Məhkəmə qərarları › İş №1(001)-299/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-299/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-299/2023 02.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə sonuncuya guya Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” ticarət mərkəzindəki paltar tikişi sexini işlədən və özünün də pul vəsaiti yatırımı edib birgə iş qurduqları yaxın tanışı ilə danışıb razılığını alaraq onun da həmin biznesə ortaq olması, qoyduğu vəsaitə uyğun bir günlük və həftəlik qazanc əldə etməsi üçün şərait yaradacağına yalandan vəd verib aldadaraq bu məqsədlə 10 noyabr 2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən avtobus dayanacağında 2500 (iki min beş yüz) manat, 13 noyabr 2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Lukoil” YDM-nə məxsus “Minimarket”də 3000 (üç min) manat, 17 noyabr 2021-ci il tarixdə həmin ünvandakı “Minimarket”də 1000 (bir min) manat, ümumilikdə 6500 (altı min beş yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etmədən Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə sonuncuya guya Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” ticarət mərkəzindəki paltar tikişi sexini işlədən və özünün də pul vəsaiti yatırımı edib birgə iş qurduqları yaxın tanışı ilə danışıb razılığını alaraq onun da həmin biznesə ortaq olması, qoyduğu vəsaitə uyğun bir günlük və həftəlik qazanc əldə etməsi üçün şərait yaradacağına yalandan vəd verib aldadaraq bu məqsədlə 10 noyabr 2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən avtobus dayanacağında 2500 (iki min beş yüz) manat, 13 noyabr 2021-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Lukoil” YDM-nə məxsus “Minimarket”də 3000 (üç min) manat,17 noyabr 2021-ci il tarixdə həmin ünvandakı “Minimarket” də 800 (səkkiz yüz) manat, 20 noyabr 2021-ci il tarixdə həmin ünvandakı “Minimarket”də 2200 (iki min iki yüz) manat, ümumilikdə 8500 (səkkiz min beş yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etmədən Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə sonuncuya guya Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” ticarət mərkəzindəki paltar tikişi sexini işlədən və özünün də pul vəsaiti yatırımı edib birgə iş qurduqları yaxın tanışı ilə danışıb razılığını alaraq onun da həmin biznesə ortaq olması, qoyduğu vəsaitə uyğun bir günlük və həftəlik qazanc əldə etməsi üçün şərait yaradacağına yalandan vəd verib aldadaraq bu məqsədlə 17 noyabr 2021-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Lukoil” YDM-nə məxsus “Minimarket”də 2000 (iki min) manat, 20 noyabr 2021-ci il tarixdə həmin ünvandakı “Minimarket”də 2300(iki min iki yüz) manat, ümumilikdə 4300(dörd min üç yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etmədən Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 adlı şəxslərdən Aqil və Sərxanı uşaq vaxtlarından tanısa da onların heç biri ilə yaxın münasibəti olmamışdır. Onlarla 2021-ci ilin yay aylarından başlayaraq münasibət saxlamağa başlamışdır. Həmin vaxt o, rəsmi olaraq ADA Universitetində sürücü işləmiş və 700 manat məvacib almışdır. Atası Şahid1 insult keçirməsi səbəbindən və hər iki gözündən əlil olmasından onun müalicə və əməliyyata ehtiyacı yaranmışdır ki, bunun üçün 15.000-20.000 manat pul lazım olmuş və onun aldığı məvacib bu xərclərin heç birinə kifayət etmədiyindən bu məbləğdə pulu haradan, kimdən və hansı yolla əldə etməyi düşünmüşdür. 2021-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə məclislərdən birində görüşüb söhbət edərkən Aqil onun hansı işlə məşğul olduğunu soruşduqda o, Aqilə Sədərək Ticarət Mərkəzində tanışlarının guya tikiş sexinin olduğunu və həmin tikiş sexinə ortaq olaraq vəsait qoyub ayın sonunda yaxşı qazanc götürdüyünü demişdir. Sonra onlara da bu işə qoşulmağı təklif etmişdir. Onlar təklif olunan biznesə yatırım qoymağa razı olduqlarını bildirdikdə sexin müdüri ilə danışıb onun razılığını alacağını deyərək onlardan vaxt istəmiş və yaxın günlərdə müsbət cavab deyəcəyinə vəd vermişdir. Təxminən 10 noyabr 2021-ci il tarixdə Aqil və Sərxanla Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşudbanu Natəvan küçəsindəki avtobus dayanacağında görüşüb guya sexin sahibi ilə danışdığını, yatırım qoymaq və gəlir götürmək üçün razılıq aldığını, 2500 manat vəsait üçün həftədə 500 manat gəlir əldə etməyin mümkün olduğunu demişdir. Onlar onun səmimiliyinə inanaraq hər biri 2500 manat olmaqla ümumilikdə ona 5.000 manat məbləğində pul vermişdir. Pulu aldıqdan sonra Kamran və Aqilə verdikləri pulun dövriyyədə qalması şərtilə həftə ərzində onların hər birinə 500 manat pul verəcəyini demiş və onlar onun təklifi ilə razı olmuşlar. Pulu aldıqdan sonra həmin məbləği atasının müalicə və dərmanlarına xərcləmiş, valideynlərinə həmin qazancın maşın alverindən və Sədərək ticarət mərkəzində tanışları ilə birgə etdiyi alverdən qazandığını demişdir. Həmin vaxtlar azyaşlı qızında ağır alergiya, dəri səpgisi, kiçik oğlunun çiyin nahiyyəsində sınıq olması onların müalicəsinə vəsait lazım olduğundan başqa bir cəlbedici variant düşünmüş və Aqil və Sərxanla görüşərək onlara biraz artıq vəsait qoyub gündəlik qazanc, yəni guya 3000 manat qarşılığında bir gündə 600 manat qazanc əldə etməyin mümkün olduğunu demişdir. Onlar bu dəfədə onun cəlbedici fikirlərinə inanıb 13 noyabr 2021-ci il tarixdə ünvan 5 ünvanda Lukoyl YDM-dəki Mini marketin içərisində Zərərçəkmiş şəxs3 adlı tanıdıqları şəxsin iştirakında Aqil və Sərxan hər biri 3.000 manat olmaqla, ona ümumilikdə 6.000 manat pul vermişlər. Həftə ərzində Aqillə Sərxana vəd verdiyi kimi hər birinə 500 manat, bir gün ərzində hər birinə 600 manat pul verməli olduğunu vəd verdiyinə görə onların onu axtaracağını qabaqcadan bilərək özü əvvəlcədən onlara zəng vurub görüşmək istədiyini, guya onlara şad xəbər deyəcəyini söyləmişdir. 17 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 işlədiyi Binəqədi rayonu, Mir Cəlal küçəsindəki Lukoyl YDM-dəki Mini marketə gedərək orada bir neçə gün əvvəl onlardan aldığı 6000 manat və əvvəlki puldan qalan 1200 manat, ümumilikdə 7200 manat pulu çıxarıb masa üzərinə qoyaraq həmin pulların 6.000 manatı onların öz pulları,1200 manatının isə gəlir pulu olduğunu yalandan demiş, yüksək gəlirli guya başqa bir vacib işin olduğunu və həmin iş üçün təcili 9.000 manat lazım olduğundan həmin işi əldən buraxmaq istəmədiyini, ona təcili 9.000 manat lazım olduğunu bildirmişdir. Onlar onun təklifinə inanaraq 7200 manat pula hər biri, Aqil 1000 manat, Sərxan 800 manat əlavə etməklə 9000 manat düzəldib ona vermişlər. Həmin söhbətdə iştirak edən Zərərçəkmiş şəxs3 də onun cəlbedici təklifinə inanaraq ona 2.000 manat pul vermişdir. İlkini də arxayın etmiş, narahat olmamasını, bu işdə ancaq gəlir olduğunu, dostu olan sex sahibinin guya bütün riskləri öz üzərinə götürdüyünü demişdir. Ümumilikdə 11.000 manat pulu aldıqdan sonra həmin məbləği xərcləməmiş əldə etdiyi pulun bir hissəsini göstərib yenidən onlardan pul almaq üçün 20 noyabr 2021-ci il tarixdə Aqillə Sərxana zəng edib onlarla Aqilin işlədiyi Binəqədi rayonu, Mir Cəlal küçəsindəki YDM-də Mini Marketdə təkrar görüşmüşdür. Orada onların hər birinə telefonunda olan qeydləri göstərib həftəlik gəlirlərinin qədərini demiş və onlar məbləği gördükdə sevindikdən sonra onlara işlərin yaxşı getdiyini, əlindəki vəsaiti paylayıb işini yarımçıq qoymaq, gəlirlərini başqalarına vermək istəmədiyini, bunun üçün 5.000 manat əlavə pul lazım olduğunu demişdir. Həmin vaxt Sərxan 2200 manat, İlkin 2300 manat, ümumilikdə 4.500 manat ona pul vermişlər. Aqil isə pulunun olmadığını deyərək həmin görüşdə ona pul verməmişdir. Həmin günədək Aqildən 6500, Sərxandan 8500, İlkin adlı dostlarından 4300 manat, ümumilikdə 19.300 manat pul almışdır. Həmin məbləği qeyd etdiyi kimi atasının, azyaşlı övladlarının müalicəsinə, ailəsinin gündəlik xərclərinə, özünün şəxsi məsrəflərinə xərcləmişdir. Həmin şəxslərə gündəlik, həftəlik qazanc söz verdiyindən onlar onu axtarlb aramağa başlamışlar. Aldığı pulları özü xərclədiyindən onlarla görüşüb guya işin dayandığını, bir müddət sonra isə pulların qazanc qarışıq guya tikiş sexinin sahibində olduğunu, həmin şəxsin sexi bağlayıb qaçdığını, onunla əlaqə yarada bilmədiyini söyləyib bir müddət onları sakitləşdirmişdir. Sonradan onlar sexin olduğu yerin göstərilməsini istədikdə bunu edə bilməyəcəyini bilib onlardan gizlənməli olmuşdur. Bundan sonra həmin şəxslər onun yaşadığı evə gələrək valideynlərinə onun tərəfindən aldadıldıqlarını söyləmiş valideynləri isə bunu biləndən sonra yaşadıqları evi sənədləşdirilb satılması ilə onların pullarını qaytarmağa çalışsalar da sənəd işlərində müəyyən çatışmazlıqlar olduğundan bunu edə bilməmişlər. Onun valideynlərinin zərərçəkmiş şəxslərin ünvana gəlməsindən sonra dələduzluq etməsindən xəbərləri olmuşdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyandan 300 manat, Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyandan 300 manat və Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyandan 300 manat ödəmişdir. Qalan məbləği isə imkanı olduğundan ödəyəcəkdir. Himayəsində iki azyaşlı uşağının olmasını, xəstə valideynlərinin olmasını, törətdiyi cinayət əməlindən peşman olmasını qeyd edib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Emin Əliyev adına 297 nömrəli orta məktəbdən tanımışdır. Təqsirləndirilən şəxs ondan iki sinif yuxarı oxumuşdur. Ona görə də, onunla şəxsi tanışlıqları və münasibətləri olmamışdır. Kamranın sinif yoldaşı ilə onun dostu Aqilin yaxın dost olduqları üçün məclislərdən birində bir-biri ilə tanış olmuşlar. 2021-ci ilin yay aylarında məclislərin birində olan zaman dostu Aqil Kamrandan nə işlə məşğul olduğunu soruşduqda sonuncu Sədərək Ticarət Mərkəzində tikiş sexi olan yaxın tanışının olduğunu, həmin şəxsin sexinə özü ilə birlikdə ortaq pul vəsaiti yatırım etdiyini, tanışının ona yatırdığı pula uyğun gündəlik, həftəlik gəlirlər verdiyini demişdir. Kamran özü ilə bahalı “İphone” markalı mobil telefon gəzdirib bahalı xarici maşın sürüb onların diqqətini cəlb etdiyindən doğurdan da onun gəlirli ticarətlə məşğul olduğunu, yatırım qoyduğunu deməsindən sonra onlara da bu işə qoşulmağı təklif emiş və onlar Təqsirləndirilən şəxs təklifinin cəlbedici olduğa inanıb qoşulmaq istədiklərini, lakin ona verəcəkləri pulları faiz adı ilə qəbul edib sonradan onlara fazi pul verdiklərini deyib problem yaratmaması barədə xəbərdar etmiş, lakin yatırım qoyub gəlir əldə etməyin mümkün olduğu halda pul vəsaiti yatırım edə biləcəyini demişdir. Kamran sexin müdüri tanışı ilə danışıb cavab deyəcəyini söylədikdən sonra 10 noyabr 2021-ci il tarixdə Kamran zəng edərək onlarla görüşmək istədiyini bildirmiş və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşudbanu Natəvan küçəsində yerləşən "xxxx" MTK-nın binası yaxınlığındakı avtobus dayanacağında görüşmüşlər. Orada Kamran ona və Aqilə sexin müdiri, yəni tanış dedidyi şəxslə danışmış, həmin şəxs ona razılıq verdiyini və 2500 manat yatırım qoyan üçün həftədə 500 manat gəlir əldə etməsi mümkün olduğunu demişdir. Onun təklifi ilə razı olaraq heç nədən şübhə etmədən Aqillə hər biri avtobus dayanacağında Kamrana 2500 manat olmaqla cəmi 5000 manat pul vermişlər. Aradan 3 gün keçmiş, yəni 13 noyabr 2021-ci il tarixdə Kamranla Aqilin işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal 3 ünvan yerləşən Lukoil YDM-dəki mini marketin daxilində görüşmüş və İlkin adlı yaxın dostlarının yanında 6000 manat verildiyi halda bir gün ərzində 600 manat qazanc əldə etməyin mümkün olduğundan danışaraq onları həmin məbləğin verilməsi halında gün ərzində 600 manat qazanc əldə edəcəklərini vəd vermişdir. Kamranın vədlərinə inanıb Aqillə birlikdə hər biri 3.000 manat olmaqla ümumilikdə Təqsirləndirilən şəxs 6000 manat pul vermişlər. Aradan bir neçə gün keçmiş, yəni 17 noyabr 2021-ci il tarixdə Kamranın təklifi ilə Aqilin işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal 3 ünvanda yerləşən “Lukoil YDM-nin marketində görüşmüş və sonuncunun onlara pul verəcəyini düşünsələrdə görüş zamanıla görüşdükdə Kamran doğrudanda cibindən 7200 manat pul çıxarıb masa üzərinə qoymuş 6000 manat pulun onların verdiyi 1200 manatın isə qazanc olduğunu, ancaq yüksək gəlirli bir iş olduğundan həmin iş üçün 9.000 manat pul lazım olduğunu demişdir. Onun doğurdan da 7200 manat pul gətirdiyini, həmin pulun 1200 manatının qazanc olduğunu deməsinə inanıb həmin məbləğin 9000 manat olması üçün o, özü 800 manat, Aqil isə 1000 manat, söhbətdə iştirak edən İlkin adlı dostları isə 2.000 manat pul əlavə edərək marketdə Təqsirləndirilən şəxs vermişlər. 20 noyabr 2021-ci il tarixdə Kamranın zəngi ilə təkrar Aqilin iş yerində görüşmüş, Kamran mobil telefonunu çıxarıb oradakı guya onların 13 noyabrdan 20 noyabr tarixinədək gəlirlərə dair özünün apardığı qeydləri göstərib yaxın günlərdə həmin pulların cəmini onlara qaytaracağını deyərək iş üçün vacib daha 5.000 manat pul lazım olduğunu bildirmişdir. Onun vədlərinə şübhə etmədiklərindən üstündə olan 2200 manat, İlkin isə 2300 manat, ümumilikdə 4500 manat pulu Kamrana vermiş və o, həmin məbləği götürərək yaxın günlərdə onlarla görüşəcəyini və pulları qaytaracağına söz verib getmişdir. 20 noyabr 2021-ci il tarixədək ondan 8.500 manat, Aqildən 6.500 manat, İlkindən isə 4300 manat, ümumilikdə 19.300 manat pul almış, lakin ona və digər tanışlarına heç bir manat gəlir vermədən aldığı pulları ələ keçirmişdir. Zərərçəkmiş şəxs1, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs onların hər birinə 2500 manata görə həftədə 500 manat, 3000 manata görə gündəlik 600 manat vəd etsədə bütün bunların tamamilə yalan, uydurma olduğunu sonradan bilmişdir. Belə ki, Kamranla görüşüb pulun kimə verildiyini soruşduqda əvvəl o, guya pulları sexin müdürinə verdiyini və həmin şəxsin sexi bağlayıb qaçdığını demişdir. Sexin yerinin göstərilməsini tələb etdikdə Kamran onlardan qaçıb gizlənmişdir. Bundan sonra, onun yaşadığı evə gedərək valideynlərinə bu barədə məlumat vermiş və sonuncular guya yaşadıqları evi satıb onların pullarını verəcəklərinə vəd versələrdə əməl etməmiş, pulunun hər hansı məbləğini qaytarmamışlar. Təqsirləndirilən şəxs ona vəd verdiyi gəlirləri deyil, ondan dələduzluq yolu ilə əldə etdiyi 8500 manatı tələb edir və sonuncu ona bu məbləğdə maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan yalnız 300 manat məbləğində pul ödənilmiş 8200 manat borcu qalmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və onunla barışmamışdır. Bu səbəbdən məhkəmədən ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Binəqədi rayonu,Biləcəri qəsəbəsi, Emin Əliyev adına 297 nömrəli orta məktəbdən tanımışdır. Təqsirləndirilən şəxs ondan iki sinif yuxarı oxumuşdur. Ona görədə onunla şəxsi tanışlıq və münasibətləri olmamışdır. Kamranın sinif yoldaşı ilə dost olduğu üçün məclislərdən birndə onunla tanış olmuşdur. 2021-ci ilin yay aylarında məclislərin birində olan zaman ondan nə işlə məşğul olduğunu soruşan zaman Təqsirləndirilən şəxs Sədərək Ticarət Mərkəzində kişi gödəkçəsi və paltarlarının tikişi ilə məşqul olan tikiş sexini işlədən yaxın tanışının olduğunu, həmin şəxsin sexinə özü ilə birlikdə pul yatırım etdiyini, tanışının ona yatırdığı pula uyğun gündəlik, həftəlik gəlirlər verdiyini demişdir. Kamran özü ilə bahalı “İphone” markalı mobil telefon gəzdirib bahalı xarici avtomobillər sürdüyündən onun gəlirli dediyi ticarətə yatırım etməsi barədə təklifinə inanmış və qoşulmağa razılıq vermişdir. Kamran sexin müdüri tanışı ilə danışıb ona və Sərxana cavab deyəcəyini söylədikdən sonra 10 noyabr 2021-ci il tarixdə Kamran ona və Sərxana zəng edərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşudbanu Natəvan küçəsində yerləşən "xxxx" MTK-nın binası yaxınlığındakı avtobus dayanacağında görüşmüşdür. Orada Kamran ona və dostu Sərxana sexin müdiri,yəni tanış dediyi şəxslə danışdığını və onun razılığını aldığını demiş və həmin iş üçün 2500 manat yatırım qoyulduğu halda həftədə 500 manat gəlir əldə etməyin mümkün olduğunu demişdir. Onun təklifi ilə razı olduqdan sonra heç nədən şübhə etmədən o, özü və dostu Sərxan hər biri ayrılıqda 2500 manat olmaqla ümumilikdə Kamrana 5.000 manat pul vermişlər. 13 noyabr 2021-ci il tarixdə Kamran onlara təkrar zəng edərək görüşmək istədiyini bildirmiş və Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi-1 ünvanında yerləşən “Lukoil” YDM-dəki mini marketin daxilində görüşmüşlər. Orada İlkin adlı dostlarının iştirakında Kamran ona və Sərxana 6000 manat verildiyi halda bir gün ərzində 600 manat qazanc əldə etməyin mümkün olduğunu və həmin işin başqasına qismət olmasını istəmədiyini deyərərk onları inandırdığından onlara inanıb dostu Sərxanla hər biri 3.000 manat olmaqla ümumilikdə Təqsirləndirilən şəxs 6000 manat pul vermişlər. Kamran 6.000 manat pulu alıb marketi tərk edib getmiş və gəlirləri əldə etdikdən sonra onlarla təkrar görüşəcəyini demişdir. 17 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal 1 ünvanda yerləşən “Lukoil YDM-nin marketində onlarla təkrar görüşərərk cibindən 7200 manat pul çıxarıb masa üzərinə qoyaraq 6000 manat pulun onların verdiyi, 1200 manatın isə qazanc olduğunu, ancaq ona yüksək gəlirli başqa bir iş təklif olunduğundan və həmin iş üçün ona 9.000 manat pul vacib lazım olduğunu və bu pulun həmin iş üçün qısa müddətə sərf olunmasına icazə verilməsini, 9.000 manatın çatmayan hissəsinin də əlavə olunmasını istədiyindən Sərxan 800 manat, özü isə 1000 manat, söhbətdə iştirak edən İlkin adlı dostları isə 2.000 manat pul əlavə edərək marketdə Təqsirləndirilən şəxs vermişlər. 20 noyabr 2021-ci il tarixdə Kamranın zəngi ilə təkrar onun iş yerində görüşmüş və Kamran mobil telefonunu çıxarıb oradakı guya 13 noyabrdan 20 noyabr tarixinədək gəlirlərə dair özünün apardığı qeydləri göstərib yaxın günlərdə həmin gəlirlərin cəmini onlara qaytaracağını əminliklə deyərək iş üçün əlavə vacib daha 5.000 manat pul lazım olduğunu demişdir. Onun vədlərinə şübhə etmədiklərindən Sərxan 2200 manat, İlkin isə 2300 manat, ümumilikdə 4500 manat məbləğində Kamrana onun iştirakında pul verilmişdir. Onun özünün pulu olmadığı üçün Kamrana həmin gün pul verə bilməsədə sonuncu Sərxanla İlkinin ümumilikdə verdikləri 4500 manat pulu götürərək yaxın günlərdə onlarla yenidən görüşəcəyinə vəd verib getmişdir. 20 noyabr 2021-ci il tarixədək ondan 6.500 manat, Sərxandan 8.500 manat, İlkindən isə 4300 manat olmaqla, ümumilikdə 19.300 manat pul almış, lakin ona və digər tanışlarına heç bir manat gəlir və ya özlərinin verdikləri pulları qaytarmadan ələ keçirmişdir. Təqsirləndirilən şəxs onların hər birinə 2500 manata görə həftədə 500 manat, 3000 manata görə gündəlik 600 manat gəlir verməsinə vəd etsə də, bütün bunların tamamilə yalan, uydurma olduğunu sonradan bilmişlər. Belə ki, Kamranla görüşüb pulun kimə verildiyini soruşduqda əvvəl onlara, guya pulları sexin müdürinə verdiyini, sonuncunun isə guya sexi bağlayıb qaçdığından danışıb onları aldatmış və sexin yerini göstərməsi və sahibinin adını deməsini ondan tələb etdikdə Təqsirləndirilən şəxs qaçıb gizlənmişdir. Onun yaşadığı ünvanı öyrənərək həmin ünvana getməklə valideynləri ilə görüşmüşlər və onlara valideynlər tərəfindən yaşadıqları evi satıb pullarını qaytaracaqları vəd edilsə də bu baş verməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 6500 manat ziyandan yalnız 300 manat məbləğində pul ödənilmiş, 6200 manat borcu qalmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və onunla barışmamışdır. Bu səbəbdən məhkəmədən ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la dostluq etdiyindən Təqsirləndirilən şəxs onların vasitəsilə tanımışdır. Bu şəxslərlə yaxından dostluq etdiyindən və hər ikisi Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşadıqlarından onlarla mütəmadi görüşüb boş vaxtlarını birlikdə keçirməli olmuşdur. 13 noyabr 2021-ci il tarixdə Sərxanla yaşadığı məhlədə görüşərkən ortaq dostları Aqilin işlədiyi, ünvan 9 ünvanda yerləşən Lukoil YDM-nə getmək qərarına gəlmişlər. Aqilin iş yerinə gedib onunla görüşərək söhbət edərkən həmin yerə tanıdıqları Təqsirləndirilən şəxsda gələcəyini demişlər. Aqillə Sərxan ona bir neçə gün əvvəl Kamranın Sədərək ticarət mərkəzində tanışının tikiş sexinə guya vəsait yatırıb həftə ərzində 2500 manata görə onların hər birinə 500 manat gəlir verəcəyinə vəd verərəkk hər birindən 2500 manat pul aldığını danışmışlar. Sonra Kamran özü Aqilin işlədiyi YDM-nin Mini marketinə gəlmiş və marketin daxilində söhbət zamanı Təqsirləndirilən şəxs gündəlik gəlir gətirən daha bir iş tapdığını və həmin işi əldən buraxmaq istəmədiyini, bunun üçün 6.000 manat pul lazım olduğunu, pulun verildiyi halda hər gün 600 manat gəlir əldə ediləcəklərindən danışmışdır. Bundan sonra Sərxan və Aqil hər biri onun iştirakında Kamrana marketin daxilində 3000 manat, ümumilikdə 6000 manat pul vermişlər. Kamran ona da gəlir gətirən işə qoşulum imkanı daxilində vəsait yatırmağı təklif etmişdir. Bu işin nə ilə nəticələnəcəyini gözləmək qərarına gəlmiş və 17 noyabr 2021-ci il tarixdə Aqilin iş yerində Kamranla növbəti görüşlərin birində Kamran Aqil və Sərxana 7200 manat pul göstərib həmin məbləğin 1200 manatlıq hissəsinin qazanc, 6000 manatının isə ana pul olduğunu deyib artıq qazanc əldə olunduğunu dedikdən sonra oda bu işə qoşulmaq qərarına gəlmişdir. Həmin vaxt Kamran bu pulu vermək istəmədiyini, vacib gəlirli iş olduğuna görə 9.000 manat pul lazım olduğunu deyərək əlavə pul istəyərkən Aqil 1000 manat, Sərxan 800 manat qoyaraq 7200 manatı 9000 manat şəklində Kamrana qaytarmışlar. Bu işin gəlir gətirdiyinə inanıb Kamrana 2.000 manat pul vermişdir. Kamran pulu alıb getdikdən sonra 20 noyabr 2021-ci il tarixdə Kamranın zəngi ilə təkrar Aqilin iş yerində görüşməli olmuşlar.Kamran mobil telefonunu çıxarıb orada guya gəlirlərə dair özünün apardığı qeydləri göstərib yaxın günlərdə həmin pulların cəmini onlara qaytaracağını deyərək iş üçün vacib 5.000 manat pul lazım olduğunu bildirmişdir. Onun vədlərinə şübhə etmədiklərindən və Aqildə pul olmadığından Sərxan 2200 manat o, isə 2300 manat, ümumilikdə isə 4500 manat Kamrana pulu vermişdir. Kamran həmin məbləği götürərək yaxın günlərdə onlarla görüşəcəyini və pulları qaytaracağına söz verib getmişdir. 20 noyabr 2021-ci il tarixədək Sərxandan 8.500 manat, Aqildən 6.500 manat, onun özündən 4300 manat olmaqla, ümumilikdə 19.300 manat pul almış, lakin ona və digər tanışlarıma heç bir manat pul və vəd verdikləri gəlir vermədən aldığı pulları ələ keçirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 4300 manat ziyandan yalnız 300 manat məbləğində pul ödənilmiş, 4000 manat borcu qalmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və onunla barışmamışdır. Bu səbəbdən məhkəmədən ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun böyük oğludur. 2020-2021-ci illərdə ADA universitetində sürücü işləmişdir. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hansı isə oğlu Kamranla eyni məktəbdə oxumuş və onlar arasında nə kimi münasibətlərinin olduğunu bilməmişdir. 2022-ci ilin təxminən mart ayında Sərxan və Aqil adlı şəxslər onun yaşadığı evə gələrək onunla və arvadı Şəlalə ilə söhbət edib oğlanları Təqsirləndirilən şəxs guya Sədərək Ticarət Mərkəzində bir tikiş sexini işlədən dostu ilə şərik olması, onunla yatırım qoyaraq ortaq qazanc əldə etməklə məşğul olduğunu, paltar sexinə yatırım qoyub onlara gündəlik, həftəlik qazanc verəcəyi adı ilə onladan və İlkin adlı daha bir nəfər dostlarından 2021-ci ilin noyabr ayında ümumilikdə 19.300 manat pul almaqla onları aldatdığı barədə məlumat vermişlər. O, oğlunu dəvət edib onların yanında birlikdə söhbət etmiş və oğluna həmin məsələyə aydınlıq gətirməsini istəmişdir. Kamran doğrudan da Aqildən 6500 manat, Sərxandan 8500 manat, İlkin adlı dostlarından 4300 manat olmaqla, ümumilikdə 19.300 manat pul aldığını etiraf etmiş və həmin məbləğin qaytarılmasına söz vermişdir. Aqil və Sərxan pulların qaytarılmasını tələb etdikdə valideyn olaraq övladına kömək etmək üçün evini sənədləşdirib satılması ilə bunu edəcəyinə söz verərək evinin sənədlərini həmin şəxslərə vermiş və evin satılmasını onlara həvalə etsə də müəyyən vaxt sonra sənədlərdə çatışmazlıq olduğu deyilməklə onun özünə qaytarılmışdır. O, yüksək təzyiq əlamətlərindən iki dəfə insult keçirmiş, beynində bu xəstəliyin ocağı olduğundan əməliyyat olunduğu halda həyati təhlükə yaşaya biləcəyinə görə əməliyyat olunmasa da 2021-ci ilin mart ayından sonra 6 saylı Məlikov adına xəstəxanada və 1 saylı Kliniki xəstəxanada xəstə yatraq müalicələr almışdır. Bunun üçün lazım olan vəsaiti oğlu Kamran xərcləmişdir. Oğlunun dələduzluq etməsindən zərərçəkmiş şəxslərdən yalnız 2022-ci ilin mart ayında Sərxan və Aqil adlı şəxslərin onun evinə gəlmələrindən sonra xəbəri olmuşdur. Oğlunun kimlərdən pul alıb onun müalicəsinə xərcləməsindən heç bir məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri olan ünvan 4 ünvanda yerləşən “Lukoil” YDM-nə məxsus “Minimarket”ə baxış keçirilmiş və baxış zamanı iş üçün ühüm əhəmiyyət kəsb edə biləcək əşya, predmet aşkar edilmədi. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdə şübhəli şəxs tutularaq saxlanılma yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Üzləşdirmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Üzləşdirmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Üzləşdirmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs3 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1271/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 10 noyabr 2022-ci il tarixdən hesablanmışdır. AA4512017 və AA4512043 nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 adlı iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Biləcəri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Maddi ziyanın bir hissəsinin ödənilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs anası Şahid2 oğlu tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ümumilikdə 19300 manat maddi ziyanın ödənilməsi məqsədi ilə 900 manat pulu istintaqa təqdim etmiş və həmin pul zərərçəkmiş şəxslərə ödənilməsi məqsədi ilə götürülmüşdür. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs anası Şahid2 zərərçəkmiş şəxslərə ödənilməsi məqsədi ilə istintaqa təqdim etdiyi 900 manat puldan Zərərçəkmiş şəxs2 300 manat təqdim edilmiş və sonuncu təqsirləndirilən şəxsin ona vurduğu 6500 manat maddi ziyanın 6200 manatlıq hissəsinin ödənilməmiş qaldığını bildirmişdir. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs anası Şahid2 zərərçəkmiş şəxslərə ödənilməsi məqsədi ilə istintaqa təqdim etdiyi 900 manat puldan Zərərçəkmiş şəxs1 300 manat təqdim edilmiş və sonuncu təqsirləndirilən şəxsin ona vurduğu 8500 manat maddi ziyanın 8200 manatlıq hissəsinin ödənilməmiş qaldığını bildirmişdir. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs anası Şahid2 zərərçəkmiş şəxslərə ödənilməsi məqsədi ilə istintaqa təqdim etdiyi 900 manat puldan Zərərçəkmiş şəxs3 300 manat təqdim edilmiş və sonuncu təqsirləndirilən şəxsin ona vurduğu 4300 manat maddi ziyanın 4000 manatlıq hissəsinin ödənilməmiş qaldığını bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1389/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair verilmiş vəsatət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(103)-892/2022 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1389/2022 nömrəli qərarı dəyişdirilərək, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılma müddətinin uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş şəxsin ev dustaqlığında saxlanılma müddətinin uzadılmasına dair verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılma müddətinin bitməsi nəzərə alınaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-299/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək, dərhal məhkəmə iclas zalından həbs edilmişdir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq qismən ödənilməsini həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən və törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə barışıq əldə etməməsini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmasını, vurulmuş maddi ziyanın tamamilə ödənilməməsini, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdə şübhəli şəxs tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1271/2022 nömrəli qərarı ilə barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 10 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(103)-892/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, lakin 10 yanvar 2023-cü il tarixdə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılma müddətinin bitməsi nəzərə alınaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 noyabr 2022-ci il tarixdən 10 yanvar 2023-cü il tarixədək, yəni 2 (iki) ay müddətində həbsdə və ev dustaqlığında saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdən 10 yanvar 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-299/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək, dərhal məhkəmə iclas zalından həbs edilmiş və sonuncu həmin tarixdən hazırkı vaxtadək həbsdə olmuşdur. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 16 mart 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdən 10 yanvar 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanib, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 16 mart 2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar