Məhkəmə qərarları › İş №1(001)-30/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-30/2024

31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-30/2024 31.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X6, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 12 fevral 2023-cü ildə saat 18:20 radələrində Bakı-Xocasən yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində İdarə etdiyi QAZ-33021 yük markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə iki zolaqlı yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-cİ maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısın almağa texniki imkanı olsa da ala bilməyib yolun Bakı şəhəri istiqamətinə olan hissəsinin sağ kənarındakı səki ilə əvvəlcədən ləngərləyərək addımlayan, bir an dayanan, ardından ləngərləyərək yolun hərəkət hissəsinə addım atıb yıxılaraq uzanıqlı vəziyyətdə qalmış, ləngərləyərək yıxılmağa başladığı andan 3 saniyə sonra isə orta dərəcəli alkoqol sərxoşluğu və uzanıqlı vəziyyətdə olan 1971-ci il təvəllüdlü X7 üzərindən idarə etdiyi avtomobillə keçmiş, nəticədə ehtiyatsızlıqdan X11 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızma ilə müşaiyət olunan ənsə sümüyünün kəllə əsasına keçən çoxqəlpəli sınığı, sağ ağciyərə qansızma ilə müşaiyət olunan sağdan İİ-V qabırğaların sınığı, ənsə və ənsə nahiyəsinin əzilmiş-cırılmış yaralan, alm nahiyəsinin, burun belinin, sağ və sol yanaq nahiyələrinin, sağ dirsək oynağı nahiyəsinin, sol said nahiyəsinin sıynqları və üst dodağm səthi əzilmiş yarası xəsarətlərim yetirməklə ölümünə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, “QAZ- 33021” yük markalı, ** BB *** dövlət qeydiyyat nişanlı qohumu Şahid1 məxsus avtomobillə meyvəli bazarından kartof, soğan alaraq Sumqayıt şəhərində məhəllələr arası sataraq bu yolla çörək pulu qazanır. Onun nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ var və ona xx.xx.2021-ci ildə xx.xx.2031-ci il tarixədək etibarlı olan «B1,B,C1,C» kateqoriyalı sürücülük vəsiqəsi verilib. 12 fevral 2023-cü ildə saat 15:30 radələrində “QAZ-33021” yük markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Şahid1 də sərnişin qismində avtomobilə oturub onunla birlikdə meyvəli bazarına kartof və soğan yükləmək üçün gedirdilər. Fəridin qardaşı Şahid2 də onların arxasınca idarə etdiyi “QAZ-33021” markalı ** DZ *** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə kartof soğan yükləmək üçün gəlmişdi. Bazarda avtomobilləri yüklədikdən sonra hərə öz avtomobilini idarə etməklə Sumqayıt şəhərinə qayıtmaq üçün yola düşdülər. Həmin gün saat 18:20 radələrində idarə etdiyi “QAZ-33021” yük markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Xocasən yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində 2 zolaqlı yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkət edirdi, arxasınca isə Niyaməddin gəlirdi. Həmin yolda adətən böyük avtomobillər (furalar) dayanır və yolda hərəkət istiqamətini dəyişməyə mane olur. O, ötmə əməliyyatı edib arxadan gələn avtomobilə yol verən zaman yolun sağ zolağına keçid etdi və idarə etdiyi avtomobillə sonradan adını bildiyi X12 vurdu. Dərhal avtomobili sağa çəkib köməklik göstərmək üçün hadisə yerinə gəldi. Həmin kişinin öldüyü məlum oldu, buna baxmayaraq «103» xidmətinə zəng etdi və bundan sonra polis əməkdaşları gəldilər. Sənədlərini təqdim etdi və müstəntiq hadisə yerinə baxış keçirdikdə baxışda iştirak etdi. Hadisə zamanı sərxoş olmamış, idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsilə toqquşma nəticəsində həlak olan zərərçəkmiş, mərhum X10 hüquqi varisidir. X4 Bakı Dövlət Universitetinin Kommunal və Kommunikasiya Xidmətləri Sektorunda elektrik montyoru vəzifəsində çalışırdı. 8 yanvar 1971-ci il təvəllüdlü X10 heç bir ciddi xəstəliyi yox idi və əmək qanunverciliyinə görə bundan sonra daha 13 il müddətində çalışması gözlənilirdi. Ayda 502 manat əməkhaqqı alan qardaşının ailəsi 4 nəfərdən ibarət idi. Qızı 19 yaşındadır və hazırda Bakı Dövlət Universitetində ll kusrda ödənişsiz əsaslarla təhsil alır. Ailə kirayədə qalır və heç bir gəlir mənbəyi yoxdur. X10 və ailə üzvlərinin heç bir daşınar və daşınmaz əmlakı yoxdur. Şəxsi mənzili olmadığı üçün ailəsi ilə birlikdə kirayədə qalırdı. Buna görə də, onun dəfn və yas məclisinin bütün xərclərini o çəkmişdir. Təxminən 15 min manatdan çox vəsait xərcləmişdir, əlavə olaraq qəbir yeri və qəbir daşı hazırlanması üçün 7000 manat borc götürmüşdür. Qardaşının qəfil ölümü onun ailəsi və yaxınlarını dərindən sarsıtdı. Üstəlik neçə aydır maddi və mənəvi cəhətdən əziyyətlərə qatlaşmışlar. Buna baxmayaraq, hadisəni törədən şəxs və onun yaxınları onlara dəstək olmaqdan daha çox, mənəvi cəhətdən əzab verməklə məşğul olur, qohumları vasitəsilə dəfn günündən etibarən hadisədə mərhumu günahkar hesab edən söz-söhbətlər yayırlar. Qəzanı törədən Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə qardaşını vurduqdan sonra hadisə yerindən qaçmaq istəyib, arxadan gələn maşının sürücüsü onu bu cəhddən çəkindirib. Daha sonra isə Təqsirləndirilən şəxs təcili yardım çağırmaq əvəzinə əmisinə zəng edib, məsləhət alıb. Eyni zamanda qardaşını yerdə qoyub, soyuqqanlı şəkildə yaxınlıqdakı kafedən qəzanın görünütlərini əldə etməklə məşğul olub. İstintaq müddətində isə verdiyi ifadələrdə ziddiyyətli fikirlər səsləndirib. Halbuki, məhkəmə-tibbi ekspertizanın rəyi onu ifadəsindəki qeyri-müəyyənliyə şübhə yeri qoymur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində xx.xx.2023-cü il tarixində icraata götürülən 1(001)-379/2023 saylı işi üzrə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs törətdiyi cinayətə adekvat cəza alması, mülki cavabdehin təqsiri ucbatından mərhum X4un dünyadan köçməsi ilə ailəsinə və yaxınlarına maddi zərər vurduğu üçün Təqsirləndirilən şəxs tutularaq 25 000 (iyirmi beş min) manat məbləğində təzminat ödənilməsi, mülki cavabdehin təqsiri üzündən ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzinin 300 (üç yüz) manat miqdarında hər ay 1 mart 2023-cü ildən 1 iyul 2027-ci ilədək (ziyanın əvəzinin ödənilməsi müddətləri AR MM-nin 1121.2-ci maddəsində göstərilən qaydalarda kimin xeyrinə ziyanın əvəzinin ödənilməsindən aslı olaraq ödənilir) əsasən Təqsirləndirilən şəxs tutularaq ailə üzvlərinin xeyrinə ödənilməsi, mülki iddia ərizəsi üzrə maddi zərərin əvəzinin ödənilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödədiyi 165 (yüz altmış beş) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, QAZ- 33021 yük markalı, 64BB498 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobillə meyvəli bazarından kartof, soğan alaraq Sumqayıt şəhərində məhəllələr arası sataraq bu yolla çörək pulu qazanır. 12 fevral 2023-cü ildə saat 15:30 radələrində özünə məxsus QAZ-33021 yük markalı, 64BB498 dövlət qeydiyyat nişanlı avtomobili qohumu Təqsirləndirilən şəxs edərək özü də sərnişin qismində onunla birlikdə meyvəli bazarına kartof və soğan yükləmək üçün getmişlər. Qardaşı Şahid2 də onların arxasınca idarə etdiyi QAZ markalı 50DZ796 dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə kartof soğan yükləmək üçün gəlmişdir. Bazarda avtomobilləri yüklədikdən sonra Kamran onun avtomobilini, Niyaməddin isə öz avtomobilini idarə etməklə Sumqayıt şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Öz avtomobilində təxminən 500 kiloqram yük olmuşdur. Həmin gün saat 18:20 radələrində Kamranın idarə etdiyi avtomobillə Bakı-Xocasən yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində 2 zolaqlı yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkət etmiş, arxalarınca isə Niyaməddin gəlmişdir. Bu anda sərnişini olduğu avtomobilin yırğalandığını hiss etmiş və Kamran tormoz edib avtomobili dayandırmışdır. Avtomobilin hansı səbəbdən yırğalandığım bilməmişdir. Avtomobil dayandıqdan sonra Kamran və özü avtomobildən düşmüşlər. Niyaməddin də hərəktdə olduğu sol zolağla gəlib onları keçərək qarşıda avtomobili dayandırıb yanlarına gəlmişdir. Yerdə uzanıqlı vəziyyətdə bir nəfər kişini görmüş, bu zaman Kamran ona demişdir ki, bəs həmin uzanıqlı vəziyyətdə olan kişini polietielen topası kimi güman edib üzərindən keçmişdir. Kamranın bu sözlərindən sonra başa düşmüşdür ki, Kamran idarə etdiyi avtomobillə yerdə uzanıqlı vəziyyətdə olan həmin kişinin üzərindən keçmişdir. Məlum olmuşdur ki, həmin kişi ölmüşdür. Ona görə də Kamran «102» xidmətinə, özü isə «103» xidmətinə zəng etmişdir. Hadisə yerinə əvvəl YPX əməkdaşları xidməti avtomobildə, ardından isə təcili tibbi yardım avtomobili ilə həkim briqadası gəlmişdir. YPX inspektoru hadisəni qeydə alaraq sənədlərini ona təqdim etmişlər. Həkim briqadası yerdə uzanıqlı vəziyyətdə olan kişini müayinə edib onun öldüyünü bildirmişdir. Kamranın idarə etdiyi avtomobillə kişinin meyitini Binəqədi rayonunda olan morqa aparmışlar. Morqda olarkən meyitin, yəni Kamranın idarə etdiyi avtomobillə vurduğu şəxsin X16 olması məlum olmuşdur. X7 Kamranın idarə etdiyi avtomobillə necə vurulduğunu görməmiş, sadəcə avtomobilin nəyinsə üzərindən keçdiyini hiss etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 12 fevral 2023-cü ildə saat 15:30 radələrində qardaşı Şahid1 məxsus olan QAZ- 33021 yük markalı, 64BB498 dövlət qeydiyyat nişanlı avtomobili qohumu Təqsirləndirilən şəxs idarə etməklə Fərid yanında sərnişin qismində oturmuş, özü isə Fəridə məxsus olan digər avtomobili, yəni QAZ 322132 yük markalı 50DZ796 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə birlikdə meyvəli bazarına kartof və soğan yükləmək üçün getmişlər. Onlar bazarda avtomobilləri yüklədikdən sonra Kamran QAZ-33021 yük markalı 64BB498 dövlət qeydiyyat nişanlı avtomobili, özü isə QAZ 322132 yük markalı 50DZ796 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə Sumqayıt şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Həmin gün saat 18:20 radələrində Fərid Kamranın idarə etdiyi avtomobillə Bakı-Xocasən yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində 2 zolaqlı yolun sağ zolağı ilə bir neçə metr öndə, özü isə idarə etdiyi avtomobillə yolun sol zolağı ilə Bakı şəhəri istiqamətində təxminən 60 km/saat sürətlə hərəkət etmişdir. Bu anda Kamranın idarə etdiyi avtomobilin arxa təkərinin arasından bir nəfərin sıçrayıb kənara atıldığını görmüş və ardından Kamran avtomobili dayandırmışdır. Gəlib onlan keçərək qarşıda avtomobili dayandırmışdır. Kamran və Fərid maşından düşüb həmin avtomobillə vurulan şəxsin, yəni yerdə uzanıqlı vəziyyətdə olan kişinin yanında olmuşlar. Özü də maşından düşüb onlara yaxınlaşmışdır. Bu zaman Kamran onlara demişdir ki, bəs həmin uzanıqlı vəziyyətdə olan kişini polietielen topası kimi güman edib üzərindən keçmişdir. Məlum olmuşdur ki, həmin kişi ölmüşdür. Ona görə də Kamran «102» xidmətinə, Fərid isə «103» xidmətinə zəng etmişdir. Hadisə yerinə əvvəl YPX əməkdaşları xidməti avtomobildə, ardından isə təcili tibbi yardım avtomobili ilə həkim briqadası gəlmişdir. Həkim briqadası yerdə uzanıqlı vəziyyətdə olan kişini müayinə edib onun öldüyünü bildirmişdir. Kamranın idarə etdiyi avtomobillə kişinin meyitim Binəqədi rayonunda olan morqa aparmışlar. Morqda olarkən meyitin, yəni Kamranın idarə etdiyi avtomobillə vurduğu şəxsin X17 olması məlum olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə CM-in 263.2-ci maddəsi ilə 23150030 nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli, 880 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş tibbi müayinə zamanı ayıq olmuşdur. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan, həmçinin ona əlavə edilmiş sxem və fotoşəkillərdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə idarə etdiyi texniki cəhətdən saz olan “QAZ 33021” markalı **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Xocasən yolunun Binəqədi Rayonu ərazisindən keçən 2-ci kilometrində, yolun Bakı şəhəri istiqamətində hərəkət hissəsinin kənarındakı 1,5 metr məsafədə yerdə uzanıqlı və hərəkətsiz vəziyyətdə olan piadanın üzərindən keçməs, yolun hərəkət hissəsinin ümumi eni 4 metr olması, yol örtüyünün asfaltdan ibarət olması, hərəkət hissəsinin qırıq-qırıq nişanlama xəttləri ilə iki hissəyə ayrılması, yolun hərəkət hissəsinə sağdan yol qırağının, soldan ıks hərəkət yolunun birləşdiyi, sütət həddinin 90km/saat olması müəyyən edilmişdir. BC seriyalı 005683 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2031-ci il tarixə qədər qüvvədə olan B1, B, C1, C kateqoriyalı sürücük vəsiqəsi verilmişdir. xx.xx.2022-ci il tarixli 3-13-16/2-20127/2023 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X39 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 25.05.2-21-ci il tarixdə BC –5683 nömrəli, B!, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, onun nəqliyyat vasitəsini idarə etmək hüququ xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixə qədər məhdudlaşdırılmışdır. xx.xx.2023-cü il tarixli, 37 nömrəli Məhkəmə-Tibbi Ekspertiza və X23 Publik hüquqi şəxsin rəyindən görünür ki, X7 meyitinin məhkəmə- tibbi ekspertizasına və əlavə müayinələrin cavablarına əsasən, hadisə haqqında qərarda azılan ilk məlumatı nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab iaraq, aşağıdakı nəticəyə gəlirəm:

1. X3 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: - Baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızma ilə müşaiyət 'lunan ənsə sümüyünün kəllə əsasına keçən çoxqəlpəli sınığı; - Sağ ağciyərə qansızma ilə müşaiyət olunan sağdan İİ-V qabırğaların sınığı; - Ənsə və çənə nahiyəsinin əzilmiş-cırılmış yaraları; - Alın nahiyəsinin, burun belinin, sağ və sol yanaq nahiyələrinin, sağ dirsək oynağı nahiyəsinin, sol said nahiyəsinin sıyrıqları; - Üst dodağın səthi əzilmiş yarası; Qeyd olunan xəsarətlər həyatı olub, onun ölümündən az əvvəl bərk küt əşyaların .əsirindən əmələ gəlmişdirlər və ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər.

2. X3 ölümünə səbəb ənsə sümüyünün kəllə əsasına keçən çoxqəlpəli sınığı nəticəsində inkişaf edən baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızına olmuşdur. Beləliklə, X3 yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə vardır. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, X7 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi xx.xx.2023-cü il tarixdə saat 21.30-da başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir.

3. X3 meyitində aşkar olmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demek olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan yük avtomobilinin onu vurması nəticəsində əmələ gələ bilərdilər.

4. X3 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 2,4%o-dir və onun sağlığında orta dərəcəli alkoqol sərxoşluğu yarada bilərdi. Narkotik maddələr aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X29 tərəfindən hadisənin baş bermə mexanizmini əks etdirən görüntülər istifadəsində olan mobil telefona köçürülərək ***-***-**-** saylı mobil nömrədən müstəntiqin istifadəsində olan mobil nömrənin Whatsapp proqramına göndərilmiş, həmin gtörüntülərə hal şahidləri X8 və X14 iştirakları ilə baxış keçirilmiş, baxış zamanı 12 fevral 2023-cü il tarixdə Bakı-Xocasən yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində yolun Bakı şəhəri istiqamətində olan hissəsinin sağ kənarındakı səki ilə br nəfər qara geyimli kişinin əvvəlcədən ləngərləyərək addımlaması, bir an dayanması, ardından ləngərləyərək yolun hərəkət hissəsinə addım atıb yıxılaraq uzanıqlı vəziyyətdə qalması, ləngərləyərək yıxılmağa başladığı andan 3 saniyə sonra yolun sağ zolağı ilə hərəkətdə olan Qaz-el markalı yük avtomobilinin həmin uzanıqlı vəziyyətdə qalmış kişinin üzərindən keçməsi, yolun sol zolağı ilə hərəkətdə olan digər Qaz-el markalı avtomobilin hadisənin baş verdiyi yerdən keçməsi və bundan sonra həmin yük avtomobillərinin dayanması müəyyən edilmişdir. xx.xx.2023-ci il tarixli, 8/537 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, stintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “QAZ-33021” markalı, **-BB-*** dövlət nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “QAZ-33021” markalı, **-BB-*** dövlət nişanlı avtomobil cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış və avtomobilin sahibinə qaytarılması nəzərə alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-379/2023 nömrəli qərarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X18 təröəfindən Təqsirləndirilən şəxs qarşı vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X18 mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Cinayət işi üzrə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyindən müdafiəçisinin vəsatəti əsasında 23 iyun 2023-cü il tarixli qərarı ilə (təkrar, kompleks yol-nəqliyyat hadisələri və videogörüntünün ekspertizası” təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: -Ekspertizaya təqdim edilmiş görüntülər əsasında X1 sərxoş halda səndələyərək avtomobil yoluna daxil olmasından neçə saniyə sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Qaz-33021” yük markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmuşdur? -Müəyyən edilmiş həmin saniyə əsasında ikizolaqlı hərəkət yolunda sol hərəkət zolağı ilə onunla eyni vaxtda digər nəqliyyat vasitəsi, sağ hərəkət zolağında isə hərəkət edən “Qaz-33021” yük markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? -Göstərilən halda sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu? 11 oktyabr 2023-cü il tarixdə 27 sentyabr 2023-cü il tarixli ekspert rəyi məhkəməyə daxil olmuş və həmin ekspert rəyində tədqiqatın nəticəsində məhkəmə tərəfindən qoyulmuş suallara aşağıdakı cavablar verilmişdir. - Ekspertizaya təqdim olunmuş 01 ədəd “BİNGO” markalı DVD-R diskdə qeydə alınmış videoyazıdakı görüntülərə görə X1 sərxoş halda səndələyərək avtomobil yoluna daxil olmasından neçə saniyə sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Qaz-33021” yük markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmasını və digər hərəkət parametrlərini müəyyən etmək mümkün olmadı. -Audi və videoyazıların ekspertizası yolu ilə piyadanın səkidən sərxoş halda səndələyərək avtomobil yoluna daxil olduğu andan QAZ-33021 markalı avtomobillə vurulduğu ana kimi keçən müddəti müəyyən etmək mümkün olmadığından həmin məlumatlar üzrə tədqiqat aparmaq mümkün olmadı. -Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən QAZ 33021 markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmənin 17 noyabr 2023-cü il tarixli iclasında verdiyi ekspert rəyi ilə bağlı dindirilən ekspert X24 bildirmişdir ki, avtomobilin 3 saniyə ərzində 50 metr irəliləməsini təyin edilmiş düstura əsasən hesablamışdır. Meyitə çatmağa 8,1 metr qalmış avtomobili saxlaya bilərdi. Videogörüntüyə baxmamışdır. Nəqliyyat vasitəsində 500 kg yükün olması avtomobilin tormozlanmasına təsir edir, ilkin məlumatları qiymətləndirən zaman bu xüsusatı qeyd etmişdir. Nəqliyyat vasitəsinin köhnə və ya yeni olmasının heç bir fərqi yoxdur. Təhlükənin yaranma anı sürücünün maneəni görmə anından, yəni görmə məsafəsindən hesablanır, sürücünün diqqəti telefona və ya yanındakı sərnişinə qarışıbsa bunun heç bir fərqi yoxdur. Təhlükənin yaranma anını müstəntiq qiymətləndirir. Yol nəqliyyat eskpertizası zamanı hadisənin videogörüntüsünə baxmağa ehtiyac yoxdur, ekspert müstəntiqin istintaq zamanı verdiyi hadisə yerinə baxış keçirilməsi haqqında protokol və onun sxemi əsasında rəy verir. Düstura əsasən 60 km/s sürətlə hərəkət edən avtomobil 1 saniyəyə 16.6 metr məsafə qət edir. Avtomobilin 60 km/s sürətlə getdiyini təhlükə yaranan andan hesablanır, avtomobilin sonradan tormozlaması nəticədə çıxılaraq qiymət verilir. Avtomobilin saz və ya nasaz olması rəy verilən zaman əsas götürülür, lakin nəqliyyat vasitəsinin markası əsas götürülmür. Təhlükənin yaranma anı hər cinayət işi üzrə fərqli qiymətləndirilir. Sürücü 50 metr məsafədən piyadanı görməli idi. Məhkəmənin 17 noyabr 2023-cü il tarixli iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin eksperti X24 təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobilin 3 saniyə ərzində 50 metr irəliləməsini təyin edilmiş düstura əsasən hesablamışdır, həmin düstura əsasən təqsirləndirilən şəxs idarə etdiyi avtomobili meyidə çatmağa 8,1 metr qalmış saxlaya bilərdi. Yol-nəqliyyat hadisəsinin necə baş verməsi barədə hadisənin görüntülərinə baxmamışdır. Nnəqliyyat vasitəsində 500 kg yükün olması avtomobilin tormozlanmasına təsir edir, ilkin məlumatları qiymətləndirən zaman bu xüsusatı qeyd etmişdir. Nəqliyyat vasitəsinin köhnə və ya yeni olmasının heç bir fərqi yoxdur.Təhlükənin yaranma anı sürücünün maneəni görmə anından, yəni görmə məsafəsindən hesablanır, sürücünün diqqəti telefona və ya yanındakı sərnişinə qarışıbsa bunun heç bir fərqi yoxdur.Təhlükənin yaranma anını müstəntiq müəyyən edir. Dövlət ittihamçısı tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, yol nəqliyyat eskpertizası zamanı hadisənin videogörüntüsünə baxmağa ehtiyac yoxdur, ekspert müstəntiqin istintaq zamanı verdiyi hadisə yerinə baxış keçirilməsi haqqında protokol və onun sxemi əsasında rəy verir. Düstura əsasən 60 km/s sürətlə hərəkət edən avtomobil 1 saniyəyə 16.6 metr məsafə qət edir. Avtomobilin 60 km/s sürətlə getdiyini təhlükə yaranan andan hesablanır, avtomobilin sonradan tormozlaması nəticədə çıxılaraq qiymət verilir. Avtomobilin saz nasaz olması rəy verilən zaman əsas götürülür, lakin nəqliyyat vasitəsinin markası əsas götürülmür. Təhlükənin yaranma anı hər cinayət işi üzrə fərqli qiymətləndirilir. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, sürücü nəqliyyat vasitəsini idarə edən zaman diqqətli olmalı, təhlükəli vəziyyəytə hər an hazır olmalı, eyni zamanda səkidə sərnişin olarsa bu zaman hər hansı bir təhlükənin yaranma ehtimalını fikirləşməlidir. Təhlükənin yaranma anını müəyyən etmək onun yox, birbaşa olaraq müstəntiqin səlahiyyətinə aid olan bir məsələdir. Cinayət işinin məhkəmə istintaqı zamanı cinayət işinin ibtidai istintaqını aparan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru X21 ifadə verərək bildirmişdir ki, təqsirləndirilən şəxs piyadanın ləngərlədiyini ifadəsində bildirməmişdir, buna baxmayaraq təhlükənin yaranma anı piyadanın ləngərləməyə başladığı andan yaranır, çünki qanun da bunu tələb edir ki, sürücü dəyişən yol şəraitindən daim diqqətini yayındırmamalıdır. Sürücü təhlükəni gördüyü təqdirdə əyləcə basmalı, nəqliyyat vasitəsini tam dayandırmasa belə, hadisənin qarşısını bir qədər almaq məqsədilə sürəti azaltmalıdır. Buna görə də hesab edir ki, sürücünün hadisənin qarşısını almaq imkanı olmuşdur. Piyadanın ləngərlədiyi andan hadisənin baş verdiyi ana qədər 3 saniyə müddətini hesablamışdır. Hadisə baş verən yerdən bir az kənarda nəqliyyat vasitələrinin olması yadında deyil, lakin hadisə baş verən yerdə nəqliyyat vasitəsi olmamışdır, yol-nəqliyyat hadisəsinin sxemi də bunun əsasında qurulmuşdur. Avtomobilə baxış keçirtməmişdir, nəqliyyat vasitəsində 500 kg yük olduğunu sürücünün ifadəsi əsasında müəyyən etmişdir. Təqsirləndirilən şəxs ilkin ifadəsi zamanı qara sellofan görüb üzərindən keçdiyini, sonradan onun piyada olduğunu dərk etdiyini bildirsə də, daha sonra soruşulduqda güzgü vasitəsilə yan tərəfə nəzər yetirdiyini və piyadanı ümumiyyətlə görmədiyini bildirmiş, bir-birini təkzib edən ifadələr vermişdir. Həmin ərazidə kamera görüntülərini əldə etmək mümkün olmadığından həmin görüntünü Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X19 mobil telefonunun “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əldə etmişdir. Hadisə baş verən gündən 1 gün sonra həmin mağaza ilə əlaqə saxladıqda kamera görüntülərinin 00:00-dan etibarən silindiyini şifahi qaydada bildirmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən sözügedən görüntüyə baxış keçirilməklə piyadanın səkidən sərxoş halda səndələyərək avtomobil yoluna daxil olduğu andan QAZ-33021 markalı avtomobillə vurulduğu ana kimi keçən müddət müəyyən edilmiş və cinayət işi üzrə yenidən 29 noyabr 2023-cü il tarixdə (təkrar, kompleks məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının təyin olunması haqqında qərar qəbul edilmişdir. Məhkəmənin 29 noyabr 2023-cü il tarixli iclasında cinayət işi üzrə təkrar məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur. - Ekspertizaya təqdim edilmiş görüntülər əsasında X1 sərxoş halda səndələyərək qəfildən avtomobil yoluna daxil olmasından 1,5 saniyə sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Qaz-33021” yük markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulması nəzərə alınmaqla, müəyyən edilmiş həmin saniyə əsasında ikizolaqlı hərəkət yolunda sol hərəkət zolağı ilə onunla eyni vaxtda digər nəqliyyat vasitəsi, sağ hərəkət zolağında isə “Qaz-33021” yük markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkət etməsi nəzərə alınmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? (3 saniyə ərzində 50 metr məsafə qət etməsi halında - məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının 16 mart 2023-cü il tarixli, 8/537 nömrəli ekspert rəyinə əsasən - ekspert Vüsal Həbibli) 20 yanvar 2024-cü il tarixdə 16 yanvar 2024-cü il tarixli ekspert rəyi məhkəməyə daxil olmuş və həmin ekspert rəyinin təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilmişdir: Məhkəmə tərəfindən qərarın sual hissəsində göstərilən məlumatla məhkəmə tərəfindən videogörüntüyə baxış zamanı müəyyən edilən məlumat arasında ziddiyyət mövcuddur, hadisəni əks etdirən videogörüntüdən belə məlum olur ki, piyada yolun sağ səkisindən ləngərləyərək yolun hərəkət hissəsinə çıxır, yolun hərəkət hissəsi ilə bir qədər hərəkət edərək yıxılır, yerə uzanır və bundan sonra avtomobil ilə vurulur. Məhkəmə tərəfindən müəyyən edildiyi kimi, piyada yerə uzandıqdan 1,5 saniyə sonra QAZ-33021 markalı avtomobilin piyadanı vurması nəzərə alınmaqla qeyd edilir ki, göstərilən vəziyyətdə hərəkət üçün təhlükə yaranan andan QAZ-33021 markalı avtomobil ilə piyadanın vurulmasına kimi 1,5 saniyədən daha böyük vaxt keçir. Yəni qərarın sual hissəsində göstərilən piyadanın vurulmasına kimi 1,5 saniyə vaxtın keçməsi məhkəmə tərəfindən müəyyən edilmiş məlumata və real hadisə mexanizminə uyğun deyil. Yuxarıda qeyd olunanlara əsasən, qərarın sual hissəsində göstərilən məlumata, yəni piyadanın yolun hərəkət hissəsinə daxil olduğu andan Qaz-33021 markalı avtomobil ilə piyadanın vurulmasına kimi 1,5 saniyə vaxtın keçməsinə uyğun QAZ-33021 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə istintaq aparılmır. 20 yanvar 2024-cü il tarixdə 16 yanvar 2024-cü il tarixli ekspert rəyi məhkəməyə daxil olmuş və həmin ekspert rəyinin tədiqatın nəticəsi hissəsində aşağıdakılar göstərilmişdir: Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə hərəkət üçün təhlükənin 1,5 saniyə davam etməsi real hadisə mexanizminə uyğun deyildir. Reallıqda həmin vaxt 1,5 saniyədən böyük olmuşdur. İstintaq tərəfindən müəyyən edilmiş hərəkət üçün təhlükə yaranan andan QAZ- 33021 markalı, 64BB498 dövlət qeydiyyat nişanlı avtomobillə piyadanın vurulmasına kimi 3 saniyə vaxtın keçməsinə uyğun tədqiqat aparılaraq aşağıdakı nəticəyə gəlinmişdir: QAZ 33021 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında ekspert Sahib Qafarov 16 yanvar 2024-cü il tarixli onun tərəfindən verilmiş olan rəylə bağlı dindirilən zaman bildirmişdir ki, məhkəmənin 24 noyabr 2023-cü il tarixli iclasında məhkəmə iclas protokolunda “Videogörüntülərə baxan zaman” müəyyən olunmuşdur hissəsində zərərçəkmiş şəxsin yolun hərəkət hissəsinə yıxıldıqdan təxminən 1,5 saniyə sonra Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə vurulduğu göstərilmişdir. Yəni qərarın sual hissəsində göstərilən piyadanın vurulmasına kimi 1,5 saniyə vaxtın keçməsi məhkəmə tərəfindən müəyyən edilmiş məlumata və real hadisə mexanizminə uyğun deyil. Bu səbəbdən məhkəmə tərəfindən qoyulmuş suala dair tədqiqat aparılmamışdır. Məhkəmə iclasında 05 fevral 2024-cü il tarixli məhkəmə iclasının audio-video yazısının əks edildiyi diskə baxış keçirilmiş və ekspertiza rəyində göstərilən ziddiyyətlər aradan qaldırılmışdır. Cinayət işi üzrə həm təqsirləndirilən şəxsin müdafiəçisi, həm də zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş olan vəsatətlər təmin edilmiş və məhkəmənin 12 fevral 2024-cü il tarixli qərarı ilə cinayət işi üzrə yenidən təkrar, kompleks məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 mart 2024-cü il tarixli rəyində aşağıdakılar göstərilmişdir. -Məhkəmə tərəfindən qərarın sual hissəsində göstərilən şəraitdə QAZ-33021 markalı, **-BB-***b dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol-hərəkəti haqqqında”Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Sürücü Təqsirləndirilən şəxs QAZ-33021 markalı avtomobil ilə daşıdığı yükün kütləsi istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətdən artıq olduğu şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş üçün əhəmiyyətli hal olması nəzərə alınmaqla CPM-in 97.6.4-cü maddəsinin tələblərini rəhbər tutaraq ekspert təşəbbüsü ilə aşağıdakılar göstərilir: Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə təhlükə yaranan andan yəni, piyadanın yolun hərəkət hissəsinə daxil olduğu andan QAZ-33021 markalı, **-BB-***b dövlət qeydiyyat nişanlı avtomobil ilə piyadanın vurulmasına kimi 1,5 saniyə keçməsi məhkəmə tərəfindən müəyyən edilmiş məlumata və real hadisə mexanizminə uyğun deyildir və reallıqda təhlükə yaranan andan QAZ-33021 markalı avtomobil ilə piyadanın vurulmasına 1,5 saniyədən daha böyük vaxt keçmişdir. İstintaq tərəfindən müəyyən edildiyi kimi hərəkət üçün təhlükə yaranan andan QAZ- 33021 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə piyadanın vurulmasına kimi 3 saniyə vaxtın keçməsi şəraitində QAZ-33021 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə nəqliyyat vasitəsinin hərəkət sürəti hadisə yerində qalmış tormoz izinə görə müəyyən oluna bilər. Lakin yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolda və iş materiallarına əsasən hadisə yerində QAZ-33021 markalı avtomobilə məxsus tormoz izi qalmadığından QAZ-33021 markalı avtomobilin hərəkət sürətini yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir. Hazırkı qərarda və iş materiallarında sürücü Təqsirləndirilən şəxs ifadəsinə əsasən QAZ-33021 markalı avtomobilin hərəkət sürətinin 60 km/saat olması göstərilmişdir. Həmçinin yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolda göstərilmişdir ki, hadisə yerində maksimum icazə verilən sürət həddi 90 km/saata qədər yol nişanı ilə məhdudlaşır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti yol hərəkəti və nəqliyyat vasitəsinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına” dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 18-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. İbtidai istintaq zamanı isə 12 fevral 2023-cü ildə saat 18:20 radələrində Bakı- Xocasən yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində İdarə etdiyi QAZ- 33021 yük markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə iki zolaqlı yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-cİ maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısın almağa texniki imkanı olsa da ala bilməyib yolun Bakı şəhəri istiqamətinə olan hissəsinin sağ kənarındakı səki ilə əvvəlcədən ləngərləyərək addımlayan, bir an dayanan, ardından ləngərləyərək yolun hərəkət hissəsinə addım atıb yıxılaraq uzanıqlı vəziyyətdə qalmış, ləngərləyərək yıxılmağa başladığı andan 3 saniyə sonra isə orta dərəcəli alkoqol sərxoşluğu və uzanıqlı vəziyyətdə olan 1971-ci il təvəllüdlü X7 üzərindən idarə etdiyi avtomobillə keçməsi, nəticədə ehtiyatsızlıqdan X11 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızma ilə müşaiyət olunan ənsə sümüyünün kəllə əsasına keçən çoxqəlpəli sınığı, sağ ağciyərə qansızma ilə müşaiyət olunan sağdan İİ-V qabırğaların sınığı, ənsə və ənsə nahiyəsinin əzilmiş-cırılmış yaralan, alm nahiyəsinin, burun belinin, sağ və sol yanaq nahiyələrinin, sağ dirsək oynağı nahiyəsinin, sol said nahiyəsinin sıyrıqları və üst dodağm səthi əzilmiş yarası xəsarətlərim yetirməklə ölümünə səbəb olmuşdur. Məhkəmə göstərilənlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, 14 fevral 2023-cü il tarixli “baxış keçirilməsi” haqqında protokoldan görünür ki, 14 fevral 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı X29 tərəfindən hadisənin baş vermə mexanizmini əks etdirən görüntülər istifadəsində olan mobil telefonuna köçürülməklə, ***-***-**-** saylı mobil nömrədən müstəntiqin istifadəsində olan mobil nömrənin “Whatsapp” proqramına göndərilmiş görüntüyə hal şahidlərinin iştirakları iə baxış keçirilmiş, baxış zamanı “12 fevral 2023-cü il tarixdə saat 18:20 radələrində Bakı-Xocasən yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində Bakı şəhəri istiqamətində olan hissəsinin sağ kənarındakı səki ilə bir nəfər qara geyimli kişinin əvvəlcədən ləngərləyərək addımlaması, bir an dayanması, ardından ləngərləyərək yolun hərəkət hissəsinə addım atıb yıxılaraq uzanıqlı vəziyyətdə qalması, ləngərləyərək yıxılmağa başladığı andan 3 saniyə sonra yolun sağ zolağı ilə hərəkətdə olan QAZ-el markalı yük avtomobilinin həmin uzanıqlı vəziyyətdə qalmış kişinin üzərindən keçməsi, yolun sol zolağı ilə hərəkətdə olan digər QAZ-el markalı yük avtomobilin hadisənin baş verdiyi yerdən keçməsi və bundan sonra yük avtomobillərinin dayanması” müəyyən edilmişdir. (Cinayət işi 1-ci cild səhifə 37) 16 fevral 2023-cü il tarixli “məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası” nın təyin edilməsi haqqında qərarın müəyyən etdi hissəsində aşağıdakılar göstərilmişdir. (Cinayət işi 1-ci cild səhifə 54 ) 12 fevral 2023-cü ildə saat 18:20 radələrində Bakı-Xocasən yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində Təqsirləndirilən şəxs idarə etdiyi QAZ- 33021 yük markalı, 64BB498 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən piyada xx.xx.1971-ci il təvəllüdlü X13 vurmuş, nəticədə Maksut Ramazanov hadisə yerində ölmüşdür. Araşdırma zamanı hadisə yerinin müayinə protokolu və sxemi tərtib edilmiş, fotoşəkilləri çəkilmişdir. Hadisə yeri yaşayış məntəqəsi daxilində deyil, sürət həddi 90 km/saatdır. Yol iki tərəfli hərəkət üçün tənzimlənir. Qarşı-qarşıya nəqliyyat axınını ayıran beton piltələrdən ibarət sədd vardır. Yolun hərəkət hissəsinin eni 8 metrdir. 2 zolaqdan ibarətdir və qırıqqırıq ağ nişanlanma xətləri ilə xətlənmişdir. Yol quru səthə malik olmaqla asfaltbeton örtüklüdür. Piyadanın yolun Şamaxı rayonu istiqamətinə olan hərəkət hissəsində sağ zolaqda yolayrıcı beton piltədən 1,2 metr məsafədə vurulması müəyyən edilmişdir. Araşdırma ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 12 fevral 2023-cü il tarixdə saat 18:20 radələrində Bakı-Xocasən yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində idarə etdiyi Qaz-33021 yük markalı, 64BB498 dövlət qeydiyyat nişanlı avtomobillə iki zolqalı yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən yolun Bakı şəhəri istiqamətinə olan hissəsinin sağ kənarındakı səki ilə əvvəlcədən ləngərləyərək addımlayan, bir an dayanan, ardından ləngərləyərək yolun hərəkət hissəsinə addım atıb yıxılaraq uzanıqlı vəziyyətdə qalmış, ləngərləyərək yıxılmağa başladığı andan 3 saniyə sonra uzanıqlı vəziyyətdə olan 1971-ci il təvəllüdlü X9 üzərindən idarə etdiyi avtomobillə keçmiş, nəticədə Ramazanov Maksut hadisə yerində ölmüşdür. Hadisə yerində tormoz izi aşkar edilməmişdir. Göründüyü kimi, müstəntiq tərəfindən 14 fevral 2023-cü il tarixdə görüntülərə baxış keçirilmiş, görüntüyə baxış keçirilən zaman müəyyən edilmiş hallar 14 fevral 2023-cü il tarixli protokolda əks etdirilmişdir. Daha sonra 16 fevral 2023-cü il tarixli cinayət işi üzrə yol-nəqliyyat hadisələri üzrə ekspertiza təyin edilməsi haqqında qərarın müəyyən etdi hissəsində müstəntiq tərəfindən görüntüyə baxış keçirilməsi haqqında protokolda müəyyən edilmiş hallar göstərilmiş və ekspertiza qarşısında verilmiş şəraitdə Təqsirləndirilən şəxs baş vermiş yolnəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanının olub-olmadığına dair sual qoyulmuşdur. 16 mart 2023-cü il tarixli ekspert rəyinin “TƏDQİQAT OBYEKTLƏRİNİN GÖNDƏRİLMƏ ŞƏKLİNƏ DAİR MƏLUMAT” hissəsində aşağıdakılar göstərilmişdir. Tədqiqata məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının təyin edilməsi haqqında 16 fevral 2023-cü il tarixli qərarla birlikdə, içərisində 12 fevral 2023-cü il tarixli yol-nəqliyyat haisəsi yerinə baxış keçirilməsi haqqında protokol, onun sxemi və digər istintaq sənədləri olan bir cilddən ibarət cinayət işi təqdim edilmişdir. Rəy nəqliyyat vasitəsi ilə piyadanın vurulması hadisəsi üzrə hazırlanmış “NVP” proqramı tətbiq olunmaqla tərtib edilir. Göründüyü kimi, müstəntiq tərəfindən ekspertiza təyin edilməsi haqqında qəbul edilən 16 fevral 2023-cü il tarixli qərarda müəyyən edilən hallar hadisənin baş verdiyi görüntüyə baxış keçirilən zaman müəyyən edilən hallardır. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı yol-nəqliyyat hadisəsinin baş verdiyi görüntülərin əsli əsas sübut növü hesab edilməsinə baxmayaraq, cinayət prosessual qanunverciliklə müəyyən edilmiş qaydada əldə edilərək cinayət işinin materiallarına əlavə edilməmiş, cinayət işi üzrə məhkəməyədək icraat zamanı ibtidai istintaqlı aparan müstəntiq Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X22 mobil telefonundan onun istifadəsində olan mobil telefonuna “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə göndərilmişdir görüntü ilə kifayətlənmişdir. Məhkəmə iclasında müstəntiq məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq, hadisənin baş verməsini əks etdirən görüntülərin əslinin əldə olunaraq cinayət işinin materiallarına əlavə edilməsinə dair istintaq orqanı tərəfindən rəsmi şəkildə sorğu verilib-verilməməsi sualına cavab olaraq, hadisə baş verən gündən 1 gün sonra həmin mağaza ilə əlaqə saxladıqda ona şifahi qaydada kamera görüntülərinin 00:00-dan etibarən silindiyini bildirmişlər. Həmin görüntülərin həqiqətən silib-silinməməsi, mağazanın yaddaşında hansı səbəbdən həmin görüntünün cəmi 1 gün müddətində saxlanılması barədə ancaq şifahi qaydada soruşmuş, bununla bağlı rəsmi olaraq hər hansı bir sorğu verməmişdir. Məhkəmə tərəfindən cinayət işinin materialları tədqiq edilərkən isə həmin görüntülərin əldə edilərək cinayət işinin materiallarına əlavə edilməsinə dair hər hansı bir sorğunun verilmədiyi aşkar edilmişdir. Bu səbəbdən cinayət işinin materiallarına əlavə edilmiş görüntü əsasında məhkəmə tərəfindən 23 iyun 2023-cü il tarixli qərar ilə ekspertiza təyin edilmiş və qərarda ekspertizaya təqdim edilmiş görüntülər əsasında X1 sərxoş halda səndələyərək avtomobil yoluna daxil olmasından neçə saniyə sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Qaz-33021” yük markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmasına dair sual qoyulmuşdur. 16 yanvar 2024-cü il tarixli ekspert rəyi məhkəməyə daxil olmuş və həmin ekspert rəyinin tədiqatın nəticəsi hissəsində rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə hərəkət üçün təhlükənin 1,5 saniyə davam etməsi real hadisə mexanizminə uyğun olmadığı, reallıqda həmin vaxt 1,5 saniyədən böyük olduğu, istintaq tərəfindən müəyyən edilmiş hərəkət üçün təhlükə yaranan andan QAZ-33021 markalı, 64BB498 dövlət qeydiyyat nişanlı avtomobillə piyadanın vurulmasına kimi 3 saniyə vaxtın keçməsinə uyğun tədqiqat aparılaraq aşağıdakı nəticəyə gəlindiyi, QAZ 33021 markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu göstərilmişdir. Məhkəmə həm məhkəməyədək icraat zamanı, həm də cinayət işi üzrə məhkəmə istintaqı zamanı alınan rəylərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 27 sentyabr 2023-cü il tarixli ekspert rəyinin “Tədqiqat prosesinin təsviri hissəsində” qeyd edilmişdir: Aparılmış tədqiqatlar ekspert tədqiqatına təqdim olunmuş videoyazıların foksu dəyişdirilən və tərpənən yazı qurğusu vasitəsi ilə ilkin videoyazının redaktor proqramı vasitəsi ilə oxutmaqla ekranın çəkilməsi üsulu ilə (ilkin videoyazıda qeydə alınmış videotəsvirin ekrandan təkrar yazılması yolu ilə) əldə olunduğunu göstərmişdir. Təkraryazma zamanı bəzən yazı qurğusu ekranın bu və ya digər hissəsinə fokuslanmışdır. Videoyazıda Taym-kod zaman gösrəricisi qeydə alınmamışdır. Videoyazının qeyd olunan üsulla əldə olunduğu və Taym-kod zaman gösrəricisinin olmadığı halda videoyazılar üzrə obyektin hərəkət parametrlərinin müəyyən olunması aşağıdakı səbəblərdən mümkün deyildir: - ilkin videoyazıda kadr tezliyini müəyyən etmək mümkün olmur; - ilkin videoyazıda təkrarlanan kadrların olub-olmamasını müəyyən etmək mümkün olmur; - ilkin videoyazıda boş kadrların olub-olmamasını müəyyən etmək mümkün olmur; - videoyazıda Taym-kodun (zaman gösrəricisinin) göstərişinin həqiqi zamana uyğun olub-olmamasını müəyyən etmək mümkün olmur. Yuxarıda qeyd olunan səbəblərdən təqdim olunmuş videoyazıdakı görüntülərə görə X1 sərxoş halda səndələyərək avtomobil yoluna daxil olmasından neçə saniyə sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Qaz-33021” yük markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmasını və digər hərəkət parametrlərini müəyyən etmək mümkün olmadı. “Təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinə əlavələr edərək göstərmişdir ki, yolun sol zolağı ilə hərəkət edən zaman arxadan gələn ağ maşın ondan yol istəmiş, o da həmin maşına yol vermək üçün sağ zolağa manevr etmiş, ani olaraq diqqəti avtomobilin sol güzgüsündə qalmış, yoluna sağ zolaqla davam edən zaman anidən nəyinsə üzərindən keçdiyini hiss etmiş, dərhal maşını saxlamış və bu zaman arxasınca gələn Niyaməddinin də dayandığını görmüşdür. Avtomobildən düşərək təkərin partlamadığına baxmış, uzaqdan qara kloka bənzər bir şeyə doğru uşaqların getdiyini görmüşdür. “Vəsatətin rədd edilməsi” barədə 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin ifadəsinə əlavə etdiyi xüsusatlar müstəntiq tərəfindən araşdırılmamış, müstəntiq qərarın təsviri-əsaslandırıcı hissəsində şablon olaraq görüntüyə baxış keçirilən zaman müəyyən edilən halları qeyd etmiş, qeyd edilən xüsusatları özünümüdafiə xarakterli hesab etmiş və vəsatəti əsassız sayaraq rədd etmişdir. X5 təqsirləndirilən şəxsin ona verilmiş suallara cavabında göstərdikləri ilə bağlı bildirmişdir ki, təqsirləndirilən ilkin ifadəsi zamanı qara sellofan görüb üzərindən keçdiyini, sonradan onun piyada olduğunu dərk etdiyini bildirsə də, daha sonra soruşulduqda güzgü vasitəsilə yan tərəfə nəzər yetirdiyini və piyadanı ümumiyyətlə görmədiyini bildirmiş, birbirini təkzib edən ifadələr vermişdir. Müstəntiq hadisənin baş verməsini əks etdirən görüntülərdə müəyyən edilən hallarla təqsirləndirilən şəxsin şahid qismində verdiyi ifadəsi, təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra ifadəsinə verdiyi əlavələrdə göstərdiyi xüsusaları qarşılıqlı şəkildə araşdırmamışdır. Məhkəmə eyni zamanda sözügedən görüntü ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında müstəntiq ona verilən suallara cavab olaraq sürücü üçün təhlükənin yaranma anının piyadanın ləngərləməyə başladığı andan yarandığını, qanunun da tələbinə əsasən sürücünün dəyişən yol şəraitindən daim diqqətini yayındırmamalı olmasını bildirmişdir. Müstəntiqin məhkəmə iclasında qeyd etdikləri ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “hadisənin baş verməsini əks etdirən” görüntüyə baxdıqda piyadanın vurulduğu vaxta qədər təxminən 26-27 saniyə ləngərləməsi aydın olaraq görünür. Belə olduğu halda, müstəntiqin hansı əsasa əsən piyadanın ləngərləməyə başladığı andan sürücü tərəfindən vurulmasına qədər olan müddətin 3 saniyə hesablanmasını müəyyən etmək mümkün olmur. Eyni zamanda, həmin görüntüdə hadisə baş verdiyi yolun hərəkət hissəsində “QAZ- 33021” markalı avtomobilin solunda digər nəqliyyat vasitəsinin hərəkət etdiyi də aydın görünür. Bu isə təqsirləndirilən şəxsin əlavə dindirilməsi zamanı, eyni zamanda məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinin obyektiv həqiqəti əks etdirdiyini göstərir. Bu səbəbdən məhkəmə, cinayət işi üzrə təqsirləndirilən şəxsin məhkəmə istitaqı zamanı vermiş olduğu ifadəsini əsas sübut növü kimi qəbul edir. Göründüyü kimi Təqsirləndirilən şəxs elan edilmiş ittihamda onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla yol nəqliyyat hadisəsini törətməsi göstərilsə də, ibtidai istintaq orqanı tərəfindən mövcud hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, müvafiq sübutlar toplanılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilmədən Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göründüyü kimi, ekspert rəyində ekspert görüntülərə əsasən audi və videoyazıların ekspertizası yolu ilə piyadanın səkidən sərxoş halda səndələyərək avtomobil yoluna daxil olduğu andan QAZ-33021 markalı avtomobillə vurulduğu ana kimi keçən müddəti müəyyən etmək mümkün olmadığına dair rəy verilsə də, cinayət işi üzrə təyin edilmiş bütün ekspertizalar üzrə müstəntiq tərəfindən baxış keçirilməsi haqqında protokolda müəyyən edilmiş müddət əsas götürülmüş, həmin protokolda müəyyən edilmiş hallar əsasında ekspertiza təyin olunması haqqında qərar qəbul edilmiş və ekspertlər həmin müddəti əsas götürməklə ekspertiza tədqiqatı aparmış, nəticədə Təqsirləndirilən şəxs hadisənin baş verməsinin qarşısını almağa texniki imkanının olması göstərilmişdir. Bu səbəbdən məhkəmə həm cinayət işi üzrə ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı əldə edilmiş ekspert rəylərini sübut növü kimi qəbul etməmək qənaətinə gəlmişdir. Belə ki, CPM-in 127.1-ci maddəsinə əsasən ekspertin rəyi onun tərəfindən yazılı şəkildə ifadə edilmiş elm, texnika, incəsənət və ya peşə sahəsində xüsusi biliklərə əsaslanmış cinayət prosesini həyata keçirən orqanın və ya cinayət prosesi tərəflərinin ekspert qarşısında qoyduğu suallara, habelə iş materiallarının tədqiqi zamanı ortaya çıxan onun səlahiyyətlərinə aid digər halların araşdırılmasına dair nəticələridir, bu nəticələri əsaslandıran ekspertin apardığı tədqiqatın təsviridir. CPM-in127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən mövcud hallar tam, hərtərəfli və obyektiv araşdırılmımış, yəni hadisə yerinə ətraflı baxış keçirilərək sözü gedən hadisəni özündə əks etdirən videogörüntülər alınaraq cinayət işinin materiallarına əlavə edilərək həmin videogörüntülər əsasında müvafiq ekspertizalar keçirilməmişdir. Yuxarıda göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı hadisəni özündə əks etdirən diskdə olan videogörüntüyə baxış zamanı X2 halda bir müddət səki ilə ləngərləməsi, Təqsirləndirilən şəxs hərəkətdə olduğu ikizolaqlı hərəkət yolunda sol hərəkət zolağı ilə onunla eyni vaxtda digər nəqliyyat vasitəsinin hərəkətdə olduğu, X1 sərxoş halda səndələyərək qəfildən avtomobil yoluna daxil olmasından dərhal sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Qaz-33021” yük markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulması müəyyən edilmişdir. Belə olan halda sürücü Təqsirləndirilən şəxs hadisə zamanı təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməsi qeyri mümkün olmuşdur. Başqa sözlə toqquşma anınadək sürücünün qarşıdan piyadanın yolun hərəkət hissəsinə yıxılmasını görməsinin mümkün olmaması, toqquşma anınadək piyadananın sürücünün görünüş dairəsində iki saniyədən də az müddətə olması, ekspert rəyində nəzərə alınmamışdır. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/537 nömrəli rəyi sübut növü kimi qəbul edilmir. X35 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Bundan başqa məhkəmə istintaqı zamanı dövlət ittihamçısı tərəfindən ibtidai istintaq orqanının gəldiyi nəticəni təsdiq edən sübutlar təqdim edilməmişdir. Ona görə də, məhkəmə istintaqı zamanı toplanmış sübutları Təqsirləndirilən şəxs xeyrinə həll etmək qənaətinə gəlmişdir. CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. CPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-in 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində CMin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmamalıdır. CPM-in 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “QAZ-33021” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, CPM-in 56, 59 və 60-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ ona izah edilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 Təqsirləndirilən şəxs qarşı mülki iddiasına münasibətdə isə məhkəmə qeyd edir ki, CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-in 181.1, 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsiri müəyyən olunmadığından, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxsə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar ziyanın vurulması istisna olunur və bu baxımdan X6 Təqsirləndirilən şəxs qarşı mülki iddiası rədd edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın. İş üzrə maddi sübut kimi tanınmış “QAZ-33021” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Mülki iddiaçı X6 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası rədd edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar