Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-299/2022 01.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs: xx xxxxxxx 1987-ci ildə İmişli şəhərində doğulmuş, işləməyən, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikası vətəndaşı, İmişli şəhəri, H.Aslanov küçəsi ev 24, mənzil 15-də pasport qeydiyyatında olan və faktiki Bakı şəhəri, Binəqədi rayonu, F.Orucov küçəsi ev 53-də yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci il tarixdə, səhər saatlarında yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, F.Orucov küçəsi 53 saylı evin qarşısında tanışı Şahid1 satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli 0,469 qram psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdən sonra əynində olan şalvarın sol yan cibində gizlədərək saxlamaqla daşımış, həmin gün saat 16.20 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında o, tanışı Şahid1la birlikdə piyada hərəkətdə olduğu vaxt saxlanılaraq ünvan 2 ünvanda yerləşən Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinə gətirilmiş və həmin gün saat 17.55 dəqiqədə üzərində aparılan axtarış zamanı əynində olan şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli 0,469 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, 11 dekabr 2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən tanışı Şahid1 evində çay içərkən 2 nəfər şəxs plastik pəncərədən evə daxil olmuş onları yerə yıxaraq narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə sorğu-sual etmişdir. Həminvaxt Şahid1 üzərində az miqdarda narkotik vasitə olduğunu, özündə isə heç nə olmadığını qeyd etmişdir. Onlar Şahid1 “mal haradadır” deyə təzyiq edərək onu və tanışını polis bölməsinə apararaq narkotik vasitəni ona verib üzərində axtarış keçirərcəklərini və həmin zaman narkotik vasitəni üzərindən çıxartmasını tələb etmişdirlər. Bölmədə olarkən ona ayrılmış bir nəfər vəkil bölməyə gəlmişdir. Bölmədə psixoloji təzyiqlərə məruz qalaraq həmin narkotik vasitənin özünə məxsus olmasını qəbul etmişdir. Protokolları oxumadan imzalamışdır. Özünün mariaxuana istifadəçisi olduğunu, heroin və metamfetamindən istifadə etmədiyini bildirmişdir. Narkotik vasitələrin istifadəçisi olmuş, lakin həmin gün narkotik vasitə istifadə etməmiş və üzərində daşımamışdır. Qedilənləri nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 20 ildir ki tanışdır və həmyerlidir. 11 dekabr 2021ci il tarixdə ünvan 4 ünvanının yerləşən evinə Rüfət həmin gün qonaq kimi gəlmişdir. Rüfət Həsənov həmin gün səhər tezdən qonaq gəlmiş, ondan əlavə 1 nəfər tanışları da orda olmuş, daha sonra həmin tanışları getmişdir. Rüfətlə birikdə oturan zaman pəncərəni sındıraraq bir neçə şəxs içəriyə daxil olmuş, onu və Təqsirləndirilən şəxs döyərək 6-cı polis bölməsinə aparmışdırlar. Həmin vaxt onun üzərində 1 qram heroin olmuş, Rüfətin isə üzərində heç nə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis kapitanı rütbəsindədir. X12 Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə etimad doğuran, məlum, qərəzsin mənbədən daxil olmuş əməliyyat məlumatında bildirilirmiş ki, 1988-ci il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayon sakini, Şahid1 psixotrop maddə və narkotik vasitələrin satış məqsədi ilə daşınması, Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanunsuz dövriyyəsi və satışı ilə məşğul olur. Əməliyyat yolu ilə daxil məlumatın yoxlanılması məqsədi ilə həmkarı, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə raportla məlumat verilmiş və rəhbərliyin icazəsindən sonra sonuncu tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilməklə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 rəhbərliyi altında ondan və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Roman Həsənovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Külli miqdarda psixotrop maddə və narkotik vasitələrin satış məqsədi ilə daşınması, qanunsuz dövriyyəsi və satışında şübhəli bilinən şəxsin müəyyən edilməsi, yaxalanması və narkotik vasitələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun üzvləri ilə birlikdə 11 dekabr 2021-ci il tarixdə, 16:20 dəqiqədə ünvan 1 ünvanının yaxınlığında Şahid1 və Təqsirləndirilən şəxs piyada hərəkətdə olduqları vaxt o, və əməliyyat qrupunun digər üzvləri həmin şəxsə yaxınıb xidməti vəsiqələrini göstərərək Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olduqlarını bildirmiş və sonuncuları əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış etmişlər. Daha sonra Şahid1 və Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin inzibati binasına dəvət etmişlər. Polis bölməsinin xidməti otaqların birində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarov, əməliyyat qrupunun üzvləri Şahid3, Roman Həsənovun, külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanması, qanunsuz dövriyyəsi və satışında şübhəli bilinən Şahid1 və Təqsirləndirilən şəxs, sonuncuların hüquqlarının müdafiəsi üçün dəvət edilmiş «Yusif Allahverdiyev və Partnyorları» vəkil bürosunun vəkili X4, 24 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və onun iştirakı ilə Şahid1 və Təqsirləndirilən şəxs üzərlərində şəxsi axtarış və götürmə həyata keçirmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynində olan şalvarın sol yan cibindən 04 (dörd) bükümdə, narkotik vasitə olan heroin, 01 (bir) bağlamada psixotrop maddə olan metamfetamin və həmin şalvarın arxa sol cibindən 01 (bir) ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirildi və əynində olan şalvarın sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan Red Mi markalı və içərisində mobil nömrə olmayan Samsung markalı mobil telefon, 01 ədəd Şahid1 məxsus şəxsiyyət vəsiqəsi, **********535460 nömrəli plastik bank kartı və 18 (on səkkiz) manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Şahid1 üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Şahid1 təqdim etdiyi heroin kütlələri elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 7,15 (yeddi tam yüzdə on beş) qram, metamfetamin kütləsi elektron tərəzidə çəkildi və çəkisi qablaşdırma ilə birlikdə 59,93 (əlli doqquz tam yüzdə doxsan üç) qram oldu. Sonra aşkar olunmuş həmin kütlələr və 1 (bir) ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Şahid1, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd Samsung markalı və 1 ədəd Red Mi markalı mobil telefon, Şahid1 məxsus şəxsiyyət vəsiqəsi, **********535460 nömrəli plastik bank kartı bu barədə izah verildikdən sonra götürülmüş, 18 (on səkiz) manat pul isə Şahid1 geri qaytarılmışdır. Daha sonra Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1 (bir) bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirildi və əynində olan şalvarın sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan Red Mi markalı mobil telefon və 5 (beş) manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetamin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 0,69 (sıfır tam yüzdə altmış doqquz) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd Red Mi markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 5 (beş) manat pul isə şübhəli şəxsə geri qaytarılmışdır. Şahid1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri 7 gün bundan əvvəl İran İslam Respublikası vətəndaşı olan “Milad” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən deyilən satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 30 manatdan, metamfetaminin qramını 40 manatdan satışını həyata keçirdiyini, Milad adlı şəxsdən sonuncu dəfə götürdüyü narkotik vasitəyə görə 200 manat məbləğində pul göndərdiyini, əvvəllər məhum olunduğunu, heroin və metamfetamindən istifadə etdiyini, başqa yedə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, sonuncuya qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 11 dekabr 2021ci il tarixdə onunla birlikdə saxlanılmış Şahid1 öz şəxsi istifadəsi üçün 30 manata əldə etdiyini, əvvəllər məhkum olunduğunu, narkotik vasitə aludəçisi olduğunu, əvvəllər məhkum olunduğunu, onunla birlikdə uşaqlıq dostu olduğunu, başqa yedə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra iştirakçılar tərəfindən heç bir irad və təklif daxil olmadığı üçün protokol tərəfindən və digər iştirakçılar tərəfindən izmalanmışdır. 11 dekabr 2021-ci il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokol tərtib edilərkən aşkar olunmuş maddələr olduğu vəziyyətdə, yəni bükümü ilə birlikdə çəkilmiş və ona görə də çəkisi protokolda qeyd olunan kimi göstərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 Şahid2 ifadəsini təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 210040975 nömrəli cinayət işi 12 dekabr 2021-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə etmə, saxlama, daşıma və satma, eləcə də satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddələr əldə etmə, saxlama və daşıma faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə başlanılmışdır. 210040975 nömrəli cinayət işi üzrə 11 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 210040975 nömrəli cinayət işi üzrə 13 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 210040975 nömrəli cinayət işi üzrə 13 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerindən azad edilmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əsasən 11 dekabr 2021-ci il tarixdə saat 17.55-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 5 ünvanının yaxınlığında Şahid1 ilə birlikdə hərəkət edən Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinə gətirilmiş, şübhəli şəxs qismində saxlanılmış Şahid1 və Təqsirləndirilən şəxs üzərinə axtarışlar aparılmış, ilk əvvəl Şahid1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, Bu təklifdən sonra Şahid1 əynində olan şalvarın sol yan cibindən 04 (dörd) bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə, 01 (bir) bağlamada ağ rəngli, kristall şəkilli,psixotrop maddə olan metamfetaminə bənzər kütləni və həmin şalvarın arxa sol cibindən 1(bir) ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan “Red Mi” markalı və içərisində mobil nömrə olmayan “Samsung” markalı mobil telefon, 01 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, **********535460 nömrəli plastik bank kartı və 18 (on səkkiz) manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Şahid1 təqdim etdiyi heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 7,15 qram, metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 59,93 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr və 01 (bir) ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd «Samsung» markalı və 01 ədəd “Red Mi” markalı mobil telefon, Şahid1 məxsus şəxsiyyət vəsiqəsi, **********535460 nömrəli plastik bank kartı bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 18 manat pul isə Şahid1 geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 01 (bir) bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan “Red Mi” markalı mobil telefon və 5 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 0,69 qram olmüşdür. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdr. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd «Red Mi” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 5 manat pul isə şübhəli şəxsə geri qaytarılmışdır. Daha sonra Şahid1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri 7 gün bundan əvvəl İran İslam Respublikası vətəndaşı olan “Milad” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən deyilən satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 30 manatdan, metamfetaminin qramını 40 manatdan satışını həyata keçirdiyini, “Milad” adlı şəxsdən sonuncu dəfə götürdüyü narkotik vasitəyə görə 200 manat məbləğində pul göndərdiyini, əvvəllər məhkum olunduğunu, heroin və metamfetamindən istifadə etdiyini, başqa yedə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 11 dekabr 2021-ci il tarixdə onunla birlikdə saxlanılmış Şahid1 öz şəxsi istifadəsi üçün 30 manata əldə etdiyini, əvvəllər məhkum olunduğunu, narkotik vasitə aludəçisi olduğunu, əvvəllər məhkum olunduğunu, Şahid1 iləbirlikdə uşaqlıq dostu olduğunu, başqa yedə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs oğlu, videokadrda görüntülənən şəxsin birinin özü olduğunu təsdiq etmişdir». 15 dekabr 2021-ci il tarixli tərəfimdən tərtib edilmiş “diskə baxış keçirilməsi haqqında” protokola əsasən iş üzrə təqsirləndirilən şəxs Şahid1 və Təqsirləndirilən şəxs üzərlərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd CD diskə baxış keçirilmiş, baxış keçirilən 827 MB yaddaşlı 01 ədəd CD diskdə 847 KB həcmdə video faylların olduğu, 00006 nömrəli video faylda 21 dəqiqə 40 saniyəlik video kadrın olduğu məlum olmuşdur. Baxış zamanı istintaq üçün sübut əhəmiyyəti kəsb edən aşağıdakı hallar müəyyən olunmuşdur: «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqtaçısı, polis kapitanı X3 tərəfindən şübhəli şəxs Şahid1 və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, ilk əvvəl Şahid1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, Bu təklifdən sonra Şahid1 əynində olan şalvarın sol yan cibindən 04 (dörd) bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə, 01 (bir) bağlamada ağ rəngli, kristall şəkilli,psixotrop maddə olan metamfetaminə bənzər kütləni və həmin şalvarın arxa sol cibindən 01 (bir) ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan “Red Mi” markalı və içərisində mobil nömrə olmayan “Samsung” markalı mobil telefon, 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, **********535460 nömrəli plastik bank kartı və 18 (on səkkiz) manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Şahid1 təqdim etdiyi heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 7,15 qram, metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 59,93 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr və 01 (bir) ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd «Samsung» markalı və 01 ədəd “Red Mi” markalı mobil telefon, Şahid1 məxsus şəxsiyyət vəsiqəsi, **********535460 nömrəli plastik bank kartı bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 18 manat pul isə Şahid1 geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 01 (bir) bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan “Red Mi” markalı mobil telefon və 5 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 0,69 qram olmüşdür. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdr. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd «Red Mi” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 5 manat pul isə şübhəli şəxsə geri qaytarılmışdır. Daha sonra Şahid1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri 7 gün bundan əvvəl İran İslam Respublikası vətəndaşı olan “Milad” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən deyilən satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 30 manatdan, metamfetaminin qramını 40 manatdan satışını həyata keçirdiyini, “Milad” adlı şəxsdən sonuncu dəfə götürdüyü narkotik vasitəyə görə 200 manat məbləğində pul göndərdiyini, əvvəllər məhum olunduğunu, heroin və metamfetamindən istifadə etdiyini, başqa yedə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 11 dekabr 2021-ci il tarixdə onunla birlikdə saxlanılmış Şahid1 öz şəxsi istifadəsi üçün 30 manata əldə etdiyini, əvvəllər məhkum olunduğunu, narkotik vasitə aludəçisi olduğunu, əvvəllər məhkum olunduğunu, Şahid1 ilə birlikdə uşaqlıq dostu olduğunu, başqa yedə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs, videokadrda görüntülənən şəxsin birinin özü olduğunu təsdiq etmişdir.» Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2021-ci il tarixli 6/5471 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs təqdim etdiyi…» sözləri yazılmış 1 №-li kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,469 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində «…Şahid1 təqdim etdiyi…» sözləri olan 2 №-li kağız paketdəki 01 ədəd qabda təmiz çəkisi 4,386 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,166 qram, 0,154 qram, 0,356 qram, 0,374 qram, ümumi təmiz çəkisi 4,050 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İş mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. 1 və 2 №-li paketlərdəki metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Heroin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 07 yanvar 2022-ci il tarixli 62 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X2 İdarəsindən daxil olmuş tələbnamə sənədi əsasında müəyyən etmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs Bakı Suraxanı rayon məhkəməsinin 21 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri təqsirli bilinərək barəsində Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İmişli Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, N20- 69-2 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı üçün xx.xx.2020-ci il tarixdə İmişli Rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-299/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtraış elan olunmuş və cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, 062-16302-1222 nömrəli məktubundan görünür ki, X7 Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismindəı cəlb edilərək barəsində xx.xx.2022-ci il tarixdə həbs qismində qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-299/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin icraatı təzələnmişdir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 0071 nömrəli məktubdan görünür ki, ünvan 6 ünvanında yerləşəın "xxxx" MMC-nin “Mr.Fix” zavodunda olan müşahidə kameralarının görüntüəri 60 gündən artıq saxlanılmadığından xx.xx.2021-ci il tarixə olan video görüntülərin təqdim edilməsi mümkün deyildir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında hər dəfə verdiyi ziddiyyətli ifadələr iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun üzərindən 01 ədəd bükümdə təmiz çəkisi 0,469 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminin aşkar olunmasına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının 2005-ci il 01 dekabr tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin təmiz çəkisi 0,469 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli qərarının 14cü bəndində göstərilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidl ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs hökmlə təyin edilmiş cəzanı tam çəkmiş və cəzasını çəkib qurtardıqdan sonra icra və probasiya şöbəsində qeydiyyatdan çıxarılmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzanı çəkib qurtardığı gündən bir il keçdiyindən məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2 gün tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılmasının 04 (dörd) günü hesabı ilə hesablanaraq ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona azadlığın məhdudlaşdırılması növündə sanksiya həddində cəza təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan İmişli şəhəri, H.Aslanov küçəsi ev 24, mənzil 15 ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan narkotik vasitə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hesabata əsasən Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan İmişli şəhəri, H.Aslanov küçəsi ev 24, mənzil 15 ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,419 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-299/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-299/2022
01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver