Məhkəmə qərarları › İş №1(001)-296/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-296/2021

22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-296/2021 22.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, kiçik ədliyyə müşaviri X2, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda pasport qeydiyyatında olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarəetmək hüququ olmadan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 21 noyabr 2020-ci il tarixdə saat 20.00 radələrində “VAZ 21013” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələbin pozaraq sürücülük vəsiqəsi olmadan idarə edib, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin “sürücü hərəkət üçün təhlükə yarandığı gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azalmaq üçün mümkün olan tədbirləri görməlidir” kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etməyib, həmin vaxt yolu soldan sağa keçməkdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə ehtiyatsızlıqdan vurub qarnın küt travması, sağ qalça qanadının kənarının sınığı, burnun və sağ saidin yumşaq toxumalarının əzilməsi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan Zərərçəkmiş şəxs sağlamlığına AZ AĞİR zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək etirafedici ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayında qonşusu Şahid2 1800 manata “VAZ 2103” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili almışdır.Lakin vaxtı olmadığından mülki etibarnamə almamışdır.Avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir.21 noyabr 2020-ci il tarixdə saat 20.00 radələrində idarə etdiyi “VAZ 2103” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Mehdiabad yolunda üzü Mehdiabad istiqamətində 30 km/saat surətlə hərəkətdə olarkən yolu soldan sağa keçən piyada adı hadisədən sonra ona məlum olan Zərərçəkmiş şəxs avtomobilin ön sağ hissəsi ilə ehtiyatsızlıqdan vurmuşdur.Piyada Zərərçəkmiş şəxs yolun kənarında hadisə baş verməmişdən öncə təxminən 40 metr məsafədə görmüşdür.Həmin vaxt onun yanında avtomobildə qonşusu İmran da olmuşdur.Hadisədən sonra dərhal avtomobili saxlayıb, Zərərçəkmiş şəxs avtomobili ilə Rəsulzadə qəsəbəsində yerləşən Məlikov xəstəxanasına aparmış, Zərərçəkmiş şəxs orada lazımı ilkin tibbi yardım göstərilmişdir.Daha sonra Binəqədi RPİnin əməkdaşları onu sərxoşluq müayinəsindən keçirmişlər, hadisə vaxtı o, ayıq olmuşdur.Zərərçəkmiş şəxs lazımı maddi yardım göstərmişdir, Zərərçəkmiş şəxs hadisə ilə bağlı onun barəsində heç bir şikayəti yoxdur.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, evli və himayəsində 2 azyaşlı övladının olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, 21 noyabr 2020-ci il tarixdə saat 20.00 radələrində yaşadığı evdən çıxıb piyada işə gedərkən, G.Ramazanova küçəsində yolda avtomobillərin gəlmədiyini görüb, yolu soldan sağa keçmək istəyərkən, Bakı şəhəri, Binəqədi qəsəbəsi istiqamətindən gəlib, üzü Mehdiabad qəsəbəsi istiqamətində gedən ağ rəngli “VAZ” markalı avtomobil sağ tərəfdən gələrək onu vurmuş, həmin vaxtdan sonra baş verənləri xatırlamır, özünə gəldikdə Rəsulzadə qəsəbəsində yerləşən Məlikov xəstəxanasında olduğunu görmüşdür.Ayıldıqdan sonra ona məlum olmuşdur ki, onu vuran avtomobilin sürücüsü adı hadisədən sonra ona məlum olan Təqsirləndirilən şəxs onu avtomobili ilə xəstəxanaya gətirmişdir.Kamil ona lazım olan dərmanları təmin etmişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin onun müalicə xərclərinə kömək etdiyini nəzərə alaraq onunla barışdığını və ondan şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, 21 noyabr 2020ci il tarixdə saat 20.00 radələrində tanışı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2103” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Mehdiabad yolunda üzü Mehdiabad istiqamətində 30 km/saat surətlə gedərkən, o həmin vaxt sürücünün sağında oturmuşdur.Həmin küçə ilə hərəkətdə olarkən Kamil yolu soldan sağa keçən piyada qadını ehtiyatsızlıqdan vurmuşdur.Kamil dərhal avtomobili saxlamış, onlar qadını avtomobilə əyləşdirib, Rəsulzadə qəsəbəsində yerləşən Məlikov xəstəxanasına aparmışlar.Orada qadına ilkin tibbi yardım göstərilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, “VAZ 2103” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili “2020-ci ilin avqust ayında qonşusu Təqsirləndirilən şəxs satmışdır. Avtomobilin texpasportu onun adına olsa da, faktiki olaraq, avtomobil Təqsirləndirilən şəxs məxsusdur.Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin zədələnməsi ilə bağlı ona heç bir ziyan dəyməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertizasının 08.12.2020-ci il tarixli, 1992 №-li rəyinə əsasən müəyyən edilir ki, Zərərçəkmiş şəxs tibbi yardım üçün Bakı Baş Sİ-nin 3 saylı Şəhər Klinik xəstəxanasına müraciət edərkən ona “Qarnın küt travması, sağ qalça qanadının kənarının sınığı, burnun və sağ saidin yumşaq toxumalarının əzilməsi” diaqnozu qoyulmuşdur, qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşayaların) təsirindən onun tibbi yardım üçün 3 saylı ŞKX-na müraciət etdiyi 21.11.2020-ci il saat 22.15-dən bir qədər əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına AZ AĞİR zərər vurmaya aiddirlər.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər 21.11.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və eləcə də, öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri az inandırıcıdır. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 26.01.2021-ci il tarixli, 8/2400 №-li rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən “VAZ 21013 markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxsnun ərizəsinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, o, təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYP Qİİ-nin 05.12.2020-ci il tarixli, 016-112076-1220 №-li arayışı ilə müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN-nin BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməsi barədə informasiya mövcud deyil. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 263- 1.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və vurulmuş ziyanı ödəməsini və himaysəində 2 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən CM-nin 61.1-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətdiyinə görə ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzası ilə əlaqədar cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlamalıdır. CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut – Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21013” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzası ilə əlaqədar cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlasın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci –100 (yüz) manat təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. İş üzrə maddi sübut – “VAZ 21013” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin - sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən iapellyasiyai şikayəti və(və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar