Məhkəmə qərarları › İş №1(001)-298/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-298/2020

26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-298/2020 26.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı, Bakı şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçisi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə X1 şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Nərimanov rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 326.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Göyçay şəhəri, Nizami küçəsi, ev 183 B, mənzil 5-də qeydiyyatda olan və Bakı şəhərində daimi yaşayış yeri olmayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talamaq məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 156 saylı ünvanda dayanmış, Şahid3 məxsus «Hyundai Accent» markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının bağlı olmamasını görüb, özgənin əmlakını talamaq niyyəti ilə avtomaşına yaxınlaşaraq maşının sağ ön qapsını açıb, Şahid3 rəfiqəsi Zərərçəkmiş şəxs məxsus, sağ ön oturacağının üstündə olan, içərisində Zərərçəkmiş şəxs mülkiyyətində olan «KİA RİO» markalı, **-US- *** dövlət qeydiyyat nişanlı avtomobilə aid AR DİN BDYPİ Qİİ-si tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AD seriyalı 637427 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, Zərərçəkmiş şəxs adına olan AR DİN BDYPİ Sumqayıt RQİTB-i tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AE045582 nömrəli sürücülük vəsiqəsi, Zərərçəkmiş şəxs məxsus ASAN- SUMQAYİT tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi, 01 ədəd dəyəri olmayan «Kapital Bank»a məxsus elektron ödəniş kartı və 1770 (min yeddi yüz yetmiş) manat nəğd pul olan 01 ədəd 20 (iyirmi) manat dəyərində qara rəngli pul qabını, həmin vaxt avtomobilin arxa oturacağında əyləşmiş Zərərçəkmiş şəxs oğlu xx.xx.2007-ci il təvəllüdlü Şahid1 və qızı xx.xx.2007-ci il təvəllüdlü Şahid2 gözləri qarşısında, sonuncuların onun hərəkətlərini görməsinə baxmayaraq açıq talayıb, hadisə yerindən uzaqlaşarkən Şahid1 maşından düşərək onun arxasınca gəlməklə Təqsirləndirilən şəxs maşından götürdüyü əşyaları qaytarmasını tələb etməsinə də əhəmiyyət vermədən yaxınlıqdakı küçədə yerləşən, Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsi, 31A nömrəli binanın 4-cü mərtəbəsinə qalxaraq, orada pul qabının içərisindən 1770 (min yeddi yüz yetmiş) manat pulu götürüb, içərisində sənədlər olan pul qabını isə gül dibçəyinin arxasında gizlədib, geri qayıdıb qaçmaq istəyərkən binanın girişində onun qarşısını kəsən Zərərçəkmiş şəxs oğlu Şahid1 Təqsirləndirilən şəxs pul qabını içərisindəki əşyalarla birlikdə qaytarmasını tələb etdiyinə görə ələ keçirdiyi 1770 (min yeddi yüz yetmiş) manat pulun 700 (yeddi yüz) manatını Şahid1 qaytarıb, qalan hissəsini, yəni 1070 (min yetmiş) manatı özündə saxlayıb, hadisə yerindən qaçaraq Zərərçəkmiş şəxs 1070 (min yetmiş) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə prosesində Azərbaycan Respublikası CM-nın 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və elan olunmuş ittihamın mahiyyəti üzrə dindirmə zamanı ifadəsində göstərmişdir ki, o, 2013-cü ildə Nərimanov rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin müxtəlif bəndləri ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə cəzasına, 2018-ci ildə Nəsimi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunmuşdur. Azadlıqdan məhrumetmə yerlərində olanda o, vərəm xəstəliynə düçar olmuşdur. Azadlığa çıxandan sonra səhəti ilə əlaqədar heç bir yerdə işləyə bilməmişdir. Bu səbəbdən məcbur qalıb müalicəsi üçün pul axtarmış. Bunun üçün xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində əvvəllər yaşadığı Ayna Sultanova heykəlinin yanında yerləşən baxçanın yanına gəlmişdir. Orada gəzərkən ağ rəngli Hunday markalı avtomobilin işlək vəziyyətdə olduğunu, avtomobildə sürücünün olmadığını görmüşdür. O, avtomobilə yaxınlaşıb ön qapını açıb salona baxmışdır. Həmin zaman oturacağın üstündə qara rəngli pul qabı görmüşdür. Sonra qapını örtüb ətrafa baxmışdır. Heç kəsin olmadığını görüb yenidən avtomobilin qapısını açıb oturacağın üstündən pul qabını götürüb iti addımlarla oradan uzaqlaşmağa başlamışdır. Oradan qaçıb yaxınlıqda olan beş mərtəbəli binanın blokuna girmiş və pilləkənlə 4-cü mərtəbəyə qalxmışdır. Pul qabına baxıb içərisində 1770 manat pul, müxtəlif sənədlər və bank kartı oldluğunu görmüşdür. O, həmin pul qabında olan 1770 manat pulu götürüb 1070 manatını şalvarının bir cibinə, 700 manatı isə digər cibinə qoymuşdur. Sənədləri və bank kartını götürmək niyyəti olmadığından onları pul qabından çıxartmamış və pul qabını blokda gül dibçəyinin altında gizlətmişdir. Sonra pilləkənlərlə 1ci mərtəbəyə düşmüş və blokdan çıxarkən qarşısını 10-11 yaşlarında oğlan uşağı kəsib «əmi pul qabını ver» demişdir. O, başa düşmüş ki, həmin uşaq avtomobilin sahibinin uşağıdır və pul qabını avtomobildən götürən zaman onu görübdür. O, uşağın səs-küy salacağından və hadisə yerində yaxalanacağından qorxub ona demiş ki, «pul qabını güllərin arasına atmışam, içərisində 700 manat var idi və pulu qaytara bilərəm». Sonra şalvarının cibindən ayırdığı 700 manatı çıxarıb uşağa qaytarmışdır. Uşaq ondan aralanıb pul qabını götürdüyü avtomobil istiqamətində hərəkət etmişdir. O, da heç bir şey olmadığı kimi həyətdə hərəkət edib oradan uzaqlaşmaq istəyirmiş ki, bir qadının «oğru budur» qışqırdığını eşitmişdir. Tutulacağından qorxub qaçaraq oradan uzaqlaşmışdır. O, pulu müalicəsinə sərf etmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə prosesində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2019-cu ildən KİA RİO markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobili öz adına rəsmləşdirib idarə edir. Avtomobili idarə etməyə «B» dərəcəsi vardır. Avtomobili o, özü şəxsən idarə edir. xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində oğlu Nizami və qızı Aysu ilə birlikdə işlədiyi «Elit» Ticarət mərkəzinin yanında yerləşən Baku Kartinq əyləncə mərkəzinə gəlmişlər. Orada olarkən rəfiqəsi Şahid3 ora gəlmişdir. Söhbət zamanı, oğlu Nizaminin ad gününü qeyd eləmək üçün birlikdə şəhərə getməyə razılaşmışlar. Orada bir az oturub istirahət etdikdən sonra təxminən saat 16 radələrində o, idarə etdiyi avtomobili iş yerində saxlayıb, Leylanın idarə etdiyi ağ rəngli Hunday Accent markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobilə əyləşərək Şahid3 əynini dəyişmək məqsədi ilə birlikdə yaşadığı evin həyətinə gəlmişlər. Leyla idarə etdiyi avtomobili yaşadığı binanın həyətində saxlamışdır. Leyla əynini dəyişməyə gedərkən, o, da su içmək üçün onunla birlikdə yaşadığı mənzilə qalxmışdır. Avtomobildən düşərkən içərisində 1770 manat nəğd pul, idarə etdiyi avtomobilə aid texniki şəhadətnamə, özünə məxsus sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi və bank kartı olan qara rəngli pul qabını Leylanın idarə etdiyi avtomobilin ön sağ tərəfində oturacağın üstünə qoymuşdur. Oğlu Nizami və qızı Aysu isə avtomobilin salonunda arxa oturacaqda oturmuşdular. Onlara avtomobildə gözləmələrini bildirib Leyla ilə evlərinə qalxmışdır. Leyla əynini dəyişənə kimi, o, su içmişdir. Birlikdə evdən çıxıb avtomobilə yaxınlışmışlar. Avtomobilə yaxınlaşıb qapını açarkən 12 yaşında olan qızı Aysunun ağladığını görmüşdür. Ondan nə olduğunu soruşmuş. Qızı ağlayaraq avtomobildən pul qabının oğurladıqlarını və qardaşının onun ardınca düşdüyünü demişdir. Onlar ətrafa baxıb oğlu Nizamini axtarmağa başlamışlar. Tez Nizaminin əl telefonuna zəng vurmuşdur. Nizami ona avtomobildən pul qabını oğurlayan şəxsin binanın blokuna qalxdığını, özünün isə blokun qarşısında onu gözlədiyini bildirmişdir. O, oğlundan hansı binanın blokunda olduğunu soruşmuşdur. Oğlu isə ona hansı binanın bloku olduğunu bilmədiyini demişdir. Bu zaman oğlu Nizaminin kiməsə pul qabını ver, pul qabını ver dediyini eşitmişdir. Həmin şəxsin oğluna pul qabını blokda güllərin arasına atdığını, pulun isə 700 manat olduğunu, həmin pulu oğluna qaytarmaq istədiyini dediyini eşitmişdir. Bundan sonra telefonla əlaqə kəsilmişdir. O, bunu görüb Nizami deyib qışqırmağa başlamışdır. Təkrar oğluna zəng vurmuşdur. Oğlu telefona cavab verib, oğrunun qaçdığını demişdir. Onlar orada olan zaman bir nəfərin dayanıb onlara tərəf baxıb qaçmaq istədiyini görmüşlər. Bunu görən Leyla oğru budur deyəndə həmin oğlan qaçmağa başlamışdır. Onlar ona tərəf qaçarkən, həmin oğlan qaçıb gözdən itmişdir. Bir az keçəndən sonra oğlu Nizaminin gəldiyini görmüşlər. Nizami ona 700 manat verib, pulu oğrudan aldığını demişdir. O, oğlu Nizamidən hadisənin haradan baş verdiyini soruşduqda o, yaxınlıqdakı binanın blokunu göstərərək hadisənin orada baş verdiyini demişdir. Bundan sonra o, Binəqədi RPİ 5-ci PB-nə gedərək baş vermiş hadisə barədə ərizə yazmışdır. Bir neçə gündən sonra o, Leylagilə gələrkən oğlu Nizaminin oğrunun sənədlərini və pul qabını bloka atdığını deməsi yadına düşmüşdü. Leylaya həmin bloka gedib baxmağı təklif eləmişdir. Oğlu Nizaminin ona göstərdiyi binanın blokuna daxil olub, ətrafa baxa-baxa pilləkənlə yuxarı qalxmağa başlamışlar. Binanın 4-cü mərtəbəsində olan dibçəyin arxasında pul qabını və içərisində sənədləri tapmışlar. O, təqsirləndirilən şəxsdən şikayətçidir, ona vurulmuş ziyan tam ödənilməmişdir, təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini xahiş edir. İbtidai istintaq vaxtı şahid qismində dindirilmiş və məhkəməyə ibtidai istintaq vaxtı verdiyi ifadəsinin təsdiq edilməsinə dair notariat qaydasında təsdiq edilmiş ərizə göndərən Şahid3 elan olunmuş ifadəsindən məlum olur ki, o, zərərçəkmiş Zərərçəkmiş şəxs Əhsən qızı ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınmaq haqqında qərardan məlum olur ki, Zərərçəkmiş şəxs Əhsən qızı ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan «Cinayət törətməkdə şübhəli şəxsin tutulması» haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhə edilən şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-330/2020 saylı “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir, həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanması nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1996-cı il tarixdə doğulmuşTəqsirləndirilən şəxs xx.xx.2013-ci il tarixdə Nərimanov rayon məhkməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 326.2, 66.3-cü maddələri ilə təqsirli bilinərək 600 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir; xx.xx.2013-cü ildə cərimə cəzası tam ödənilmişdir; xx.xx.2018-ci il tarixdə Nəsimi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay müddətinə azalıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan məlum olur ki, iş üzrə maddi ziyan 1070 manat qəbul edilmiş, iş üzrə maddi sübut kimi tanınmış «KİA RİO» markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid Azərbaycan Respublikası DİN BDYPİ Qİİ-si tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AD seriyalı 637427 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, Zərərçəkmiş şəxs adına olan AR DİN BDYPİ Sumqayıt RQİTB-i tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AE045582 nömrəli sürücülük vəsiqəsi, Zərərçəkmiş şəxs məxsus ASAN-SUMQAYİT tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi, 01 ədəd «Kapital Bank»a məxsus elektron ödəniş kartı saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olduğu iş materialları, zərərçəkmiş şəxsin və şahidin verdikləri ifadələrlə, ekspertiza rəyləri və cinayət işinin bütün materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və törətdiyi əməldən peşmançılıq hisləri keçirməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə işin halların nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur, belə ki, onun Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə ilə əlaqədar olan cəzasını çəkib qurtardığı xx.xx.2019-cu il tarixdən iki il keçmədən hazır ki cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs mülkiyyətində olan «KİA RİO» markalı, **-US- *** dövlət qeydiyyat nişanlı avtomobilə aid AR DİN BDYPİ Qİİ-si tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AD seriyalı 637427 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, Zərərçəkmiş şəxs adına olan AR DİN BDYPİ Sumqayıt RQİTB-i tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AE045582 nömrəli sürücülük vəsiqəsi, Zərərçəkmiş şəxs məxsus ASAN- SUMQAYİT tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi, 01 ədəd «Kapital Bank»a məxsus elektron ödəniş kartı saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur, mülki iddia verilməmişdir . Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını “ciddi rejimli” cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs mülkiyyətində olan «KİA RİO» markalı, **- US-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid AR DİN BDYPİ Qİİ-si tərəfindən xx.xx.2019cu il tarixdə verilmiş AD seriyalı 637427 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, Zərərçəkmiş şəxs adına olan AR DİN BDYPİ Sumqayıt RQİTB-i tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AE045582 nömrəli sürücülük vəsiqəsi, Zərərçəkmiş şəxs məxsus ASAN-SUMQAYİT tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi, 01 ədəd «Kapital Bank»a məxsus elektron ödəniş kartı saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədirlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar