Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-30/2023 24.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yerləşən inzibati binada qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan görünür ki, , Təqsirləndirilən şəxs ğlu tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 iyul 2021-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, X44 küçəsi 69A ünvanında yerləşən İdman Sağlamlıq Kompleksinin həyətinə gələrək, orada yerləşən paltardəyişmə otağın plastik giriş qapısına fiziki güc tətbiq edib açmaqla qanunsuz olaraq həmin otağa daxil olduqdan sonra, həmin otaqda ayrı-ayrılıqda oturacaqların üzərinə qoyulmuş və asılqanlardan asılmış idman çantalarının içərisindən Zərərçəkmiş şəxs3 məxsus daxilində 20 manat dəyərində ***-***-**-** GSM nömrə olan 1600 manat dəyərində «Apple iphone 11» markalı mobil telefonu və 40 manat nağd pulu, Zərərçəkmiş şəxs5 məxsus daxilində GSM nömrə olmayan 400 manat dəyərində «Xiaomi Redmi 9» markalı mobil telefonu və 235 manat nağd pulu, X12 oğluna məxsus daxilində 4 manat dəyərində 070-320-22¬07 GSM nömrə olan 400 manat dəyərində «Apple İphone 8» markalı mobil telefonu və 10 manat nağd pulu, Zərərçəkmiş şəxs6 məxsus daxilində 15 manat dəyərində ***-***-**-** GSM nömrə olan 800 manat dəyərində «Samsung Galaxy A 52» markalı mobil telefonu, Zərərçəkmiş şəxs7 məxsus daxilində 15 manat dəyərində ***-***-**-** GSM nömrə olan 200 manat dəyərində «Samsung Galaxy A6» markalı mobil telefonu və X16 məxsus daxilində 4 manat dəyərində ***-***-**-** GSM nömrə olan 400 manat dəyərində «Xiaomi Redmi 8» markalı telefonu gizli olaraq talayıb, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə zərər çəkmiş Zərərçəkmiş şəxs3 1660 manat, Zərərçəkmiş şəxs5 635 manat, X12 oğluna 414 manat, Zərərçəkmiş şəxs6 815 manat, Zərərçəkmiş şəxs7 215 manat və X16 404 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 mart 2022-ci il tarixdə gecə saatlarında Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs9 şirkətinin mühafizə olunan 3 saylı neft mədəninin 6-cı sahəsinə hasardan keçib qanunsuz olaraq daxil olduqdan sonra, orada yerləşən 368004 saylı neft quyusuna quraşdırılmış 1 ədəd AE-101-015-0001 №-li 5,5 kv. gücə malik 750 manat dəyərində elektrik mühhəriki dövlət əhəmiyyətli neft kəmərlərinə münasibətdə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs9 şirkətinə 750 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 mart 2022-ci il tarixdə axşam saatlarında ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin qarşısına gələrək, orada evin plastik pəncərəsinə fiziki güc tətbiq edib açmaqla evə qanunsuz olaraq daxil olduqdan sonra, yataq otağındakı çarpayının üzərindəki döşəyin altından 1500 manat nağd pul və evin qonaq otağında divarda quraşdırılmış 01 ədəd 600 manat dəyərində 108 diaqonal ölçüdə olan «Samsung» markalı televizoru gizli olaraq talayıb, zərərçəkmiş X4 cəmi 2100 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 22 mart 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu ünvanında yerləşən «Mal bazarı»nın yaxınlığında istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,625 qram çəkidə narkotik vasitə olan heroin əldə edib üzərində saxlayaraq daşımış, 23 mart 2022-ci il tarixdə saat 12:20-də Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binqəqdi qəsbəsi, DSK yolunda saxlanılaraq ünvan 5 ünvanında yerləşən 43-cü PB-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,625 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 mart 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsi, mədən 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus nömrəsiz fərdi evin qarşısına gələrək, orada evin hamam otağına olan pəncərinin dəmir barmaqlığına özü ilə gətirdiyi dəmir parçası ilə müdaxilə edib açmaqla evə qanunsuz olaraq daxil olduqdan sonra, yataq otağında dolabın içərisindən 1000 manat nağd pul, 01 ədəd 350 manat dəyərində 5 qram çəkidə 585 əyarlı qadın üçün qızıl üzük və 01 ədəd 250 manat dəyərində 4 qram çəkidə 750 əyarlı qadın üçün qızıl boyunbağını gizli olaraq talayıb, zərəçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 mart 2022-ci il tarixdə gecə saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs9 şirkətinin mühafizə olunan 1 saylı neft mədəninin 5-ci sahəsinə hasardan keçib qanunsuz olaraq daxil olduqdan sonra, orada yerləşən 150864 saylı quyunu əhatə edən mühafizə hasarının üzərindəki 1380 manat dəyərində 184 metr uzunluqda 73,02x5,51 NU borunu və 1040 manat dəyərində 260 metr uzunluqda 25 mm ölçülü dəmir mili dövlət əhəmiyyətli neft kəmərlərinə münasibətdə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs9 şirkətinə ümumilikdə 2420 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 aprel 2022-ci il tarixdə gecə saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs9 şirkətinin mühafizə olunan 1 saylı neft mədəninin 4-cü sahəsinə hasardan keçib qanunsuz olaraq daxil olduqdan sonra, orada yerləşən 140572 və 143477 saylı neft quyularında quraşdırılmış 950 manat dəyərində dəmir torlarını dövlət əhəmiyyətli neft kəmərlərinə münasibətdə vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs9 şirkətinə 950 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 aprel 2022-ci il tarixdə gecə saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs9 şirkətinin mühafizə olunan 1 saylı neft mədəninin 4-cü sahəsinə hasardan qanunsuz olaraq daxil olduqdan sonra, orada yerləşən 142931 və 142484 saylı neft quyularını əhatə edən mühafizə hasarının üzərindəki 590 manat dəyərində 105 metr uzunluqda 60,32x4,83 ölçülü dəmir borunu və 430 manat dəyərində 125 metr uzunluqda 25mm ölçülü dəmir mili dövlət əhəmiyyətli neft kəmərlərinə münasibətdə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs9 şirkətinə ümumilikdə 1020 manat maddi ziyan vurmaqla etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 aprel 2022-ci il tarixdə gecə saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs9 şirkətinin mühafizə olunan 1 saylı neft mədəninin 4-cü sahəsinə hasardan keçib qanunsuz olaraq daxil olduqdan sonra, orada yerləşən 141238 saylı neft quyusuna quraşdırılmış 1 ədəd AE101-009-0001 №-li 4 kv. gücə malik 500 manat dəyərində elektrik mühhəriki dövlöt əhəmiyyətli neft kəmərlərinə münasibətdə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs9 şirkətinə 500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 aprel 2022-ci il tarixdə gecə saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs9 şirkətinin mühafizə olunan 1 saylı neft mədəninin 5-ci sahəsinə hasardan keçib qanunsuz olaraq daxil olduqdan sonra, orada yerləşən 151470 saylı neft quyusuna quraşdırılmış 1 ədəd AE101-009-0002 №-li 4 kv. gücə malik 500 manat dəyərində elektrik mühhəriki dövlət əhəmiyyətli neft kəmərlərinə münasibətdə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs9 şirkətinə 500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədilə 03 aprel 2022-ci il tarixdə gecə saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu ünvanında yerləşən Zərərçəkmiş şəxs9 şirkətinin mühafizə olunan 2 saylı neft mədəni ərazisinə hasardan keçib qanunsuz olaraq daxil olduqdan sonra, neft mədəni ərazisini əhatə edən dəmir konstruksiyadan ibarət mühafizə çəpərin 73 metr uzunluqda 60x324,83 ölçüdə 411 manat dəyərində dəmir boruları dövlət əhəmiyyətli neft kəmərlərinə münasibətdə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs9 şirkətinə 411 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 iyul 2021-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, X44 küçəsi 69A ünvanında yerləşən İdman Sağlamlıq Kompleksinin həyətinə gələrək, orada yerləşən paltardəyişmə otağının plastik giriş qapısına fiziki güc tətbiq edib açmaqla qanunsuz olaraq həmin otağa daxil olmuş, həmin otaqda ayrıayrılıqda oturacaqların üzərinə qoyulmuş və asılqanlardan asılmış idman çantalarının içərisindən Zərərçəkmiş şəxs3 məxsus daxilində 20 manat dəyərində ***-***-**-** GSM nömrə olan 1600 manat dəyərində «Apple İphone 11» markalı mobil telefonu və 40 manat nağd pulu, Zərərçəkmiş şəxs5 məxsus daxilində GSM nömrə olmayan 400 manat dəyərində «Xiaomi Redmi 9» markalı mobil telefonu və 235 manat nağd pulu, X12 oğluna məxsus daxilində 4 manat dəyərində ***-***-**-** GSM nömrə olan 400 manat dəyərində «Apple İphone 8» markalı mobil telefonu və 10 manat nağd pulu, Zərərçəkmiş şəxs6 məxsus daxilində 15 manat dəyərində ***-***-**-** GSM nömrə olan 800 manat dəyərində «Samsung Galaxy A 52» markalı mobil telefonu, Zərərçəkmiş şəxs7 məxsus daxilində 15 manat dəyərində ***-***-**-** GSM nömrə olan 200 manat dəyərində «Samsung Galaxy A 6» markalı mobil telefonu və X16 məxsus daxilində 4 manat dəyərində ***-***-**-** GSM nömrə olan 400 manat dəyərində «Xiaomi Redmi 8» markalı telefonu gizli olaraq talayıb, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs3 1660 manat, Zərərçəkmiş şəxs5 635 manat, X12 oğluna 414 manat, Zərərçəkmiş şəxs6 815 manat, Zərərçəkmiş şəxs7 215 manat və X16 404 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 mart 2022-ci il axşam saatlarında ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin qarşısına gələrək, evin plastik pəncərəsinə fiziki güc tətbiq edib açıb evə qanunsuz olaraq daxil oldmuş və daha sonra, yataq otağındakı çarpayının üzərindəki döşəyin altından 1500 manat nağd pulu, qonaq otağında divarda quraşdırılmış 01 ədəd 600 manat dəyərində 108 diaqonal olan «Samsung» markalı televizoru gizli olaraq talayıb, zərərçəkmiş İsgəndərov Natiq oğluna cəmi 2100 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona qarşı irəli sürülmüş digər oğurluq epizodları üzrə özünü təqsirli bilmir, həmçinin CM-in 234.1-ci maddəsində nəzərdə tutulan əməl onun tərəfindən törədilməmişdir. Belə ki, ona qarşı irəli sürülmüş ittihamdan görünür ki, guya o, 22 mart 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu ünvanında yerləşən “Mal bazarı” nın yaxınlığında istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,625 qram narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq gəzdirmiş, 23 mart 2022-ci il tarixdə saat 12:20-də Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolunda saxlanılaraq Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,625 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əslində isə o, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən 23 mart tarixində deyil, 21 mart 2022-ci il tarixdə saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş, 23 mart 2022-ci il tarixdən Binəqədi RPİ-nin MSY-nə aparılmış, 25 mart 2022-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Binəqədi rayon prokurorunun qəbulunda olmuş, onun barəsində “polisin nəzarəti altına” vermə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Binəqədi RPİ-nin MSYdən azad edilmişdir. Eyni zamanda bildirmək istəyir ki, Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən ona işgəncə verilərək cinayətləri törətməyini etiraf etməyi tələb edilmişdir. Məhz bu səbəbdən o, heç bir təqsiri olmadığı halda göstərilən cinayətlərin onun tərəfindən törədildiyini etiraf etmişdir. Bundan başqa, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 və cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən işgəncəyə məruz qalmış, bu səbəbdən bütün sənədləri imzalamışdır. Həmçinin, ona qarşı irəli sürülmüş ittihamda onun 02 mart 2022-ci il, 29 mart 2022-ci il, 01 aprel 2022-ci il, 02 aprel 2022-ci il, 03 aprel 2022-ci il tarixlərdə “X38” şirkətinin mühafizə edilən ərazisindən oğurluq etdiyi göstərilmişdir. Ona qarşı irəli sürülmüş bu ittiham “X38” şirkətinin mühafizə edilən ərazisindən oğurladığı əşyaları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 2-ci mədən korpus 74 ünvanında yaşadığı evin həyətində metal qəbul məntəqəsi olan Şahid2 satması, bu zaman Şahid2 hərbi bileti təqdim etməsi, hərbi biletin surətində onun öz xətti ilə “02 mart 2022-ci il tarixdə turba və millər və dəmir setka satdım 100 manata Abbasov. Elmar.B və imza” yazmağı ilə sübut edilir. Göstərilən bu xüsusatla bağlı qeyd etmək istəyir ki, cinayət işinin ibtidai istintaqı zamanı Şahid2 ifadə verərkən onun ona həmin mis kütləsini 23 mart 2022-ci il tarixdə satdığını bildirmişdir. 23 mart 2022ci il tarixində isə o, Binəqədi RPİ-nin 43-cü PB-də olmuşdur. Belə olan təqdirdə necə olur ki, o, 23 mart 2022-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-də olduğu bir vaxtda həm də Şahid2 mis kütləsi satmışdır. Bundan əlavə ona məxsus hərbi bilet evində olmuş, o, hərbi biletindən istifadə etməmişdir. Hərbi bileti o, tutulduqdan sonra polislər gəlib anasından götürmüşlər. Cinayət işinin materiallarına əlavə edilmiş hərbi biletin surətində olan yazılar onun tərəfindən yazılmamışdır. Odur ki, məhkəmədən barəsində düzgün, hərtərəfli, obyektiv araşdırma aparılmasını və ədalətli cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Nümayəndə çıxış edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs9 şirkətində hüquqşünas vəzifəsində işləyir. 02 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs9 şirkətinin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 3 saylı neft mədəninin 6cı sahəsində olan 368004 saylı neft quyusunun 750 manat dəyərində AE101-015-0001 5,5 kv-lıq elektrik mühərriki oğurlanması aşkar edilmişdir. Həmin oğurluq faktı ilə əlaqədar olaraq şirkət tərəfindən Binəqədi Rayon Polis İdarəsinə və 43-cü Polis Bölməsinə müraciət ünvanlanmışdır. Bundan başqa, 29 mart 2022-ci il tarixdə aşkar edilmişdir ki Zərərçəkmiş şəxs9 şirkətinin Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 1 saylı neft mədəninin 5ci sahəsində yerləşən 150864 saylı quyunun yaxınlığında ərazinin mühafizə olunması məqsədilə Şirkət tərəfindən çəkilən «mühafizə hasarının üzərindən oraya qaynaq olunmuş 1380 manat dəyərdə 184 metr uzunluqda 73,2 x5,51 NU boru, 1040 manat dəyərində 260 metr uzunluqda 25 mm mil oğurlanmış, təmir bərpa işləri üçün 577 manat xərcləndiyini nəzərə alaraq həmin oğurluq nəticəsində şirkətə ümumilikdə 2997 manat maddi ziyan vurulmuşdur. Həmin oğurluq faktı ilə əlaqədar olaraq şirkət tərəfindən Binəqədi Rayon Polis İdarəsinə və 43-cü Polis Bölməsinə müraciət ünvanlanmışdır. Bundan başqa, 01 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs9 şirkətinin Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 1 saylı neft mədəninin 4-cü sahəsində olan 140572 və 143477 saylı neft quyularının 950 manat dəyərində dəmir torları oğurlanması aşkar edilmişdir. Həmin oğurluq nəticəsində şirkətə 950 manat maddi ziyan vurulmuşdur. Həmin oğurluq faktı ilə əlaqədar olaraq şirkət tərəfindən Binəqədi Rayon Polis İdarəsinə və 43-cü Polis Bölməsinə müraciət ünvanlanmışdır. Bundan başqa, 01 aprel 2022-ci il tarixdə aşkar edilmişdir ki, Zərərçəkmiş şəxs9 şirkətinin Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 1 saylı neft mədəninin 4-cü sahəsində olan 142931 və 142484 saylı quyuların mühafizə hasarının üzərindən 590 manat dəyərində 105 metr uzunluqda 60,32x4,83 ölçülü boru, 430 manat dəyərində 125 metr uzunluqda 25mm mil oğurlanmış, təmir bərpa işləri üçün 777 manat xərcləndiyini nəzərə alaraq həmin oğurluq nəticəsində şirkətə ümumilikdə 1797 manat maddi ziyan vurulmuşdur. Həmin oğurluq faktı ilə əlaqədar olaraq şirkət tərəfindən Binəqədi Rayon Polis İdarəsinə və 43-cü Polis Bölməsinə müraciət ünvanlanmışdır. Bundan başqa, 02 aprel 2022-ci il tarixdə aşkar edilmişdir ki Zərərçəkmiş şəxs9 şirkətinin Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 1 saylı neft mədəninin 4-cü sahəsində olan 141238 saylı və 5-ci sahəsində olan 151470 saylı quyuların müvafiq olaraq AE101- 009-0001 və AE101-009-0002 4 kv-lıq elektrik mühərriklər oğurlanmışdır. Mühərriklərin hər birinin dəyəri 500 manat olmuş, quyuların fəaliyyətinin dayanması nəticəsində 690 manat, ümumilikdə 1690 manat ziyan vurulmuşdur. Həmin oğurluq faktı ilə əlaqədar olaraq şirkət tərəfindən Binəqədi Rayon Polis İdarəsinə və 43-cü Polis Bölməsinə müraciət ünvanlanmışdır. Bundan başqa, 05 aprel 2022-ci il tarixdə aşkar edilmişdir ki, Zərərçəkmiş şəxs9 şirkətinin Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu ünvanda yerləşən 2 saylı neft mədəninin ərazisində mühafizə çəpərinin 73 metr uzunluqda, 60x324,83 ölçüdə 411 manat dəyərində boru oğurlanmış, təmir bərpa işləri üçün 389 manat alınmaqla ümumi 800 manat ziyan vurulmuşdur. Həmin oğurluq faktı ilə əlaqədar olaraq Binəqədi Rayon Polis İdarəsinə və 43-cü Polis Bölməsinə müraciət ünvanlanmışdır. Həmin quyuların yerləşdiyi ərazilərə yalnız şirkətin işçilərinin daxil olmasına icazə verilmiş, həmin ərazilərin bir hissəsi dəmir torlu çəpərlə, bir hissəsi daş və dəmir mildən ibarət hasarla əhatə olunmuş, həmçinin həmin ərazilər mühafizə olunan ərazilər olmuşdur. Şirkətin işçilərindən başqa şəxslərin daxil olması qanunsuz hesab edilmişdir. Talanmış əmlaklar dövlət əhəmiyyətli olmuş, belə ki, həmin ərazidə olan əmlaklar Dövlət Neft Şirkəti tərəfindən beynəlxalq müqavilə əsasında Zərərçəkmiş şəxs9 şirkətinə icarəyə verilmiş, ərazilər və ərazidə olan əmlaklar Zərərçəkmiş şəxs9 şirkətin balansında olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs9 şirkətinin nümayəndəsi Nümayəndə ona verilmiş suallara cavab olaraq, hazırki vaxta qədər təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs9 şirkətinə vurulmuş maddi ziyanın ödənilmədiyini, bu səbəbdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs5 ifadə verərək bildirmişdir ki, 02 iyul 2021-ci il tarixdə saat 22 radələrində tanışları Emil İskandərov, Zərərçəkmiş şəxs7, Salman Sultan-Əhmədi, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3 ilə birlikdə futbol oynamaq məqsədilə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanda yerləşən İdman sağlamlıq Kompleksinə getmişlər. Həmin kompleksin həyətində yerləşən paltar dəyişmə otağında paltarlarını dəyişib, özlərinə məxsus əşyaları hər biri öz idman çantalarına yerləşdirdikdən sonra çantalarını həmin otaqda olan asılqanlardan asıb skamyanın üzərinə qoymuş, otağın qapısını bağladıqdan sonra futbol oynamağa getmişlər. Bir saat futbol oynadıqdan sonra saat 23 radələrində paltar dəyişmə otağına gəldikdə çantalarından mobil telefonlar və pullarının oğurlandığını aşkar etmişlər. Baş vermiş oğurluq nəticəsində ona «Xiaomi Redmi 9» markalı mobil telefon və 235 manat nəğd pulu oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 635 manat məbləğində ziyan vurulmuşdur. Sonradan Təqsirləndirilən şəxs ondan və digər dostlarından oğurladığı əşyaları geri qaytarmışdır.Bu səbəbdən hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, oğurluq hadisəsi Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 11 ünvanında yerləşən İdman sağlamlıq kompleksində paltar dəyişmə otağında baş vermişdir. O, mobil telefonunu və digər əşyalarını idman çantasına qoyub paltar dəyişmə otağında asılqandan asıb qapını da kilidlə bağlayıb futbol oynamağa getmişdir. Stadionda quraşdırılan kamera vasitəsi ilə oğurluq edən şəxsi dostları görmüşlər, daha sonra Təqsirləndirilən şəxs qonşu həyətdən piyada keçən zaman onu tanımış və saxlamışlar. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona dəymiş olan ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs stadionda ondan başqa digər 5 nəfərin də telefonunu oğurlamışdır, hazırda digər şəxslərin də telefonu qaytarılmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona dəymiş olan ziyan ödənildiyindən hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X1 çıxış edərək bildirmişdir ki, 02 iyul 2021-ci il tarixdə saat 22 radələrində tanışları Emil İskanderov, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3 ilə birlikdə futbol oynamaq məqsədilə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanda yerləşən İdman sağlamlıq Kompleksinə getmişlər. Həmin kompleksin həyətində yerləşən paltar dəyişmə otağında paltarlarını dəyişib, özlərinə məxsus əşyaları hər biri öz idman çantalarına yerləşdirdikdən sonra həmin otaqda olan asılqanlardan asıb skamyanın üzərinə qoymuş, otağın qapısını bağladıqdan sonra futbol oynamağa getmişlər. Bir saat futbol oynadıqdan sonra saat 23 radələrində paltar dəyişmə otağına gəldikdə çantalarından mobil telefonlarının və pullarının oğurlandığını aşkar etmişlər. Baş vermiş oğurluq nəticəsində ona məxsus içərisində 070 *** ** ** saylı nömrə olmuş «Apple İphone 8» markalı mobil telefon və 10 manat pul oğurlanmışdır. Həmin mobil telefonun qiyməti 400 manat, nömrənin qiyməti isə 4 manat olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 415 manat məbləğində ziyan vurulmuşdur. Sonradan Təqsirləndirilən şəxs ondan və digər dostlarından oğurladığı əşyaları geri qaytarmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, oğurluq hadisəsi Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 11 ünvanında yerləşən İdman sağlamlıq kompleksində paltar dəyişmə otağında baş vermişdir. O, mobil telefonunu və digər əşyalarını idman çantasına qoyub paltar dəyişmə otağında asılqandan asıb qapını da kilidlə bağlayıb futbol oynamağa getmişdir. Stadionda quraşdırılan kamera vasitəsi ilə oğurluq edən şəxsi dostları görmüşdülər, daha sonra Təqsirləndirilən şəxs qonşu həyətdən piyada keçən zaman onu tanımış və saxlamışdılar. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona dəymiş olan ziyan ödənilmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 çıxış edərək bildirmişdir ki, 20 mart 2022-ci il tarixdə səhər saatlarında ailəsi ilə birlikdə işləri ilə bağlı ünvan 3 ünvanında yerləşən yaşadığı evdən çıxıb getmişdir. Daha sonra həmin tarixdə saat 21:00 radələrində yaşadığı evə gəlmişlər. Həmin müddət ərzində evdə ailə üzvlərindən kimsə olmamışdır. Evə daxil olduqda yataq otağındakı plastik pəncərənin açıq vəziyyətdə olduğunu aşkar etmişdir. Daha sonra evə nəzər yetirdikdə evdə olmadığı müddətdə naməlum şəxsin evə həmin pəncərədən daxil olub, yataq otağındakı çarpayının üzərindəki döşəyin altında saxladığı 1500 manat pulu və qonaq otağında divara quraşdırılmış “Samsung” markalı televizoru oğurladığı məlum olmuşdur. Bu barədə ərizə ilə 43-cü Polis Bölməsinə müraciət etmişdir. Evdən oğurlanan televizorun qiyməti 600 manat idi, hadisə nəticəsində isə ona ümumilikdə 2100 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, oğurluq hadisəsi ona məxsus evdə baş vermişdir. Qonaq otağında divara quraşdırılmış “Samsung” markalı televizorun dəyəri 600 manat olmuş, bundan başqa 1500 manat nağd pulu oğurlanmışdır. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 2100 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən oğurluq hadisəsi nəticəsində ona vurulmuş zərər ödənilməmişdir, bu səbəbdən ona qarşı şikayətçidir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 çıxış edərək bildirmişdir ki, 21 mart 2022-ci il tarixdə saat 13 radələrində Novruz bayramı ilə əlaqədar ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 15, ünvanında yerləşən fərdi yaşayış evindən çıxaraq Ağdaş rayonun getmişlər. Evdən gedən zaman qapı və pəncərələri bağlamışdır. 28 mart 2022-cil tarixdə saat 22 radələrində Bakı şəhərinə qayıtmılar. Evin qapısını açarla açıb içəri daxil olan zaman qonaq otağında jurnal masasının üzərində siqaret külü görüb şübhələnmişdir. Daha sonra yataq otağında dolabın içərisində saxladığı 1000 manat pul, bir qızıl boyunbağı və bir ədəd üzüyün oğurlandığını aşkar etmişdir. Evə baxış keçirdikdə evdə olmadığı müddətdə naməlum şəxsin hamam otağında olan pəncərənin dəmir barmaqlığını qopararaq evə daxil olub oğurluq etməsi məlum olmuşdur. Bu barədə ərizə ilə 43-cü Polis bölməsinə müraciət etmişdir. Evdən 1000 manat pul, bir ədəd 350 manat dəyrində 5 qram çəkidə 585 əyarlı qadın qızıl üzüyü, bir ədəd 250 manat dəyərində 4 qram çəkidə 750 əyarlı dəyərində qızıl boyunbağı oğurlanmış, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1600 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ona verilən suallara cavab olaraq 21 mart - 28 mart 2022-ci il tarixlərində Novruz bayramı ilə əlaqədar ailəsi ilə birlikdə Ağdaş rayonuna getdiklərini, oğurluq hadisəsinin həmin ərəfədə baş verdiyini, hazırda ona dəymiş maddi ziyanın ödənilmədiyini bildirmişdir. Həmçinin, qeyd etmişdir ki, oğurluq hadisəsinin hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən törədildiyini dəqiq deyə bilməz. Cinayət işi üzrə ibtidai istintaq aparılan zaman da o, Təqsirləndirilən şəxs görməmiş, ilk dəfə hazırda məhkəmə iclasında görür. Polis işçiləri tərəfindən Təqsirləndirilən şəxs təkrarən onun yaşadığı evə gətirilən zaman o, evdə olmamışdır. Oğurluq hadisəsinin məhz bu şəxs tərəfindən törədildiyini təsdiq edə bilmir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona dəymiş olan ziyan ödənilməmişdir, bununla belə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı Şahid2 ifadə verərək bildirmişdir ki, onun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 2-ci mədən korpus 74-də yaşadığı evin həyətində metal qəbulu məntəqəsi vardır. Həmin metal qəbulu məntəqəsində növbə ilə o, qardaşı və anası işləyirlər. Təqsirləndirilən şəxs onlara pul müqabilində metal satmışdır. Göstərilən hadisə mart ayında baş verdiyindən və üzərindən xeyli müddət keçdiyindən hər şey təfsilatı ilə yadında qalmamışdır. Təqsirləndirilən şəxs onun satdığı metal əşyaları o və yaxud qardaşı almışdır. Ümumilikdə, həmin şəxsdən iki dəfə mal almışlar. İlk dəfə onun satdığı metal əşyaları alan zaman ondan şəxsiyyət vəsiqəsinin olub-olmadığını soruşmuş, o isə şəxsiyyət vəsiqəsinin olmadığını, hərbi biletini təqdim edə biləcəyini bildirmişdir. Hər dəfəsində şəxs hərbi biletini təqdim etdiyi üçün o, ondan şübhələnməmişdir. Məhkəmə iclasında Şahid2 ona verilən suallara cavab olaraq yaşadığı evin həyətində metal qəbulu məntəqəsi olduğunu, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, ola bilər ki, şəxs mal satmağa gələndə başqa adamın şəxsiyyət vəsiqəsini gətirdiyini, belə olan halda da həmin malları qəbul etdiklərini, Təqsirləndirilən şəxs turba və mis aldığını bildirmişdir. Məhkəmə baxışı zamanı Şahid1 ifadə verərək bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olarkən bir nəfər müştəri qismində olan şəxs onu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədəndə yerləşən ünvana aparmağını xahiş etmiş və onlar gediş haqqı olaraq 3 manata razılaşmışlar. Həmin şəxs avtomobilə əyləşdikdən sonra yolda gedən zaman pula ehtiyac duyduğundan evdə olan anasından qalma qızıl boyunbağını və qızıl üzüyünü satmaq istədiyini bildirmiş, o həmin şəxsdən qızılları hansı qiymətə satacağını soruşduqda həmin şəxs 3-4 qramlıq sep və bir ədəd qızıl üzüyü ümumilikdə 150 manata sata biləcəyini demişdir. Qiymət barədə həmin şəxslə razılaşdıqdan sonra qızılları göstərməsini, bəyənəcəyi təqdirdə alacağını barədə razılaşmışlar, həmin şəxs yaşadığı evə çatdıqdan sonra evə daxil olub 2 dəqiqə sonra əlində bir ədəd qızıl sep və qızıl üzüklə bayıra çıxmış, o qızıllara baxıb qramın qiymətinə nisbətdə artıq olduğunu anlamış və həmin şəxsi avtomobilə əyləşdirib yaxınlıqda yerləşən bankomatdan pul çəkib 150 manat ödəniş etmişdir, növbəti gün həmin qızılları Moskva univermağında satmışdır. Məhkəmə iclasında Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin ərəfədə taksi sürücüsü kimi fəaliyyət göstərdiyini, Təqsirləndirilən şəxs onun avtomobilinə müştəri kimi mindiyini, taksidə olan zaman Elmarın ona pula ehtiyacı olduğu üçün anasından qalan qızılları ucuz qiymətə satmaq istədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı Şahid4 ifadə verərək bildirmişdir ki, o, Binəqədi RPİ-nin 43-cü PB-də sahə inspektoru vəzifəsində, polis kapitanı rütbəsində çalışır. Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması və cinayət əməllərinin ifşa olunması, cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir. Məlumat əsasında əməliyyat qrupu təşkil edilmiş və xx.xx.2022-ci il tarixdə saat 12:20-də keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolunda yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs tərəfimizdən saxlanılaraq ünvan 15 ünvanda yerləşən 43-cü PB-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümün içində saxladığı heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd 10 manatlıq və bir ədəd 1 manat pul əskinası aşkar edilmiş və axtarışdan sonra özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisənin üzərindən xeyli müddət keçdiyinə görə nə zaman baş verdiyini dəqiq xatırlamır. Məhkəmə baxışı zamanı Şahid3 ifadə verərək bildirmişdir ki, o, Binəqədi RPİ-nin 43-cü PB-də baş əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində çalışır. Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması və cinayət əməllərinin ifşa olunması, cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir. Məlumat əsasənda əməliyyat qrupu təşkil edilmiş və xx.xx.2022-ci il tarixdə saat 12:20-də keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolunda yaşaydığı evin yaxınlığında Təqsirləndirilən şəxs tərəfimizdən saxlanılaraq ünvan 15 ünvanda yerləşən 43-cü PB-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümün içində saxladığı heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd 10 manatlıq və bir ədəd 1 manat pul əskinası aşkar edilmiş və axtarışdan sonra özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş X18 ifadə verərək bildirmişdir ki, o, Binəqədi RPİ-nin 43-cü PB-də məsul növbətçi vəzifəsində işləyir. Növbədə onunla bərabər növbətçi köməkçisi və sürücüsü olur. 23 mart 2022-ci il tarixdə səhər saat 09:00-dan 24 mart 2022-ci il tarixə səhər saat 09:00-a qədər növbədə o, olmuş və polis bölməsinə gətirilmiş şəxslərin qeydiyyatını aparmışdır. Qeydiyyat Kitabının 62–ci səhifəsində olan 385-ci sıra sayından başlayaraq 386, 387, 388 sıra saylarında yalnız “Hansı tədbirlər görülmüşdür və yaxud haraya göndərilmişdir” “Azad etmənin (göndərilmənin) tarixi və saatı” qrafalarındakı yazılar onun tərəfindən yazılmışdır, digər qrafalardakı yazılar isə ona məxsus deyildir. Məhkəmə iclasında şahid X18 ona verilən suallara cavab olaraq bildirmişdir ki, növbətçi hissənin iş rejiminə uyğun olaraq hər 3 gündən bir səhər saat 09:00-dan növbəti gün səhər saat 09:00-a qədər növbətçi olur, növbədə onunla bərabər növbətçi köməkçisi və sürücü olur. Polis bölməsinə daxil olan və çıxan şəxslərin qeydiyyat kitabındakı məlumatlar növbədə olduğu vaxt onun tərəfindən yazılır. Polis bölməsinə gətirilən və oradan göndərilən şəxslərin sayında sıxlıq yarandığı zaman növbətçi köməkçisi də həmin məlumatların qeydiyyat kitabında yazılmasına kömək edir. Ola bilər ki, 23 mart 2022-ci il tarixdə də işlərin çox olması səbəbindən 386, 387, 388 sıra saylarında “Hansı tədbirlər görülmüşdür və yaxud haraya göndərilmişdir” “Azad etmənin (göndərilmənin) tarixi və saatı” qrafalarındakı yazılar onun tərəfindən, digər qrafalardakı yazılar isə növbətçi köməkçisi tərəfindən yazılmışdır. 2022-ci ilin mart ayında növbətçi rejimin iş qrafiki nəzərə alınmaqla 14 mart, 17 mart, 20 mart, 23 mart, 26 mart, 29 mart 2022-ci il tarixlərində növbədə o, olmuş və həmin tarixlərə aid yazılar da onun tərəfindən yazılmışdır. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş X27 ifadə verərək bildirmişdir ki, o, Binəqədi RPİ-nin 43-cü PB-də növbətçi köməkçisi vəzifəsində işləyir. Növbədə onunla bərabər məsul növbətçi və sürücü olur. 23 mart 2022-ci il tarixdə növbədə onunla bərabər növbətçi X18 olmuşdur. Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabında 23 mart 2022-ci il tarixə aid olan 385, 386, 387, 388 sıra saylarına aid olan “1-ci qrafadan 8-ci qrafaya” qədər olan yazılar onun tərəfindən yazılmamışdır. Məhkəmə iclasına çağırılmış zərərçəkmiş şəxs X5 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Məhkəmə iclasına çağırılmış Zərərçəkmiş şəxs6 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Məhkəmə iclasına çağırılmış Zərərçəkmiş şəxs7 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Məhkəmə iclasına çağırılmış zərərçəkmiş şəxs X13 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 177.2.3-cü madəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İdman Sağlamlıq Mərkəzi”nin paltar dəyişmə otağına baxış keçirilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, X15 oğlu, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışlar. xx.xx.2021-ci il tarixli “mobil telefonların təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan polietilen torbanın içərisindən bir ədəd “Apple” markalı İphone 11 modelli, 1 ədəd “Apple” markalı İphone 8 modelli, 1 ədəd “Samsung A 6” markalı, 1 ədəd “Samsung A 52” markalı, 1 ədəd “Redmi 8” markalı və 1 ədəd “Redmi 9” markalı mobil telefonları çıxararaq təqdim etmişdir. xx.xx.2021-ci il traixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 19:00-da Yasamal RPİ-nin İstintaq Şöbəsinin xidməti otağında CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2021-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 1,2,3,4 rəqəmləri ilə işarələnmiş mobil telefonlar tanıma üçün təqdim edilən zaman o, tərəddüd etmədən 4 nömrəli mobil telefonu tanıyaraq həmin telefonun özünə məxsus olmasını bildirmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 özünə məxsus “İphone 11” markalı mobil telefonunu Yasamal RPİ-dən təhvil almışdır. xx.xx.2021-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 1,2,3,4 rəqəmləri ilə işarələnmiş mobil telefonlar tanıma üçün təqdim edilən zaman o, tərəddüd etmədən 2 nömrəli mobil telefonu tanıyaraq həmin telefonun özünə məxsus olmasını bildirmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs5 özünə məxsus “Redmi 9” markall mobil telefonunu Yasamal RPİ-dən təhvil almışdır. xx.xx.2021-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs X12 oğluna 1,2,3,4 rəqəmləri ilə işarələnmiş mobil telefonlar tanıma üçün təqdim edilən zaman o, tərəddüd etmədən 3 nömrəli mobil telefonu tanıyaraq həmin telefonun özünə məxsus olmasını bildirmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, X12 oğlu özünə məxsus “İphone 8” markall mobil telefonunu Yasamal RPİ-dən təhvil almışdır. xx.xx.2021-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 1,2,3,4 rəqəmləri ilə işarələnmiş mobil telefonlar tanıma üçün təqdim edilən zaman o, tərəddüd etmədən 4 nömrəli mobil telefonu tanıyaraq həmin telefonun özünə məxsus olmasını bildirmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs6 özünə məxsus “Samsung A52” markall mobil telefonunu Yasamal RPİ-dən təhvil almışdır. xx.xx.2021-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 1,2,3,4 rəqəmləri ilə işarələnmiş mobil telefonlar tanıma üçün təqdim edilən zaman o, tərəddüd etmədən 1 nömrəli mobil telefonu tanıyaraq həmin telefonun özünə məxsus olmasını bildirmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs7 özünə məxsus “Samsung A6” markalı mobil telefonunu Yasamal RPİ-dən təhvil almışdır. xx.xx.2021-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs X10 1,2,3,4 rəqəmləri ilə işarələnmiş mobil telefonlar tanıma üçün təqdim edilən zaman o, tərəddüd etmədən 3 nömrəli mobil telefonu tanıyaraq həmin telefonun özünə məxsus olmasını bildirmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(004)-348/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 06 iyul 2021-ci ildən hesablanmışdır. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-in 180.1 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il tarixli Əzizbəyov Rayon Məhkəməsinin qərarı ilə AR Milli Məclisin xx.xx.2009-cu il tarixli “amnistiya” qərarı 4-cü bəndinə əsasən çəkilməmiş cəzası ½ qədər azaldılmış, xx.xx.2009-cu ildə Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 234.1ci maddəsi ilə təqsirli bilinib 02 il 01 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də CM-in 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay, yəni 06 dekabr 2021-ci il tarixədək uzadılmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(004)-579/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X20 özünə məxsus 400 manat dəyərində “Redmi 8” markalı mobil telefonun oğurlanması faktı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 03 ədədi xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs sağ və sol əlinin çeçələ barmaqlarının və sol əlinin ovucunun əksi ilə eynilik müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altın vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2021-ci il tarixli, 3/1948 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, 1 saylı daktilolentin səthindəki “a”, “b”, “c”, “d” əl-barmaq izləri, 2 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izləri, 3,4,11 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izləri Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1,2,3,4,5,6,7,8,9,10,11 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Təqdim edilmiş 9 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin çeçələ barmağından və 11 saylı daktilolentin səthindəki ovuc izi onun sol əlinin hipotenar və tenar İ hissəsindən qalmışdır. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a’’,”b”,”c”,”d” əl-barmaq izləri, 2 saylı daktilolentin səthindəki “a”,”b” əl-barmaq izləri, 3,4 saylı daktilolentlərin səthindəki ovuc izləri və 11 saylı daktilolentin səthindəki “a”,”b” əl-barmaq izləri Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuclarından qalmamışdır. xx.xx.2022-ci il tarixli, 9/1061 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 6 adda mobil telefonların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1960,0 manat müəyyən edilir. xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 3 ünvanında baş vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 01 ədədi (01 plastik pəncərə çöl tərəf) daktiloskopik xəritəsi BNMİ və Yasamal RPİ-dən daxil olmuş) xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 19:20-də CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında hadisənin baş vermə anını əyani olaraq göstərməklə ifadəsini təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Məmmədhüseyn Əliyevin icraatında olan HK/1-708, HK/1-731, HK/1-738, HK/1- 826, HK/1-828, HK/1-827, HK/1-520 və HK/1-527 araşdırma materialları CÇ-in 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********** nömrəli cinayət işinə əlavə edilməklə, istintaqının aparılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 15 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. xx.xx.2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi- Mehdiabad yolunda Gənclər şəhərciyini keçdikdən sonra Mehdiabad istiqamətində yolun sağ tərəfində yerləşən “X40” şirkətinə məxsus 2 saylı mədənin 1-ci sahəsində yerləşən 212911 saylı vintli quyunun üzərində elektrik naqilinin yerində olmaması müşahidə olunmuş və hadisənin yerində müşahidə kamerasına rast gəlinməmişdir. xx.xx.2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi Xırdalan şossesi, Xırdalan istiqamətinə keçdikdən sonra yolun sağ tərəfində yerləşən “X40” şirkətinə məxsus 1-ci mədənin 5-ci sahəsində ərazini əhatə edən mühafizə hasarının üzərindən dəmir borular və millər oğurlandığı aşkar olunmuş, hadisə yerində müşahidə kamerasına rast gəlinməmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 28 mart 2022-ci il tarixli qərardan görünür ki, X8 CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi ərazi aidiyyati üzrə Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsində CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 13:10-da CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümün içində saxladığı heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 6/1626 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 1,625 qram qəvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir. xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİnin İstintaq şöbəsinin müstəntiqi Rövşən Cavadovun xx.xx.2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbdiri seçilmiş və o, dərhal Binəqədi RPİ-nin Müvəqqəti Saxlama yerindən azad edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədənin 6-cı sahəsində yerləşən 368004 saylı buruğun neft quyusunun mühərrikinin naməlum şəxs tərəfindən oğurlandığı müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, 1543 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X33 Şəxsi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Səbuhi Mehbalıyevin icraatında olan Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirlənirilməsinə dair ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və icraatda olan X9 barəsində CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. xx.xx.2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 22-ci korpusda yerləşən “X40” şirkətinə məxsus 1 saylı mədənin 141238 saylı quyunun mühərrikinin oğurlanması və hadisə yerində müşahidə kamerasına rast gəlinməməsi müşahidə olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-383/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilməklə ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaqı davam etdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X17” X41 543 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar olunmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(004)-43/2019 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs CM-in 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan yeni ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələrində nəzərdə tutuan yenidən ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.3- 2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, sonuncunun CM-in 177.2.3-2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaq orqanının gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs 23 mart 2022-ci il tarixdə saat 13:10-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolunda yaşadığı evin yaxınlığında Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümün içində saxladığı heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, qeyd etmişdir ki, şübhəli şəxsin tutulması haqqında, həmçinin şəxsi axtarış və götürmə aparılması haqqında protokollarda onun 23 mart 2022-ci il tarixdə üzərindən narkotik vasitə aşkar edilərək Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilməsi qeyd edilsə də, o, 22 mart 2022-ci il tarixdə törətdiyi oğurluq hadisəsi ilə bağlı Binəqədi RPİ-nin 43-cü PB-nə aparılmışdır. Həmçinin, üzərindən hər hansı narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə tərəfindən sözügedən ziddiyyətli məqamın aydınlaşdırılması məqsədi ilə Binəqədi RPİ-nin 43-cü PB-dən sorğu verilərək “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən qeydiyyatı kitabı” götürülmüş və məhkəmə iclasında tədqiq edilən zaman yazıların təhrif olunduğu müşahidə edilmişdir. Bu səbəbdən, məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilərək, cinayət işi üzrə icraat dayandırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 5/1184-4/1423 nömrəli rəyindən görünür ki, təqdim edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabının” 62-ci səhifəsindəki “Gətirilmənin tarixi və saatı” sütünunda 387-ci sırada olan “23.03.22 15:10” əlyazıların yerində əvvəlcə “22.03.22 22:00” əlyazıları olub, sonradan üzərinə ağardıcı boya çəkilərək və əlavə cizgiləri artıraraq indiki yazıları icra edilmişdir. Ekspert rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nə xx.xx.2022-ci il tarixdə saat 22:00-da daxil olmuşdur. Sonradan həmin yazı ağardıcı vasitəsilə silinərək xx.xx.2022-ci il tarixə dəyişdirilmişdir. Bundan əlavə məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkiləri Şahid3 və Şahid4 də hadisənin tam olaraq nə vaxt baş verdiyini xatırlamadıqlarını bildirmişlər. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PBnin əməkdaşları tərəfindən 23 mart 2022-ci il tarixdə deyil, 22 mart 2022-ci il tarixdə saat 22:00 radələrində saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-nə daxil olmuşdur. Qeyd edilən hallar Təqsirləndirilən şəxs qeyd olunan ittiham üzrə təqsirili bilinməsinə əsaslı şübhələrin olmasına dəlalət edir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş ittiham özünü təqsirli bilmədiyini, ibtidai istintaq zamanı isə verdiyi ifadəsini əməliyyatçılar tərəfindən işgəncəyə məruz qalaraq məcburiyyət qarşısında verdiyini bildirmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilərkən ittihamın əsasını sonuncunun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid4 və Şahid3 ifadələri təşkil etmişdir. Bununla bağlı, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə təqsiri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 177.2.3-2-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən şəxsin sözügedən cinayət əməlini törətməsi şahid ifadəsi, təqsirləndirilən şəxsə məxsus hərbi biletin ksero-surətlərində olan qeydlər ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan görünür ki, Zərərçəkmiş şəxs9 şirkətinin mühafizə olunan ərazisindən 02 mart 2022-ci il tarixdə 750 manat dəyərində elektrik mühərriki, 29 mart 2022-ci il tarixdə 1380 manat dəyərində 184 metr uzunluqda 73,02x5,51 NU boru və 1040 manat dəyərində 260 metr uzunluqda 25 mm ölçülü dəmir mil, 01 aprel 2022-ci il tarixdə 950 manat dəyərində dəmir torları, 590 manat dəyərində 105 metr uzunluqda 60,32x4,83 ölçülü dəmir boru, 430 manat dəyərində 125 metr uzunluqda 25 mm ölçülü dəmir mil, 02 aprel 2022-ci il tarixdə 1 ədəd AE101-009-0001 nömrəli 4kv. gücə malik 500 manat dəyərində elektrik mühərriki, 05 aprel 2022-ci il tarixdə isə 73 mtr uzunluqda 60x324,83 ölçüdə 411 manat dəyərində boru oğurlanmışdır. Lakin, iş materialları şahid ifadələri ilə əlaqəli şəkildə araşdırılarkən müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs 23 mart 2022-ci il tarixdə mis satmış və 5 manat pul almışdır. Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabının” 62-ci səhifəsindəki “Azadetmənin tarixi və saatı” sütünunda 387-ci sırada olan yazılarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs 23 mart 2022-ci il tarixdə saat 18:00-da azad olunmuşdur. Eyni zamanda məhkəmə istintaqı zamanı ifadəsi alınmış Şahid2 23 mart 2022-ci il tarixdə səhər saatlarında işlədiyi məntəqəyə bir nəfər şəxsin yaxınlaşaraq ona elektrik naqilini yandırdıqdan sonra qalan mis kütləsini satmaq istədiyini bildiməsini və ona həmin mis kütləsinə görə 5 manat pul verdiyini bildirmişdir. Beləliklə irıki sürülmüş ittihamda Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixində 750 manat dəyərində elektrik mühərrikinin oğurladığı, oğurladığı həmin elektrik mühərrikini 23 mart 2022-ci il taixdə səhər saatlarında Şahid2 satması şahid ifadəsi və iş materisallarında olan (1-ci cild səh. 85) hərbi biletin surəti ilə təsdiq olunması göstərilsə də, aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin 23 mart 2022-ci il tarixdə Binəqdi RPİ-nin 43-cü PB-də olması müəyyən edilmişdir. Bundan əlavə iş materiallarında (Cinayət işi 1-ci cild səh. 120) olan hərbi biletin surətində Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdə 100 manat dəyərində turba və mill, dəmir setka satması göstərilsə də, irəli sürülmüş ittihamda Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdə 750 manat dəyərində elektrik mühərrikini oğurlaması göstərilmişdir. Bundan əlavə iş materiallarında (Cinayət işi 1-ci cild səh. 150) olan hərbi biletin surətində Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdə 15 manata mis satması göstərilsə də, irəli sürülmüş ittihamda Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdə 750 manat dəyərində elektrik mühərrikini oğurlaması göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində Təqsirləndirilən şəxs özünə məxsus metal qəbulu məntəqəsində iki dəfə turba və mis aldığını bildirsə də, ibtidai istintaq zamanı isə ondan 23 mart, 30 mart, 02 aprel tarixlərində mal aldığını bildirmişdir. Məhkəmə, göstərilənlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, Cinayət- Prosessual qanunvericiliyin tələblərinə görə təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərmişdir ki, CPM-in 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bundan başqa həmin qərarda göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasina dair" 29 yanvar 2004-cü il tarixli Qərarında göstərilir ki, təqsirləndirilən şəxsin özünə qarşı ifadə verməyə məcbur edilə bilməməsinə dair konstitusiya norması ədalətli məhkəmə baxışını, fərdin azadlıq konstitusiya hüququnu, təqsirsizlik prezumpsiyasını, şəxsi toxunulmazlığı təmin edən mühüm təminatlardan biridir. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə görə də hər kəs ona qarşı irəli sürülən hər hansı bir ittihama baxılması zamanı tam bərabərlik əsasında digər təminatlarla yanaşı, özünə qarşı ifadə verməyə və ya təqsirini boynuna almağa məcbur edilməməlidir. Həmin Qərarda qeyd edilir ki, özünə qarşı ifadə verməyə məcbur edilməmək hüququ şübhəli və ya təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməyə məcbur edilməsinin qarşısını almağın mühüm təminatıdır. Lakin bu hüquq mütləq deyil, onun hədləri hər bir konkret halda fərdin, cəmiyyətin və dövlətin maraqları arasında dəqiq və ədalətli balans əsasında müəyyənləşdirilməlidir. Hadisənin baş verməsinə səbəb olan şəxsin hərəkətlərində (yaxud hərəkətsizliyində) cinayət tərkibi olarsa, bir qayda olaraq cinayət işinin başlamasından sonra şəxsin statusundan asılı olaraq müvafiq cinayət-prosessual hüquqları, o cümlədən özünə qarşı ifadə verməmək hüququ yaranır və bu hüquqlar cinayət prosesinin bütün mərhələlərində təmin olunmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. X26 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bununla da yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 177.2.3-2 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə məhkəmədə öz təsdiqini tapmadığından iş materiallarında olan sübutlar onun həmin əmələ görə təqsirli bilinməsi üçün kifayət etmir, eləcə də məhkəmə iclasında toplanmış sübutlarla təqsirləndirilən şəxs tərəfindən qeyd edilən cinayət əməlinin törədilməsinə dair ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar təkzib edilmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı ittiham tərəfi tərəfindən ibtidai istintaq orqanının gəldiyi nəticəni təsdiq edən sübutlar təqdim edilməmişdir. CPM-in 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. CPM-in 42.2-ci maddəsinə əsasən Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. CPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-in 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. CPM-in 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 177.2.3-2 və 234.1-ci maddələrinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və ittihamın həmin hissəsi üzrə bəraət alması səbəbindən sənədlərin texniki ekspertizasının aparılması üçün tədqiqatın dəyəri olan 70 (yetmiş) manat və materialların məhkəmə ekspertizasının dəyəri 114 (yüz on dörd) manat ondan tutulmamalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalan 1,575 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış heroin xüsusi razılıq əsasında əldə olunan və saxlanılan maddələr kateqoriyasına aid olduğundan, həmin narkotik vasitə olan heroinin mövcudluğu mübahisə doğurmadığından, onun qanunsuz olaraq əldə olunması, saxlanılması, satışı və s. cinayət təqibi üçün əsas götürülə bildiyindən, hazırkı iş üzrə hökm qanuni qüvvəyə mindikdən sonra narkotik vasitənin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərilməli və qeyd olunan narkotik vasitə olan həmin araşdırma ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılmalıdır. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici izahatı, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, trasoloji ekspertizanın rəyi, Təqsirləndirilən şəxs əl izləri ilə zərərçəkmiş şəxsə məxsus evin plastik pəncərəsində qalan əl izlərinin eynilik təşkil etməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məktubu və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, X12 oğlu, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 məxsus əşyaları qaytarmaqla onlarla barışıq əldə etməsini, Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə qəti olaraq 1 il 8 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Lakin, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Bu səbəbdən, Təqsirləndirilən şəxs əməlində CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi müəyyən edilmişdir. CM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini cinayətlərin residivi kimi CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmədə tədqiq edilmiş və işdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi həbsdə saxlanılmış, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Daha sonra azadlığı faktiki olaraq xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində məhdudlaşdırılaraq Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək, saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilərək, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığ müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməli və CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə sübut növü kimi tanınmış 1 (bir) ədəd CD disk, hadisə yerindən götürülmüş 02 ədəd zərfdə qablaşdırılmış halda Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış «Apple İphone 11» markalı, «Xiaomi Redmi 9» markalı, «Apple İphone 8» markalı, «Samsung Galaxy A52» markalı, «Samsung Galaxy A 6» markalı və «Xiaomi Redmi 8» markalı mobil telefonların sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə-daktiloskopik ekspertizasının keçirilməsinə xərclənmiş 161,11 (yüz altmış bir manat, on bir qəpik) və məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs X6 tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X19 məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X11 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 cinayət hadisəsi zamanı ona vurulmuş ziyanın ödənilməməsi ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356-358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2 və 234.1-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıdığı, həmçinin xx.xx.2022-xx.xx.2022-ci il tarixədək sübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 09 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra narkotik vasitənin (ekspertiza tədqiqatından sonra qalıq qalan 1,575 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin) əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərilsin və iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalan 1,575 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin həmin araşdırma ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd CD disk, hadisə yerindən götürülmüş 02 ədəd zərfdə qablaşdırılmış halda Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış «Apple İphone 11» markalı, «Xiaomi Redmi 9» markalı, «Apple İphone 8» markalı, «Samsung Galaxy A52» markalı, «Samsung Galaxy A 6» markalı və «Xiaomi Redmi 8» markalı mobil telefonların sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. İş üzrə məhkəmə-daktiloskopik ekspertizasının keçirilməsinə xərclənmiş 161,11 (yüz altmış bir manat, on bir qəpik) və məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti X6 tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X11 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-30/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-30/2023
24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver