Məhkəmə qərarları › İş №1(001)-295/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-295/2021

09.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-295/2021 09.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun, xx.xx.1980-ci ildə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Tülü kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs 19 yanvar 2020-ci il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi evin qarşısında Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz C-180” markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından və açarın salonda olmasından istifadə edib sükan arxasına oturub avtomobilin mühərrikini işə salıb avtomobili talamaq məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək idarə edib həmin yerdən uzaqlaşmaqla qaçırmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2018-ci il tarixdən Rusiya Federasiyası Moskva şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. 18.01.2020-ci il tarixdə Moskva şəhərində iş olmadığına görə Azərbaycana Respublikasına geri qayıtmışdır. Bakı şəhəri Beynəlxalq avtovağzala gəlmış, yaşadığı Balakən rayonuna getmək üçün sərnişin avtobuslarına yaxınlaşmış, Balakən rayonuna getmək üçün ondan gediş haqqı olaraq 10 manat pul istəmişlər, həmin vaxtı cibində pulunun olmadığına görə avtovağzalda gecələmişdir. 19 yanvar 2020-ci il tarixdə saat 08:30 radələrində Balakən rayonuna getmək məqsədi ilə, yol pulu tapmaq üçün avtovağzaldan çıxmış və yaxınlıqda olan Motodrom yaşayış masivinə gəlmişdir. Ətrafda olan evlərin sahiblərinə yaxınlaşaraq rayona getməsi üçün yol pulunun olmadığından, gündəlik iş axtardığını söyləyərək ona köməklik etmələrini xahiş etmişdir. Lakin həmin şəxslərin heç biri ona köməklik etməmişlər. Bir qədər irəlilədikdən sonra yolun kənarında boz rəngli “Mercedes” markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan pəncərəsindən salonuna baxmış və avtomobilin açarının üzərində olduğunu görmüşdür. Bu səbəbdən avtomobilin qapısını açaraq, salona əyləşmişdir. Dərhal avtomobilin mühərikini işə salaraq hərəkətə başlamışdır. Təxminən 50 metr irələdikdən sonra idarə etməni itirərək avtomobili yolun kənarında palçığa salmış və həmin palçığdan çıxara bilməmişdir. Yaxınlığda olan evin birinin qapısını döyərək özünə məxsus avtomobilin palçığa batdığını və çıxarması üçün ona lapatka və yaxud bel vermələrini xahiş etmişdir. Əvvələr tanımadığı daha sonra adını öyrəndiyi Nəriman adlı şəxs lapatkanı ona vermişdir. Avtomobilin təkərinin altında olan palçığı təmizləməyə çalışmış, lakin mümkün olmamışdır. Həmin vaxtı əynində olan paltar kirlənmişdir. Paltarlarını təmizləmək üçün yenidən Şahid evinə getmiş, lakin bu dəfə həmin şəxs onun əməllərindən şübhlənərək avttomobilin yanına aparmışdır. Şahid avtomobilə baxdıqdan sonra sözü gedən avtomobilin ona məxsus olmadığını və nə baş verdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs baş vermiş hadisəni ona danışmışdır. Şahid onu avtomobilin sahibinin evinə aparmışdır. “Mercedes” markalı 90-KM238 nömrəli avtomobilin sahibi əvvələr tanımadığı Zərərçəkmiş şəxs evdən çıxmış və ona məxsus avtomobilimi icazəsiz götürüb sürdüyünə görə əsəbləşmişdir. Daha sonra DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs hal-hazırda, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını nəzərə alaraq, barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Yəhyabala oğlunun elan olunmuş ifadəsinə əsasən məlum olmuşdur ki, 2011-ci il tarixdə «Mercedes» markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobili almış, həmin tarixdən avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Maddi vəziyyəti ilə əlaqədar, hər gün saat 07.00 radələrində işə gedir, saat 21.00 radələrinə işini sonlandırıb evinə gəlir. 18 yanvar 2020-ci il tarixdə saat 21:00 radələrində yaşadığı evin yaxınlığında olan mağazadan bazarlıq etmiş və ərzaq mallarını avtomobilin arxa yük hissəsinə yerləşdirmişdir. Saat 21:15 radələrində yaşadığı fərdi tikili evin qarşısında avtomobili saxlayaraq düşmüş və yük yerindən aldığı ərzaq mallarını götürərək evinə getmişdir. Avtomobilinin salonundan düşərkən, avtomobilin açarını üzərində unutmuşdur. 19 yanvar 2020-ci il tarixdə saat 08:00 radələrində işə getmək üçün evdən çıxarkən avtomobilin açarının gödəkçəsinin cibində olmadığını aşkar etmişdir. Evdən çıxmış və avtomobilinin saxladığı yerdə aşkar etməmişdir. Bu zaman qonşuluğunda yaşayan Nəriman adlı şəxs ona yaxınlaşaraq bildirmişdir ki, ona məxsus «Mercdes» markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz olaraq Təqsirləndirilən şəxs idarə edərək 100 metr irəlidə boşluq ərazidə torpağa batırmışdır. Daha sonra həmin şəxsin onun evinə gələrək avtomobili torpaqdan çıxartmaq üçün ondan lapatka istəmiş və həmin şəxsin özünü şübhəli apardığında onunla avtomobilə baxmaq üçün getmişdir. Orada Təqsirləndirilən şəxs yalan danışdığını sözü gedən avtomobilin Zərərçəkmiş şəxs məxsus olduğunu başa düşərək həmin şəxsin qolundan tutaraq onun evinə gətirdiyini bildirmişdir. Şahidlə birlikdə sözü gedən əraziyə getdikdə ona məxsus «Mercedes» markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilinin həqiqətəndə torpaqa batdığını aşkar etmişdir. Həmin vaxt DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə ilə əlaqədar məlumat vermişdir. Məhkəməyə daxil olmuş zərərçəkmiş şəxsin notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən məlum olur ki, Zərərçəkmiş şəxs Yəhyabala oğlu Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid oğlunun elan olunmuş ifadəsinə əsasən məlum olmuşdur ki, 19.01.2020-ci il tarixdə səhər saat 08:30 radələrində əvvələr tanımadığı sonradan adını öyrəndiyi X4 ona məxsus yaşadığı evin ümumi həyətinə gəlmişdir. Təqsirləndirilən şəxs ona özünə məxsus avtomobilin, bir qədər irəlidə palçıqda batdığını və onu çıxartmaq üçün bel və yaxud lapatka lazım olduğu bildirmişdir. Həmin şəxsə yazığı gəldiyinə görə ona avtomobili torpaqdan çıxartmaq üçün lazımlı ləvazımatları vermişdir. Təxminən 5-10 dəqiqə sonra o, yenidən onun evinə gəlmiş və avtomobilini torpaqdan çıxarda bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs əllərini yumaq və paltarını dəyişmək istədiyini söyləmişdir. Təqsirləndirilən şəxs hərəkətlərindən şübhələnərək onun avtomobilinə baxmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxslə birlikdə avtomobilin yanına getmişlər, orada olan zaman həiqətəndə avtomobilin palçığa batdığını görmüşdür. Avtomobilə diqqətlə baxdıqdan sonra sözü gedən avtomobilin qonşuluğunda yaşayan Əsəd adlı şəxsə məxsus olduğunu aşkar etmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs qolundan tutaraq bir qədər irəlidə yaşayan Əsəd Abbasovun evinin qarşısına getmişlər. Zərərçəkmiş şəxs həmin şəxsi tanımadığını və onun icazəsi olmadan avtomobilini qaçırdığını bildirmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsla birlikdə avtomobilin olduğu yerə getmişlər və orada Zərərçəkmiş şəxs özünə məxsus “Mercedes” markalı **- KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin palçığa batırdığını aşkar etmişdir. Əsəd Abbasov DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə ilə əlaqədar məlumat vermişdir. İş materiallarında olan cinayət işi üzrə Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs Yəhyabala oğlu məhkəməyə ünvanladığı notarial qaydada təsdiqlənmiş ərizəsinə əsasən məlum olur ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi və müdafiəçinin çıxışını dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alaraq, habelə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxsnın CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsnın əməli CM-in 185.1-ci maddəsilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinməli, habelə, zərərçəkmiş şəxsin barışıq ərizəsini nəzərə alaraq, cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-nin 185.1-ci maddəsilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək zərər çəkmiş şəxslə barışdığına və zərər çəkmiş şəxsin ondan şikayət və tələbləri olmadığına görə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut – «Mercedes Benz C-180» markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən CM-nin 128 və CPM-nin 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə və vurulmuş ziyanı ödədiyinə görə) Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs oğlu barəsində baxılan iş üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut – «Mercedes Benz C-180» markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar