Məhkəmə qərarları › İş №1(001)-294/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-294/2025

14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-294/2025 14.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxslər, mülki iddiaçılar Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxslərin nümayəndəsi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Nərimankənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Təhsil Nazirliyində yüksək vəzifəli tanışlarının olduğunu bildirərək, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən orta məktəbdə təmir-tikinti işlərinin aparılacağını, həmin işi görməklə yaxşı gəlir əldə edəcəklərinə dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifadə edib, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 sonuncunun tanışı Şahid3 vasitəsilə 2018ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sarı” marketin qarşısında 10000 manat, 1-2 gün sonra həmin marketin qarşısında eyni qaydada 2000 manat pulu alaraq, ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdarda 12000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Təhsil Nazirliyində yüksək vəzifədə işlədiyini bildirərək, ayrı-ayrı şəxsləri işə düzəltmək kimi imkanının olmasına inandırıb, sonuncunun arvadı X7 rayonu ərazisində yerləşən orta məktəblərdən birinə müəllimə kimi işə düzəldəcəyinə dair yalan vəd verərək, aldadıb, etibarından sui-istifadə edərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 2019-cu ilin mart ayında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Şuşa” restoranının yaxınlığında 8700 manat, 2019cu ilin iyun ayında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 178 saylı baxçanın yaxınlığındakı meyvə-tərəvəz dükanında 8500 manat, 2019-cu ilin noyabr ayında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən «Məmmədoğlullar» avtoservis təmiri mərkəzinin yanındakı çayxanada 10000 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs2 ümumilikdə xeyli miqdarda 27200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Təhsil Nazirliyində yüksək vəzifədə işlədiyini bildirərək, ayrı-ayrı şəxsləri işə düzəltmək kimi imkanının olmasına inandırıb, sonuncunun arvadı X14 və ya Qaradağ rayonları ərazisində yerləşən orta məktəblərdən birinə müəllimə kimi işə düzəldəcəyinə dair yalan vəd verərək, aldadıb, etibarından sui-istifadə edərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 2021-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən “Xəzər” kafesində 8000 manat, 2021-ci ilin fevral ayının ortalarında həmin ünvanda 2000 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs3 ümumilikdə xeyli miqdarda 10000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Təhsil Nazirliyində yüksək vəzifədə işlədiyini bildirərək, ayrı-ayrı şəxsləri işə düzəltmək kimi imkanının olmasına inandıraraq, sonuncunun gəlini olan Şahid2 orta məktəbə müəllimə vəzifəsinə işə düzəlməsinə köməklik edəcəyinə dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifa edib, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 15 mart 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti ünvanında quraşdırılmış "xxxx" ATM vasitəsilə sonuncunun onun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid ******************** saylı bank hesab nömrəsinə göndərdiyi 8000 manat, Zərərçəkmiş şəxs4 qohumu Şahid7 Ələskər qızı vasitəsi ilə 1-2 gün sonra Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində 2000 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs4 ümumilikdə xeyli miqdarda 10000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Təhsil Nazirliyində yüksək vəzifədə işlədiyini bildirərək, ayrı-ayrı şəxsləri işə düzəltmək kimi imkanının olmasına inandıraraq, sonuncunun qohumu olan X17 rayonunda yerləşən orta məktəb müəlliməsi vəzifəsindən Sumqayıt şəhərində olan 15 saylı orta məktəbə müəllimə vəzifəsinə keçirəcəyinə dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifa edib, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 30 aprel 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Qız Qalası market” adlı mağazada quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə cinayətdən məlumatsız olan arvadı Şahid12 qızının adına olan "xxxx" ASC-yə aid 4169-7385-6426-9698 nömrəli bank kartına göndərdiyi 500 manat, həmin tarixdə qeyd olunan ünvanda quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə cinayətdən məlumatsız olan tanışı Şahid14 adına olan "xxxx" ASC-yə aid 4169-73**-****-8389 nömrəli bank kartına göndərdiyi 5000 manat, həmin tarixdə qeyd olunan ünvanda quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə tanışı Şahid14 adına olan "xxxx" ASC-yə aid 4169- 73**-****-8389 nömrəli bank kartına göndərdiyi 6110 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs4 ümumilikdə xeyli miqdarda 11610 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Təhsil Nazirliyində yüksək vəzifədə işlədiyini bildirərək, ayrı-ayrı şəxsləri işə düzəltmək kimi imkanının olmasına inandıraraq, sonuncunun oğlu Şahid1 Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təchizat İdarəsində anbar müdir müavini vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifadə edib, Zərərçəkmiş şəxs4 10 may 2022ci il tarixdə Abşeron rayonu Məmmədli kəndində yerləşən “Grandmart” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə cinayətdən məlumatsız olan qardaşı Şahid13 adına olan "xxxx" ASC-yə aid 4169-74**-****-1561 nömrəli bank kartına göndərdiyi 5050 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs4 xeyli miqdarda 5050 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Təhsil Nazirliyində yüksək vəzifədə işlədiyini bildirərək, təqaüdünü bərpa etdirəcəyinə dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifadə edib, Zərərçəkmiş şəxs4 11 may 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Badamlı market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə cinayətdən məlumatsız olan qardaşı Şahid13 adına olan "xxxx" ASC-yə aid 4169-74**-****-1561 nömrəli bank kartına göndərdiyi 1615 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs4 1615 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Təhsil Nazirliyində yüksək vəzifədə işlədiyini bildirərək, ayrı-ayrı şəxslərin semestr imtahanlarının kəsirlərini düzəltmək kimi imkanının olmasına inandıraraq, sonuncunun oğlu Şahid1 qonşusu X1 qohumu X8 təhsil aldığı Azərbaycan Neft-Kimya Universitetində semestr imtahanlarının kəsirlərinin düzəldilməsinə köməklik edəcəyinə dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifadə edib, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 sonuncunun oğlu Şahid1 vasitəsilə 17 may 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən «Sarı market» adlı mağazanın yaxınlığında həmin dövrün Azərbaycan Respublikası məzənnəsi ilə 8500 manat təşkil edən 5000 X13 dollar və 1500 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs4 ümumilikdə xeyli miqdarda 10000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Təhsil Nazirliyində yüksək vəzifədə işlədiyini bildirərək, ayrı-ayrı şəxslərin diplomlarının təsdiq olunmasında köməklik etmək kimi imkanının olmasına inandırıb, sonuncuya Ukrayna Respublikasının “Milli Aviasiya Universiteti” tərəfindən verilmiş ali təhsil haqqında diplomun Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tanınmasına köməklik edəcəyinə dair yalan vədlər verərək, aldadıb, etibarından sui-istifadə edərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 2021-ci ilin oktyabr ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şahid16 Xalid qızının vasitəsilə 4700 manat, Zərərçəkmiş şəxs5 24 fevral 2022-ci il tarixdə Gədəbəy rayonu, H.Əliyev prospektində yerləşən “Fərid market” adlı mağazada quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə cinayətdən məlumatsız olan qardaşı Şahid13 adına olan "xxxx" ASC-yə aid 4169-74**-****- 1561 nömrəli bank kartına göndərdiyi 2040 manat, istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs5 tanışı Şahid15 ünvan 5 ünvanında yerləşən mağazadakı ödəmə terminalı vasitəsilə cinayətdən məlumatsız olan Zərərçəkmiş şəxs2 adına olan 5213********3168 nömrəli bank kartına göndərdiyi 1700 manat, 24 iyun 2022-ci il tarixdə həmin ünvanda yerləşən “Fərid market” adlı mağazada quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə cinayətdən məlumatsız olan arvadı Şahid12 qızının adına olan "xxxx" ASC-yə aid 4169-7385-6426-9698 nömrəli bank kartına göndərdiyi 800 və 200 manat pulları alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs5 ümumilikdə xeyli miqdarda 9440 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 Azərbaycan Respublikası Təhsil Nazirliyində yüksək vəzifədə işlədiyini bildirərək, ayrı-ayrı şəxsləri işə düzəltmək kimi imkanının olmasına inandırıb, sonuncunu Elm və Təhsil Nazirliyinə işə düzəlməsinə köməklik edəcəyinə dair yalan vəd verərək, aldadıb, etibarından sui-istifadə edərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs8 16 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ saray” şadlıq sarayının yanındakı kafedə 2000 manat, 20 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Red Black” çay evinin qarşısında 1000 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs8 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 Azərbaycan Respublikası Təhsil Nazirliyində yüksək vəzifədə işlədiyini bildirərək, ayrı-ayrı şəxsləri istədiyi təhsil müəssisələrinə düzəltmək kimi imkanının olmasına inandıraraq, sonuncunun oğlu Nurlan Quluzadəni Azərbaycan Respublikası Müdafiə Nazirliyinin C.Naxçıvanski adına Hərbi Litseyinə düzəldilməsinə köməklik edəcəyinə dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifadə edib, Zərərçəkmiş şəxs6 2022-ci ilin avqust ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsinin yaxınlığında yerləşən sahilyanı ərazidə 8000 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs6 xeyli miqdarda 8000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 Azərbaycan Respublikası Təhsil Nazirliyində yüksək vəzifədə işlədiyini bildirərək, ayrı-ayrı şəxsləri işə düzəltmək kimi imkanının olmasına inandırıb, sonuncunun arvadı Aliyə Mustafayevanı müəllimə kimi işə düzəldəcəyinə dair yalan vəd verərək, aldadıb, etibarından sui-istifadə edərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs7 23 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə cinayətdən məlumatsız olan arvadı Şahid12 qızının adına olan "xxxx" ASC-yə aid 4169-7385-6426-9698 nömrəli bank kartına göndərdiyi 4000 manat, 28 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Vüsal” şadlıq evinin həyətindəki kafedə Zərərçəkmiş şəxs7 200 manat, 2022-ci ilin oktyabr ayının əvvəllərində və ortalarında Zərərçəkmiş şəxs7 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ordubadi küçəsində yerləşən “Spark market” adlı mağazada quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsilə arvadı Şahid12 qızının adına olan "xxxx" ASC-yə aid 4169-7385-6426-9698 nömrəli bank kartına göndərdiyi 200 və 300 manat pulları alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs7 ümumilikdə 4700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Bahadır oğlu ilə heç bir tanışlığı olmamış, onun Yasinlə tanışlığı olmuş, 8 ilə yaxın bir idarədə işləmişlər. Onun İsmayıl ilə heç bir pul alış-verişim olmamış, Yasinlə iş görmüşdür. Yasin əvvəllər onların şirkətinin nəzdində olan bağçaları, məktəbləri təmir etmişdir. O, Yasinlə şərikli iş görmək məqsədilə görüşmüşdür. Həmçinin bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 pul almamışdır. O, Yasindən iş görmək məqsədilə pul almışdır. Yasin təmir işi görmək üçün 12.000 manat pul qoymağı təklif etmiş, həmin işlə bağlı o, İsmayılla görüşməmişdir. Onun işlədiyi şirkət Təhsil Nazirliyinin nəzdində olan məktəblərdə təmirtikinti işləri görmüş, o, həmin şirkətdə istehsal nəzarətçisi işləmişdir. Onun Yasinlə uzun müddətdir ki, tanışlığı olmuş, sonuncunun evində kirayədə yaşamışdır. Bu söhbət təxminən 2018-ci ildə olmuşdur. Tendərdə qalib gəlməklə bağlı sövdələşmə olmamış, onlar tenderlə təmir üçün məktəb götürməyi düşünmüşlər. Yasin ona pulu öz adından vermiş, o, birlikdə iş görmək üçün Yasindən 12.000 manat pul almışdır. Onun Zərərçəkmiş şəxs2 27.000 min manat borcu olmuş, pulun bir hissəsini qaytarmış, 18.000 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs2la onun arasında iş birliyi olmuş, bundan əlavə o, sonuncudan şəxsi borc almışdır. Bu hadisə 2018-ci ildə olmuş, birinci iş birliyi üçün İranın Təbriz şəhərindən 15 min manat dəyərində lavaş bişirən aparat alıb gətirmişlər, aparat satılmış, pul onda qalmışdır. Aparatı o Qusar rayonunda müqavilə əsasında satmışdır. O, aldığı pulları etiraf edir, lakin həmin pul işi müəllimlərlə bağlı olmamışdır. O, Zərərçəkmiş şəxs3 10.000 min manat almış, 1000 manat qaytarmış, lakin sonuncu izahatlarında bunu göstərməmişdir. O, pulu iş görmək məqsədilə Zərərçəkmiş şəxs3 qohumu Şahid11 əlbəəl almışdır. O, ilk olaraq 8.000 manatı almış, sonra isə 2.000 manatı almış, 1.000 manatı qaytarmışdır. O, pulu Zərərçəkmiş şəxs3 həyat yoldaşını işə götürmək üçün almamışdır. O, 1.000 manat pulu qaytardıqdan sonra 9.000 min manat qalmış, işə düzəltməni Zərərçəkmiş şəxs3 ona təklif etmiş, o, isə adam tapdığı halda kömək edəcəyini demişdir. Onun Zərərçəkmiş şəxs4la heç bir işi olmamış, sonuncunun oğlu Şahid1la iş görmüşdür. O, Gədəbəy rayonunda olarkən Şahid1 ona zəng edib bir nəfər şəxsi müəllim kimi işə düzəltmək üçün 18.000 manat pul aldığını, həmin şəxsi işə düzəltməyi təklif etmişdir. O, rayonda olduğunu dedikdə Pərviz ona kart atmasını demiş, o, dostunun kartını Pərvizə yollamışdır. O, Zərərçəkmiş şəxs4 gəlinini orta məktəbdə müəllimi kimi işə düzəltmək üçün 10.000 manat, 8.000 manat və Binəqədi rayonu, Binəqədi qəsəbəsində 2.000 manat almışdır. X17 rayonunda yerləşən məktəbə müəllim kimi işə düzəltməyi Pərviz təklif etmiş, o da razılaşmışdır. O, bu məqsədlə 11.500 manat pul almışdır. O, Şahid1 invertara müdir vəzifəsinə düzəltmək üçün 5050 manat almışdır. Zərərçəkmiş şəxs4 təqaüdünü bərpa etmək üçün Şahid13 kartından 1615 manat pulu öz kartına köçürmüş, 1400 manatı geri qaytarmışdır. O, Mirzəliyev Sarvanın qohumu X24 Kimya universitetinə düzəltmək üçün pul almamışdır. Pərviz bununla bağlı 14.000 manat pul alacağını, 10.000 manat pulu ona verəcəyini, 4.000 manat pulu isə aralarında böləcəyini demişdir. Lakin bununla bağlı ona pul verilməmişdir. Pul alarkən onun məqsədi həqiqətən həmin şəxsləri işə düzəltmək olmuş, lakin alınmamışdır. O, zərərçəkmiş şəxslərdən aldığı pulları xərcləmişdir. O, Zərərçəkmiş şəxs5 9400 manat pul almış, həmin pulu Ukrayna Respublikasında verilmiş diplomun təsdiqi məqsədilə almışdır. Həmin pul X3 bank kartına göndərilmişdir. O, Zərərçəkmiş şəxs8 da 3.000 manat pulu işə düzəltmək adı almış, lakin iş alınmamış, pulu geri qyatarmamışdır. O, Zərərçəkmiş şəxs6 Həsənağa oğlundan 8.000 manat pulu sonuncunun oğlunun Naxçivanski adına hərbi liseydə imtahanı ilə Goradildə dəniz kənarında almışdır. Həmin iş da alınmamışdır. O, Zərərçəkmiş şəxs7 həyat yoldaşını işə düzəltmək üçün Şahid4 pul almışdır. Şahid4 onun keçmiş müdiri olmuş, 6.000 manat pul alıb, 2.000 manat özünə götürəcəyini demişdir. Ona ibtidai istintaq zamanı təzyiq edildiyinə görə o, almadığı pulları da ifadəsində göstərmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2018-ci ilin dekabr ayında iş yoldaşı Yasin ona məktəb təmiri ilə bağlı iş olduğunu demiş, o, da bu işlə bağlı əvvəl 10.000 manat, sonra isə 2.000 manat pul vermişdir. Yasin ona pulu Təqsirləndirilən şəxs verdiyini demişdir. O, əvvəl Elməddinlə telefonla danışmış, sonra isə görüşmüşdür. Elməddin pulun onda olduğunu, qaytaracağını demişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, pulu verərkən Elməddini tanımamışdır. O, işi Yasinlə birlikdə görmək üçün sonuncuya vermişdir. Ona heç bir məbləğdə ödəniş olunmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs işlətdiyi meyvə tərəvəz dükanında tanımışdır. Təqsirləndirilən şəxs ona Təhsil Nazirliyində işlədiyini demişdir. O, Təqsirləndirilən şəxs həyat yoldaşını 284 nömrəli məktəbə işə düzəltməsi üçün 27.000 manat pul vermiş, bu iş alınmadağına görə həmin pula İrandan aparat gətirmişlər. Təqsirləndirilən şəxs aldığı pula görə ona 2.000 manat qaytarmış, sonradan atası 8.000 manat da qaytarmışdır. Hal-hazırda 18.000 manat borcu qalmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, həyat yoldaşı müəllim işləmək üçün imtahan vermiş, yığdığı bala əsasən Müşfiq qəsəbəsində işləməsi nəzərdə tutulmuşdur. Həmin yer onun yaşadığı yerdən uzaq olduğuna görə məktəbi dəyişmək istəmişdir. Əmisi oğlu Şahid10 qohumu Şahid11 ona tanışı olduğunu demiş, həmin şəxslə danışacağını demişdir. O, bundan sonra Mehman və Elməddinlə kafedə görüşmüşdür. O, Təqsirləndirilən şəxs 10.000 manat pul vermişdir. Şahid11 ona Təqsirləndirilən şəxs Təhsil Nazirliyində işlədiyini demişdir. Təqsirləndirilən şəxs aldığı puldan ona 1.000 manat pul qaytarmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, gəlinin müəllim kimi işə düzəltmək barədə dayısı qızına danışmış, sonuncu belə adam olduğu halda məlumat verəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə o, dayısı qızı ilə birlikdə Biləcəri qəsəbəsində Təqsirləndirilən şəxsla görüşmüşdür. Təqsirləndirilən şəxs pulun dərhal verilməli olduğunu dediyi üçün "xxxx"a gedib Təqsirləndirilən şəxs dediyi hesab 8.000 manat pul göndərmiş, 2.000 manat pulu isə qohumu Şahid7 vasitəsilə vermişdir. Bundan əlavə Təqsirləndirilən şəxs onun qohumunun işədiyi məktəbi dəyişmək adı ilə ondan 11610 manat alaraq ələ keçirimişdir. Həmçinin Təqsirləndirilən şəxs onun oğlunu Təhsil Nazirliyinin Təchizat idarəsində işə düzəltmək adı ilə ondan bak kartı vasitəsilə 5050 manat pul almışdır. Təqsirləndirilən şəxs onun təqaüdünü düzəltmək ondan 1600 manat pul istəmiş, 1000 manat pulu da özünün qoyacağını demişdir. O, da Təqsirləndirilən şəxs bildirdiyi bank kartına 1615 manat pul göndərmişdir. Qeyd edilənlərdən əlavə Təqsirləndirilən şəxs onun qonşusu Sarvan Mirzəyevin imtahan kəslərini düzəltmək üçün ondan ümumilikdə 5000 ABŞ dolları və 1500 manat pul almışdır. Təqsirləndirilən şəxs verdiyi vədlərin heç birini yerinə yetirməmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona Təqsirləndirilən şəxs haqqında dayısı qızı Şahid7 məlumat vermiş, Elməddinin Təhsil Nazirliyinin Təchizat şöbəsinin rəisi vəzifəsində işlədiyini demişdir. Elməddin Bayamov ondan ümumilikdə 38100 manat pul almışdır. Ona Təqsirləndirilən şəxs tərəfindən heç bir məbləğdə ödəniş edilməmişdir. O, Elməddinə birinci dəfə pulu xx.xx.2022-ci il tarixdə gəlinini işə düzəltmək məqsədilə kart vasitəsilə 8.000 və 2.000 manat olmaqla göndərmişdir. Sonuncu dəfə 17 may saat 5:50-də “Sarı” marketin yanında Təqsirləndirilən şəxs 10.000 manat pul vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Elnur adlı dostu vasitəsilə tanımışdır. O, Ukraynada aldığı diplomu tanıtmaq istədiyini Elnura demiş, sonuncu isə tanışı olduğunu, danışıb xəbər edəcəyini bildirmişdir. O, bu işlə bağlı Gəncə şəhərində “Access” bankdan 10.000 manat kredit götürüb ilk olaraq 4700 manatını Bakı şəhərində Elnura vermişdir. Ona bir neçə dəfə də internetdən attestat, şəhadətnamə şəkilləri atılmış və sənədlərinin hazırlandığı bildirilmişdir. Bundan sonra Gədəbəy rayonunda notariusda etibarnamə alıb göndərmişdir. Sonra ona bu işin alınmadığını, məhkəməyə müraciət etməli olduğunu, vəkil tutmalı olduğunu demişlər. Ona Ukraynadan sənədlərin gətirilməsi 1000 ABŞ dolları ödənilməli olduğunu, həmçinin 2000 manat pulun isə vəkilə verilməli olduğunu demişlər. Bu işlə bağlı o, Təqsirləndirilən şəxs ümumilikdə 9440 manat pul vermişdir. O, pulu bankdan götürüb verdiyi üçün borcunun üstünə 2610 manat faiz yığılmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona heç bir məbləğdə ödəniş olunmamışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona 9440 manat maddi ziyan dəymiş, bankdan götürdüyü pulu görə 2610 manat əlavə faiz borcu yığıldığına görə həmin məbləği də mülki iddiada qeyd etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostu Şahid17 sinif yoldaşıdır. Şahid17 ona Təqsirləndirilən şəxs Təhsil Nazirliyində işlədiyini, 3.000 manat pulun müqabilində işə adam düzəldə biləcəyini demişdir. O, bununla bağlı Təqsirləndirilən şəxsla telefonda danışmış, sonuncu onu Təhsil Nazirliyinin Təchizat şöbəsinə işə düzəldə biləcəyini demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla görüşmüş, 2.000 manat və 1.000 manat vermişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona Təhsil Nazirliyinin Təchizat şöbəsinə işə düzəldəcəyi ilə bağlı vəd vermişdir. O, həmin ərəfədə, başqa işdə işləmiş, Elməddin ona işdən çıxıb gözləməsini demişdir. Təqsirləndirilən şəxs ondan iş üçün əvvəlcə 6.000 manat istəmiş, sonra isə 3.000 manata razılaşmışdır. O, Təqsirləndirilən şəxs pulu verərkən yanında başqa heç kim olmamışdır. O, Təqsirləndirilən şəxs pulu Binəqədi rayonu, Biləcəri qəsəbəsində vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona heç bir məbləğdə ödəniş olunmamışdır. Təqsirləndirilən şəxs özünü ona Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, oğlunu hərbi məktəbə düzəltmək üçün əmisinə müraciət etmiş, bir müddət sonra sonuncu ona Təqsirləndirilən şəxs haqqında məlumat vermişdir. O, həmin məsələ ilə bağlı Təqsirləndirilən şəxsla görüşmüş, sonuncu uşağın məktəbə düzəlməsi üçün 8.000 manat pul istəmişdir. O, 8.000 manat pul düzəldib Təqsirləndirilən şəxs vermiş, lakin sonuncu verdiyi vədə əməl etməmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona heç bir məbləğdə pul qaytarmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, həyat yoldaşını məktəbə işə düzəltmək istədiyini dostu Şahid4 demişdir. Bir müddət sonra Şahid4 belə bir adam olduğunu, 6.000 manat pul tələb olunduğunu demişdir. O, bu işlə bağlı 4.700 manat pul vermişdir. O, Elməddini əvvəldən tanımış, Adilin Elməddinlə iş gördüyünü bilməmişdir. O, Adillə birlikdə Elməddinin yaşadığı evinə həyətinə getdikdən sonra pulun Elməddinə verildiyini bilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, ümumilikdə 4.700 manat pulu kart vasitəsilə vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 Yaquf oğlu ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayının 10-da atası və qohumu Nanə ilə birgə Elməddinlə görüşmüşlər. Orada həyat yoldaşını müəssisədə işə düzətməklə bağlı söz vermişlər. Həmin gün pulun mütləq çatmalı olduğunu bildirib 8000 manat pulu Şahid14 kartına köçürmüşlər. Aprel ayının 29-u Həsənin həya yoldaşının iş yerini dəyişməsi ilə bağlı pul köçürmüşlər. O, atasından pul alıb köçürmüşdür. Təqsirləndirilən şəxs onu Təhsil Nazirliyinin Təchizat anbarında müdir müavini vəzifəsinə işə düzəltməklə bağlı vəd vermiş, o, bununla bağlı atasından 5050 manat pul alıb Təqsirləndirilən şəxs dediyi karta köçürmüşdür. Bundan əlavə qonşusu Sarvanın bacısı oğlunun imtahan kəsrlərini düzəltməsi üçün Təqsirləndirilən şəxs 1.0000 manat pul vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində gəstərmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Bir dəfə Təqsirləndirilən şəxs ona iş olduğunu demiş, bunun üçün 10.000 manat pul tələb olunduğunu bildirmişdir. O, bu barədə Zərərçəkmiş şəxs1 bildirmiş, sonuncu razılaşaraq 10.000 manat pulu vermişdir. Sonra isə Təqsirləndirilən şəxs yenidən 2.000 manat pul lazım olduğunu demiş, o, həmin pulu Zərərçəkmiş şəxs1 alıb vermişdir. Bir müddət sonra işin nə yerdə qaldığını soruşmuş, lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməmişdir. İsmayıl pulu ondan tələb edəndə o, Elməddinə verdiyini demişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ona verdiyi pulun Təqsirləndirilən şəxs verdiliyini bilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla birlikdə çayxanada çay içəndə münasibətləri yaranmışdır. Bundan sonra bir neçə dəfə rastlaşmışlar. Təqsirləndirilən şəxs ona Təhsil Nazirliyində işlədiyini demişdir. Sonra onun tanışı Ağaməmmədlə Təqsirləndirilən şəxs münasibəti yaranmış, Ağaməmmədin qardaşı oğlunun hərbi məktəbə düzəlməsi üçün Təqsirləndirilən şəxs onun yanında 8.000 manat pul verilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs öz avtomobili ilə M.Ə.Rəsulzadə qəsəbəsinə aparıb, “Araz” marketin yaxınlığına aparmışdır. Təqsirləndirilən şəxs ona kiminləsə görüşəcəyini demişdir. Oradan da Təqsirləndirilən şəxs Biləcəri qəsəbəsinə aparmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid10 Qamət oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun qohumudur. O, Zərərçəkmiş şəxs3 həyat yoldaşını məktəbə müəllim kimi işə düzəltmək üçün Təqsirləndirilən şəxs pul verməsinin şahidi olmuşdur. Təqsirləndirilən şəxs onların həmkəndlisidir. Onlar Təqsirləndirilən şəxsla görüşüb, danışmış, Zərərçəkmiş şəxs3 həyat yoldaşı İradə Quliyevanı 10.000 manata işə düzəltmək barədə razılığa gəlmişlər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, sonuncu ilə Şahid11 vasitəsilə tanış olmuşdur. Zərərçəkmiş şəxs3 əvvəl pulun yarısını, 1-2 gün sonra isə qalanını vermişdir. O, pulun birinci dəfə verilməsində iştirak etmiş, ikinci dəfə isə iştirak etməmişdir. İş alınmadıqda Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs pulu istəmiş, sonuncu isə verməmişdir. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs pulu Biləcəri qəsəbəsinə yerləşən kafedə vermiş, həmin vaxt üçü olmuşdur. Təqsirləndirilən şəxs İradə Quliyevanı işə düzəltmək sənədləri istəmiş, Zərərçəkmiş şəxs3 həmin sənədləri təqdim etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs ondan kart istəmiş, o, da istifadə edilməyən kartı vermişdir. Təqsirləndirilən şəxs kartı nəyə görə istəməsindən onun məlumatı olmamış, sonradan müstəntiq tərəfindən çağırıldıqdan sonra bilmişdir. O, Gədəbəy rayonunda və Qarabağda işləmiş, qardaşının nə işlə məşğul olduğunu bilməmişdir. O, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 tanımamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o, 2006-cı ildə qəzaya düşdüyü üçün yaddaşında problem var. Təqsirləndirilən şəxs ondan kart istəmiş, o, da vermişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun yaşadığı küçədən bir küçə arxada yerləşən küçədə yaşamışdır. O, Təqsirləndirilən şəxs əmisi oğlu vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs ondan aldığı kartı nə qədər işlətməsini o, xatırlamır. Kart təxminən bir aya yaxın müddətdə Elməddində olmuşdur. Kart Təqsirləndirilən şəxs olduğu müddətdə onun telefonuna kartla bağlı bildiriş gəlməmişdir. Təqsirləndirilən şəxs ona kartı geri qaytarmamış, o, kart istədikdə itidrdiyi demiş, o, da banka gedib yeni kart almışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, Şahid16 onun tanışı olmuş, Mübarizlə isə dost olmuşdur. O, Sevinclə birlikdə olarkən Mübariz zəng edib, onunla işi olduğunu demişdir. Mübariz Ukrayna Respublikasında aldığı diplomu təsdiq etdirmək istədiyini demiş, o, da bu barədə Sevincə danışmışdır. Sevinc Təqsirləndirilən şəxs zəng edib danışmış, sonuncu bu işə 4.700 manata görə biləcəyini demişdir. Bu məqsədlə Mübariz ona 4.700 manat pul vermiş, o, da pulu Sevincə vermişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Sevincə pulu 2021-ci ildə vermişdir. Təqsirləndirilən şəxs Təhsil Nazirliyində işlədiyi üçün diplomun təsdiqinə köməklik etməsi üçün pulu almışdır. Bir müddət sonra iş alınmadığına görə Sevinc onlara Təqsirləndirilən şəxs nömrəsini vermiş, onlar da sonuncu ilə danışmışlar. Təqsirləndirilən şəxs onlara səbirli olmasını, işin düzələcəyini demiş, lakin verdiyi vədə əməl etməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, avtovağzalda avtobus gözləyərkən təsadüfən sinif yoldaşı və həmkəndlisi Təqsirləndirilən şəxsla rastlaşmışdır. Onlar söhbət edib biri-birinə telefon nömrələrini vermişlər. Bir müddət sonra Təqsirləndirilən şəxs ona zəng edib, pul müqabilində işə düzəltməyi təklif etmiş, o, isə maddi imkanı olmadığını bildirib, razılaşmamışdır. O, bununla bağlı qonşu kənddən olan Ceyhuna məlumat vermiş, sonuncu ilə Təqsirləndirilən şəxs özləri danışıb, razılaşmışlar. Məhkəmə iclasına çağırılmış Şahid2, Şahid4, Şahid5, X9, Şahid7, Şahid8, Şahid11 Əlyar oğlu, Şahid12 qızı, Şahid16 Xalid qızı və Şahid18 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, istintaq sonucu nömrə altında davam etdirilmiş, cinayət işi üzrə əməl CM-in 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, istintaq sonucu nömrə altında davam etdirilmiş, cinayət işi üzrə əməl CM-in 178.1-ci maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, istintaq sonucu nömrə altında davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarış qərarı əsasında tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gədəbəy RPŞ-nin MSYdən azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, istintaq sonucu nömrə altında davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs pul verdiyi yeri əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs4 müraciəti əsasında Binəqədi RPİ-nin 6-cı polis bölməsində toplanmış materiallar ********* nömrəli cinayət işinə birləşdirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-825/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığı qətimkan tədbirinin əvvəli 03 avqust 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs8 pul aldığı yeri əyani şəkildə göstərmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlar və anten məlumatları ilə bağlı cinayət işi materiallarına əlavə edilmiş bir ədəd diskə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, diskdə «SMS_Tarixcesi **********4434_703661242»; «SMS_Tarixcesi **********4437_703661242»; «Zenglerin_Detallasmasi **********5832 703661242»; Zenglerin_Mexsusluq_Tarixceleri **********5902 703661242_N AR». Adlı fayllar vardır. Diskdə olan məlumatlar təhlil olunarkən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlar və anten məlumatları ilə bağlı cinayət işi materiallarına əlavə edilmiş bir ədəd diskə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuş ki, diskdə «507725442_SMS»; «507725442-ant22»; «507725442-ant23»; «507725442-k.m.»; «**********42» adlı fayllar vardır. Diskdə olan məlumatlar təhlil olunarkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif vaxtlarda müxtəlif müddətlərdə danışıqların aparılması, həmçinin həmin mobil telefon nömrələri arasında pulun qaytarılması ilə bağlı SMS mübadilələrinin aparılması müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs5 tərəfindən təqdim olunmuş qəbzlərə və çıxarışlara baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Gədəbəy rayonu, H.Əliyev prospektində yerləşən “Fərid market” adlı mağazada quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə “B***G* *Q***” adına olan “416974******1561” saylı bank kartına 24 fevral 2022-ci il tarixdə 2040 manat pul göndərilmişdir. Gədəbəy rayonu, H.Əliyev prospektində yerləşən “Fərid market” adlı mağazada quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə “B*** D*** V*** QİZİ” adına olan “416973******9698” saylı bank kartına 24 iyun 2022-ci il tarixdə 800 manat pul göndərilmişdir. ünvan 5 ünvanında yerləşən mağazadakı ödəmə terminalı vasitəsilə “Zərərçəkmiş şəxs2” adına olan “5213********3168” saylı bank kartına 1700 manat pul göndərilmişdir. Zərərçəkmiş şəxs5 təqdim etdiyi və cinayət işinin materiallarına əlavə olunmuş çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs5 və Təqsirləndirilən şəxs arasında “Vatsapp” mobil tətbiqində müxtəlif vaxtlarda diplomun təsdiqi, pulun göndərilməsi ilə bağlı yazışmalar aparılmış, həmçinin yazışmalarda Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs sonda onu aldatması, ona yalan danışması ilə bağlı mesajlar yazılmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət işi materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs4 tərəfindən təqdim olunmuş qəbzlərə və 01 ədəd vərəqə baxış keçirilmiş və baxış zamanı müəyyən edimişdir ki, Kapitalbank” ASC-yə məxsus bankomatdan “C***İ***S***” adına olan 4***********8389 saylı bank kartına 15 mart 2022-ci il tarixdə 8000 manat pul göndərilmişdir. ünvan 6 ünvanında yerləşən “Araz Kivi market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə “5***********2952” saylı bank kartına 15 mart 2022-ci il tarixdə 2000 manat pul göndərilmişdir. ünvan 7 ünvanında yerləşən “Qız Qalası market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə “B*** G*** Q***” adına olan “416974******1561” saylı bank kartına 30 aprel 2022-ci il tarixdə 500 manat pul göndərilmişdir. Bakı şəhəri. Binəqədi rayonu. Biləcəri qəsəbəsi, C.Məlikaslanov küçəsində quraşdırılmış "MilliÖn” ödəmə terminalı vasitəsilə “C*** İ*** S***” adına olan 416973******8389” saylı bank kartına 30 aprel 2022-ci il tarixdə 5000 manat pul göndərilmişdir. ünvan 8 ünvanında yerləşən “Qız Qalası market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə “C*** İ*** S***” adına olan 416973******8389” saylı bank kartına 30 aprel 2022-ci il tarixdə 6110 manat pul göndərilmişdir. Abşeron rayonu Məmmədli kəndində yerləşən “Grandmart” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə “B*** G*** Q***” adına olan “416974******1561” saylı bank kartına 10 may 2022-ci il tarixdə 5050 manat pul göndərilmişdir. Bakı şəhəri, Binəqədi rayonu. Biləcəri qəsəbəsində yerləşən “Badamlı market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə "B***G***Q***” adına olan “416974******1561” saylı bank kartına 11 may 2022-ci il tarixdə 1615 manat pul göndərilmişdir. Təqdim olunmuş üzərində əlyazmalar olan vərəqdən görünür ki, Bayramov X2 Yaquf Məsim oğlu, X10 və Zərərçəkmiş şəxs7 pul almasını təsdiq etməklə həmin pulları iş düzəltmək üçün alması barədə qeydlər aparmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin materiallarına əlavə olunmuş X11 tərəfindən təqdim olunmuş qəbzə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə “B*** D*** V*** QİZİ” adına olan “416973******9698” saylı bank kartına 23 sentyabr 2022-ci il tarixdə 4000 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 təqdim etdiyi 03 ədəd ödəmə qəbzi, “WhatsApp” mobil tətbiqi ilə aparılmış yazışmalar olan çıxarışlar, Zərərçəkmiş şəxs4 təqdim etdiyi 07 ədəd ödəmə qəbzi, 01 ədəd üzərində əlyazmalar olan vərəq, Zərərçəkmiş şəxs7 təqdim etdiyi 01 ədəd ödəmə qəbzi, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş üzərində əlyazmalar olan 01 ədəd vərəq maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-294/2025 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, Zərərçəkmiş şəxs5 mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-294/2025 nömrəli qərarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı vurulmuş ziyanın ödənilməsinə dair mülki iddia ərizələri məhkəmənin icraatına qəbul edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-294/2025 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, Zərərçəkmiş şəxs2 mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. AZE № 18240663, AZE № 18242157 və AA4192158 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində X4, X5 və X12 adlı üç azyaşlı uşağı var. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə axtarış qərarı əsasında şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlanıldığı Gədəbəy RPŞ-nin MSY-dən azad edilmişdir. Bundan əlavə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-825/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığı qətimkan tədbirinin əvvəli 03 avqust 2023-cü il tarixdən hesablanmış, 03 noyabr 2023-cü il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 28 iyul 2023-cü il tarixdən 30 iyul 2023-cü il tarixədək 02 gün müddətinə şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuş, 03 avqust 2023-cü il tarixdən 03 noyabr 2023-cü il tarixədək 03 ay müddətinə ev dustaqlığında saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 28 iyul 2023-cü il tarixdən 30 iyul 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün və 03 avqust 2023-cü il tarixdən 03 noyabr 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 3 (üç) ay, cəmi 3 (üç) ay 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 14 mart 2025-ci il tarixdən hesablanmalıdır. Bununla yanaşı, iş üzrə zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş mülki iddialarına dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş dələduzluq hadisəsi nəticəsində dəymiş maddi ziyanın mülki cavabdehdən tutularaq mülki iddiaçılara ödənilməsini qanuni və əsaslı hesab edir. CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər. CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, Zərərçəkmiş şəxs5 tərəfndən təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 mülki iddiasının qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 mülki iddia ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs verdiyi 9.400 manat pul vəsaitini bankdan kredit götürmüş, həmin məbləğə görə əsas və faiz borcu ilə birlikdə 12.010 manat pul vəsaiti qaytarmış, həmçinin mülki iddianın verilməsinə 128 manat ödəmişdir. Odur ki, Təqsirləndirilən şəxs 12.138 manat pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 mülki iddia ərizəsində qeyd etdiyi məbləğlə bağlı məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı və məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs5 9.440 manat maddi ziyan dəydiyi öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs5 9.440 manat pul vəsaitini Təqsirləndirilən şəxs bankdan götürdüyü məbləğ hesabına ödəməsi sübuta yetirilməmiş, həmçinin bankdan əldə edilmiş vəsaitə görə faiz borcların ödənilməsi təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərər kimi hesablana bilməz. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs5 oğlunun mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş maddi ziyanın ödənilməsinə dair iddiası qismən təmin edilməli, cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs5 9.440 (doqquz min dörd yüz qırx) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128 (bir yüz iyirmi səkkiz) manat olmaqla, cəmi 9.568 (doqquz min beş yüz altmış səkkiz) manat pul vəsaiti mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ödənilməli, mülki iddiaçılar Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş maddi ziyanın ödənilməsinə dair iddiaları təmin edilməli, Zərərçəkmiş şəxs4 cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 38.100 (otuz səkkiz min yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 205 (iki yüz beş) manat olmaqla, cəmi 38.305 (otuz səkkiz min üç yüz beş) manat, Zərərçəkmiş şəxs1 cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 12.000 (on iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128 (bir yüz iyirmi səkkiz) manat olmaqla, cəmi 12.128 (on iki min bir yüz iyirmi səkkiz) manat , Zərərçəkmiş şəxs3 cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 10.000 (on min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 10.120 (on min bir yüz iyirmi) manat və Zərərçəkmiş şəxs2 cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 18.000 (on səkkiz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 (bir yüz qırx dörd) manat olmaqla, cəmi 18.144 (on səkkiz min bir yüz qırx dörd) manat pul vəsaiti mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 70 (yetmiş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 (yetmiş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 iyul 2023-cü il tarixdən 30 iyul 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, 03 avqust 2023-cü il tarixdən 03 noyabr 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 3 (üç) ay müddət, cəmi 3 (üç) ay 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 14 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs5 təqdim etdiyi 03 ədəd ödəmə qəbzi, “WhatsApp” mobil tətbiqi ilə aparılmış yazışmalar olan çıxarışlar, Zərərçəkmiş şəxs4 təqdim etdiyi 07 ədəd ödəmə qəbzi, 01 ədəd üzərində əlyazmalar olan vərəq, Zərərçəkmiş şəxs7 təqdim etdiyi 01 ədəd ödəmə qəbzi, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş üzərində əlyazmalar olan 01 ədəd vərəq cinayət işinin materiallarında saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs5 oğlunun mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş maddi ziyanın ödənilməsinə dair iddiası qismən təmin edilsin və cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs5 9.440 (doqquz min dörd yüz qırx) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128 (bir yüz iyirmi səkkiz) manat olmaqla, cəmi 9.568 (doqquz min beş yüz altmış səkkiz) manat pul vəsaiti mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ödənilsin. Mülki iddiaçılar Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş maddi ziyanın ödənilməsinə dair iddiaları təmin edilsin və Zərərçəkmiş şəxs4 cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 38.100 (otuz səkkiz min bir yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 205 (iki yüz beş) manat olmaqla, cəmi 38.305 (otuz səkkiz min üç yüz beş) manat, Zərərçəkmiş şəxs1 cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 12.000 (on iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128 (bir yüz iyirmi səkkiz) manat olmaqla, cəmi 12.128 (on iki min bir yüz iyirmi səkkiz) manat, Zərərçəkmiş şəxs3 cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 10.000 (on min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 10.120 (on min bir yüz iyirmi) manat və Zərərçəkmiş şəxs2 cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 18.000 (on səkkiz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 (bir yüz qırx dörd) manat olmaqla, cəmi 18.144 (on səkkiz min bir yüz qırx dörd) manat pul vəsaiti mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar