Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-298/2022 04.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun X7, Tərcüməçi (rus dili üzrə) X2, Təqsirləndirilən şəxs, xx.xx.1989-cu il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, orta təhsilli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)- 45/2017 saylı, 25 yanvar 2017-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, Qobustan rayonu, Bədəlli ərazi idarəsi, Bədəlli kəndində qeydiyyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, Nəriman Əliyev küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən avtomobilləri talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsində yerləşən 39 saylı evin qarşısında park edilmiş Zərərçəkmiş şəxs1 məxsus 2005-ci il buraxılışlı ağ rəngli «VAZ-21074» markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının kilidini üzərində olan açarlardan istifadə edib seçmə yolu ilə açıb avtomobilə daxil olaraq, sükan arxasına oturub mühərrikini həmin açarla işə salıb idarə edib uzaqlaşmaqla həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırmışdır. Bundan başqa, o, təkrarən avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli kəndi, Ə.Əliyev küçəsində yerləşən 5 saylı evin qarşısında park edilmiş Zərərçəkmiş şəxs3 məxsus 2005-ci il buraxılışlı göy-yaşıl rəngli «VAZ-21074» markalı, **- RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının kilidini üzərində olan açarlardan istifadə edib seçmə yolu ilə açıb avtomobilə daxil olaraq, sükan arxasına oturub mühərrikini həmin açarla işə salıb idarə edib uzaqlaşmaqla həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırmışdır. Bundan başqa, o, təkrarən avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən 13 saylı evin qarşısında park edilmiş Zərərçəkmiş şəxs2 məxsus 1991-ci il buraxılışlı lipa yaşıl rəngli «Moskviç-412» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının kilidini üzərində olan açarlardan istifadə edib seçmə yolu ilə açıb avtomobilə daxil olaraq,sükan arxasına oturub mühərrikini həmin açarla işə salıb idarə edib uzaqlaşmaqla həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırmışdır. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 17 oktyabr 2021-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən T.Abbasov küçəsi ilə gəzərək, qaçırmaq üçün Rusiya istehsalı olan avtomobil axtarırmış, çünki Rusiya istehsalı olan avtomobillərə aid onda açarlar olmuş, həmin açarlarla o, demək olar ki, bütün köhnə Rusiya istehsalı olan avtomobilləri aça bilir.Həmin vaxt ağ rəngli "VAZ-2107" markalı avtomobil onun qarşısına çıxımış və həmin avtomobilin qabaq sağ qapısını özündə olan açarların biri ilə açıb, avtomobilə əyləşib, özündə olan açarla mühərrikini işə salıb avtomobili qaçırdıb, idarə etdikdən sonra, avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində saxlayıb oradan uzaqlaşmışdır.Bundan sonra, 24 oktyabr 2021-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində qaçırıb sürmək üçün avtomobil axtarmışdır.Bu zaman tünd göy rəngli “VAZ-2107” markalı, dövlət qeydiyyat nömrə nişanını bilmədiyi avtomobili idarə edərək qaçırmaq qərarına gəlmiş və həmin avtomobilin qabaq sağ qapısının kilidini özündə olan açarların biri ilə açaraq, ilkin olaraq avtomobilin mühərrikini həmin açarla işə salmışdır.Bundan sonra avtomobilin üzərində olan dövlət qeydiyyat nömrə nişanlarını çıxarıb yadında qalmayan yerdə tullamışdır ki, avtomobili rahat idarə edə bilsin.Daha sonra avtomobilə əyləşib, qaçırdıb idarə etdikdən sonra, avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində saxlayıb oradan uzaqlaşmışdır.Bundan sonra 10 noyabr 2021-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində qaçırıb sürmək üçün avtomobil axtarmışdır. Bu zaman yaşıl rəngli “Moskviç- 412” markalı, dövlət qeydiyyat nömrə nişanını bilmədiyi avtomobili idarə edərək, qaçırmaq qərarına gəlmiş və həmin avtomobilin qabaq sağ qapısının kilidini özündə olan açarların biri ilə açaraq, ilkin olaraq avtomobilin mühərrikini həmin açarla işə salmışdır.Daha sonra avtomobilə əyləşib, qaçırdıb idarə etdikdən sonra, avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq yaşayış massivində saxlayıb oradan uzaqlaşmışdır.Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən biri Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini, ona vurulmuş ziyanı ödəməsini, həmin zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, onun rəsmi qaydada özünə məxsus «VAZ-21074» markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili var idi, həmin avtomobili o, xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində bibisinin yaşadığı Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsində yerləşən 39 saylı binanın qarşısında saxlayıb bibisigilə getmiş və gecəni orada qalmışdır. Bibisigildə olduğu zaman, səhhətində yaranmış problemlə əlaqədar həmin evdən çölə çıxmamışdır. xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində evdən çıxıb yaşadığı evə getmək istədiyi zaman, özünə məxsus «VAZ 21074» markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxladığı yerdə olmadığını müəyyən etmişdir.Bundan sonra o, dərhal DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermiş, təxminən 15 dəqiqədən sonra Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları gələrək, hadisə yerini müayinə etmişdirlər.xx.xx.2021-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları ona zəng edərək, avtomobilinin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tapıldığını və ona həmin yerə gəlmək lazım olduğunu bildirmişlər.Onun işi olduğu üçün, Balaxanı qəsəbəsinə gedə bilməmiş və iki gündən sonra Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-nə getmişdir. Bölmənin ərazisində o, öz avtomoblini gördükdən sonra tanımışdır.Bundan sonra ona polis əməkdaşları tərəfindən bildirilmişdir ki, avtomoblini Təqsirləndirilən şəxs qaçırmışdır.Daha sonra o, özünə məxsus avtomobili polis əməkdaşlarından təhvil almış və sonradan həmin avtomobili digər şəxsə satmışdır.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən, o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 2019-cu ildə rəhmətlik dostu X4 500 manat müqabilində yaşıl rəngli «Moskviç» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır.Həmin avtomobil rəsmi olaraq mərhum X5 adına olsa da, «Moskviç» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki olaraq onun özünə məxsusdur, Ağarəhim Quliyev isə 2020-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etmişdir.O, həmin avtomobillə qum, sement və digər tikinti materiallarını daşıyırmış.Özünə məxsus «Moskviç» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili o, xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən 13 saylı evin qarşısında saxlayıb evinə getmişdir.Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə saat 09:00 radələrində evdən çıxıb işə getmək istədiyi zaman, özünə məxsus «Moskviç» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxladığı yerdə olmadığını müəyyən etmişdir. Bundan sonra o, dərhal DİN-nin 102 zəng xidmətinə zəng edərək bu barədə məlumat vermiş, təxminən 30 dəqiqədən sonra polis əməkdaşları gələrək, hadisə yerini müayinə etmişlər.xx.xx.2021-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları ona zəng edərək, avtomobilinin Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq yaşayış massivində tapıldığını və ona həmin yerə gəlmək lazım olduğunu bildirmişlər.Onun işi olduğu üçün, həmin yerə gedə bilməmiş və bir gündən sonra Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PB-nə getmişdir.Bölmənin ərazisində o, öz avtomobilini gördükdən sonra tanımışdır.Daha sonra ona polis əməkdaşları tərəfindən məlumat verilmişdir ki, avtomobilini Təqsirləndirilən şəxs qaçırmışdır.Həmin gün özünə məxsus avtomobilini bölmənin həyətindən götürmüşdür.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyinə və o, təqsirləndirilən şəxslə barışdığına görə o, təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, onun rəsmi qayda da özünə məxsus «VAZ 21074» markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmin avtomobili o, xx.xx.2021-ci il tarixdə saat 21:00 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli kəndi, Ə.Əliyev küçəsində yerləşən 5 saylı binanın qarşısında saxlayıb evinə getmişdir.Həmin gecə, yəni xx.xx.2021-ci il tarixdə saat 00:15 radələrində siqaret almaq üçün dükana getdiyi zaman, avtomobili saxladığı yerdə olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 08:00 radələrində evdən çıxıb işə getmək istədiyi zaman, özünə məxsus «VAZ-21074» markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxladığı yerdə olmadığını müəyyən etmişdir.Bundan sonra o, dərhal DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermiş, təxminən 15 dəqiqədən sonra Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları gələrək, hadisə yerini müayinə etmişdirlər.xx.xx.2021-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları ona zəng edərək, avtomobilinin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində tapıldığını və ona həmin yerə gəlməyin lazım olduğunu bildirmişlər.Onun işi olduğu üçün, Nardaran qəsəbəsinə gedə bilməmiş və iki gündən sonra Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-nə getmişdir.Bölmənin ərazisində o, öz avtomoblini gördükdən sonra tanımışdır, lakin, avtomobilinin üzərində həmin vaxtı dövlət qeydiyyat nişanları olmamışdır.Daha sonra ona polis əməkdaşları tərəfindən bildirilmişdir ki, avtomoblini Təqsirləndirilən şəxs qaçırmışdır.Təxminən bir həftədən sonra özünə məxsus avtomobilini bölmənin həyətindən götürmüşdur.Avtomobilinin üzərində dövlət qeydiyyat nişanları olmadığından, o, Tovuz rayonu DYPŞ-nə müraciət etmiş və ona həmin yerdən avtomobilinə yeni «**-CA-***» dövlət qeydiyyat nişanı və avtomobilinə aid yeni texniki pasportu vermişdirlər.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən, o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş ərizəyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş ərizəyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş ərizəyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/241 nömrəli rəyinə əsasən məlum olur ki, ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi, 2 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi, 3 saylı daktilolentin səthindəki «a» «b» əlbarmaq izləri, 4 saylı daktilolentin səthindəki «a» «b» əl-barmaq izləri 5 saylı daktilolentin səthindəki ovuc izi müqayiəsli tədqiqat üçün yararlıdır. ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sol əlinin ovucundan qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən daxil olmuş məlumatlardan görünür ki, o, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və əməlində cinayətin residivi vardır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 185.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 185.2.2-ci maddəsi ilə tövsif edilmişdir.Odur ki, təqsirləndirilən şəxs CM-nin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, “Məhkəmə hökmü” haqqında Azərbaycan Respublikası Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir. Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını və zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 dəymiş zərəri ödəməsini, həmin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Republikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 185.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin təqsiri, təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri və digər iş materialları ilə tam təsdiqini tapır, buna görə də, təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli bilinməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 15 noyabr 2021-ci il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Bakı şəhər Sabuncu rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Yusif Məmmədov tərəfindən qəbul olunmuş 15 noyabr 2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 15 noyabr 2021-ci il tarixdə tutulmuşdur. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olduğuna görə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar – «Moskviç-412» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı, «VAZ-21074» markalı, **-RB- *** dövlət qeydiyyat nişanlı və «VAZ-21074» markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut- Təqsirləndirilən şəxs əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 61.29 (altmış bir manat iyirmi doqquz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X6 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 15 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. İş üzrə maddi sübutlar – «Moskviç-412» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı, «VAZ- 21074» markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı və «VAZ-21074» markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut- Təqsirləndirilən şəxs əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 61.29 (altmış bir manat iyirmi doqquz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X6 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-298/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-298/2022
04.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver