Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-298/2023 30.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Lerik rayonu, Zövnə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Günəşli kəndində qeydiyyatında olmaqla, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 31, mənzil 36-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 128 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 128 və 221.3-cü maddələri maddələri ilə elan edilmiş ittihama görə o, 29 may 2022-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, «Vulkan dağı» adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində keçmiş arvadı Zərərçəkmiş şəxs1 yenidən onun evinə qayıtmasına görə şəxsi münasibətlər zəminində mübahisə edib dalaşaraq sonuncunun bədəninin müxtəlif nahiyələrinə əl və yumruq zərbələri ilə dəfələrlə vurub döyməklə ona sol alt göz qapağı və gözaltı nahiyənin, alt çənə cisminin, sağ bazunun ön səthinin qançırları, sağ bazunun bayır səthinin qançır-hematoması ilə nəticələnən və dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş yüngül bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə 07 noyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs1 lazer ustası işlədiyi, Binəqədi rayonu, Binəqədi şossesi, 1-ci mədən ünvanında yerləşən «Zəhra» gözəllik salonuna gələrək mobil telefonunu baxmaq üçün ona verməməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ictimai yer hesab olunan yerdə Zərərçəkmiş şəxs1 nalayiq sözlərlə söyərək və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vurub zor tətbiq etməklə ona göz yarığının daralması və gözün ağlı qişasının yuxarı-bayır yarısına qansızma ilə müşayiət olunan sağ gözətrafı yumşaq toxumaların və almacıq nahiyəsinin hematoması, döş qəfəsinin ön səthinin sol yarısında İİİ-V qabırğalararası sahənin, sol kürək və sağ çiyinüstü nahiyələrin, sağ buzunun yuxarı və orta 1/3-nin bayır, aşağı 1/3-nin ön-bayır, sol bazunun orta-yuxarı 1/3-nin arxa bayır səthlərinin şişkinlik fonunda qançırları, sol dirsək oynağının arxa səthinin syırıqları, sağ budun yuxarı 1/3-nin arxa bayır səthinin hematoması və orta 1/3-nin arxa-bayır səthinin qançırları ilə nəticələnən və dərəcəsinə görə ümumilkdə sağamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs1 gözəllik salonundan çıxaraq qaçdıqda, silah qismində istifadə etdiyi kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağı ilə zor tətbiq edərək vurub xəsarət yetirmək məqsədilə və zor tətbiq edilməsi hədəsi ilə onu qovaraq təqib etmiş, Zərərçəkmiş şəxs1 arxasınca yaxınlıqda yerləşən metal qəbulu məntəqəsinə daxil olduqda orada fəhlə işləyən Şahid3 tərəfindən saxlanılb bıçaq əlindən alınmaqla zərərsizləşdirilmiş, bundan sonra «Zəhra» gözəllik salonuna qayıdıb qərəzli hərəkətlərini davam etdirməklə, salonun icarədarı Zərərçəkmiş şəxs2 məxsus 500 manat dəyərində güzgünü, 600 manat dəyərində sertifikatları, 75 manat dəyərində çay servizini, 60 manat dəyərində hamam aksesuarlarını, 180 manat dəyərində plastik qapını, 240 manat dəyərində kosmetik dərman vasitələrini sındırıb məhv etməklə və zədələməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 1655 manat məbləğində ziyan vurulması ilə müşayiət olunan xuliqanlıq hərəkətləri etmişdir. Buna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128 və 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam, 221.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2006-cı ildə Zərərçəkmiş şəxs1 ilə ailə quraraq rəsmi nikaha daxil olmuş, birgə nikahdan 3 övladı vardır. 12 mart 2022-ci il tarixdə arvadı Şəlalənin ona qarşı xəyanət etməsindən xəbər tutduğuna görə Şəlalədən ayrılmışdır. Şəlalə həmin vaxt Rasif adlı şəxsə qoşularaq evdən çıxıb getmiş və bundan sonra uşaqları onun öhdəsində qalmışdır. Şəlalənin etdiyi xəyanətə görə boşanmaq qərara gəlmişdir. Bu səbəbdən Biləsuvar Rayon Məhkəməsinə boşanmaq barədə ərizə vermiş, 21 oktyabr 2022-ci il tarixdə Şəlalə ilə nikahı pozulmuşdur. 29 may 2022-ci il tarixdə Binəqədi rayonu, Vulkan Dağı yaşayış massivi, dalan 1, 3-cü mədən ərazisində yerləşən evinin həyətində Şəlalə ilə mübahisəsi olmuş, sonuncuya bir neçə zərbə yetirmişdir. 07 noyabr 2022-ci il tarixdə evinə gələrək görmüşdür ki, evin giriş qapısını və pəncərəsini açmaq məqsədilə dəmir alət salıb zədələyiblər. O, evin qapısını açıb içəri keçərək kamera görüntülərini izləyəndə görmüşdür ki, evə Şəlalə hamamın nəfəsiliyindən daxil olub. Həmin gün təxminən, saat 18:00 radələrində Binəqədi rayonu, Binəqədi şossesi, 1-ci mədən ünvanında, «Mirinşaat» tikinti malları mağazasının yaxınlığında yerləşən, Şəlalənin işlədiyi gözəllik salonuna gələrək ondan evə girməsinin səbəbini soruşmaq istəmişdir. O, salona gələndə Şəlalənin iş yoldaşı Günel də orada olmuşdur. Şəlalə isə mobil telefonu ilə kiminləsə danışmışdır. Şəlalə onun salona gəldiyini görsə də, saymamazlıq göstərərək arxasını ona tərəf çevirib telefonla danışmağa davam etmiş, buna görə də əsəblərini saxlaya bilməyərək telefonu Şəlalənin əlindən almışdır. Şəlalə isə telefonu almaq məqsədilə onun üstünə cummuşdur. Sonuncu ilə arasında mübahisə yaranmış, bir neçə zərbə vurmuş, cibindən telefonu çıxararkən bıçaq da çıxmış, lakin həmin bıçaqdan istifadə etməmiş, bıçaqla arvadına xəsarət yetirmək niyyətində qətiyyən olmamışdır. Həmin bıçaq mətbəx bıçağı olmaqla çox vaxt üzərində olmuşdur. O, telefonu çıxararkən bıçaq da təsadüfən çıxmış və qatlanmış vəziyyətdə olmişdur. Mübahisədən sonra Zərərçəkmiş şəxs1 qaçıb getmiş, o da mübahisənin aydınlaşdırılması üçün arxasınca qaçmış, metal qəbulu məntəqəsində olan tikiliyə girərkən kənar şəxs onu saxlamış, daha sonra Zərərçəkmiş şəxs1 polis əməkdaşının avtomaşına minib getdiyini görmüşdür. Daha sonra o, əsəbindən salonda olan bəzi əşyalara ziyan yetirmişdir. O suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı ifadə verərkən Zərərçəkmiş şəxs1 ilə münasibətləri gərgin olduğundan həmin vaxtı təqsirli bilməməsi formada ifadələr vermişdir. Hazırda Zərərçəkmiş şəxs1 ilə barışaraq bir evdə yaşayırlar, onun azadlıqdan məhrum edilməsi ailəsini çətin vəziyyətə salacaqdır. Deyilənlərin və himayəsində 3 uşağının olmasının nəzərə alınaraq o, məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2005-ci ildə həmkəndlisi Təqsirləndirilən şəxs ilə ailə quraraq rəsmi nikaha girmiş, birgə nikahlarından 2 qız və 1 oğlan övladı vardır. İslamla ailə qurandan sonra Sumqayıt şəhərində 5 il kirayədə yaşamış, 2011-ci ildə isə Binəqədi rayonu, Vulkan Dağı yaşayış massivi, dalan 1, 3-cü mədən ərazisində aldıqları torpaq sahəsində ev tikib orada yaşamağa başlamışlar. Əvvəllər İslamla münasibəti yaxşı olsa da, 2017-ci ildən aralarında narazılıq yaranmışdır. 2021-ci ildən başlayaraq ailədə münaqişələr baş vermiş, o, Biləsuvar Rayon Məhkəməsinə boşanma barədə ərizə ilə müraciət etmiş və 01 oktyabr 2022-ci il tarixdə məhkəmə qərarı ilə ondan boşanmışdır. 12 mart 2022-ci il tarixdə İslamla aralarında yaranmış mübahisə zamanı İslam onu döyərək evdən qovduğuna görə anasının yaşadığı Biləsuvar rayonuna getmiş, sonradan Abşeron rayonuna gəlib kirayə ev tutaraq rəfiqəsi bir yerdə qalmış və Sevda adlı qadına məxsus gözəllik salonunda işləməyə başlamışdır. Uşaqları isə İslamın yanında qalmışdır. 29 may 2022-ci il tarixdə təxminən saat 20:00 radələrində iş yoldaşı Sevda ilə birlikdə Binəqədi rayonu, Vulkan Dağı yaşayış massivi, dalan 1, 3-cü mədən əriazisində yerləşən evinə getmişdir ki, uşaqları ilə görüşsün. Ev həyət darvazası bağlı olduğuna görə o, Sevda ilə birlikdə hasarın tikilməmiş hissəsindən həyətə keçərək evin dəmirdən olan giriş qapısını döyməyə başlamışdır. Bu vaxt İslam qapını açmış və onu görən kimi sillə ilə sifət nahiyəsindən zərbə vurmuş və o, yerə yıxılmışdır. Sonra İslam ona yerdə təpiklə zərbələr vurmağa başlamışdır. Sevda qışqırıb köməyə adam çağırmış, onu İslamın əlindən almaq istəmiş, bu zaman İslam Sevdanın sifətinə də bir sillə vurmuşdur. Bundan sonra o, «102» qaynar xəttinə zəng vuraraq hadisə barədə məlumat vermiş, Binəqədi RPİ-nin 43-cü polis bölməsinə gələrək şikayət ərizəsi yazmış, izahat vermiş, səhəri gün isə məhkəmə-tibbi ekspertizasının müayinəsindən keçmişdir. O, 2022-ci ilin iyun ayından tanışı Zərərçəkmiş şəxs2 Binəqədi rayonu, Binəqədi şossesi, 1-ci mədən ünvanında yerləşən və icarəyə götürərək işlətdiyi «Zəhra» gözəllik salonunda lazer ustası işləməyə başlamışdır. 07 noyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Zərərçəkmiş şəxs2 ilə birlikdə iş yerində olarkən anası onun mobil telefon nömrəsinə zəng vuraraq onunla danışmağa başlamışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə salona daxil olmuş və dayanıb onun telefonla danışmasını gözləmişdir. O, anası ilə danışığı bitirib sağollaşandan sonra İslam kiminlə danışdığını soruşmuş, o da hirsləndirmək üçün aqressiz cavablar vermiş, İslam sifətindən sillə vurmaqla telefonunu əlindən almaq istəmişdir. İslam ondan telefonunu baxmaq üçün ona verməsini tələb etsə də, telefonu İslama verməmiş, bundan sonra İslam onu sillə və təpiklə vurub döyməyə başlamışdır. O, salonunda olan hamam otağına keçərək qapını arxadan bağlamış, lakin İslam hamam otağının plastik materialdan olan qapısını vurub sındıraraq içəri keçib onu tutaraq salonun içərisinə gətirmiş, baş nahiyəsindən yumruq zərbələri vuraraq onu döyməyə başlamışdır. İslam onun telefonunu götürüb şalvarının cibinə qoymuş və öz mobil telefonunu çıxarıb baxmağa başlamışdır. İslam telefonu çıxardarkən bıçaq da çıxmışdır. İslamın diqqətinin onlan yayındığını görən kimi su içmək bəhanəsi ilə divandan durub su kranına tərəf yaxınlaşmış və dərhal da salondan çıxaraq işlədiyi salonun yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə tərəf qaçıb getmişdir. İslam da salondan çıxıb onun arxası ilə gəlməyə başlamışdır. O, metal qəbulu məntəqəsində olan tikiliyə girmişdir. Həmin vaxt orada 4-5 nəfər tanımadığı kişi olmuşdur. Onu təqib edən İslam da arxasınca metal qəbulu məntəqəsinə daxil olanda həmin kişilərdən biri İslamı tutub saxlamışdır. Həmin vaxt o, yaxınlıqdan polis patrul avtomobilinin getməsini görərək qışqırıb onlardan dayanmasını xahiş etmiş, avtomobil dayanan kimi qaçaraq onun yanına gəlmiş, hadisəni danışaraq avtomobildə olan polis əməkdaşlarından onu polis bölməsinə aparmalarını xahiş etmişdir. Həmin əməkdaşlar Abşeron Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını deyərək onu avtomobilə əyləşdirib Xırdalan dairəsinə kimi gətirmiş, oradan da taksi ilə Binəqədi Rayon Polis İdarəsinə yola salmışlar. O, həmin polis idarəsinə gəlib müraciət etdikdən sonra ərazi üzrə 6-cı polis bölməsinin əməkdaşları gələrək onu bölməyə aparmışlar. Orada şikayət ərizəsi yazıb izahat vermiş, səhəri günü xəstəxanaya gedərək tibbi yardım almış, məhkəmə-tibbi ekspertinin müayinəsindən keçmişdir. Ona sonradan Günelin danışması əsasında məlum olmuşdur ki, o, hadisə yerindən gedəndən sonra İslam onun işlədiyi salona qayıdaraq salonda olan əşyaları, yəni termonu, əl-üz yuyanı, çay bardaqlarını vurub sındırmışdır. 14 noyabr 2022-ci il tarixdə salonda olarkən metal qəbulu məntəqəsində işləyən İlqar adlı şəxs salona gəlmiş və İslamın əlindən aldığı bıçağı gətirib ona təhvil vermişdir. O, da həmin gün 6-cı polis bölməsinin əməkdaşlarına zəng vurub onlarla danışmış və polis əməkdaşları gəlib protokol yazaraq bıçağı ondan götürmüşlər. O, suallara cavab olaraq bildirmişdir ki, istintaq zamanı “İslam bundan sonra saçından yapışıb onu divanda əyləşdirmiş, özünün mobil telefonunu çıxarıb onu kamera ilə videoya çəkərək «səni kim vurub bu hala salıb» deməklə onu təhqir etməyə başlamış, şalvarının cibindən qatlanmış bıçaq çıxararaq düyməsini basmaqla bıçağı açmış və demişdir ki, «səni öldürəcəm, niyə mənimlə yaşamırsan, mən dediyimi etmirsən, nə üçün telefonunda olan «WhatsApp» profilində öz şəklini qoymusan» kimi ifadələri həqiqəti əks etdirmir, həmin vaxt əsəbi olduğundan İslamdan qisas almaq üçün belə ifadələr vermişdir. Təqsirləndirilən şəxs əlində olan bıçaq qatlanmış vəziyyətdə olmuş, həmin bıçaqdan istifadə edərək ona qarşı heç bir xəsarət yetirməmiş, hədə-qorxu gəlməmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Onun azadlıqdan məhrum edilməsi ailənin yenidən dağılmasına səbəb olacaqdır. Deyilənlərin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, Binəqədi şossesi, 1-ci mədən ünvanında yerləşən «Zəhra» gözəllik salonunu 6 ay olar ki, icarəyə götürərək orada tanışı Zərərçəkmiş şəxs1 ilə işləyir. Şəlalənin keçmiş əri Təqsirləndirilən şəxs tanıyır, lakin onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi yoxdur. 07 noyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Şəlalə ilə salonda olarkən Təqsirləndirilən şəxs salona gəlmiş, həmin vaxt Şəlalə mobil telefonu ilə anası ilə danışmışdır. Şəlalə telefonla danışarkən Təqsirləndirilən şəxs Şəlaləyə yaxınlaşıb ona «sən niyə şəkilini profilə qoyubsan» deyərək Şəlaləni yumruq və sillə zərbələri ilə vurub döyməyə başlamışdır. Zərbələrdən Şəlalə döşəməyə yıxılmış, İslam onu yıxıldığı vəziyyətdə təpiklə vurmuşdur. Bundan sonra İslam şalvarının cibindən bıçaq çıxartmış, lakin bıçaqdan Şəlaləyə qarşı xəsarət yetirməmiş, sadəcə bıçaq əlində olmuşdur. Şəlalə ayağa durub qaçaraq salonda olan hamam otağına girmək istəyəndə, İslam onun arxasınca qaçaraq Şəlaləni döyüb oradan çıxarmış və bu zaman hamamın qapısını da vurub sındırmışdır. X8 salonun divanında əyləşdirib onun başına, sifətinə yumruq zərbələri vuraraq, «bunu kim döyüb» deyərək Şəlaləni ələ salmağa başlamışdır. O, isə İslama «Şəlaləni sən döyürsən, burada onu səndən başqa da döyən var» demiş, salondan bayıra çıxıb telefonla DİN-in 102 xidmətinə yığıb hadisə barədə məlumat vermək istəmişdir. İslam onun salondan çıxmaq istədiyini görüb qapının qarşısında dayanıb «sən hara gedirsən» demiş, Şəlalə içməyə su istəyəndə ona salondakı su kranında əl-üzünü yu, özünə gəl demiş, Şəlalə isə salonun girişində olan su kranına tərəf gəlib qəfildən də qapıdan bayıra qaçıb qışqıraraq kömək çağırmağa başlamışdır. İslam da Şəlalənin ardınca salondan çıxmışdır. Bu anda o, imkan tapıb DİN-nin «102» xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Şəlalə salonun yanında olan metal məntəqəsinə tərəf qaçaraq orada dayanmış bir neçə nəfər kişidən kömək istəmiş, onlardan biri İslamı tutub saxlamışdır. Şəlalə isə asfalt yola tərəf qaçaraq yoldan keçən polis maşınına əl edib saxlatdıraraq maşına minib oradan getmişdir. İslam isə yenidən salona gələrək orada olan güzgüləri, su kranını, stolun üstündə olan qabları vurub sındırmağa başlamış, salondan çıxıb gedərkən onun da ünvanına söyüşlər vermişdir. Az sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirib fotoşəkillər çəkmiş, protokol tərtib etmişlər. O, polis əməkdaşları ilə 6-cı polis bölməsinə gələrək şikayət ərizəsi vermişdir. İslam salonda ona məxsus olan 500 manat dəyərində güzgünü, hər birini 300 manata aldığı sertifikatları, stolun üstündə olan 75 manat dəyərində qabları, hamamın 180 manat dəyərində qapısını, hamamın 60 manat dəyərində duşunu, hər biri 120 manat olan 2 flakon kosmetik dərman vasitəsini sındırıb məhv edərək ona ümumilikdə 1655 manat məbləğində maddi ziyan vurmuşdur. Hazırda Təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Deyilənlərin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayından Zərərçəkmiş şəxs1 onunla birlikdə gözəllik salonunda işləməyə başlamışdır. 29 may 2022-ci il tarixdə, saat 20:00 radələrində Şəlalə ilə işdən çıxıb evə gedərkən Şəlalənin ağladığını görüb səbəbini soruşmuş, Şəlalə, neçə vaxtdır ki, hazırda ayrıldığı ərinin evində qalmış azyaşlı uşağını görə bilmədiyini, bu gün gedib həmin evdə uşağını görmək istədiyini demişdir. Şəlaləyə yazığı gəldiyinə görə ona demişdir ki, uşağını görməsi üçün onunla həmin evə getməyə razıdır. Bundan sonra Şəlalə ilə Binəqədi qəsəbəsi, Vulkan dağı yaşayış massivinə gəlmişlər, bir həyətin qarşısına çatanda Şəlalə həyət darvazasının qapısını itələmiş, lakin qapı bağlı olduğuna görə Şəlalə hasardan həyətə keçərək darvaza qapısını açmış və bundan sonra o, həyətə daxil olmuşdur. Şəlalə həyətdəki evə yaxınlaşıb dəmir materialdan olan giriş qapısını döyməyə başlamış, az keçməmiş qapını sonradan tanıdığı Şəlalənin əri olduğunu bildiyi İslam, Şəlalənin qayınatası Arazxan və qayınanası Cəmilə açmışlar. Onlar Şəlalədən nə üçün bu həyətə gəldiyini soruşduqda, Şəlalə bildirmişdir ki, azyaşlı uşağını görməyə gəlmişdir. Şəlalə bu sözü deyən kimi İslam Şəlaləni döyməyə başlamış, həmçinin Şəlalənin qayınatası və qayınanası da Şəlalənin üstünə hücum çəkib onu həyətdən qovmağa başlamışlar. O, dalaşma baş verdiyini görərək hay-küy salaraq qonşuları köməyə çağırsa da, lakin qonşulardan heç kim səsə gəlməmişdir. O, Şəlaləni İslamın əlindən almaq istəyərkən sillə zərbəsinin biri də ona dəymişdir. Bundan sonra o, kənara çəkilib İslama bir söz deməmişdir. Onlar Şəlaləni həyətdən küçəyə çıxarandan sonra oradan uzaqlaşmışlar. Şəlalə polis bölməsinə gələrək şikayət ərizəsi vermiş, onun da hadisənin şahidi kimi izahatını almışlar. Səhəri gün isə Şəlalənin həyat tərzini öyrəndiyinə görə onu işdən azad etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 18 oktyabr 2022-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 1-ci mədən ünvanında yerləşən metal qəbulu məntəqəsində fəhlə işləyir. İşdə olduğu zaman ilk əvvəl məntəqəyə Şəlalə həyəcanlı vəziyyətdə gəldi və o, qışqıraraq kömək istədi. Daha sonra isə onun ardınca İslam gəldi. İslam heç bir müqavimət göstərmədi, zor tətbiq etmədi. İslam içkili və əsəbi idi. Həmin vaxt İslamın əlində bağlı vəziyyətdə kiçik bıçaq olmuşdur. O, İslamın qolundan tutarkən bıçaq yerə düşdü. O, İslamın qabağını kəsmiş, heç içəri daxilolmasına icazə verməmiş və onu ordan uzaqlaşdırmışdır. Bundan sonra Şəlalə də küçəyə çıxıb polis avtomobilinə minərək oradan uzaqlaşmışdır. Bu hadisədən az sonra «Zəhra» gözəllik salonuna polis əməkdaşları gəlmişlər, o isə bir neçə gündən sonra salona baxdıqda güzgünün qırıldığını görmüş, İslamdan alıb özündə saxladığı bıçağı Şəlaləyə təhvil vermişdir. O, suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı ifadəsini oxumadan qol çəkmiş, ibtidai istintaq zamanı “həmin oğlan Şəlaləni təqib edərək onu əlindəki bıçaqla vurmaq istəmişdir” kimi ifadələr verməmişdir. Şahidlər Şahid2, Şahid4 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəlirini təsdiq etmişlər, məhkəmə iclaslarının onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid2, Şahid4 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (i.v.1) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 1-ci mədən ünvanında yerləşən «Zəhra» gözəllik salonunda baş vermişdir. (i.v. 10-13) xx.xx.2022-ci il tarixli protokoldon görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi qara rəngli açılıb bağlanan bıçaq maddi sübut olaraq götürülmüşdür. (i.v. 26) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik hüquqi şəxsin Binəqədi rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 2365 nömrəli rəyindən görünür ki, müayinəsi aparılan 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – göz yarığının daralması və gözün ağlı qişasının yuxarı-bayır yarısına qansızma ilə müşayiət olunan sağ gözətrafı yumşaq toxumaların və almacıq nahiyəsinin hematoması, döş qəfəsinin ön səthinin sol yarısında İİİ-V qabırğalararası sahənin, sol kürək və sağ çiyinüstü nahiyələrin, sağ bazunun yuxarı və orta 1/3-nin bayır, aşağı 1/3-nin ön-bayır, sol bazunun orta-yuxarı 1/3-nin arxa bayır səthlərinin şişkinlik fonunda qançırları, sol dirsək oynağının arxa səthinin sıyrıqları, sağ budun yuxarı 1/3-nin arxa bayır səthinin hematoması və orta 1/3-nin arxa-bayır səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 07 noyabr 2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə təpiklə vurulma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. (i.v. 28-30) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ********* nömrəli işlə birləşdirilməklə istintaq sonuncu statistik nömrə ilə davam etdirilmişdir. (i.v. 31) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 33) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik hüquqi şəxsin Binəqədi rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1068 nömrəli rəyindən görünür ki, müayinəsi aparılan 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər – sol alt göz qapağı və gözaltı nahiyənin, alt çənə cisminin, sağ bazunun ön səthinin qançırları, sağ bazunun bayır səthinin qançır-hematoması bərk küt əşyanın (əşyaların) təsirindən müyainədən bir günə qədər müddətə uyğun gəlirlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əl və yumruqla yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər. Vətəndaş Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi, eləcə də onun öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandırıcıdır. (i.v. 53-54) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. (i.v. 59) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, HK-1/725 nömrəli material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. (i.v. 62-63) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. (i.v. 90) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilmişdir. (i.v. 93) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən xx.xx.2022-ci il tarixdə alınmış tələbnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 105) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. (i.v. 108) 17.11. 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilmişdir. (i.v. 111) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. (i.v. 134-137) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. (i.v. 138-139) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1712 saylı xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq - kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. (i.v. 159-160) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 128 və 221.3-cü maddələrinə tövsif edilmişdir. (i.v. 165-166) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. (i.v. 168-169) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 172) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nə gəlmişdir. (i.v. 177) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilmişdir. (i.v. 178) AZ-İV 409063 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X6 adlı uşağı vardır. (i.v. 204) AZ-İİ 914499 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X7 adlı uşağı vardır. (i.v. 205) Biləsuvar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(022)-719/2022 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli nikah qeydi pozulmuşdur. (i.v. 207-213) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan olunmuşdur. (i.v. 239-240) xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilərək sonuncunun saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 239-243) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etməsi əsasında götürülmüş, 07 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi 01 ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınmış, məhkəmənin yekun hökmünədək saxlanması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (i.v. 251- 259) Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş və sonuncudan heç bir şikayəti, tələbi yoxdur. Ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş və sonuncudan heç bir şikayəti, tələbi yoxdur. Ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-ci il tarixli, 1(001)-298/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs CM-in 128.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. CM-in 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərinin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən və qiymətləndirilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsifində səhvə yol vermişdir. Belə ki, xüliqanlıq cinayətinin əsas (sadə) tərkibi CM-in 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasına görə isə, həmin maddədə nəzərdə tutulmuş cinayətin tövsifedici əlaməti kimi silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması çıxış edir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə CM-nə edilmiş dəyişikliyə görə, CM-nin 221.3-cü maddəsi aşağıdakı yeni redaksiyada verilmişdir: “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Qeyd edilən dəyişikliklə CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq əməlinin obyektiv cəhətdən təzahür formaları olan “zor tətbiq olunması ilə” və ya “belə zorun tətbiq edilməsi hədəsi” silah tətbiq edilməklə törədildikdə xx.xx.2017-ci il tarixədək qüvvədə olan CM-nin 221.3-cü maddəsinin tərkibini yaradırdısa, lakin həmin tarixdə edilmiş dəyişiklikdən sonra CM-nin 221.3-cü maddəsinin dispozisiyasında “zor” tətbiqi məsələsi dəqiqləşdirildiyindən, yəni silahın tətbiqi hansı halda CM-nin 221.3-cü maddəsinin tərkibini yarada bilməsi məsələsi konkretləşdirildiyindən və yalnız “soyuq silahdan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması” əlaməti CM-nin 221.3-cü maddəsinin tərkibini yaradır. Bununla da xx.xx.2017-ci il tarixdən sonra “soyuq silahdan istifadə etməklə zorun tətbiq edilməsi hədəsi” artıq CM-nin 221.3-cü maddəsinin tərkibini yaratmır. Yəni həmin dəyişiklikdən sonra “hədə” əlaməti CM-nin 221.1-ci maddəsinin tərkibini yaratsa da, CM-nin 221.3-cü maddəsinin tərkibini yaratmır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.20211-ci il tarixli qərarında qeyd edilmişdir ki, xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Bununla yanaşı, əgər silah və ya silah qismində istifadə edilən əşyalar yalnız əmlakın məhv edilməsi və ya zədələnməsi üçün istifadə edilərsə, lakin bunun nəticəsində insanların sağlamlığına zərər vurulmazsa və yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yaranmazsa, əməl CM-in 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. CM-in 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. İş üzrə təqsirləndirilən, zərər çəkmiş şəxslərin, Şahid3 ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs əlində bıçaq olsa da həmin bıçaqdan istifadə edərək zərər çəkmiş şəxslərə zor tətbiq etməmişdir. Başqa sözlə işin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs həmin bıçaqdan istifadə etməklə zərər çəkmiş şəxslərin birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxslərin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə etməsi öz təsdiqini tapmır. Belə olan halda Təqsirləndirilən şəxs əməli CM-in 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. Beləliklə də hazırkı ittiham aktında Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamdakı “silah qismində istifadə etdiyi kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağı ilə zor tətbiq edərək vurub xəsarət yetirmək məqsədilə və zor tətbiq edilməsi hədəsi, yuxarıdakı qeyd edilən formada məhz CM-nin 221.3-cü maddəsinin tərkibini yaradan formada “zor tətbiq olunması” halı baş verməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının işin faktiki halları və Təqsirləndirilən şəxs əməlləri barədə gəldiyi nəticələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq kifayət qədər araşdırılmamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirliliyi barədə yekun nəticəyə gələrkən topladığı sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə görə şəxsin təqsirli olmasına şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. CPM-in 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi yuxarıda qeyd olunan sübutlar bazası mötəbərliliklə yalnız Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qarşı CMin 221.1-ci maddəsində əks olunan cinayətin əlamətlərini olması üçün kifayət edir və cinayət-prosessual qanunun təsvir edilən, eləcə də ittihamın sübut olunmasında yaranan, aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən CPM-in 146.3-cü maddəsi ilə uzlaşan yanaşma kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməli (xx.xx.2022-ci il tarixdə baş vermiş) CM-in 221.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 221.1-ci maddəsi ilə qiymətləndirilməli olduğu halda, istintaq orqanı əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, işin faktiki hallarına uyğun olmayan, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif etmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif etməyi qanuni və əsaslı sayır. CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 318.1-ci maddəsinin tələbinə görə,məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X4 haqqında» X1 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X2 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). CPM-in 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 346.1-ci maddəsinə əsasən, hökm çıxarılarkən müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə toplanmış sübutları obyektiv, qərəzsiz araşdıraraq və hüquqi qiymət verərək Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə baxışının nəticəsi olaraq təqsirləndirilən şəxsin əməli az ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edilməli, yəni Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən, həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyi ilə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13, 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasının, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamında göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 01 gün müddət nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və üzərinə yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 64 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə, qanunun təsvir edilmiş tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan 01 ədəd bıçaq sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 45 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 1 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 31, mənzil 36-da axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhəri Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan 01 ədəd bıçaq sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-298/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-298/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver