Məhkəmə qərarları › İş №1(001)-30/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-30/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-30/2025 22.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs1, xx.xx.1984-cü ildə Lənkəran rayonu, Gəgiran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran rayonu, Gəgiran kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “Başqa yerə getməmək haqqında” iltizam qismində qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair, xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ. Dadaşov küçəsi, ev 71, mənzil 56 qeydiyyatda olmaqla yaşayan, barəsində “Başqa yerə getməmək haqqında” iltizam qismində qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 elan edilmiş ittihama əsasən o, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 20 may 2023-cü il tarixdə saat 00:38-də etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Toyota Prius markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi ilə 19 km/saat sürətlə idarə edərək həmin küçənin Cəfər Xəndan küçəsi ilə kəsişdiyi yolayrıcına svetaforun yaşıl işığında daxil olaraq sola dönmə əməliyyatı aparan zaman “X21” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni relssiz nəqliyyat vasitəsinin sürücüsü svetaforun yaşıl işığında sola və ya geriyə dönərkən qarşıdan düzünə və sağa gedən nəqliyyat vasitəsinə yol verməli və bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etməməklə yol hərəkəti qaydalarını pozmuş, qarşıdan əks istiqamətdən Şövkət Məmmədova küçəsi ilə 53 km/saat sürətlə hərəkətdə olan svetaforun yaşıl işığında yolayrıcına daxil olan sürücü Təqsirləndirilən şəxs2 idarə etdiyi “Tufan M50” markalı mopedin qabaq hissəsi ilə Toyota Prius markalı avtomobilin qabaq sağ hissəsi arasında yolayrıcında toqquşma baş vermiş, nəticədə mopedin sərnişin oturacağında əyləşmiş X7 ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin 21 may 2023-cü il tarixdə ölümünə səbəb olan alıntəpə sümüyünün sol yarısının xətti sınığı, baş beyin toxumasının əzilməsi, sağ tərəfli subdural (sərtqişaaltı) hematoma, yumşaq qişaya geniş ölçülü və sağ yan mədəciyə qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması, kəskin subdural hematomanm boşaldılması ilə sonuclanmış sağ alm-təpə-gicgah nahiyəsinin dekompression rezeksiontrepanasiya cərrahi əməliyyatdan sonrakı vəziyyət, sol üst göz qapağına qansızma, sağ və sol diz oynaqlarının, sağ baldırın orta 1/3-nin ön, sol baldırın iç topuq nahiyəsinin, sol əl pəncəsinin İV və V barmaqlarının əsas falanqalarının arxa səthlərinin sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 oğluna elan edilmiş ittihama əsasən o, idarə etdiyi mopedlə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 20 may 2023-cü il tarixdə saat 00:38-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Tufan M 50 markalı dövlət qeydiyyat nişanı olmayan mopedi Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi ilə 53 km/saat sürətlə idarə edərək svetaforun yaşıl işığında yolayrıcına daxil olaraq düzünə hərəkət edən zaman “X21” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda və “X21” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin 2-ci hissəsinin 5-ci bəndinin tələblərini pozaraq, yəni Tufan M50 markalı mopeddə sərnişin daşıdığından, həmin tələblərə riayət etməməklə yol hərəkəti qaydalarını pozmuş, qarşıdan əks istiqamətdən Şövkət Məmmədova küçəsi ilə 19 km/saat sürətlə hərəkətdə olan svetaforun yaşıl işığında sola dönmə əməliyyatı aparıb yolayrıcına daxil olan sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi Toyota Prius markalı ** BJ *** dövlət nömrə nişanlı avtomaşının qabaq sağ hissəsi ilə Tufan M50 markalı mopedin qabaq hissəsi arasında yolayrıcında toqquşma baş vermiş, nəticədə mopedin sərnişin oturacağında əyləşmiş X7 ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin 21 may 2023-cü il tarixdə ölümünə səbəb olan alın-təpə sümüyünün sol yarısının xətti sınığı, baş beyin toxumasının əzilməsi, sağ tərəfli subdural (sərtqişaaltı) hematoma, yumşaq qişaya geniş ölçülü və sağ yan mədəciyə qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması, kəskin subdural hematomanın boşaldılması ilə sonuclanmış sağ alıntəpə-gicgah nahiyəsinin dekompression rezeksion-trepanasiya cərrahi əməliyyatdan sonrakı vəziyyət, sol üst göz qapağına qansızma, sağ və sol diz oynaqlarının, sağ baldırın orta 1/3-nin ön, sol baldırın iç topuq nahiyəsinin, sol əl pəncəsinin İV və V barmaqlarının əsas falanqalarının arxa səthlərinin sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 267.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 20 may 2023-cü il tarixdə, gecə saat təxminən 00:30 radələrində idarə etdiyi Toyyota Prius markalı, 18BJ-782 dövlət qeydiyyat nişanlı avtomobillə Şövkət Məmmədova küçəsi ilə Cəfər Xəndan küçəsinin kəsişməsində işıqforun qırmızı işığında dayanmışdır. Həmin anda yolun hərəkət hissəsində nə moped, nə də digər hər hansı nəqliyyat vasitəsini görməmişdir. İşıqforun yaşıl işığı yandıqdan sonra sola dönmək üçün hərəkətə başlamış, qarşı istiqamətdə heç bir nəqliyyat vasitəsi müşahidə olunmamışdır. Dönmə əməliyyatını başa çatdırmaq üzrə olarkən qəflətən mopedin siqnal səsini eşitmiş, lakin mopedi görməmişdir. O, dərhal piyada keçidinə çatarkən qorxaraq əyləc pedalını sıxmış, bu zaman moped gəlib onun idarə etdiyi avtomobilin qabaq sağ hissəsinə çırpılmışdır. Mopedi hadisə anınadək qarşısında müşahidə etməmiş, moped sürətli şəkildə düz istiqamətdə hərəkət edərək qəfildən peyda olmuşdur. Moped onun idarə etdiyi avtomobilin sağ hissəsinə dəyməsi nəticəsində hadisə baş vermişdir. Həmin mopeddə iki nəfər olmuş, sürücü kaska geyinsə də, sərnişinin başında heç bir qoruyucu vasitə olmamışdır. Toqquşma baş verən kimi dərhal avtomobildən düşərək zərərçəkmiş şəxslərə ilkin köməklik göstərmiş, özü şəxsən həm polisə, həm də təcili tibbi yardıma zəng etmişdir. Hadisə yerinə gələn təcili tibbi yardım vasitəsilə hər iki zərərçəkmiş xəstəxanaya aparılmış, özü də onlarla birgə xəstəxanaya getmiş, tibbi müayinədən keçmiş, sonra isə polis şöbəsinə yollanmışdır. Verilmiş suallara cavab olaraq isə hadisədən təxminən üç gün sonra mopedin sərnişinin dünyasını dəyişməsinin ona məlum olmasını, hadisədən sonra polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirildiyini, bu prosesin təxminən saat 01:30 radələrində baş tutduğunu, baxış zamanı çoxlu sayda polis əməkdaşı olduğunu, həmin vaxt həyəcanlı olduğu üçün hal şahidlərinin olub-olmamasına diqqət yetirmədiyini, hadisədən sonra sərxoşluğunun yoxlanılması üçün tibbi müəssisəyə aparıldığını, orada müayinədən keçirildikdən sonra yenidən polis şöbəsinə getdiyini, hadisə yerinə baxış və tibbi müayinənin həmin gecə ərzində baş tutduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq hadisə baş verən zaman avtomobildə onunla bərabər bir nəfər sərnişin də olduğunu, hadisə zamanı sürətinin təxminən 7-8 km/saat olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, ona maddi yardım göstərdiyini, xəstəxanaya baş çəkdiyini, hazırda zərəçəkmiş şəxsin hüquqi varisinin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 267.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, hadisə baş verməmişdən əvvəl o, işdə olmuş və daha sonra qrup yoldaşlarının oturduğu məkana gəlmişdir. Oradan çıxarkən qrup yoldaşı Cavad onu da aparmasını xahiş etdiyindən və onlar yaxın ərazidə qaldığından onu da aparmışdır. Əvvəllər də universitetə birlikdə gedib-gəldikləri üçün Cavadı aparmaq onun üçün adi hal olmuşdur. Hadisə 20 may 2024-cü il tarixdə gecə saat 00:30 radələrində baş vermişdir. Mopedi özü idarə etmiş, Cavad isə sərnişin qismində arxada əyləşmişdi. Onun mopedinin maksimum surəti 45 km/saatdır. O isə orta sürətlə hərəkət etmişdir. Hadisə baş verən zaman yolun sağ zolağı ilə hərəkət etmişdir. Mopedi artıq iki ildir idarə edir və onun sürətinə heç bir müdaxilə etməmiş, bu model mopedlərin maksimum sürətinin 45 km/saat olduğunu bildirmişdir. Yolda hərəkət edən zaman “Prius” markalı avtomobili görmüş, həmin avtomobil öz hərəkət istiqamətində sağ zolaqda hərəkət etmişdir. Həmin zolqada isə yalnız düzünə və sağa hərəkət etmək mümkündür. Sola dönməyə icazə verilmir. O, qarşıda olan Prius markalı avtomobili bir maneə kimi görməmiş, hesab etmişdir ki, həmin maşın ya düzünə ya da sağa gedəcək. Lakin qəfildən “Prius” markalı avtomobil sola dönməyə cəhd edərək onun qarşısında peyda olmuş, hadisədən yayınmaq üçün mopedi sağa çəksə də, məsafə az olduğundan hadisənin qarşısını ala bilməmişdir. Verilmiş suallara cavab olaraq isə “Prius” markalı avtomobilin dönmə işığının nə zaman verdiyini xatırlamadığını, həmin maşını yalnız işıqforun altında olduğu zaman gördüyünü, həmin zamanı “Prius” markalı nəqliyyat vasitəsinin surətinin təxminən 15-20 km/saat olduğunu müşahidə etdiyini bildirmişdir. Hadisə baş verdikdən sonra huşu yerində olmuş, mopedin sərnişini ilə birlikdə yerə yıxılmış, dərhal təcili tibbi yardım çağırıldığını və əvvəlcə Cavadın, daha sonra isə özünün xəstəxanaya aparıldığını, xəstəxanada ilkin tibbi yardımdan sonra rentgen müayinəsinə göndərildiyini, bu zaman Cavadın vəziyyəti barədə xəbər aldığını, daha sonra isə tibbi ekspertizadan keçirildiyini və onun içkili olmadığının müəyyən edildiyini, ayağından yüngül xəsarət aldığını, lakin xəstəxanada qalmadığını bildirmişdir. Üç gün sonra isə Cavadın vəfat etdiyi barədə məlumat almışdır. Təqsirləndirilən şəxs eyni zamanda qeyd etmişdir ki, mopedin texniki kitabçasını “EKO SOFT” şirkətindən aldığı mopedlə birlikdə əldə etdiyini, vəkilin sorğusuna əsasən həmin şirkətdən texniki sənədləri təqdim etdiyini bildirmişdir. Dəbilqə məsələsinə gəldikdə isə, özünün dəbilqə geyindiyini, lakin əlavə dəbilqə olmadığ üçün Cavadın geyinmədiyini, dəbilqəsiz sərnişin daşımanın qanunla qadağan olduğunu bildiyini, lakin Cavadın xahişi ilə onu aparmağa razılaşdığını qeyd edərək yol-nəqliyyat hadisəsinin baş verməsində özünü təqsirli bilmədiyini, qaydalara əməl etdiyini, hadisənin qarşı tərəfin yol hərəkəti qaydalarını pozaraq sola dönməsi səbəbilə baş verdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi - anası X8 ifadəsində göstərdi ki, baş vermiş hadisədən sonra ona yalnız mərhumun baş daşının götürülməsi ilə bağlı maddi köməklik göstərilmişdir. Təxminən 5000 manat yaxın pul ödənilmişdir. Bundan başqa isə nə maddi, nə də mənəvi baxımdan ona heç bir yardım göstərilməmişdir. Hadisədən artıq bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, təqsirləndirilən şəxslərin heç biri mənəvi baxımdan onun yanında olmamışdır. Bununla belə, baş verən hadisənin qəsdən törədilmədiyini nəzərə alaraq, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayətçi olmadığını, hər iki təqsirləndirilən şəxsi bağışladığını bildirmişdir. Daha sonrakı məhkəmə iclasında isə Təqsirləndirilən şəxs2 şikayətçi olduğunu, Təqsirləndirilən şəxs1 isə şikayətçi olmadığını bildirmiş, bununla bağlı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin aparıcı eksperti, X11 ifadəsində göstərdi ki, o, kompleks məhkəmə ekspertizasının keçirilməsi zamanı hadisənin mexanizmini müəyyən etmək məqsədilə video-texniki ekspertiza materialları əsasında tədqiqat aparmış və xx.xx.2024-cü il tarixli 8/176-4/80 saylı ekspert rəyinin səalhiyyətinə aid hissəsini imzalamışdır. Hadisə, svetoforla tənzimlənən yolayrıcında, dönmə əməliyyatı aparan Toyota markalı avtomobil ilə əks istiqamətdən gələn “Tufan” markalı mopedin toqquşması nəticəsində baş vermişdir. Belə ki, Toyota markalı avtomobilin sürücüsü dönmə əməliyyatını yerinə yetirərkən “X21” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. Bu tələblərə riayət edilməmiş, hadisənin qarşısını almağa texniki imkan mövcud olmuşdur. Məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən verilmiş “ekspertiza rəyində mopedin təhlükəni nədən piyada zolağının üzərində qəbul etdiyi göstərilib, halbuki video görüntüdə həmin vaxt mopedin həmin sahədə görünmədiyi müşahidə olunur” sualına cavabında bildirmişdir ki, bu nəticəyə gəlməkdə əsas kimi video-texniki ekspertiza qarşısında qoyulmuş suallara və həmin ekspertiza əsasında aparılan texniki təhlillərə istinad olunmuşdur. Belə ki, istintaq tərəfindən təqdim edilən video-görüntü əsasında “Toyota” markalı avtomobilin piyada keçidinin sağ hissəsindən dönmə əməliyyatına başladığı nöqtədən toqquşma yerinə qədər 16,7 metr məsafəyə 3,12 saniyə vaxt sərf olunduğu müəyyən edilmişdir. Bu müddət ərzində mopedin həmin nöqtədən təqribən 45,9 metr məsafədə yerləşdiyi müəyyən olunmuşdur. Mopedin texniki göstəricilərinə və hərəkət sürətinə əsasən, 53 km/saat sürətlə hərəkət edən mopedin dayanma yolu 36,4 metr təşkil edir. Belə olan halda, təhlükə yaranan anda mopedin Toyota ilə toqquşmanı əngəlləməsi üçün tələb olunan məsafə kifayət etməmiş və tormozlama əməliyyatı aparılmamışdır. Baxmayaraq ki, videokadrda mopedin görüntüsü aydın düşməyə bilər, onun haradan və hansı istiqamətdən gəldiyi bəllidir – moped Şövkət Məmmədova küçəsi ilə hərəkət edərək yol ayrıcına daxil olmuşdur. Bu səbəbdən mopedin görüntüsünün kadra düşüb-düşməməsi texniki parametrlərin müəyyən edilməsinə təsir etməmişdir. Texniki hesablamalar sürət, vaxt və məsafə kimi sabit göstəricilər əsasında, video-texniki ekspertiza tərəfindən təqdim olunmuş məlumatlara uyğun aparılmışdır. Məhkəmə baxışı zamanı hadisənin video görüntüsünə baxış keçirildikdən sonra verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, təhlükə dönmə əməliyyatına başlanılan andan, yəni avtomobilin qarşı hərəkət zolağında istiqamətlənməyə başladığı andan götürülür. Lakin hazırkı videodakı təhlükə anının hardan yaranmasını deyə bilmir. O müstəntiqin təqdim etdiyi hadisə mexanizmi və video-texniki ekspertizasının təqdim etdiyi məlumatlar əsasında ekpsertizanı həyata keçirmiş və rəy təqdim etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əlyazmalar və səslərin ekspertizaları şöbəsinin rəis müavini, X17 ifadəsində göstərmişdir ki, hazırkı cinayət işi üzrə istintaqa təqdim olunmuş video material əsasında məhkəmə ekspertizası qarşısında suallar qoyulmuş və bu suallar əsasında video yazıların texniki ekspertizası aparılmış və hadisənin başvermə mexanizminin təhlili üçün müvafiq nəticələr əldə edilmişdir. Ekspertiza qarşısında qoyulmuş əsas suallardan biri — hər iki nəqliyyat vasitəsinin (“Toyota” markalı avtomobil və “Tufan” markalı moped) piyada keçidinin son nöqtəsindən toqquşma anınadək olan məsafəni hansı vaxtda qət etdiklərinin və bu müddətdəki hərəkət sürətlərinin müəyyənləşdirilməsi olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məsafələr — Toyota markalı avtomobil üçün 16,7 metr, moped üçün isə 12,4 metr olaraq qəbul edilmiş və bu məsafələrin qət olunmasına sərf olunan vaxt xüsusi proqram təminatı vasitəsilə mində bir dəqiqliklə müəyyən olunmuşdur. Nəticədə, bu məsafələrin zamana bölünməsi yolu ilə mopedin sürəti 53 km/saat kimi müəyyən edilmişdir. Müdafiə tərəfinin iddiasına münasibət bildirərək qeyd etmişdir ki, mopedin texniki göstəricilərinə əsasən maksimal sürətinin 45 km/saat olması mümkündür, lakin konkret video materiallar əsasında aparılmış texniki hesablamalarla müəyyən edilmiş real sürət 53 km/saat olmuşdur. Bu sürət video görüntülərdə qeyd olunan məsafələr və zaman kəsiyi əsasında dəqiq hesablanmışdır. Bundan başqa ekspert rəyində təhlükənin yaranma anı nəqliyyat vasitəsinin piyada keçidinin son nöqtəsindən hərəkətə başladığı andan qəbul olunmuşdur. Bu yanaşma birbaşa olaraq ekspertiza qarşısında istintaq tərəfindən qoyulmuş sualın forması ilə bağlı olmuşdur. Əgər müdafiə tərəfi və ya məhkəmə tərəfindən yenidən ekspertiza təyin olunması zəruri hesab edilərsə, bu halda müvafiq vəsatət qaldırılmaqla onun iştirakı ilə hadisə yerinə təkrar baxış keçirilə və yenidən tədqiqat aparıla bilər. Bunun üçün təhlükə anının dəqiq hansı andan götürüldüyü, təhlükə anının haradan hesablandığı, eləcə də video görüntülərin konkret saniyələri açıq şəkildə göstərilməlidir. Zərurət yarandıqda, özü xüsusi proqram təminatı ilə bu hesablamaları təkrar apara və ya proqramı təqdim edərək baxışı təmin edə bilər. Məhkəmə baxışı zamanı dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin eksperti, X12 ifadəsində göstərdi ki, hazırkı cinayət işi üzrə kompleks tədqiqat aparılmış və video-texniki ekspert Lətif Əliyevin təqdim etdiyi məlumatlar əsasında yol-nəqliyyat hadisəsinin texniki tərəfləri üzrə araşdırma aparmışdır. 31 yanvar 2025-ci il tarixli ekspert rəyi məhkəmə tərəfindən qarşıya qoyulmuş konkret suallar əsasında hazırlanmışdır. İbtidai istintaq zamanı təyin olunmuş üç ayrı ekspertiza fərqli suallar əsasında aparıldığından həmin ekspert rəyində hadisənin qarşısının alınması ilə bağlı fərqli nəticələr yer almışdır. Belə ki, istintaq mərhələsində təhlükənin yaranma anı piyada keçidinin üzərindən götürülmüş, lakin məhkəmənin qarşıya qoyduğu mexanizmə əsasən mopedin sürücüsü üçün təhlükənin yaranma anı həmin keçiddən təxminən 5 metr qabaqda, yəni Toyota markalı avtomobilin sola dönməyə başladığı andan hesab edilmişdir. Qarşı-qarşıya hərəkət zamanı Toyota Prius markalı avtomobil düzünə hərəkət etdiyi müddətdə moped üçün hər hansı bir təhlükə yaratmamışdır. Lakin, həmin avtomobilin sola doğru manevr etdiyi andan artıq mopedin sürücüsü üçün təhlükəli vəziyyət yaranmışdır. Bu baxımdan, təhlükənin yaranma anı məhz dönmə əməliyyatının başladığı andan götürülməlidir. Təhlükə anlayışının tərifi odur ki, təhlükə - nəqliyyat vasitələrinin hərəkət zolağında tərəf təhlükənin yerini dəyişən obyektdir. Verilmiş suallara cavab olaraq isə təhlükənin yaranma anını müəyyən etmək müstəsna olaraq istintaq və məhkəmənin səlahiyyətinə aid olmasını, ekspertlərin verdiyi rəyin isə onlara təqdim edilən hadisə mexanizmindən asılı olduğunu, lakin istənilən mexanizmin deyil, reallığa uyğun olan mexanizmə əsasən rəy verdiklərini, hazırkı bu iş üzrə də məhkəmənin verdiyi mexanizmin reallığa uyğun olmasını hesab etdiyini və bu səbəbdən də hazırkı rəyi təqdim etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22 may 2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi ilə Cəfər Xəndan küçələrinin kəsişməsində Təqsirləndirilən şəxs1 idarə etdiyi Toyota Prius markalı ** BJ *** dövlət nömrə nişanlı avtomaşınla Təqsirləndirilən şəxs2 idarə etdiyi Tufan markalı mopedin toqquşması nəticəsində mopedin sərnişini X5 xx.xx.2023-cü il tarixdə ölməsi faktına görə AR CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 20 may 2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Binəqədi rayonu, Şövkət Məmmədova keçəsi ilə Cəfər Xəndan küçəsinin kəsişməsində baş vermişdir. Yolun hərəkət hissəsi düz, yol örtüyünün növü asfaltbeton, yol örtüyünün vəziyyəti isə quru olmuşdur. Bundan bşaqa Şövkət Məmmədova küçəsində yol ver nişanı, Cəfər Xəndan küçəsinin qarşı tərəfində isə hərəkət düzünə və sağa yol nişanları yerləşir. Toqquşma yerindən yol ver nişanına qədər məsafə 16 metr, baş yol nişanına qədər məsafə 20 metrdir. Hər iki nəqliyyat vasitəsi toqquşmadan əvvəl bir-birinin əks istiqamətində Şövkət Məmmədova küçəsi ilə hərəktədə olmuşlar. Toyota Prius markalı nəqliyyat vasitəsi Ş.Məmmədova küçəsindən sola C.Xəndan küçəsinə hərəkətdə olan zaman toqquşma baş vermişdir. Baxış protokoluna “Yol nəqliyyat hadisəsinin sxemi” və 10 ədəd hadisə yerinin foto şəkili çəkilərək əlavə edilmişdir. Sərxoşluq vəziyyətinin təyini məqsədi ilə tərtib edilmiş 2/2521 saylı xx.xx.2023-cü il tarixli tibbi müayinə aktıdan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs2 ayıq olmuşdur. Sərxoşluq vəziyyətinin təyini məqsədi ilə tərtib edilmiş 2/2515 saylı xx.xx.2023-cü il tarixli tibbi müayinə aktıdan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs1 ayıq olmuşdur. Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Binəqədi rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 925 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixdə müstəntiq tərəfindən tərtib edilmiş “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə DİN-nin X10 Xidmətindən daxil olmuş 01 (bir) ədəd DVD diskə müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 00:38-də Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi ilə Cəfər Xəndan küçələrinin kəsişməsində Təqsirləndirilən şəxs1 idarə etdiyi Toyota Prius markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomaşınla Təqsirləndirilən şəxs2 idarə etdiyi Tufan markalı moped toqquşmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi Tufan markalı mopedlə Şövkət Məmmədova küçəsi ilə hərəkətdə olan zaman onunla əks istiqamətdə hərəkətdə olan Təqsirləndirilən şəxs1 idarə etdiyi Toyota Prius markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomaşınla düzünə hərəkətdə olan mopedə yol verməyərək sola C.Xəndan küçəsinə dönən zaman küçələrin kəsişməsində toqquşma baş vermişdir. Tufan markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkəti üçün təhlükə Toyota Prius markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomaşının yol ayrıcında sola dönməyə başladığı andan yaranmış və həmin andan toqquşmaya kimi təxminən 3 saniyə vaxt keçmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2023-cü il tarixli 3- 13-46/2-23280/23 saylı məktubundan görünür ki, sürücü Təqsirləndirilən şəxs1 BB 127922 seriyalı, xx.xx.2033-cü il tarixdək etibarlı olan, “B1, B, C1, C” kateqoriyalı, sürücülük vəsiqəsi vardır və həmin sürücülük vəsiqəsi hazırda aktivdir, hər hansı bir müddətə bu hüquqdan məhrum edilməsi barədə məlumat mövcud deyildir. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13- 16/2-78405/2023 saylı məktubdan görünür ki, 2023-cü ilin avqust ayının 1-dən etibarən nəqliyyat vasitəsinin mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox konstruktiuv maksimal surəti saatda 50 kilometrdən artıqdırsa həmin nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınmalı və onu idarə edən şəxs müvafiq kateqoriyalı sürücülük vəsiqəsinə malik olmalıdır. Lakin cinayət işinin materiallarından göründüyü kimi yol-nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermiş və həmin tarixdə də Tufan M50 markalı mopedi idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunmamışdır. Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Binəqədi rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 114 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, X1 üzərində aşkar edilmiş xəsarətlər – alıntəpə sümüyünün sol yarısının xətti sınığı, baş beyin toxumasının əzilməsi, sağ tərəfli subdural (sərtqişaaltı) hematoma, yumşaq qişaya geniş ölçülü və sağ yan mədəciyə qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması, kəskin subdural hematomanın boşaldılması ilə sonuclanmış sağ alın-təpə-gicgah nahiyəsinin dekompression rezeksiontrepanasiya cərrahi əməliyyatdan sonrakı vəziyyət, sol üst göz qapağına qansızma, sağ və sol diz oynaqlarının, sağ baldırın orta 1/3-nin ön, sol baldırın iç topuq nahiyəsinin, sol əl pəncəsinin İV və V barmaqlarının əsas falanqalarının arxa səthlərinin sıyrıqları bərk küt əşyanın təsirindən törənmişdir, həyati əlamətlərə malik olmaqla ölümlə bilavasitə səbəbli əlaqələri vardır, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 20 may 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan mopedin avtomaşınla toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan Ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X1 ölmünə səbəb alın-təpə sümüyünün sol yarısının xətti sınığı, abş beyin toxumasının əzilməsi, sağ tərəfli subdural (sərtqişaaltı) hematoma, yumşaq qişaya geniş ölçülü və sağ yan mədəciyə məhdud qansızmalar fonunda artan beyin ödemi ilə müşayiət olunan qapaılı kəllə-beyin travması olmuşdur. Tibbi sənəddəki məlumatlara əsasən demək olur ki, C.A.İsgəndərli 21 may 2023-cü il tarixdə saat 24:00-da “X22” P.H.Ş-in reanimasiya şöbəsində ölmüşdür, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq edilir. Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Binəqədi rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 924 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol diz oynağının, sağ baldırın orta-yuxarı, sol baldırın ortaaşağı 1/3-nin ön səthlərinin və bel nahiyəsinin sıyrıqları bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 20 may 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan mopedin avtomaşınla toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8/2159 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyində aşağıdakılar göstərilmişdir. 1.2. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Toyota Prius markalı 18BJ782 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «X21 Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə istintaq tərəfindən müəyyən edilən edilən məlumat, yəni Tufan M50 markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkəti üçün təhlükə yaranan anda nəqliyyat vasitələri arasında 4-5 metr məsafərin olması real hadisə mexanizminə uyğun deyildir və təhlkə yaranan anda nəqliyyat vasitələri arasında 4-5 metrdən kifayət qədər böyük məsafə olmuşdur. İstintaq tərəfindən müəyyən edilən məlumat real hadisə mexanizminə uyğun olmadığından Tufan M50 markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Sürücü Təqsirləndirilən şəxs2 Tufan M50 markalı mopeddə sərnişin daşıdığından onun hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin 2-ci hissəsinin 5-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8/2687 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq trəfindən təqdim olunan məlumatlara əsasən Tufan M50 markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hisssəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs2 Tufan M50 markalı mopeddə sərnişin daşıdığından hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin 2-ci hisssəsinin 5-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. xx.xx.2023-cü il tarxli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsindən həmin Məcəllənin 263.2 və 267.2-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin və doğum haqqında şahədətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2005-ci il təvəllüdlü Şıxcanzadə Nuridə, xx.xx.2006-cı il təvəllüdlü Şıxcanzadə Nuranə, xx.xx.2009-cu il təvəllüdlü Şıxcanov Sənan və xx.xx.2023-cü il təvəllüdlü Şıxcanov Ömər adlı övladları var. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 267.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkəti həyata keçirilmiş, o ətraflı ifadə verərək hadisənin baş verdiyi yeri əyani şəkildə göstərmiş, 3 ədəd fotoşəkil çəkilərək protokola əlavə edilmişdir. Həmin istintaq hərəkəti zamanı təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən ifadənin yerində yoxlanılmasının formal keçirilməsi, mopedin sürücüsünün hərəkəti üçün təhlükə yaranan andan Prius markalı avtomobili ilə toqquşmaya qədər hansı məsafəni qətt etməsi və həmin məsafəni neçə saniyəyə qət etməsinin müəyyən edilməməsi barədə qeyd vermişdir. xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs X2 ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkəti həyata keçirilmiş, o ətraflı ifadə verərək hadisənin baş verdiyi yeri əyani şəkildə göstərmiş, 3 ədəd fotoşəkil çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Binəqədi rayon prokurorunun qərarı ilə Müdafiəçi1 ********* nömrəli cinayət işi üzrə vəsatəti Azərbaycan Respublikası CM-nin 267.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 hadisə zamanı “X21” Azərbaycan Respublikası Qanununun hansı maddələri pozub pozmadığı və hadisə zamanı onun texniki imkanı olub-olmadığı barədə yenidən müvafiq rəy alınması üçün təkrar məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizası təyin edilməsi hissəsində təmin edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 267.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında yenidən istintaq hərəkəti həyata keçirilmiş, müstəntiq tərəfindən təqdim edilmiş məlumatlar əsasında ölçmələr aparılaraq yeni “Yol nəqliyyat hadisəsinin sxemi” tərtib edilmiş, həmin sxemi Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 imzaları ilə təsdiq etmişdir. Həmin sexemə əsasən “Toyota Prius” markalı 18BJ782 dövlət qeydiyyat nişanlı avtomaşının hərəkət istiqaməti Ş.Məmmədova küçəsində yerləşən piyada zolağının sağ kənarından toqquşma yerinə qədər olan məsafə 16,7 metr, əks istiqamətdə hərəkətdə olan Tufan markalı mopedin piyada zolağından toqquşma yerinə qədər olan məsafə 12,4 metrdir. Ş.Məmmədova küçəsində olan piyada zolaqları arasında məsafə 25 metrdir. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8/3572 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq trəfindən təqdim olunan məlumatlara əsasən Toyota Prius markalı, 18BJ782 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hisssəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Tufan M50 markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hisssəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs2 Tufan M50 markalı mopeddə sərnişin daşıdığından hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin 2-ci hisssəsinin 5-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 4/80-8/176 saylı məhkəmə video-texniki və yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, 1.2. Ekspertizaya təqdim olunmuş “TŞ8-006 2-2023-05-20_00h35min00s000ms” adlı videoyazıya görə: “Toyota Prius” markalı avtomobil öz yolunda piyada keçid xəttinin sonundan Mopedlə toqquşana qədər qət etdiyi yola t1=3,12 san vaxt sərf etmişdir; Moped öz yolunda piyada keçid xəttinin sonundan “Toyota Prius” markalı avtomobillə toqquşana qədər qət etdiyi yola t2=0,84 san vaxt sərf etmişdir. 4a.6a. Ekspertizaya təqdim olunmuş “TŞ8-006 2-2023-05-20_00h35min00s000ms” adlı videoyazıya görə: “Toyota Prius” markalı avtomobilin öz yolunda piyada keçid xəttinin sonundan Mopedlə toqquşana qədər qət etdiyi yolda orta sürəti Vtoyota prius= 19km/saat, Mopedin öz yolunda piyada keçid xəttinin sonundan “Toyota Prius” markalı avtomobillə toqquşana qədər qət etdiyi yolda orta surəti Vmoped=53km/saat olmuşdur. 3.4b. Toyota Prius markalı, 18BJ 82 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hisssəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 5.6b. Tufan M50 markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hisssəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs2 Tufan M50 markalı mopeddə sərnişin daşıdığından hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin 2-ci hisssəsinin 5-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-291/2024 sayı qərarı ilə iş üzrə təkrar kompleks komissyon video-texniki və yol nəqliyyat hadisələri ekspertizası təyin edilərək ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur. Cinayət işindəki 27 fevral 2024-cü il tarixli, 8/176-4/80 nömrəli kompleks əlavə məhkəmə yol-nəqliyyat hadisələri və video-texniki ekspertizasının ekspert rəyinin 7/12-ci səhifəsindəki 4 nömrəli şəkildə yolun əks tərəfində görünən ağ elektrik dirəyinə bənzər dirəyin bərabərliyində yerləşən yoldakı izin üzərindən avtomobilin uzunluğunun orta hissəsi keçdiyi andan toqquşma anına qədər hərəkət zamanı avtomobilin sürəti, qət etdiyi məsafə və həmin andan toqquşma anına qədər keçən vaxt nə qədər olmuşdur? Yuxarıda qoyulan 1-ci sual üzrə ekspertiza tərəfindən müəyyən ediləcək parametrlər nəzərə alınmaqla, “Tufan M50” markalı dövlət qeydiyyat nişanı olmayan mopedin sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? Göstərilən halda onun hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu? Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 8/2537-4/1409 saylı rəydən görünür ki, Ekspertizaya təqdim olunmuş “TŞ8-006 2-2023-05-20_00h35min00s000ms” adlı videoyazıya görə: “Toyota Prius” markalı avtomobil şəkil 3 və şəkil 4-də yolun ks tərəfində görünən ağ elektrik dirəyinə bənzər dirəyin bərabərliyində yerləşən yoldakı izin üzərindən avtomobilin uzunluğunun orta hissəsi keçdiyi andan Mopedlə toqquşana qədər qət etdiyi yola t1=1.84 saniyə vaxt sərf etmişdir. “Toyota Prius” markalı avtomobil yolun əks tərəfində görünən ağ elektrik dirəyinə bənzər dirəyin bərabərliyində yerləşən yoldakı izin üzərindən avtomobilin uzunluğunun orta hissəsi keçdiyi andan Mopedlə toqquşana qədər qət etdiyi yolS=10m-dir. “Toyota Prius” markalı avtomobil yolun əks tərəfində görünən ağ elektrik dirəyinə bənzər dirəyin bərabərliyində yerləşən yoldakı izin üzərindən avtomobilin uzunluğunun orta hissəsi keçdiyi andan Mopedlə toqquşana qədər qət etdiyi S=10m yolda orta surəti Vtoyota prius=19,6 km/saat olmuşdur.

2. Toyota Prius markalı, 18BJ 82 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hisssəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Tufan M50 markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hadisənin qaşısının alınması ilə əlaqədar hərkətlərində X21” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Sürücü Təqsirləndirilən şəxs2 Tufan M50 markalı mopeddə sərnişin daşıdığından hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin 2-ci hisssəsinin 5-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və ekspertlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs X6 ona elan edilmiş Cinayət Məcəlləsinin 263.2-ci madəsi ilə nəzərədə tutulmuş cinayət əməlini törətmişdir. Lakin digər Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə CM-in 267.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 267.1-ci maddəsinə əsasən sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda- iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır; 267.2-ci maddəsinə əsasən bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məlumdur ki, AR CM-nin 263.2-ci və 267.2-ci maddələri ehtiyatsızlıqdan törədilən cinayətlərə aiddir. AR CM-nin 26.1-ci maddəsi ehtiyatsızlıqdan törədilmiş cinayətlərin anlayışını verir və ehtiyatsızlığın iki növünü fərqləndirir. a) cinayətkarcasına özünəgüvənmə; b) cinayətkarcasına etinasızlıq. AR CM-nin 26.2-ci maddəsində cinayətkarcasına özünəgüvənmənin iki əlaməti nəzərdə tutulur: a) əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanının qabaqcadan görülməsi; b) kifayət qədər əsas olmadan ictimai təhlükəli nəticələrin qarşısının alınacağının güman edilməsi. Əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanının qabaqcadan görülməsi cinayətkarcasına özünəgüvənmənin əqli momentinin, kifayət qədər əsas olmadan ictimai təhlükəli nəticələrin qarşısının alınacağının güman edilməsi isə cinayətkarcasına özünəgüvənmənin iradəvi momentinin məzmununu təşkil edir. Cinayətkarcasına özünəgüvənmə zamanı təqsirkar hər bir halda əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görür və dərk edir, lakin kifayət qədər əsas olmadan onların qarşısının alınacağı gümanında olur. Cinayətkarcasına etinasızlıq onunla xarakterizə olunur ki, a) şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görmək və ya görə bilmək imkanına malik olur; b) şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını görmür. CM-in 263.2-ci maddəsində cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, CM-nin 267.2-ci maddəsində isə cinayətin obyekti yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olan ictimai münasibətlərdir. Şərh olunan hər iki cinayətin əlavə obyektini insanın həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. CM-in 263.2-ci maddəsində təsbit edilən cinayətin obyektiv cəhəti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının zərəçəkmiş şəxsin ölümünə səbəb olan dərəcədə pozulmasında ifadə olunur. CM-nin 267.2-ci maddəsində təsbit edilmiş cinayətin obyektiv cəhəti isə sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları ( mexaniki nəqliyyat vasitələrinin və tramvayların sürücüləri istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının zərəçəkmiş şəxsin ölümünə səbəb olan dərəcədə pozulmasında ifadə olunur. CM-in 263.2-ci və 267.2-ci maddələrində nəzərdə tutulan mənada yol hərəkəti qaydalarının pozulması dedikdə, müvafiq olaraq sürücü, sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları tərəfindən «X21» Qanunla həmin şəxslər üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına zərər vurulmasına səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünə güvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Ali Məhkəmənin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 12-ci bəndində deyilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəməyol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi video-müşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «X21» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Qanunvericiliyin tələbinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu hal mütləq qaydada müəyyən olunmalıdır. Məlum olduğu kimi, cinayətkarcasına özünəgüvənmənin iki əlamətindən biri əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanının qabaqcadan görülməsi, cinayətkarcasına etinasızlığın iki əlamətindən biri isə şəxsin öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olması və ya görə bilmək imkanına malik olmasıdır. Lakin, hazırkı halda təqsirləndirilən şəxsi X3 əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görə bilməsi sübuta yetirlisə də, digər Təqsirləndirilən şəxs2 əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görə bilməsi sübuta yetirilmir. Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına” dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 18-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “X21” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “X21” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. İbtidai istintaq zamanı belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs1 20 may 2023-cü il tarixdə saat 00:38-də etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Toyota Prius markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi ilə 19 km/saat sürətlə idarə edərək həmin küçənin Cəfər Xəndan küçəsi ilə kəsişdiyi yolayrıcına svetaforun yaşıl işığında daxil olaraq sola dönmə əməliyyatı aparan zaman “X21” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni relssiz nəqliyyat vasitəsinin sürücüsü svetaforun yaşıl işığında sola və ya geriyə dönərkən qarşıdan düzünə və sağa gedən nəqliyyat vasitəsinə yol verməli və bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etməməklə yol hərəkəti qaydalarını pozmuş, qarşıdan əks istiqamətdən Şövkət Məmmədova küçəsi ilə 53 km/saat sürətlə hərəkətdə olan svetaforun yaşıl işığında yolayrıcına daxil olan sürücü Təqsirləndirilən şəxs2 idarə etdiyi “Tufan M50” markalı mopedin qabaq hissəsi ilə Toyota Prius markalı avtomobilin qabaq sağ hissəsi arasında yolayrıcında toqquşma baş vermiş, nəticədə mopedin sərnişin oturacağında əyləşmiş X7 ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin 21 may 2023-cü il tarixdə ölümünə səbəb olan alın-təpə sümüyünün sol yarısının xətti sınığı, baş beyin toxumasının əzilməsi, sağ tərəfli subdural (sərtqişaaltı) hematoma, yumşaq qişaya geniş ölçülü və sağ yan mədəciyə qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması, kəskin subdural hematomanm boşaldılması ilə sonuclanmış sağ alm-təpəgicgah nahiyəsinin dekompression rezeksion-trepanasiya cərrahi əməliyyatdan sonrakı vəziyyət, sol üst göz qapağına qansızma, sağ və sol diz oynaqlarının, sağ baldırın orta 1/3-nin ön, sol baldırın iç topuq nahiyəsinin, sol əl pəncəsinin İV və V barmaqlarının əsas falanqalarının arxa səthlərinin sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş və bununla da CM-nin 263.2-ci maddəsində nəzərdə tutyulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 isə 20 may 2023-cü il tarixdə saat 00:38-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Tufan M 50 markalı dövlət qeydiyyat nişanı olmayan mopedi Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi ilə 53 km/saat sürətlə idarə edərək svetaforun yaşıl işığında yolayrıcına daxil olaraq düzünə hərəkət edən zaman “X21” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda və “X21” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin 2-ci hissəsinin 5-ci bəndinin tələblərini pozaraq, yəni Tufan M50 markalı mopeddə sərnişin daşıdığından, həmin tələblərə riayət etməməklə yol hərəkəti qaydalarını pozmuş, qarşıdan əks istiqamətdən Şövkət Məmmədova küçəsi ilə 19 km/saat sürətlə hərəkətdə olan svetaforun yaşıl işığında sola dönmə əməliyyatı aparıb yolayrıcına daxil olan sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi Toyota Prius markalı ** BJ *** dövlət nömrə nişanlı avtomaşının qabaq sağ hissəsi ilə Tufan M50 markalı mopedin qabaq hissəsi arasında yolayrıcında toqquşma baş vermiş, nəticədə mopedin sərnişin oturacağında əyləşmiş X7 ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin 21 may 2023-cü il tarixdə ölümünə səbəb olan alın-təpə sümüyünün sol yarısının xətti sınığı, baş beyin toxumasının əzilməsi, sağ tərəfli subdural (sərtqişaaltı) hematoma, yumşaq qişaya geniş ölçülü və sağ yan mədəciyə qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması, kəskin subdural hematomanın boşaldılması ilə sonuclanmış sağ alıntəpə-gicgah nahiyəsinin dekompression rezeksion-trepanasiya cərrahi əməliyyatdan sonrakı vəziyyət, sol üst göz qapağına qansızma, sağ və sol diz oynaqlarının, sağ baldırın orta 1/3-nin ön, sol baldırın iç topuq nahiyəsinin, sol əl pəncəsinin İV və V barmaqlarının əsas falanqalarının arxa səthlərinin sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş və bununla da CM-nin 267.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 CM-nin 263.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 isə CM-nin 267.2-ci maddəsi ilə elan edilmiş ittihamın əsasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/80-8/176 saylı məhkəmə videotexniki və yol-nəqliyyat hadisələri ekspertizasının rəyi təşkil etmişdir. Lakin məhkəmə araşdırması zamanı həmin ekspert rəyinin mötəbərliyi şübhə altına düşmüş, qeyd olunan sübutun təqsirləndirilən şəxslərə ittiham verilməsi üçün kifayət etmədiyi müəyyən olunmuşdur. Belə ki, həm rəydən, həm də məhkəmə iclasında dindirilmiş ekpertlərin ifadələrindən müəyyən edildi ki, qeyd edilən ekspertiza ibtidai istintaq orqanı tərəfindən verilmiş mexanizmə əsasən aparılmış və Təqsirləndirilən şəxs2 üçün təhlükənin yaranma anı səhv müəyyən edilmişdir. Məhkəmə iclasında baş vermiş yol-nəqliyyat hadisəsisinin video-görüntüsü tədqiq edilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyoto Prius” markalı **- BJ-*** dövlət nömrə nişanlı avtomobil yol kəsişinə daxil olduqdan sonra bir qədər irəliyə doğru çox aşağı sürətlə düzünə hərəkət edir və yalnız yol kəsişinin girişində onun sağ tərəfində ağ rəngdə görünən elektrik dirəyinin tam bərabərliyində yerləşən və yük avtomobilinin qoyduğu tormoz izinə bənzər nisbətən qara izin üzərindən avtomobilinin uzunluğunun yarısı düzünə keçdikdən sonra, avtomobil hərəkət istiqamətini sola dəyişərək, sürətini gözə çarpacaq qədər kəskin artırmaqla sola, yəni qarşıdan əks istiqamətdə düzünə gələn Təqsirləndirilən şəxs2 idarə etdiyi “Tufan” markalı M50 modelli Mopedin hərəkət yoluna doğru manevr edərək, həmin andan sonuncunun hərəkəti üçün təhlükə yaradır. Hadisənin gözlə görünən bu başvermə mexanizmindən fərqli olaraq müstəntiq özünün xx.xx.2023-cü il tarixli əlavə məhkəmə-nəqliyyat avtotexniki ekspertizasını təyin edilməsi haqqında qərarında göstərmişdir ki, “Tufan” markalı Mopedin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkəti üçün təhlükə “Toyoto Prius” markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin yol ayrıcısında sola dönməyə başladığı andan yaranmış və həmin andan toqquşmaya kimi təxminən 3 saniyə vaxt keçmişdir. Məhkəmə hesab edir ki, sürücünün hərəkəti üçün təhlükə anının təxmini ifadələrlə müəyyən edilməsi yolverilməzdir və həmin vaxtı müəyyən edilməsi yalnız məhkəmə videotexniki ekspertizasının ekspertlərinin səlahiyyətlərinə aiddir. Müstəntiqin təhlükə anının müddətinin təxmini 3 saniyə davam etməsi barədə məlumatı mötəbər məlumat kimi qəbul edən ekspert Təhmasib Bağırov özünün 19 sentyabr 2023-cü il tarixli, 8/2687 nömrəli rəyində mopedin sürücüsünün hadisənin qarşısını almağa texniki imkanı olması barədə nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, “Tufan” markalı Mopedin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkəti üçün təhlükə anının nə qədər davam etməsi müstəntiqin özünün qeyd etdiyi kimi təxmini müəyyən etdiyi vaxt üzərindən hesablanması onu göstərir ki, belə hesablama üzərində tərtib edilmiş ekspert rəyi də mötəbər sübut kimi qəbul edilə bilməz. Müstəntiq tərəfindən 10 yanvar 2024-cü il tarixdə “Kompleks məhkəmə yol nəqliyyat hadisələri və məhkəmə video-texniki ekspertizası təyin edilməsi” haqqında qərar qəbul edilmiş, lakin həmin qərarda da müstəntiq bir daha mopedin sürücüsü üçün təhlükə anının təxminən 3 saniyə davam etməsini vurğulamışdır. Həmin qərarda ekspert qarşısında qoyulmuş 6-cı sualda müstəntiq ekspertlərin Toyota Prius markalı avtomobilin piyada zolağının sağ kənarından toqquşma yerinə qədər olan 16,7 metr məsafəni neçə saniyəyə qət etməsini müəyyən etmək barədə vəzifə qoyur. Sualın məzmunundan görünür ki, müstəntiq tərəfindən yenə də mopedin sürücüsü üçün təhlükə anı “Toyoto Prius” markalı avtomobilin piyada zolağının kənarından kifayət qədər yavaş sürətlə hərəkətə başladığı an götürülmüşdür. Müstəntiqin sözügedən qərarı əsasında 27 fevral 2024-cü il tarixdə 8/176-4/80 nömrəli kompleks əlavə məhkəmə yol-nəqliyyat hadisələri və video-texniki ekspertizasının rəyi tərtib edilərək istintaq orqanına təqdim edilmişdir. Həmin ekspert rəyində hadisə anında mopedin sürətinin 53 km/saat olması göstərilmişdir. “Toyota Prius” markalı avtomobilin isə piyada keçidinin kənarından hərəkətə başlayaraq 16,7 metr məsafəni qət edərkən 19 km: saat sürətlə hərəkətdə olması və hərəkətə başladığı andan toqquşma anına qədər 3,12 saniyə vaxt keçməsi nəticəsinə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, “Prius” markalı avtomobilin sürət göstəricisi (19 km/saat) və qət etdiyi məsafə (16,7 metr) həqiqəti əks etdirmir. Belə ki, ekspertiza rəyinin 7/12 səhifəsindəki foto şəkildən görünür ki, ekspert tərəfindən hesablama piyada zolağının yol kəsişməsinə tərəf olan sərhəddindən aparılmışdır. Halbuki, təxminən həmin zolağdan bir qədər də enli olan və şəkildə sağ tərəfdəki yolda görünən piyada keçidinin yaxınlığındakı ağ elektrik dirəyinə bənzər dirəyin bərabərliyinə aparan yük maşının tormoz izinə oxşar izin üzərinə uzunluğunun orta hissəsinə qədər çıxdığı anadək Prius markalı avtomobil yalnız düzünə hərəkət etməklə, Mopedin sürücüsü üçün heç bir təhlükə yaratmamış və yalnız öz uzunluğunun yarısına qədər həmin izin üzərinə çıxdıqdan sonra, Prius markalı avtomobil gözlə görünüb hiss ediləcək dərəcədə sola manevr etməyə başlamış və bu zaman sürətini həmin nöqtəyə qədər gəldiyi sürətdə, gözlə görünəcək dərəcədə fərqli yüksək sürətlə hərəkət etdirərək, bu hərəkətini, toqquşma anına qədər davam etdirmişdir. Bu isə ona gətirib çıxarmışdır ki, mopedin sürücüsü üçün təhlükə anı müəyyən edilərkən, bu anın müəyyən edilməsi üçün əsas olmuş “Toyoto Prius” markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin qət etdiyi məsafə əsassız olaraq uzadılmış, onun real sürəti isə eyni ilə heç bir əsas olmadan müəyyən qədər aşağı salınmışdır. Ona görə də iş üzrə təkrar komisyon video-texniki və yol-nəqliyyat hadisələri ekspertizası təyin edilərək, yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş “Tufan M50” markalı Mopedin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkəti üçün təhlükə anının müəyyən edilməsi məqsədi ilə “Toyoto Prius” markalı avtomobilin ekspert rəyinin 7/12-ci səhifəsindəki 4 nömrəli şəkildə yolun əks tərəfində görünən ağ elektrik dirəyinə bənzər dirəyin bərabərliyində yerləşən yoldakı izin üzərindən avtomobilin uzunluğunun orta hissəsi keçdiyi andan toqquşma anına qədər hərəkət zamanı avtomobilin sürəti, qət etdiyi məsafə və həmin andan toqquşma anına qədər keçən vaxt müəyyən edilmişdir. Məhz həmin vaxtı məhkəmə “Tufan M50” markalı Mopedin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkəti üçün təhlükə anının davam etdiyi vaxt kimi qəbul edərək və hesab etmişdir ki, məhz bu vaxt göstəricisi sürücü Təqsirləndirilən şəxs2 hərəkəti üçün təhlükə anının davam etdiyi vaxt kimi qəbul edilməlidir. Qeyd edilənlərə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-291/2024 sayı qərarı ilə iş üzrə təkrar kompleks komissyon video-texniki və yol nəqliyyat hadisələri ekspertizası təyin edilərək ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur. Cinayət işindəki 27 fevral 2024-cü il tarixli, 8/176-4/80 nömrəli kompleks əlavə məhkəmə yol-nəqliyyat hadisələri və video-texniki ekspertizasının ekspert rəyinin 7/12-ci səhifəsindəki 4 nömrəli şəkildə yolun əks tərəfində görünən ağ elektrik dirəyinə bənzər dirəyin bərabərliyində yerləşən yoldakı izin üzərindən avtomobilin uzunluğunun orta hissəsi keçdiyi andan toqquşma anına qədər hərəkət zamanı avtomobilin sürəti, qət etdiyi məsafə və həmin andan toqquşma anına qədər keçən vaxt nə qədər olmuşdur? Yuxarıda qoyulan 1-ci sual üzrə ekspertiza tərəfindən müəyyən ediləcək parametrlər nəzərə alınmaqla, “Tufan M50” markalı dövlət qeydiyyat nişanı olmayan Mopedin sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? Göstərilən halda onun hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu? Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 8/2537-4/1409 saylı rəydən görünür ki,

1. Ekspertizaya təqdim olunmuş “TŞ8-006 2-2023-05-20_00h35min00s000ms” adlı videoyazıya görə: “Toyota Prius” markalı avtomobil şəkil 3 və şəkil 4-də yolun əks tərəfində görünən ağ elektrik dirəyinə bənzər dirəyin bərabərliyində yerləşən yoldakı izin üzərindən avtomobilin uzunluğunun orta hissəsi keçdiyi andan Mopedlə toqquşana qədər qət etdiyi yola t1=1.84 saniyə vaxt sərf etmişdir. “Toyota Prius” markalı avtomobil yolun əks tərəfində görünən ağ elektrik dirəyinə bənzər dirəyin bərabərliyində yerləşən yoldakı izin üzərindən avtomobilin uzunluğunun orta hissəsi keçdiyi andan Mopedlə toqquşana qədər qət etdiyi yol S=10m-dir. “Toyota Prius” markalı avtomobil yolun əks tərəfində görünən ağ elektrik dirəyinə bənzər dirəyin bərabərliyində yerləşən yoldakı izin üzərindən avtomobilin uzunluğunun orta hissəsi keçdiyi andan Mopedlə toqquşana qədər qət etdiyi S=10m yolda orta surəti Vtoyota prius=19,6 km/saat olmuşdur.

2. Toyota Prius markalı, 18BJ 82 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hisssəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Tufan M50 markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hadisənin qaşısının alınması ilə əlaqədar hərkətlərində X21” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Sürücü Təqsirləndirilən şəxs2 Tufan M50 markalı mopeddə sərnişin daşıdığından hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin 2-ci hisssəsinin 5-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Göründüyü kimi istintaq orqanı tərəfindən mopedin sürücüsü olan Təqsirləndirilən şəxs2 üçün təhlükə anı düzgün müəyyən edilməmiş və düzgün müəyyən edilməyən hadisə mexanizmi üzrə ekspertiza rəyi təqdim edilmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə ibtidai istintaq zamanı təqdim edilmiş və təqsirləndirilən şəxslərə verilmiş ittihamın əsası kimi qəbul edilən 27 fevral 2024-cü il tarixli, 8/176-4/80 nömrəli kompleks əlavə məhkəmə yol-nəqliyyat hadisələri və video-texniki ekspertizasının ekspert rəyini sübut kimi qəbul etmir. Məhkəmə istintaqı zamanı təyin edilmiş Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 8/2537-4/1409 saylı rəy məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallarla təsdiq edildiyindən və üst-üstə düşdüyündən, hadisənin real mexanizminə uyğun olduğundan məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edir. Belə ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə, məhkəmə cinayət işində olan materialları nəzərdən keçirərək, ekpertlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutları qiymətləndirirək belə nəticəyə gəlir ki, X9 ona qarşı elan edilmiş CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, lakin digər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən və məhkəmə istintaqı zamanı “Tufan M50” markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmaması və onun hadisənin qaşısının alınması ilə əlaqədar hərkətlərində X21” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamaması müəyyən edildiyindən əməldə cinayət tərkibi olmaması əsası ilə Təqsirləndirilən şəxs2 bəraət verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı övladlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddlərdə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.12-ci maddəsində isə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi göstərilmişdir. Hazırkı halda Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin hüquqi varisi-anası ilə barışdığından, onun əməlində ağırlaşdırıcı hallar olmadığından ona cəza təyin edilərkən CM-nin 60.1-ci maddəsinin də tələbləri nəzərə alınmalıdır. CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən də Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının aşağı həddi iki il, yuxarı həddi isə dörd il altı aydan artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş 1 (bir) il, 6 (altı) ay nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə sübut kimi tanınmış - yol nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ümumilikdə İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ümumilikdə 719 (yeddi yüz on doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Məhkəmə ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilməsinə dair cinayət işi üzrə onun əməlində cinayət tərkibi olmadığından bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır: 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.2-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, Təqsirləndirilən şəxs2 əməldə cinayət tərkibi olmaması əsası ilə bəraət verilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qismində qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs2 cinayət prosesini həyata keçirən orqanın suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il, 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hazırkı hökümlə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış - yol nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ümumilikdə 719 (yeddi yüz on doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar