Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-30/2021 23.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X8 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı Hərbi Polis İdarəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 25.11.2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1969-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci X28, döngə 1, ev 10 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə, xx.xx.1992-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi sahibkar, məhkum olunmamış, Ağdam rayonu, Muradbəyli qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 4 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə, təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 07.10.2019-cu il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, İ.Mahmudov küçəsi, döngə 1, 47 saylı evin həyətinə hasardan tullanmaqla və həmin evin zirzəmisinin qapısını açarseçmə yolu ilə açıb qanunsuz daxil olmaqla, oradan dəyəri 300 manat olan 100 metrlik mis naqilli elektrik kabelini, hər birinin dəyəri 10 manat olan 3 ədəd alüminyum qazanı, dəyəri 10 manat olan 1 ədəd alüminium tavanı, dəyəri 10 manat olan 1 ədəd alüminium aşsüzəni, dəyəri 100 manat olan bir ədəd «Hunday Sonata» markalı avtomobilin işlənmiş radiatorunu, hər birini dəyəri 25 manat olan iki ədəd «Daevvo Nexia» markalı avtomobilin işlənmiş radiatorunu, dəyəri 35 manat olan mətbəxdə istifadə üçün nəzərdə tutulmuş neftlə işləyən plitəni, dəyəri 25 manat olan 20 metrlik işıq paylayıcı kabeli, dəyəri 10 manat olan 3 metrlik alüminium profili, hər birinin dəyəri 5 manat olan 4 ədəd 800 qramlıq şüşə qabda tomatı, hər birinin dəyəri 5 manat olan 8 ədəd 800 qramlıq şüşə qabda üzüm yarpağını, hər birinin dəyəri 5 manat olan 9 ədəd 800 qramlıq şüşə qabda albalı mürəbbəsini və hasarın qırağındakı dəyəri 3 manat olan 7 metrlik alüminium naqilli elektrik kabelini gizli yolla talayıb zərəçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 678 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək 18 yanvar 2020-ci il tarixdə saat 14 radələrində ünvan 5 ünvanında yerləşən “Araz” marketin yanında dayanan Zərərçəkmiş şəxs1 məxsus **-MH-*** dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilin yaxınlığına gəlməklə, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs3 orada gözləmiş, Təqsirləndirilən şəxs2 isə həmin avtomobilin yük yerindən içərisində 315 manat dəyərində 25 blok göy rəngli “Magna Blue” markalı və 315 manat dəyərində 25 blok boz rəngli “Magna Silver” markalı siqaretlər olan qutunu gizli yolla talayıb 450 manata Təqsirləndirilən şəxs1 satdıqdan sonra həmin puldan 50 manatı həmin tarixdə Təqsirləndirilən şəxs3 verərək Zərərçəkmiş şəxs1 630 manat maddi ziyan vurmaqla, təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək 18 yanvar 2020-ci il tarixdə saat 14 radələrində ünvan 5 ünvanında yerləşən “Araz” marketin yanında dayanan Zərərçəkmiş şəxs1 məxsus **-MH-*** dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilin yaxınlığına gəlməklə, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs3 orada gözləmiş, Təqsirləndirilən şəxs2 isə həmin avtomobilin yük yerindən içərisində 315 manat dəyərində 25 blok göy rəngli “Magna Blue” markalı və 315 manat dəyərində 25 blok boz rəngli “Magna Silver” markalı siqaretlər olan qutunu gizli yolla talayıb 450 manata Təqsirləndirilən şəxs1 satdıqdan sonra həmin puldan 50 manatı həmin tarixdə Təqsirləndirilən şəxs3 verərək Zərərçəkmiş şəxs1 630 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən narkotik vasitə olan heroini əldə edib daşımaqla saxlamış və 03 fevral 2020-ci il tarixdə saat 21:30 radələrində Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən şübhəli bilinib Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən «Ağ saray» dairəsi adlanan ərazidə saxlanılaraq Binəqədi RPİ 6-cı PB-nə gətirilərkən şalvarının sol yan cibindən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı. bir ədəd qara rəngli kağıza bükülmüş halda 1, 670 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək 18 yanvar 2020-ci il tarixdə saat 14 radələrində ünvan 5 ünvanında yerləşən “Araz” marketin yanında dayanan Zərərçəkmiş şəxs1 məxsus **-MH-*** dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilin yük yerindən gizli olaraq taladığı içərisində 315 manat dəyərində 25 blok göy rəngli “Magna Blue” markalı və 315 manat dəyərində 25 blok boz rəngli “Magna Silver” markalı siqaretləri evinə yığmış, həmin siqaretlərdən 45 blokunu götürərək həmin gün tanışı Təqsirləndirilən şəxs1 icarəyə götürdüyü Bakı şəhəri, Binəqədi rayonu, Asəf Zeynallı 49 ünvanındakı «Salam» marketə gələrək ona həmin siqaretləri 450 manata, ucuz qiymətə sata biləcəyini təklif etmiş, Təqsirləndirilən şəxs1 oğurluq yolu ilə əldə olunduğunu bilə-bilə həmin siqaretləri alaraq ona 100 manat pul vermiş, axşam saatlarında həmin ünvanda Təqsirləndirilən şəxs2 qeyd olunan siqaretlərə görə daha 350 manat verməklə qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakı əldə etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddət Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Taksi fəaliyyəti ilə məşğul olan zaman gündəlik planı ödəyə bilmədiyi üçün həmin fəaliyyəti dayandıraraq özünə başqa iş axtarmışdır. Eyni zamanda narkotik vasitələrin aludəçisi olduğuna görə bədənində ağrılar əmələ gəlmiş, özünü pis hiss etmişdir. Pulu olmadığı üçün ətrafda məişət tullantıları olan əşyalar, dəmir, aliminum, mis tullantılar axtarmışdır ki, aparıb sataraq pul əldə edib, əldə etdiyi pula dərman alıb bədənində olan ağrıları azaltsın. 07 oktyabr 2019-cu il tarixdə yaşadığı Biləcəri qəsəbəsində yerləşən 298 saylı orta məktəbin həyətində gəzib tullantılar axtararkən həmin vaxt məktəbin hasarına bitişik olan tanımadığı həyətə boylanmışdır. Həmin həyətdə olan evin arxasında avtomaşın radiotorunun, aliminium süzgəc qabının, aliminium qazanın, aliminum məftillərin olduğunu görmüşdür. Oradan oğurluq etmək qərarına gəlmişdir. Həmin həyətə daxil olarq əşyaları götürmək istəmiş, lakin hava şəraiti və ətrafda olan insanların onu görə biləcəyindən ehtiyat edib həmin yerdən uzaqlaşmışdır. Qərarlaşdırmışdır ki, hava qaralan vaxtı gəlib həmin əşyaları oradan götürsün. Həmin tarixdə axşam saat 20 radələrində qeyd olunan məktəbin həyətinə daxil olub əşyaları gördüyü həyətin hasarına yaxınlaşıb, sağa-sola baxaraq heç kimin olmamasını görəndən sonra həmin həyətə tullanmışdır. Həmin həyətdə evin arxasında gördüyü əşyalara yaxınlaşıb onları bir yerə toplayıb bir-bir həyətin hasarının üstünə yığıb sonra özü də həyətin hasarından çıxaraq məktəbin həyətinə tullanmışdır. Sonra hasarın üstünə yığdığı əşyaları bir-bir götürərək məktəbin həyətinə toplamışdır. Sonra iki dəfəyə həmin əşyaları məktəbin qarşısına yola yaxın yerə daşıyaraq yığmışdır. Yolun kənarına çıxıb yol ilə hərəkət edən, ağ rəngli, saipa markalı, dövlət qeydiyyat nömrəsini bilmədiyi avtomaşını saxlayıb həmin avtomobili məktəbin qarşısına, oğurladığı əşyaların yanına sürdürmüşdür. Həmin oğurladığı əşyaların özününükü olduğunu bildirərək taksinin yük yerinə yığaraq sürücüyə avtomobili Balaxanı yolu istiqamətinə sürməyini xahiş etmişdir. Təxminən 30 dəqiqədən sonra qeyd olunan ünvanda yerləşən əlvan-metal qəbulu alışı-satışı yerinə daxil olaraq taksiyə yığdığı oğurluq əşyaları ümumilkdə 25 manata tanımadığı və əlvan metal qəbulu ilə məşğul olan şəxsə öz malları olduğunu bildirməklə satıb həmin taksiyə əyləşərək Biləcəri qəsəbəsindəki evinə gəlmişdir. Bundan başqa 18 yanvar 2020-ci il tarixdə saat 14 radələrində yaşadığı ünvanın yaxınlığında yerləşən “Araz” marketin yanında Elçin adlı tanışı ilə birlikdə olarkən marketin qarşısında tanımadığı şəxs “Ford” markalı avtomobilini saxlamış, avtomobilin sürücüsü maşından düşüb mağazaya daxil olmuşdur. Lakin həmin şəxs avtomobilin yük yerini və qapılarını bağlamamışdır. O, avtomobilə yaxınlaşmışdır ki, yük yerinin və qapıların həqiqətən açıq olub-olmamasını yoxlasın, yaxınlaşmazdan əvvəl tanışı Elçinə yavaşca bildirmişdir ki, ətrafa baxsın, əgər gələn olsa ona xəbər eləsin. Elçin onu başa düşərək razılıq vermişdir. Bundan sonra o, avtomobilin yük yerinin qapısına yaxınlaşmış, qapı açıq olmuş, qapını açıb yük yerindən siqaretlə dolu bir qutunu götürmüş, qapını bağlayıb həmin qutunu əlində apararaq oradan uzaqlaşmışdır. Həmin vaxt Elçin də onun arxasıyca gəlmişdir. Elçinlə o, hadisə yerindən bir qədər aralıda dayanmışlar, Elçinə bildirmişdir ki, siqaretləri satıb ona da pul verəcəkdir. Bundan sonra Elçin çıxıb getmişdir. O, isə oğurladığı siqaretləri evə aparmışdır. Qutunu açdıqda içərisindən 50 blok “Maqna” markalı siqaret çıxmışdır. Onun tanışı Vüsal adlı şəxs Biləcəri qəsəbəsində “20 Yanvar” parkı ilə üzbəüz yerləşən mağazanı işlətmişdir. O, Vüsalın yanına gedib bildirmişdir ki, maqna siqareti var, ucuz qiymətə satar. Vüsal qiyməti barədə ondan soruşmuş, o, bir blokunu 10 manatdan sata biləcəyini bildirmişdir. Vüsal ondan nəyə görə belə ucuz qiymətə satdığını soruşmuş, o, bildirmişdir ki, siqaret özünün deyil, başqası ona verib, ona görə də ucuz satır. Vüsal razılaşmış və ona gedib siqaretləri gətirməsini bildirmişdir. Bundan sonra o, evə getmiş, siqaret qutusunun içərisindən 5 blokunu götürmüşdür ki, özü çəkər. Qutunun içərisində 45 blok qalmışdır. O, siqaret qutusunu özü ilə götürüb yola çıxmışdır. Yoldan keçən tanımadığı taksi maşınına əl edib saxlatmış və həmin avtomobillə Vüsalın yanına getmişdir. Vüsal siqaret qutusuna baxmış, saymış və 45 blok olduğunu müəyyən etmişdir. Ona 100 manat pul verib demişdir ki, axşam alver bitəndən sonra gəlib 350 manata da götürər. O, razılaşmış və Vüsaldan 100 manatı da götürüb getmişdir. Məhəllədə Elçinlə görüşüb 50 manat pulu Elçinə vermişdir. Axşam isə yenidən Vüsalın yanına getmiş və 350 manatı da götürmüşdür. Vüsaldan götürdüyü pulları o, öz ehtiyacları üçün xərcləmişdir. Siqareti Vüsala satan zaman Vüsal ondan soruşmuşdur ki, nəyə görə siqareti ucuz satır. O da siqareti başqasının oğurladığını, ona verdiyini və buna görə də ucuz qiymətə satdığını demişdir. Vüsala bildirmişdir ki, arxayın olsun, heç kim bilməyəcək, siqaretin də oğurluq olduğunu yalnız onlar özləri biləcəklər. Bununla da Vüsal ona arxayın olsa da, siqaretlərin oğurluq olduğunu bilmiş və buna görə də siqaretləri ondan ucuz qiymətə almışdır. Lakin bir daha ondan heç kimin bilməyəcəyini soruşanda, o, bir daha Vüsalı arxayın etmişdir ki, heç kəs bilməyəcəkdir. Bundan sonra Vüsal siqareti almağa razılaşmışdır. O, himayəsində bir azyaşlı övladının olduğunu, əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 03.02.2020-ci il tarixdə günorta saatlarında Yasamal rayonu “Yeni Yasamal” adlanan ərazidən tanımadığı şəxsə 10 (on) manat verərək narkotik vasitə olan heroini almışdır. 03.02.2020-ci il tarixdə təxminən saat 21:30 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində «Ağ Saray» adlanan ərazidə olan zaman ona iki nəfər polis əməkdaşları yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və narkotik vasitəni qanunsuz olaraq üzərində saxlamaqda şübhəli olduğu üçün ona əllərini cibinə salmağa imkan verməyərək, avtomaşına əyləşdirərək Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər. Polis bölməsində xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və ona təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində, Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və mütəxəssis qismində iştirak edən Binəqədi RPİ-nin KTQ-nin inspektoru X4 iştirakları ilə üzərinə videoçəkilişlə baxış keçirilərkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən, özünə məxsus “Kaptal bankın” kartı, sol yan cibindən qara rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli heroin olan 01 ədəd bükülünü çıxardaraq masanın üzərinə qoymuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitə bir zərfdə qablaşdırılmışdır. Bu barədə tərtib olunmuş protokol oxunmuş və doğruluğunu və zərflərin üz hissəsini imzasıyla təsdiq etmişdir. O, dəqiq tarixi xatırlamasa da amma xeyli vaxtdır ki, narkotik vasitə olan marixuana və heroin qəbul etmişdir. Əvvəllər narkotik vasitələr qəbul etmiş, ara bir bədənində ağrılar olmuş və buna görə narkotik vasitələrdən istifadə etmişdir. Narkotiki tanımadığı şəxsdən 10 manata almışdır. Üzərindən aşkar edilmiş narkotik vasitəni o, özü istifadə etmək üçün əldə etmiş, həmin narkotiki satış məqsədi ilə üzərində saxlamamış və heç vaxtı narkotik vasitə satışı ilə məşğul olmamışdır. Bundan başqa 18 yanvar 2020-ci il tarixində baş vermiş oğurluqla bağlı isə bildirmişdir ki, o, Elminlə oğurluq etməmiş və pusquda da durmamışdır. Elmini Biləcəri qəsəbəsində yaşayan şəxs kimi tanımış, lakin aralarından hər hansı münasibələri olmamışdır. Onun həmin hadisədən məlumatı olmamış, Elminlə birlikdə heç bir cinayət törətməmişdir. Təqsirləndirilən şəxs2 da həmin hadisəni törədərkən o, Elminlə birlikdə iştirak etməmiş, lakin həmin vaxt Elmini əlində qutu ilə getdiyini görmüşdür. Hadisə ilə bağlı video görüntüdə Təqsirləndirilən şəxs2la birlikdə görüntülənməyinə səbəbi, o, həmin vaxt təsadüfən orada olması olmuşdur. Təqsirləndirilən şəxs2 ona oğurluqdan sonra siqaretləri sataraq 50 manat verməsi barədə bildirdiklərinin yalan olduğunu demişdir. Elminin kimə siqaret satmasını da bilməmişdir. Həmin hadisədən sonra o, ümumiyyətlə Elmini görməmişdir. Təqsirləndirilən şəxs2 oğurluq edən zaman o, orada təsadüfən olmuş, o, oğurluq etməmişdir. Elmini də o, Biləcəri sakini kimi tanımış, aralarında heç bir münasibəti olmamışdır. O, himayəsində üç azyaşlı övladının olduğunu, özünün müharibə veteranı olmaqla Qazi olduğunu, zərərçəkmiş şəxsin şikayətçi olmadığını, səhhətinin olduqca ağır olduğunu, əməlindən peşman olduğunu bildirərək barəsində həbslə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 3 il olar ki, yaşadığı evin yaxınlığında “Salam” adlı ərzaq mağazasını icarə əsasında işlədir. Həmin mağazada o, həm də satıcı kimi fəaliyyət göstərir. Təxminən 2-3 ildir ki, qonşu məhəllədə yaşayan Elmin adlı şəxsi tanımış, aralarında elə bir münasibət olmamışdır. Sonuncu dəfə 18 yanvar 2020-ci il tarixdə günorta saatlarında Elmin onun işlədiyi mağazaya gəlmiş və ona demişdir ki, ucuz qiymətə «Maqna» markalı siqaret vardır, almaq istəsə ona sata bilər. O, neçəyə satdığını soruşmuş, Emin isə, bir blokunu 10 manata satdığını və 45 blok «Maqna» markalı siqaretinin olduğunu bildirmişdir. O, siqareti niyə ucuz satdığını Elmindən soruşduqda Elmin təcili pul lazım olduğunu və buna görə ucuz qiymətə satdığını demişdir. Təxminən bir saat sonra Elmin yenidən onun yanına gəlmiş, əlində bir qutu siqaret olmuşdur. O, qutunun içərisinə baxmış, qutuda iyirmi iki və iyirmi üç ədəd boz rəngli və göy rəngli «Maqna» markalı siqaretləri olmaqla, ümumilikdə 45 blok siqaret olmuşdur. O, 100 manat pulu Elminə verib demişdir ki, axşam da gəlib qalan 350 manatı götürər. Elmin razılaşmışdir. Həmin gün axşam Elmin yenidən mağazaya onun yanına gəlmiş və o, Elminə qalan 350 manat pulu da vermişdir. Elmini Biləcəri sakini kimi tanımış, lakin ona əvvəllər satmağa heç bir şey təklif etməmişdir. Elmin siqaretlər barədə ona bildirərkən və siqaretləri gətirərkən yanında heç kəs olmamış və Elmin tək olmuşdur. Bundan əlavə o, Təqsirləndirilən şəxs2la əvvəlcədən siqaret alacağı barədə heç bir razılığa gəlməmişdir. Təqsirləndirilən şəxs2 ucuz qiymətə siqaret satmasının səbəbini soruşanda Elmin siqaretlərin özünün olmadığını, başqa adama aid olduğunu və təcili pul lazım olduğu üçün ucuz qiymətə satdığını demişdir. Elminin ona verdiyi «Maqna» siqaretlərini ümumiyyətlə topdan satış qiymətinə bir blokunu 11 manat 80 qəpiyə almış və 14 manata satmışdır. Bir blok siqaretin içində 10 qutu siqaret olmuşdur. Elminin maya dəyərindən də aşağı qiymətə siqaretləri satması onda şübhə yaratmış, Elmindən həmin siqaretləri haradan əldə etməsi barədə soruşanda Elmin ona demişdir ki, narahat olmasın, heç bir problem yoxdur, söhbət ikisi arasında qalacaq, ona and-aman edib inandırdığına görə o, siqaretləri almışdır. Elmin siqaretləri oğurlaması barədə ona heç nə deməmiş, bildirmişdir ki, siqaret özünün deyil, başqasınındır, heç bir problem olmayacaq, buna görə ucuz qiymətə satır, o da almışdır. Elmin siqaretlərin başqa şəxs məxsus olmasını deyəndə, o, həmin şəxsin kim olduğunu soruşmamış, çünki bilmişdir ki, Elmin yalan deyir, buna baxmayaraq Elminin siqaretləri haradan əldə etməsinə varmadan həmin siqaretləri ucuz qiymətə almışdır. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 11 il olar ünvan 7 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 08.10.2019-cu il tarixdə səhər saat 08:30 radələrində yaşadığı evin zirzəmisinin kilidini açaraq zirzəmiyə daxil olmuşdur. Həmin vaxt görmüşdür ki, zirzəmidə olan məişət əşyaları dağınıq vəziyyətdədir. Bu onun diqqətini cəlb etmiş və görmüşdür ki, zirzəmidəki əşyalar oğurlanmışdır. O, zirzəmidə taxtadan düzəltdiyi çıxıntının üstünə qoyduğu dəyəri 300 manat olan 100 metrlik mis naqilli elektirk kabelinin oğurlandığını aşkar etmişdir. Sonra diqqətlə baxıb görmüşdür ki, hər birinin dəyəri 10 manat olan 3 ədəd ailiminum qazan, dəyəri 10 manat olan 1 ədəd aliminum tava, dəyəri 10 manat olan 1 ədəd aliminum aşsüzən, dəyəri 100 manat olan bir ədəd «Hunday Sonata» markalı avtomaşına aid işlənmiş radiotor, hər birinin dəyəri 25 manat olan iki ədəd «Daevo Nexsia» markalı avtomaşına məxsus işlənmiş radiotor, dəyəri 35 manat olan neftlə işləyən mətbəxdə istifadə olunan plitəli maşınka, dəyəri 25 manat olan 20 metrlik işıq paylayıçı kabeli, dəyəri 10 manat olan 3 metr uzunluğunda aliminum profil, hər birinin dəyəri 5 manat olan 4 ədəd 800 qramlıq şüşə qabda tamat, hər birinin dəyəri 5 manat olan 8 ədəd 800 qramlıq şüşə qabda üzüm yarpağı, hər birinin dəyəri 5 manat olan 9 ədəd 800 qramlıq şüşə qabda albalı mürəbbəsi və həytində hasarın kənarında dəyəri 3 manat olan 7 metr uzunluğunda aliminum naqilli elektrik kabelini talayaraq oğurlanmışdır. Dərhal evdən çıxıb yaxınlıqda olan Binəqədi RPİ-nin 6-cı PB-yə gedərək ərizə ilə müraciət etmişdir. Sonra polis əməkdaşları ilə yaşadığı ünvana gəlmişdir. Polislər hadisə yerinə baxış keçirib sənədləşdirmə aparmışlar. Ailə üzvləri ilə ətraflı maraqlanmış, onlar zirzəmidən heç bir əşya götürmədiklərini bildirmişlər. Belə ki, naməlum şəxslər zirzəminin qapısını açarla açaraq daxil olmuşlar. Zirzəminin qapısı asma qıfıl ilə bağlı olmuşdur. 08 oktyabr 2019-cu il tarixdə səhər zirzəmiyə daxil olanda qapının üzərində olan kilidin açarla açılıb içəri daxil olunduğunu görmüş və zirzəmidən əşyalar oğurlanmışdır. Oğru zirzəminin kildinin açarla açıb içəri daxil olmuş və oğurluqdan sonra yenidən kilidi bağlamışdır. Oğurlanmış əşyalarla bağlı ona ümumilikdə 678 (altı yüz yetmiş səkkiz) manat maddi ziyan dəymişdir. Vurulmuş ziyanla əlaqədar ona 250 manat pul və oğurlanmış əşyalarının bir hissəsi qaytarılsa da o, şikayətçidir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, təxminən 3-4 ildir ki, “Maqna” markalı siqaretlərin topdan satışı ilə səyyar fomada mağazala paylamaqla məşğul olmuşdur. Bununla bağlı olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Araz” marketin yanında yerləşən Eldar adlı şəxsin siqaret köşkünə daimi olaraq siqaret satmışdır. 18 yanvar 2020-ci il tarixdə saat 14 radələrində yuxarıda qeyd etdiyi Eldar adlı şəxsin köşkünə siqaret satmaq məqsədilə Biləcəri qəsəbəsində özünə məxsus “Ford Connect” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlmişdir. Avtomobili “Araz” marketin yanında saxlamış, qapıları bağlamış, lakin avtomobildə olan nasazlıq səbəbindən yük yerinin qapısı bağlanmamışdır. O, köşkə daxil olmuş, təxminən 5 dəqiqə köşkdə qalmış, geri qayıtdıqda avtomobilin yük yerinin qapısının açıq olduğunu görüb şübhənmişdir. Odur ki, tez avtomobil içərisinə baxdıqda yük yerində olan özünə məxsus, satmaq məqsədilə ilə alaraq əldə etdiyi bir qutu içərisində 315 manat dəyərində 25 blok göy rəngli “Maqna Compact” və 315 manat dəyərində isə 25 blok boz rəngli “Maqna Compact” markalı siqaretin oğurlandığını aşkar etmişdir. Avtomobildən sadaladığı siqaretlərdən başqa heç nə oğurlamamışdır. Dərhal “Araz” marketin işçilərindən xahiş etmiş və mağazanın müşahidə kameralarına baxmışdır. Həmin görüntülərdə avtomobildən oğurluq edən şəxs görüntülənmişdir. Bu barədə polisə müraciət etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 630 manat maddi ziyan dəymişdir. O, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 03 fevral 2020-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı polis bölməsinə Biləcəri sakini Elçin adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə PB-nin əməkdaşlarından ibarət əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və Biləcəri qəsəbəsinə yollanmışlar. Qəsəbədə AĞ Saray adlanan ərazidə saat 21:30 da həmin Elçin adlı şəxsi müəyyən edib ona yaxınlaşaraq özlərini ona xidməti polis vəsiqələrini təqdim etdikdən sonra, onun üzərində qanunsuz olaraq narkotik vasitələr saxlayaraq gəzdirməsi bildirilmişdir. Bundan sonra onu polis bölməsinə dəvət edərək avtomobillə 6-cı polis bölməsinə gəlmişlər və onun üzərinə şəxsi axtarış keçirilməsi üçün material təhqiqatçıya verilmişdir. Bundan sonra saxlanılan şəxsin şəxsiyyəti müəyyən edilərək onun Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 2-ci X28 döngə 1 ev 10-da yaşayan Təqsirləndirilən şəxs3 olduğu müəyyən olunmuşdur. Onun hüquq və vəzifələri izah edildi və ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Mütəxəssis qismində iştirak edən Binəqədi RPİ-nin KTQ-nin inspektoru X4 iştirakları ilə onun üzərinə videoçəkiliş altında şəxsi axtarış keçirilərkən o, əynindəki boz rəngli şalvarının sağ yan cibindən, özünə məxsus “Kaptal bankın” kartı, sol yan cibindən qara rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli heroin olan 01 ədəd bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin qara kağızın içərisindəki maddənin heroin olduğunu, narkotikin özünə məxsus olmasını, həmin narkotiki Yeni Yasamalda tanımadığı şəxsdən 10 manata almasını, özü üçün istifadə etməsini bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə bir ədəd zərfdə qablaşdırılmışdır. Bu barədə tərtib olunmuş protokol oxunaraq doğruluğu imzalarla təsdiq edilmişdir. İbtidai istintaq vaxtı şahid qismində dindirilmiş və məhkəmə baxış iclasında ifadəsi elan olunan şahid X10 istintaq orqanına vermiş olduğu ifadəsindən məlum olur ki, o, Şahid2 ifadəsinə uyğun ifadə verərək sonuncunun dediklərini təsdiqləmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 03.02.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olan şəxs qismində tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2841 saylı, 03.02.2020-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs3” yazısı olan zərfdə, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 1,670 qr olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan – heroindir. Tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,620 qram. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 2841 saylı, 03.02.2020-ci il tarixdə aparılmış tədqiqatının dəyəri 114,00 (yüz on dörd) manat təşkil etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs3 ilə X22 arasında 10.08.2004-cü il tarixdə rəsmi nikah bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, 30.04.2005-ci il tarixdə Təqsirləndirilən şəxs3 ilə X12 birgə nikahlarından X18 adlı övladları doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, 17.08.2006-cı il tarixdə Təqsirləndirilən şəxs3 ilə X12 birgə nikahlarından X16 adlı övladları doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, 07.10.2011-ci il tarixdə Təqsirləndirilən şəxs3 ilə X12 birgə nikahlarından X19 adlı övladları doğulmuşdur. İş materiallarında olan Bakə şəhəri Binəqədi RHK tərəfindən verilmiş13.10.2000-ci il tarixli 044256 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs3 müharibə veteranıdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05.02.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 4(001)-93/2020 saylı, 05.02.2020-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs3 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03.02.2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17.03.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Kazımov X20 rayon məhkəməsinin 29.07.2013-cü il tarixli ilə Azərbaycan Respublikası CM-nin 234.1, 93.1.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 10.04.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* №-li cinayət işi Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaqı aparılan ********* №-li cinayət işinə birləşdirilməsi və istintaq aparılması qərara alınmışdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan təqdim etmə və maddi sübutları götürmə haqqında 21.01.2020-ci il tarixli protokoldan məlum olur ki, vətəndaş Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd kağız qutuda 45 blok 450 ədəd Maqna markalı siqaretlər maddi sübut kimi götürülmüşdür. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 22.01.2020ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 22.01.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olan şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23.01.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 4(001)-61/2020 saylı, 23.01.2020-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs2 barəsində ********* saylı iş üzrə 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22.01.2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi barədə” 29.01.2020-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işinin icraata qəbul edilməsi və ********* №-li cinayət işi ilə birləşdirilməklə bir icraatda ********* nömrə altında istintaqın davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan könüllü təqdim etmə barədə 08.10.2019-cu il tarixli protokoldan məlum olur ki, X11 03 ədəd avtomobil radiatoru, 03 ədəd məişət qazanı və elektrik naqilini könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25484/25485 saylı, 11.10.2019-cu il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, istifadədə olmuş 1 ədəd qazan, 1 ədəd tava, 1 ədəd aşsüzən, 3 ədəd qazan qapağı və 2 ədəd naqilin metalı aliminium əsaslı ərintidən hazırlanmışdır. Ümumi çəkiləri 4,30 kq-dır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq, ekspertizaya təqdim edilən tədqiqat obyektlərinin, 2019-cu ilin oktyabr ayına, respublikadaxili orta bazar pərakəndə satış ümumi qiyməti təxminən 127,40 manat müəyyən edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 25484/25485 saylı, 11.10.2019-cu il tarixdə aparılmış tədqiqatının dəyəri 111,70 (yüz on bir manat yetmiş qəpik) manat təşkil etmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 17.10.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olan şəxs qismində tutulmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 18.10.2019-cu il tarixli qərardan məlum olur ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “maddi sübut kimi tanınma haqqında” 18.10.2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əldə olunmuş 03 ədəd avtomobil radiotorunu, 01 ədəd qazan, 01 ədəd tas, 01 ədəd aşsüzən, 02 ədəd qazan qapağı və 01 bağlama elektrik naqili iş üzrə sübut növü kimi əhəmiyyətli olduğundan cinayət işinə əlavə olunması və maddi sübut kimi tanınaraq müvafiq qərar qəbul edilənədək işdə saxlanılması qərara alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis baş leytenantı Süleyman Abbasova verilmiş qəbzdən görünür ki, evinin zirzəmisindən oğurlanmış əşyaları olan Hunday sonata markalı avtomaşına məxsus 1 ədəd radiotoru, Daevo Nexsia markalı avtomaşına məxsus 2 ədəd radiotoru, 1 ədəd aliminum qazanı, 1 ədəd aliminum tavanı, 1 ədəd aliminum aşsüzəni və 7 metr aliminum elektrik naqilini 18 oktyabr 2019-cı il tarixdə müstəntiq S. Abbasovdan təhvil almışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19.10.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 19.10.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19.10.2019-cu il tarixli tələbnamədən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27607 saylı, 27.11.2019-cu il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd X34 markalı, Türkiyyə Cümhuriyyətində istehsal edilmiş, 550 W gücə malik, təzə vəziyyətdə olan blenderin orta bazar qiyməti təxminən 45,00 manat müəyyən olunur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 27607 saylı, 27.11.2019-cu il tarixdə aparılmış tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. İş materiallarında olan xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində 107 saylı MKİS-ə qonşulardan və inzibati orqanlardan heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 27.12.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvədə saxlanılması və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs2 oğurladığı Zərərçəkmiş şəxs2 məxsus 3 ədəd işlənmiş avtomaşın radiotoru, 1 ədəd aliminium süzgəc qab, 1 ədəd aliminium qazan, 1 ədəd aliminium tas-qab və 5-6 metr uzunluğunda aliminium məftil iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və məhkəmə baxışınadək zərərçəkmiş şəxsin özünə qəbzlə təhvil verilərək özündə saxlanılmasının nəzərə alınması, Zərərçəkmiş şəxs2 dəymiş manat ziyanın məbləği 678 manat hesablanması qərara alınmışdır. İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 11.01.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 29.01.2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsindən həmin məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2174 saylı, 30.01.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqata təqdim edilmiş siqaretlərin 2020-ci ilin yanvar ayına olan bazar qiyməti ilə ümumi dəyəri təxminən 28,00 manat müəyyən edilir. O, cümlədən: 1 blok “Magna Blue” markalı siqaret – 14,00 (1,40x10) manat; 1 blok “Magna Siver” markalı siqaret 14,00 (1,40x10) manat. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 2174 saylı, 30.01.2020-ci il tarixdə aparılmış tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. İş materiallarında olan 06.02.2020-ci il tarixli ərizədən məlum olur ki, 45 blok siqareti Zərərçəkmiş şəxs1 qəbul etmiş, Təqsirləndirilən şəxs2 şikayətçi deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17.03.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 barəsində ********** saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanılmış və halhazırda icraatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07.04.2020-ci il tarixli tələbnamədən görünür ki, 07.08.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 10.04.2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsindən həmin məcəllənin 177.2.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10.04.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrlə yenidən ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 11.04.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə aparılan ********* saylı cinayət işi üzrə əməl həmin məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 234.1 və 194.1 -ci maddələri ilə tövsif edilməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul olunması və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul olunması və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunması, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qəbul olunmuş qərar və ona həmin maddələrlə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş 1,670 qram narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınması, heroinin saxlanca təhvil verilməsinin nəzərə alınması, şəxsi axtarış və götürmə protokoluna əlavə olunmuş bir ədəd disk maddi sübut kimi tanınması və və cinayət işinə əlavə olunması, cinayət işi üzrə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək 18 yanvar 2020-ci il tarixdə ünvan 5 ünvanında yerləşən “Araz” marketin yanında dayanan Zərərçəkmiş şəxs1 məxsus **-MH-*** dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilin yük yerindən siqaret oğurluğunu özündə əks etdirən bir ədəd diskin maddi sübut kimi tanınması qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11.04.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 11.04.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs2 ilə X13 arasında 21.08.2016-cı il tarixdə rəsmi nikah bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, 14.06.2017-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə X3 birgə nikahlarından X14 adlı övladları doğulmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, 19.04.2020-ci il tarixində X6 dəymiş maddi zərərə görə 250 manat pulu Zərərçəkmiş şəxs2 təqdim etmişdir. İş materiallarına əlavə olunmuş 29.07.2013-cü il tarixli Bakı şəhər Binəqədi rayon məhkəməsinin hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilməsi haqqında 21.04.2020-ci il tarixli qərardan məlum olur ki, Binəqədi rayon prokuroru N.İmanov Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddətinin uzadılmasından imtina etmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22.04.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrlə yenidən ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 22.04.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin Ambulator X1 24 aprel 2020-ci il tarixli, 1038 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və ÇƏTƏNƏ bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 27.04.2020-ci il tarixli Bakı İstintaq Təcridxanası tərəfindən Bakı şəhər Binəqədi rayon prokuroruna ünvanlanmış məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs3 oğlunun qəflətən səhhətinin ağırlaşması ilə əlaqədar təcridxanaya dəvət olunmuş ixtisaslı həkimlər tərəfindən müayinə aparılmış və müayinə nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 24.04.2020-ci ildə tənginəfəslik, ayaqlarda şişkinlik, rengenoloji müayinə nəticəsində onun ürəyinin sərhədlərinin əsasən sola olmaqla hər iki tərəfə genişlənməsi, sağ ağ ciyərin durğunluq əlamətləri, köklərin sərtləşməsi, sağ kostal diafraqmal sinusun tam açılması müşayiət olunmuşdur. EXO müayinəsi nəticəsində onda aorta qapaqlarının sərtləşməsi, müştərək aortal qüsurlu, sol mədəciyin ölçülərinin böyüməsi, hipertrofiyası, miokardın sistolik funksiyasının enməsi, ağciyərin hiperventilyasiyası aşkar olunmuşdur. Xəstənin vəziyyəti ağır qiymətləndirilir. İş materiallarında olan təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında 27.04.2020-ci il tarixli qəraradan məlum olur ki, Bakı şəhər Binəqədi rayon prokuroru Nazim İmanov vəsatətin təmin edilməsini rədd edərək Təqsirləndirilən şəxs3 dərhal həbsdən azad edilməsi barədə qərar qəbul etmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 27.04.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslər ilə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş ziyan ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 25.11.2020-ci il tarixli, 1(001)-337/2020 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilməsi və onun barəsində axtarış elan olunması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 17.12.2020-ci il tarixində Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq 17.12.2020-ci il tarixində Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə təsdiq olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Ədalətli məhkəmə araşdırması hüquqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərini etiraf etməsini, səmimi peşman olmasını, himayəsində azyaşlı övladının olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməllərini qismən etiraf etməsini, səmimi peşman olmasını, məhkumluğunun ödənildiyini, torpaqların azadlığı uğrunda Birinci Qarabağ müharibəsində iştirak edərək yaralandığını, müharibə veteranı olmasını, himayəsində üç azyaşlı övladının olmasını, ağır xəstəliklərə düçar olmasını zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olmamasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsinə tənqidi yanaşır və bunu məsuliyətdən yayınmaq üçün seçdiyi üsul kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, gələcəkdə ona təyin olunacaq cəzadan yayınmaq ehtimalının olmasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, təyin edilmiş cəzalar həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 194.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunmuşdur ki, 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cinayət qanunun təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci X28, döngə 1, ev 10 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs3 edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə 2841 saylı, 03.02.2020-ci il tarixdə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs3 tutulub X5, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınan və saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 1,620 qram olan 01 ədəd bükümdə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 17 oktyabr 2019-cu il tarixdən 19 oktyabr 2019cu il və 22 yanvar 2020-ci il tarixdən 22 aprel 2020-ci il tarixədək həbsdə saxlandığı 03 (üç) ay 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 03 fevral 2020-ci il tarixdən 27 aprel 2020-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) ay 24 (iyirmi dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. İş üzrə 25484/25485 saylı, 11.10.2019-cu il tarixdə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 111,70 (bir yüz on bir manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs2 tutulub X5, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İş üzrə 2174 saylı, 30.01.2020-ci il tarixdə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub X5, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Cinayət işi materiallarına əlavə edilmiş 02 ədəd videoçəkilişin yazıldığı disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd kağız qutuda 45 blok 450 ədəd “Magna” markalı siqaretlərin Zərərçəkmiş şəxs1, Hyundai Sonata markalı avtomaşına məxsus 1 ədəd radiotorun, Daewo Nexia markalı avtomaşına məxsus 2 ədəd radiotorun, 1 ədəd aliminum qazanın, 1 ədəd aliminum tavanın, 1 ədəd aliminum aşsüzənin və 7 metr aliminum elektrik naqilinin Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müdafiəçilər ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş və təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 məhkəmədə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə ümumilikdə hər biri 50 saat vaxt sərf etmişdilər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına hər biri üçün 300 (üç yüz) manat məbləğində pul (“xxxx” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod- 200156, VÖEN-**********, m/h-AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151 - 11 saylı Vəkil Bürosunun hesablaşma hesabı) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia və əmlak müsadirəsi yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 381-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli tutulduğu 17.12.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində 25.11.2020-ci il tarixində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 17 oktyabr 2019-cu il tarixdən 19 oktyabr 2019-cu il və 22 yanvar 2020-ci il tarixdən 22 aprel 2020-ci il tarixə qədər həbsdə saxlandığı 03 (üç) ay 02 (iki) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cazası saxlanılsın. İş üzrə 25484/25485 saylı, 11.10.2019-cu il tarixdə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 111,70 (bir yüz on bir manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs2 tutulub X5, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 04 (dörd) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 03 fevral 2020-ci il tarixdən 27 aprel 2020-ci il tarixə qədər həbsdə saxlandığı 02 (iki) ay 24 (iyirmi dörd) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 05 (beş) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. Barəsində elektron nəzarət vasitəsi tətbiq edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhəri ərazisinin hüdudlarını tərk etməmək, gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci X28, döngə 1, ev 10 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə 2841 saylı, 03.02.2020-ci il tarixdə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs3 tutulub X5, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. Barəsində elektron nəzarət vasitəsi tətbiq edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri ərazisinin hüdudlarını tərk etməmək, gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yeri olan Bakı şəhəri, ünvan 4 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə 2174 saylı, 30.01.2020-ci il tarixdə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub X5, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına hər biri üçün 300 (üç yüz) manat məbləğində pul (“xxxx” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151 - 11 saylı Vəkil Bürosunun hesablaşma hesabı) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd kağız qutuda 45 blok 450 ədəd “Magna” markalı siqaretlərin Zərərçəkmiş şəxs1, Hyundai Sonata markalı avtomaşına məxsus 1 ədəd radiotorun, Daewo Nexia markalı avtomaşına məxsus 2 ədəd radiotorun, 1 ədəd aliminum qazanın, 1 ədəd aliminum tavanın, 1 ədəd aliminum aşsüzənin və 7 metr aliminum elektrik naqilinin Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd videoçəkilişin yazıldığı disk cinayət işi materialında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-30/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-30/2021
23.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver