Məhkəmə qərarları › İş №1(001)-295/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-295/2022

19.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-295/2022 19.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «Yusif Allahverdiyev və patnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, xx.xx.1992-ci il tarixdə Naxçıvan MR-nin Babək rayonu rayonu, Şıxmahmud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Babək rayonu Şıxmahmud kəndində qeydiyyatda olan və yaşamış, hal-hazırda barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən qanunsuz və əvəzsiz ələ keçirmə, yəni dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə bos.az sosial şəbəkədə tanış olduğu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun anası Şahid2 əlaqələrindən istifadə edib 1 700 manat pulun müqabilində təqaüdün ayrılacağını yalandan vəd verib aldadaraq həmin vəsaitin tanışlarının hesabına köçürülməsini bildirdikdən sonra Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə, saat 21:25-də "xxxx" ASC-yə məxsus əvvəlcə ******************** hesab nömrəsinə göndərdiyi 750 manat məbləğində nağd pul vəsaitini, daha sonra vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021ci il tarixdə, saat 20:07-də "xxxx" ASC-yə məxsus eyni hesab nömrəsinə göndərdiyi 750 manat məbləğində nağd pul vəsaitini, eləcə də eyni vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs1 yaşadığı mənzilin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 58a saylı yaşayış binasının qarşısında 200 manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 1 700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldatmaqla guya özünə məxsus parfümeriya mağazalar şəbəkəsinin olduğunu və Zərərçəkmiş şəxs1m da həmin mağazalar şəbəkəsinə gələcəkdə qazanc əldə etmək üçün şərik kimi cəlb edəcəyini yalandan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanın qarşısında sonuncudan 4 000 manat pul alıb ələ keçirməklə zərərçəkmiş şəxs X4 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə sosial şəbəkədə tanış olduğu Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək aldatmaqla 2 050 manat müqabilində uşaq bağçasına tərbiyəçi kimi işə düzəldəcəyini yalan vəd verib aldadaraq xx.xx.2021 -ci il tarixdə, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində, “Azadlıq Prospekti” metrostansiyasının qarşısında sonuncudan 2 000 manat, xx.xx.2021-ci il tarixdə əlavə olaraq həmin işin düzəlməsi üçün vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində, “Azadlıq Prospekti” metrostansiyasının qarşısında 50 manat pulu alıb ələ keçirərək zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 2 050 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldatmaqla onun avtomobil almaq niyyətində olmasını bilib X2 “Toyota Camry” markalı avtomobil gətizdirəcəyinə yalandan vəd verib həmin avtomobil üçün ödəniləcək 4 000 ABŞ dollarından ilkin olaraq bir qisminin ödənilməsini vacib olmasını deyib inandırmaqla 2021 -ci ilin avqust ayının sonlarında ünvan 1 ünvanında yerləşən binanın yanında 1 200 manat pul alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldatmaqla yalandan X2 “Toyota Camry” markalı avtomobil gətirdiyini, həmin avtomobilin gömrüklə bağlı olan xərclərinin ödənilməsi üçün pul lazım olmasını deyib aldadaraq həmin vəsaitin tanışlarının hesabına köçürülməsini bildirdikdən sonra Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə, saat 10:35-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, “Neptun” hipermarketdən "xxxx" ASC-yə məxsus ******************** hesab nömrəsinə göndərdiyi 550 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 şikayətləri ona məlumdur.Belə ki, o, 2021-ci ilin avqust ayında Tap.az saytında Esmira adlı qadının iş axtarmaq məqsədi ilə telefon nömrəsini və özünün barəsində məlumatlar yerləşdirdiyini görüb onun nömrəsi ilə əlaqə saxlamış və qərara gəlmişdir ki, Esmiranı aldadıb ondan pul alsın.Buna görə də ona yalandan müəyyən dövlət təşkilatlarında tanışlarının olmasını və həmin əlaqələri vasitəsilə onu işə düzəldə biləcəyini bildirmişdir.Esmira ilə danışmış, onun təhsili və əvvəllər harada işləyib işləməməsi ilə maraqlanmışdır.Ona yaşayış yeri haqqında, sağlamlıq haqqında arayış gətirməsini təklif etmişdir.Onun məqsədi onu işə düzəldəcəyinə inandırmaq və Esmiradan müəyyən məbləğdə pul almaq olmuşdur.Beləliklə, o, Zərərçəkmiş şəxs2 ilə whatsappda yazışaraq onu Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 210 saylı uşaq bağçasına tərbiyəçi kimi işə düzəldəcəyinə dair yalandan söz vermişdir və bunun üçün 2 min manat pul lazım olduğunu demişdir.Esmira isə onun təklifi ilə razılaşmışdır. Beləliklə, o, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq metrostansiyasının yanında görüşüb ondan 2050 manat pul almışdır.Sonradan polis orqanları ilə problem yaranmaması üçün öz xətti ilə Esmiradan 2000 manat borc alması barədə qəbz yazmışdır.Halbuki, o, həmin pulu Esmiradan borc kimi deyil, işə düzəltmək adı ilə almışdır.O, qəbzdə 2000 manat almasını yazsa da, Esmiradan əlavə olaraq 50 manat da bağçaya işə düzəltmək üçün bəzi sənədlərin hazırlanması üçün almışdır.Bundan sonra Esmira onunla əlaqə saxlayıb işin nə vaxt düzələcəyi ilə maraqlandıqda onu müxtəlif bəhanələrlə aldatmışdır, barəsində polisə şikayət etməsini eşidəndə isə qaçıb gizlənmişdir.Esmiradan aldığı 2 050 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir.Bundan başqa, o, Zərərçəkmiş şəxs2 başqa Zərərçəkmiş şəxs1 da müxtəlif adlarla aldadaraq pulunu almışdır.Belə ki, o, 2021 -ci ilin iyul ayında Boss.az saytında Zərərçəkmiş şəxs1 bacısı Şahid1 ilə tanış olmuşdur.Şahid1 həmin saytda iş axtarmaq üçün öz nömrəsini yerləşdirmişdir.O, həmin nömrə ilə əlaqə saxlayıb Günelə yalandan demişdir ki, guya “Banditizm” idarəsində işləyir və onun istənilən işini həll edə bilər.Günel də ona inanmışdır.O, Günelin vasitəsilə onun bacısı Güllü ilə tanış olmuşdur.Güllü ona anası Şahid2 təqaüd düzəldə biləcəyi ilə maraqlanmışdır. Ona yalandan demişdir ki, onun anasına təqaüd düzəldə bilər. O, özünü Güllüyə və onun bacısına “Banditizm”-in əməkdaşı olaraq təqdim etmişdir.Müəyyən yerlərdə vəzifəli şəxslərlə əlaqəsinin olduğunu və onlar üçün istənilən işi düzəldə biləcəyini demişdir.O, Zərərçəkmiş şəxs1 anasının təqaüdünün düzəlməsi üçün ilkin olaraq 1 500 manat lazım olduğunu demiş və həmin pulu tanışlarımın kart hesabına göndərməsini bildirmişdir.Beləliklə, Güllü əvvəlcə onun dediyi 750 manat pulu xx.xx.2021-ci il tarixdə tanışı Şahid5 adına olan Kapital bank hesabına, ikinci dəfə isə xx.xx.2021-ci il tarixdə əlavə olaraq 750 manat pulu yenə də onun dediyi Şahid5 adına olan karta göndərmişdir.Bir neçə gündən sonra o, Güllüyə zəng edərək anasının təqaüdünün 1 500 AZN düzəlmədiyini əlavə olaraq 200 manat lazım olduğunu bildirmiş və ondan əlavə olaraq Məhəmməd Hadi küçəsində 200 manat pul almışdır.Güllü ona anasının təqaüd işinin düzəlməsi üçün ümumilikdə 1700 manat pul vermişdir.Bundan başqa, Güllü ona avtomobil almaq istəyinin olmasını da demişdir.O, X6 Camry markalı avtomobil gətirəcəyinə söz vermişdir.Onun istədiyi “Toyota Camry” markalı avtomobilin qiymətinin 4 500 ABŞ dolları olmasını, həmin maşının pulundan ilkin olaraq bir qədər məbləğ ödəmək lazım olduğunu demişdir. Güllüdən 1200 manat pulu onun yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində 2021-ci ilin avqust ayının sonlarında almışdır.Bundan başqa, o, 2021-ci ilin sentyabr ayının sonlarında Güllünün bacısı Güneldən 300 manat borc olaraq pul almışdır.Günel həmin pulu da onun dediyi Şahid3 adına olan Kapital Banka aid karta göndərmişdir.2021-ci ilin oktyabr ayında o, Güllüyə zəng edib yalandan ona demişdir ki, almaq istədiyi avtomobil gəlib və hazırda gömrükdədir.Avtomobili rəsmiləşdirmək üçün 550 manat pul lazım olduğunu bildirmişdir.06 oktyabr 2021-ci il tarixdə Güllüyə whatsapp vasitəsilə göndərdiyi Şahid6 adına olan Kapital Bank kartına 550 manat göndərmişdir.O, həmin pulu Şahid6 Bakı şəhəri, Yasamal rayonu ərazisində Mədəniyyət İncəsənət Universitetinin yanında götürmüşdür.Bundan sonra, onun şəxsi problemləri olduğu üçün o, Zərərçəkmiş şəxs1 telefonlarına cavab verməmişdir.O, Zərərçəkmiş şəxs1 parfümeriya şəbəkəsi mağazasına şərik etmək üçün 4000 manat pul almamışdır. Vətəndaşları aldadıb pullarını ələ keçirməsindən bank kartlarından istifadə etdiyi şəslərin məlumatı olmamışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, təqsirini qismən etiraf etməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın bir qismini ödəməsini və himayəsində 2 (iki) azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 20 avqust 2021 -ci il tarixdə yaşadığı evdə olduğu zaman iş axtarmaq məqsədi ilə Tap.az saytında elan yerləşdirmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs elan yerləşdirdiyim telefon nömrəsinə zəng edərək onu bağçaya tərbiyəçi düzəldə biləcəyini və bunun üçün 2000 manat pul verməli olduğunu demişdir. O, Təqsirləndirilən şəxs təklifi ilə razılaşaraq pulu gətirəcəyini demişdir. 23 avqust 2021-ci il tarixdə Kapital bankdan kredit götürdüyü puldan 2000 manat pulu Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində Təqsirləndirilən şəxsla görüşərək ona vermişdir. 24 avqust 2021-ci il tarixdə Ruslan ondan yenə də əlavə sənədlərin hazırlanması üçün 50 manat da almışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs onu işə düzəltməmiş və 2050 manat pulunu ələ keçirmişdir. Əlavə olaraq bildirir ki, Təqsirləndirilən şəxs bir neçə dəfə ondan yaşadığı ünvanı soruşmuş və Azadlıq metrosunda arxasınca onu təqib etməyə adamlar qoymuşdur.O, bunu öz gözləri ilə görmüşdür.Təqib edildiyi üçün çox qorxmuşdur. Təqsirləndirilən şəxs ondan 2 050 manat pul alması ilə bağlı onda vatsap yazışmaları var.Həmin yazışmaları 5-ci PB-nə təqdim etmişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir, o təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayətçi deyil və gələcəkdə də şikayətçi olmayacaqdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs (mülki iddiaçı) qismində ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 2021-ci ilin yay aylarında bacısı Şahid1 iş axtarmaq üçün boss.az saytına CV yerləşdirmiş, bununla bağlı bacısına zəng edərək özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs ********** nömrəsi ilə zəng edib “Banditizm’də işlədiyini və müəyyən yerlərdə vəzifəli şəxslərlə əlaqəsinin olduğunu və onlar üçün istənilən işi düzəldə biləcəyini demişdir.Müəyyən qədər tanışlıqdan sonra bacısı onu Təqsirləndirilən şəxsla tanış etmişdir.Ruslan anası işləmədiyi üçün təqaüd almaqda köməklik göstərəcəyini bildirərək ilkin olaraq 750 manat pulu xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 58 ünvanındakı Bazarstore-da yerləşən Milliön aparatından Təqsirləndirilən şəxs göndərdiyi Şahid5 adına olan Kapital bank hesabına, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon Cavadxan küçəsində yerləşən Rahatmarket- in Million aparatından əlavə olaraq 750 manat Ruslanın onlara göndərdiyi Şahid5 adına olan karta göndərmişdir.Bir neçə gündən sonra Ruslan ona zəng edərək anasının təqaüdünün 1 500 AZN düzəlmədiyini, əlavə olaraq 200 manat lazım olduğunu bildirmiş, o da əlavə olaraq ona Məhəmməd Hadi küçəsində 200 manat pul vermişdir.Beləliklə, o, anasının təqaüdünü düzəltmək üçün Ruslana ümumilikdə 1700 AZN vermişdir.2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs onunla telefon danışığı zamanı bildirmişdir ki, parfümeriya mağazalar şəbəkəsi işlədir və onu da həmin işə şərik olaraq cəlb etmək üçün ondan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yaşadığı evin qarşısında xx.xx.2021-ci il tarixdə 4000 AZN pul almışdır.Bu məsələlərdən sonra Ruslanla aralarında müəyyən qədər səmimi münasibətlər yaranmışdır.Ruslan onların mənzil satdıqlarını və əllərində olan pulla avtomobil almaq istəklərinin olmasını bilmişdir.Onlara Azərbaycandan maşın almamağı, X7 markalı avtomobil maşın gətirəcəyinə söz vermişdir.Ona bildirmişdir ki, onun istədiyi “Toyota Camry” markalı avtomobilin qiyməti 4 500 ABŞ dollardır. Həmin maşının pulundan ilkin olaraq bir qədər məbləğ ödəmək lazım olduğunu bildirmişdir.Bu məqsədlə o, Ruslana 1 200 manat pulu yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində binalarının yanında 2021-ci ilin avqust ayının sonlarında vermişdir.Bundan sonra 2021-ci ilin sentyabr ayında Ruslanın telefonlarına zəng çatmamış, onunla əlaqə saxlamaq mümkün olmamışdır. Sentyabr ayının sonlarında Ruslan guya idman yarışlarında qalib olduğunu, hansısa xarici ölkədən qayıtdığını, bank hesablarının dondurulduğu üçün ona 300 manat pul lazım olduğunu demişdir.Həmin pulu ona qaytaracağını demişdir.X8 dediyi karta 300 manat pul göndərmişdir.2021-ci ilin oktyabr ayında Ruslan ona zəng edib avtomobilin Gömrükdə olduğunu, avtomobili rəsmiləşdirmək üçün 550 manat pul lazım olduğunu bildirmişdir. 06 oktyabr 2021-ci il tarixdə o, bacısı Günellə Bakı şəhəri, Binəqədi rayon Binəqədi şossesində yerləşən DİN-in BDYPİ yaxınlığındakı Neptun marketdən 550 manat pulu Təqsirləndirilən şəxs göndərdiyi X5 adına olan karta göndərmişdir.Həmin gündən sonra Ruslan onların telefonlarına cavab verməmişdir.Təqsirləndirilən şəxs özünü ona və bacısı Günelə “Banditizm” idarəsinin əməkdaşı kimi təqdim etmişdir.Təqsirləndirilən şəxs ondan müxtəlif məqsədlərlə aldadaraq 7 750 manat pul almışdır.Həmin məbləğin 300 manatını isə bacısı Güneldən borc olaraq aldadıb almışdır.Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ona dəymiş zərərin təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini və təqsirləndirilən şəxdən şikayətçi olduğunu bildirmiş və ona cəza verilməsini məhkəmədən xahiş etmişdir.Həmçinin, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi mülki iddiasının təmin olunmasını və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 7750 (yeddi min yeddi yüz əlli) manat maddi ziyan və 7000 (yeddi min) manat mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Şahid1 və Şahid2 zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 ilə oxşar məzmunlu ifadə verərək iş üzrə eyni xüsusatları təsdiq etmişdirlər. Məhkəmə iclasında Şahid6 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, Şabran rayonunda qeydiyyatdadır və Bakı şəhərində kirayədə yaşayır və Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsidir.Şahid7 isə onun tələbə yoldaşıdır.2021-ci ilin oktyabr ayının 6-da Kamal ona bank kartı lazım olduğunu demiş və bildirmişdir ki, həmin karta pul göndəriləcək.O da tələbə yoldaşı olduğu üçün etiraz etməmişdir. Özünə məxsus Kapital Bank kartının telefonda şəklini çəkib Kamala göndərmişdir.Onun kartına 500 manat pul köçürüldükdən sonra həmin pulu Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında bankomatdan çıxartmış və 06 oktyabr 2021-ci il tarixdə təhsil aldığı Mədəniyyət və İncəsənət Universitetinin qarşısında tələbə yoldaşı Kamala vermişdir.Kamal da onun yanında həmin pulu sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsə vermişdir.O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır.Onunla heç bir münasibəti olmamışdır.Kamal onun kartına göndərilən pulu Ruslana verdikdən sonra onlar, yəni Ruslan, o və Kamal yaxınlıqdakı çayxanada oturub çay içmişlər.Söhbət zamanı o, Ruslanın əslən Naxçıvanlı olmasını və onun tələbə yoldaşı Kamalla birlikdə oteldə işlədiklərini bilmişdir.Kamal həmin pulun Ruslana kiminsə tərəfindən göndərilməsini demişdir.O, Ruslanın harada işləməsini, onun kartına göndərilən 550 manat pulun Ruslana kimin tərəfindən və nə məqsədlə göndərilməsini bilməmişdir.Bu hadisədən iki ay sonra onu Binəqədi rayon Polis İdarəsinin əməkdaşları axtaranda ona məlum olmuşdur ki, onun tələbə yoldaşı Şahid7 tanışı Təqsirləndirilən şəxs dələduzluq cinayəti törətdiyinə görə həbs olunmuşdur.Ondan tələbə yoldaşı Kamal kartını istədiyi üçün o, kartın şəklini çəkib ona göndərmişdir. Sonradan bilmişdir ki,ona göndərilən 550 manat pul Kamalın tanışı Təqsirləndirilən şəxs çatmalıdır. Məhkəmə iclasında Şahid7 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, Tovuz rayonunda qeydiyyatdadır, Bakı şəhərində, Maştağa qəsəbəsində yaşayır və Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsidir.Həmçinin, Şahid6 onun tələbə yoldaşıdır və Təqsirləndirilən şəxs tanıyır.O, Ruslanı Nərimanov rayonu ərazisində “Riva” otelindən tanıyır.2021-ci ilin oktyabr ayının 6-da Ruslan ona zəng edib ona bir nəfər adamın pul göndərməli olduğunu demiş və bank kartı olmadığı üçün ondan pulun göndərilməsi üçün kart istəmişdir.Onun kartının müddəti keçdiyi üçün o da tələbə yoldaşı Şahid6 xahiş etmişdir ki, öz kartını ona göndərsin və Elxana izah etmişdir ki, onun kartına pul göndəriləcək və həmin pulu ondan götürəcəkdir. Elxan da etiraz etmədən özünə məxsus Kapital Bank kartının şəklini çəkib ona göndərmişdir. Həmin vaxt Ruslan onunla birlikdə “Riva” otelində olmuşdur. O, Şahid6 bank kartını Ruslanın telefonuna göndərmişdir.Bundan sonra Ruslan kiminləsə danışmış həmin şəxs Ruslanın ona dediyi karta, yəni onun tələbə yoldaşı Şahid6 bank kartına 550 manat göndərmişdir.Onun tələbə yoldaşı Elxan da öz növbəsində Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında bankomatdan onun kartına göndərilən 550 manat pulu çıxartmış, 06 oktyabr 2021-ci ildə təhsil aldığı Mədəniyyət və İncəsənət Universitetinin qarşısında gətirib ona vermişdir.O da həmin 550 manat pulu Mədəniyyət və İncəsənət Universitetinin yaxınlığında Elxanın yanında Ruslana vermişdir. Bundan sonra Ruslan, o və Elxan yaxınlıqdakı çayxanada oturub çay içmişlər və sağollaşıb ayrılmışlar.O, Ruslanın kimisə aldatmasını və pulunu ələ keçirməsini bilməmişdir.Onu Binəqədi rayon Polis İdarəsinə çağıranda bilmişdir ki, Ruslan vətəndaşları aldadaraq pullarını ələ keçirmişdir. O, Ruslanın ondan bank kartını hansı məqsədlə istəməsini bilsəydi ona kart verməzdi və onunla heç bir əlaqə yaratmazdı. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid5 bildirmişdir ki, o, Pirallahı qəsəbəsində yaşayır.“Sigmadoor” şirkətində operator işləyir.Onun Kapital banka məxsus bank kartı var.Həmin kart maaş kartıdır və həmin kartdan özü istifadə etmişdir.Şahid4 onun bibisi oğludur.Elməddin Pirallahı qəsəbəsində yaşayır.2021-ci ilin iyul ayında Elməddin ondan bank kartı istəmiş və bildirmişdir ki, onun yanında fəhlə işləyən Təqsirləndirilən şəxs adında şəxs var, ona bir nəfər pul göndərməlidir.O da bibisi oğlu olduğuna görə Elməddinə inanaraq heç bir problem olmayacağını düşünüb kartını Elməddinə vermişdir.Bu hadisə təxminən 2021 -ci ilin iyul ayının sonlarında olmuşdur. O, kartı Elməddinə verəndən sonra kart 2-3 gün onda qalmış və sonra kartı ona qaytarmışdır.O, Ruslanı tanımamışdır.Ondan bibisi oğlu xahiş etdiyi üçün kartını ona vemişdir.2021-ci ilin yanvar ayında onu Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları polis idarəsinə dəvət edəndə bilmişdir ki, Ruslan kimisə aldadıb pulunu dələduzluq edərək ələ keçirmişdir və həmin pulun 1 500 manatı onun kartına köçürülmüşdür.O, şəxsən Təqsirləndirilən şəxs tanımır və onunla heç bir münasibəti olmamışdır. Elməddin Pirallahı qəsəbəsində yaşadığı üçün və orada işlədiyinə görə o, düşünür ki, kartı vasitəsilə Təqsirləndirilən şəxs göndərilən pul Pirallahı qəsəbəsində “Socar” YDM-dəki Kapital Banka aid terminaldan çıxarılmışdır Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 bildirmişdir ki, o, Pirallahı qəsəbəsində yaşayır.Fərdi olaraq ev təmiri ilə məşğul olur.2021-ci ilin yay aylarında o, Pirallahı qəsəbəsində fərdi evlərdə təmir işi ilə məşğul olmuşdur.Həmin vaxt indi yadında qalmayan tanışına köməkçi olaraq onunla birlikdə işləməsi üçün usta axtardığını demişdir.Beləliklə də, o, Təqsirləndirilən şəxs ilə tanış olmuşdur.Ruslanın Naxçıvanlı olmasını bilmişdir.Ruslan onunla işlədiyi müddətdə təmir etdikləri evdə qalmışdır.2021-ci ilin iyul ayında Təqsirləndirilən şəxs ona bildirmişdir ki, o, əvvəl bir nəfər adamın evində təmir işləri görüb və həmin adamın Ruslana borcu qalmışdır.Buna görə də ona pul göndərilməsi üçün ondan kart tapmağını xahiş etmişdir.Onun özünün kartı olmadığı üçün dayısı oğlu Şahid5 müraciət etmişdir ki, özünə məxsus Kapital Bank kartını ona göndərsin və dayısı oğlu da etiraz etməmişdir.O, özü də Ruslanın dediklərinə inanmışdır.Beləliklə, 2021-ci ilin iyul ayının sonlarında iki dəfəyə 750 manat olmaqla olmaqla 1 500 manat pul onun dayısı oğlunun kartına göndərilmişdir. O da həmin pulları Ruslanın yanında Pirallahı qəsəbəsindəki “Socar” YDM-dəki Kapital Banka aid terminaldan çıxarıb Ruslanın özünə vermişdir.O, Ruslanın həmin pulu kimisə aldadıb ələ keçirməsini bilməmişdir.2021-ci ilin yay aylarından sonra görməmişdir. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsinə əsasən məlur ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində Riva otelində işləyir.Təqsirləndirilən şəxs həmin oteldən tanıyır.2021-ci ilin sentyabr ayında Ruslan həmin oteldə qalmışdır. Onun nə işlə məşğul olmasını bilmir.Ruslan onların otelində bir müddət qaldığı üçün onunla normal münasibəti yaranmışdır.Bəzən pulu olmadıqda bir-iki günlüyə pulunu sonradan ödəmək şərti ilə oteldə qalmışdır.Ruslanın qaldığı otağın qiyməti 35 manat olmuşdur.Oteldə qaldığı müddət ərzində Ruslan ondan pul lazım olduğu üçün nağd bir neçə dəfə borca pul almışdır.Əvvəlcədən ondan bank kartını istəmişdir.O da özünə məxsus Kapital banka aid kartının nömrəsini ona vermişdir ki, həmin karta pul qoysun, sonra onun istədiyi borc pulu versin. 2021-ci ilin sentyabr ayında Ruslan ondan pul istəmiş və kiminləsə danışandan sonra onun kartına 300 manat pul göndərilmişdir.O da pul kartına göndərildikdən sonra Ruslana həmin 300 manatı vermişdir.Ruslan onun işlədiyi Riva otelində 2021-ci ilin oktyabr ayınadək qalmışdır.O, Ruslanın barəsində Binəqədi rayon Polis İdarəsində araşdırma aparılmasını istintaqa dəvət ediləndə bilmişdir.Onun kartına kimin tərəfindən pul göndərilməsini bilməmişdir.Ruslan ondan borc kimi pul istəmiş və bildirmişdir ki, vaxtı olmadığı üçün oteldən çıxa bilmir.Buna görə də ondan kart hesab nömrəsini istəmişdir.O da kartının nömrəsini Ruslana verdikdən sonra onun kartına pul göndərilmiş, bundan sonra o, otelin kassasından lazım olan pulu Ruslana vermişdir.Ruslanın vətəndaşları aldatmasını və pullarını ələ keçirməsini bilməmişdir. İş materiallarında olan cinayət işi üzrə mobil telefona baxış keçirilməsi haqqında protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs mobil nömrəsindən Zərərçəkmiş şəxs2 mobil nömrəsinə onu uşaq bağçasına işə düzəltmək və bununla bağlı 2000 manat pul istəməsi barədə mesajlar aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən aydın olur ki, xx.xx.2021-ci il tarixdə, saat 21:25-də "xxxx" ASC-yə məxsus ******************** hesab nömrəsinə 750 manat, xx.xx.2021-ci il tarixdə, saat 20:07-də "xxxx" ASC-yə məxsus eyni hesab 750 manat və xx.xx.2021-ci il tarixdə, saat 10:35-də "xxxx" ASC-yə məxsus ******************** hesab nömrəsinə 550 manat pul vəsaiti Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs ona göndərdiyi bank hesab kartlarına köçürülmüşdür.Bu fakt özlüyündə Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək aldadıb ələ keçirdiyi pulların bir qismini bank kartları vasitəsilə aldığını təsdiq edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir, o təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayətçi deyil və gələcəkdə də şikayətçi olmayacaqdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mülki iddiya əsasən məlum olur ki, Zərərçəkmiş şəxs1 məhkəməyə müraciət edərək iş üzrə mülki iddiaçı qismində tanınması və Təqsirləndirilən şəxs vurulmuş maddi zərərə görə 7.750 manat, mənəvi zərərə görə isə 7.000 manat pulun tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə CM-nin 59.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərdən biri Zərərçəkmiş şəxs2 vurulmuş ziyanı ödəməsini və həmin zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmçinin, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-cı il tarixli, 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını, lakin eyni zamanda cinayətin xarakterini və ağırlıq dərəcəsini, zərərçəkmiş şəxslərdən birinə vurulmuş ziyanı ödəmədiyini nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsi onu gözləyən cəzadan yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir.Belə ki, Təqsirləndirilən şəxs təqsiri cinayət işi üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və cinayət işinin materialları ilə tam sübut olunduğundan o, ittiham elan olunmuş maddələr üzrə tam təqsirli hesab edilməli və o, azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli, onun tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı «zərərin ödənilməsinə dair» iddia ərizəsi qismən təmin olunmalı, zərərin vurulması təqsirləndirilən şəxsin özünün qismən etiraf edici ifadəsi, zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadələri və cinayət işinin materialları ilə sübüt olunduğundan təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 7750 manat dəyərində maddi ziyan tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci madəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda.CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini; mənəvi ziyanın ödənilməsini. CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər.CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, mülki iddia, qalan hissədə, yəni 7 000 (yeddi min) manat mənəvi ziyanın tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Həmçinin, Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən və ziyanın vurulması hissəsində mülki iddia tam təmin edildiyindən, mülki iddia mənəvi zərərin tutulması hissəsində təmin edilməsinə zərurət yoxdur.Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarında göstərilir ki, mənəvi zərər, insanın anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür.Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür.Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Həmçinin, məhkəmə hesab edir ki, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut - şahid Zərərçəkmiş şəxs2 tərəfindən istintaq orqanına təqdim edilmiş, Təqsirləndirilən şəxs ilə aralarında baş tutmuş söhbətlərin istifadəsində olan mobil cihazı ilə qeydə alınmış 22 (iyirmi iki) ədəd SMS çıxarışı və maddi sübut - Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 21:25-də "xxxx" ASC-yə məxsus ******************** hesab nömrəsinə 750 manat, xx.xx.2021-ci il tarixdə, saat 20:07-də "xxxx" ASC-yə məxsus eyni hesab 750 manat və xx.xx.2021-ci il tarixdə, saat 10:35-də "xxxx" ASCyə məxsus ******************** hesab nömrəsinə 550 manat göndərilməsinə dair 03(üç) ədəd ödəmə qəbzləri cinayət işinin istintaq materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli, onun tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” müki iddiası qismən təmin olunsun. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 7750 (yeddi min yeddi yüz əlli) manat maddi ziyan tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddia, qalan hissədə, yəni 7 000 (yeddi min) manat mənəvi ziyanın tutulması hissəsində təmin edilməsin. İş üzrə maddi sübut - şahid Zərərçəkmiş şəxs2 tərəfindən istintaq orqanına təqdim edilmiş, Təqsirləndirilən şəxs ilə aralarında baş tutmuş söhbətlərin istifadəsində olan mobil cihazı ilə qeydə alınmış 22 (iyirmi iki) ədəd SMS çıxarışı və maddi sübut - Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 21:25də "xxxx" ASC-yə məxsus ******************** hesab nömrəsinə 750 manat, xx.xx.2021-ci il tarixdə, saat 20:07-də "xxxx" ASC-yə məxsus eyni hesab 750 manat və xx.xx.2021-ci il tarixdə, saat 10:35-də "xxxx" ASC-yə məxsus ******************** hesab nömrəsinə 550 manat göndərilməsinə dair 03(üç) ədəd ödəmə qəbzləri cinayət işinin istintaq materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar