Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-296/2020 09.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M. Hüseynzadə küçəsində yeni tikilmiş nömrəsiz evdə yaşayan barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri “Papanin” adlanan yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini, 2 ədəd həbdə təsiredici maddə sibutramini 10 manata əldə edib saxlayaraq daşımış, xx xxxx 2020-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 20 yanvar parkının qarşısında Binəqədi RPİ-nin 6-cı polis bölməsinin əməkdaşları və Binəqədi RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən saxlanılaraq, Binəqədi rayonu Biləcəri qəsəbəsi Y. Hüseynov küçəsi 65 ünvanda yerləşən Binəqədi RPİ-nin 6-ci PB-nin inzibati binasına gətirilmiş, orada üstünə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffav sellofana bükülmüş təmiz çəkisi 0, 377 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi cəkisi 0,04 qram təşkil edən 2 ədəd həbdə təsiredici maddə olan sibutramin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-cimaddəsiilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun bədənində ağrılar olduğu üçün təxminən bir ilə yaxın müddətdir ki, o, tez-tez narkotik vasitə olan heroindən istifadə edirdi. xx xxxx 2020-ci il tarixdə o, Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən “Papanin” adlanan yaşayış ərazisinə getmiş və orada adını və anket məlumatlarını bilmədiyi, lakin üzdən görsə tanıya biləcəyi şəxsə yaxınlaşaraq narkotik vasitə olan heroin almaq istədiyini bildirmişdir. Həmin zaman həmin şəxs ona bildirmişdir ki, özündə hazırda narkotik maddə heroin və 2 ədəd yəni kapsulada olan təsiredici maddə olan sibutramində vardır. Həmin zaman onun üstündə 10 (on) manat pulu olduğu üçün, o, həmin şəxsə 10 (on) manat pul vermiş və həmin 10 manat pulun müqabilində bir bükümdə narkotik maddə heroini və 2 ədəd yəni həbdə təsiredici maddə olan sibutramin almışdır. O, narkotik vasitə olan heroini və 2 ədəd təsiredici sibutramini üzərində gəzdirmişdir ki, bədənində ağrılar olan zaman qəbul etsin. O, aldığı narkotik maddə olan heroini və 2 ədəd təsiredici maddəni əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. xx xxxx 2020-ci il tarixdə təxminən saat 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi M. Hüseynzadə küçəsində yerləşən «20 Yanvar» parkının qarşısında dostu X5 ilə dayanıb söhbət edən zaman bir nəfər mülkü geymli və iki nəfər polis geyimində olan şəxslər ona yaxınlaşaraq, özlərinin polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər önçə ondan anget məlumatlarını soruşduqdan sonra, O, polis əməkdaşlarına adının Tural familyasının isə Əliyev olduğunu bildirən də, polis əməkdaşları ona özləri ilə birlikdə Binəqədi rayon polis idarəsinin 6-ci polis bölməsinə getməyini və polis bölməsində onun üzərinə baxış keçirəcəklərini bildirmişlər. O, buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Binəqədi rayon polis idarəsinin 6-ci polis bölməsinin inzibati binasına gəlmişlər. Polis bölməsinin inzibati binasında olan xidməti otaqlardan birində ona hüquq, vəzifələri izah olunmuş və bundan sonra hüquqları müdafiə olunması üçün polis bölməsinə müdafiəçi dəvət olunmuşdur. Daha sonra polis əməkdaşları ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını, olduğu halda könüllü təqdim etməyi təklif olunmuşdur. Həmin zaman video çəkiliş aparılmaqla ona hüquq və vəzifələri izah olunmuş və o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şeffav selofana bükülmüş bükülünü, 2 ədəd təsiredici maddələri, əynində olan gödəkçənin sol yan cibimdən “Keno” markalı siqareti, əl dəsmalını, yaşıl rəngli alışqanı, 1 ədəd “Alcatel” markalı mobil telefonu və 1 ədəd “Nokia” markalı mobil telefon aparatını çıxarıb masanın üzərinə qoymuşdur. Eyni zamanda o, özünə məxsus qol saatını və gümüşü rəngli qolbağınıda çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış aparılsa da onun üzərindən başqa heç bir əşya müəyyən olunmamışdır. Həmin narkotik vasitə olan heroinə və 2 ədəd təsiredici maddəyə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, qablaşdırılaraq, möhürlənmiş zərfə qoyulmuş, bu barədə protokol tərtib olunduqdan sonra uçadan oxunmuş, doğruluğu onun və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı o, bildirmişdir ki, həmin narkotik vasitə olan heroini və 2 ədəd təsiredici maddəni “Papanin” adlanan yaşayış ərazisindən 10 (on) manat verməklə öz şəxs istifadəsi üçün almış və üzərində saxlamışdır ki, bədənində ağrılar olduğu zaman istifadə etsin. O, əməlimdən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini söz verdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin PPXB-nin polis nəfəriŞahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməsində və istifadəsində şübhəli olunması barəsində məlumat daxil olmuşdur. Həmin Təqsirləndirilən şəxs adlı şəxsin müəyyən olunaraq ifşa olunması istiqamətində tərəfindən Binəqədi RPİ-nin 6-cı polis bölməsinin rəhbərliyinə raportla məruzə edilərək, Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsində tərəfindən əməliyyat axtarış tədbirlərinin keçiriləmsi barədə qərar qəbul olunmuşdur. Binəqədi RPİnin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 və o, bilavasitə əməliyyat məlumatında göstərilən Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi «20 Yanvar» parkının qarşısına gəlmişlər. xx xxxx 2020-ci il tarixdə təxminən saat 23:00 radələrində Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi «20 Yanvar» parkının qarşısında dayanıb gözləyən zaman, xarici əlamətlərindən əməliyyat məlumatında göstərilən şəxsin xarici əlamətləri ilə eynilik daşıyan bir nəfər şəxsin özünü şübhəli göstərdiyini və göstərilən ünvanın yaxınlığında bir nəfər cavan oğlanla dayanıb, söhbət etdiyini görmüşlər. O, həmin özünü şübhəli göstərən şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsin adı və soyadını soruşmuşlar. Həmin şəxs adının Tural və soyadının isə Əliyev olmasını bildirəndə onlar Təqsirləndirilən şəxs Binəqədi rayon polis idarəsinin 6-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək, onlarla birlikdə Binəqədi rayon polis idarəsinin 6-ci polis bölməsinə gəlmişdir. Dəvət olunmuş müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olubolmaması soruşulan zaman, Təqsirləndirilən şəxs əynində olan qara rəngli, gödəkçənin sağ yan cibindən 1 ədəd şəffav selovana bükülmüş bükümü, açıq vəziyyətdə olan 2 ədəd dərman kapsulasını və əynində olan gödəkçənin sol yan cibindən “Keno” markalı siqareti, əl dəsmalını, yaşıl rəngli alışqanı, 1 ədəd Alcatel markalı, 1 ədəd Nokia markalı mobil telefonu, 1 ədəd “Petek Filip” markalı qol saatını, 1 ədəd gümüşü rəngli qolbağı çıxararaq xidməti otaqda olan masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olması soruşulan zaman, Təqsirləndirilən şəxs bildirdi ki, üzərində başqa heç bir əşya yoxdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da onun üzərəndən başqa hər hansı bir əşyanın olması müəyyən olunmamışdır. Həmin bükülü tərəflərindən açılan zaman, içərisində spesifik iyə malik olan, narkotik maddə olan heroinə oxşar maddə aşkar olunmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş maddə narkotik maddə olan heroindir və digər 2 ədəd dərman kapsulasında olan maddə isə güclü təsiredici sibutramindır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddələri xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 (on) manat verməklə öz şəxsi istifadəsi üçün almışdır. Bundan sonra həmin narkotik maddəyə oxşar maddə qablaşdırılaraq, möhürlənmiş zərfə qoyulmuşdur. Bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş və doğruluğu imzalarla təsdiqlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin PPXB-nin polis nəfəri Şahid3 ifadəsindən məlum olur ki, o, Şahid2 göstərdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürülmə aparılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 6/335 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “.Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan 01(bir) ədəd bükümdə təmiz çəkisi 0.337 qr qəhvəyi qəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 2 ədəd ağ rəngli dairəvi formalı həblər sibutramin tərkibli dərman preparatına aiddirlər. Sibutramin «güclü təsir edən maddələrin və onların külli miqdarının» siyahısına daxildir və 2 ədəd həbdə təsiredici maddəsi sibutraminin ümumi miqdarı 0,04 qr (bir həbdə 0.02 sibutramin olmaqla). Heroinin təmiz çəkisi 0,337 qr, sərf edildi 0,05 qr, qalıq 0,327 qr. 2 ədəd həbdən 1 zəb tədqiqata sərf edildi, qalıq 01 həb. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx xxxx 2020-ci il tarixli, 6/335 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil etmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 31.03. 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi və MSY-dən azad etmə barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 29.04. 2020-ci il tarixli, 1094 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoidlərinin tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş 11.04 2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1990-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs götürülmüş 0,377 qr heroin və 1 həb güclü təsir edici maddə sibutramin Binəqədi rayon Pİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 22.05. 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham əsaslı və qanuni olduğundan dəyişdirilmədən qüvvəsində saxlanılması və haqqında seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kapsulanın içərisində təsiredici gücü 0,04 qr olan güclü təsiredici maddələrə daxil olan sibutramin aşkar edilməsi faktı üzrə cinayət təqibinə xitam verilməsi, 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. İş materiallarında olan Ali Təhsil haqqında diplomun surətindən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci ildə informasiya və hesablama texnikası üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildə X6 ilə ailə qurmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs ilə X3 birgə nikahından xx.xx.2019-cu il tarixdə X8 adlı övladları olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxs və şahid ifadələri ilə, CD diskə keçirilmiş video baxışla və iş üzrə maddi sübutla Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini, əldə edib saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, əvvəllər məhkum olmamasını, ali təhsilli olmasını, ailəli olmaqla himayəsində azyaşlı övladının olmasını, ailəsinin yeganə qazanc mənbəyi olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamında qeyd olunmuşdur ki, 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini və eyni zamanda yüngülləşdirici halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən 31.03..2020-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Hüsyenzadə küçəsində yeni tikilmiş nömrəsiz evdə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınan və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş qalıq çəkiləri 0,337 qram heroin və 01 həb güclü təsiredici vasitə sibutramin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd CD video disk cinayət işi materiallarında saxlanılmalıdır. İbtidai istintaq və məhkəmədə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 240 (iki yüz qırx) manat məbləğində pul (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir və üzərinə həbs qoyulması təklif olunan əmlak yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1cimaddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək il həbsdə saxlandığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınan və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş qalıq çəkiləri 0,337 qram heroin və 01 həb güclü təsiredici vasitə sibutramin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi materiallarına əlavə edilmiş bir ədəd CD video-disk cinayət işi materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz yırx) manat məbləğində pul Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h- AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-296/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-296/2020
09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver