının əvvəli polis əməkdaşları tərəfindən saxlanılmış və o, törətdiyi cinayət əməlini etiraf etmişdir. Maddi imkanı olmadığı üçün dəymiş zərəri ödəyə bilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 2010-cu ildən tanımış və aralarında dostluq münasibətləri olmuşdur. 27 fevral 2021-ci ildə gecə saat təxminən 02 radələrində yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs1 ona zəng vurub siqaret istəmiş və o, sonuncuya siqareti olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ona çıxıb marketlərdən siqaret almağı təklif eləmiş və onlar birlikdə Məmmədin idarə etdiyi **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəsəbədə açıq olacaq marketlərin birindən siqaret almağa getmişlər. Marketlər bağlı olduğundan yaşadıqları evdən kənar marketlərə getmişlər və Masazır-Binəqədi yolunda siqaret satılan köşk tapıb özləri üçün siqaret almışlar. X3 yolunda marketin içərisində ödəmə aparatının qapıya yaxın qoyulduğunu görmüşlər və aralarında danışaraq həmin ödəmə aparatı oğurlamaq qərarına gəlmişlər. 27.02.2021-ci il saat təxminən 03 radələrində həmin marketin yanına gedərək marketin alüminium qapısını avtomobilin təkər açarı ilə sıxıb açmışlar. Onlar birlikdə marketə girib «xxxx» ödəmə terminalını dartıb yerindən çıxarmış və Məmmədin idarə etdiyi avtomobilin arxa oturacağının üstünə qoyub Abşeron rayonu, Masazır qəsəbəsindəki qəbiristanlığa gəlmişlər. Orada «xxxx» ödəmə aparatını avtomobildən yerə düşürüb söküb içində olan sandıqçanı çıxarmışlar. Sandıqçada olan təxminən 3900 manat pulu götürüb aralarında yarıya bölmüşlər. Bundan sonra «xxxx» ödəmə aparatının bütün hissələrini qəbiristanlıqda qoyaraq yaşadıqları evə getmişlər. Oğurladıqları pulun ona düşən payını öz ehtiyacı üçün xərcləmişdir. 2021-ci ilin mart ayının əvvəli polis əməkdaşları tərəfindən saxlanılmış və o, törətdiyi cinayət əməlini etiraf etmişdir. Maddi imkanı olmadığı üçün dəymiş zərəri ödəyə bilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CMin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 21 yanvar 2021-ci il tarixdən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Albert Aqarunov 7A ünvanında fəaliyyət göstərən “xxxx” MMCdə təhlükəsizlik şöbəsinin meneceri vəzifəsində işləyir. 27.02.2021-ci il tarixdə 09 radələrində işlədiyi şirkətə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolu, DİN BDYPİ-nin yaxınlığında yerləşən «Murad» adlı marketdə quraşdırılmış «İD-1312» nömrəli «xxxx» ödəmə terminalının oğurlanması barədə məlumat verilmişdir. Təhlükəsizlik xidmətinin işçisi kimi dərhal deyilən ünvana getmiş və orada «İD-1312» nömrəli «xxxx» ödəmə terminalının oğurlandığı təsdiqini tapmışdır. Daha sonra Şirkətin inkassator şöbəsində aparılan araşdırmadan sonra məlum olmuşdur ki, 27.02.2021-ci il tarixdə oğurlanan «İD-1312» nömrəli «xxxx» ödəmə terminalından ümumilikdə 3953(üç min doqquz yüz əlli üç) manat pul oğurlanıb. Səhəri gün ona məlum olmuş ki, oğurlanmış «İD-1312» nömrəli ödəniş terminalı sındırılmış və pul əsginaslarının götürülmüş vəziyyətdə Abşeron rayonu, Xocasən qəbiristanlığında aşkar edilmişdir. Hazırkı vaxtadək təqsirləndirilən şəxslər tərəfindən cəmiyyətə dəymiş ziyan ödənilmədiyindən onlardan şikayətçidirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01.03.2021-ci il tarixli qərardan görünür ki, 27.02.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolu, DİN BDYPİ-nin yaxınlığında yerləşən «Murad» adlı mağazadan «xxxx» ödəniş terminalının oğurlanmasına dair toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 27.02.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 27 fevral 2021-ci il tarixdə olan oğurluq hadisəsinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolu, DİN BDYPİ-nin yaxınlığında yerləşən «Murad» adlı mağazada baş verməsi müəyyən edilmiş və hadisə yerinə baxış zamanı marketin içərisindən izlər, eləcə də marketin müşahidə kamerası vasitəsilə qeydə alınmış videogörüntülər aşkar edilərək götürülmüşdür. 03.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 03 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 03.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 03 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 04.03.2021-ci il tarixli protokollardan, fotoşəkillərdən və əlavə edilmiş diskdən müəyyən edilmiş ki, mağazanın qarşısında qara rəngli VAZ 21011 markalı avtomobil dayanır, avtomobildən iki nəfər düşür, sürücünün əynində qara rəngli gödəkcə, qara rəngli şalvar, ağ rəngli kapüşon, başında qara rəngli toxuma papaq olan şəxsin, sərnişinin əynində qara rəngli gödəkcə, qara rəngli şalvar, başında qara rəngli toxuma papaq olan digər şəxsin görünür. Həmin şəxslərdən ilk olaraq mağazanın qapısına avtomobilin sürücüsü yaxınlaşır və əlindəki alətlə qapını açmağa çalışır, sonra ona sərnişin yaxınlaşır və onlar birlikdə qapını açıb mağazaya daxil olurlar. Daha sonra mağazadan ödəmə terminalını çıxarıb avtomobilin arxa oturacağına yerləşdirirlər və avtomobilə əyləşib oradan uzaqlaşırlar. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 görüntülərdəki həmin şəxslərin onlar olduqlarını etiraf edirlər. 05.03.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. 05.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. 05.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli, 4(001)-212/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 01 iyun 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 03 mart 2021-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli, 4(001)-214/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 01 iyun 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 03 mart 2021-ci il tarixdən hesablanmışdır. 06.04.2021-ci il tarixli qərardan görünür ki, X4 müraciəti əsasında toplanmış material ********* nömrəli cinayət işinə əlavə edilmişdir. 28.02.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində olan Masazır kənd qəbiristanlığında mərhum X10 və mərhumə X1 qəbirlərin arasındakı piyada yolunda sökülmüş, sındırılaraq üz və alt hissələrinə bölünmüş vəziyyətdə olan «xxxx» ödəmə terminalı, eləcə də həmin terminal üzərində üç ədəd əl-barmaq işi aşkar edilmişdir. 06.03.2021-ci il tarixli Kriminalistik Tədqiqatlar İdarəsinin məktubundan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsindəki qəbiristanlıqda tapılmış «xxxx» ödəmə terminalından götürülmüş əl barmaq izlərinin fraqmentləri yaxım və qarışıq, qırıq-qırıq papilyar xətlər şəklində əks olunduğundan, onların ümumi və xüsusi əlamətləri kifayət qədər əks olunmadığına görə müqayisəli tədqiqat aparılması üçün yararsızdır. 12.04.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Zərdab Rayon Məhkəməsinin 27.12.2016-cı il tarixli, 1(035)- 33/2016 nömrəli hökmü ilə CM-in 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, qəti olaraq 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli 07.08.2016-cı il tarixdən hesablanmışdır. Xətai Rayon Məhkəməsinin 26.03.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 ay, 12 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 05.02.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. 12.04.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmuş, lakin hazırda onun ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. 17.05.2021-ci il tarixli, 3/856 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1-3 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 1-3 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri müqayisəli tədqiqat üçün yararsız olduğundan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 dakiloxəritələrə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərinin tədqiqatı aparılmamışdır. 18.05.2021-ci il tarixli, 9/3022 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “xxxx” MMC tərəfindən tərtib edilmiş 30.04.2021-ci il tarixli “AKT”-a əsasən nəzəri qaydada ekspertiza təyini haqında göstərilən ödəniş terminalı (Terminal OSMP 2M (MEİ 1200) Sp-10) yararsız hala salınmış vəziyyətdə qiymətsiz, zədələnməmişdən əvvəl 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 1620,39 manat müəyyən edilir. 19.05.2021-ci il tarixli qərardan görünür ki, «xxxx» MMC-yə məxsus «xxxx» ödəniş terminalı və VAZ 21013 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmaqla Binəqədi RPİ-nin saxlanc yerində saxlanılmış, X9 icarə əsasında işlətdiyi marketdən oğurluq faktı ilə əlaqədar müşahidə kamerası tərəfindən qeydə alınmış video görüntünün yazıldığı 1 ədəd DVD disk sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. 21.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. 21.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.05.2021-ci il tarixli, 4(001)-511/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 20 gün müddətə uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli, 4(001)-512/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 20 gün müddətə uzadılmışdır. AZE 11238823 və AZE 11238822 nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 12.07.2013-cü il təvəllüdlü X6 və 10.10.2014-cü il təvəllüdlü X5 adlı iki azyaşlı uşağı vardır. AZ-İV 442808 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 03.09.2019-cu il təvəllüdlü X11 adlı bir azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməllərini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Zərdab Rayon Məhkəməsinin 27.12.2016-cı il tarixli, 1(035)-33/2016 nömrəli hökmü ilə CM-in 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, qəti olaraq 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli 07.08.2016-cı il tarixdən hesablanmışdır. Xətai Rayon Məhkəməsinin 26.03.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 ay, 12 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 05.02.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticə hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs1 əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 03 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli, 4(001)-212/2021 nömrəli qərarı ilə barəsində 01 iyun 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 03 mart 2021-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.05.2021-ci il tarixli, 4(001)-511/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 20 gün müddətə uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 03 mart 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 03 mart 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməllərini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 03 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli, 4(001)-214/2021 nömrəli qərarı ilə barəsində 01 iyun 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 03 mart 2021-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli, 4(001)-512/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 20 gün müddətə uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 03 mart 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 03 mart 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan bir ədəd «xxxx» ödəniş terminalı «xxxx» MMC-yə qaytarılmalı, VAZ 21013 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Təqsirləndirilən şəxs1 ailə üzvlərinə təhvil verilməli, eləcə də sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 111,29 (bir yüz on bir manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaitinin 55,65 (əlli beş manat altmış beş qəpik) manatı Təqsirləndirilən şəxs1, qalan 55,65 (əlli beş manat altmış beş qəpik) manatı isə Təqsirləndirilən şəxs2 tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat, digər müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən isə o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 təqsirləndirilən şəxslərin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək onların hüquqlarının müdafiəsinə ümumilikdə 15 (on beş) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş hüquqi şəxs «xxxx» MMC cinayət hadisəsi zamanı vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş hüquqi şəxs «xxxx» MMC-yə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli 03 mart 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlanılma müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli 03 mart 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlanılma müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan bir ədəd «xxxx» ödəniş terminalı «xxxx» MMC-yə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan VAZ 21013 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs1 ailə üzvlərinə təhvil verilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 111,29 (bir yüz on bir manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaitinin 55,65 (əlli beş manat altmış beş qəpik) manatı Təqsirləndirilən şəxs1, qalan 55,65 (əlli beş manat altmış beş qəpik) manatı isə Təqsirləndirilən şəxs2 tutularaq, X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə zərərçəkmiş hüquqi şəxs «xxxx» MMC-yə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar